Material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də ölkələrarası səviyyədə mübadiləsini tələb edir




Yüklə 325.53 Kb.
səhifə5/5
tarix21.04.2016
ölçüsü325.53 Kb.
1   2   3   4   5

Nəticə və təkliflər
Beləliklə, dünyada azad iqtisadi zonaların yaradılması təcrübəsi sonda aşağıdakıları deməyə imkan verir:

1. Dünya praktikasını analiz edərək belə nəticəyə gəlmək olar ki, azad iqtisadi zonaların yaradılması – ayrı-ayrı region və ərazilərin iqtisadiyyatının inkişaf etdirilməsinə yönəldilmiş məqsədyönlü bir fəaliyyətdir. Belə ki, azad iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmişdir. 2. Azad iqtisadi zonaların yaradılması üçün daha əlverişli ərazilər bir qayda olaraq, sərhədyanı mövqeyə, inkişaf etmiş nəqliyyat, sosial və istehsal infrastruktura malik bölgələr hesab edilir. Ayrı-ayrı hallarda azad iqtisadi zonaların yuxarıda qeyd edilən üstünlüklərə malik olmayan, lakin uzunmüddətli ümumdövlət əhəmiyyətli məsələlərin həllinə imkan verən, qiymətli təbii resurslarla zəngin olan və təsərrüfat baxımından yeni mənimsənilmiş regionlarda da yaradılması məqbul hal kimi sayılır. 3. Azərbaycanda azad iqtisadi zonaların yaradılması və effektiv inkişafı üçün infrastruktur genişlənməli, ölkədə bütün sahələrdə şəffaflığa nail olunmalı, hüquqi baza mükəmməlləşdirilməli və azad iqtisadi zonaların yaradılması üçün konseptual əsaslar işlənib hazırlanmalı, regionlarda infrastruktur inkişaf etdirilməli, iqtisadi islahatlar və digər əlahiddə tədbirlər həyata keçirilməlidir.



Azərbaycanda gələcəkdə azad iqtisadi zonaların yaradılması barədə tədqiqat-ları ümumiləşdirərək sonda aşağıdakı nəticə və təklifləri verə bilərik:

  • ilk növbədə “AİZ haqqında” qanun qəbul edilməlidir

  • AİZ-in yaradılmasının optimal variantının və konsepsiyasının seçilməsi

  • ATZ-in yaradılması xarici ticarət strukturunun dəyişməsinə kömək edəcək: xammal əvəzinə hazır məhsulun ixracı və s.

  • ATZ-in yaradılması kölgə iqtisadiyyatı ilə mübarizə məsələsində yardımçı ola bilər. Belə ki, bu cür zonalarda fəaliyyət göstərən sahibkarlar şəffaflıqda maraqlıdırlar.

  • AİZ-in yaradılmasının əsas prinsipləri bunlardır: gömrük eksteritoriallığı, funksional və ərazi prinsipləri

  • Rəqabətin artdığı və rəqabətqabiliyyətliliyin həlledici faktor kimi çıxış etdiyi müasir dövrdə AİZ-in yaradılmasının ən əsas prinsipi xarici şirkətlər üçün yaradılan əlverişli, güzəştli rejimdir. Bu da ona görədir ki, onlar dislokasiya yeri kimi regionun qonşu ölkələrini deyil, məhz Azərbaycanı seçsinlər. Bu da ixracın genişlənməsinə, iş yerlərinin artmasına və s. səbəb olacaqdır.

  • Həmçinin güclü dövlət dəstəyinə ehtiyacı olan yerli istehsalçıları da yaddan çıxarmaq olmaz

  • Respublikada istənilən növ AİZ yaratmaq olar: şəxsi və dövlət, ticarət, sənaye, sahəvi, dövlət və ya özəl strukturlar tərəfindən idarə edilən və s.

  • AİZ yaradılana qədər bu prosesin bütövlükdə iqtisadi artıma, ixrac potensialının artımına və iqtisadi təhlükəsizliyə təsiri maksimal dərəcədə proqnozlaşdırılmalıdır.

  • qeyri-neft sektoru məhsullarının ixrac edilməsi məqsədilə bu sahələrin müəyyən müddətə mənfəət vergisindən azad edilməsi

- AİZ-in yaradılmasında ən böyük problemlərdən olan ticarət və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün dövlət investisiyalarının çatışmamazlığına diqqət ayrılmalıdır.

  • Azərbaycanda AİZ ölkə ÜTT-ə üzv qəbul edilməzdən öncə yaradılmalı-dır.

  • AİZ-də innovasiya xarakterli fəaliyyət növlərinə daha çox fikir verilməli-dir

  • İKT sahəsində texnoparkların yaradılması gələcəkdə daha çox fayda verə bilər

  • AİZ-in yaradılmasında həlledici amillər kimi aşağıdakıları qeyd edə bilərik: ölkənin iqtisadi və siyasi sabitliyi, infrastrukturun inkişafı və Dünya okeanına çıxış imkanının olması, aydın qanunverici bazanın və hüquqi rejimin mövcudluğu, xarici investorlara güzəştlərin tətbiqi, investisiya təminatı, dövlət dəstəyi, iqtisadiyyatın strukturu və onun inkişaf səviyyəsi, güclü idarəetmə sistemi, iqtisadi, sosial, coğrafi, iqlim, ekoloji və daxili iqtisadi amillər, həmçinin iqtisadi təhlükəsizlik, universitet və institutların, elmi-istehsal bazasının mövcudluğu və s.

  • Zonaların ayrı-ayrı formalarının yaradılması üçün müəyyən kompleks faktorlar təsir göstərirlər. Belə ki, texnoparkların yaradılmasına aşağıdakı 4 amil təsir edir: coğrafi, təhsil, sosial və iqtisadi

  • Güclü infrastrukturun olmaması ərazinin mənimsənilməsi və xarici kapitalın cəlb edilməsi üçün maliyyə xərclərinin artırılmasını tələb edir

  • Bundan başqa mənfi amillərin də təsirini nəzərə almaq lazımdır. Misal üçün, Çində xarici sahibkarlar vəsaitlərinin 90%-ni avadanlıqlara (bir çox hallarda köhnəlmiş və aşağı keyfiyyətli) yatırırlar; aşağı əmək haqqı verməklə işçi qüvvəsinin istismarı; müəssisələrin 60%-i vergiləri ödəməkdən yayınırlar.

Bizim fikrimizcə, Xəzər dənizinin hüquqi statusunun həll edilməsi regionda

iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək, Bakı limanında ATZ-in yaradılması ilə 5 ölkə arasında qarşılıqlı əlaqələrin genişlənməsinə səbəb olacaqdır. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına gətirib çıxaracaqdır.

Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycanda AİZ və onun ayrı-ayrı

formalarının yaradılmasında tələsmək lazımdır. Belə ki qonşu ölkələrdə artıq bu cür zonalar ya mövcuddur, ya da onların yaradılmasında böyük səylər göstərilir. Məsələn, Qazaxstan 6 zonanın yaradılması layihələri üzərində işləyir. O cümlədən bu zonalar içərisində Xəzər sahilində “Aktau dəniz limanı”nın və Rusiya ilə sərhəddə neft-qaz məhsullarının istehsalı üçün digər zonalar vardır.

Azərbaycan artıq Cənubi Qafqazda lider ölkəyə çevrilmişdir, gözlənilən böyük həcmli neft gəlirlərindən isə ağıllı şəkildə istifadə etmək gərəkdir. AİZ modellərinin yaradılması bu vəsaitlərin rasional istifadəsinə, qeyri-neft sektorunun inkişafına, investisiyaların axınına böyük kömək göstərə bilər.


Ədəbiyyat siyahısı
1. K.Heydərov “Gömrük işinin əsasları”. Bakı-2004

2. Avropa Yenidənqurma və İnkişaf Bankının Sənədi “Azərbaycan üzrə ölkə stra- tegiyası”. 18 sentyabr 2007-ci il tarixində Direktorlar Şurası tərəfindən təsdiq edil-mişdir.

3. “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya. İqtisadiyyat və beynəlxalq münasibətlər üzrə II beynəlxalq konfrans”. Qafqaz Universiteti, Bakı-2007

4. “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanu-nu. Bakı şəhəri, 15 yanvar 1992-ci il

5. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edil-məsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 16 iyun 2007-ci il.

6. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının tək-milləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı

7. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2007-ci il tarixli “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” Aktı

8. Александрова Е. “Специальные экономические зоны в мировом хозяйстве/

Внешнеэкономическая деятельность” №10, 1997 г.

9. Семенов К.А. “Международные экономические отношения”. Москва-98 г.

10.Смородинская Н. “Туманно будущее свободных экономических зон”. Эко- номика и жизнь №12, март,1997г.

11. Авдокушин Е.Ф. “Международные экономические отношения”. Москва. Маркетинг, 2003.

12. Горбунов А.Р. “Оффшорный бизнес и создание компаний за рубежом”. Москва-2004

13. Ломакин В.К. “Мировая экономика”. Москва. ЮНИТИ, 2003.

14. Райкова Л.И. “Мировая экономика и международные экономические свя-зи”. Москва. Институт мировой экономики, 2001.

15. Лемешко М. “Свободные зоны не свободны от кризиса”. Деловые люди, 1994, N 3, с.44-46.

16. Семенов Г. “Развитие свободных и оффшорных зон”. Российский эконо- мический журнал, 1995, Ш. с.34-44.

17. Киреев А.П. “Международная экономика”. Москва-1997

18.“Международные экономические отношения”./ Под ред. В.Е.Рыбалкина. Москва-1999

19. “International Convention on the simplification and harmonization of Customs procedures”. Kyoto, 18 May 1973

20. “Some considerations on enterprising zones and industrial parks”. Proceedings of the Conference on the Zemplen Enterpreneurs Days. April 24-26, 1998

21. “Investment climate in Azerbaijan. Country report”. United Nations Economic and Social Commission for Asia and the Pacific. Regional round table on Foreign Direct Investment. Dushanbe, 3-4 April, 2003


İnternet saytlar


  1. www.google.az

  2. www.yahoo.com

  3. www.wikipedia.org

  4. www.az-customs.net

  5. www.unece.org

  6. www.the-dubaicity.com

  7. www.suframa.gov

  8. www.manausonline.com





1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə