Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası




Yüklə 41.03 Kb.
tarix11.03.2016
ölçüsü41.03 Kb.
Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

Fakültə...........................................Siyasi İdarəetmə

İxtisas.............................................Politologiya

Kafedra...........................................Dövlət idarəçiliyinin hüquqi təminatı

Fənn................................................İnsan hüquqları

Tələbə..............................................Qönçə Məmmədova

Müəllim...........................................Asif Qədirov

Mövzu:
İnsan hüquqlari anlayışı”


~Bakı-2010~



Plan:
1.İnsan hüquqları ilə bağlı nəzəriyyələr

2. İnsan,vətəndaş hüquq və azadlıqlarının təminatı

3.Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsi

Giriş
İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir.İnsan hüquqlarının anlayışı və təbiəti haqqında danışmazdan əvvəl bu ideyanın tarixi inkişafını nəzərdən keçirmək lazımdır.İnsan hüquqları ideyasının tarixi kökü təxminən e.ə.VI-V-ci əsrlərə gedib çıxır.Belə ki, hələ o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlamışdır.Doğrudur,bu fikirlər o zaman insan hüquqları adlanmasa da, onlar öz mahiyyəti etibarilə indiki insan hüquqlarının ilk rüşeymləri idi.Buna misal olaraq, ilk demokratlardan olmuş Afinalı Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatları və ya Qədim Romada plebeylerlə patrisilər arasında gedən mübarizəni göstərə bilərik.Lakin o dövrdə insan hüquqları dedikdə yalnız quldurlara məxsus hüquqlar göstərilirdi və qulların heç bir hüququ yox idi.

Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başladılar.Elə bunun məntiqi nəticəsi olaraq,1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan “Böyük Azadlıqlar Xartiyası (Maqna Carta)” qəbul olundu ki,bu sənəd indi də öz əhəmiyyətini qoruyur.Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, dünya tarixində ilk dəfə olaraq, kral öz hakimiyyətini feodalların xeyrinə məhdudlaşdırırdı.Bundan sonra İngiltərədə insan hüquqları uğrunda mübarizə daha da gücləndi və 1689-cu ildə Hüquqlar haqqında Bill qəbul olundu ki, bu da insan hüquları sahəsində bəşəriyyətin daha bir nailiyyəti idi.

Bütün bunlara baxmayaraq,insan hüquları ilk dəfə 18-ci əsrdə öz elmi izahını tapdı.Bu dövrün böyük mütəfəkkirləri Monteskyö,Russo,Hobbs,Lokk və digərləri insanların ayrılmaz, təbii hüquqlarının olduğunu göstərir və deyirdilər ki,bu hüquqları onlardan heç kəs, hətta dövlət belə ala bilməz.18-ci əsrin bu liberal fikirləri öz əksini 2 əsas sənəddə:1776-cı ildə ABŞ-da qəbul olunmuş İstiqlaliyyət Bəyannaməsində və 1789-cu ildə Fransada qəbul olunmuş insan və vətəndaşların hüquqları haqqında bəyannamədə tapmışdır.

Dövlətin başlıca vəzifəsi insan hüquqlarını müdafiə etməkdir-İstiqlaliyyət Bəyannaməsinin əsas xüsusiyyəti budur.Bundan başqa, bəyannamədə göstərilir ki,xalq yalnız o hökümətə tabedir ki,həmin hökümət xalqın azad inkişafını təmin etməyə səy göstərir.Bu fikir öz dövrü üçün çox qabaqcıl ideya idi

Insan və vətəndaşların hüquqları haqqında bəyannamənin ən mühüm xüsusiyyəti onun universal xaraktar daşımasıdır.Yəni o,yalnız fransız xalqının deyil,bütün bəşər övladlarının təbii hüquqlarını bəyan edirdi.Burada göstərilirdi ki,insan hüquqlarının unudulması və ya ona biganəlik ictimai bəlaların və hökumətdə korrupsiyanın əsas səbəbidir.Bu fikir dogrudan da, tarixin inkişafı ilə öz təsdiqini tapdı.

20-ci əsrin ortalarına kimi insan hüquqlarını hələ də bütün dünya ölkələri qəbul etmirdi.Bu yolda ilk addım BMT tərəfindən atıldı:1948-ci ilin aprelin 10-da BMT-nin Baş Assambleyası Ümümdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi.Bəyannamə preambula və 30 maddədən ibarət idi.Burada göstərilirdi ki,irqindən,dərisinin,rəngindən,cinsindən,dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən,əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir.Bu bəyannamədən sonra,1996-cı il dekabrın 16-da BMT “Mülki və Siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” paktlar qəbul etdi ki,bunlar hal-hazırda insan hüquqlarına aid əsas sənədlər sayılır.
1.İnsan hüquqları ilə bağlı nəzəriyyələr
Müasir dövrümüzdə insan hüquqlarına aid baxışlar vahid deyil.Belə ki, insan hüquqlarına aid əsasən iki nəzəriyyə mövcuddur.Bunlar relyativist və universalist nəzəriyyələrdir.

Relyativistlərə görə, insan hüquqları əsasən Qərb mədəniyyətinin məhsuludur və bu huquqlar Asiya və Afrika ölkələrində təsdiq edilə bilməz.Onların fikrincə, Qərbdə insan hüququ kimi tanınan hər hansı bir norma digər mədəniyyətlərə malik ölkələrdə tanınmaya da bilər.Onlar bunu mədəniyyətlərin və dinlərin müxtəlifliyi və ölkələrin müxtəlif iqtisadi gücə malik olması ilə əlaqələndirir və belə hesab edirlər ki, bu hüquqlar universal deyil.

Universalist nəzəriyyənin tərəfdarları isə göstərirlər ki,insan hüquqları yalnız Qərb üçün deyil, həm də bütün bəşəriyyət üçün qəbul olunan normalardır.Onlar bildirirlər ki,mədəniyyətindən və dilindən asılı olmayaraq, azad yaşamaq, vicdan azadlığı,öz dininə etiqad etmək,işgəncəyə məruz qalmamaq, qanunsuz təqib olunmamaq,öz fikrini azad sürətdə ifadə etmək, dövlət idarəçiliyində iştirak etmək və digər hüquqlar istənilən cəmiyyətdə məqbul sayılır.Doğrudan da, elmi təhlillər göstərir ki, universalistlərin nəzəriyyəsi daha obyektiv və elmidir.İnsan hüquqlarının yaranmasının özünü də üç mərhələyə bölürlər:

Birinci mərhələyə 18-ci əsrdə Avropada baş vermiş burjua inqilabları nəticəsində yarana mülki və siyasi hüquqlar (yaşamaq hüququ, köləliyin ləğvi, işgəncənin ləğv edilməsi, şəxsi toxunulmazlıq hüququ və digər hüquqlar) daxildir.

İkinci mərhələyə 19-cu əsrdə sosialist və kommunist ideyaların təsiri ilə yaranan sosial və iqtisadi hüquqları (əmək hüququ, təhsil hüququ, sosial təminat hüququ və digərləri) aid etmək olar.

Üçüncü mərhələyə isə, 20-ci əsrdə yaranmış kollektiv hüquqları aid edə bilərik.Bunlar əsasən ətraf mühitin mühafizəsi, xalqın öz müqəddəratını təyin etmək hüququ və digər hüquqlardan ibarətdir.Bu hüquqlar 1955-ci ildə Bandunq konfransından sonra 3-cü dünya ölkələri tərəfindən irəli sürülmüşdür.

Müasir dövrümüzdə insan hüquqlarının təminatı səviyyəsi ölkələrdəki siyasi rejimlərin xarakterini müəyyən edən başlıca amillərdən biri kimi qəbul olunmuşdur.Hələ XIX əsrdə Kant deyirdi ki,insan müəyyən məqsədlərin əldə edilməsi üçün vasitə olmalı deyildir.Onun fikrincə, cəmiyyətdə baş verən bütün dəyişikliklərin və islahatların məqsədi insan olmalıdır.Yəni insan hüquqlarının təmin olunması və insanların xöşbəxtliyi dövlətin və cəmiyyətin məqsədi olmalıdır.Məhz elə bu ideya BMT-nin Nizamnaməsində öz əksini tapmışdır.Orada göstərilir ki, insan hüquqlarının təmin olunması BMT-nin əsas vəzifəsidir.Bu fikir 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında da təsbit olunmuşdur və konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azdlıqlarının təmin olunması dövlətin ali məqsədidir.

İnsan hüquqları dedikdə, elə hüquqlar başa düşülür ki, bu hüquqlar dövlətlə qarşılıqlı münasibətdə hər bir insanın fərdi azadlığa nail olmaqdan, cəmiyyətin təşkil olunmasında iştirak etməkdən ibarət olan əxlaqi və hüquqi aktlardır.İnsan hüquqlarından danışarkən, qeyd etmək lazımdır ki, insan hüquqları, əsasən dövlət hakimiyyətinin məhdudlaşdırılması hesabına təmin olunur.Lakin dövlətlər heç də öz hakimiyyətlərini fərdin hüquqlarının xeyrinə məhdudlaşdırmaq istəmir.
2. İnsan,vətəndaş hüquq və azadlıqlarının təminatı
İnsan,vətəndaş hüquq və azadlıqlarının təminatı iki böyük kateqoriyalara əsaslanır.Həmin kateqoriyalar bir-biri ilə üzvi sürətdə bağlıdır və biri digərini qarşılıqlı şəkildə tamamlayır.Onlar aşağıdakılardan ibarətdir:

1.insan,vətəndaş hüquq və azadlıqlarının konstitusiya təminatının dövlətdaxili kateqoriyası

2.insan,vətəndaş hüquq və azadlıqlarının təminatının beynəlxalq-hüquqi kateqoriyası:

Hüquq və azadlıqların təminatının dövlətdaxili kateqoriyası da,öz növbəsində, aşağıdakı iki növə ayrılır:

  • insan,vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı

  • insan, vətəndaş hüqq və azadlıqlarının qeyri-məhkəmə təminatı

Dövlətdaxili təminatlara, hər şeydən əvvəl, bəzi həm maddi, həm də xüsusilə prosessual xarakterli konstitusiya hüquqları xidmət edir.Petisiya, şikayət vermək, habelə məhkəmə prosesində və ya inzibati prosesdə vəsatətlər vermək və i.a.həmin hüquqlara aid edilə bilər.

Demokratik dövlətlərdə insan vətəndaş hüquq və azadlıqlarının başlıca təminatçısı məhkəmədir.Çünki məhkəmə heç bir başqa dövlət orqanından asılı olmayan və yalnız qanuna tabe olan müstəqil hakimiyyətdir.İtaliya Konstitusiyasının 24-cü maddəsinə əsasən,“hər kəs öz hüquqlarının və qanuni mənafelərinin qorunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir”.“Prosesin hər bir hal və və mərhələsində müdafiə toxunulmaz bir hüquqdur”,“Qanun,məhkəmə səhvlərinin hansı üsul və şərtlərlə düzəldiləcəyini müəyyən edir”

Ümumi beynəlxalq hüquq elmində müstəqil bir institut olsa da,insan, vətəndaş hüquq və azadlıqlarının təminatının beynəlxalq-hüquqi kateqoriyası barəsində qeyd etmək lazımdlır.İnsan hüquq və azadlıqlarının beynəlxalq müdafiəsi müasir dövrdə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşdırılmış təşkilatları çərçivəsində həyata keçirilir.Bu baxımdan “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”(1948-ci ildə qəbul edilmişdir) mühüm siyasi və hüquqi sənəd kimi böyük əhəmiyyət kəsb edir.

İnsan hüquq və azadlıqlarının konstitusiya təminatı institutları içərisində, hazırda, dünya birliyi ölkələrində geniş tətbiqini tapmış ombudsman mühüm yer tutur.Ombudsman parlament tərəfindən insan hüquqlarının müdafiəsi üzrə səlahiyyətləndirilmiş, müvəkkil edilmiş şəxsdir (fiziki şəxs).Bu şəxsə bəzi ölkələrdə komissar,elçi,xalq müdafiəçisi və i.a. da deyilir.Məsələn, Skandinaviya ölkələrində,o,ombudsman, İspaniyada xalq müdafiəçisi (o cümlədən də Kolumbiyada),Fransa Respublikasında elçi,Rumıniya Respublikasında xalqın vəkili adlandırılır.Azərbaycan Respublikasında müvəkkil edilmiş həmin şəxs ombudsman adlandırılır.Məhkəmə və prokurorluq orqanlarından fərqli olaraq,ombudsman, insan hüquqlarının müdafiəsi istiqamətində apardığı təhqiqatı qanunçuluqla yanaşı,həm də səmərəlilik, məqsədəuyğunluq, vicdanlılıq və ədalətlilik nöqteyi nəzərindən həyata keçirilir.
3. Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsi
Hər bir dövlətin imicini onun insan hüquqlarına münasibəti,həmin dövlətdə insan hüquqlarının vəziyyəti müəyyən edir.Demokratiya və insan hüquqları bir-birilə qırılmaz sürətdə bağlıdır və biri digərini şərtlən-dirir.Yalnız cəmiyyətdə mövcud olan demokratik iqlim insan hüquqlarının qorunmasına real təminat verir.Digər tərəfdən isə əsas insan hüquq və azdlıqlarının qanunvericilikdə və real həyatda təmim edilməsi cəmiyyətdə demokratiyanın təşəkkülü və geniş inkişafı üçün həlledici amil rolunu oyanayır.

Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında haqqında Konstitusiya Aktı”dan irəli gələn müddəalar 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi.

Konstitusiyada insanların əsas hüquq və azadlıqlarının müdafiəsi əhəmiyyətli yer tutur.Orada vətəndaşların digər hüquqları ilə yanaşı,onların mülkü hüquqlarının xüsusilə mülkiyyət hüququnun qorunmasına yüksək səviyyədə təminat verilir.

Insan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir.Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı həm də hüquqi normativ sənədlərdə öz əksini tapır.

Azərbaycan konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Dövlət Proqramı hazırlamışdır.Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması,bu sahədə elmi-tədqiqat insitutunun yaradılması,normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi,hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq insitut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulur.

Ölkəmizdə hüquq və azadlıqların qorunması məqsədilə verilmiş Azərbaycan Respublikası Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında”1998-ci il 22 fevral tarixli fərmanı da vardır.

Bunu da qeyd etmək kifayətdir ki,Konstitusiyamızın 158 maddəsindən 48-i insan hüquq və azadlıqlarına və onların təminatına həsr edilmişdir.

Yeni konstitusiyamız insan və vətəndaş azadlıqlarının,hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi elan etmiş, olkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa inkişaf vermişdir.

Konstitusiyamızın 26-cı maddsəinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır.

Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.İstisnasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək,onları müdafiə etmək və dəstəkləmək,eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.

Son dövrlər Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmini sahəsində bir çox beynəlxalq prinsiplər qanuni qüvvəsini almışdır.Yeni əsrin ilk illərindən Azərbaycan dövləti insan hüquqlarının qorunması,hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçiril-di.Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan“İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına”qoşuldu.Bu zaman o,öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü.Bu istiqamətdə atılan addımlardan ən mühümü OMBUDSMAN təsisatının yaradılması idi.2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan hüquqları uzrə Müvəkkil haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu.

Bu gün ombudsman xidmətinin təsisi günün zəruri tələbatıdır belə ki,ombudsman insan hüquqlarının müdafiəsinin beynəlxalq vasitələrdən istifadə edilməsi üçün ən təkmil hüquqmüdafiə sturukturlarından biri sayılır.Bu instutun mövcudluğu ölkəmizin vahid dünya hüquq məkanına inteqrasiyası prosesində katalizator rolunu oynayır.


Nəticə
İnsan hüquq və azadlıqlarının təsbiti, təmini və müdafiəsi konstitusiyaçılığın əsasıdır.Təsadüfi deyildir ki, konstitusiya kimi mühüm siyasi-hüquqi sənədin hazırlanmasında başlıca məqsəd insanın hüquq və azadlıqlarının bütün özbaşınalıqlarından və qəsdlərdən müdafiəsini təmin etmək olmuşdur.Yalnız sərbəst və azad insan cəmiyyəti üçün zəruri olan maddi və mənəvi nemətlərin yaradıcısı kimi çıxış edə bilər.

İnsan hüquqları mənəvi-siyasi imperativdir.Bu hüquqlar uğrunda aparılan mübarizə gedişində o, hüquqi forma almış və ictimai inkişafın sonrakı gedişində konstitusiya hüququnun ən mühüm institutlarından birinə çevrilmişdir.Müasir dövrdə isə, insan hüquq və azadlıqları, onların müdafiəsi və təminatı beynəlxalq hüququn da müstəqil instituna çevrilmişdir.Deməli,insan hüquq və azadlıqları,bu hüquqların müxtəlif vasitələrlə təmini və müdafiəsi ümümbəşəri bir problem kimi formalaşmışdır.

Nəhayət,belə bir nəticəyə gəlirik ki,bu gün artıq bütün bəşəriyyət başa düşmüşdür ki,insan hüquqları qorunmadıqca,təmin olunmadıqca və hər gün dünyanın müxtəlif yerlərində minlərlə insanın hüququ pozulduqca yer üzərində nə hüquqi,nə də demokratik dövlətlərin qurulmasından danışmaq olmaz.Buna görə də,bütün bəşəriyyət insan hüquqlarının təmin olunması üçün daha sıx birləşməlidir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:
1.Fərhad Mehdiyev“Nəzəriyyə və Təcrübədə İnsan hüquqları”,Bakı-2009

2.“İnsan hüquqları: Beynəlxalq və milli müdafiə mexanizmləri”,Bakı-2008

3.Hikmət Hacızadə“İnsan huquqları(Bəşəriyyətin başlıca ideyası)”,Bakı-1998

4.http://en.wikipedia.org/wiki/Human_rights


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə