İxtisas: Beynəlxalq İqtisadi Münasibətlər MÖvzu feodal pərakəndəliyi dövründə yaranmış salariLƏr döVLƏTİ




Yüklə 47.96 Kb.
tarix29.02.2016
ölçüsü47.96 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Fakültə: Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər
İxtisas: Beynəlxalq İqtisadi Münasibətlər


MÖVZU
Feodal pərakəndəliyi dövründə yaranmış

SALARİLƏR DÖVLƏTİ

Fərdi iş
Fənn müəllimi: Həsənova Lətifə
Tələbə: Kamalov Mirorxan
Fənn: Azərbaycan Tarixi


Bakı 2009
Plan


  1. Orta əsrlər-feodalizm dövrü

  2. Salarilər dövləti

  3. Rusların Salarilər dövlətinə olan təsirinin qısa şərhi

  4. Salarilər dövlətini qısa xarakterizə edən cədvəl


ORTA ƏSRLƏR-FEODALİZM DÖVRÜ

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar.

Azərbaycan dövlətçiliyinin bərpası.

IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı.

Şirvanşahlar dövləti (861-1538). Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq bu dövlət yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə1192-ci ildə Şamaxıda zəlzələ baş verdi və paytaxt Bakıya köçürüldü.

Sacilər dövləti (879-941). Bu dövlətin əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəsini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi.

Məhəmmədin qardaşı Yusif 912-ci ildə Ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəlləri Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə-Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.

Salarilər dövləti (941-981).

Dövlətin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin Sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Paytaxt yenə Ərdəbil şəhəri idi.

Rəvvadilər dövləti (981-1054).

Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü.

Şəddadilər dövləti (971-1086). Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu.Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı.



SALARİLƏR DÖVLƏTİ

Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraitində Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban in Məhəmməd axrıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qualm) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Salari hakimi Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətinin möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də paytaxtı Ərdəbil şəhəri idi. Salarilərin hakimiyyət dövrü Azərbaycanda çətin bir dövr kimi xarakterizə edilir.

Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Bundan başqa Mərzban ibn Məhəmməd Ermənistan ərazisini də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı tabe etdi. Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin və Qəzvinin İsfahan hakiminin asılılığında qalması Mərzbanı narahat edirdi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Mərzbanın 5 min nəfərlik ordusu düşməninkindən dəfələrlə az idi. Buna baxmayaraq o, döyüşdən imtina etməyi qeyrətinə sığışdıra bilmədi. Saatlarla davam edən savaş Mərzbanın məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda hakimiyyət uğrunda feudal ara müharibələri yenidən qızışdı. Hakimiyyəti əvvəlcə Mərzbanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirdi. Hakimiyyət uğrunda mübarizədə keçmiş Sacilər dövlətinin hakimi Deysəm də iştirak edirdi. O, Zəncanda, Azərbaycanın və Ərməniyənin bir hissəsində hakimiyyəti bərpa etdi.

Lakin Mərzban anasının və yaxın adamlarının köməkliyi ilə 953-cü ildə əsirlikdən qaçıb Ərdəbilə gələrək hakimiyyəti ələ keçirdi. Bu xəbəri eşidən Deysəm qorxusundan əvvəlcə Mosula, oradan da Bağdada qaçdı. Bu hadisədən iki il sonra Mərzban Dərbənddəki üsyanı yatırmağa gedən zaman Deysəm fürsətdən istifadə edərək Salması ələ keçirdi. Lakin orada çox qala bilmədi. Mərzban onun gözlərini çıxartdırıb, özünü də zindana saldırdı. Bundan sonra ölkədə sakitlik yarandı. Əminamanlıq şəraitində ölkədə iqtisadiyyatın bütün sahələrində canlanma başladı. Sənətkarlıq, ticarət, mədəniyyət inkişaf etməklə yanaşı, əhalinin sayı da artamağa başladı. Feodal müharibələrindən təngə gəlmiş adamlar dinclik əldə etdilər.

Mərzban vilayətindən alınan vergiləri nizama saldı. Maliyyə işlərinə nəzarəti və diqqəti artırdı. Onun dövründə 2 cür vergi toplanırdı. Onların biri torpaq və əmək vergisi idi. İkincisi, asılı ölkələrin hakimlərindən alınan illik xərac idi. Salarilər dövlətinin Azərbaycan və onun tabeçiliyində olan ölkələrindən vergilər hesabına toplandığı illik mədaxil qızılla 3 milyon manata çatırdı. Əlbəttə, bu rəqəm sabit ola bilməzdi. Baş verən siyasi dəyişikliklərlə əlaqədar onun məbləği artır və azalırdı.

Salarilərin qoşunu maaşla saxlanılan süvari dəstələrdən və piyada hissələrindən ibarət idi. Onların dənizdə gəmiləri də vardı.

Beləliklə Salarilər dövləti quzeydə Dərbənd keçidindən başlayaraq güneydə Dəclə və Fərat çaylarının yuxarılarına qədər, Şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, Qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bununla, Sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi. Bu da obyektiv olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafina, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi.

Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Bunula belə, Mərzban ibn Məhəmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Rusların tarix səhnəsinə qədəm qoyması vəziyyəti çətinləşdirdi. Ruslar özləri X əsrdə yaranmışdıvə Xəzər vasitəsilə ticarət əlaqələri aparılırdı. Lakin getdikcə rusların hərbi qüvvələri yaranır və onlar Xəzər vasitəsilə yürüşlərə başlayırlar. X əsrin əvvəllərində Rusların yürüşləri daha da artır. Bu da təbii ki, Salarilərin zəifləməsinə, onların iqtisadi cəhətdən tənəzzülünə ciddi təsir göstərir. Bu nöqteyi nəzərdən məhşur Bərdə yürüşünü qeyd etmək lazımdır.



Rusların Salarilər dövlətinə olan təsirinin qısa şərhi:

994- cü ildə rus drujinalarıyenidən Xəzər sahillərində göründülər. Bu zaman onlar Yaxın və Orta Şərqin ən böyük, zəngin ticarət və sənətkarlıq mərkəzlərindən biri olan, “Qafqazın ən böyük şəhəri” , “Arranın baş şəhəri” kimi şöhrət qazanmış Bərdəni ələ keçirmək üçün gəlmişdilər. Kiyev knyazı İqorun (912-945) drujinaları və muzdlu qoşunlar gəmilərlə Kürün mənsəbinə yetişib buradan Bərdə istiqamətində hərəkətə başladılar. Ərəb tarixçisi ibn Miskəveyhin yazdığına görə onlar Bərdə yaxınlığında, Kürə yaxın Mübarəki adlı yerdə düşərgə saldılar. Gəmilərini burada 300 nəfərlik mühafizə dəstələrinin ixtiyarına buraxaraq Bərdəyə hücum etdilər. Bu zaman Salarilər dövlətinin tərkibində olan Bərdə hakiminin təqribən 5600 nəfərlik hərbi qüvvəsi sayca 10 qat artıq olan yadellilərə müqavimət göstərə bilmədi. Bərdə yağıların əlinə keçdi. Çox adam qılıncdan keçirildi və şəhər amansızcasına qarət olundu. Lakin Bərdəlilər doğma şəhəri düşməndən azad etmək üçün yadellilərə müqavimət göstərməkdə davam edirdilər. Bərdəliləri itaətdə saxlamağın mümkün olmayacağını yəqin edən ruslar Bərdə əhalisindən tələb etdilər ki, 3 gün ərzində şəhərdən çıxıb getsinlər. Göstərilən vaxt başa çatdıqdan sonra yadellilər doğma şəhəri tərk edib gedə bilməyən Bərdə əhalisini qılıncdan keçirdilər. Sağ qalanları, şəhər varlılarını məscidə toplayıb canlarını satın almaq üçün adambaşına 20 dirhəm pul tələb etdilər. Həmin məbləğdə pulu olan qurtula bildi, pulu olmayanlara isə divan tutuldu. Şəhərdə yeni qarətlər, qırğınlar başlandı. Qadınlar və uşaqlar əsir alındı. Mənbələrin məlumatına görə bu zaman Bərdədə 20 min nəfərə qədər adam öldürülmüşdü.

Bərdənin ağır günlərində 30 minlik qoşunla özünü yetirən Salari hökmdarı Mərzban ibn Məhəmməd şəhəri mühasirəyə aldı, hərbi fənd işlədərək düşmənə ağır zərbə vursada şəhəri azad edə bilmədi. Elə bu zaman Mosul hakimi Əbu Məhəmməd Nəsirəddövlənin hərbi qüvvələrinin Azərbaycanın sərhədlərini pozaraq Xoy və Salması ələ keçirməsi xəbərini alan Mərzban ibn Məhəmməd özünün əsas hərbi qüvvələri ilə birlikdə Güneyə doğru hərəkət etməli oldu. Onun bu yürüşü uğurlu oldu. Döyüşlərdəki qələbələr sayəsində ölkənin cənub-qərb vilayətindən düşməni qovduqdan sonra, Azərbaycanın şimal-qərb vilayətlərinin və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Salarilərin 4 min nəfərlik kiçik bir hərbi qüvvəsi isə Bərdənin mühasirəsini davam etdirdi. Vaxt uzandıqca daha çox təlafat verən, yoluxucu xəstəliklərdən qırılmağa başlayan ruslar şəhəri əldə saxlaya bilmədilər. Gecələrdən birində qarət etdikləri qiymətli şeyləri götürüb qalanını isə yandıraraq şəhərdən çıxdılar. Sonra Mübarəkidə onları gözləyən gəmilərə doluşub Xəzərə çıxdılar və öz ölkələrinə qayıtdılar.

944-cü il basqınından sonra Bərdə şəhəri bird aha özünə gələ bilmədi. Yarım ildən çox rusların əlində qalan şəhər dəhşətli dağıntıya, sənətkarlıq və ticarət tənəzzülə uğradı. Məşhur Bərdə bazarı əhəmiyyətini itirdi. Şəhərdə pul kəsilməsi dayandırıldı. Salarilər şəhərin bərpasına fikir vermədilər. 944-cü il faciəsindən bir qədər sonra Azərbaycanın şimal torpaqlarında müstəqil dövlət Şəddadilərin Gəncəni özlərinə paytaxt seçməsi bununla bağlı idi. Xəzərsahili yaradan Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması və şəhər əhalisinə dəhşətli divan tutlması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.


SALARİLƏR DÖVLƏTİNİ QISA XARAKTERİZƏ EDƏN CƏDVƏL



SUALLAR

SALARİLƏR

  1. Mövcud olduğu dövr

941-981

  1. Yeri, yəni təqribi sərhədləri

Şimalda Dərbənd keçidindən Cənubda Dəclə və Fərat çaylarına qədər, Şərqdə Gilan da daxil olmaqla Xəzər sahilindən Qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil ilmaqla geniş ərazi.

  1. Paytaxtı

Ərdəbil

  1. Sülalənin mənşəyi

Təxmini məlumatlara görə türk tayfalarının nəsillərindən

  1. Sülalənin banisi

Mərzban ibn Məhəmməd salar

  1. İlk müstəqil hökmdarı

Mərzban ibn Məhəmməd salar

  1. Ən məhşur hökmdarları və onların əməlləri

  1. Mərzban ibn Məhəmməd salar (941-957)

  1. Sacilər dövlətinin varlığına son qoyub.

  2. Saci hökmdarı Deysəmə qalib gəlib Ərdəbili ələ keçirdi.

  3. Salarilər dövlətinin əsasını qoyub.

  4. Şirvanşahlar və Dərbəndi ələ keçirib.

  5. Ermənistan və Şərqi Gürcüstanı tabe edib.

  6. Bərdə uğrunda Slavyanlarla döyüşüb.

  7. Xüsusi qanunnamə hazırladıb (mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıran feudal hakimlərin əl-qolunu yığmaq, vergi sistemində qayda-qanun yaratmaq məqsədilə).

  1. Vəhsudan hakimiyyətə gəldiyi dövrdə ara müharibələri gücləndi, dövlət zəiflədi.

  2. İbrahim

  1. İlk dəfə Xəzər dənizində ticarət donanması yaradıldı.

  2. Rəvvadi hökmdarı Əbul Hica tərəfindən məğlub edildi.

  1. Son hökmdarı

İbrahim ibn Mərzban

  1. Tənəzzülünü və süqutunun səbəbləri

  1. Hakimiyyət uğrunda didişmələr

  2. Slavyanların hücumları

  3. Rəvvadilərin hücumu

  1. Tarixi əhəmiyyəti

  1. Şimalla Cənub arasında iqtisadi, mədəni əlaqələr möhkəmləndi.

  2. Vahid xalqın formalaşması prosesinə təsir göstərdi.

  3. Türkçülüyün mövqeyi gücləndi

  4. Ticarət və sənətkarlıq inkişaf etdi.

Ədəbiyyat siyahısı



  1. www.kitabxana.az

  2. www.vikipediya.az

  3. www.google.az

  4. Ziya Bünyadov “Azərbaycan Tarixi” Bakı1994

  5. Şərifli Məhəmməd “IX əsrin II yarısı-XI əsr Azərbaycan feodal dövlətləri” Bakı 1978

  6. Süleyman Əliyarlı “Azərbaycan tarixi” Bakı 1996





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə