Fizika riyaziyyat və informatika təmayüllü liseydə informatika üzrə keçirilmiş olimpiadanın sualları




Yüklə 61.31 Kb.
tarix28.02.2016
ölçüsü61.31 Kb.

powerpluswatermarkobject3


Fizika riyaziyyat və informatika təmayüllü

liseydə informatika üzrə keçirilmiş

olimpiadanın sualları
1988

  1. Verilmiş həqiqi ədədin kəsr hissəsinin ilk rəqəmini ta­pan alqoritm və proqram yazin . məs. 456,234 ədə­din-də bu ədəd 2-dir.

  2. Verilmiş iki ədədin ƏBOB və ƏKOB –nu tapan proq­ram yazın

  3. Altırəqəmli ədədin xoşbəxt ədəd olduğunu yoxlayan proqram yazın. Xoşbət ədədlər ilk üç rəqəminin cəmi sonrakı üç rəqəmin cəminə bərabər olan ədədlər qəbul edilir. Məs: 345066 3+4+5=0+6+6

  4. Birölçülü massivin elementlərini artan sıra ilə düzün



1989

  1. A(n, m) massivinin hər sətrində müsbət elementlərin cəmini tapan proqram yazın

  2. Rəqəmlərinin kvadratları cəmi verilmiş natural ədədə bərabər olan bütün üçrəqəmlı ədədləri çap edən proqram yazın

  3. Günü, ayı və ili göstərən üç natural ədəd verilmişdir.

    1. bu günün ilin başlanğıcından nömrəsini tapın.

    2. Ilin sonuna neçə tam gün qaldığını tapın.

Göstəriş: ilin nömrəsi 100-ə bölünüb lakin 400-ə bölün­mə­­yən il­lə­ri çıxmaq şərti ilə 4-ə bölünən il uzun il hesab edilir.

  1. Verilmiş mətndə sözün neçə dəfə rast gəldiyini tapan proqram yazın

1990

  1. x(n) massivi verilmişdir. Bu massivin elementlərini elə düzün ki, əvvəlcə müsbət elementlər, sonra sıfrlar da­a sonrisə məvfi elementlər çap edilsin.

2. n, p natural ədədləri və a1, a2, a3 ... an tam ədədlər ar­dı­-
cıl­lığı verilmişdir. Ardıcıllığın p-yə tam bölünən ele­-
ment­­­lə­­­rinn hasilini tapan proqram yazın.


  1. Azərbaycan dilində yazılmış mətni elə kodlaşdırın ki, hər bir hərf əlifba sırası ılə özündən sonrakı hərflə əvəz edilsin. Axırıncı simvol x-lə əvəz edilir.

Məsələn: “a”- nı “b” – ilə “b”- ni “v” ilə və s. əvəz edin. Verilən mətni bu qayda ilə kodlaşdıran alqoritm tərtib edin.

  1. Natural n ədədi verilmişdir. Bu ədədin sadə bölənlə­rinin sayını tapan proqram yazın


1991

  1. a[n, m] massivinin hər sətrində ən kiçik elementlərin cəmini tapan program yazın.

  2. n natural ədədi və r, a1, a2, ... , an həqiqi ədədləri ve­ri­lir. (n>=2). Radiusu r, mərkəzi koordinat başlan­ğı­cın­da olan çevrəyə aid olan (a1, an), (a2, an-1), ..., (an, a1) nöqtələrin sayını tapın.

  3. ((((1?2)? 3)?4)?5)?6 verilmiş yazılışda ? işarələrinin ye­ri­nə elə +, -, *, / əməl işarələri yazın ki, nəticədə 35 alınsın (böl­mə­də kəsr hissə atılır) yalnız bir həllin tapılması kifayətdir).

  4. A[1..2.1..15] massivi verilir. Məlumdur ki, bu massivin elementləri içərisində yalnız və yalnız ikisi bərabərdir. Bu elementlərin indekslərini çap edin.

1992

  1. Üçrəqəmli ədədlər içərisində rəqəmləri cəmi verilmiş N natural ədədinə bərabər olanları çap edən proqram yazın.

  2. a(n) massivinin elementlərini daxil edin. B(n) mas­si­vinin elementlərini elə qiymətləndirin ki, cüt yerdə duran elementlər A-nın uyğun elementlərindən 3 dəfə çox, tək nömrələr isə 5 vahid az olsun.

  3. Verilmiş mətndəki simvolların sayının tapılması proq­ra­mını yazın.

  4. İkiölçülü massivdə sıfrları özündə saxlayan sətirlərin sayını sətirlərin sayını tapan proqram yazın.


1993

  1. N natural ədədi verilir. Elə natural q ədədi tapın ki, n ədədi q2 -na tam bölünsün q3-na isə bölünməsin.

  2. Natural ədədi o vaxt polindrom ədəd adlandırmaq olar ki, onun yazılışında əvvəldən axıra və axırdan əvvələ eyni ədəd olsun. (məs. 4884, 393, 1)

    1. 100 ədədindən kiçik olan elə natural ədədləri tapın ki, həmin ədədi kvadrata yüksəltdikdə polin­drom ədədlər alınsın.

    2. elə 100 polindrom ədəd tapın ki, onları kvad­ra­ta yüksəltdikdə yenidən polindrom ədəd alınsın.

  1. a, b, c natural ədədləri günü, ayı və ili göstərir.

    1. bu günün ilin əvvəlindən olan nömrəsini tapın

    2. ilin sonuna neçə tam gün qalmışdığını tapın.

Qeyd: ilin nömrəsi 4-ə tam bölünənərsə (yalnız 100-ə bö­lü­­nüb lakin 400-ə bölünməyən ilin nömrəsindən baş­qa) uzun il hesab edilir.

4. n ölçülü kvadrat matrisi və a1, a2, ... a10 tam ədədləri ve­rilir. Matrisdə indeksləri cəmi a1, a2, ... a10 ədəd­lə­rindən birinə bə­rabər olanları sıfrlarla əvəz edən proq­ram yazın.
1994

  1. n natural ədədi verilir. N-i aşmayan Pifaqor ədədlərini çap edin. (a2+b2=c2 a<=b<=c<=n)

  2. n natural ədədi verilir. (n<=1000) . Verilmiş bu ədədi sözlərlə yazın.

  3. Nəsrəddin Tusi (Paskal ) üçbucağını tərtib edən proq­ram yazın.

  4. x həqiqi ədədi verilir. Ölçüləri 10 olan aşağıdakı for­ma­da matrisi düzəldin:



1995

  1. n natural ədədi və s1, s2, . . . sn simvolları verilmişdir. şərti üçün bütün natural ədədləri tapın.

  2. Kitabxanada hər bir ayın sonuncu həftəsinin dördün­cü günü sanitar gün hesab edilir. İlin nömrəsini göstə­rən n natural ədədi verilir.

Verilmiş ilin nömrəsinə görə yanvar, fevral, ... , dekabr aylarında sanitar günləri ardıcıl olaraq tapan alqoritm tapın.

  1. Ölçüsü 7x7 olan elə kvadratik massiv düzəldin ki, onun elementləri 1, 2, 3, ... , 49 spiralvari düzülmüş olsun



  1. Mətn verilir. Mətndə ən çox iştirak edən “a” və “b “simvolları olan sözləri çap edin.

1996

  1. N natural ədədi verilir. Verilmiş n ədədindən kiçik olan Mersen ədədini çap edən edin. Mersen ədədləri sadə ədəd olarsa onda ədədi həmişə sadə ədəddir.

  2. x həqiqi ədədi verilir.



  1. 1, 2, ... , 6 ardıcıllığında bütun yerdəyişmələri yerinə yetirin.

  2. İlk n sətrini düzəldən Tusi-Paskal üçbucağını quran proqram yazın

1

1 1

1 2 1

1 3 3 1

1 4 6 4 1

. . . . . . . . . . . . . . . . . . . . . . .
1997

  1. Elementləri tam olan düzbucaqlı a[n,m] cədvəli ve­ril­mişdir. Bu cədvəlin hər sətrində ən böyük elementini tapan və onları cəmləyən alqoritm və program tərtib edin.

  2. Azərbaycan hərfləri və durğu işarələrindən ibarət mətn elə kodlaşdırılmışdır ki, yeni alınmış mətnlə hər bir hərf özündən sonrakı hərflə əvəz edilsin. Əlifbada axırıncı hərf ‘ *’ işarəsi ilə əvəz edilir.

  3. n natural ədədi verilir. 2, 3, 5 sadə ədədlərdən başqa sadə ədədlərə

bölünməyən ilk natural ədədləri artan ardıcıllıqla düzün.

  1. a[n, m ] massivində ixtiyari k, l nömrəli sətirlərin yerinin dəyişdirilməsi proqramını yazın


1998

  1. Gecə yolda qəza törətmiş sürücü qəza yerindən qaçaraq gizlənib. Yol müfəttişliyinə izahat verən ilk şahid deyir ki, bu “jiquli” markalı maşın idi

və nöməsinin ilk rəqəmi 1-dir. İkinci şahidin məlumatına görə maşın

maskviç” markalı maşındır və nömrəsi 7 rəqəmi ilə başlayır. Üçünçü şahidin dediyinə görə maşın “mersedes” markalı olub ilk nömrəsi 1 ilə



başlamır. Sonrakı araşdırmalar onu göstərdi ki, şahidlər ya maşının markasını, yada onun nömrəsinin birinci rəqəmini düzgün demişlər.

Yol müfəttişinə maşının markasını və nömrənin ilk rəqəminin tapmaqda

köməklik göstərən alqoritmi tapın

  1. M natural ədədi verilir. Bu ədədi iki natural ədədin kvadratlarıcəmi şəklində göstərin. Bu alqoritmi icra edən proqram yazın.

  2. Verilmiş sözün tərsinə oxunuşunda əvvəlki sözün alındığını göstərən proqram yazın.

  3. Verilmiş kvadrat massivin “sehirli” kvadrat olduğunu yoxlayan proqram yazın. (Sehirli kvadrat elə kvadrata deyilir ki, sətrlər, sütunlar və diaqonallar üzrə element lərin cəmi eyni olsun.


1999

  1. İkiölçülü massivdə hər sətrində sıfrları özündə saxla- yan sətrlərin sayını tapan proqram yazın.

  2. Verilmiş mətnin neçə sözdən ibarət olduğunu tapan proqram yazın.

  3. 2, 3, 5 -dən başqa sadə bölənləri olmayan birinci 1000 dədi çap edən proqramı yazın .

  4. 8 vəziri şahmat taxtasında elə üsularla yerləşdirmık olar ki, onlar bir-birini vurmasınlar. Belə üsullardan birini tapan alqoritm tapın.


2000



  1. Sadə ədədlər (10 bal)

N ədədini aşmayan bütün sadə ədədləri çap edən proqram yazın.

Giriş verilnlər: 1

Çıxış verilınlər: N-i aşmayan sadə ədədlər

Nümunə:

Giriş

Çıxış

5

2, 3

20

2, 3, 5,7,11, 13, 17, 19



2. Yerdəyişmə (10 bal)

Verilmiş birölçülü massivin elementlərini elə düzün ki, əvvəlcə müsbət elementlər, sonra sıfrlar, daha sonra isə mənfi elementlər çap edilsin

Giriş verilnlər: 1=

Çıxış verilınlər: m-i aşmayan sadə ədədlər

Nümunə:

Giriş

Çıxış

7




-1, 2, 0, 4, -3, -2, 0

2, 4, 0, 0, -1, -3, -2



3. max element (10 bal)

a[n] massivinin ən böyük elementini və onun nömrəsini tapan proqram yazın

Giriş verilənlər: 1

Çıxış verilənlər: max, k , max elementin nömrəsi


Giriş verilənlər

Çıxış verilənlər

N=4

A=(3, -1, 10, 1)

Amax=10

K=3

4. Hasilin tapılması (10 bal)

Verilmiş dördrəqəmli həqiqi ədədin rəqəmlərinin hasilini tapan proqram yazın

Giriş verilənlər: ixtiyari tam ədəd n

Çıxış verilənlər: hasil p




Verilmiş ədəd

ədəd

Alınmış ədəd

1

Müsbət ədəd

3245

P= 120

2

Mənfi ədəd

-1652

P=60


2001

1. Sol dioqonal (8 bal)

a(n,m) massivinin sol dioqonal elementlərindən yuxarıda yerləşən elementlərin cəmini tapan proqram yazın

Giriş verilənlər: sətirlərin sayı –n sütunların sayı- m

Çıxış verilənlər: sol dioqonaldan yuxarı elementlərin cəmi.

2 4 3 1 0 -3 5

5 3 2 4 4 4 4

2 2 2 3 -2 3 1

4 4 3 7




Giriş verilənlər

Çıxış verilənlər

1

3,3

P= 9

2

4,4

P=11


2. Dördbucaqlılar (10 bal)

1. Dördbucaqlının iki qarşı tərəfləri paralel digər iki qarşı tərəfi isə bərabər olarsa bu dördbucaqlının növünü təyin edin.

a və b tərəflərinə və onlar arasında qalan x bucağına görə(dərəcə ilə) təyin edin ki, dördbucaqlı aşağıdakılardan hası növə aiddir : kvadrat,romb,bərabəryanlı trapesiya, düzbucaqlı.

Giriş verilənlər : a,b düzbucaqlının tərəfləri, x –onlar arasında qalan bucaq.

Çıxış verilənlər : kvadrat, romb, bərabəryanlı trapesiya, düzbucaqlı






Giriş verilənlər

Çıxış verilənlər

1

4, 3, 30

Düzbucaqlı

2

6, 7, 60

Trapesiya



3. Aylar(5 bal)

Ayların nömrəsinə görə onun adını çap edən program yazın.

Giriş verilənlər : bir sətirdə ayın sıra nömrəsi x verilir. (1<=x<=12)

Çıxış verilənlər : Bir sətirdə axtarılan ayın adı yazılır.





Giriş verilənlər

Çıxış verilənlər

1

12

Dekabr

2

8

Avqust


4. Say sistemində çevirmə(9 bal)

2-lik, 8-lik və ya 16-lıq say sistemlərinin birində verilmiş ədədi 10-luq say sistemində təsvir etməli.

Giriş verilənlər : bir sətirdə çevrilməli olan x ədədi verilir.

Çıxşı verilənlər : x ədədinin 10-luq say sistemində təsviri verilir.





Giriş verilənlər

Çıxış verilənlər

1

23(8)

19

2

14C(16)

236

3

1101(2)

13






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə