Quran və SÜNNƏDƏ HÖKMÜ Müvəqqəti nigah




Yüklə 141.25 Kb.
səhifə3/3
tarix20.04.2016
ölçüsü141.25 Kb.
1   2   3
Müvəqqəti nigahla əlaqəli qadağana gəldikdə isə əshabələr -radıyallahu anhum- onu müdafiə etmişlər. Çünki o insanlara Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- nəyi gətirdiyini xatırlatdı (Əhməd bin Teymiyyə, “Məcmuə əl-Fətava”, 33/96 ).
Bütün bu deyilənlərdən görünür ki, bəzilərinin müvəqqəti nigahı qadağan etməsinə görə Öməri -radıyallahu anhu- təqsirkar bilmələri əsassızdır. Bu eyni ilə ümrədən sonra həcc məsələsindəki qərara da aiddir. Bunlar onun Quran və Peyğəmbər hədislərinə əsasən etdiyi şəxsi ictihadları idi. Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- isə bu haqda buyurub: “Əgər hakim sərbəst olaraq hökm verərsə və haqlı olarsa, ikiqat savab qazanar. Əgər səhv edərsə, bir savab qazanar” (Müslim, 1716 və əl-Buxari).

SAĞLAM DÜŞÜNCƏ BİZƏ NƏ DEYİR?



Biz, müəyyən bir müddətə bağlanan nigahın həm Qur'anda, həm də Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- hədislərində qadağan olunmasına dair çoxlu dəlil gətirdik.
İslam - Allahın kamil dinidir. Başqa dinlərdən o, bununla fərqlənir. Qur'an və Sünnənin ehkamları məntiqə və sağlam təfəkkürə uyğun gəlir. Buna görə də müvəqqəti nigah məsələsini bu nöqtəyi-nəzərdən araşdırmaq məqsədə uyğun olardı.
Uca Allah nigahı insanlara öz heyvani ehtiraslarını ödəmək üçün deyil, mə'nəvi, sosial və iqtisadi ne'mətlər naminə vacib bilmişdir. Buna görə də İslam sağlam müsəlman ailəsinə sağlam müsəlman cəmiyyətinin özəyi (rəhni) kimi baxır.
Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mə'nəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.
Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt na'minə «öz bədənlərini birləşdirib», sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?
Əgər belə bir «nigah» zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nikah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?
İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».
Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Bəs kim razı olar ki, öz anası və ya bacısı kiməsə müvəqqəti arvadlıq etsin? Kim əmin ola bilər ki, anası ilə bir çox illər qabaq müvəqqəti nigahından doğulan və anasının yolunu tumuş öz doğma qızıyla «nigah» bağlamayacaq? Nə vaxtsa öz atasıyla ola bilən qadını bəs kim almaq istər?
Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mö'min, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).
Həqiqətən, bu və digər suallara cavab yoxdur və ola da bilməz. Bu şər yol - müsəlmanın mə'nəvi simasını dağıdır. Müvəqqəti nigahla əxlaqsızlıq arasında heç olmasa bircə fərqli cəhət göstərə bilərsinizmi?
İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Məhəmmədə -səllallahu aleyhi və alihi və səlləm- peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, Cahiliyyə dövrüdə geniş yayılmış müvəqqəti nigaha da adiddir. Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə qadağan etmirdi. Bu, Xeybər günü baş verdi. Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- bundan sonra bir dəfə də- Məkkənin fəthi günü- bunun Allahın iradəsiylə Qiyamətə qədər qadağan edildiyini e'lan etdi. Amma bu əməl içki kimi geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi haqda xəbər bütün insanlara çatmamışdı, çünki əshabələr bu barədə az-az danışırdılar. Bə'zi müsəlmanlar Əbu Bəkrin və Ömərin -radıyallahu anhum- dövrlərində də bilməyərək müvəqqəti nigah bağlayırdılar. Bu barədə Müslümin (1405) «Əs-Səhih»ində xəbər verilir. Amma bu xəlifə Ömərin -radıyallahu anhu- vaxtı kütləvi hal aldıqda, xəlifənin özü və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- Əli bin Əbu Talib, Abdullah bin Ömər, Abdaullah bin Zübeyr -radıyallahu anhum- kimi böyük əshabələri bunun icazə verildiyini deyənlərə qarşı kəskin mübarizəyə qalxaraq müsəlmanları bu cür dərin yanlışdan qurtardılar.
Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qur'ana, Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- hədislərinə, onun əsahabələrini, o cümlədən Əli bin Əbu Talibin -radıyallahu anhu- yekdil fikirlərinə, mö'min müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.
Huseyn Ashiqi eger yuxardakini oxumaq istemesen bunu oxu kifayet eder!
Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.
İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mö'min, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).

Zurara rəvayət edir ki, o, imam Cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsail əş-Şiə”, 14/446-447).


Rafizi alim Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın -icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203).
Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam Cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25).

Əbu Basır rəvayət edir ki, imam Cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4).

Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).

Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam Cəfərə- “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”- deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10).



Əl-Fudalın dediyinə görə kimsə (!) ona agah edib ki, imam Cəfər belə deyib: “Öz arvadını anasına oxşadan ondan boşanmış olur”. “Vəsail əş-Şiə” kitabının 16-cı fəslində deyilir: “Öz arvadlarını analarına bənzədənlər haqqında olan qərar müvəqqəti nigaha şamil edilmir” (“Vəsail əş-Şiə”, 19 və 20-ci fəsillər; “Cəvahir əl-Kəlam”, 30/189; Abdullah Niam, “Ruh ət-Təşəyyu”, səh. 460).
Əmmar bin Mərvan rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadının ona belə dediyi kişi haqqında soruşurlar: “Mən, yalnız o şərtlə sənə gedərəm ki, sən istədiyin yerə toxuna və baxa bilər, kişilərin öz arvadlarından aldıqları istənilən həzzi məndən ala bilərsən, yalnız bir şeydən başqa,- sən mənim uşaqlıq yoluma toxunmamalısan, mən biabırçılıqdan qorxuram». İmam deyir: “Sənə yalnız şərtləşdiyiniz şeylərə icazə verilir” (“Vəsail-əş Şiə”,15/45; Yusif əl-Bəhrani, “əl-Hədaiq ən-Nadıra fi Əhkam əl-İtra ət-Tahira”, 24/197).
İshaq rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).
Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “Cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).
Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin -radıyAllahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu - əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).
Şeyx Məhəmməd ət-Tusi (cəfəri-şiə) özünün kitablarında, həmçinin rafizi (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).
Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).
İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam Cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).
Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)
Rafizi (cəfəri) şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.
İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.
Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu - zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).
Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.
Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).
Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyAllahu anhu- və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyAllahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam Cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.
Qazi İbn İyad deyib: “Rafizilərdən (yə'ni cəfəri-şiələrdən) başqa bütün müsəlman alimlər müvəqqəti nigahın qadağan olunmasında yekdildirlər” ( İmam ən-Nəvəvi, “Şərh əs-Səhih Müslim”, 9/181 və s.).

Men helem Ahli Sunneden delil getirmirem bunlar yalniz sizin kitablarnizdandir.

Artiq Admin qardashdan xaish edim ki bunu "siqe meselesini baqlasin" cunki artiq hershey deyildi, kim istese netice cixarda biler.
ve hecbir qeyretli insan istemez ki, onun aile uzvunden kimse bir-iki gunluk, veya bir nece saatliq bir kishi ile evlensin, goresen nefsine uyan insanlar niye oz fitretlerine qarshi geliler, (yeni oz qeyretlerine qarshi)?
onlar yoxsa bashqasinin ailesine ozune halal gorub ozunkune qeldiyi zaman bunu haram bilirler?!
burda iki varyant var
ya siqe halaldir

yadaki yox.


Eger he deyene sual olunsa ki, senin ailedeki qadinlarla siqe etseler sen buna razi olarsanmi?!,
eger o he dese o artiq oz qeyretsizliyini gosterer, cunki muselmanin qeyreti buna yol vermez!
eger yox dese ona bele bir sual ortaya cixr yaxshi bashqasinin ailesini hallah bilirsen ozun kunu yox?
..Mence artiq hecne demeye qalmir (eger Bu yazdiqim sozlerede "XETAM VARSA" buna gore Allahdan baqishlanma dileyirem!)
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə