Referat №7 Anatomik terminlərin quruluşu




Yüklə 24.03 Kb.
tarix29.04.2016
ölçüsü24.03 Kb.
Referat № 7

Anatomik terminlərin quruluşu

Elmin başqa sahələrinin terminologiyası kimi Anatomik terminologiya Hippokratdan, Qalendən başlamış indiyə qədər böyük inkişaf yolu keçmişdir. XIX əsrin III rübündə anatomiya terminlərinə dəyişiklik və düzəlişlər ilk dəfə Avstriya Anatomu İ.Hirtl tərəfındən (Onomatologia Anatomica, Vyana 1880) edilmişdir. Terminlərdə olan bəzi qaydasızlıqları aradan qaldırmaq üçün 1895-ci ildə İsveçrənin Bazel şəhərində I anatomik konqres çağınlmış və orada qəbul edilmiş terminologiya "Baseliana Nomina Anatomica" (BNA) adı ilə tibb ədəbiyyatına daxil olmuşdur. 1935-ci ilde isə Almaniyanın Yena şəhərində yeni anatomik nomenklatura "Jemiensia Nomina Anatomica" - Yena anatomik nomenklaturası - (JNA) qebul edilmişdir. Bu nomenklaturanın müzakirəsi 1936-cı ilde anatomlann IV Beynelxalq konqresinə (Milan) təqdim edilmiş, lakin İkinci Dünya müharibəsi buna mane olmuşdur. 1950-ci ildə anatomlann V Beynəlxalq Konqresinde (Oksford) Yena nomcnklaturasının yantmaz olduğu irəli sürülmüş, konqres Beynəlxalq anatomik nomenklatura əsasında yeni anatomik nomenklatura yaratmışdır. 1955-ci ildo Parisdə çağınlmış anatomlann VI Beynəlxalq Federativ konqresi rəsmi siyahı olaraq Nomina Anatomica loklif etmişdir. 1960-cıildə anatomlann VII Beynəlxalq konqresində (Nyıı-York) yeni nomenklaturaya Paıis anatomik nomenklaturası -l'aı isiensia-Nomina Anatomica (PNA) adı verilmişdir. İlk dəfe olaraq tibb clminin tarixində latm anatomiya terminlerinin siyahısı rəsmi olaraq bey-nolxalq miqyasda qebul edilmişdir. Paris anatomik nomenklaturası tezliklə lıoyata daxil olmuşdur. Keçmiş SSRİ Səhiyyə Nazirliyinin Elmi Şurası 31 yanvar 1959-cu il tarixli qərannda tibb və stomatoloji instirutlannda.anato-nıiya və digor tibb fənlərinin tədrisində Paris anatomik nomenklaturasından ıstifadə etməyi tövsiyə etımşdir. 1965-ci ildə Visbadendə çağınlmış ana-lomlann VIII Beynəlxalq konqresində Nomina Anatomicaya minlərlə dü-zeliş və əlavələr edilmişdir. 1970-ci ilin avqustunda, Leninqradda çağınl-mış anatom, histoloq və embrioloqlann IX Ümumdünya konqresindo histo-logiyanın tarixində. ilk dəfə histologiya terminlərinin beynəlxalq siyahısı qebul edilmiş, bu isə Leninqradda histoloji nomenklaturası -Leningradiensia Nomina Nistologica (LNH) adı ilə elm tarixinə düşmüş-dür. Həmin konqresdə isə eyni zamanda Beynəlxalq embrioloji nomenkla-tura da qəbul edilmişdir. 1974-cü ildə Daşkənddə çağınlmış anatom, histo-loq, embrioloqlann VIII Ümumittifaq qurultayında Paris nomenklaturasına ıııuvafiq olaraq Beynəlxalq Anatomik nomenklaturasının lahiyəsi latın və rus dillərində təsdiq edilmişdir. 1975-ci ilin noyabnnda Tokioda çağınlmış X bcynəlxalq anatomik konqresdə isə Beynəlxalq Nomenklatura konqresinde histoloji, embrioloji və Anatomik nomenklaturaya olunan əlavələr müzakirə edilmişdir.



Anatomik terminlərin strukturu

Hər bir Aanatomik ad uyğun olan Anatomik termininin yaranmasına xidmət edir. Buna baxmayaraq adlanma düzgün, dəqiq, birterəfli və anato-mik termininin əmələ gəlməsinin bütı'in əlamətlərinin özündə cəmləşdir-məlidir. Bəzi hallarda birsözlü adlar isimlə ifadə olunur. Məsələn:Costa-Qabırğa,Collum-Boyun,Thorax-Döş qəfəsi və s. Bir çox latm adları isim-sifət,isim-bir neçə sifət,isim-adlıq,digər isim-yiyəlik halda olan söz birləşmələrindən təşkil olunmuşdur. Məsələn:Os longum-Uzun sümük,Costa vera-Həqiqi qabırğa,Articulatio simplex-Sadə oynaq, Musculus nasalis-Burun əzələsi. Bəzi hallarda sözlərin tərkibinə elə təyin daxil olur ki,o bütürı söz birləşməsinə aid edilir.

Məsələn:Kəllənin əsası-Basis cranii (xarici və daxili) Kəllənin əsasının tam termini:Basis cranii externa-Kəllənin xarici əsası,Basis craniı interna-Kəllənin daxili əsası. Belə misallardan bir neçəsini göstərmək olar:Apertura thoracis superior-Döş qəfəsinin yuxarı dəliyi,Apertura thoracis inferior-Döş qəfəsinin aşağı dəliyi. Hansı ki, Superior (yuxan) və İnferior (aşağı) sifətləri tək Apertura (dəlik) isimləri yox,iki sözdon ibarət olan Apertura thoracis (döş qəfəsi dəliyi) söz birləşməsini təyin cdir.

Bu cür təyinlər əsas etibarilə birinci yerdə dııraıı isiınlərlə uzlaşır Məsələn: Porus acusticus internus-Daxili qulaq doliyi;Musculus rectus abdominis-Qarnın düz əzələsi;Apertura pelvis inferior-Çanağın aşağı doliyi;Ligamentum patellae propium-Xüsusi dizqapağı bağı.


Anatomik terminlərdə uzlaşaıı və uzlaşmayan təyinlər

Anatomik terminlər mürəkkəb latın terminlerini əhatə edir. Bu qrup terminlər ikisözlü, üçsözlü və çoxsözlü olan bir neçə yerə bölünür.

Ümumiyyətlə, göstərmək lazımdır ki, tərkibinə bir neçə təyin daxil olan çoxsözlü terminlərdə birinci yerdə ümumi terminlordon sonra onun xarakterini aydınlaşdıran söz yazılır. Məsələn:Porus acusticus internus (Daxili qulaq dəliyi).

Birinci ümumi termini ifadə edən "Porus" (Dəlik) sozii ondan sonra daha xarakterik olan "Acusticus" (Qulaq) yazılır, bıı söz iimunıi tcrnııııı be-donin müəyyən bir hissəsi ilə elaqələndirir, axırda isə qulaq sözünün konkretliyini cəmləşdirən "İnternus " (Daxili) sözü yazılır.

Latın Anatomik terminləri Azərbaycan dilinə axırdan əvvələ tərcümə edilir.Məsələn:Medulla spinalis-Onurğa beyni,Malleolus medialis-İçəri lopııq, Crista palatina-Damaq sümüyü daräğı.

Anatomik terminlerdə ümumiliyi (təyin sözü) ifadə edən isimdən sonra onunla say, hal və cinso görə uzlaşan sifət və ya feli sifət gələrsə, biz ıızlaşan təyinlə, terminin tərkibini müəyyənləşdirən sözlərdən biri adlıq, digori yiyəlik halla olarsa, uzlaşmayan təyinlə rastlaşınq. Məs: iki isimdən loşkil olunan ikisözlü anatomika terminlərdə ismin biri adhq, digəri yiyəlik halda yazılır, ümumiyyotlə üç, dörd və çox sözlü terminləri təşkil edən ıliıdələrdə dalbadal gələn iki ismin biri adhq, digəri yenə də yiyəlik halda yazılır.

Latın dilində sifətlər iki qrupa bölünür: I qrup və II qrup. Bunlar hal-landıqda müxtəlif sonluqlara malik olur. Yuxanda dediklərimizin quruluşu-n n misallar şəklində bu cür vermək olar.
I. İkisözlü anatomik terminlər:

a) Bu zaman iki hal meydana çıxa bi-I. ıı təyin edilən söz (isim) adhq hahn təkində və ya cəmində olarsa və on-dan sonra gelon sifət də adlıq hahn təkində və ya cəmində olarsa bunu biz n/laşan təyin adlandırmışıq.

İ1 (isim) S (sifət)

Məsələn: sutüra squamosa - pullu tikiş ne'rvus vaqus - azan sinir musculus restus - düz əzələ

Bu misallarda terminin quruluşu isimdən və onunla uzlaşan bir sifətlərdən təşkil olunmuşdur.

b) Təyin edilən söz (isim) adlıq halda, təyin edən (yeni ikinci söz) (isim) yiyəlik halda olur. Bu isə uzlaşmayan təyin adlanır.

I (isim adlıq halda) İ2 (isim yiyəlik halda)

Məsələn: collum costae - qabırğa boynu spina scapulae - kürək tini caput costae - qabırğa başı cöprus vertebrae - fəqərə cismi

Terminin tərkibi bir uzlaşmayan təyindən ibarətdir.

II. Üçsözlü anatomik terminlər:

Bunlar dörd növ olur:

a)İsim və onunla uzlaşan iki sifət.

Bu zaman birinci yerdə orqana və ya bədən hissəsinə münasibət göstərən sifət,

ikinci yerdə isə ölçünü, formanı, vəziyyəti göstərən sifət olur və bu sifətlər hala,

cinsə, saya görə isimlə uzlaşır.

İ (isim) .:> S (sifət) .> S (sifət)

Məsələn: crista sacrdlis medidna - omanın orta darağı vena cdva inferior –

aşağı boş vena Ductus sublingualis mayor - böyük dilaltı axacaq

Terminin tərkibi isim və onunla uzlaşan iki sifotdon təşkil olunmuşdur.

b) İsim adlıqda və digər iki isim isə yiyəlikdə olur, birinci yerdə anatomik terminin az böyük elementini göstərən isim, ikinci yerdə isə daha böyük elemcntini göstərən isim olur.


  1. Crista capiitis costae - qabırğa başı darağı

  2. Fossa vesicae felleae - ödlük çuxuru

  3. Crista colli costae - qabırğa boynu darağı

v) Birinci söz isim adlıqda, ikinci söz sifət birinci sözlə hala, cinsə, saya görə uzlaşıb

adlıqda, üçüncü söz isim yiyəlik halda olur.


  1. Ramtıs inferior ossispubis - qasıq sümüyünün aşağı hissəsi.

  2. musculus transversus abdöminis - qannın köndələn əzələsi.

  3. sulcus medianus linguae - dilin orta şaxəsi.

q) Birinci söz isim adlıqda, ikinci söz isim yiyəlikdə, üçüncü söz sifət olub birinci sözlə

uzlaşır:


  1. ve'na cordis parva - kiçik ürək venası

  2. arfe'ria genus media - orta diz arteriası

  3. apertura siıms frontalis - alm cibi dəliyi

III. Çoxsözlü Anatomik terminlər. Bunlar müxtəlif quruluşa malik olur: Bir təyin



edilən isimə aid

  1. Facies articula'ris tuberculi costae - qabırğa qabarcığınm oynaq səthi

  2. vagina tendinis musculi tibidlis anıerioris - ön qamış əzələsinin vətər yatağı

Plicae tunicae mucasae vesicae felleae ödlüyün selikli qişa büküşlər


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə