Referat Mövzu: Nəqliyyat tullantılarının azaldılmasına yönəldilmiş tədbirlər Kurs: II qrup: 400




Yüklə 29.21 Kb.
tarix14.04.2016
ölçüsü29.21 Kb.
Azərbaycan Dövlət İqtisad Universiteti


Fakultə: Uçot-iqtisad

Fənnin adı: Ekologiya
Referat

Mövzu: Nəqliyyat tullantılarının azaldılmasına yönəldilmiş tədbirlər
Kurs: II

Qrup: 400

Tələbənin adı: Cümşüdlü Vüqar

Ədəbiyyat:

www.eco.gov.az

Məmmədov Q.Ş, Xəlilov M.Y. «Ekologiya və ətraf mühitin mühafizəsi»

Son illər dünyanın iri avtomobil kompaniyaları atmosferi çirkləndirən nəqliyyat vasitələrinin yaratdığı təhlükəni aradan qaldırmaq üçün müxtəlif tədbirlər görmüşlər və görməyə davam edirlər. Bunlardan biri ekoloji təhlükəsiz avtomobil mühərriklərinin istehsaldır. İşçi mühərriklərini daim təkmilləşdirərək yeni, yanacağın tam yanmasını təmin etmək istiqamətində işlər aparılır. Avropa və ABŞ-ın qabaqcıl firmalarının avtomobilləri 80-cı illərə nisbətən 10-16 dəfə atmosferə az zərərli qaz buraxır. Bu mühəriklərin zəifləşdirilmiş qarışıqla işləməsi, çox qlapanlı sistem, elektron işə salma nəticəsində əldə edilir.

Elektron sistemlə idarəetmədən istifadə olunaraq mühərriyi, tormuzu və başqa aqreqatları optimallaşdırmaqla avtomobili ekoloji baxımdan təmiz saxlamaq olar.

Almaniyada avtomobil yanacağını 100 km məsafədə 9-ildən –4 ilə qədər azaltmaq vəzifəsi qarşıya qoyulmuşdur.

1997-ci ildə «Mersedes-Bens» xüsusi kiçik dərəcə «A» indeksli avtomobilin prezentasiyası keçirildi. Elə həmin ildən onun sənaye buraxılışı da oldu. Alıcılara 2 yeni benzin mühərriki –60-75 kvt gücü ilə, həmçinin 2 turbodizel mühərriki olan 44 və 66 kvt gücü ilə. Yanacaq sərfi 100 km gedişdə 4 L – dən – 7 L təşkil edir.

1997-ci ildə Frankfurtda (Almaniya) «Audi» firmasının eksperimental modeli «A-2» avtomobil salonunun ən parlaq yeniliyi sayılır. Bu avtomobil təmiz alüminiumdan olub 3 silindrli mühərrikli, 4 yerli maşındır – qabaqcadan «A-2» adlandırılmışdır. Bu super iqtisadi maşın ən az benzin işlədərək bu baxımdan rekord sayılır. «A-2» avtomobili 100km məsafədə 3 l benzin işlədir. Belə maksimal qənaəti yanacağı ötürən turbodizel mühərriyi təmin edir.

Hazırda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil yanacağı kimi etilli benzindən istifadənin qadağan edilməsi böyük əhəmiyyət daşıyır.

Kontinentin şimal ölkələrinin çoxunda praktiki olaraq etilli benzindən daha istifadə edilmir. Bununla yanaşı bütün yeni avtomobillər xüsusi katalizatorla təczhiz olunmuş və yalnız etilsiz yanacaqla doldurulur. Belə katalizatorlar daha köhnə nəqliyyat vasitələrində də qoyulur.

Avropa İttifaqı bu ittifaqa daxil olan bütün ölkələrdən 2003-cü ilə qədər avtomobil yanacaqlarında qurğuşundan istifadə olunmasını tamamilə dayandırmaq tələblərini irəli sürmüşdür.

Moskvanın neftayırma müəssisəsində və Rusiyanın digər müəssisələrində etil benzininin istehsalı dayandırılmışdır.

Hazırda avtobenzin doldurma istehsalçıları benzinə qurğuşunsuz xüsusi əlavə hazırlamışdır; bu, yanacağın effektivliyini aşağı salmır.

Rusiya alimləri Niderland millitrans kompaniyası Ay-Su-Du ilə birlikdə yüksək oktanlı benzinə əlavə feterol hazırlamışlar. Bu benzini ekoloji təmiz və demək olar ki, zərərsiz edərək xarici sanitar normalara tam cavab verir.

Belə benzin bir sıra Rusiya zavodlarında mənimsənilmişdir. Hazırda ildə 300 min ton feterol hazırlamağa imkan var. Onun əsasında 2-2,5 milyon ton ekoloji təmiz benzin hazırlamaq olar.

«Omski kauçuk» aksioner cəmiyyəti Rusiyada benzinə əlavə metiltretiçnobutilen efiri (MTBE) istehsal etmişdir. Bu əlavə benzinin keyfiyyətini yaxşılışdıraraq onu ekoloji təmiz edir.

Oksigen tərkibli əlavə kimi müxtəlif spirtlərdən, məsələn, metil spirtindən və butilen izomerindən alınan MTBE-dən istifadə etmək olar. ABŞ-da oksigen tərkibli əlavə kimi 80% MTBE-dən, 20% etil spirtindən istifadə olunur.Bundan istifadə etməklə avtomobil qazlarında CO-nu –10-20%, yanmayan karbohidrogenləri 5-10% və uçucu zərərli birləşmələri 13-17% azaltmaq olar.

Rusiyada MTBE Nijne-Novqorodda, Çaykovski şəhərində, həm də Tolyattidə hazırlanır.

1996-cı ildə Novoufa neftayırma zavodu benzin doldurma stansiyalarına yeni «Evrosuper -95» markalı benzin təqdim etmişdir.Bu digər markalı benzinlərdən, yalnız yüksək oktanlı olması ilə deyil, həm də tərkibində olduqca az zərərli hidrogen-sulfid (H2S) olmasilə fərqlənir. «Evrosuper-95» markalı benzin müasir yüksək texnologiya əsasında hazırlanıb tərkibində ətraf mühit və insan üçün zərərli olan tetraetilqurğuşun və digər zərərli əlavələr yoxdur.

Avtomobillərin tullantı qaz yollarında qoyulan neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən buraxılan toksik maddələrin miqdarını azaldır. Məsələn, ABŞ-da neytrallaşdırıcılar 1980-cı ildəki 76 mln. tondan 1985-ci ildə 55 mln. tona qədər azaltmışdır. Bu ölkədə 85% avtomobillər neytrallaşdırıcılarla təchiz edilmişdir.

İsveçdə 48 müxtəlif avtomobil modellərinin, çıxan qazları neytrallaşdıran katalitik süzgəclərlə təchiz olunması zərərli qazları xeyli azaltmışdır, o cümlədən karbon oksidi 34%, karbohidrogenlər – 36%, azot oksidləri – 58% azalmışdır.

Rusiyada hazırlanan katalitik katalizatorların sınaqdan keçirilməsi göstərdi ki, onlar işlənmiş qazlarda CO –nu 80%, CH –70%, NO –nu 50% azaldır. Bu zaman tullantıların zərərlilik dərəcəsi cəmi 10 dəfə azalır.

Ən yaxşı katalizatorun PLATİNDƏN olması müəyyən edilmişdir. Lakin baha olması ondan geniş istifadə edilməsinə imkan verə bilməz. Digər ucuz və çox tapılan katalizatorların axtarışı göstərdi ki, platini palladi,ruteni, həmçinin mis oksidi, xrom oksidi, nikel oksidi, manqan-2-oksid əvəz edə bilər.

Dizel yanacağı. Dizel yanacağını alman mühəndisi Rudolf Dizel (1858-1913) kəşf etmişdir. Benzin mühərriklərində işçi qarışığı (yanacaq-hava) kənar mənbədən yəni (elektrik qığılcımından) alovlanırsa, dizel mühərriyində isə alovlanma qarışığın sıxılması nəticəsində yüksələn temperaturun təsirilə baş verir. Dizel mühərriyi benzin mühərriyinə nisbətən 20-30% az yanacaq işlədir.

Son vaxtlar dünyada dizel mühərriklərinə qayıtmaq tendensiyası artmışdır. Dizel yanacağı ilə işləyən avtomobillərdə işlənmiş qazların zərərlilik dərəcəsi xeyli az olur. (yəni komponentlərin cəminə görə benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az olur.) Dizel mühərrikləri də ekoloji baxımdan təhlükəsiz sayılmır, belə ki, iş zamanı onlar da havaya bərk hissəciklər: məsələn, his, yağ aerozolları və yanmamış yanacaq, kükürd anhidridi buraxır. Bu maddələr atmosfer havasına düşərək insan orqanizmində kanserogen birləşmələr toplanır ki, onlar da benzin mühərriklərindən çıxan karbon oksidindən az təhlükəli sayılmır.

Çıxan qazların təmizlənməsi üçün dizel mühərriklərində oksidləşdirici neytrallaşdırıcılarla yanaşı, həm də hiss süzgəcləri, resirkulyasiya sistemi qoyulur.

Bəzi şəhərlərdə peyda olan «İkarus» maşınlarının üstündə iki ədəd tutumlu (iri həcmli) balon yerləşdirilir. Bu maşınlar xüsusi yanacaq növü ilə – dizel yanacağı və təbii qazın qarışığı ilə işləyir. Bu avtobuslar ekoloji təmiz olub, arxasınca tüstü müşahidə olunmur. Bu mühərriklərdə işlənmiş qazlar dörd dəfə az olur, dizel yanacağı iki dəfə az işlənir, mühərriyin gücü 10-12 % yüksək olur, təmir müddətləri arası isə 1,5 dəfə artır.

Avtomobillərin qaz yanacağına keçməsi atmosferə kanserogen maddələrin atılmasını 100 dəfəyə qədər azalmasına şərait yaradır. Neft məhsullarına çəkilən xərc də azalar: hər min ədəd qaz balonlu avtomobillər: yük daşıyanlar ildə 12 min ton, taksi mator avtomobilləri –6 min ton, sərnişin daşıyan avtobuslar – 30 min ton neft qənaət edir.

Təbii qaz maşınlar üçün əla yanacaq sayılır. Hava ilə yaxşı qarışaraq o, mühərrikdə tam yanır, bunun nəticəsində işlənmiş qazlarda zərərli maddələrin miqdarı azalır. Oktan ədədi rekord qazanıb, 105-110 vahid olur, yüksək çeşidli benzində isə bu ədəd 96 təşkil edir. Bununla yanaşı qaz yanacağı avtomobil mühərriyinin ömrünü 1,5 dəfəyə qədər uzadır.

Hazırda dünyada 500 milyondan çox istismarda olan avtomaşının 1,3 milyonu təbii qazla- kükürd, qurğuşun və müxtəlif qarışığı olmayan metanla işləyir. Şübhəsiz onların sayı gələcəkdə daim artmaqda davam etməkdədir, çünki ucuz qiyməti və ekoloji təmizliyi onun daha da geniş yayılmasına səbəb olacaqdır.

Rusiyada 1996-cı ildə 196 qazdolduran stansiya fəaliyyət göstərərək , hər gün 80 min avtomobil və avtobusu təbii qazla təmin etməyə imkan verir. Bir qazdoldurma stansiyası 3 növbəli işdə sutka ərzində 500 avtomobili yola sala bilər.

Qaz mühərriyi yanacağından istifadə olunması ətraf mühitin mühafizəsində mühüm rol oynayır.

Hidrogendən əsas yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki sivilizasiyanı kökündən dəyişə bilər. Bununla da müasir dövrün mühüm problemi sayılan ətraf mühitin çirklənmədən mühafizəsi praktiki olaraq həll oluna bilər.

Hidrogenin mühərrik yanacağı kimi xarakteristikası olduqca nadir sayılar, belə ki, onun yaxşı alovlanması, işlənmiş qazların zərərli olmaması, yüksək yanma intensivliyi və sürəti («benzin-hava» qarışığından 4 dəfə artıq) vardır. Dünyada ildə 50 milyon tona qədər hidrogen istehsal olunur. XXI əsrin ilk 25 ilində hidrogenin istehsalı və ondan istifadə bu günə nisbətən bir neçə dəfə çox olması proqnozlaşdırılır.

Hidrogenin qaz halında, hətta sıxılmış qaz halında saxlanması sərfəli deyil, çünki belə saxlanması üçün iri həcmli balonlar lazımdır. Ən real variant hidrogeni maye halında saxlamaqdır. Lakin bu halda xüsusi termoizolyasiyalı bahalı kriogen çənlərdən,( baklardan) istifadə etmək lazımdır.

Hidrogeni metal soyuducu hidridlərin tərkibində bərk halda da saxlamaq olar, bu benzini çənlərdə (sisternalarda) saxlamaqdan təhlükəsiz sayılır.

Elektromobil. 1973-cü ildə, xüsusilə kəsgin elektrik krizisindən sonra elektromobillərin kütləvi istehsalına maraq artdı. Bu yalnız elektrik problemi ilə deyil, həmçinin ciddi ekoloji problemlərlə əlaqədardır: belə ki, elektromobil havanı çirkləndirmir, qızdırmır, həm də o qədər də səsküylü deyil. 1993-cü ildə ABŞ-da Kaliforniyada verilən qanunda milli istehsalçıların buraxdığı avtomobillərin mütləq 2%-dən az olmayaraq «sıfır qazlarla» işləyən, xüsusən elektromobillər olması göstərilir.

İsveçdə buraxılan 15 tonluq yük maşını gələcəyin maşını adlandırıldı. Onun mühərriyinə elektromühərrik və qaz turbini birləşdirilir.Elektromotordan şəhərin küçələrində istifadə olunur ki, atmosfer çirklənməsin, turbin isə şəhərdən kənar şosselərdə birləşdirilir. Mühərrik kifayət qədər güclü olub sürəti 110 km/saata qədərdir.

Qaz turbini etanolla işləyir, bu halda işlənən qazların zərərlilik dərəcəsi porşenli mühərriklərə nisbətən 10 dəfə azdır. Yanacaq kimi həm də metanol, benzin, dizel yanacağı, raps yağı və təbii qazdan istifadə etmək olar.

Bütün ölkələri növbəti dəfə də geridə qoyan Yaponiya elektromobil erasına daxil olur. Osaka şəhərində planetdə ilk dəfə sürət yarımstansiyası (köməkçi stansiya) şəbəkəsi fəaliyyət göstərir. Burada 30 dəqiqə ərzində ekoloji təmiz avtomobilə enerji doldurmaq olar. İndiyə qədər batareyanı doldurmağa 10 saatdan artıq vaxt sərf olunurdu, bu isə dünyada elektromobilin geniş yayılmasına mane olan əsas səbəblərdən biri sayılırdı. Elektromobillərin son modellərinin sürəti 75km/saat təşkil edir.Ətraf mühitin mühafizəsi marağını nəzərə alaraq avtonəqliyyatın elektriklə işləməsinə keçmək məqsədə uyğundur.



Elektromobillərin inkişafının sonrakı mərhələsində onların kütləvi seriyal istehsalı, buraxılması və avtomrbil nəqliyyatında onların payının artırılması qarşıda durur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə