İQTİsadi TƏHLİLİn metodologiyasi




Yüklə 123.98 Kb.
tarix27.04.2016
ölçüsü123.98 Kb.

İQTİSADİ TƏHLİLİN METODOLOGİYASI

Müəssisənin təsərrufat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir. Maliyyənin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir. O, bölüşdürücü xarakterdə olub, maddi istehsal sahələrində təsərrüfat subyektlərinin, dövlətin və qeyri-istehsal sahəsi iştirakçılarının gəlirlərinin və yığımlarının formalaşmasını və istifadəsini əks etdirir.

Konkret təsərrüfat subyektlərinin sərəncamında olan pul vəsaitləri müəssisənin maliyyə resurslarını təşkil edir və onun gəlirlərinin əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi proseksini əks etdirir.

Maliyyə – pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul münasibətləri sistemidir.

Ölkənin maliyyə sisteminə dövlət, ərazi və müəssisələrin maliyyəsi daxildir.

Müəssisənin maliyyəsi aşağıdakı prisipləri əsasında təşkil olunur:



  • maliyyə-təsərrüfat fəaliyyəti sahəsində müstəqillik;

  • özünümaliyyələşdirmə;

  • işin nəticələrində maraqlılıq;

  • işin nəticələri üçün məsuliyyət;

  • maliyyə ehtiyatlarının yaradılması;

  • vəsaitlərin xüsusi və borc alınmış vəsaitlərə bölünməsi;

  • büdcə, büdcədənkənar və dövlət fondlarına birinci növbəli ayırmalar;

  • müəssəsənin fəaliyyətinə maliyyə nəzarəti.

Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəssisənin müvafiq maliyyə resurslarının əsas mənbələrindən biri ilkin kapitaldır. İlkin kapital müəssisənin təsisçilərinin payları hesabına formalaşır və nizamnamə kapitalı formasını alır.

Nizamnamə kapitalının əmələ gəlməsi üsulları müəssisənin təşkilati-hüsusi formalarından asılıdır. Nizamnamə kapitlanın vəsaiti əsas fondların əldə edilməsinə və normal istehsal-təsərrüfat fəaliyyətinin aparılması üçün lazım olan ölçülərdə dövriyyə vəsaitlərinin formalaşdırılmasına yönlədilir. O, həmçinin lisenziyaların, patentlərin, nou-hauların və s. alınması üçün sərf oluna bilər.

İstehsal qoulmuş ilkin kapital satılmış məhsulun qiymətində ifadə olunmuş dəyəri yaradır. Məhsul satıldıqdansonra o, pul formasını – mədaxil (satış pulu) formasını alır.

Lakin mədaxil məhsulun istehsalına sərf olunmuş vəsaitlərin .dənilməsi, müəssisənin pul fondlarının və maliyyə nəticələrinin formalaşması mənbəyi olsa da hələ gəlir deyildir. İstifadə prosesində mədaxil keyfiyyətcə müxtəlif tərkib hissələrinə bölünür.

Müdaxildən istifadənin istiqamətlərindən biri amortizasiya fondudur. Amortizasiya fondu əsas istahsal fondlarının qeyri-maddi aktivlərin aşınması, pul formasını aldıqdan sonra isə amortizasiya ayırmaları şəklində təşkil olunur. Bu fondun əmələ gəlməsinin vacib şərti istehsal olunmuş malların istehlakçılara satılması və mədaxilin olmasıdır.

Müəssisə əmtəə yaradarkən xammalı, materialları, satın alınmış komplektləşdirilci məmulatları və yarımfabrikatları sərf edir. Onların dəyəri digər maddi məsrəflərə, əsas istehsal fondlarının aşınması və işçilərin əmək haqqı ilə yanaşı məhsulun istehsalı üçün müəssisənin xərclərini təşkil edir və maya dəyəri formasını alır. Satış pulu daxil olana qədər bu xərclər müəsisənin dövriyyə vəsaitləri hesabına maliyyələşir. Məhsul satıldıqdan sonra mədaxil hesabına dövriyyə vəsaitləri bərpa edilir, məhsulun istehsalı üzrə müəssisənin xərcləri isə ödənilir.

Xərclərin maya dəyəri şəklində xüsusiləşməsi məhsulun satışından əldə edilən mədaxili istehsal xərcləri ilə müqayisə etməyə imkan verir. Məhsul istehsalı üçün vəsaitin investisiyalaşıdırlmasının mahiyyəti xalis gəlirin əldə edilməsidir və əgər mədaxil maya dəyərindən çox olarsa, onda müəssisə onu mənfəət şəklində alır.

Həm mənfəət, həm də amortizasiya ayırmaları istehsala qoulmuş vəsaitlərin dövranının nəticəsidir və müəssisənin xüsusi maliyyə resursları adlanır. Bu resursrlardan müəssisə müstəqil şəkildə istifadə edir.

Müəsisənin mənffəti bütünlükdə onun sərəncamında qalmır və bir hissəsi vergilər şəklində büdcəyə daxil olur. Müəssisənin sərəncamında qalan mənfəət onun tələbatlarının maliyyələşdirilməsinin başlıca mənbəyidir. Bu tələbatlar yığıma və istehlaka bölünür. Məhz mənfəətin yığıma və istehlaka bölünməsi müəsisənin inkişaf perspektivlərini müəyyən edir.

Yığıma yönəldilən vəsaitlər (amortizasiya ayırmaları və mənfəətin bir hissəsi) müəssisənin istehsal və elmi-texniki inkişafı üçün istifadə olunan pul vəsaitlərini təşkil edir. Bunun əsasında maliyyə aktivləri (qiymətli kağızlarının alınması, başqa müəssisələrdə payçı kimi iştirak və s.) formalaşır. Mənfəətin digər hissəsi müəssisənin sosial inkişafına, o cümlədən istehlaka yönəldilir.

Xüsusi vəsaitlərdən əlavə müəssisə borc alınmış maliyyə resurslarını – uzunmüddətli bank kreditləri, başqa müəssisələrin vəsaitləri, istiqrazları – cəlb edir. Borc alınmış vəsaitlərin geri qaytarılmasının (ödənilməsinin) mənbəyi də müəssisənin mənfəətidir.

Müəssisənin pul vəsaitlərinin investisiyalaşıdırlması istiqamətləri həm məhsul (iş və xidmət) istehsalı üzrə müəssisə fəaliyyətinin əsas növləri, həm də xalis maliyyə qouluşları ilə əlaqədardır. Əlavə gəlir əldə etmək üçün müəssisələrin və dövlətin qiymətli kağızlarını ala billər, yeni yaradılan müəssisələrin və bankların nizamnamə fonduna vəsait qoya bilər. Müəssisənin müvəqqəti sərbəst vasitləri bankda depozit hesabına qoyula bilər.

Özlərinə məxsus olan pul vəsaitindən istifadə edərkən müəssisələr cəmiyyət və dövlət qarşısındakı öhdəliklərdən tam azad ola bilməzlər. Təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq bütün müəssisələr büdcədənkənar sosial fondların və müxtəlif səviyyəli büdcə gəlirlərinin formalaşmasında iştirak edirlər.

Müəssisənin maliyyə sisteminin təsirliliyi hər şeydən əvvəl olun dəqiq və nizamlı işi ilə, eləcə də maliyyə xidmətinin fəaliyyətinin təşkili ilə müəyyən edilir.

Maliyyə xidməti aşağıdakı mühüm vəzifələri yerinə yetirilir:


  • istehsal, banklar, malgöndərənlər, əmək haqqının ödənilməsi üzrə işçilər qarşısındakı maliyyə öhdəliklərinin və digər öhdəliklərin yerinə yetirilməsi;

  • müəssisənin və onun tərkibinə daxil olan struktur vahidlərin istehsal-təsərrüfat fəaliyyətinin vaxtında və keyfiyyətli təhlilinin həyata keçirilməsi, mənfəətin artırılması və istehsalın rentabellyinin yüksəldilməsi yollarının axtarılması;

  • istehsal fondlarından və kapital qouluşlarından daha səmərəli istifadə olunmasına yardım göstərilməsi;

  • maliyyə resurslarından düzgün istifadə olunmasına və dövriyyə vəsaitlərinin dövr etməsinin sürətləndirilməsinə nəzarət edilməsi.

Müəssisənin satış pulu (mədaxili), gəliri və mənfəəti. Bazar iqtisadiyyatı şəraitində mənffətin əldə müəssisənin bilavasitə məqsədidir. Mənffət müəssisənin gələcək fəaliyyəti və mövcudluğu üçün müəyyən təminat yaradır, çünki müxtəlif ehtiyat fondları şəklində onun yığılması malların bazarda satışı ilə əlaqədar risklərin nəticələrinin aradan qaldırılmasına kömək edir.

Bazarda müəssisələr nisbətən xüsusiləşmiş mal istehsalçıları kimi çıxış edir. Məhsula qiyməti müəyyən edərək onlar məhsulu istehlakçılara satılır və bu halda pul mədaxili əldə edirlər. Bu, hələ mənffət deyildir. Maliyyə nəticəsini müəyyən etmək üçün bu pulu istehsal və satış üçün çəkilmiş xərclərlə, yəni maya dəyəri ilə müqayisə etmək lazımdır.

Əgər mədaxil maya dəyərindən çox olarsa maliyyə nəticəsi mənfəətin əldə olunduğunu təsdiq edir. Müəssisə həmişə mənfəət əldə etmək vəzifəsini qarşısına qoysa da, heç də həmişə buna nail olmur. Əgər mədaxil maya dəyərinə bərabərdirsə, onda yalnız məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərcləri ödəyə bilir. Əgər xərclər mədaxildən çox olarsa müəssisə mənfi maliyyə nəticəsinə – zərərlərə malik olur. Bu isə müəssisənin maliyyə vəzityyətini gərginləşdirir, hətta onu müflisləşdirməyə gətirib çıxarır.

Müəssisənin ümumi gəlirini aşağıdakı kimi əks etdirmək olar:




Satışdan əldə edilən mədaxil

Maya dəyəri

Xalis mənffət

Mənfəətdən vergi

Maddi xərclər

Əməyin ödənilməsi

Mənfəət




Ümumi gəlir

Müəssisə üçün mənfəət daha çox əlavə dəyər əldə etmək imkanı verən sahələrin maliyyələşdirilməsi üçün maraq (stimul) yaradan göstəricidir. Bazar münasibətlərinin kateqoriyası kimi mənfəət aşağıdakı funksiyaları yerinə yetirir:

- müəssisənin fəaliyyəti nəticəsində əldə edilən iqtisadi səmərəni xarakterizə edir;

- müəssisənin maliyyə resurslarının əsas elementidir;

- müxtəlif səviyyəli büdcələrin formalaşması mənbəyidir.

Zərərlər də müəyyən rol oynayır.Onlar maliyyə vəsaitlərindən istifadə istiqamətlərin- də, məhsulun istehsalı və satışında müəssisənin səhvlərini və xətalarını üzə çıxarır.

Hər bir müəssisədə mənfəətin kəmiyyətinə, iqtisadi məzmununa və funksional təyi- natına görə əhəmiyyətli dərəcədə fərqlənən dörd göstərici formalaşır.Bütün hesabla- malar bazasını müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin , maliyyə göstəricisi olan balans mənfəəti təşkil edir. Vergitutma məqsədləri üçün xüsusi göstərici - ümumi mənfəət göstəricisi, bunun əsasında isə vergitutulan və vergitutulmayan mənfəət göstəriciləri hesablanır.Vergilər və büdcəyə digər ödənişlər keçirildikdən sonra ba- lans mənfəətinin müəssisənin sərəncamında qalan hissəsi xalis mənfəət adlanır.Bu, müəssisənin fəaliyyətinin son maliyyə nəticəsini əks etdirir.

Balans mənfəəti üç əsas elementi əhatə edir: məhsulun satışından, işlərin görülməsindən, xidmət göstərilməsindən əldə edilən mənfəət (zərər); əsas vəsaitlərin satışından, onların sıradan çıxmasından, müəssisənin digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər), qeyri-satış əməliyyatları hesabına maliyyə nəticələri.

Məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəət müəssisənin nizamnamədə göstərilən və qanunun qadağan etmədiyi bütün formalarda həyata keçirdiyi əsas fəaliyyətdən əldə edilən maliyyə nəticəsidir. Məhsulun satışından əldə edilən mənfəət satışdan əldə edilən mədaxil (əlavə dəyər vergisi ( Ə D V )və aksizlər nəzərə alınmadan ) ilə məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər

(maya dəyəri ) arasındakı fərq kimi hesablanır

Natural- əşya formasına malik məhsulun satışı həcmi üçün müəyyən edilən mədaxil və tam maya dəyərinə görə hesablanır:

MS=M+MƏ+MQA ,

burada MS - məhsulun satışından əldə edilən mənfəət;

M - müəyyən dövrün əvvəlinə satılmamış hazır məhsul qalığındakı mənfəət;

MƏ - hesabat dövründə əmtəəlik məhsul buraxılışından mənfəət;

MQA - ilin axırına satılmayan məhsul qalığındakı mənfəətdir.

İşlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən mənfəət də məhsul satışından əldə edilən mənfəət kimi hesablanır.

Müəssisənin əsas vəsaitlərinin və digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər) müəssisə fəaliyyətinin əsas növləri ilə əlaqədar olmayan maliyyə nəticəsidir. O, sair satışdan əldə edilən mənfəəti (zərəri) əks etdirir. Buraya müəssisənin balansında olan müxtəlif növ əmlakının kənara satılması daxildir.

Qeyri-satış əməliyyatlarından əldə edilən maliyyə nəticələri müəssisənin əsas fəaliy-yətinə aid olmayan və müəssisə məhsulunun, əsas vəsaitlərinin, sair əmlakın satışı,işlə-rin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olmayan müxtəlif xarakterli əməliyyatlar üzrə mənfəətdir (zərərdir). Satışdankənar mənfəətin(zərərin) tərkibinə alınmış və ödənilmiş cərimələrin, penyaların, əlavələrin və digər sanksiya növlərinin qa-

lığı, eləcə də aşağıdakı gəlirlər daxildir:

- ötən illərə aid olan, lakin hesabat ilində aşkar edilmiş mənfəət;

- malların yenidən qiymətləndirilməsindən gəlirlər;

- ötən illərdə silinmiş debitor borclarının ödənilməsi hesabına daxil olmuş məbləğ;

- valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə müsbət məzənnə fərqləri;

- müəssisənin hesablarında olan pul vəsaitlərinə görə alınmış faizlər.

Buraya həmçinin başqa müəssisələrin nizamnamə kapitalında payçı kimi iştirakına görə əldə edilən gəlir də daxildir. Bu gəlir təsisçilərə əvvəlcədən müəyyən olunmuş ölçüdə və ya sənmlər üzrə dividendlər şəklində alınır. Qiymətli kağızlar üzrə gəlirlərə istiqrazlar və qısamüddətli xəzinə öhdəlikləri üzrə faizlər daxildir. Müəssisənin səhmdar cəmiyyətlərin qiymətli kağızları üzrə gəlir götürmək hüququ vardır, lakin həmin qiymətli kağızlar onlar üzrə ödənişlərin rəsmi elan olunmuş tarixdən azı 30 gün əvvəl alınmalıdır.

Dövlətin qiymətli kağızlar üzrə gəlirlərin götürülməsi hüququ və qaydası onların buraxılması və yerləşdirilməsi şərtləri ilə müəyyən edilir.

Borc verdiyi vəsaitlər üzrə müəssisə kreditor və borc götürən arasındakı müqavilə şərtlərinə görə gəlir götürür.

Əmlakın icarəyə verilməsindən əldə edilən gəlir icarəçinin icarədara ödədiyi icarə haqqından ibarətdir. İcarə olunmuş əmlakdan istifadə hesabına mənfəət icarə haqqının məcburi hissəsidir və onun dəyərindən, müəssisənin rentabelliyindən və icarənin müddətindən asılıdır. Əgər icarədar əsas fondların bərpası üzrə müəyyən öhdəlikləri öz üzərinə götürürsə, müqavilə şərtlərindən asılı olaraq icarə haqqına amortizasiya ayırmaları və ya onların bir hissəsi daxil ola bilər. İcarə haqqına mənfəət əmlakın dəyərindən faiz kimi daxil edilir.

Bundan əlavə satışdankənar nəticələrə aşağıdakı xərclər və itkilər daxildir:

- ötən illərin əməliyyatları üzrə zərərlər;

-maddi dəyərlilərin inventarlaşdırılması zamanı aşkar edilən çatışmamazlığı;

- valyuta hesabları və xarici valyutalarla əməliyyatlar üzrə mənfi məzənnə fərqləri;

- təbii fəlakətlər nəticəsində yaranan və əvəzi ödənilməyən itkilər. Buraya həmçinin təbii fəlakətlərin qarşısının alınması və ləğv edilməsi və s. xərclər də daxildir.

Mənfəətin əmələ gəlməsi şəkil 1.-də göstərilir.

Mənfəətin kəmiyyətinə bir çox amillər təsir edir. Bu amillər daxili və xarici amillərə bölünür. Daxili amillərə istehsal (ekstensiv və intensiv) və istehsaldankənar amillər daxildir. Xarici amillər isə təbii şəraiti, qiymətin tənzimlənməsini, tarifləri, faiz vergi dərəcələrini və s. əhatə edir.



Mənfəətin planlaşdırıdması və bölüşdürülməsi. Mənfəətin planlaşdırılması müəssisə fəaliyyətinin bütün növləri üzrə ayrı-ayrılıqda aparılır. Mənfəətin planlaşdırıdması prosesində maliyyə nəticələrinə təsir göstərən bütün amillər nəzərə alınır.

Sabit qiymətlər və təsərrüfatçılıq şərtlərinin proqnozlaşdırılması imkanları şəraitində mənfəət planları bir il üçün tərtib edilir. Müəssisələr mənfəət planlarını rüb üçün də tərtib edə bilərlər.

Planlaşdırmanın obyekti kimi balans mənfəətinin elementləri götürülür.Bu halda məhsulun satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilmiş mənfəətin planlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir.

Təcrübədə mənfəətin planlaşdırılması üçün müxtəlif metodlar tərtib olunur.Birbaşa hesab metodundan daha geniş istifadə olunur.

Birbaşa hesab zamanı növbəti dövrdə satılacaq məhsul üçün planlaşdırılan mənfəət

Mövcud qiymətlərlə (ƏDV, aksiz, ticarət və satış əlavələri nəzərə alınmadan ) məhsulun satışından əldə ediləcək planlaşdırılan mədaxil ilə növbəti dövrdə satılacaq məhsulun tam maya dəyəri arasındakı fərq kimi müəyyən edilir. Hesablamanın bu metodu buraxılan məhsulun çeşidi böyük olmadıqda daha səmərəlidir.



Şəkil 1. Təsərrüfat subyektinin mənfəətinin formalaşması

Birbaşa hesab metodundan yeni müəssisənin yaradılması və ya mövcud müəssisənin genişləndirilməsi, ya da hər hansı bir layihənin həyata keçirilməsi zamanı istifadə olunur. Birbaşa hesab metodunun bir növü mənfəətin çeşid üzrə planlaşdırılması ( daha doğrusu, hər bir çeşid qrupu üzrə mənfəətin müəyyən edilməsi ) metodudur.

Birbaşa hesab metodunun əsas üstünlüyü onun sadəliyidir.Lakin ondan mənfəətin qısamüddətli planlaşdırılması zamanı istifadə etmək daha məqsədəuyğundur. Mənfəət planının tərtib edilməsi üçün başqa metodlardan da istifadə olunur. Məsədən, rentabellik limitinin təhlili, rentabelliyin proqnozlaşdırılması, likvidliyin örtülməsinin təhlili, eləcə də digər analitik metodlar.

Rentabellik limitinin təhlili kapitalın dövriyyəsi zamanı xərclər kəmiyyətinin dəyişmə- sinə nəzərən müəssisənin mənfəətinin və elastikliyin qarşılıqlı əlaqəsini qiyğətləndirmə- yə imkan verir. Adətən bu asılılığı əks etdirən qrafiklər sistemi qurulur. Hesablamalar aşağidakı düsturla aparılır:



M= ,
burada M - minimal dövriyyə;

- sabit xərclər;

- sabit xərclərin faizidir.

Yaxud


M= ,
burada - dəyişən xərclər;

- kapitalın pdan dövriyyəsidir.

Xərclərin ödənilməsi üçün lazım olan minimal dövriyyə ilə planlaşdırılmış dövriyyə arasında mövcud olan fərq mühüm ərəmiyyət kəsb edir. Məhz bu fərq kapitalın dövriy- yəsinin planlaşdırılmasında müəssisənin sərbəstlik dərəcəsini xarakterizə edir.

Sərf olunmuş ( qoyulmuş ) kapitalın rentabelliyinin proqnozu aşağıdakı kəmiyyətlərin nisbətlərinin təhlilinə əsaslanır:



Dv + Kq = Ks ,

K= ,

Km = ,

KR = ,

Rk= × × 100 ,

burada Dv - dövriyyə vəsaitləri;

Kq - kapital qoyuluşu;

Ks - sərf olunmuş kapital;

- kapitalın dövretmə əmsalı;

Km - mənfəət əmsalı;

KR - rentabellik əmsalı;

- mənfəət;

Rk - kapitalın rentabelliyidir.

Likvidliyin örtülməsinin təhlili müəssisənin xərclərinin nisbətinə əsaslanir. Müəssisə- nin bu xərclərinə onun pul xərcləri və amortizasiya ayırmaları daxildir. Bu halda müəssi- sənin likvidliyinin saxlanması üçün lazım olan kapitalın minimal dövriyyəsi müəyyən edilir ( şəkil 2).

Müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi sisteminə hazırda qoyulan başlıca tələb ondan ibarətdir ki, o, istehlak və yığıma yönəldilən vəsaitlər arasında optimal nisbətlərin müəyyən edilməsi əsasında geniş təkrar istehsalın maliyyə resurslarına tələbatı təmin etməlidir.

Mənfəətin bölüşdürülməsi, ondan istifadənin əsas istiqamətlərinin müəyyən edil-məsi zamanı, hər şeydən əvvəl, rəqabət mühitinin vəziyyəti nəzərə alınmalıdır, çünki bu, müəssisənin istehsal potensialının əhəmiyyətli dərəcədə genişləndirilməsi və yeniləş- dirilməsi zərurətini diqtə edir. Buna uyğun olaraq mənfəətdən istehsalın inkişafı fondlarına ayırmaların miqyası müəyyən edilir.


Şəkil 2. Likvidlik nöqtəsinin təyin edilməsi


Bu fondun resurslarından karital qoyuluşlarının maliyyələşdirilməsi, dövriyyə vəsaitlərinin artırılması , elmi-tədqiqat fəaliyyətinin təmin edilməsi, yeni texnalogiyaların tətbiqi, əməyin mütərəqqi metodlarına keçilməsi və s. üçün istifadə olunur. Müəssisənin mənfəətinin bölüşdürülməsinin ümumi sxemi

şəkil 3.-dəki kimidir.





Şəkil 3. Müəssisənin xalis mənfəətinin bölüşdürülməsi


Yığım fondu — istehsal və qeyri-istehsal təyinatlı əsas fondların alınması və inşası, habelə digər əsaslı vəsait qoyuluşu ( qaytarılacaq ) üçün istifadə olunur. Eyni zamanda

bu fond hesabına qaytarılmamaq şərtilə aşağıdakı xərclər maliyyələşdiridir:

- elmi-tədqiqat işlərinin aparılması;

- təbiəti mühafizə tədbirləri;

- vergi ödənişi üçün maya dəyərinə daxil edilməsi normalarından artıq xərclərin ödənilməsi ( ixisasın artırılması, ezamiyyət xərcləri, kredit üçün faizlər və s. )

- qiymətli kağızların buraxılışı üçün xərclər;

- başqa müəssisələrin yaradılması üçün xərclər;

- mənfəətin gizlədilməsi üçün cərimə sanksiyalarınin ödənilməsi və s.

İstehlak fondu — işçilərin sosial ehtiyaclarının ödənilməsinin və maddihəvəsləndirilməsinin maliyyələşdirilməsi üçün sərf olunur.Buraya istehsal göstəriciləri ilə əlaqədar olmayan ( çoxillik əmək, yubiley və s.) mükafatların verilməsi; maddi yardımın göstərilməsi; putyovkaların, müalicənin, işçilər və onların ailə üzvləri üçün dərmanların dəyərinin, faizlərin və s. ödənilməsi daxildir.

İstehlak fondundan çəkilən xərclər qaytarılmır.

Ehtiyat fondu təbii fəlakətlər nəticəsində baş vermiş itkilərin və balans zərərlərinin ödənilməsi üçün istifadə olunur.

Müəssisənin hər bir təşkilati-hüquqi forması üçün onun sərəncamında qalan mənfəətin bölüşdürülməsinin qanuna müvafiq mexanizmi müəyyən edilmişdir.

Hər bir müəssisədə bölüşdürmə obyekti müəssisənin balans mənfəətidir. Mənfəətin bölüşdürülməsi dedikdə, mənfəətin büdcəyə yönəldilməsi və müəssisədə istifadənin maddələr üzrə paylaşdırılması başa düşülür. Mənfəətin yalnız vergilər şəklində müxtəlif səviyyəli büdcələrə daxil olan və digər məcburi tədiyyələrin ödənilməsinə yönəldilən hissəsinin bölüşdürülməsi qanunla tənzimlənir. Müəssisənin

sərəncamında qalan mənfəətin xərclənməsi istiqamətləri, ondan istifadə maddələrinin strukturu müəssisənin səlahiyyətindədir.

Mənfəətin bölüşdürülməsi üzrə dövlət heç bir normativ müəyyən etmir, lakin vergi güzəştlərinin verilməsi qaydası mənfəətin istehsal və qeyri-istehsal xarakterli kapital qoyuluşlarına, xeyriyyəçilik məqsədlərinə, təbiəti mühafizə tətbirlərinin maliyyələşdiril- məsinə, qeyri-istehsal sferası obyektlərinin və təşkilatlarının saxlanması xərclərinin ödənilməsinə və s. yönəldilməsini stimullaşdırır. Qanunvericilik müəssisənin ehtiyat fondunun məhdudlaşdırır, şübhəli borclar üzrə ehtiyatın formalaşması qaydasını tənzimləyir.

Mənfəətin bölüşdürülməsi və istifadəsi qaydası müəssisənin nizamnaməsində qeyd olunur, iqtisadi və maliyyə xidmətlərinin müvafiq bölmələrinin hazırladıqları əsasnamə ilə müəyyən edilir və müəssisənin rəhbər orqanları tərəfindən təsdiq olunur.



Rentabellik və onun növləri. Sahibkarlıq fəaliyyətinin səmərəliliyinin iqtisadi göstəriciləri içərisində rentabellik

göstəricisi xüsusi rol oynayır.Əgər mənfəətin müəssisənin mütləq gəlirliyini əks etdirirsə, rentabellik nisbi gəlirliliyi göstərir və mənfəətin müəyyən bazaya nisbəti ilə ifadə olunur. Müəssisə o halda rentabelli hesab olunur ki, məhsulun satışından əldə edilən mədaxil məhsulun istehsalı və satışı xərclərini ödəməklə bərabər müəyyən mənfəəti də təmin etsin. Beləliklə rentabellik müəssisənin işinin səmərəliliyini səciyyələndirir, müəssisənin kapitalı artırmaq qabiliyyəti haqqında təsəvvür yaradır.

Rentabellik müxtəlif qaydalarda hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı düsturla hesablanır:
Rüm = (Mb:A)·100 ,
burada Mb - balans mənfəəti;

A - müəssisənin aktivlərinin ( əsas istehsal fondları ilə dövriyyə vəsaitlərinin ) dəyəridir.

Rentabelliyin bu göstəricisi qoyulmuş kapitalın bir manatına düşən mənfəətin məbləğini göstərir.

Aktivlərin rentabelliliyi ilə yanaşı sahibkarlıq fəaliyyətinin təhlili prosesində məhsulun rentabelliyi göstəricisindən yeni istifadə olunur. Həmin göstərici aşağıdakı düsturla hesablanır:

PM = (MC:M)·100
burada MC - məhsulun satışından əldə edilən mənfəət;

M - satılmış məhsulun tam maya dəyəridir.

Bu göstəricidən təsərrüfatdaxili analitik hesablamalarda, ayrı-ayrı məmulat növlərinin mənfəətliliyinə ( zərərliliyinə ) nəzarət edilməsi, istehsala yeni məhsul növlərinin tətbiqi və səmərəsiz məmulatların istehsaldan çıxarılması zamanı istifadə etmək daha səmərəlidir.

Müəssisələrin təsərrüfat fəaliyyətində hesabi rentabellik göstəricisindən də istifadə olunur:

Rh = ( Mh:A )·100 ,

burada Mh – hesabi mənfəətdir.

Məlumdur ki, mənfəət həm məmulatın maya dəyəri, həm də onun satıldığı qiymətlə əlaqədardır.Belə halda məhsulun rentabelliyi mənfəətin sərbəst və ya tənzimlənən qiymətlərlə satılmış məhsulun dəyərinə, daha doğrusu satışdan mədaxilin məbləğinə nisbəti kimi hesablana bilər.Elə buna görə də rentabelliyin belə göstəricisi satışın rentabelliyi adlanır.

Məhsulun və satışın rentabelliyi göstəriciləri qarşılıqlı əlaqədardır və həm bütün məhsulun, həm də onun ayrı-ayrı növlərinin istehsalı və satışı üçün cari xərclərin dəyişilməsini əks etdirir. Ona görə də bütünlükdə istehsalın səmərəliliyini yüksəltmək və mənfəətin artırılmasının əlavə imkanlarını əldə etmək üçün böyük və kiçik rentabelliyə malik məhsulların xüsusi çəkilərinin dəyişilməsindən asılı olaraq məhsul buraxılışının strukturunu formalaşdırmaq olar.

Müəssisə kapitalının mülkiyyətçiləri üçün qoyulmuş kapitalın verimini, daha doğrusu, xüsusi kapitalın rentabellik səviyyəsini bilmək çox vacibdir.O, aşağıdakı kimi hesablanır:
Rxk = ( Mb:KX )·100,
burada KX – müəssisənin xüsusi kapitalıdır.

Ümumi rentabellik səviyyəsinin xüsusi kapitalın rentabelliyi səviyyəsi ilə müqaisəsi xüsusi kapitalın kəmiyyətinin onun veriminə necə təsir etdiyini göstərir.

Müəssisənin maliyyə vəziyyətinin təhlili prosesində rentabelliyin digər göstəriciləri də hesablana bilər. Məsələn, müəssisənin bütün kapitalının rentabelliyi, dövriyyədənkənar aktivlərin rentabelliyi, dəyişən kapitalın rentabelliyi, investisiyaların rentabelliyi və s.

FƏSİL 3. MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİNİN TƏCRÜBİ REALLAŞDIRILMASI

Konkret («Üfüq») müəssisənin maliyyə vəziyyətinin göstəricilərini həmin müəssisənin maliyyə nəticələri və mühasibat hesabatlarından istifadə etməklə hesablayaq. Bu məqsədlə maliyyə nəticələrini aşağıdakı cədvəldə əks etdirək.

Cədvəl 1.


Göstəricilər

Hesabat dövrü

Ötən dövr


Satışdan əldə edilən gəlirё

11580

110700

Məhsulun maya dəyəri

82360

80400

Kommersiya xərcləri

12280

10320

Satışdan əldə edilən mənfəət

21160

19980

Digər xərclər

400

200

Maliyyə-təsərrüfat fəaliyyətindən mənfəət

21560

20180

Digər qeyri-satış xərcləri

2680

1230

Digər qeyri-satış gəlirləri

2640

1560

Hesabat dövrünün mənfəəti

21520

20510

Mənfəətdən vergilər

7530

7180

Vergilərdən sonra qalan mənfəət

13990

13330

Mühasibat balansının verilənləri aşağıdakı cədvəldə əks olunub.

Cədvəl 2.

Göstəricilər


İlin əvvəlinə

İlin sonuna

Əsas kapital


112460

116320

Valyuta balansında əsas kapitalına %-lə payı

67,3

61

Dövriyyə kaptalına qoyulmuş xüsusi kapital

21500

22600

Dövriyyə kapitalı (cari aktivlər)

54540

74260

Məcmu aktivlər

167

190580

Dövriyyə aktivləri

54540

74260

Debitor borcları

11840

21500

Nizamnamə kapitalı

133960

138980

Bölünməmiş mənffət







Cəmi xüsusi kapital

133960

138980

Valyuta balansına nisbətdə xüsusi kapital %-lə

80,2

72,9

Qısamüddətli öhdəliklər

32180

46680

Uzunmüddətli öhdəliklər







Müəssisənin maliyyə vəziyyətinin əsas kriteriyalarından biri onun ödəmə qabiliyyətinin qiymətləndirilməsidir. Ödəmə qabiliyyəti dedikdə, müəssisənin özünün xarici borclarını ödəmə imkanı başa düşülür. Deməliyik ki, «Üfiq» müəssisəsinin dövriyyə aktivləri ilin əvvəlində və sonunda onun xarici borcunu üstələyir.

Dövriyyə aktivləri ilin əvvəlinə 54540, ilin sonuna isə 74260 pul vahididir. Xarici öhdəliklər isə müvafiq olaraq 32180 və 46680 pul vahididir.

Ödəmə qabiliyyətinin dinamikası xalis dövriyyə kapitalının dəyişməsi ilə təyin olunur. Bu isə öz növbəsində bütün dövriyyə öhdəlikləri və qısamüddətli öhdəliklər arasında fərqə bərabərdir.

İlin əvvəlində bu 54540-32180=22360 pul vahidi, ilin sonuna isə 74260-46680=27580 pul vahididir.

Xalis dövriyyə kapitalının artımı isə 27580-22360=5220 pul vahidi olacaqdır.

Müəssisənin öz qısamüddətli öhdəliklərini ödəmək qabiliyyəti likvidlik adlanır. Müəssisə o zaman likvid adlanır ki, o, öz dövriyyə aktivlərini reallaşdırmaqla qısamüddətli öhdəliklərini yerinə yetirmək iqtidarında olsun.

Mütləq likvidlik əmsalı daha maraqlı əmsaldır. Bu əmsal pul vəsaitləri və qiymətli kağızların qısamüddətli öhdəliklərə nisbəti ilə təyin olunur. Mütləq likvidlik əmsalı konkret zaman anında müəssisənin ödəyə biləcəyi qısamüddətli öhdəliklərin payını göstərir.

Müəssisənin balans göstəricilərinə görə ilin əvvəlində pul vəsaitlərinin cəmi – 10320, ilin sonuna isə 1920 pul vahidi təşkil edr.

Mütləq likvidlik əmsalı periodun əvvəlinə 10320/32180=0,32, ilin sonuna isə 1920/46680=0,04 olacaqdır.

Bu əmsalın qiymətinin 0,2-dən aşağı olması normal hal hesab olunur.

Vəsaitlərin mənbəyinin strukturunu xarakterizə edən əsas göstəricilərə aşağıdakıları aidc edirlər: müstəqillik əmsalı, maliyyələşdirmə əmsalı, təminat əmsalı.

Müstəqillik əmsalı mülkiyyətçilər tərəfindən müəssisənin ümumi əmlakında paylarını əks etdirir və aşağıdakı kimi olacaqdır.

İlin əvvəlinə

133960/167000*100%=80,2%

ilin sonuna

138980/190580*100%=72,9%

buradan isə belə nəticəyə gələ bilərik ki, müəssisənin əmlakının böyük əksəriyyəti xüsusi (şəxsi) vəsaitlər hesabına formalaşıb.

Maliyyələşdirmə əmsalı xüsusi vəsaitlərin istiqraz vəsaitlərinə nisbətinə bərabərdir və ilin əvvəlində

133960/33040=4,1

ilin sonunda isə

138980/51600=2,7

Əgər maliyyələşdirmə əmsalı 1-dən kiçik olarsa, deməli, müəssisənin ödəmə qabiliyyəti aşağıdır və onun kredit alması problem olacaqdır.

Müəssisənin əmlakının strukturun qiymətləndirilməsində əsas diqqət onların aktivlərə yerləşdirilməsinə yönəldilir. Əsas vəsaitlərin hamısının və dövriyyə vəsaitlərin bir hissəsinin xüsusi mənbələr hesabına formalaşması optimal hal hesab olunur.



Nəticə


  1. Əmtəə-pul münasibətlərinin fəaliyyət göstərdiyi bir şəraitdə müəssisənin təsərrüfat fəaliyyətinin planlaşdırılması və onun nəticələrinin qiymətləndirilməsində əsas iqtisadi göstərici məhsul satışının həcmi, əmək tutumu, material tutumu, fondverimi, məhsulun maya dəyəri və s. göstəricilər hesab edilir.

  2. maliyyə iqtisadi təhlil növü vahid təsərrüfat fəaliyyətinin iqtisadi təhlilin əsas istiqamətverici rolunu oynayır.

  3. maliyyə təhlili nəticə göstəriciləri və ona təsir edən amillər arasında əlaqəni əks etdirir.

  4. təhlilin maliyyə növü müəssisədə maliyyə vəsaitini əhatə edən göstəricilərin məzmunu və əhəmiyyətini və onun başqa göstəricilərlə əlaqəsini əks etdirir;

  5. maliyyə təhlili dinamikada aparılmalıdır və mühasibat və maliyyə hesabağlarına əsaslanmalıdır;


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə