Quran və SÜNNƏDƏ HÖKMÜ Müvəqqəti nigah




Yüklə 141.25 Kb.
səhifə2/3
tarix20.04.2016
ölçüsü141.25 Kb.
1   2   3
Qur'an arvadlarını analarına oxşadaraq bununla onlardan imtina edən şəxslər bərədə bə'zi qaydalar müəyyən edib.
«Sizdən öz qadınları ilə zihar (qanuni nigahlarını özlərinə haram edib) edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır…» (əl-Mücadələ, 2).
Ayədə ondan danışılır ki, kişi öz arvadını özü üçün anası kimi toxunulmaz e'lan edir. İslama qədər bütpərəstlər məhz belə boşanırdılar. Uca Allah deyib ki, bu cür hərəkət edən hər kəs, arvadıyla qovuşmazdan qabaq, bir qul azad etməli və ya iki ay fasiləsiz oruc saxlamalıdır və ya əgər bunu bacarmasa, 60 kasıbı yedizdirməlidir.
Bu da, həmçinin müvəqqəti nigaha aid deyil.
Əl-Fudalın dediyinə görə kimsə (!) ona agah edib ki, imam Cəfər belə deyib: “Öz arvadını anasına oxşadan ondan boşanmış olur”. “Vəsail əş-Şiə” kitabının 16-cı fəslində deyilir: “Öz arvadlarını analarına bənzədənlər haqqında olan qərar müvəqqəti nigaha şamil edilmir” (“Vəsail əş-Şiə”, 19 və 20-ci fəsillər; “Cəvahir əl-Kəlam”, 30/189; Abdullah Niam, “Ruh ət-Təşəyyu”, səh. 460).
Qur'an kişinin üzərinə arvadıyla yaşadığı müddətdə və boşandıqdan sonra gözləmə müddətində onu saxlamaq mə'suliyyətini qoyur.
«Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir…» (ən-Nisa, 34);
«Varlı-karlı olan öz varına görə (südd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin…» (ət-Talaq, 7).
Kişi icarəyə götürdüyü qadının qayğısını çəkməyə məcbur deyil.
Hişam bin Səlim rəvayət edir ki, imam Cəfər müvəqqəti nigah haqqında deyib: “Sən onun saxlanılmasına heç nə xərcləməməli və İDDƏ-ni gözləməməlisən” (“Vəsail əş-Şiə”, 14/495-496, hədis 1; “Cəvahir əl-Kəlam”, 30/303).
Qur'an cinsi münasibətləri yalnız cinsi orqanlar vasitəsilə qurmağa icazə verir.
«Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!…”» (əl-Bəqərə, 222).
İcarə edilmiş qadın intim münasibətdən imtina edə bilər.
Əmmar bin Mərvan rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadının ona belə dediyi kişi haqqında soruşurlar: “Mən, yalnız o şərtlə sənə gedərəm ki, sən istədiyin yerə toxuna və baxa bilər, kişilərin öz arvadlarından aldıqları istənilən həzzi məndən ala bilərsən, yalnız bir şeydən başqa,- sən mənim uşaqlıq yoluma toxunmamalısan, mən biabırçılıqdan qorxuram». İmam deyir: “Sənə yalnız şərtləşdiyiniz şeylərə icazə verilir” (“Vəsail-əş Şiə”,15/45; Yusif əl-Bəhrani, “əl-Hədaiq ən-Nadıra fi Əhkam əl-İtra ət-Tahira”, 24/197).
Qur'an bütün insanlara öz ismətlərini gözləməyi tövsiyyə edir.
«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar…» (ən-Nisa, 25);
«Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah Öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar…» (ən-Nur, 33).
İcarəyə götürülmüş qadın, hətta o müvəqqəti nigahda olsa belə, istədiyi kişi ilə yata bilər.
Həfs əl-Buxtari rəvayət edir ki, kimsə (!) ona imam Cəfərdən qadının müvəqqəti nigahda ikən ismətini qorumasının (yə'ni ərinə xəyanət etməməyin) vacibliyi haqda soruşarkən onun belə cavab verdiyini deyib: “Yox. Bu yalnız daimi nigaha aiddir” (“Vəsail əş-Şiə”, 18/351-355).
Qur'an çoxallahlılarla evlənməyi qadağan edir.
«Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin!…» (əl-Bəqərə, 221).

Onlara görə hətta atəşpərəstlə də müvəqqəti nigah bağlamq olar.


İbn Sənan rəvayət edir ki, Mansur əs-Seykaldan imam Cəfərin belə dediyi rəvayət olunuır: “Kişi, atəşpərəst qadınla müvəqqəti nigah bağlaya bilər” (“Vəsail əş-Şiə”, 14/462, hədis 5).
Rafizi şeyx Cəfər bin əl-Həsən əl-Hulyi, “Şərai əl-İslam fi əl-Həlal və əl-Həram” kitabında yazır: “Müvəqqəti nigahın şərtlərindən biri də budur ki, gərək qadın müsəlman və ya Kitab əhlindən - yə'ni yəhudi, xaçpərəst və ya atəşpərəst (!) olsun” (“Şərai əl-İslam fi əl-Həlal və əl-Həram”, 2/303).
Atəşpərəstlər çoxallahlılar kimi, heç vaxt Kitab əhlinə aid edilməyiblər. Alimin belə deməsi çox təəccüblüdür. Görəsən o harda oxuyub ki, atəşpərəstlər Kitab əhlindəndir? Güman ki, onun niyyəti öz xalqından olan atəşpərəstləri yüksəltmək olub. Axı mə'lumdur ki, İslama qədər farslar atəşpərəst olublar.
Qur'an zinakar qadınla evlənməyi qadağan edir.

«Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadən da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə birər. Bu (belə bir evlənmə), mö'minlərə haram edilmişdir» (ən-Nur, 3).



Amma onlarla müvəqqəti nigah bağlamaq olar.
İshaq rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).
Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “Cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).
Şəriət qadına vəli və iki şahid olmadan nigaha girməyi qadağan edir.
Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- edib: “Qadının vəlisi olmadan kəbin kəsdirmək olmaz. Vəlisi olmayan gəlinə isə əmir vəlidir”. Bu səhih hədisi İbn Abbasdan və Əbu Musa əl-Əşaridən -radıyallahu anhum- Əhməd rəvayət edib. (Bax: Həmçinin şeyx əl-Albani, “İrvə əl-Qəlil”, 1839).
Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- həmçinin deyib: “Qadının vəlisi və iki ədalətli şahid olmadan kəbin olmaz”. Bu səhih hədisi Beyhəqi “əs-Sünən”də rəvayət edib (Bax: Həmçinin şeyx əl-Albani, “İrvə əl-Qəlil”, 1839, 1858, 1860).
Qadın hətta o bakirə olsa belə, atasının razılığı və iki şahidi olmasa da müvəqqəti nigaha girə bilər.
Əbu Səid əl-Qulam rəvayət edir ki, kimsə (!) ona imam Cəfərdən belə soruşulduğunu deyib: “Əgər kişi tanımayan qız, valideynlərindən gizli məni öz yanına çağırırsa, mən onun yanına gedə bilərəmmi?” (Müvəqqəti nigah nəzərdə tutulur). O deyib: “Bəli, amma cinsi əlaqədən çəkin”. Ondan soruşurlar: “Əgər o razıdırsa?”. İmam deyir: “O razıdırsa, bu - qız üçün biabırçılıqdır” (“Şərai əl-İslam fi əl-Halal və əl-Haram”, 2/306, “Cəvahir əl-Kəlam”, 30/186; Şeyx Məhəmməd bin əl-Həsən ət-Tusi, “ən-Nəhayə”, səh. 490).
Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).
Bütün bunlardan ancaq bir nəticə çıxarmaq olar:
- müvəqqəti kəbinli qadın nə cariyə, nə də daimi arvaddır.
Uca Allah deyib: «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)...» (əl-Muminun, 5-7).
Beləliklə, müqəddəs Qur'an müvəqqəti nigahı müsəlmanlara qadağan edir, ona görə ki, bununla insan Tanrının icazə verdiklərinin həddini aşmış olur.

SƏHV TƏSƏVVÜRLƏRİN TƏKZİBİ

Bütün bu sübutlara baxmayaraq rafizi (cəfəri) alimlər hesab edirlər ki, müvəqqəti nigah Qiyamət gününə qədər icazə verilib. Onlar Uca Allahın bu sözlərinə əsaslanırlar: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz…» (ən-Nisa, 24).

Rafizi ədəbiyyatı bu ayənin müvəqqəti nigaha aid olduğunu göstərən hədislərlə doludur. Rafizilər əmindirlər ki, bu cür təfsir düzgündür. Amma gəlin ilk qaynaqlara mürəciət edib sünni və cəfəri alimlərinin bu ayəyə nə cür təfsir verdiklərinə baxaq.


Sünni təfsirçilərin çoxu bu ayənin müvəqqəti nigaha deyil, daimi nigaha aid olmasında yekdildirlər. İbn əl Cauzi yazır: “İki fikir mövcuddur. Birincisi odur ki, söhbət daimi nigah zamanı verilən mehrdən gedir. İbn Abbas, əl-Həsən əl-Basri, Mücahid -radıyallahu anhum- və bir çox başqa təfsirçilərin fikri belədir. İkincisi odur ki, burada söhbət müvəqqəti nigahdan gedir. Mə'lumdur ki, İbn Abbas -radıyallahu anhu- bir vaxt buna icazə vermişdi, amma sonra o öz baxışlarından imtina etdi” (İbn əl Cauzi, “Zad əl-Masir”, 2/52).
Eyni fikri əl-Məvaridi Qurana verdiyi təfsirində (2/471) söyləyir.
Nizam əd-Din ən-Nisaburi bu ayə haqqında yazır: “Söhbət daimi kəbindən gedir. Amma bəziləri Hesab edir ki, bu müvəqqəti nigahdır. İslamın erkən çağlarında ona icazə verilməsi haqqında alimlər həmfikirdirlər. Müsəlmanların əksər çoxluğu müvəqqəti nigahın sonradan qadağan olduğuna inanırlar” (Nizam əd-Din ən- Naysaburi, “Qaraib əl-Quran və Raqaib əl-Furqan”, 4/15).
Əş-Şinqiti yazır: “Bu ayə daimi nigaha aiddir, müvəqqəti nigaha yox. Onun mənasını başa düşməyənlər o cür bilirlər” (əş-Şinqiti, “Ədva əl-Bəyan”, 1/134).
Məhəmməd əs-Seyid ət-Tantavi yazır: “Onun təfsiri belədir: “Qadınlarınızı onlarla daimi nigahdan aldığınız məmnunluğa görə mehrlə mükafatlandırın” (Məhəmməd əs-Seyid ət-Tantavi “əl-Vasit”, 3/144).
Ən-Nuhus yazır: “Alimlər hesab edirlər ki, söhbət daimi nigahdan gedir. Beləki, Allah ümumiyətlə Quranda müvəqqəti nigaha icazə verməyib” (ən-Nuhus, “ən-Nəsxh və əl-Mənsux”, səh. 102).
Bu fikri ət-Təbəri, əl-Bəydəvi, İbn Kəsir və s. sünni təfsirçiləri təsdiqləyirlər.
O ki, qaldı rafizi təfsirçilərinə, onlarda ayənin hər iki təfsirini deyirlər.
Ət-Təbrisi bu ayə haqqında yazmışdır: “Əl-Həsən, Mücahid, İbn Zeyd, əs-Suddi deyiblər ki, ayənin mənası odur ki, kişi qadınından daimi nigah və ona mehr hədiyyə etməsinə görə zövq alır. İbn Abbas, əs-Suddi, İbn Səid və tabiinlər qrupu hesab ediblər ki, bu müvəqqəti nigahdır və bu imami şiələrin fikridir” (ət-Təbrisi, “Məcmu əl-Bəyan”, 5/71).
Ət-Tusi yazır: “Əl-Həsən, Mücahid və İbn Zeyd deyiblər ki, bu daimi nigahdır. İbn Abbas və əs-Suddi hesab ediblər ki bu müvəqqəti nigahdır, və bizim tərəfdarlarımız da belə hesab edirlər” (ət-Tusi, “ət-Tibyan”, 3/165).
Abdullah Şibar (“əl-Cauhar əs-Səmin”, 2/31), MəHəmməd əl-Məşhədi də (“Kənz əd-Dəqaiq”, 2/414) iki cür fikir irəli sürürlər ki, onların hamısı Quranın tanınmış rafizi təfsirçiləridir.
Buradan görünür ki, rafizi alimlər ayənin daimi nigahla əlaqədar nazil olmasını inkar etmirlər, lakin, əslində Abdullah bin Abbas -radıyallahu anhu- tərəfindən irəli sürülməyən, sonralar isə rədd etdiyi digər rəyə üstünlük verirlər.
İbn Abbasın -radıyallahu anhu- «ən-Nisa» surəsinin 24-cü ayəsi haqqında dedikləri də bunu sübut edir: “Bu ayə ləğv edilməyib, amma o müvəqqəti nigah barəsində nazil olunmayıb”. Bu hədisi əl-Qeysi “əl-İidah li nasix əl-Qur'an və mənsuxih” əsərində səh. 221-də rəvayət edib.
Amma gəlin bu surədə nədən bəhs edildiyini anlamaq üçün onun mətnini birlikdə araşdıraq. «ən-Nisa» surəsinin 23-25-ci ayələrində Uca Allah deyir: «Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınların himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınların qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir alaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə siz (haram edildi). Bunlardan başqalar isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir. Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar….».
Rafizilərin istinad etdikləri ayələrin altından xətt çəkilmişdir. Sünni alimlər hesab edirlər ki, onlar daimi nigaha aiddir. Diqqət yetirin ki, buna qədər söhbət daimi nigahdan gedirdi. Bu yalnız qeyd edilən parçadan- «Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar» sözlərindən sonra qurtarır. Bu parça müvəqqəti nigaha aid deyil, çünki buna qədər də, bundan sonra da söhbət yalnız daimi nigahdan gedir.
Bə'zi adamları ayədə istifadə olunun “istəmtə'a” fe'li çaşdırır ki, mə'nası - “həzz almaq, istifadə etmək” deməkdir. Bu söz “təmattə'a” (müvəqqəti nigah bağlamaq) fe'li ilə eyniköklüdür. Rafizilər hesab edirlər ki, bu, müvəqqəti nigahı bildirən şəriət terminidir. Amma bu belə deyil. “İstəmtə'a” fe'li Qur'anda başqa mə'nalarda da işlədilib. Uca Allah xəbər verir ki, kafirlər ona bu sözlərlə müraciət edəcəklər: «Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (“istəmtə'a”) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!» (əl-Ənam, 128). Bu sözə həmçinin «ət-Tövbə» 69-da və «əl-Əhqaf» 20-də rast gəlmək olar və burada da bunlar müvəqqəti nigah mə'nasında deyil.
«Ən-Nisa» surəsində istifadə olunan bu fel həm də onu göstərir ki, kişi öz qadını ilə birgə həyat sürdüyü müddətdə ondan zövq alır. Cəfəri məzhəbinə mənsub olan əs-Səbzəvari və Məhəmməd əl-Məşhədi, uyğun olaraq “əl-Cədid fi təfsir əl-Quran əl-Məcid” və “Kənz əd-Dəqaiq” əsərlərində məhz bu haqda yazırlar. Beləliklə, bu ayədə “istəmtə'a” felinin sevinc, zövq, həzz ifadə etdiyi görünür ki, bunu da insana daimi nigah verir və heç kimin haqqı yoxdur ki, uyğun həzzin müvəqqəti nigahla alınması iddiasında olsun.
Rafizilər “istəmtə'a” felinin təfsirini qadına mükafatın kişinin həzz almasından sonra verilməsi kimi Allahın xatırlatması ilə əsaslandırırlar. Axı müvəqqəti nigah zamanı göstərdiyi xidmətin sonunda qadına haqqı ödənilir. Amma daimi nigah zamanı isə qadına ailə həyatından əvvəl mehr verilir. Bu heç də tutarlı sübut deyil. Bundan əlavə, bu ümumiyyətlə dəlil sayılmır. Çünki Uca Allah buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun…» (əl-Maidə, 6). Bu vaxta qədər heç kim bəyan etməyib ki, dəstəmazı namaz qılan şəxs məhz namaza başlayarkən almalıdır. İş orasındadır ki, ərəb diləndə belə ifadə tərzi mövcuddur.
Rafizilər həm də onu dəlil gətirirlər ki, ayədə mənası “mükafat”, “əvəz” olan “əcr” (“ucur”) sözündən istifadə olunub. Məlumdur ki, daimi nigah zamanı qadın mükafat deyil, mehr alır. Onlar unudurlar ki, Uca Allah Quranda bir neçə yerdə mehri “əcr” (“ucur”) adlandırıb:
«…Namusunu qoruyan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! …» (ən-Nisa, 24);
«… Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır…» (əl-Maidə, 5);
«Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri…» (əl-Əhzab, 50);
«… Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin…» (əl-Mumtəhinə, 50).
Məşhur şiə alimi ət-Təbrisi Allahın «Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri…» (əl-Əhzab, 50) ayəsini təfsir edərək yazır: “Bu mehrdir. Çünki mehr intim yaxınlığın mükafatıdır.”

Ərəb dilini və Quranın stilistik xüsusiyyətlərini bilmək, qətiyyətlə bəyan etməyə imkan verir ki, bu ayənin müvəqqəti nigahla heç bir əlaqəsi yoxdur. Odur ki, müqəddəs Quranda müvəqqəti nigaha aid Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- onu qadağan edənə qədər və ondan sonra icazə verən heç bir ayə yoxdur.


Hətta müqəddəs ayələri təhrif etməklə, - insan öz əməllərinə haqq qazandırmaq üçün nələr etməz -rafizilər sonuncuya əsaslanırlar.
Dahi sünni alimlərinin hədis toplularında İslamın ilk dövrlərində bəzi müsəlmanların müvəqqəti nigah bağladıqlarını bildirən hədislər verilir.
İmam Müslim bu barədə bir çox hədis rəvayət edib. Belə ki, Cabir bin Abdullah və Sələmə bin əl-Əqva -radıyallahu anhum- rəvayət ediblər ki, Allah Rəsulunun -səllallahu aleyhi və alihi və səlləm- carçısı onların qarşısına çıxaraq xəbər verib ki, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- müvəqqəti nigaha icazə verdi (Müslim, “əl-Cəmi'i əs-Səhih”, 1405). Lakin onlar bu toplularda icazənin sonralar qadağan edildiyini bildirən bir çox səhih hədislərin olmasının üstündən sükutla keçirlər.
Onlar “təməttə'a” felinin həmçinin “ümrədən sonra həcc etmək” (“təməttə'a”- həccin bir növüdür- tərc.) mənasını bildirdiyini iddia edirlər.
Əl-Buxarinin “əs-Səhih” əsərində İmran bin əl-Hüseynin, onların Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- vaxtında ümrədən sonra həcc (“təməttə'a”) etdiyini bildirən hədisi verilir. Onun söylədiyi başqa hədis də vardır: “Allahın kitabında “mut'a” (“mut'a”- həm ümrədən sonra həcc, həm də müvəqqəti nigah kimi tərcümə olunur- tərc.) haqqında ayə nazil olub. Biz bunu (həcci-tərc.) Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- ilə yerinə yetirirdik. Bundan sonra nə Quranda, nə də Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- tərəfindən ölümünə qədər qadağan olunmadı…” (əl-Buxari, “əs-Səhih”, “Ümrədən sonra həcc” fəsli).
Oxşar hədis imam Əhmədin “əl-Müsnəd” əsərində də verilir. Orada söhbət «…(Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs…» (əl-Bəqərə, 196) ayəsindən gedir. Amma rafizilər onu hədisin mətnindən özlərinə uyğun hissənin “təməttə'a” sözü ilə əlaqələndirib başqa məna verərək təfsir edirlər. Bu isə onların alimlərinin öz kitablarında istifadə etdikləri hiyləgər üsullarındandır. Bunun təsdiqi üçün onların adları çəkilən kitablarına baxmaq kifayətdir:
Muhsin əl-Əmin, “Naqd əl-vaşiə”, səh. 273; Məhəmməd əl-Husən, “Asl əş-Şiə və usuluhu”, səh. 94-100; ət-Təbrisi, “Məcmuə əl-Bəyan”, 5/71-72; ət-Tusi, “ət-Tibyən”, 5/71-72; və s.

Onların sözlərini “Fəth əl-Bari şərh səhih əl-Buxari”, 3/505; “Səhih Muslim bi şərh ən-Nəvəvi”, 9/208; “Səhih Sunən ən-Nəsai”, 2/76; “Səhih Sunən İbn Macə, 2/166 hədis toplularındakı faktlarla müqayisə etsəniz əmin olacaqsınız ki, tanınmış rafizi alimləri faktları qəsdən təhrif etməkdən heç utanmayıblar.


Daha bir misal.
Abdul-Hüseyn əl-Musəvi (Heç kimi Hüseynin qulu adlandırmaq olmaz, çünki bütün insanlar yalnız Allahın quludurlar!- tərc.) öz kitabında yazır: “Ömərin oğlu Abdullahdan -radıyallahu anhu- müvəqqəti nigah haqqında soruşdular. O cavab verib ki, - bu haqda “əs-Səhih ət-Tirmizi”də deyilir - “Buna icazə verilir”. Ona: “Sənin atan bunu qadağan edib”- deyiləndə, o cavab verib: “Allahın Peyğəmbərinin yerinə yetirdiyi bir şeyi, əgər onu mənim atam qadağan etsədə necə ola bilər ki, biz Peyğəmbərin sünnəsini tərk edərək, atamın sözünə əməl edək?” (Abdul-Hüseyn əl-Musəvi, “Məsəil Fiqhiyyə”, “Ömərin fikrini kimlər rədd etdi” fəsli, səh.84 ).
İbn əl-Mutahhirə əl-Hulyinin “Nəhc əl-Haqq və Kəşf əs-Sıdq” əsərində səh. 283-də, Məhəmməd Camal əd-Dinin “ər-Rauda əl-Bəhiyə” əsərində 5/283-də və s. ət-Tirmizinin toplusuna istinad edən oxşar məzmunlu hədislər verilib.
“Səhih ət-Tirmizi” əsərində səh.190-da həqiqətən belə məzmunlu hədis var. Lakin orada söhbət müvəqqəti nigahdan deyil, ümrədən sonra həcc etməkdən gedir. Bu barədə həmçinin Əhməd bin Hənbəlin “əl-Musnəd”, 2/95; İbn Qudamənin “əl-Muğni”, 3/281 əsərlərinə baxmaq olar.
Abdullah bin Ömərdən -radıyallahu anhu- müvəqqəti nigah barədə soruşulanda cavab verib: “Bu əxlaqsızlıqdan başqa bir şey deyildir” (İbn Əbi Şeybə, “əl-Musənnəf”, 4/292-293, səhih hədis).
Beləliklə, biz xəlifə Ömər bin əl-Xəttabın -radıyallahu anhu- öz xəlifəliyi dövründə ümrədən sonra həcc etməni qadağan etməsi mövzusuna toxunduq. Həqiqətən o, “təməttə'a”-nı qadağan edib. Lakin bu sözlə zəvvarın bir ümrəni yerinə yetirməklə dayandırılan həcc və ya həcc ziyarəti üçün nəzərdə tutulan üç aydan birində edilən ümrədən sonrakı həcc nəzərdə tutulur.
Cabirin -radıyallahu anhu- rəvayət etdiyi hədisdə deyilir: “Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- vida həcci zamanı qurbanlıq heyvanları olmayan əshabələrə buyurdu ki, həcc əvəzinə ümrə ziyarətini etsinlər” (Müslim, “əs-Səhih”).

İmam Əhməd və bir çox zahirilər hesab ediblər ki, buna Qiyamət gününə qədər icazə verilir. Əbu Hənifə, Malik və əş-Şafii deyiblər ki, Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- bu cür edib ki, insanlar bilsinlər ki, belə etmək olar. Axı cahiliyyə zamanı ərəblər həcc aylarında ümrə etməzdilər. Bu alimlər Əbu Zərrin Müslimin “əs-Səhih”ində rəvayət olunan “ümrəni etmək üçün həccin dayandırılması göstərişi” peyğəmbərin əshabələrinə aiddir hədisinə əsaslanıblar. Əgər xəlifənin etdiyi qadağanı bu cür başa düşsək, şəriətə zidd heç bir hərəkət yoxdur.


Bununla belə bəzi alimlər hesab edirlər ki, o ümrədən sonra həcc etməyi qadağan edib və bu haqda «əl-Bəqərə» surəsindəki ayə nazil olub. İş orasındadır ki, Əbu Bəkrin və Ömərin -radıyallahu anhumə- zamanında müsəlmanlar Məkkəyə həccin əvvəlində gəlirdilər. Bu asan olduğu üçün bir çoxları əlavə çətinliklərlə özlərini əziyyətə salmaq istəməmişlər. Ömər -radıyallahu anhu- onlara həcc ihramına ümrədən dərhal sonra girməyi qadağan etmişdir ki, onlar Məkkəyə qabaqcadan gəlsinlər və Allahın evində canlanma olsun. Öz hərəkəti ilə o, insanlara günah işləməyi əmr etməyib, amma şəriətlə seçimdə sərbəst olanı (mübahı) qadağan edib ki, onlar daha çox savab qazana bilsinlər.
Ömərin bu hərəkətini qiymətləndirən Yusif bin Məhiq deyir: “Ömər ümrəni həcc aylarında qadağan etdi ki, başqa şəhərlərin sakinləri il boyu ümrə etməklə Məkkəlilər bundan gəlir əldə etsinlər.”
Urva bin Zubeyr deyir: “Başqa aylarda Kəbənin boş olmaması üçün Ömər həcc aylarında ümrəni bəyənmirdi.”
İbn Kəsir yazır: “Əvvəldə dediyimiz kimi bu şəriət adından edilən qadağan deyildi, insanlar üçün öhdəlik də sayılmırdı. Onun məqsədi insanları ziyarət münasibəti ilə Məkkəyə cəlb etmək idi ki, zəvvarlar Allahın Evini tez-tez ziyarət etsinlər” (İbn Kəsir, “əl-Bidayə və ən-Nihayə”).

İbn Abbas Ömərin -radıyallahu anhu- belə dediyini rəvayət edir: “Allaha and olsun, mən sizə ümrədən sonra həcci qadağan edirəm, amma bu Quranda nazil olub və Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- belə edib” (ən-Nəsai, 5/153).


Əl-Beyhəqinin rəvayət etdiyi Ubeyd bin Umeyrin hədisində Əli bin Əbu Talibin -radıyallahu anhu- Ömərə -radıyallahu anhu- belə dediyi bildirilir: “Sən həccdən sonra ümrəni qadağan etmisən?” O cavab verdi: “Xeyr, amma mən istəyirəm ki, insanlar Allahın Evini ziyarət etsinlər.” Bu zaman Əli -radıyallahu anhu- dedi: “Kim ancaq həcc edərsə, o, düz etmiş olur, və kim ümrədən sonra həcc edərsə, o, Allahın Kitabına və Onun Peyğəmbərinin Sünnəsinə əməl etmiş olur.”
Ömərin ümrədən sonra həcci qadağan etməsi, müvəqqəti nigahı qadağan etməsindən kəskin fərqlənir. Birinci halda əshabələr onun hərəkətini bəyənmədilər. Əli bin Əbu Talib, Abdullah bin Ömər, İbn Abbas, İmran bin əl-huseyn -radıyallahu anhum- və bir çox başqaları bununla razılaşmamışlar. Ömər isə onları bu qərarla razı olmağa məcbur da etmirdi.
Əbu Səid rəvayət edir: “Ömər moizə edərək demişdir: Uca və qüdrətli Allah Öz Peyğəmbərinə istədiyini icazə verdi və Allahın Peyğəmbəri -səllallahu aleyhi və alihi və səlləm- bu yolla getdi. Allah rizası üçün Uca və Qüdrətli Allahın buyurduğu kimi həcc və ümrə edin, amma cinsiyyət üzvlərinizi bu qadınlardan qoruyun” (müvəqqəti nigah nəzərdə tutulur- tərc.) (Əhməd, 1/17 (104)).
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə