HZ. mehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ




Yüklə 0.88 Mb.
səhifə11/13
tarix27.04.2016
ölçüsü0.88 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

"Risaləi Nurun mənəvi şəxsi (camaatını) haqlı olaraq Hz. Mehdi olduğunu dərk edirlər (şəxsi bir görüş olaraq qəbul edirlər). O mənəvi şəxsin də bir müməssili (nümayəndəsi), Nur şagirdlərinin (tələbələrinin) təsanüdündən (həmrəyliyindən) gələn bir mənəvi şəxsi və o mənəvi şəxsin bir növ müməssili (nümayəndəsi) olan BİÇARƏ TƏRCÜMƏÇİSİNİ ZƏNN ETDİKLƏRİNDƏN, BƏZƏN O ADI (Hz. Mehdi adını) ONA VERİRLƏR. Hərçənd BU, BİR İLTİBAS (qarışdırma, yalnışlıq) BİR SƏHFDİR, lakin onlar bundan məsul deyildirlər. ÇÜNKİ KEÇMİŞDƏN BƏRİ ÇOX HÜSNÜ ZƏNN CƏRƏYAN EDİR VƏ ETİRAZ EDİLMƏZ. Mən də o qardaşlarımın çox hüsnü zənnlərini bir cür dua, bir arzu və Nur tələbələrinin kamalı etiqadlarının (imanlarının fəzilətinin) bir tereşşuhu (əks olunması) gördüyümdən onlara çox ilişməzdim... (Tilsimlər Məcmuəsi, s.201; Emirdağ Lahikası, s.248)

Bədiüzzaman Risaləi Nurun mənəvi şəxsinin və bu əsərlərin yazıçısı olaraq özünün bəzən Hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bütün bunların bir qarışdırma və səhv olduğunu ifadə etmişdir. Bir başqa sözündə isə bu düşüncəyə sahib olan kəslərin yalnız iman həqiqətlərini izah etmə mövzusunu qiymətləndirdiklərini, ancaq Hz. Mehdinin digər iki vəzifəsi olan "İslam Birliyinin qurulması, bütün İslam dünyasının lideri olması və Hz. İsa ilə birlikdə İslam əxlaqının dünyaya hakim etməsinin ona aid olmayan xüsusiyyətinə diqqət etmələrini" demişdir. Bua görə də Risaləi Nura və Bəddiüzzamana Mehdilik adının yaraşdırmaları yalnız bir "zənn"dən ibarət olduğunu bildirmişdir:

... O GƏLƏCƏK ŞƏXSƏ DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ, RİSALƏİ NURUN MƏNƏVİ ŞƏXSİNƏ HƏTTA BƏZƏN TƏRCÜMƏYƏ DƏ TƏTBİQ ETMƏYƏ ÇILIŞMIŞLAR və Şəriəti əhya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə) və xilafəti tətbiq olan ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR. (Tılsımlar Mecmuası, s.168)

Bədiüzzaman, bu sözüylə Hz. Mehdiyə dair xəbər və işarələrin Risaləi Nur camaatı tərəfindən özünküləşdirlməyə (yəni özləri istədikləri kimi şərh etməyə, məna verməyə) çalışıldığını, ancaq bu bənzətmənin Hz. Mehdi ilə əlaqədar verilən məlumatlara uyğun gəlmədiyini bildirmişdir. Bədiüzzaman bu bənzətməni edənlərin Hz. Mehdinin iki böyük və əhəmiyyətli vəzifəsini göz ardı etdikləri üçün belə səhvə yol verdiklərini bildirir. İslam Birliyinin qurulması və Hz. Mehdinin bütün Müsəlmanların liderliyini boynuna götürməsi, Xristianlarla ittifaq qurması və Hz. İsa ilə birlikdə Quran əxlaqının bütün yer üzünə hakim etməsi indiyə kimi hələ reallaşmamışdır. Bədiüzzaman da daxil olmaqla, Peyğəmbərimiz (s.ə.v)-dan sonrakı dövrlərdə gələn mücəddidlərin heç biri bu böyük vəzifələri yerinə yetirə bilməmişdir. Buna görə Bədiüzzaman da bu həqiqəti dilə gətirərək Risaləi Nurun mənəvi şəxsini Mehdiliklə səciyyələndirənlərin yanıldıqlarını ifadə edir. Necə ki, bir mövzuda bir adama hüsnü zənn edilməsi, bu düşüncənin düzgün olduğunu əks etdirən bir dəlil deyil. Onsuz da Bədiüzzaman Risalələrində bunu dilə gətirmişdir.

Bununla yanaşı Bədiüzzaman Hz. Mehdinin digrlərinindən ayıran qeyri-adi bir xüsusiyyəti olaraq "ÇOX GENİŞ DAİRƏDƏ hökm etməsi" nə diqqət çəkmişdir. Hz. Mehdinin bu xüsusiyyəti olduqca əhəmiyyətlidir. Hz. Mehdi vəzifələrini yalnız müəyyən bir bölgədə yerinə yetirməyəcək, onun təsir sahəsi çox geniş bir dairədə, yəni dünya səviyyəsində olacaq. Bədiüzzaman, "dar dairə" olaraq ifadə etdiyi "kiçik diametrli" tətbiqlərin Müsəlmanları çaşdırmamasını ifadə etmişdir. Hz. Mehdinin ikinci və üçüncü vəzifələrini geniş dairədə reallaşdıracağını xatırladaraq, öz şəxsinə və Risaləi Nurun mənəvi şəxsinə edilən Mehdilik adının verilməsinin səhf olduğunu dəlilləriylə açıqlamışdır.

Bədiüzzamanın bildirdiyi kimi Hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrə aid "ÇOX GENİŞ DAİRƏDƏ BİR HÖKM ETMƏ" yəni "DÜNYA SƏVİYYƏSİNDƏ" qənaətə gəlinən nəticə isə, əvvəldən bildirdiyimiz kimi, bu günə qədər reallaşmamışdır. Bu da Hz. Mehdinin keçmiş dövrdə ortaya çıxmış bir şəxs olmadığını bildirir. Üç vəzifənin dünya səviyyəsində yerinə yetirilməsi, Allahın icazəsiylə Hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən olacaq və onu bütün insanlara tanıdacaq.

Bədiüzzaman sözlərində dəfələrlə, nə əvvəlki əsrlərdə gələn mücəddidlər dövründə, nə də öz yaşadığı dövrdə, Hz. Mehdinin üç vəzifəsinin bir yerdə yerinə yetirilə bilmədiyini və bunu ancaq Hz. Mehdinin reallaşdıra biləcəyini ifadə etmişdir. Bədiüzzamanın bu mövzunu açıqlayan sözlərindən biri belədir:

Hərçənd hər əsrdə hidayət edici, bir cür Hz. Mehdi və mücəddid gəlir və gəlmişdir. Lakin HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN YALNIZ BİRİNİ BİR CƏHƏTDƏN (yöndən) ETMƏSİ ETİBARIYLA (səbəbiylə) AXIR ZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINI (adını) ALMAMIŞLAR. (Emirdağ Lahikası, s. 260)

Batın təfsirçilərinə görə:

Bədiüzzaman sözlərində özünə və Risaləi Nura Mehdiliyi yaraşdıran kəslərin yanıldıqlarını bildirir, bunun səbəblərini də dəlillərlə isbat edir. Ancaq Bədiüzzamanın bu mövzunu izah edən sözlərini, şərhlərini görməməzlikdən gəlirlər və müxtəlif şərh üsullarıyla təfsir etməyə çalışırlar. Bədiüzzamana yönəldilən Mehdilik adı qəbul etməməsinin təvazökarlığından qaynaqlandığı ya da bunun, Bədiüzzamanın Mehdiliyini gizlətmək üçün qəsdli şəkildə etdiyi bir taktika olaraq bidirirlər.

Ancaq bu mövzuda bir çox yalnışlıqlar mövcuddur. Hər şeydən əvvəl Bədiüzzamanın yalnız təvazö üçün inanmadığı bir şeyi Risalələrinə daxil etməsi mümkün deyil. Üstəlik inanmadığı və bütün Müsəlmanların səhv məlumatlandırılmasına səbəb olacaq belə bir mövzunu gizlədə bilmək üçün, yalnız taktika məqsədli olaraq, yüzlərlə səhifə boyu yazı yazması, Hz. Mehdi olmadığını izah edə bilmək üçün onlarla dəlil verməsi mümkün deyil. Bədiüzzaman Səid Nursi Həzrətlərinin dürüstlüyü və doğru sözdən əsla ayrılmaması onun bütün həyatına hakim olan çox əhəmiyyətli bir xüsusiyyətidir. Allah qorxusu son dərəcə şiddətli olan Bədiüzzaman kimi səmimi bir şəxsin, yalan danışaraq bütün cəmiyyəti aldatdığını demək, heç bir şəkildə qəbul edilə biləcək bir yanaşma tərzi deyil. Bədiüzzaman, məhkəmələrdə belə düzünü danışmağı ilə və dürüstlüyü ilə tanınır. İstiqlal Məhkəmələrində belə bu xüsusiyyətindən heç bir zaman vaz keçməmiş, daim həqiqətləri demişdir. Düz danışdığına görə qarşılaşacağı heç bir çətinlikdən qorxmadığını isə məhkəmə müdafiələrində keçən bir sözündə "... Başım gövdəmdən ayrılmadıqca və ya boyuma ip salınıb asılmadıqca bu təklifinizi mənə tətbiq edə bilməzsiniz!" (Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaaları, s.379) deyərək ifadə etmişdir.

7-Bediüzzaman, "Hz. Mehdi irəlidə gələcək" deyir, təfsirçilər isə "gəldi keçdi" deyirlər.

Bədiüzzamana görə:

Bədiüzzaman, Risaləi Nur Külliyyatının müxtəlif hissələrində, "Hz. Mehdinin irəlidə gələcək bir şəxs olduğunu" aydın şəkildə ifadə etmişdir. Bədiüzzamanın bu mövzunu açıqlayan sözlərindən bəziləri belədir:

1) GƏLƏCƏK DÜNYƏVİDƏ (dünyanın gələcəyində, gələcək zamanda) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ KARİB (yaxın) ZƏNN ETMİŞLƏR. (Sözlər, s.318)

Bədiüzzaman bu sözüylə, İslam tarixində əvvəllər də bir çox adamın, Hz. Mehdinin çıxış tarixi ilə əlaqədar müxtəlif nəticələrə gəldiklərini və bu mübarək şəxsin "öz yaşadıqları əsrə yaxın" bir tarixdə ya da öz dövrlərində gələcəyini fikirləşdiklərini ifadə etmişdir. Ancaq Bədiüzzaman "KARİB (YAXIN) ZƏNN ETMİŞLƏR" deyərək aidiyyatı olan kəslərin Hz. Mehdinin əvvəlki tarixlərdə çıxdığını düşünməklə bir zənnə qapıldıqlarını və yanıldıqlarını xatırlatmışdır. Bədiüzzaman, Hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-dan "1400 İL SONRA" gələcəyini xəbər vermişdir.

Diqqət yetirilsə Bədiüzzaman burada "Hz. Mehdi gəldi-keçdi ya da gəlmişdir" demir, "gələcək zaman" ifadə edən bir söz işlədərək "GƏLƏCƏK" deyir. Bununla yanaşı nə 1373, nə 1378, nə 1398 nə də başqa bir tarixi verməmişdir, tam olaraq 1400 il sonradan bəhs etmişdir. Bu tarix Miladi 1980-ci ili bildirir. Hicri XIII əsrin mücəddidi olaraq Hicri XIV əsrə qədər mücəddidlik vəzifəsini yerinə yetirən Bədiüzzaman, Hicri 1379 yəni Miladi təqvimi ilə 1960-cı ildə vəfat etmişdir. Buna görə də Bədiüzzaman Hz. Mehdinin gəlişi üçün öz yaşadığı dövrü deyil gələcdəki bir tarixi bildirmişdir. Bədiüzzaman bu şərhiylə, açıq və qəti bir tarix verərək özünün Hz. Mehdi olmadığını ifadə edir, Hz. Mehdinin öz vəfatından təxminən 20 il sonra gələcəyini müjdələmişdir.

Bədiüzzaman bununla yanaşı, Hz. Mehdinin gəlişindən əvvəl Mehdi olduğu sanılan şəxslərin əksinə, "1400 il sonra gələcək olan Mehdinin bir HƏQİQƏT" olacağını da ifadə etmişdir. Yəni bu müqəddəs şəxsin, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində müjdələdiyi bütün xüsusiyyətlərə sahib olan "HƏQİQİ MEHDİ" olacağını və bu xüsusiyyətləriylə Mehdi sanılan kəslərdən seçilib tanınacağını xatırlatmışdır.

Bundan əlavə, Bədiüzzaman Risalələrində Peyğəmbərimiz (s.ə.v)-ın hədislərinə dayanan "hər yüz ilin əvvəlində bir mücəddid göndəriləcəyini" xatırlatmışdır. Bədiüzzaman "1400 İL SONRA" tarixini verərək eyni zamanda "XIV və XV. əsrlər arasında vəzifə yerinə yetirəcək olan mücəddidin Hz. Mehdi olduğunu" xəbər vermişdir.

2) Həm bu sirrdəndir ki, MEHDİ, SÜFYAN KİMİ AXIR ZAMANDA GƏLƏCƏK EŞHASLARI (adamları, yəni Hz.Mehdi və tələbələrini) hətta çox zaman əvvəl təbiin (Peyğəmbərimiz (s.ə.v)-ı sağ ikən görmüş olan möminlərlə, yəni Səhabələrlə görüşmüş və onlardan dərs almış olan saleh Müsəlmanlar) yaşadıqları dövrdə onları gözləmişlər və onlara yetişmək üçün çalışmışlar (yəni Medi və tələbələrini görmək və onlarla görüşmək arzusunda olmuşlar və yaşadıqları dövrdə belə onları axtarmışlar)." (Sözlər, s.358)

Bədiüzzaman bu ifadəsində, gələcək zamanda ediləcək hərəkəti bildirən "gələcək" sözü ilə Hz. Mehdinin "irəlidəki bir tarixdə bir şəxs olaraq gələcəyini" bir daha vurğulamışdır. Bədiüzzaman bu yolla, yaşadığı dövrdə Hz. Mehdinin hələ gəlmədiyini açıq-aşkar bildirmişdir.

3) Həqiqi gözlənilən və BİR ƏSR SONRA GƏLƏCƏK OLAN O ŞƏXS də bu zamanda gəlsə ... (Kastamonu Lahikası, s.57)

Bədiüzzaman, Hz. Mehdinin hələ gəlmədiyini, Müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir.

Bədiüzzaman, "HƏQİQİ GÖZLƏNİLƏN" sözləriylə Hz. Mehdinin "HƏLƏ GÖZLƏNİLDİYİNİ" yəni onun dövründə gəlmədiyini ifadə edir. Şübhəsiz ki, əgər Bədiüzzaman Hz. Mehdinin öz yaşadığı dövrdə gəlmiş olduğunu düşünsəydı, bu ifadəni işlətməzdi. "Həqiqi gözlənililən" yerinə "gəlmiş olan" və ya "gələn" deyərdi. Ancaq belə bir sözü Risalələrin heç bir yerində istifadə etməmişdir. Tam əksinə Bədiüzzaman, Hz. Mehdinin hələ gəlmədiyini və gəlişinin bütün İslam aləmi tərəfindən gözlənildiyini açıq şəkildə bildirmişdir. Aydın məsəlidir ki, Bədiüzzaman Hz. Mehdinin özündən sonrakı bir dövrdə və mütləq gələcəyinə aid qəti bir qənaətə gəlmiş və bunu israrla dilə gətirmişdir.

Bundan əlavə, Bədiüzzaman burada istifadə etdiyi "HƏQİQİ" sözü ilə də Hz. Mehdinin gəlişinin nə qədər qəti bir həqiqət olduğunu ifadə edir.

Həm də Bədiüzzaman Hz. Mehdinin yalnız irəlidə (yəni özündən sonra) gələcəyini ifadə etmir, eyni zamanda bu mübarək şəxsin nə zaman gələcəyini də müjdələyir. Hz. Mehdinin "ÖZÜNDƏN BİR ƏSR SONRA, YƏNİ HİCRİ 1400-cü İLLƏRDƏ" ortaya çıxacağını xəbər vermişdir.

Şübhəsiz ki, əgər Bədiüzzaman Hz. Mehdinin öz dövründə yaşadığını düşünsəydi, belə uzaq bir tarix verməzdi, əksinə açıq şəkildə ifadə edərdi. Deməli Bədiüzzamanın bu mövzudakı qənaəti heç bir etiraza yer buraxmayacaq qədər qətidir .

4) O İRƏLİDƏ GƏLƏCƏK ACİB (qeyri-adi, heyrət oyandıran, bənzəri görünməyən) ŞƏXSİN bir xidmətçisi, ona yer hazır edəcək bir dümdarı (köməkçi qüvvəti) və o böyük komandirin pişdarı (öndə gedən bir əsgəri, qabaqcıl əsgər, əmin hazırlayanıi) olduğumu zənn edirəm. (Barla Lahikası, s.162)

Bədiüzzaman bu sözündə də bir daha Hz. Mehdinin özündən sonrakı bir tarixdə gələcəyini ifadə etmişdir. Onun, Hz. Mehdidən əvvəlki dövrdə yaşadığını isə, özünü "Hz. Mehdinin qabaqcılı (zəmin hazırlayanı)" olaraq xarakterizə etmişdir.

Bədiüzzaman burada da yenə "gəlmiş" və ya "gəldi" kimi öz dövrünü və əvvəlini nəzərdə tutan ifadələr işlətməmişdir; "irəlidə gələcək" deyərək Hz. Mehdinin öz yaşadığı dövrdən sonra gələcəyini bildirmişdir.

Bədiüzzaman bu sözüylə, etdiyi işlərin, Hz. Mehdiyə zəmin hazırlayacağını ifadə edir, özünü bu mübarək şəxsin "XİDMƏTÇİSİ" olaraq xarakterizə etmişdir. Şübhəsiz ki, bu olduqca açıq və qəti bir şərhdir. Əgər Bədiüzzamanın, özünün Hz. Mehdi olduğuna dair bir qənaəti olsaydı, özünü "Hz. Mehdinin xidmətçisi" kimi xarakterizə etməzdi. Çünki "bir adamın eyni anda həm Hz. Mehdi həm də onun xidmətçisi ola bilməsi" mümkün deyil. Buna görə bu ifadə Bədiüzzamanın çox açıq bir şəkildə Hz. Mehdi olmadığını isbat edir.

Bununla yanaşı "DÜMDAR" sözü "köməkçi qüvvət" mənasını verir. Bədiüzzaman, bu sözüylə özünü, əsl mübarizəni icra edəcək olan şəxsə imkan, zəmin hazırlayan köməkçiyə bənzətmişdir. Bu şəkildə özündən sonra gələcək olan və edəcəyi böyük fikri mübarizə ilə İslam əxlaqının gətirdiyi bütün gözəllikləri yer üzünə hakim edəcək olan Hz. Mehdinin bir köməkçisi olduğunu ifadə edir. Əgər Bədiüzzaman özünün Hz. Mehdi olduğunu düşünsəydi şübhəsiz ki, burada özünü "Hz. Mehdinin köməkçisi" olaraq təyin etməzdi. Çünki Hz. Mehdinin və köməkçisinin bir-birindən iki fərqli adam olduğu çox açıqdır. Əgər Bədiüzzaman "köməkçisiyəm" deyirsə, deməli bu onun, özünün Hz. Mehdi olmadığını bildirir.

Bədiüzzamanın burada istifadə etdiyi "PİŞDAR BİR NƏFƏR" ifadəsi, "ÖNDƏN GEDƏN ƏSGƏR" mənasını verir. Bədiüzzaman bu sözüylə özünü öndən gedən qabaqcıl qüvvələrə bənzədərkən, Hz. Mehdinin özündən sonra gələcəyini bir daha vurğulamışdır. Əgər Bədiüzzaman özünün Hz. Mehdi olduğunu ifadə etmək istəsəydi, şübhəsiz ki, belə bir ifadə istifadə etməzdi. Çünki bu ifadə əks şəkildə önə sürüləcək olan bütün iddiaları etibarsız hala gətirir və mövzunu qəti şəkildə açıqlayır. Bədiüzzaman "özünü ÖNDƏN GEDƏN" bir adam olaraq xarakterizə etməklə, "Hz. Mehdinin ondan SONRA GƏLƏN" bir şəxs olduğunu bildirmişdir.

Bədiüzzaman burada "öndən gedən bir adam" yəni əsgər sözünü istifadə edərək, özünün Hz. Mehdi deyil, onun bir köməkçisi və ona xidmət edən bir vəzifəli olduğunu bir daha sübut edir. Bədiüzzamanın özünü bir "XİDMƏTÇİSİ, QABAQCILI" olaraq səciyyələndirdiyi və bu qədər təriflə, hörmətlə bəhs etdiyi Hz. Mehdi, bütün İslam aləmi tərəfindən əsrlərdir gözlənilir. Bədiüzzaman da bu şərhləriylə, Hz. Mehdinin axır zamanda, Allahın icazəsiylə, şəksiz-şübhəsiz ortaya çıxacağını möminləri müjdələyir.

5) ... Bu həqiqətdən aydın olur ki, SONRA GƏLƏCƏK OLAN O MÜBARƏK ŞƏXS RİSALƏİ NURU BİR PROQRAMI OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK (yazma və paylama yoluyla yayacaq və tətbiq edəcək). (Sikke-i Tasdik-i Gaybi, s.9)

Bədiüzzaman bu sözləriylə, əvvəlki mücəddidlərin və Bədiüzzamanın yaşadığı dövrlərdə Hz. Mehdinin gəlmədiyini demiş, bu mübarək şəxsin bunların hamısından "SONRA" gələcəyini ifadə etmişdir. Həm də Bədiüzzaman bu vəziyyəti, yalnız gələcək zamanı ifadə edən bir hərəkət olaraq deyil, bunu bir də "SONRA" sözüylə dəstəkləyərək çox qəti bir üslubla açıqlamışdır.

Bədiüzzaman bu ifadəsində də Risaləi Nur Külliyyatının, Hz. Mehdinin, təbliğində istifadə edəcəyi bir ön hazırlıq olduğunu bildirmişdir. Bədiüzzaman, Hz. Mehdinin ortaya çıxdığı zaman Risalələri hazır yazılmış olaraq tapacağını və imanı qurtarma vəzifəsində Risalələrdən faydalanacağını ifadə etmişdir. Bədiüzzaman bu sözləriylə özünün Hz. Mehdi olmadığını, Hz. Mehdinin "ÖZÜNDƏN SONRAKI DÖVRDƏ GƏLƏCƏYİNİ" bir daha bildirmişdir.

6) AXIR ZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ (dünya səviyyəsində) ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ (tələbələri), CƏNABI HAQQIN İCAZƏSİYLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏDƏR və O TOXUMLAR SÜMBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKR EDƏRİK. (Kastamonu Lahikası, s.99)

Bədiüzzaman burada, bir daha Hz. Mehdinin özündən sonrakı bir dövrdə və irəlidəki bir tarixdə gələcəyini ifadə etmişdir. Bədiüzzaman, Hz. Mehdi və tələbələrini, Risaləi Nurun əsl sahibləri olaraq xarakterizə etmiş, Risaləi Nurun dar dairədə yəni məhdud bir seqment içərisində başlatdığı xidməti, daha irəlidəki bir tarixdə gələcək olan bu mübarək şəxsin tamamlayacağını və bunu dünya səviyyəsində bir xidmətə çevirəcəyini müjdələmişdir.

Bədiüzzaman burada istifadə etdiyi "TA AXIR ZAMANDA" sözləriylə Hz. Mehdinin gələcəyi zamanı ifadə edir. Bədiüzzaman bu ifadəsiylə əvvəlcə Hz. Mehdinin özündən "SONRAKI BİR TARİXDƏ" gələcəyini dilə gətirir. Bədiüzzamanın burada istifadə etdiyi "TA" sözü isə bu mövzuya açıqlıq gətirən əhəmiyyətli bir ifadədir. "TA" sözü uzaqlıq ifadə edən bir sözdür. Bədiüzzaman bu sözü işlətməklə, "axır zamanın, öz yaşadığı dövrdən çox uzaq bir zaman olduğunu" bildirmişdir.

Bədiüzzaman, Hz. Mehdidən əvvəl gəlmiş, insanların Allahın dinindən uzaqlaşdığı bir mühitdə Quran əxlaqı və iman həqiqətləri üzərində dayanaraq çox böyük bir imani hərəkətlərə başlamışdır. "O TOXUMLAR SÜNBÜLLƏNƏR" deyərək bu böyük fikri mübarizəsini toxum əkməyə bənzətmişdir. Sonradan Hz. Mehdi zamanında bu iman toxumlarının sünbüllənəcəyini, yəni Hz. Mehdinin Bədiüzzamanın başlatdığı bu imani işləri genişlədəcəyini və nəticəyə çatdıracağını ifadə etmişdir. Bədiüzzaman bu nümunəsi ilə özünün Hz. Mehdidən əvvəlki bir dövrdə yaşadığını, Hz. Mehdinin gəlişini isə özündən sonrakı bir dövrə aid olacağını bildirir.

Bədiüzzaman, "BİZLƏR DƏ QƏBRİMİZDƏN SEYR EDİB" deyərək əkdiyi iman toxumlarının sünbüllənəcəyi yəni Hz. Mehdinin Quran əxlaqını bütün dünyaya hakim edəcəyi dövrdə, özünün isə artıq vəfat etmiş olacağını bildirmişdir. Bədiüzzaman bu sözüylə bir daha özünün Hz. Mehdi olmadığını, onun gəlib vəzifəsinə başladığı dövrdə artıq özünün həyatda olmayacağını xatırlatmışdır.

Batın təfsirçilərinə görə:

Bədiüzzaman, Hz. Mehdinin özündən sonrakı bir tarixdə gələcəyini dəfələrlə və çox aydın ifadələrlə açıqlamışdır. Ancaq Bədiüzzamanın sözlərinin başa düşülməsi üçün Risalələrdəki sözlərin kafi olmadığını düşünənlər, bu mövzunu Risalələrdə izah edildiyi şəkildə qəbul etmirlər. Hz. Mehdinin çoxdan gəlib gəldiyini və artıq vəzifələrini yerinə yetirdiyini bildirirlər. Halbuki bu düşüncə həm Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində verdiyi xəbərlərlə həm də Bədiüzzamanın Risalələrdə izah etdikləriylə tamamilə ziddiyyət təşkil edir. Bir insanın Hz. Mehdinin keçmiş dövrlərdə çıxmış olduğundan bəhs etdiyi kimi, bu şəxsin Müsəlmanların xəlifəsi yəni mənəvi lideri xüsusiyyətiylə bütün dünya Müsəlmanları arasında İslam Birliyini qurduğundan, bu birlik vəsiləsiylə Xristian dünyasıyla dinsizliyə qarşı ittifaq qurmasından və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətlərini canlandırıb, dini bütün batil inanc və tətbiqlərdən təmizləyib, Hz. İsa ilə birlikdə İslam əxlaqını bütün yer üzünə hakim etdiyindən də bəhs etməsi lazımdır. Ancaq bu hadisələrin heç biri hələ reallaşmadığına görə, bu iddia ilə ortaya çıxan kəslərin yanıldıqları çox açıq bir şəkildə görünür.

8-Bədiüzzaman, "Mehdinin siyasət aləmində də bir vəzifəsi

olduğunu" deyir, təfsirçilər isə "Mehdi siyasət

aləmində olmayacaq" deyirlər.



Bədiüzzamana görə:

Bədiüzzaman hədislərdə verilən bu məlumatlara əsaslanaraq, axır zamanda gələcək olan Hz. Mehdinin üç müxtəlif sahədə birdən Mehdilik edəcəyini yəni, həm "SİYASƏT MEHDİSİ" həm "SƏLTƏNƏT MEHDİSİ" həm də "DƏYANƏT MEHDİSİ" olacağını ifadə etmişdir. Bədiüzzamanın Hz. Mehdinin bu əhəmiyyətli xüsusiyyətini açıqladığı sözlərindən biri belədir:

Böyük Mehdinin çox vəzifələri var. SİYASƏT ALƏMİNDƏ, DƏYANƏT ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, MÜBARİZƏ ALƏMİNDƏ bir çox sahədə işləri olduğu kimi..." (Şualar, s.590)

Bədiüzzaman bu sözləriylə, Hz. Mehdinin siyasət aləmində əhəmiyyətli vəzifələr boynuna götürəcəyini ifadə etmişdir. Hz. Mehdinin, "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi" yəni "Müsəlmanların mənəvi lideri" xüsusiyyətini daşıyaraq bütün dünya Müsəlmanları arasında İslam Birliyini quracağını, Xristian aləmi ilə ittifaq bağlayacağını və Hz. İsa ilə birlikdə, İslam əxlaqını bütün dünyada hakim edəcəyini bildirmişdir. Bədiüzzamanın detallı olaraq Hz. Mehdinin boynuna götürəcəyi bütün bu vəzifələri Hz. Mehdinin "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi yəni bütün dünya Müsəlmanlarının mənəvi lideri" xüsusiyyətinə sahib olacağını və "idarəçi" mövqeyində olacağını bildirmişdir.

Hz. Mehdi, müsəlmanları maraqlandıran hər bir məsələni həll edəcək və onların mənəvi lideri olacaq. Hz. Mehdinin boynuna götürəcəyi bu vəzifənin necə adlandırıldığı əhəmiyyətli deyil. Hz. Mehdinin maraqlandıran siyasət, 'Quran əxlaqının daxilindəki siyasət' olacaq. Mühüm olan şey Hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifənin "Quranın bir hökmü" olmasıdır. Quran əxlaqına uyğun siyasətin mənası gözəl əxlaqlı, şəfqətli, mərhəmətli olmaq, ədalətli davranmaq, möminlər arasında birlik və qardaşlığı, barışı və ictimai ədaləti bərqərar etmək, ədalətsizliyi aradan qaldırmaq, zənginliyi və rifahı təmin etməkdir. Quranda Hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə "İslam əxlaqının hakimiyyəti" olaraq müjdələnmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla, təhlükəsizliklə əvəz edəcək... (Nur Surəsi, 55)



Hz. Mehdi də Quranın bu hökmünə uyğun olaraq, bütün Müsəlmanların hüzurunu, birlik və əmin-amanlığını təmin edəcək, İslam əxlaqının gözəlliyini bütün dünyada yayacaq. Bədiüzzamanın da siyasət və səltənət nəzərdə tutduğu əsas ana mövzu budur: "Hz. Mehdinin bütün dünya Müsəlmanlarının liderliyini boynuna götürməsi və Quranda ifadə edilən bu hökmə tabe olaraq İslam dünyasının mənfəətləri istiqamətində fəaliyyətlər göstərmək"dir. Bütün bunlar Quran əxlaqının və Quran ayələrinin zəruri olaraq tələb etdiyi şeylərdir.

Bədiüzzamanın "o şəxsin ikinci vəzifəsi, şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) icra və tətbiq etməkdir" (Sikke-i Tasdik-i Gaybi, s.9) sözləri ilə, Hz. Mehdi də, Quran əxlaqının fərzlərini tətbiq etdiyində, İslam Birliyinin meydana gəlməməsi, Hz. Mehdinin idarəçi xüsusiyyətini daşımaması, səlahiyyət sahibi olmaması ya da lider mövqeyində olmaması mümkün deyil. Çünki bütün bunlar Allahın bütün Müsəlmanların yerinə yetirməli olduqları hökmlərdir. Necə ki, Bədiüzzaman da Hz. Mehdinin bu xüsusiyyətlərə sahib olacağını "Xilafəti Məhəmmədiyə (A. S. M.) (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi) ünvanı ilə şeairi İslamiyəti (İslam əxlaqının əsaslarını) canlandırmaqdır." (Emirdağ Lahikası, s.259) sözləriylə ifadə etmişdir.
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə