Öz mәİŞӘTİMİZDӘn bir dram әVVӘLİNCİ MӘclis




Yüklə 25.74 Kb.
tarix24.04.2016
ölçüsü25.74 Kb.
ÖZ MӘİŞӘTİMİZDӘN BİR DRAM
ӘVVӘLİNCİ MӘCLIS

İKİ UŞAQ

H ü m m ә t ә l i. Әdә, Hәsәn bәy, gәl mazı-mazı oynayaq.
H ә s ә n b ә y. Nәdәn oynayaq?
H ü m m ә t ә l i. Lopuxdan oynayaq, hәrgah mәn udsam, sәnә dörd lopux vurum, hәrgah sәn udsan, mәnә üç lopux vur.
H ә s ә n b ә y. Әh, mәn lopuxdan oynamaq istәmirәm....
H ü m m ә t ә l i. Di yaxşı, neynәk, lopuxdan oynamırsan, gәl üz әllәmәdәn oynayaq. Hәrgah mәn udsam, sәnin üzünü әllәyim, yox sәn udsan, әvәzindә mәnim üzümü әllә.
Hәsәn bәyin anası. Әdә ey, o nә yava-yava sözdür ki, mәnim uşağıma deyirsәn?

Heç utanmırsan? Gedib indi bu bu saat nökәrә deyim, gәlsin sәni başına alıb elә yerә vursun ki, pırtdanağın çıxsın? (Hümmәtәli qaçır, Hәsәn bәy dә anasının yanına gәlir.)
İkinci mәclis. Polisxana.
P r i s t a v H ә s ә n b ә y. Gәtirin görüm o dükançını! (Dükançı Hümmәtәlini gәtirirlәr. Pristav Hәsәn bәy onun ustünә çığırır.) Әdә, sәnin adın nәdir?
D ü k a n ç ı H ü m m ә t ә l i. Bәy, mәni tanımırsan? Bahalıq ili siziklә qapı-qapıya olmurduqmu?

H ә s ә n b ә y (acıqlı). Adını de görüm nәdir. Artıq zәvzәmә.
H ü m m ә t ә l i. Vuy, ay Hәsәn bәy, nә tez bizi yaddan çıxartdın. Uşaqlıqda elә il uzunu bir yerdә oynamırdıq? Yadındadırmı, bir dәfә dә anan Şәrәfcahan xanımın mәnә acığı tutdu, ha!
H ә s ә n b ә y (yasavullara). Vurun bu zәvzәy oğlu zәvzәyi.

Yasavullar vururlar.

H ü m m ә t ә l i. Әşi ta niyә vurursunuz? Qoy adımı deyim, dayna! Adә vurmayın, adım Hümmәtәlidir, atamın adı ... yavaş vur a zalım oğlu, Molla Cәfәrdir. Dayım mırığ Sәfi, vay gözüm töküldü,--ala itdәn mәşhurdur....
ÜÇÜNCÜ MӘCLİS

Beş ildәn sonra. Bazarda Hәsәn bәy qulluqdan qovulmuş, әynindә köhnә palto. Hümmәtәlinin dükanına tәrәf gedir.
H ә s ә n b ә y. Salamәleyküm, Hümmәtәli!
H ü m m ә t ә l i. Әleykümәssәlam, bәy! Ancaq sәn allah dükanın qabağını kәsmә, müştәrilәr sәni görәndә hürkәrlәr.

H ә s ә n b ә y. Әşi, nә yaman kәmiltifaq olmusan. Di elә isә o üç qәpiklik papirosun birini ver, gedirәm Qaspergilә.
H ü m m ә t ә l i. Buyur (verir.)
H ә s ә n b ә y. Sağ ol, qayıdan baş üç qәpiyini verәrәm.

H ü m m ә t ә l i (әlini uzadır). Bәy, bir o papirosu bura ver!...
H ә s ә n b ә y. Neyniyirsәn?

H ü m m ә t ә l i. Sәn bircә mәnә ver (alır, qoyur yerinә), havaxt pulun olsa, gәlib apararsan!

H ә s ә n b ә y. Әşi, zarafat elәmә, bura ver, axşamdan boğazım göynәyir....
H ü m m ә t ә l i. Yox Hәsәn bәy, verә bilmәrәm, atamın goruna and içmişәm ki, heç kәsә nisyә vermәyim. Bir dә mәndәn sәnә әmanәt, heç papiros çәkmә! Vallah ... adama çox zәrәrdir, nahaq yerә döşünü tutur. Onun әvәzindә hәmişә adәt elә fındıq ye.
H ә s ә n b ә y (gedә-gedә). Ey bivәfa dünya!!.. (gedir).
H ü m m ә t ә l i (çırtıq çalıb oxuyur).

Yadındadır lopux-lopux, ay balam,

Mәnә vurdun lopux-lopux, ay balam.

Ay öllәm, öllәm, gedәrәm Elxana....
P ә r d ә d ü ş ü r


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə