Material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də ölkələrarası səviyyədə mübadiləsini tələb edir




Yüklə 325.53 Kb.
səhifə4/5
tarix21.04.2016
ölçüsü325.53 Kb.
1   2   3   4   5

2.2. Azərbaycanda azad iqtisadi zonaların formalaşdırılmasının hüquqi və sosial-iqtisadi problemləri
Azərbaycanda neft istehsalının artımından və Bakı-Tbilisi-Ceycan (BTC) neft borukəmərinin açılışından sonra iqtisadiyyat köklü şəkildə dəyişmişdir. 2002-2005-ci illər ərzində orta iqtisadi artım təxminən 10 faizə bərabər olduğu halda 2005-ci il üzrə faktiki ÜDM-nin 26 faiz səviyyə ilə artaraq 2006-cı ildə misli görünməmiş 35 faizə çatması sayəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olmuşdur. Son iki il ərzində sürətli artım hesabına adambaşına faktiki ÜDM-nin səviyyəsi iki dəfədən çox artmışdır. Yüksək qiymət artımı ilə müşahidə olunan neft istehsalının və ixracın artımı sayəsində digər dövrlər ilə müqayisədə daha çox neftdən asılı olan iqtisadi struktur yaranmışdır. Hazırda neft sektoru ÜDM-nin 54 faizini və sənayenin ¾ hissəsini təşkil edir. Son iki il ərzində, neft və qaz sektorunun yüksək artımının təsiri nəticəsində qeyri-neft sektoru xüsusilə də maşınqayırma, kimya sənayesi, tikinti və telemommunikasiya sektorları üzrə orta hesabla 12 faiz artım qeydə alınmışdır. Neft ixracının əhəmiyyətli dərəcədə artması, yerli tələbatın artımı və məvaciblərin davamlı artımı sayəsində pul kütləsində yüksəlmə meylləri müşahidə edilmişir. Bunun nəticəsi olaraq inflyasiya səviyyəsi davamlı qaydada artmaqla 2005-ci ilin sonunda müşahidə olunan 5.4 faizdən 2006-cı ilin sonunda 11.4 faizə çatmışdır. Bu göstərici 2007-ci ilin mart ayında 16 faizə qədər artmışdır. Son iki il ərzində faktiki valyuta məzənnəsi təxminən 10 faiz artmaqla qeyri-neft sektorunda rəqabətliyin itirilməi ilə bağlı narahatçılıqlara səbəb olmuşdur. Biznes mühitinin yaxşılaşdırılması, o cümlədən biznes fəaliyyəti ilə bağlı qeydiyyat prosedurlarının sadələşdirilməsi üçün bir sıra ilkin addımlar atılmışdır. Lakin, qeyri-neft sektorunda mövcud olan biznes mühitində isə əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsi ehtiyacı vardır. Mürəkkəb vergi və gömrük sistemləri, bürokratik gecikdirmələr və korrupsiya halları əsasən də qeyri-neft sektorunda özəl sahibkarlığın inkişaf etdirilməsində başlıca maneələr olaraq qalır. Korrupsiya ilə mübarizə haqqında qanunun 2005-ci ilin yanvar ayında qüvvəyə minməsinə baxmayaraq, Korrupsiya ilə Mübarizə Komissiyası qanunun icrasını zəif templə həyata keçirmişdir. Dünya Bankının 2006-cı il üzrə Biznes Fəaliyyətinin Qurulması ilə bağlı Sorğusunda Azərbaycan 175 ölkə arasında 99-cu yeri tutmuşdur. İnhisar halları rəqabətliyə maneə yaratmağa davam etdiyi halda hökumətin qeyri-neft sektorunda sərmayə qoyuluşlarına müdaxilələri sərmayəçilərin etibarlığına mənfi təsir göstərmişdir. Daxili və xarici sərmayəçilər üçün ədalətli mühitin yaradılmasını nəzərdə tutan İnvestisiya fəaliyyəti haqqında yeni qanun təxirə salınmışdır və hazırda müzakirə edilməkdədir. İqtisadiyyatın qeyri-neft sektorunda birbaşa xarici investisiyaların səviyyəsi aşağı olaraq qalır. Enerji sektorundan yüksək dərəcədə asılı olan iqtisadiyyat, enerji ilə bağlı dəyişikliklərə çox həssasdır. Böyük həcmli neft gəlirləri kontekstində hökumətin əsas problemi böyük investisiya ehtiyaclarını ödəməklə və ölkədə yoxsulluq hallarını aradan qaldırmaqla makroiqtisadi tarazlığın təmin edilməsindən ibarətdir. Bu isə uzun-müddətli büdcə xərcləri siyasətinin (xərclərin həcmi və tərkibi baxımından) müəyyən edilməsini və investisiya mühitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunda rəqabətliyin artırılmasına və səmərəli infrastrukturun təsis edilməsinə yönəldilmiş dövlət sərmayələrinin səmərəli şəkildə idarə edilməsi üzrə proqramın tərtib edilməsini tələb edir. Azərbaycan aşağıdakılardan ibarət əsas problemlər ilə üzləşməyə davam edir: 1) Yerli özəl müəssisələrin daha da inkişaf etdirilməsi və xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə davamlı korrupsiya ilə mübarizə tədbirləri vasitəsilə biznes mühitinin yaxşılaşdırılması, inzibati potensialın möhkəmləndirilməsi, tənzimləmə mühitinin və qanun aliliyinin təkmilləşdirilməsi. 2) Kənd rayonları və paytaxtdan kənar ərazilər daxil olmaqla bütün ölkə ərazisində uzun müddətli istisadi siyasət və həvəsləndirmə sxemləri vasitəsilə yoxsulluğun azaldılmasının və davamlı inkişafın təmin edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft və qaz sektorlarının inkişaf etidilməsi. 3) Neft gəlirlərinin qeyri-neft sektoruna istiqamətləndirilməsi üçün maliyyə sektorunun səmərəli mexanizm qismində təkmilləşdirilməsi və möhkəmləndirilməsi və davamlı gələcək artım üçün iqtisadiyyatın müxtəlifləşdirilməsinin dəstəklənməsi. 4) Nəqliyyat, telekommunikasiya, elektrik enerjisi, qaz, su, kanalizasiya sistemi, tullantıların emalı sahələrində səmərəliyin və xidmətlər səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət infrastruktur sektorunun restukturizasiyası və sərmayələrin davam etdirilməsi, çox çirklənmiş mühitin təmizlənməsi. 5)Yüksək inflyasiya təzyiqlərinin və faktiki valyuta məzənnəsinin artmasının qarşısını almaq məqsədilə müvafiq valyuta və fiskal xərclər siyasəti vasitəsilə neft və qaz gəlirlərinin uzunmüddətli səmərəli idarə edilməsi və makro-iqtisadi tarazlığın təmin edilməsi.

2005-ci il tarixində AYİB-in sonuncu strategiyası qəbul edildikdən sonra böyük hüquqi islahatlar həyata keçirilməmişdir. Kommersiya və maliyyə haqqında qanunların keyfiyyəti və icra edilməsi sərmayəçilər üçün ciddi problemlər yaratmağa davam edir. AYİB-tərəfindən müəyyən edilmişdir ki, qiymətli kağızlar və korporativ idarəetmə üzrə qanunvericilik beynəlxalq standartlara “çox az cavab verir”. Müflisləşmə haqqında qanun isə bu standartlara “az cavab verir”. Bankın hüquqi rejimlərin səmərəliyi ilə bağlı araşdırmaları bir daha təsdiq etmişdir ki, qanunların bu sahələri zəif institusional mühit ilə mürəkkəbləşdirilir ki, belə bir mühitin birində texniki biliklərin az olması və korrupsiya halları səbəbindən məhkəmələr öz rollarına yerinə yetirmək üçün mübarizə aparırlar. Təklükəsiz əməliyyatlar haqqında qanunun ayrı-ayrı müddəaları girov və zəmanətlər üçün əlverişli bazarın inkişaf etdirilməsinə mane olmağa davam edir. Vəziyyəti yaxşılaşdırmaq üçün xarici texniki yardım ilə birgə müxtəlif təşəbbüslər irəli sürülmüşdür, lakin onların müsbət nəticəsi üçün güclü siyasi öhdəliklərin olması tələb olunur. Ölkə öz kommersiya və maliyyə sahəsi haqqında qanun bazalarını və məhkəmələr və reyestr qurumları kimi əsas təşkilatların təkmilləşdirilməsi üçün vəsait və səylərini təcili qaydada istifadə etməlidir.

Biznes fəaliyyəti üçün qeydiyyatdan keçmə prosedurlarının sadələşdirilməsi üzrə tədbirlər daxil olmaqla biznes mühitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən islahatların tempi son zamanlar sürətləndirilmişdir. Qurumlar gömrük idarəçiliyinin (ÜTT-yə üzvlüyün bir hissəsi kimi) daha da yaşılaşdırılmasını, pərakəndə sektorda bürokratik gecikdirilmələrin azaldılmasını və monopolistlər tərəfindən qiymət artımlarının məhdudlaşdırılmasını planlaşdırırlar. Hal-hazırda yerli və xarici sərmayəçilər üçün aparıcı sahəni müəyyən edəcək investisiya fəaliyyəti haqqında yeni qanun Milli Məclis tərəfindən müzakirə eildir. Yeni anti-inhisar haqqında Qanun bu yaxınlarda Milli Məclis tərəfindən təsdiq edilmişdir və Çirkli Pulların Yuyulmasına qarşı Qanunvericiliyin təsdiq edilməsi gözlənilir. Eyni zamanda korrupsiya ilə mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bəzi ilkin irəliləyişlər əldə edilmişdir, belə ki, bu yaxınlarda Hökumət, Dövlət Qulluqçularının Davranış Məcəlləsi və Dövlət Rəsmilərinin maraqlarının toğuşmasına yol verilməməsi haqqında qanun layihələrini Milli Məclisə təqdim etmişdir. Hökumət ölkədə sahibkarlığın inkişaf etdirilməsini dəstəkləmək üçün səylər göstərir. Fərdi olaraq, Hökumət 20 aprel 2007-ci il tarixində tənzimləyici bazanın təkmilləşdirilməsi, daha əlverişli biznes mühitinin dəstəklənməsi və insan potensialının gücləndirilməsi vasitəsilə sahibkarlığın davamlı inkişafına (xüsusilə də KOS) nail olmaq məqsədilə 2007-2012-ci illər üzrə Sahibkarlığın İnkişafı üzrə Dövlət Proqramını təsdiq etmişdir.

Korrupsiya ciddi problem olaraq qalır. Azərbaycan rəsmiləri korrupsiyanın son zamanlar geniş iqtisadi artıma təhlükə yarada biləcək ciddi problem kimi qəbul edirlər. “Transparency İnternational” Təşkilatının 2006-cı il üzrə illik Korrupsiyaya dair İndeksində Azərbaycan 4 Mərkəzi Asiya ölkələri və Belarusiya ilə müqayisədə daha yaxşı göstəricilər nümayiş etdirərək 10 bal üzrə 2.4 bal alaraq (2005-ci ildə ümumi 10 baldan 2.2 bal almışdır) 130-cu yerə (163 ölkə arasında) sıralanmışdır. Ehtiyatlarla zəngin olan Azərbaycan kimi ölkədə gəlirlərə dair hesabatların verilməsi korrupsiya ilə mübarizədə çox önəmli rol oynayır.

Ölkədə azad iqtisadi zonaların təşkil olunması üçün qeyd etdiyimiz kimi bu sahədə ilk öncə qanunverici aktlar hazırlanmalıdır. Bundan başqa vurğulamaq lazımdır ki, normativ-hüquqi baza təkcə AİZ-lə bağlı deyil, həm də digər sahələrdə - vergi, gömrük, valyuta, bank, sığorta və s.-də bir daha ətraflı nəzərdən keçirilməli və təkmilləşdirilməlidir.

AİZ-in azad gömrük zonası rejimində fəaliyyət göstərməsi o deməkdir ki, zonanın ərazisi gömrük eksteritoriallığı şəraiti altına düşür. Lakin bu gün Azərbaycan qanunvericiliyində gömrük eksteritoriallığı prinsipi tam şəkildə açıqlanmır. Belə ki, Azərbaycan respublikası ərazisinin daxilində gömrük sərhədlərinin yaradılması qadağandır: "Azərbaycan respublikası ərazisində mal və xidmətlərin, maliyyə vəsaitlərinin sərbəst surətdə yerləşdirilməsi məqsədilə gömrük sərhədlərinin yaradılması qadağandır”. İstisna hal kimi bu məqsədlər qeyd edilir: “...insanların həyat və sağlamlığının müdafiəsi, təhlükəsizliyin təmini, təbiətin və mədəni dəyərlərin qorunması”.



Digər problem isə azad iqtisadi zonaların yaradılmasında hamı tərəfindən qəbul edilmiş yekdil məqsədlərin olmamasıdır. Bəziləri bu cür zonalarda cəlbedici amil kimi vergilərdən tam və ya qismən surətdə azadedilmə formasında güzəştlərin tətbiqini ön plana çəkirlər. Bir qisim tədqiqatçılar isə düşünür ki, AİZ-in yaradılması nəticəsində dövlətin öhdəsindən gələ bilmədiyi problemlərin həlli reallaşa bilər: infrastrukturun pis vəziyyəti, istehsalın strukturundakı problemlər – xüsusən də emaledici sənayenin zəif inkişafı, işsizlik problemi, ekoloji problemlər və s. Və belə olan halda heç kəs düşünmür ki, bəs kim bu cür “azad zona”ya öz kapitalı ilə birgə gəlmək istər?

Bundan başqa, qeyd edildiyi kimi azad zonada tətbiq ediləcək güzəştlər sistemi müəyyən edilmiş ərazinin müqayisəli üstünlüklərinin reallaşmasında bir alət rolunda çıxış etməlidir. Yəni bu güzəştlər əksinə, burada inkişaf üçün çatışmayan amillərin kompensasiyası mexanizmi kimi tətbiq edilməməlidir. Onu da qeyd etmək lazımdır ki, dünya təsərrüfatında azad zonaların geniş miqyasda yayıldığı bir vaxtda vergi güzəştləri artıq çoxdandır ki zonaya xarici kapitalın axınının başlıca stimullaşdırma amili kimi çıxış etmir. Hazırda azad iqtisadi zonaların inkişaf etdirilməsində və buraya olan marağın artmasında daha çox bu amillər böyük rol oynayır: siyasi sabitlik, investisiya təminatı, infrastrukturun keyfiyyəti, işçi qüvvəsinin ixtisas səviyyəsi, inzibati prosedurların sadələşdirilməsi.

Azad iqtisadi zonaları yaradarkən seçilmiş ərazinin sahəsi də həlledici rol oynaya bilir. Belə ki, ərazinin sahəcə iri olması heç də hər zaman onun uğurla fəaliyyət göstərməsini təsdiq etmir. Qərb təcrübəsinə görə söyləmək olar ki, normal şəkildə 1 kvadrat kilometrlik ixrac-istehsal zonasının yaradılmasına təqribən 40-45 milyon dollar, gömrük zonası üçün isə 10-15 milyon dollar vəsait tələb olunur.

Məhz buna görə də dünyada fəaliyyət göstərən AİZ-in çoxu bir neçə müəssisələrlə məhdudlaşır, və ya avia və dəniz limanlarında salınırlar. Nadir hallarda isə onlar ərazicə iri olmayan şəhər və ya rayonu əhatə edə bilərlər. Hazırda dövlətin investisiya vəsaitlərində çatışmamazlıqları nəzərə alaraq söyləmək olar ki, azad zonanın yaradılması zamanı seçilmiş ərazinin sahəsi aktual məsələlərdəndir.

Azərbaycanda azad iqtisadi zonaların yaradılmasında problemlərdən biri də qeyd etdiyimiz kimi vergilərin yüksək səviyyədə olmasıdır. Lakin yaxın gələcəkdə bu sahədə müəyyən dəyişikliklər ediləcəkdir. Belə ki, ƏDV və mənfəət vergilərinin dərəcələrinin azaldılması gözlənilir. Vergilər sahəsində digər tədbirlər də görülməkdədir. 2007-ci ildə qəbul edilmiş “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi Qaydası”, “Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə” Milli Məclisin qərarı və “Sahibkarlıq subyektlərinin fəaliyyətinin bir pəncərə prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri”ndən sonra vergi sahəsində “vahid pəncərə”sistemi yaradılıb. Bundan başqa 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi haqqında” fərmanında sahibkarlara verilən lisenziyaların sadələşdirilməsi və tariflərin azaldılması öz əksini tapmışdır.

Həmçinin gömrük prosedurlarının sadələşdirilməsi və gömrük sisteminin təkmilləşdirilməsi sahəsində də müəyyən irəliləyiş gözlənilir. «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı» dövlətin gömrük siyasətinin həyata keçirilməsində mühüm mərhələ olmaqla, qarşıdakı illərdə bu sahənin daha sürətlə inkişafı ilə bağlı əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir. Dövlət Proqramında gömrük sisteminin 2007-2011-ci illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:



  • qanunvericilik bazasının və gömrük tənzimləməsinin təkmilləşdiril-məsi;

  • gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırıl-ması və gömrük prosedurlarının avtomatlaşdırılması

  • qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi

  • gömrük infrastrukturunun inkişaf etdirilməsi

  • kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi

1992-ci ildə “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublika-sının qanununda göstərilir ki, ölkədə fəaliyyət göstərən xarici investorlara dövlət təminatı verilir. Bundan başqa, bu qanunun 41-ci maddəsi “Sərbəst iqtisadi zonalarda xaric investorların və xarici investisiya müəssisələrinin fəaliyyəti”nə həsr edilmişdir. Burada qeyd edilir ki, - “Sərbəst iqtisadi zonaların yaradılması qaydası, xarici investorların və xarici investisiyalı müəssisələrin orada qeydə alınması, təsərrüfat fəaliyyəti və başqa fəaliyyət ilə məşğul olması şərtləri Azərbaycan Respublikasının sərbəst iqtisadi zonalar haqqında qanunvericiliyi ilə müəyyən edilir”. Lakin buna baxmayaraq, hələ də azad iqtisadi zonalar haqqında qanun qəbul edilməyib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 6 mart 2007-ci ildə qəbul edilmiş “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” Aktdan sonra bu yaxınlarda qanunun hazırlanacağı gözlənilir.


2.3. Azərbaycana xarici investisiyaların cəlbi baxımından azad iqtisadi zonaların inkişaf perspektivləri
İqtisadiyyatın sürətli artım templəri ölkə qarşısında sənayeyə və iqtisadiyyatın qeyri-neft sektorunun elmtutumlu sahələrinin inkişafına yönəltmək məqsədilə daxili və xarici investisiya axınlarının diversifikasiyası, ixrac məhsullarının istehsalının həcminin artırılması kimi qarşısıalınmaz məsələlər durur. Bizim fikrimizə görə, dünyanın bir çox ölkələrində də olduğu kimi istehsal sferasına kapitalın cəlb edilməsinin ən effektli aləti kimi azad iqtisadi zonaların müxtəlif formaları çıxış edirlər.

Qeyd etdiyimiz kimi ölkəyə xarici investisiyaların cəlb edilməsində azad iqtisadi zonalar böyük əhəmiyyət kəsb edir. Misal olaraq qeyd etməliyik ki, postsovet ölkələrindən olan Moldovada yaradılmış azad sənaye zonasında 2 il ərzində 22 ölkəni təmsil edən 64 xarici firma qeydiyyatdan keçmişdi. 30 sentyabr 1998-ci ilə olan məlumata görə buraya 62 milyon ley investisiya edilmişdir ki, bunun da 1/5-i zonanın infrastrukturunun inkişafına yönəlmişdir. 1998-ci ilin sonuna isə bu rəqəm artıq 100 milyon ley təşkil etmişdi (qanun 1995-də qəbul edilib). Yeni növ fəaliyyət sahələri meydana gəlirdi. Azad zonanın ümumi ticarət dövriyyəsindəki payı 11%-ə çatmışdı. Ölkədə kompüter, televizor və s. bu kimi elektron məhsullar istehsalı başlamışdı.

Bu zonadan büdcəyə ödənişlər zonanın yaradıldığından əvvəlki illərə nisbətən 15 dəfə artmışdı. Dinamika çox maraqlıdır. Belə ki, əgər 1997-ci ilin birinci yarımilində büdcəyə ödənişlər 2,4 milyon ley olmuşdusa, ikinci yarımillikdə isə bu rəqəm 6,5 milyon ley təşkil etmişdir. Bu illər ərzində 1500-ə qədər yeni iş yerləri açılmışdır.

Moldovada azad sənaye zonasının yaradılması iqtisadi və sosial həyatın böhranlı vəziyyətdən çıxarılması məqsədilə yaardılmışdır.

Qarşıya qoyulmiş məsələlərdən biri də zona ərazisində ixracyönümlü məhsullar istehsalını təşkil etmək idi.

Zonanın ticarət dövriyyəsinin 40%-i pərakəndəsatış mərkəzlərinin payına düşmüşdür. 1998-ci ildəki qanunvericiliyə görə hər bir fiziki şəxs ayda 250 dollar məbləğində malı ƏDV və gömrük rüsumları alınmadan idxal edə bilərdi. Azad zoannın təşkili zamanı ön plana çəkilən vacib məsələlərdən biri qara bazarla mübarizədir. Hazırda Azərbaycanda da bu problemin həlli çox vacibdir.

Azad sənaye zonasında ticarətin meydana gəlməsi qara bazarın monopoliyasına son qoya bilər və bu sahədə qiymətlər aşağı düşər. Ancaq yenə də Moldovanın alıcıları daha çox bu azad zonaya üstünlük verdilər, belə ki, burada qida məhsullarının keyfiyyəti, texniki vasitələrin alınmasında isə təminat təmin edilirdi. Lakin nəzərə də almaq lazımdır ki, azad zonada tətbiq edilən güzəştlər zamanı daxili və xarici investorlar arasında ayrıseçkiliyə yol verilməməlidir. Moldova təcrübəsi göstərir ki, ədalətə yol verilməməsi daxili sahibkarların ciddi etirazına səbəb olmuşdur.

Azad zonaya idxal edilən və buradan ölkənin digər ərazilərinə ixrac olunan məhsullar ƏDV və aksiz vergisindən azad edilirdilər. Həmçinin malların emal səviyyəsi 50%-i keçmədiyi təqdirdə onların xarici ölkələrə ixracaı zamanı da rüsum alınmırdı. Bundan başqa, azad zona ərazisində ofislərin fəal surətdə tikintisi həyata keçrilir. Xidmət sahəsinin genişlənməsi isə azad zonanın inkişafında əsas amillərdəndir. Moldova təcrübəsinə görə, zona ərazisində ofislərin açılması zamanı firma ƏDV-siz fəaliyyət göstərmək imkanı qazanır. Həmçinin rezidentlər fəaliyyət göstərdikləri ilk 5 il ərzində gəlir vergisi ödəməkdən 45% həcmində azad edilirlər. Bundan başqa, zonanın inkişaf etdirilməsinə 250 000 dollardan az olmayaraq sərmayə yatırmış investorlar 5 il müddətinə mənfəət vergisindən tamamilə azad edilirlər.

İstənilən azad iqtisadi zonada biznes fəaliyyəti əlverişli müvafiq mühit olmadan inkişaf və tərəqqi etmir. Azad iqtisadi zonalarda biznes mühiti və ya müvafiq biznes infrastrukturu biznes fəaliyyətinin əsas hərəkətverici qüvvəsi sayılır. Buna görə də azad iqtisadi zonalarda layihələrin hazırlanmasında müvafiq biznes infrastrukturunun qiymətləndirilməsi vacib amildir. Azad iqtisadi zonalarda səmərəli biznes fəaliyyətində müvafiq yardımçı qurumların yaradılması da olduqca vacibdir.Burada sənaye-ticarət palatalarının əhəmiyyəti müstəsnadır. Bu strukturun xidməti vasitəsilə xarici biznesmenlər hər hansı bir ölkədə sərmayə qoyuluşlarını gerçəkləşdirərkən müvafiq informasiyaları əldə edirlər.

Azad iqtisadi zonalarda səmərəli biznes mühiti işgüzar münasibətləri ümumi məxrəcə gətirən təşkilati-hüquqi formalar məcmusundan ibarətdir. Azad iqtisadi zonalarda belə formalar kredit sistemi, kommersiya bankları, fond, valyuta, əmtəə birjalarında vasitəçilik təşkilatlandırılmasının yaradılması, qeyri-birja vasitəçiliyi, işgüzar kommersiya, informasiya texnologiyaları, vergi sistemi və vergi müfəttişliyi, digər biznes infrastrukturlu vasitə və sistemləri əhatə edir. Azad iqtisadi zonalarda sığorta kompaniyalarının geniş fəaliyyəti təmin olunur, əlverişli gömrük sistemi yaradılır, əmək birjaları, ticarət palataları, işgüzar aktivliyi stimullaşdıran ictimai və dövlət fondları təşkil olunur. Azad iqtisadi zonalarda layihələrin iqtisadi əsaslandırılmasında ərazi sistemli təkmil konsaltinq və auditor kompaniyalarının nağdlılıq aspekti də nəzərdən keçirilir.

Dünya təsərrüfat sisteminə inteqrasiya xarici kapitaldan istifadəni qaçılmaz edir. Azad iqtisadi zonalarda beynəlxalq biznesin əsas elementlərindən olan xarici investisiyalar müəyyən mənada dövlət kreditlərindən üstün xüsusiyyətlərə malikdir. Bu da əksərən qeyd etdiyimiz kimi qabaqcıl texnologiyaların transfert təminatı, menecment və marketinqin müasir metodlarının gətirilməsi, dünya iqtisadiyyatına inteqrasiya, elmi-texniki əməkdaşlıqla fərqlənir.Azad iqtisadi zonalarda fəaliyyət göstərən müxtəlif biznes subyektlərinin hər birinin maraqları olur. Bunu aşağıdakı cədvəldən görmək olar:

Cədvəl 4.

Müxtəlif biznes subyektlərinin təsnifatı


Biznes subyektləri

İşgüzar maraqlar

Biznesin əsasları

Sahibkarlar

Gəlirlərin əldə edilməsi

İstehsal vasitələri üzərində

 

 

şəxsi mülkiyyət

İstehlakçılar

İstehlak tələblərinin

İstehlak predmetləri üzərində

 

ödənilməsi

şəxsi mülkiyyət

Muzdla işləyənlər

Şəxsi gəlirlər

İşçi qüvvəsi üzərində şəxsi

 

 

mülkiyyət

Dövlət strukturları

Ümumi dövlət proqramla-

İstehsal vasitələri üzərində

 

rının reallaşdırılması

dövlət mülkiyyəti

Azad iqtisadi zonaların inkişafında orta və kiçik biznesin rolu əhəmiyyətli dərəcədə böyükdür. Bu biznes növləri əsasən daxili bazara köklənən əmtəə və xidmətləri reallaşdırır. Kiçik biznesin inkişafını şərtləndirən mühüm cəhətlərdən biri də onunla bağlıdır ki, heç bir dövlətdə iri istehsalçılar kiçik biznesə rəqib kəsilmirlər. İnkişaf etmiş ölkələrdə iri və kiçik müəssisələrin kooperasiyalaşması prinsipi kiçik biznesin sıxışdırılması ilə müşayiət olunur. Azad iqtisadi zonaların inkişaf etdirilməsində vençur kapitalının rolu böyükdür. Vençur kapitalı dedikdə, əsasən şirkətlər tərəfindən daha riskli sahələrə kapital qoyuluşu nəzərdə tutulur. Bu cür sahələr də ən çox elmtutumlu komplekslərin yaradılmasına aid edilir. Bu zaman texniki, maliyyə, iqtisadi və siyasi risklər ön plana çıxır. Məhz buna görə də dövlət azad iqtisadi zonalarda bu cür kapital qoyuluşlarını genişləndirmək üçün bazar konyukturasını yaxşılaşdırmalı, ölkədə siyasi sabitliyi bərqarar etməli, düzgün və effektli iqtisadi islahatlar həyata keçirməli, əlverişli normativ-hüquqi baza yaratmalıdır.

Azərbaycanda investisiya siyasəti sahəsində bəzi addımlar atılmışdır. Bunlardan biri də Azərbaycan İnvestisiya Şirkətinin yaradılması olmuşdur. Azərbaycan İnvestisya Şirkəti (“AİŞ”) 30 mart 2006-cı il tarixli Prezident Fərmanına müvafiq olaraq təsis edilmişdir. AİŞ-nin əsas öhdəliyi əsasən ölkənin qeyri-neft sektorunu təşkil edən şirkətlərdə birbaşa səhm kapitalı qoyuluşları vasitəsilə Azərbaycan iqtisadiyyatının müxtəlifləşdirilməsinə yardım etməkdən ibarət olacaq. Fərdi olaraq təşkilatın məqsədləri aşağıdakılardır: (i) mövcüd və ya yeni təsis edilmiş kommersiya xarakterli müəssisələrə səhm kapitalı qoyuluşları; (ii) qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi və birbaşa yerli investisiyaların stimullaşdırılması; (iii) yerli kapital bazarlarının inkişafının təbliğ edilməsi, və; (iv) ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə yardımın edilməsi. AİŞ açıq səhmdar şirkət kimi fəaliyyət göstərir və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilərək 90 milyon AZN (təxminən 100 milyon ABŞ dolları) həcmində kapitala malikdir. Təşkilatın kapitalı tələb olunduqda əlavə istiqrazların emissiyası vasitəsilə artırıla bilər. AİŞ-nin səhmləri Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdnində saxlanılır və İİN tərəfindən idarə olunur.

Azərbaycanda azad iqtisadi zonaların yaradılması və onların köməyilə xarici investisiyaların cəlb edilməsinin perspektivlərinə nəzər salaq:

Bu sahədə sərhədyanı ticarət komplekslərinin tikilməsinə xüsusi diqqət yetirilməlidir. Bu cür layihələrin reallaşdırılması sərhədyanı ərazilər arasında ticarət dövriyyəsinin genişlənməsinə imkan yaradacaq, sərhədyanı rayonların iqtisadiyyatının dirçəlməsinə, istehsal kooperasiyasının yaradılmasına, investisiyaların, müasir texnologiyanın cəlb edilməsinə, bu ərazilərdə yaşayan vətəndaşların həyat səviyyəsinin qaldırılmasına şərait yaradacaqdır.

Bir daha qeyd etmək lazımdır ki, öz ərazisində azad iqtisadi zona yaratmaq istəyən hər bir dövlət bu zaman konkret məqsədlər güdür. Bu məqsədləri aşağıdakı səbəblər motivləşdirə bilər: ölkənin regionlarının iqtisadi inkişafında disproporsiyaların meydana çıxması, ölkənin hər hansı bir ərazisinin iqtisadi cəhətdən böhranlı vəziyyəti, işsizliyin geniş vüsət alması, hər hansı fəaliyyət sahəsinin inkişafca geri qalması və s. Siyasi cəhətdən, bu problemlərin həll edilməsi üçün ölkə beynəlxalq iqtisadi münasibətlərdə, beynəlxalq əmək bölgüsündə fəal surətdə iştirak etməli, dünya iqtisadiyyatına inteqrasiya olunmalıdır.

Azərbaycanda azad iqtisadi zonaların təşkili zamanı əlverişli mühitin yaradılması yerli biznesmenlərə təkcə Rusiya və ya Türkiyədə deyil, həmçinin öz ölkələrində sərmayə yatırmağa yardım edəcəkdir ki, bu da ölkə iqtisadiyyatının inkişafına və investisiyaların strukturunda yerli sahibkarların payının artmasına gətirib çıxaracaqdır.

Çox vacib bir anı qeyd etmək yerinə düşərdi. Hazırda Azərbaycan Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzv seçilmək üçün hazırlıq işləri və danışıqlar aparmaqdadır. Lakin ÜTT-nin azad iqtisadi zonaların yaradılması barədə qoyduğu şərtlər Azərbaycan hökumətini razı salmır. Belə ki, Çin ÜTT-ə qəbul olunduqdan sonra azad iqtisadi zonaları yaradarkən təşkilat belə bir şərt qoymuşdur ki, bu zonalarda tətbiq edilən preferensial rejim ölkənin digər əraziləri-

nə də şamil edilsin.

Azərbaycanda azad iqtisadi zonaların müxtəlif formalarını, xüsusən də azad ticarət zonalarını yaradarkən, güzəştli rejimin tətbiqi təkcə ayrı-ayrı müəssisələrə, sahə və ya ərazilərə güzəştlərin verilməsi ilə deyil, əksinə, XXI əsrdə respublikanın texnoloji inkişafını təmin edəcək təsərrüfatlaşmanın yeni formalarının, sənaye istehsalının, xarici iqtisadi əlaqələrin inkişafı məqsədilə onların stimullaşdırılması əsasında həyata keçirilməlidir. Digər strateji istiqamət isə Azərbaycanın nəqliyyat-coğrafi yerləşməsinin üstünlüklərinin və ölkənin liman ərazilərinin potensialının reallaşdırılmasıdır. Bir sıra sərhədyanı rayonlarda azad ticarət zonalarının, azad gömrük zonalarının yaradılması respublikamızın dünya təsərrüfatı sisteminə inteqrasiyasını sürətləndirə bilər, həmçinin bu ərazilərə mal və kapital axınını istiqamətləndirər.

Azərbaycanda azad ticarət zonalarının yaradılmasının əsas istiqamətlərindən biri belə zonaların Dağıstan Respublikası RF sərhəddində formalaşdırılması və inkişafı hesab edilir. Artıq bunun üçün müəyyən zəminlər də vardır. Belə ki, 2001-ci ildən etibarən Dağıstanda “Dağıstan” azad iqtisadi zonası, həmçinin Rusiyanın cənub bölgələrində “Şimali Qafqaz” assosiasiyası fəaliyyət göstərir. Bu ərazidə azad ticarət zonasının yaradılması sərhədyanı ticarətin artmasına, hər iki ölkənin daxili rayonlarının iqtisadiyyatının canlandırılması və inkişafına yardım edə bilər. Yeni müəssisələrin tikintisi, yeni texnologiyanın və istehsal üsulunun tətbiqi, infrastrukturun yaradılması və möhkəmləndirilməsi, təhsilin səviyyəsinin, əhalinin məşğulluğunun və ixtisasının artırılması yerli əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və regionda sabitliyin yaranmasına gətirib çıxaracaqdır. Azərbaycan hər zaman Rusiya Federasiyası ilə qarşılıqlı fayda əsasında hərtərəfli hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük önəm vermişdir. Tarixi sərhədlərə malik olan 2 ölkə arasında iqtisadi, elmi-texniki və mədəni potensialın reallaşdırılması əsas məqsədlərdən hesab edilir. Son zamanlar Azərbaycan və Rusiya arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi buna sübut ola bilər. Yaxın qonşumuz olan Rusiya nəhəng daxili bazara malik bir ölkədir. Məhz buna görə ikitərəfli əlaqələrin dərinləşdirilməsi labüddür ki, bu da sonda ticarət-iqtisadi

əlaqələrin inkişafında özünü büruzə verəcəkdir. Azərbaycan və Dağıstan arasında ticari-iqtisadi münasibətlər regional əməkdaşlıqda xüsusi yer tutmalıdır.

İki qonşu ölkə sərhəddində azad ticarət zonasının yaradılmasının faydalılığı kimi sərhədyanı rayonlarda və ölkəmizin bəzi şəhərlərində Dağıstan xalqının əsas millətlərindən olan çoxlu sayda ləzgilərin yaşaması faktıdır. Bu cür vəziyyətə Quba, Xaçmaz, Dəvəçi, Nabran, Xudat və s. ərazilərdə rast gəlmək olar. Bunun qarşılığında da Dağıstan tərəfdə azərbaycanlılar yaşamaqdadırlar. Çin kimi ölkənin təcrübəsi göstərir ki, orada azad iqtisadi zonaların inkişafında başlıca rolu çin milliyətinə mənsub investorlar və onların kapitalı oynamışdır. Digər tərəfdən isə yaddan çıxarmaq olmaz ki, həm Dağıstanda, həm də bizim respublikada əhalinin çoxu islam dininə sitayiş edir ki, bu da inteqrasiya faktorlarından biridir. Digər amillərə isə, tarixi adətləri, mədəniyyəti göstərmək olar. Bundan başqa qeyd etmək lazımdır ki, rus-azərbaycan ticari-iqtisadi münasibətlərinin, daşımaların əsas hissəsi Dağıstan ərazisindən həyata keçirilir, beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarından istifadə edilir, Bakı-Novorossiysk kəməri ilə neftin tranziti həyata keçirilir. Beləliklə, Azərbaycanla dağıstan sərhəddində azad ticarət zonasının yaradılması böyük əhəmiyyət kəsb edə bilər.

Azad ticarət zonasının yaradılması Naxçıvan MR ilə Türkiyə Respublikası sərhəddində də baş tuta bilər. Muxtar respublikanın Ermənistan tərəfindən blokada şəraitində saxlanması, daim müharibə təhlükəsi, ölkənin əsas ərazisindən təcrid edilməsi burada güclü iqtisadiyyatın yaradılmasını və muxtar respublikanın müdafiəqabiliyyətinin artırılması qaçılmazdır. Naxçıvanda bazar iqtisadiyyatı prinsiplərinin bərqarar olması, təsərrüfat həyatının canlanması Azad İqtisadi Zonaların yaradılması ilə həyata keçə bilər. Muxtar respublikan ərazisində mərmər, duz, dolomit, tikinti materialları, mineral sular ehtiyatlarının zənginliyi iqtisadiyyatın inkişafında böyük rol oynaya bilər. Bu əraziyə investisiyaların axınını isə azad iqtisadi zonaların yaradılması ilə cəlb etmək olar. Naxçıvan iqtisadiyyatının və əhalisinin ağır vəziyyəti fonunda AİZ-in yaradılma məqsədlərindən biri kimi daxili bazarın yüksək keyfiyyətli məhsullarla doldurul-masını nəzərə alaraq, bu sahədə ilk növbədə Azərbaycanın Dövlət Neft Fondunun

ehtiyatlarından istifadə etmək mümkündür. Həmçinin bu ərazinin yüksək səviyyədə idarə edilməsi, zonanın inkişaf etdirilməsi üçün səhmdar cəmiyyətin təşkili də fayda verə bilər. Bu zaman əhalinin pul vəsaitlərinin neft kontraktlarından fərqli olaraq uzunmüddətli layihələrdə iştirakı təmin edilə bilər. Bundan başqa, ölkənin bu ərazisində AİZ-in yaradılması üçün böyük imkanlar vardır: investisiya mühiti, istismara verilmiş yeni beynəlxalq aeroport, elm, mədəniyyət, sənayenin inkişafına təkan verəcək digər imkanlar və s.

Fikrimizcə, AİZ-in və azad ticarət zonaları kimi onun digər formalarının yaradılması Azərbaycan və Gürcüstan sərhəddində də mümkündür. Buna isə aşağıdakılar təkanverici qüvvə kimi iştirak edə bilər:



  • Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və istismara verilməsi

  • TRACECA proqramı çərçivəsində “Böyük İpək Yolu”nun bərpası

  • Gürcüstanda və Azərbaycanla sərhədyanı rayonlarda yaşayan yarım milyondan çox azərbaycanlı böyük iqtisadi impuls verə bilər

  • Respublikanın qərb bölgələrinin böhranlı rayonlarının iqtisadiyyatının canlandırılması, əhalinin həyat səviyyəsinin tüksəldilməsi və işsizliyin azaldılması kimi təxirəsalınmaz işlərin həyata keçirilməsi vacibliyi

  • Əhalinin qərb və mərkəzi regionlardan Bakı şəhəri və Abşeron yarımadasına axınının qarşısının alınması

  • Bütün Cənubi Qafqazda regional üstünlüklərin əldə edilməsi

  • Xarici investisiyaların bu əraziyə axınının vacibliyi

  • Qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük önəm verilməsi

AİZ-in yaradılması təcrübəsi göstərir ki, azad ticarət zonalarını Bakı şəhəri-

nin dəniz limanları ərazisində və “Binə” aeroportunda yaratmaq böyük fayda verə bilər.

Azərbaycan ucuz və keyfiyyətsiz mallar üçün bazar rolunu oynamamalıdır. Bunun üçün isə AİZ yaratmaq yolu ilə iqtisadiyyatın dirçəlməsinə nail olmaq lazımdır. Bakı limanlarını dünya standartları səviyyəsinə qaldırmaq lazımdır. Bu sahədə və ümumilikdə infrastrukturun inkişaf etdirilməsində TRACECA proqramı böyük rol oynaya bilər. Bu zaman AİZ-in normal fəaliyyət göstərməsinə təsir edəcək irimiqyaslı yükdaşımaların təmin edilməsi məsələsi də həll ediləcəkdir.

Azad iqtisadi zonaların, həmçinin azad sənaye zonalarının yaradılması zamanı bu işi həyata keçirən təşəbbüskarlar bu zonanın nə qədər müddətdə fəaliyyət göstərəcəyini nəzərə alırlar. Adətən belə zonalar 10-15 il müddətinə fəaliyyət göstərirlər. Bu müddət təbii ki çox və ya az da ola bilər. Bu da əsasən regionun inkişaf xüsusiyyətlərindən, qarşıya qoyulmuş məqsədlərdən, regiondakı problemlərdən, yaradılmış ilkin şərtlərin nə səviyyədə olduğundan, infrastrukturun vəziyyətindən, dövlət təminatından, qəbul olunmuş normativ və hüquqi aktlardan və s-dən asılı olur.



1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə