Cender Zorakiliği Əlyehinə 16 Günlük Aktivizm Kampaniyasi




Yüklə 9.26 Kb.
tarix24.04.2016
ölçüsü9.26 Kb.
Cender Zorakiliği Əlyehinə 16 Günlük Aktivizm Kampaniyasi

(25 Noyabr – 10 Dekabr 2005-ci il)

09 dekabr 2005-ci il tarixdə Biləsuvar rayonu Əmənkənd icmasında İmişli rayonunda yerləşən «Azad Qadın» qeyri hökumət təşkilatı Amerika Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “ÖZ HÜQUQLARINI BIL VƏ BAŞQALARINA ÖRƏT” layihəsi çərçivəsində Cender Zorakiliği Əlyehinə 16 Günlük Aktivizm Kampaniyasina həsr edilmiş kampaniya keçirdi.


Cender Zorakiliği Əlyehinə 16 Günlük Aktivizm Kampaniyasi mənşəyinə görə 1991-ci ildə ilk Ümumdüya Qadıın Liderliyi İnstitutunun yaratdığı beyəlxalq kampaniyadır. Dünyada mövcud olan digər təşkilatlar və qruplar kimi “Azad Qadın” qeyri-hökumət təşkilatı da bu kampaniyadan qadınlara qarşı zorakılığın formalarının məhvinə çağırmaq istiqamətində təşkilati strategiya kimi istifadə edirdi. Kampaniya "Bir daha zorakılıq olmasın" şüarı altında keçilirdi.
Kampaniyanın məqsədi iştirakçılara qadınlara qarşı zorakılıq, qadınların sağlamlığı, insan hüquqları anlayışlarını simvolik olaraq əlaqələndirmək, zorakılığın insan hüquqlarının pozulması olduğunu vurğulamaq, qadınlara qarşı zorakılıq əleyhinə təşkilatlanan bütün dünya qadınlarının həmrəyliyinin nümayiş etdirməк idi.
«Azad Qadın»ın keçirdiyi Kampaniyada iştirakçılara 10 dekabr - İnsan Hüquqları Günü və İnsan Hüquqları haqqında Beynəlxalq Deklarasiya (İHBD) haqqında geniş məlumat verildi; İHBD-nin əsasları, məğzi və prinsipləri, habelə qadın hüquqlarına hörmətlə yanaşmanın vacibliyi haqqında iştirakçılarla müzakirərlər aparıldı. Bundan əlavə, ümumilikdə iştirakçılara cender əsaslı zorakılıq, qadınların hüquqlarının qorunması haqqında məlumatlar verildı. Qаdınlara qarşı zorakılıq ətrafında çoxşaxəli işin gücləndirilməsi məqsədilə kampaniya keçirilən zaman icmada "ZORAKILIQDAN AZAD MƏKAN" yaradıldı. Bu məkan əyani vəsaitlrlə, kitablarla, bukletlərlə, plakatlarla təhciz edildi və «Azad Qadın»ın dəvət etdiyi hüquqşünas müraciət edən qadınların problemlərinin həlli yollarının tapılmasına yardım etdı, hüquqi məsləhətlər verdi. Belə növ fəaliyyətlərdən əlavə "ZORAKILIQDAN AZAD MƏKAN"da nəzərdə tutulub:

  • Qadınların sağlamlığı üzrə mütəxəssis cəlb edib qadınların onunla məsləhətləşmə aparması;

  • Döyülməyə məruz qalmış qadınlar üçün sığınacaq təşkil etmək;

  • Qadınlara qarşı zorakılıq üzrə məsləhətlərin, məlumatların yayımı və zərərçəkənlər üçün nəzərdə tutulmuş xidmət növləri haqqında məlumat vermək;

  • «Azad Qadın»ın yaratdığı “Qadın Yardım Mərkəzinin” əməkdaşlarını qadınlara qarşı zorakılıq məsələsi ilə əlaqədar məlumatı artırmaq üçün təlimlər təşkil etmək.

Kampaniyada Biləsuvar rayonunda yerləşən müxtəlif icmalaın üzvləri, rayon icra nümayəndələri, məktəb direktoru, Klaster İcra Komitələrinin sədrləri, «Azad Qadın»ın dəvət etdiyi “Sulh Korpusunun” nümayəndəsi, qaçqın rayonlar üzrə Qadınlar Şurasının sədri, media nümayəndəsi, İmişli rayonunda yerləşən beynəlxalq və yerli QHT-lərin nümayəndələri iştirak edirdilər.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə