HZ. mehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ




Yüklə 0.88 Mb.
səhifə7/13
tarix27.04.2016
ölçüsü0.88 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 12)

Allah, Hz. Yusufun gözəlliyini bu şəkildə xəbər vermişdir:

... “Onların qarşısına çıx!”– dedi. (Qadınlar) (Yusufu) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”... (Yusuf surəsi, 31)

QARA SAÇLIDIR

Üzünün nuru başına və saçlarının qarasına qədər yüksələr.

(Mehdilik ve İmamiye, s. 153/İkdüd Dürer'den)

Qara saçlıdır. Qara saqqallıdır.

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər.

(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

ÜZÜNDƏ XAL OLACAQ



Mehdi gur saqqallı, ön dişləri parlaq, üzü xallı, açıq alınlıdır.

(Mer'iy b. Yusuf b. Ebu Bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Üzündə bir xal olacaq

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s.41)

ÇİYİNİNDƏ PEYĞƏMBƏR (S.Ə.V)-ın ƏLAMƏTİ VARDIR



Mehdinin çiynində Peyğəmbərimiz (s.ə.v)-dəki kimi əlamət (nişan, xal) olacaq.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)

Çiynində Peyğəmbər (s.ə.v)-ın əlaməti vardır.

(Kıyamet Alametleri, Berzenci, s. 165; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23)

Çiynində Peyğəmbər (s.ə.v)-ın nişanı vardır.

(Kıyamet Alametleri, Berzenci, s. 163)

Hədisi şəriflərdən aydın olduğu kimi, Hz. Mehdinin iki çiyni arasında Hz. Məhəmməd (s.ə.v) də olduğu kimi açıq bir işarə, "Peyğəmbərimiz (s.ə.v)-ın əlaməti" olacaq. Peyğəmbərimiz (s.ə.v)-ın əlaməti, İslam qaynaqlarında belə bildirilir:

Əbu Saib b. Yeziddən belə rəvayət edilmişdir: "Gözüm Peyğəmbərimiz (s.ə.v)-ın iki çiyni arasındakı möhürə sataşdı."

(Sünen-i Tirmizi, 6/126)

RƏNGİ

Hz. Mehdinin rəngi ərəbidir…

(İbn Hacer El Mekki; "El-Kavlü'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar", s. 15-75)

Qeyd: Ərəb millətinin dəri rəngi qırmızıyla qarışıq ağdır.

Hz. Peyğəmbər (s.ə.v)-ın dəri rəngi də qırmızıya çalan ağ rəng idi. Lakin, bədəninin görünən hissələri günəşin, küləyin təsirindən əsmərə çalırdı. Rəvayətlərdən Hz. Mehdinin də Peyğəmbərimiz (s.ə.v)-ilə eyni rəngdə olacağı aydın olur. Bir rəvayətdə Rəsulullah (s.ə.v)-ın dəri rəngi belə təsvir edilmişdir:



Ənəs b. Malik, Peyğəmbər (s.ə.v)-ın rəngi haqqında belə dedi: Ağ idi. Lakin ağı əsmərə çalırdı.

(İbni Kesir, Şemail'ür- Resul, s. 28)

Əsmər, yəni dümağ deyil az qırmızılığı olan rəngi bildirir. Çünki Rəsulu Əkrəm Həzrətlərinin rəngi hamamdan hələ yeni çıxmış və özünə qırmızılıq gəlmiş olan ağ adamın o andakı rəngi kimidir. Yəni, Rəsulu Əkrəm Həzrətlərinin mübarək rəngi, qırmızı ilə qarışıq nurani ağ idi.

(İbni Kesir, Şemail'ür- Resul, s. 28)

ÜMUMİ GÖRÜNÜŞÜ

Hz. Mehdinin boy-buxunu İzrailli kişilərə bənzəyər

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 36-29)

Bədəni İsraillilərin bədəni kimidir.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)

Mehdi sanki İzraillidir. (Rəftarı onlara bənzəyər yəni zəhmli və ağıllıdır)

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23-30)

O … heybətli (zəhmli) bir şəxsdir.

(İkdüd dürer)

Hz. Mehdinin bədəni İsraillilərinki kimidir. Hz. Mehdi, sanki İzrail oğullarından bir kişidir (zadəganlara, dövlət adamlarına bənzəyər).

(İbn Hacer El Mekki)

(Xarici görünüşü) sanki İsrail oğullarından bir insana bənzəyir.

(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

Sanki o, İsrail oğullarından biridir.

(Nuaym b. Hammad, vr. 52a; Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

BOYU

Mehdi, orta boylu olacaq.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)

Mehdinin adı Məhəmməd b. Abdullahdır. O, orta boyludur...

(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 11)

Peyğəmbərimiz (s.ə.v)-ın da eyni boyda olduğunu rəvayətlərdən öyrənirik:

Ənəs B. Malik rəvayətlərdə belə buyurur: Rəsulullah (s.ə.v) orta boylu idi. Bilindiyi kimi hədisdə keçən "Rəbə" sözü normal və orta boylu mənasına gəlir. Lakin normal boy üçün uzun olan şəxsə görə bir sərhəd vardır. Çünki boyun sahibi öz qarışı ilə yeddi qarış qədər olan boya sahibdirsə o normal boylu sayılır.

(Tirmizi, Şemail-i Şerif, s. 15)

GENİŞ BƏDƏNLİ OLACAQ

Hədislərdə Hz. Mehdinin qarnının, sinəsinin, alnının, qıç aralığının (addımlarının) ... geniş olduğu bildirilmişdir. Alnının geniş olmasıyla mütənasib olaraq başı da böyük olacaq. Bütün bu təsvirlərdən Hz. Mehdinin bədəninin bütünlüklə geniş yəni enli olduğu aydın olur.

İri gövdəli...

(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

O, alnı açıq… qarnı böyük, qıç aralığı geniş…

(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 13)

İki qıç arası geniş...

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Hz. Mehdi, Hz. Həsənin soyundandır. Qıçları aralıdır.

(Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, s. 22)

... Onun... alnı genişdir. Yer üzünü ədalətlə dolduracaq və malı bol bir şəkildə paylayacaq.

(Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, s. 22)

ALNININ AÇIQ VƏ GENİŞ OLMASI

Hz. Mehdinin alnının açıq və geniş olmasına mütənasib olaraq başının da böyük olacağı hədislərdən aydın olur.

Mehdi məndəndir... Açıq alınlıdır.

(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)

Mehdi bizdəndir, alnı açıq...

(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)

Alahu Təala, mənim nəslimdən alnı açıq, yer üzünü ədalətlə dolduraraq malı və əşyanı insanlara bol-bol ehsan edən bir övladımı göndərəcək.

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 23)

O, açıq alınlıdır.

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Şübhəsiz ki, Allah, mənim nəslimdən alnı açıq (olan) bir şəxs göndərəcək.

(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 11)

QARINININ GENİŞ OLMASI

O, alnı açıq... qarnı geniş, iki qıç aralığı enli (geniş)...

(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 13)

BALDIRLARI UZUNDUR



Baldırları uzundur, rəngi Ərəb rəngidir.

(Kıyamet Alametleri, Berzenci, s. 162-163)

YERİŞİ

Bir xüsusiyyəti də gedərkən addımlarının açıq və bir-birindən uzaq atmasıdır.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 32)

YAŞI

Hz. Mehdinin hədislərdə ifadə edilən yaşı, onun vəzifəyə başlayacağı, insanların onu tanıyacaqları və fəaliyyətini görüb izləyəcəkləri yaşlardır.

30- 40 yaşlarında ikən göndəriləcək... Mehdi mənim övladlarımdandır, 40 yaşlarındadır.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)

40 yaşındadır. Digər bir rəvayətə görə 30-40 yaşlarındadır.

(Kıyamet Alametleri, Berzenci, s. 16)

Mehdi mənim nəslimdəndir. O 40 yaşındadır. Üzü sanki parlaq bir ulduzdur...

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

SAQQALI

Saqqalı bol və sıx olacaq.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)

Saqqalı sıxdır.

(Kıyamet Alametleri, Berzenci, s. 163)

BURNU GÖZƏLDİR

Onun alnı geniş, burnu isə incə olacaq.

(Tırmizi, Büyük Hadis Külliyatı, Rudani 5.Cilt, s. 365)

O, açıq alınlı, kiçik burunlu…

(Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)

O açıq alınlı və incə burunludur.

(Ahmed, b. Hanbel II-291, III-17) (Süneni Ebu Davud Terceme ve şerhi 14-cü cild, Şail Yayıncılık, K. el-Mehdi (35), s. 404)

QAŞLARI VƏ GÖZLƏRİ

O, açıq alınlı, kiçik burunlu, iri gözlü....

(Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Naim Erdoğan, s. 163)

Qaşı qövslüdür (yaya bənzəyər).

(Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)

Hz. Mehdinin qaşlarının araları açıq (geniş)...

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)

Hədisdə Hz. Mehdinin qaşlarının aralı olmasıyla, gözü və qaşı arasında məsafənin də geniş olduğu aydın olur.

DİŞLƏRİNİN GÖZƏLLİYİ VƏ PARLAQLIĞI

Dişləri parlaq olacaq.

(Nuaym b. Hammad, vr. 52a; El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)

Mehdi, gur saqqallı, ön dişləri parlaq...

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

NƏTİCƏ

Bu kitabçada Peyğəmbərimiz (s.ə.v)-ın hədisləri işığında, axır zamanda ortaya çıxacaq olan Hz. Mehdinin çıxış əlamətlərini və tanınmasını təmin edəcək müəyyən xüsusiyyətləri araşdırdıq.

Peyğəmbərimiz (s.ə.v) bu hədislərində Hz. Mehdinin istər fiziki, istərsə də əxlaqi xüsusiyyətləri haqqında bir çox tanıdıcı məlumatlar vermişdir. Hz. Mehdinin əxlaqının, öz əxlaqına bənzədiyini bildirmiş, onun Allah qorxusunu və gözəl xüsusiyyətlərini tərifləmişdir. Peyğəmbərimiz (s.ə.v) Hz. Mehdinin, insanların dünyada və axirətdəki qurtuluşlarına vəsilə olacaq çox qiymətli bir şəxs olduğunu ifadə etmiş və ortaya çıxdıqda insanların "qar üzərində sürünərək də olsa ona qoşulmaqlarını" bildirmişdir:

İbni Əbi Şeybə və Naim b. Hammad “Fiten” adlı əsərində, İbni Macə və Əbu Naim isə İbni Məsuddan belə rəvayət etmişdilər: "O dedi ki: ... "O (Mehdi) ərzə sahib olar və ondan əvvəl təzyiq və zülmlə dolu olan ərzi (dünyanı) ədalətlə doldurar. Sizdən ONA kim yetişsə, qar üzərində sürünərək də olsa getsin ONA qoşulsun. Çünki O Mehdidir." (Ahir Zaman Mehdisinin alametleri, Celalettin Suyuti, s. 14)

Hal-hazırda yaşadığımız dövr 1400-cü ildir, Peyğəmbərimiz (s.ə.v)-ın müjdələdiyi bu tarix, gözlədiyimiz hadisənin reallaşmasının yaxınlaşdığı bir dövrdür. Bu həqiqəti dərk edən və Hz. Mehdi ortaya çıxdıqda onun yanında olma şərəfinə çatmaq istəyən bütün Müsəlmanlar Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində verdiyi bu məlumatları diqqətlə oxumalı, bu mübarək şəxsi düzgün bir şəkildə tanıya bilmək üçün bütün səbəblərə sarılmalıdırlar və istifadə etməlidirlər. Çünki bu məlumatların diqqətlə araşdırılıb analiz olunması, bu müqəddəs şəxsin tanına bilməsində Allahın icazəsiylə əhəmiyyətli bir yol göstərici olacaq.

Şübhəsiz, İslam dininin əslinə dönməsinə və Quran əxlaqının bütün yer üzünə hakim olmasına vəsilə olacaq, Müsəlmanlar arasında böyük bir birlik quracaq olan belə bir müqəddəs şəxsə zəmin hazırlamaq və ona köməkçi olmaq Müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən və məsuliyyətli bir vəzifədir. Hz. Mehdi kimi mübarək bir şəxsin yaxınlarından ola bilmək, ona dəstək ola bilmək, bütün insanlara aid xeyirli fəaliyyətlərində ona köməkçi olmaq bütün inananlar üçün böyük bir nemət və şərəfdir.

İKİNCİ KİTAB



RİSALƏİ NURDA BATINİ TƏFSİR TƏHLÜKƏSİ

GİRİŞ


Yaxın tarixin ən böyük İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi Həzrətlərinin yazdığı Risaləi-Nur Külliyyatı, yüz minlərlə insanın hidayətinə vəsilə olan çox əhəmiyyətli əsərlərdir. Bədiüzzamanın səmimi üslubu, təfəkkürləri və hikmətli izahatı, hər oxuyan üçün əhəmiyyətli bir yol göstərici və hidayət rəhbəri olmuşdur. Risaləi Nurların geniş kütlələr üzərindəki bu səmimi təsiri çox açıq şəkildədir. Hər biri olduqca səmimi nümunələrlə qələmə alınmış olan bütün bu mövzuların izahatındakı sadəlik və səmimiyət hər cəhətdən insanın asanlıqla başa düşəcəyi şəkildədir.

Ancaq bütün bu üstün xüsusiyyətlərinə baxmayaraq bəziləri, Bədiüzzamanın əsərlərinin başa düşülməsi üçün təfsirə ehtiyacı olduğunu bildirərək əlbətdə ki səhv bir qənaətə gəlirlər. Risalələrdə şifrəli və kompleks bir izahat olduğu, tək oxumaqla aydın ola bilməyəcəyi və bu şifrələri də ancaq bu mövzuda məlumata sahib olan müəyyən kəslərin açıqlaya biləcəklərini düşünülər. Bədiüzzamanın açıq izahatının arxasında bir də batını məna gizləndiyi, buna görə də Bədiüzzamanın izah etmək istədiyi həqiqətlərin də ancaq batını təfsir ilə aydın ola biləcəyi bildirilir. Belə bir münasibət bəzən elə bir dərəcəyə gəlib çıxır ki, Bədiüzzamana böyük bir sevgi və hörmət edən kəslər belə, Bədiüzzamanın dediklərinin aydın ola bilməsi üçün "Risalələrdəki sözlərinin kafi olmayacağını" düşünürlər. Bu sözləri, yalnız xüsusi sirlərə vəqf (sahib olan), xüsusi təfsir gücünə malik olan, xüsusi qabiliyyətlərə və hisslərə sahib olan bəzi xüsusi kəslərin "batını təfsir" edərək anlaya biləcəklərini fikirləşirlər.

Risalələr mövzusundakı bu münasibət xüsusilə də Bədiüzzamanın axır zaman və Hz. Mehdi (ə.s)-a aid şərhlərində gündəmə gəlir. Bədiüzzamanın və onun qələmə aldığı Risaləi-Nur Külliyyatının Mehdilik vəzifəsini öz üzərinə götürdüyünü düşünən kəslər, Bədiüzzamanın xüsusilə də bu mövzunu rədd edən şərhlərini qəbul etməkdən boyun qaçırırlar və bu sözləri müxtəlif şəkillərdə şərh etmə üsuluna ə atırlar

Şübhəsiz, bu vəziyyət bəhs etdiyimiz düşüncə ilə hərəkət edən kəslərin bəzi mövzularda bəzi narahatlıqlar keçirtdiklərindən qaynaqlanır. Yoxsa Bədiüzzamanın Risalələrdə yazdığı hər bir sözünün nə qədər hikmətli və aydın olduğu açıq və bəlli olan bir həqiqətdir. Hər sözü həqiqətləri ehtiva edən bu Risalələr, Bədiüzzaman Səid Nursi həyatda ikən nəşr olunmuşdur. Bədiüzzaman əsərlərini şəxsən özü təshih etmiş (yazmış, düzəltmiş) və şəxsən özü üzərində düzəlişlər etmişdir. Bu əsərləri qələmə alan Bədiüzzaman, milyonlarla adamın bu mövzuları əsərlərindən öyrənəcəyini bilərək, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərindəki mənaları ümmətinə nəql edərkən şübhəsiz, həmişəki kimi zərrə qədər də olsun həqiqətlərdən, düzgünlükdən kənara çıxmamışdır. Nəyin doğru, düzgün olduğunu düşünübsə və həqiqi qənaəti nə olmuşdusa onları da yazmışdır. Bu səbəblə əsərləri əsl həqiqətləri əks etdirir. Bədiüzzaman, "bir Risaləi-Nur tələbəsi olaraq mən də bunlara tabeyəm" deyərək, həyatda olduğu müddət ərzində əsərlərində yazdıqlarının düzgünlüyünü dəfələrlə təsdiq etmişdir. Bütün bunlarla yanaşı Bədiüzzaman, əsərlərində sözlərinin bir daha təfsir edilməsinə qarşı olduğunu açıq şəkildə bəyan etmişdir. Əgər Risalələr ikinci dəfə təfsir edilərsə, sözlərini əsl mənasından uzaqlaşdıraraq, mənasını itirməsini və səhv izahatlara səbəb olacağını ifadə etmişdir. Buna görə, bütün bunlara baxmayaraq, yaşadığı əsrin mücəddidi (yeniləşdirən) olan Bədiüzzaman Səid Nursi kimi böyük bir İslam aliminin əsərlərinin aydın ola bilmədiyini, buna görə də yığcam bir şəkildə qələmə almış olduğu, açıq-aşkar sözlərinin yenidən təfsir edilməsinin lazım olduğu istiqamətindəki fikirlər həm səhvdir, həm də Bədiüzzamanın şəxsən özünün istifadə etdiyi ifadələri ilə tamamilə ziddiyyət təşkil edir. Belə bir münasibət, böyük bir mücəddidin əsərlərinin hamısından şübhə edilməsinə gətirib çıxaracaq və təhlükəli bir cəhd olacaq. Unutmaq lazım deyil ki, böyük mücəddid Bədiüzzamana qarşı göstəriləcək həqiqi sevgi və hörmət, onun böyük bir səmimiyyətlə qələmə aldığı əsərlərinə sahib çıxmağı, onun həqiqətdə demək istədiklərini tam anlayıb onu dəstəkləməyi tələb edir.

Bu kitabın məqsədi də bu istiqamətdə "batın təfsirçiliyi" mövzusunu ələ almaq, bu düşüncə ilə edilən təfsirlərin səhvini və Bədiüzzamanın izahlarıyla nə qədər ziddiyyət təşkil etdiyini şəxsən Bədiüzzaman Səid Nursinin sözləriylə bildirməkdir. Belə bir üsulun necə nəticələrə yol aça biləcəyini, Risalələr və Bədiüzzamanın sözlərinə necə zərər verə biləcəyini xatırlatmaqdır.

HİCRİ XIII ƏSRİN BÖYÜK MÜCƏDDİDİ BƏDİÜZZAMAN SƏİD NURSİ



Keçdiyimiz əsrin mücəddidi olan Bədiüzzaman Səid Nursi, həyatını Allahın varlığını və Ucalığını digər insanlara təbliğ etməyə, İslamın dəyərlərini yüksəltməyə həsr edən və bu yolda bir çox çətinliklərlə qarşılaşan, dərin bir imana sahib olan böyük bir mütəfəkkirdir. Həyatında böyük bir fikri mübarizə nümunəsi sərgiləmiş, hikmətli qərarları və davranışlarıyla Müsəlmanlara nümunə və qabaqcıl mübarək bir şəxs olmuşdur. Əsərlərində bəhs etdiyi elm, ixlas, bəlaqat (sözlərlə inandırma, güclü təsir etmək) və bir çox xüsusiyyətləri, onun bəlkə də İslam tarixinin ən böyük vəlilərindən biri olduğunu bildirir.

Bədiüzzaman Səid Nursi, dərin məlumatlarla dolu beş min səhifəlik Risaləsi Nur Külliyyatı ilə milyonlarla insanın hidayətinə vəsilə olan böyük bir mütəfəkkirdir. Hicri XIII əsrin mücəddidi Bədiüzzaman, əsərləriylə Müsəlmanlara işıq saçmış, Quran əxlaqını ən gözəl şəkildə yaşamış və mübarizəsiylə nümunəvi bir şəxsiyyət olmuşdur. Yaşadığı dövr, meydana gələn dünya müharibələri səbəbiylə, bəlkə də tarixin ən çətin, ən əziyyətli illəri olmuşdur. Osmanlı İmperatorluğunun dağılmasından tutmuş, vəfatına - 1960-cı ilə qədər yaşanan çox böyük maddi-mənəvi çətinliklər dövründə sağlam fikri mübarizə aparan Bədiüzzaman, dəyərli fikirləri ilə millətimizə zərərli olacaq idealogiyaların qarşısını almağa çalışmış və iman həqiqətlərinin təbliği ilə Müsəlmanların mənəvi cəhətdən güclənmələrinə vəsilə olmuşdur. (Allah ondan razı olsun.)

Bədiüzzaman Həzrətləri, böyük bir mücəddid olaraq, həmişə inandığı kimi yaşamış və fikirləşdiyi kimi də danışmışdır. Səksən yeddi illik uzun ömrünü ixlas və səmimiyyət lə inandığı Quran əxlaqından bəhs edərək keçirmişdir. Bu xidmət əsnasında həmişə düzgün bildiyi şeyi ifadə etmiş, hətta buna görə iyirmi səkkiz il həbsxanada və sürgünlərdə, çətin şərtlər altında keçirtmişdir. Buna baxmayaraq heç vaxt həqiqətləri ifadə etməkdən çəkinməmiş, hansı şəraitdə olursa olsun heç bir mövzuda, xüsusilə də imanla bağlı mövzularda Quran və Peyğəmbərimiz (s.ə.v)-ın sünnəsindən kənara çıxmadan həqiqətləri çox aydın və dəqiq şəkildə bildirmişdir. Başqaları tərəfindən qəbul edilməyəcək deyə, səhv başa düşüləcək deyə, həqiqətləri gizləmənin və mənasını dəyişərək sözü yarımçıq və ya fərqli şəkildə ifadə etmənin Quran əxlaqına zidd olduğunu ifadə etmişdir. Bədiüzzaman, dediyi hər sözün düzgün olduğunu bildirərək düzgünlüyün necə əhəmiyyətli olduğunu belə vurğulamışdır:

"Yol ikidir (yəni iki yol var): Ya sükut etməkdir (susmaqdır). Çünki deyilən hər sözün doğru olması lazımdır. Və ya sədaqətdir (düzgünlük). Çünki İslamiyyətin əsası, sədaqətdir (düzgünlükdür). İmanın həssası, sədaqətdir (düzgünlükdür). Bütün kəmallılara çatdıracaq (yaxşılıqlara çatdıran) sədaqətdir. Əxlaqi aliyənin (yüksək əxlaqın) həyatı sədaqətdir (düzgünlükdür). Tərəqqilərin mihveri (inkişaf etmənin mərkəzi) sədaqətdir (düzgünlükdür). İslam aləminin nizamı sədaqətdir (düzgünlükdür). Növü bəşəri kəbəi kəmalata isal edən, (insanlığı əxlaq və tərbiyəyə çatdıran, kamilləşdirən) sədaqətdir (düzgünlükdür). Əshabı kiramı (səhabələri) bütün insanlara tefevvuk etdirən (üstün edən) sədaqətdir (düzgünlükdür). Məhəmmədi Haşimi Əleyhissalatu Vəssalamı meratibi beşeriyenin (insanlıq dərəcəsinin) ən yüksək mərtəbəsinə çatdıran sədaqətdir (düzgünlükdür)." (İşarat-ül İcaz, s.82)

Buna görə Bədiüzzaman, özünə yönəldilən hər suala doğru cavab vermiş və əsərlərinə düzgün olaraq yazmışdır. Axır zaman ilə əlaqədar ona verilən suallara qarşı da heç bir zaman susmamış, hər mövzunu ən incə detalına kimi izah etmişdir. Bu səbəblə, bu mövzu ilə əlaqədar izah etdiyi hər sözü, hər izah etdiyi mövzu kimi birə-bir həqiqətləri əks etdirmişdir.

YANILDICI BİR AXIN "RİSALƏİ NURDA BATIN TƏFSİRÇİLİYİ"

BATIN TƏFSİRÇİLİYİ NƏDİR?

Batın təfsirçiliyi Bədiüzzamanın sözlərinin, Risalələrin hər oxucu tərəfindən başa düşülməyəcəyini, bəzi gizli və şifrəli mənalar daşıdığını irəli sürür. Bu düşüncəyə görə, Bədiüzzamanın fikirlərini öyrənmək istəyənlərin, Bədiüzzamanın sözlərini Risalələrdən deyil, batıni təfsirçilərinin şərhlərindən öyrənməkləri lazımdır.

BU DÜŞÜNCƏYƏ ƏSASƏN BƏDİÜZZAMANNIN SÖZLƏRİNİ YALNIZ KİMLƏR ANLAYA BİLƏR VƏ BATINI MÖVZULARI KİMLƏR TƏFSİR EDƏ BİLƏR?

Bədiüzzamanın Risalələrdə yazdığı sözlərin, yalnız bəzi xüsusi sirləri bilən, xüsusi təfsir gücü olan, xüsusi qabiliyyətlərə və hisslərə sahib olan xüsusi kəslərin "batini təfsir" edərək anlaya biləcəkləri fikri irəli sürülür. Buna əsasən Bədiüzzamanın Risalələrdə yazdığı sözləri də yalnız bu müəyyən şəxslərin anlaya biləcəyi bildirilir.

RİSALƏLƏRDƏ BATINI TƏFSİRİN LAZIM OLDUĞUNA İNANILAN BAŞLICA MÖVZULAR NƏLƏRDİR?



Batını təfsirçiliyinə görə, aydın olması üçün təfsirə ehtiyac duyulan əsas mövzular arasında, Bədiüzzamanın axır zaman, Hz. İsa ə.s-ın, Hz. Mehdi ə.s-ın gəlişi və İslam əxlaqını bütün dünyaya hakim etməsi ilə bağlı şərhləridir. Bədiüzzamanın bu mövzu ilə bağlı olan izahları olduqca aydın olduğu halda, buna dair sözlərinin əsl mənasından tamamilə uzaq, fərqli mənada və bunların da ancaq batını mövzuları təfsir edə bilən kəslər tərəfindən izah edilə biləcəyi düşünülür.
1   2   3   4   5   6   7   8   9   10   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə