Şəffaflıq Azərbaycan




Yüklə 79.13 Kb.
tarix18.04.2016
ölçüsü79.13 Kb.
Sədrdən ön söz
“Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyəti və üzvləri adından işimizə göstərdiyiniz marağa görə sizə minnətdarlığımızı bildirmək istərdim. 2007-ci il Azərbaycan və təşkilatımız üçün vacib il idi: 2004-2006-ci illərdə icra olunan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramının davamı olaraq, hökumət 2007-2011-ci illər üzrə “Korrupsiyaya Qarşı Mübarizə və Şəffaflığın artırılması üzrə” Milli Strategiyanı qəbul edib. “Şəffaflıq Azərbaycan” təşkilatı Strategiyaya uyğun olaraq, bu sahədə hökumətin strateji tərəfdaşı sayılır. Bu il biz, mövcud olan Bakı, Gəncə, Lənkəran və Quba mərkəzlərindən əlavə Şəkidə yeni mərkəzimizi açdıq. Mərkəzlərimiz sadə vətəndaşlara pulsuz maarifləndirmə və hüquqi yardım göstərməkdən əlavə, bir sıra dövlət strukturlarında (polis əməkdaşları, hərbçilər, müəllimlər və s.) seminar-müşavirələr keçirib.
Həmçinin bu il Bakı Fond Birjası ilə həyata keçirilən 27 aylıq əməkdaşlıq layihəsi başa çatmış; İşgüzar dairələrdə Korrupsiyanın Qavranılmasına dair Sorğu dərc edilmiş, və USAİD təşkilatı və Azərbaycan Hökumətinin maliyyə yardımı ilə Transparency İnternational Təşkilatının Regional İllik Konfransı keçirilmişdir. Qeyd olunan tədbirdə, 80-a yaxın beynəlxalq, 200-ə yaxın yerli ekspert iştirak edib.
Fuad Süleymanov,

İdarə heyətinin sədri


Transparency International təşkilatı haqqında

Transparency International bütün dünyada korrupsiya əleyhinə mübarizəyə başçılıq edən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlində yerləşən Transparency İnternational təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency İnternational göstərilən prinsipi özünə rəhbər tutur: “Korrupsiya dövlətin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər.”



Şəffaflıq Azərbaycan haqqında

Şəffaflıq Azərbaycan 2000-ci ilin Oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin Oktyabrında Transparency İnternational təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ildə isə yenidən akkreditasiyadan keçmişdir. Biz əsasən ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etika sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai amilin azaldılması yollarını araşdırırıq. Biz həmçinin korrupsiyanın şahidləri və qurbanları olan vətəndaşlara hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.


Korrupsiya Qavrama İndeksi 2007

2007-ci ilin Sentyabrın 27-də Transparency İnternational özünün ən məşhur məhsulunu nəşr etdi – 2007-ci il üçün Korrupsiyanı Qavrama İndeksi. Bu sənəd ictimaiyyətdə və hökumət strukturlarında korrupsiyanın olduğunu qəbul edən iş adamlarının və ölkə ekspertlərinin, ölkə vətəndaşlarının və əcnəbilərin yaşadıqları dövlətləri müəyyən dərəcələr üzrə qiymətləndirir. Bu il Azərbaycan 2.1 bal alaraq (korrupsiyadan azad olmuş ölkələrə verilən cəmi 10 baldan) 180 ölkə arasında 148-ci yeri tutmuşdur.


Azərbaycan Respublikasının Transparency İnternational-ın Korrupsiya Qavrama İndeksində 2000-2007-ci illər üçün yeri və qiymətləndirilməsi


İl

Sıra

Sorğu keçirilmiş ölkələrin sayı

Ölkələrin qiymətləndirilməsi 0 (çox zəif), 10 (əla)

2000

87

90

1.5

2001

84

91

2.0

2002

95

102

2.0

2003

124

133

1.8

2004

140

146

1.9

2005

137

159

2.2

2006

130

163

2.4

2007

148

180

2.1

Aşağıda verilən diaqram Azərbaycanın 2000-2007-ci illər üçün Korrupsiyanı Qavrama İndeksindəki mövqeyini əks etdirir.




Şəffaflıq Azərbaycan təşkilatının dövlətdə vətəndaş cəmiyyəti institutları arasında yeri
Bölmə Azərbaycanda vətəndaşları həyata keçirilən İctimai Maraqların Qorunması və Hüquqi Məsləhət Mərkəzi layihəsi vasitəsilə hüquqi yardımla təmin etməklə kiçik məmur rüşvətxorluğuna qarşı mübarizəni gücləndirməyə köməklik göstərən yeganə vətəndaş cəmiyyətidir. Bölmə tamamilə aydınlıqla əhali və rüşvətxor məmurlar arasında effektiv sədd rolunu oynadığını və həmçinin korrupsiyaya qarşı mübarizədə hökumət – QHT əməkdaşlığının məhsuldarlığını nümayiş etdirdi.
Bölmənin digər əhəmiyyətli töhfəsi işgüzar inzibatçılıq və hüquq fakültələri tələbələri ilə yanaşı kiçik və orta sahibkarlar arasında işgüzar etika bacarıqlarının artırılması, həmçinin yerli kiçik və orta sahibkarlar arasında İşgüzar Etika kodeksi konsepsiyasının yayımlanmasıdır.
Bölmənin Gəncə, Lənkəran, Quba və Şəki mərkəzləri QHT şəbəkələri kimi xidmət göstərməklə yanaşı regionlardakı fəal gəncləri başlanğıc təlimləri ilə təmin edir. Bakıda yerləşən mərkəzi ofis isə korrupsiya sahəsində ekspertizanın aparılması və ölkədə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşır.
Bizim donorlar
Britaniya Hökuməti (Xarici İşlər Nazirliyi və Qlobal İmkanlar Fondu)
ATƏT-in Bakı ofisi
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABA CEELI
Azərbaycan Hökuməti
Transparency International təşkilatı
2007-ci il Layihələri


  • ALAC – İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi Layihəsi (Bakı, Gəncə, Lənkəran), donor USAID və ABA CEELI, (Bakı və Gəncə – 6 ay, Yanvar - İyun 2007, Lənkəran 8.5 ay – 15 Oktyabr 2006 - İyun 2007)

  • 5 ALAC Mərkəzləri üçün potensialın artırılması, donor ATƏT, (4 ay, Noyabr 2006 – Fevral 2007)

  • ALAC Səki, donor ATƏT, (11 ay – Fevral-Dekabr 2007)

  • ALAC Quba, donor ATƏT, (11 ay – Fevral-Dekabr 2007)

  • ALAC Mərkəzləri üçün potensialın artırılması, (4 ay, Sentyabr – Dekabr 2007)

  • Korporativ İdarəetmə və Şəffaflıq Azərbaycan biznesinə çağırış kimi, donor Britaniya səfirliyi və Qlobal İmkanlar Fondu (Oktyabr 2005 - Dekabr 2007)

  • Transparency International 2007-ci il Regional İllik Konfransı, donor Azərbaycan Hökuməti və USAİD, (Aprel - Avqust 2007)

  • İşgüzar dairələrdə keçirilən sorğu, donor Statoil Azerbaijan şirkəti. (İyul 2005 - Dekabr 2007)


ALAC – İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi Layihəsi
ALAC layihəsinin məqsədi “Vətəndaşlara cəmiyyətdə baş verən korrupsiya halları ilə mübarizədə fəal iştiraka cəlb etməkdir”. Layihənin əsas hədəf qrupu informasiya və məhkəmə orqanlarına birbaşa çıxışa malik olmayan sadə vətəndaşlardır.
Hüquqi yardım. Antikorrupsiya qaynar xətti şəhərdən kənarda yaşayan hər bir vətəndaşa korrupsiya ilə bağlı hər hansı məlumatı vermək üçün rahat vasitədir. Qaynar xətt həmçinin üzbəüz məsləhət, şikayətlər üçün real hadisələrin mərkəzlərə yönəldilməsinə imkan yaradan “filtr” mexanizmi kimi fəaliyyət göstərir. Qaynar xətdə layihə hüquqşünasının rəhbərliyi altında könüllü çalışan hüquq fakültələrinin tələbələri işləyirlər. Mərkəzlərə həmçinin yazılı və web-site vasitəsilə də müraciət etmək mümkündür, lakin təcrübə göstərir ki bu daha az effektlidir, belə ki çox az adam korrupsiya ilə bağlı halları yığcam şəkildə ifadə etməyə meyllidir.
İlk baxışdan, əgər qaynar xətlə verilən məlumatda korrupsiya faktını özünü açıq-aşkar təsdiqlənirsə, hüquqşünasla üzbəüz görüş zamanı vətəndaş daha geniş hüquqi yardım və məsləhətlə təmin olunur. Bu müştərilərə lazımi səviyyədə şikayət ərizələrinin yazılmasında və iddianın hazırlanmasına dair düzgün istiqamətləndirmə məsləhətlərini verməklə yanaşı korrupsiya hallarını izah edilməsinə və aşkarlanmasına dair köməyi əhatə edir. Şəffaflıq Azərbaycan fərdi hallarla bağlı təmsilçilik etmir və onlarla birbaşa məşğul olmur. O, daha çox, şikayətçilərə fəaliyyət etməyə imkan yaradılır.
İctimai maraqların müdafiəsi. Yalnız fakta əsaslanmış müdafiə ALAC layihəsinin uğuruna tənqidi münasibət doğura bilər. Həqiqətən isə bu ALAC layihəsini sırf hüquqi yardım klinikalarından fərqləndirən və müdafiənin mərkəzində duran əsas amildir. Başqa sözlə desək, real şikayətlər əsasında formalaşdırılmış baza müdafiə kampaniyasının əsası kimi istifadə olunur. Şəffaflıq Azərbaycan bır sıra müdafiə üsullarından (mütəmadi mətbuat konfransları, radio, telefon, məsləhət və nəşrlər) istifadə edir.
Maarifləndirmə. Antikorrupsiya maarifləndirməsi xüsusi dinləyici qrupu üçün təşkil olunur: kənd əhalisi, məcburi köçkünlər, tələbələr, dövlət məmurları və s.

Potensialın artırılması: Bu məqsədlə dövlət orqanlarına şikayətlərin baxılması prosesində potensialın artırılmasına yardım edilir. Şəffaflıq Azərbaycan təşkilatı Təhsil Nazirliyi ilə əlverişli işçi əlaqələrə malikdir və Nazirliyin antikorrupsiya işçi qrupunun üzvüdür.
Şəffaflıq Azərbaycan həmçinin hökumətin, vətəndaş cəmiyyətinin və KİV-in iştirakı ilə antikorrupsiya şəbəkəsinin üzvüdür.
Mobil treninq və seminarlar vasitəsilə məlumatlılığın artırılması kampaniyası: Şəffaflıq Azərbaycan 2006-cı ilin sonundan başlayaraq, Britaniya Səfirliyi və ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə müxtəlif əhali qrupları üçün (QHT fəalları, əlillər, kənd əhalisi, milli azlıqlar, qaçqınlar və məcburi köçkünlər, dövlət rəsmiləri və s.) üçün məlumatlılığın artırılması xarakterli tədbirlər təşkil edir. Beş mərkəz (Bakı, Gəncə, Lənkəran, Quba və Şəki) vətəndaşlardan 7229 telefon şikayəti qəbul etmiş, onların 1976-na hüquqi yardım göstərilmiş, 876 nəfər isə yazılı olaraq şikayət ərizəsi ilə çıxış etmişdir. Bu cür geniş əhatəli nəticə il ərzində 306 seminarın keçirilməsinin nəticəsi olaraq mümkün olmuşdur. Əsasən kənd əhalisi və dövlət məmurları üçün təşkil olunan seminarlarda 6,823 nəfər iştirak etmişdir.


Yuxarıdakı şəkillər: Kənd əhalisi üçün keçirilən seminarlar
Aşağıdakı diaqram: 2007-ci il üzrə daxil olan şikayətlərin sayı



Aşağıdakı diaqram: 2007-ci il üzrə daxil olan şikayətlərin sahələr üzrə bölgüsü (7229 müraciət)



Yuxarıdan göründüyü kimi, layihənin 2005-ci ildə icrasından başlayaraq 2007-ci ilin Dekabrın 31-dək əhalinin ən çox şikayətləndiyi sahələr bunlardır: məhkəmə sistemi, polis, təhsil, bələdiyyə və yerli icra hakimiyyəti orqanları.

Digər fəaliyyət və tədbirlər




  • Ədliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Kommisiyasının birgə təşkil etdiyi notariat işçilərinin seçimi ilə bağlı keçirilən yazılı imtahan prosesində müşahidəçi qismində iştirak.

  • Ədliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Kommisiyasının birgə təşkil etdiyi hakimlərin seçimi ilə bağlı keçirilən yazılı imtahan prosesində müşahidəçi qismində iştirak.

  • Korrupsiya fenomenini ifşa etmək məqsədilə gənc və peşəkar rəssamların əl işlərindən ibarət “Korrupsiya ilə üzbəüz” adlı Karikatura sərgisi.


Bizim tərəfdaşlarımız


Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

Təhsil Nazirliyi

Daxili İşlər Nazirliyi

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti

Müdafiə Nazirliyi



Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi

Konstitusiya Araşdırmaları Fondu

Sahibkarlığın İnkişafı Fondu

Azərbaycan Marketinq Cəmiyyəti

Korrupsiya və Cəmiyyət jurnalı

Təhsil və Tədrisə Yardım Mərkəzi

İnsan Hüquqları Cəmiyyəti

Hüquqi Təhsil Cəmiyyəti

Azərbaycan Hüquqşünaslar Cəmiyyəti

Avrasiya Hüquqşünaslar Cəmiyyəti

Gənc Hüquqşünaslar Birliyi

Korrupsiyaya Qarşı Mübarizə Fondu

QHT-lərin Antikorrupsiya şəbəkəsi




2007-ci il nəşrləri


  • Azərbaycan islahatların kağız üzərində qalması və onların icrası arasında qalıb, Transparency International Qlobal Korrupsiya Hesabatı 2007


İdarə heyətinin üzvləri

Adı və soyadı
Vəzifəsi
Rolu
1
Fuad Süleymanov
Hüquq elmləri namizədi, ACİ-YF Vətəndaş Cəmiyyəti Proqramı üzrə Menecer
Təsisçi
İdarə heyətinin sədri
2
Sabit Bağırov
Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım Fondunun prezidenti, texniki elmlər namizədi
Təsisçi

İdarə heyətinin keçmiş sədri


3
Dürdanə Məmmədova
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ məsələləri üzrə şöbə müdiri, Hüquq Elmləri doktoru

Təsisçi
İdarə heyətinin üzvü


4
Rəna Səfərəliyeva
Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər Universitetinin İngilis dilinin stilistikası kafedrasının dosenti
Təsisçi
İcraçı direktor



5
Rəşid Hacıyev
Direktor, Media Hüquqları İnstitutu
İdarə Heyətinin üzvü
6
Intiqam Əliyev
Direktor, “Advocate Service” özəl hüquq firması
İdarə Heyətinin üzvü
7
Ənnağı Hacıyev
Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti
İdarə Heyətinin üzvü


Bizim əməkdaşlarımız və kontaktlar:
Website: www.transparency-az.orgwww.alac-az.org


Bakı ofisi

Bakı, Azərbaycan, AZ 1001


Cəfər Cabbarlı küç 16, floor 1, apt 7
Tel: (99412) 418 11 09; 497 68 15
Tel/Faks: (99412) 596 20 38

Qaynar xətt: (088) 707 07 07

E-mail transpaz@azeronline.com




Vəzifəsi

Adı və Soyadı

Təhsil

E-mail

1

İcraçı direktor

Rəna Səfərəliyeva

Moskva Xarici Dillər İnstitutu, Ümumi Dilçilik Elmləri namizədi, Azərbaycan Dillər Universiteti, Filologiya Elmləri doktoru

rena@transparency-az.org


2

Layihənin baş koordinatoru

Ceyhun Atayev

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, Magistr dərəcəsi

jeyhun@transparency-az.org


3

Baş hüquqşünas

Yusif Ağayev

Qazaxıstan Dövlət Universiteti, Hüquq üzrə magistr dərəcəsi

yusif@transparency-az.org


4

Baş hüquqşünas köməkçisi

Cəmilə Razzaqova

Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin 4-cü kurs tələbəsi

jamilya@transparency-az.org



5

Layihə köməkçisi

Aysel Ağayeva

Xəzər Universiteti, İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi

aysel@transparency-az.org


6

İnzibati /maliyyə meneceri

Zəminə Əliyeva

Bakı Kompyuter Kolleci, İdarəçilik və İT üzrə diplom

zamina@transparency-az.org


7

Mühasib

Natəvan Hacıyeva

Daşkənd İctimai İqtisad İnstitutu, maliyyə işi üzrə magistr dərəcəsi

natavan@transparency-az.org

8

İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis

Yusif Abasov


Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi

yusifa@transparency-az.org


Gəncə mərkəzi

Gəncə - Az 2010, Azərbaycan
Cavadxan küç. 12

Tel/faks: (994 22) 56 55 97
Qaynar xətt: (088) 202 02 02

1

Hüquqşünas / ofis rəhbəri

Sevinc Məmmədova

Azərbaycan Beynəlxalq Universiteti, Hüquq üzrə bakalavr dərəcəsi

sevinj@transparency-az.org


2

Layihə köməkçisi

Nicat Hüseynov

Gəncə Dövlət Universiteti, Dilçilik fakültəsinin 3-cü kurs tələbəsi

nijat@transparency-az.org

Lənkəran mərkəzi

Lənkəran AZ 4200, Azərbaycan

Qala Xiyabanı küç. 12

Tel: (994 171) 5 09 04


Faks: (994 171) 5 17 25
Qaynar xətt:(088) 303 03 03

1

Hüquqşünas

Ehtiram Fəttayev

Azərbaycan Beynəlxalq Universiteti, Hüquq üzrə bakalavr dərəcəsi

etiram@transparency-az.org


2

Koordinator

Afiq Məlikov



Lənkəran Dövlət Universiteti, Təbiətdən istifadə və təbiəti mühafizə ixtisası üzrə Magistr dərəcəsi

afiq@transparency-az.org

Quba mərkəzi

Quba AZ 4000, Azərbaycan

Fətəlixan küç, 65

Tel/faks: (994 169) 5 18 37


Qaynar xətt: (088) 404 04 04

1

Hüquqşünas

Eldar Kərimov

Sankt-Peterburq Dövlət Universiteti, Hüquq ixtisası üzrə magistr dərəcəsi

eldar@transparency-az.org


2

Koordinator

Samir Əlibəyov

Azərbaycan Dövlət Universiteti, Coğrafiya ixtisası üzrə bakalavr dərəcəsi


samir@transparency-az.org.

Şəki mərkəzi

Şəki AZ 5500, Azərbaycan

M. Rəsulzadə küç. 177, mən. 3

Tel/faks: (994 177) 4 26 55


Qaynar xətt: (088) 505 05 05

14

Hüquqşünas

Kəmalə

Məmmədova



Dağıstan Dövlət Universiteti, Hüquq ixtisadı üzrə magistr dərəcəsi

kamala@transparency-az.org

15

Koordinator

Elşən Məmmədov

İqtisadi Universiteti, İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi

elshan@transparency-az.org


Maliyyə haqqında məlumat


2007-ci ildə bizim donorlarımız

2007-ci il üçün olan gəlirlərimiz 224,605 avro
2007-ci ilin məxarici 220,440 avro
Kateqoriyalar üzrə bizim məxaricimiz


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə