Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi




Yüklə 10.46 Kb.
tarix29.04.2016
ölçüsü10.46 Kb.


Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi

Ünvan: Sumqayıt şəhəri

12-ci m/rn, Koroğlu prospekti 27a

Tel:(018) 646 58 26; (012) 418 41 60

Faks: (018) 646 58 26

E-mail : potensial_smb@yahoo.com

Web: http://pss.aznet.org
____________________________________________________________________________________________________________________

PRESS RELİZ
28 fevral 2007-cı il


Qadın hüquqlari ilə bağlı seminar keçirildi

Potensial Sumqayıt Mütəxəssislər Birliyi (Potensial SMB) fevral ayının 28-də Norveçin ölkəmizdəki səfirliyinin dəstəyi ilə icra etdiyi "Qаdınlаrı hər cür zоrаkılıqdаn və diskriminаsiyаdаn qоrumаq məqsədi ilə hüquqi müdаfiə və mааrifçilik tədbirlərinin təşkili" layihəsi çərçivəsində "Azərbaycan qanunvericiliyində qadın hüquqlarının təminatı” mövzusunda Birliyin konfrans zalında seminar təşkil etmişdir.

Seminarın keçirilməsində əsas məqsəd mövcud qanunvericilikdə qadınların hüquqları və maraqlarının qorunmasına xidmət edən normalarla bağlı qadın QHT və icmalarının əməkdaşlarının bilgilərini artırmaq idi.

Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan yerli QHT və icma əməkdaşlarının, hüquqşünasların, Norveç səfirliyindən proqram rəhbəri Elmira Mirzəyeva və səfirlikdə təcrübə keçən Bjarge Şvenk Forsun iştirak etdiyi seminarı giriş sözü ilə Birliyin sədri Sahib Fərzəliyev açdı. O, həmin səfirlik tərəfindən maliyyələşən cari və bundan əvvəlki layihədən, layihə və seminarın məqsədindən, qadın hüquqlarının təminatında QHT-lərin rolundan söhbət açdı. Sonra Potensial SMB-nin hüquqşünası Fariz Namazov "Azərbaycan qanunvericiliyində qadınların hüquqlarının və mənafelərinin qorunması normaları", Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Asiyada Hüquq Təşəbbüsü Mərkəzinin hüquqşünası Anar Qasımov isə “Qadın hüquqlarının təminatı sahəsində problemlər və qanunvericilikdəki boşluqlar” məruzəsi ilə çıxış edərək iştirakçılara ölkədə qadın hüquqlarının təminatı sahəsində reallıqlar və problemlər barədə ətraflı məlumat verdilər.

Seminarda qadın problemləri ilə məşğul olan yerli QHT-lərin (“Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi, Əlil Qadınlar Cəmiyyəti, “Yuva” Humanitar Mərkəzi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı İB və başqaları) və icmaların (Avtomobil Məktəbi, Kimyaçılar 1 və s.) əməkdaşlarından 30-nəfərədək nümayəndə iştirak edirdi.

Seminar iştirakçıları məruzələr ətrafında fəal müzakirələr apardılar, mövzu ilə bağlı məruzəçilərə çoxsaylı suallarla müraciət etdilər, belə seminarların vaxtaşırı keçirilməsinin vacibliyini qeyd etdilər.



Seminarın sonunda sorğu anketi vasitəsi ilə seminarın işi qiymətləndirildi.

Pоtеnsiаl SMB-nin mətbuat xidməti







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə