Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci IL 13 oktyabr tarixli 316s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci IL oktyabrın 14-də




Yüklə 153.51 Kb.
tarix13.03.2016
ölçüsü153.51 Kb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 oktyabr tarixli 316s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il oktyabrın 14-də Bakı şəhərində imzalanmış “Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə Ümumi Həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılmasına dair Qrant Razılaşması”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

338s



 

Bakı şəhəri, 26 oktyabr 2011-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.9-cu bəndinə uyğun olaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 oktyabr tarixli 316s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il oktyabrın 14-də Bakı şəhərində imzalanmış “Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə Ümumi Həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılmasına dair Qrant Razılaşması” təsdiq edilsin (əlavə olunur).

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi tərəfindən ayrılmış qrantın istifadəsinə dair məlumatı ildə bir dəfədən az olmayaraq, zəruri hallarda tələb olunduqda və layihə tam başa çatdıqdan sonra yekun hesabatı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən Qrant Razılaşmasının qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Koreya tərəfinə müvafiq bildiriş göndərsin.

4. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

 



Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və

Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında



Abşeron yarımadasında su çatışmazlığı üzrə Ümumi Həll: Abşeron yarımadasının

Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılmasına dair

Qrant Razılaşması

 

Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Tərəflər” kimi istinad ediləcəkdir);



İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsini arzulayaraq aşağıdakı razılığa gəldilər:

1.       Abşeron Yarımadasında Su çatışmazlığı üzrə Ümumi Həll: Abşeron Yarımadasının Kürdəxanı Qəsəbəsində Su Təchizatı və Kanalizasiya Sisteminin Yaradılması Layihəsinin (bundan sonra “Layihə” kimi istinad ediləcəkdir) həyata keçirilməsi üçün Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi Koreya Respublikasının müvafiq qanun və qaydalarına uyğun olaraq və öz büdcə hüdudları çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qrant yardımı göstərilməsi üçün lazımı tədbirlər həyata keçirəcəkdir.

2.       “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Hökumətinin müvafiq nazirlikləri ilə birlikdə bu sənədə əlavə olunan Texniki Tapşırığın (bundan sonra “TT” kimi istinad ediləcəkdir) II. 2 bəndində göstərilən öhdəlikləri yerinə yetirəcəklər.

3.    “Layihə”nin həyata keçirilməsinə dair təfərrüatlar TT-də əks olunmuşdur. TT-də qeyd olunmayan hər hansı məqamlar “Tərəflər” arasında birlikdə razılaşdırılacaqdır.

4.    Bu Razılaşmadan irəli gələn və ya ona dair hər hansı məsələ barədə Tərəflər qarşılıqlı məsləhətləşmə aparacaqlar.

5.    Bu Razılaşmaya Tərəflərin qarşılıqlı yazılı razılığı ilə düzəlişlər edilə bilər. Dəyişikliklər, Tərəflər arasında razılıq məktubları mübadilə olunduqdan sonra qüvvəyə minir.

6.    a) Tərəflərin Razılaşmanın qüvvəyə minməsi üçün daxili prosedurları tamamlasını təsdiqləyən sonuncu yazılı bildirişin qəbul edilməsi tarixindən etibarən Razılaşma qüvvəyə minəcək.

b) Bu Razılaşma, Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə ən azı altı (6) ay əvvəl diplomatik kanallar vasitəsilə yazılı bildiriş verməklə onu ləğv etmədiyi təqdirdə 31 dekabr 2014-cü ilədək qüvvədə qalacaq.

c) Tərəflərin birgə razılığı istisna olmaqla, Razılaşmanın ləğv edilməsi bu Razılaşmaya əsasən başlanmış, lakin ləğv edilmə anında bitirilməmiş fəaliyyətə şamil olunmur.

14 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində Koreya, Azərbaycan və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcəkdir.

 

 


Koreya Respublikasının

Xarici İşlər və Ticarət Nazirliyi



Azərsu Açıq Səhmdar Cəmiyyəti

 

 

-----------------------------------------------

-----------------------------------------------

Li,Ci-ha zati-aliləri

Fövqəladə və Səlahiyyətli Səfir

Koreya Respublikasının

Azərbaycandakı Səfirliyi



Qorxmaz Hüseynov

Sədr


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

 

 

 



Texniki Tapşırıq

 

I. Layihənin İcmalı

 

1. Layihənin Adı

 

Azərbaycan Respublikasının Abşeron yarımadasında Su Çatışmazlığı üzrə Ümumi Həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində Su təchizatı və Kanalizasiya Sisteminin yaradılması.



 

2. Məqsəd

 

Layihənin məqsədi Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin təmin edilməsi ilə sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi və ətraf mühit şərtlərinin yaxşılaşdırılmasıdır. Layihə alternativ su resurslarının inkişaf etdirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində Azərbaycan Hökumətinin fəaliyyətini dəstəkləyəcəkdir.



Layihənin digər məqsədi uğurlu icrası vasitəsi ilə iki ölkə arasında münasibətlərin və əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir.

 

3. Müddət

 

Dörd (4) il (2011-2014)



 

4. Layihənin həyata keçirildiyi ərazi

 

Layihə Azərbaycanın Abşeron yarımadasının şimal istiqamətində yerləşən Kürdəxanı qəsəbəsini əhatə edəcəkdir.



 

5. Layihənin Büdcəsi

 

A.     KOICA II Maddənin 1-ci yarımbəndində göstərilən öhdəliklərinin həyata keçirilməsi üçün tələb olunan xərclərin təmin edilməsi məqsədilə otuz milyard yüz milyon Koreya vonuna (30 100 000 000 von) bərabər olan iyirmi altı milyon yüz səksən min ABŞ dollarından çox olmamaq şərti ilə ($ 26 180 000) qrant vəsaiti ilə təmin edəcəkdir.



B.     Azərsu II Maddənin 2-ci yarımbəndində qeyd olunan öhdəliklərinin icrası üçün tələb olunan xərclərin Azərbaycan Hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunmasına yardım edəcəkdir.

 

6. Tərəflər arasında Əməkdaşlıq

 

KOICA və Azərsu Layihənin məqsədlərinə nail olmaq istiqamətində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi üçün əməkdaşlıq edəcəklər.



A.  Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin dizaynı, tikintisi və tikintiyə nəzarət

B.   Layihənin icrası üçün tələb olunan avadanlıq və materialların təmin edilməsi

C.  Layihənin icrası üçün texniki məsləhət xidmətlərinin göstərilməsi üçün Koreyalı ekspertlərin Azərbaycana ezam edilməsi

D.  Azərbaycandan olan rəsmilərin Koreyada təlim proqramlarına dəvət olunması

 

7. İcraçı Qurumlar

 

A. Koreya tərəfi: Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi



B. Azərbaycan tərəfi: Azərsu Açıq Səhmdar Cəmiyyəti

 

 



II. Tərəflərin Öhdəlikləri

 

1. KOICA-nın Öhdəlikləri

 

Koreya Respublikasının qanunvericiliyinə uyğun olaraq və I Maddənin 5-ci yarımbəndində qeyd olunan büdcə çərçivəsində, KOICA Koreya Hökuməti adından aşağıdakı işləri həyata keçirəcəkdir.



 

A. Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin dizaynı, tikintisi və tikintiyə nəzarət

 

1) Su təchizatı qurğularının hərtərəfli dizaynı, tikintisi və tikintiyə nəzarətin həyata keçirilməsi



 

-      Su anbarı: 500m3 x 2 Ədəd

-      Nasos Stansiyası: 200m3 /saat x 1 Ədəd

-      Əsas Ötürücü və Paylayıcı Şəbəkə: D65~D600mm, L=24.78km

-      Ev Birləşmələri: 4500 Ədəd

 

2) Kanalizasiya Sisteminin hərtərəfli dizaynı, tikintisi və tikintiyə nəzarət



 

-      Kanalizasiya Şəbəkəsi Sewerage Network: D200~D600mm, L=24.83km

-      Nasos Stansiyası: 600m3/saat x 1 Ədəd

-      Ev Birləşmələri: 4500 Ədəd

 

3) KOICA Layihəni icra edəcək podratçı şirkəti seçəcəkdir.



4) Tikinti işinin təfərrüatları tərəflər arasında sonrakı müzakirələr vasitəsilə müəyyənləşdiriləcək və yekunlaşdırılacaqdır.

 

B. Avadanlıq və Materialların Təchiz Olunması

 

1) KOICA Layihənin icrası üçün zəruri olan, Layihə müddətində Koreyalı ekspertlər tərəfindən istifadə olunacaq və Layihə bitdikdən sonra Azərsu-ya təhvil veriləcək avadanlıq və materialları təmin edəcəkdir.



2) Əlavə 2-də göstərilmiş avadanlıq və materialların təfərrüatları tərəflər arasında sonrakı müzakirələr vasitəsilə dəqiqləşdiriləcək və yekunlaşdırılacaqdır.

 

C. Layihənin icrası üzrə texniki xidmətlərin göstərilməsi üçün Koreyalı ekspertlərin Azərbaycana ezam olunması

 

1) Layihənin icrası üzrə texniki təlimat və məsləhətlərin göstərilməsi və Koreyanın bu sahədə mühəndis bilik və təcrübəsinin Azərbaycana ötürülməsi məqsədilə su təchizatı, kanalizasiya sistemi, mülki, mexaniki və elektrik sahələri üzrə Koreyalı ekspertlər ezam olunacaqdır.



2) Koreyalı ekspertlərin Azərbaycana rəsmi səfərləri və Azərbaycanda qaldıqları müddətlə əlaqədar beynəlxalq və yerli səyahət xərcləri, həmçinin yaşayış xərcləri ödəniləcəkdir.

3) Koreyalı ekspertlərin qalma müddəti, peşəkarlıq sahəsi və sayı aşağıdakı kimidir. Bu məsələlərdə faktiki vəziyyətdən asılı olaraq dəyişiklik edilə bilər. Digər təfərrüatlar tərəflər arasında sonrakı məsləhətləşmələr vasitəsilə qərara alınacaqdır.

 

 

 



 

 

 



 

 


Peşəkarlıq Sahəsi

Şəxslərin Sayı

Müddət

(ay)

Layihə Koordinatoru

(Layihənin Ümumi Koordinasiya və Monitorinqi)



1

 

Layihənin idarəolunması üzrə ekspert

Layihə Rəhbəri

1

0.5

Mülki

1

0.5

Dizayn üzrə Ekspert

Layihə Rəhbəri

1

1

Mexaniki

1

0.5

Elektrik

1

0.5

Tikinti üzrə Ekspert

Qrup Rəhbəri

1

36

Mülki (Su Təchizatı)

1

9

Mülki (Kanalizasiya Sistemi)

1

27

Mexaniki

1

9

Elektrik

1

9

 

D. Təlim iştirakçılarının Koreyaya dəvət olunması

 

1) Layihənin uğurla həyata keçirilməsi üçün tələb olunan bilik və bacarıqların ötürülməsi üçün Koreyada Azərbaycandan olan rəsmilər və işçilər üçün təlim proqramı təşkil ediləcəkdir. Təlim proqramının təfərrüatları aşağıdakı kimidir:



 

Təlim Kursu

Təlim

İştirakçılarının

Sayı

Təlim Müddəti

Yüksək səviyyəli rəsmilər üçün idarəetmə kursları (Mövzu: Su təchizatı və kanalizasiya sisteminin idarəolunması üzrə Koreya təcrübəsi, ərazilərə baxış və s.)

4

14 gün

Mühəndislər və işçilər üçün texniki kurs (Mövzu: Su təchizatı və kanalizasiya sistemin işlənib hazırlanması və fəaliyyəti, ərazilərə baxış və s.)

10

14 gün

 

2) Təlim iştirakçıları üçün Koreya və Azərbaycan arasında beynəlxalq qiymətlə gediş-gəliş xərcləri, Koreyada nəqliyyat xərcləri, gündəlik xərclər, yer və yemək xərcləri daxil olmaqla, təlim proqramı xərcləri KOICA qaydalarına uyğun şəkildə ödəniləcəkdir.

3) Təlim proqramı ilə bağlı əlavə məlumatlar Tərəflər arasında qarşılıqlı məsləhətləşmə əsasında qərarlaşdırılacaqdır.

 

2. Azərsu ASC-nin öhdəlikləri

 

Azərsu Layihənin uğurla həyata keçirilməsi üçün yerli qanunvericiliyə əsasən aşağıdakı tədbirləri yerinə yetirəcəkdir:



 

A. İnzibati Tədbirlər

 

1) Layihənin idarəolunması üzrə qrup formalaşdırmaq və Layihənin işlənib hazırlanması, icra olunması və monitorinqinin aparılması üzrə fəaliyyətlərin əlaqələndirilməsinə məsul olan koordinator təyin etmək.



2) Layihə çərçivəsində Azərsunun öhdəlikləri üzrə büdcəyə əsasən inzibati xərclər, tikinti ərazisində tam rejimdə təhlükəsizlik əməkdaşlarının, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və baxımı üçün tələb olunan kommunal xidmətlərin və s. təmin edilməsi.

3) KOICA tərəfindən təmin olunmuş su təchizatı və kanalizasiya sistemləri və avadanlıqlarının tikintidən sonra effektiv və davamlı fəaliyyətini və baxımını təmin etmək

4) Layihənin icrası ilə bağlı səlahiyyətli qurumlardan Azərbaycanda qüvvədə olan qanunvericilik çərçivəsində tələb olunan bütün zəruri təsdiq və razılıqları almaq və meydana çıxa biləcək bütün hüquqi məsələləri və ya iddiaları (mülki müraciətləri) öz hesabına həll etmək.

 

B. Dizayn və Tikinti İşləri ilə Əlaqədar Tədbirlər

 

1)      Layihəyə uyğun olaraq, Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin qurulması, həmçinin boruların yerləşdirilməsi üçün hüquqi iddia obyekti olmayan torpaq sahəsini təmin etmək və onların yerləşdikləri yerin qarşılıqlı məsləhətləşmə olmadan dəyişdirilməməsini təmin etmək.



2)      Layihənin icra müddətində tikinti ərazisində tam rejimdə təhlükəsizlik əməkdaşlarının olmasını təmin etmək.

3)      KOICA-nın xahişi əsasında Azərbaycanda qüvvədə olan qanunvericiliyə uyğun olaraq tikinti işləri ilə əlaqədar podratçıların seçilməsi üzrə əməkdaşlıq etmək.

4)      Su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və baxımı üçün tələb olunan vasitələri - elektrik, yanacaq, drenaj, telefon xətləri və internet bağlantısını təmin etmək

5)      Tikinti zamanı baş verə biləcək təxirəsalınmaz hallar zamanı - məsələn, mühüm qalığın tapılması zamanı çevik davrana bilmək üçün müvafiq qurumlarla zəruri addımları razılaşdırmaq

 

C. KOICA tərəfindən verilən Avadanlıq üzrə Tədbirlər

 

1)       Mövcud gömrük qanunvericiliyinə uyğun olaraq ayrılacaq qrant vəsaiti hesabına Əlavə 2-də Layihə ilə əlaqədar zəruri avadanlıq və materialların idxalı gömrük ödənişlərindən azad olunacaq.



2)       Mövcud vergi qanunvericiliyinə uyğun olaraq ayrılacaq qrant vəsaiti hesabına Əlavə 2-də Layihə ilə əlaqədar zəruri avadanlıq və materiallar Əlavə Dəyər Vergisi (ƏDV) və digər vergilərdən azad olunacaq.

3)       Avadanlıq və materialların Azərbaycan ərazisindəki dəniz və ya hava limanından Layihə ərazisinə gətirilənə qədər boşaltma, daxili nəqliyyat və sığorta xərclərini Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödəmək.

4)       Avadanlıqların müvafiq və effektiv bir şəkildə saxlanması, istifadəsi və baxımını təmin etmək və həm Layihə müddətində, həm də Layihədən sonrakı dövrlərdə müvafiq xərcləri təmin etmək

5)       Layihənin icrası üçün KOICA tərəfindən bağışlananlardan əlavə, avadanlıq, alətlər, nəqliyyat vasitələri, ehtiyat hissələri və digər materialları (əgər varsa) təchiz edəcək və ya onların əvəzlənməsini həyata keçirəcək.

6)       KOICA tərəfindən təmin edilmiş avadanlıq və materiallardan məxsusi olaraq Layihə üçün istifadə etmək

7)       Avadanlıqdan istifadə edən, onun baxımını və təmirini həyata keçirən menecer və mühəndislər təyin etmək

8)       Lazım olduğu təqdirdə, Layihə üzrə avadanlıq və materialların alınması üçün müvafiq podratçının müəyyən olunması üzrə tender prosesinin planlaşdırılması, başlanılması və həyata keçirilməsi məsələsində, KOICA, o cümlədən Koreyalı işçi heyətinə dəstək vermək

 

D. Koreyalı Ekspertlər üçün Tədbirlər

 

1)      Koreyalı ekspertlərin təhlükəsizliyini, həmçinin Azərbaycanda qaldıqları müddətdə təcili hallarda onları müvafiq yardımla təmin etmək



2)      Koreyalı ekspertlərə digər ölkələrin oxşar missiyanı həyata keçirən ekspertlərinə verilən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan üstünlük, azadolunma və imtiyazlar vermək

3)      Azərbaycanda qaldıqları müddətdə Koreyalı ekspertləri tələb olunan. zəruri icazələr, o cümlədən, giriş vizaları, yaşama və çalışma hüququ və s. ilə təmin etmək və onların Azərbaycanda bank hesabı açmasına yardım etmək

4)      Azərbaycanda işlərini icra edə bilmələri üçün onları tələb olunan zəruri icazə və səlahiyyətlərlə təmin etmək

5)      Zəruri ekspert və yardımçı işçi heyətini, o cümlədən tərcüməçi təmin etmək.

6)      Azərbaycanda Koreya ekspertlərə həvalə olunan tapşırıqların icrasının nəticəsi olaraq, və ya icra müddətində, yaxud da icra prosesi ilə əlaqədar hər hansı digər formada onlara qarşı meydana çıxan hər hansı iddiadan onları müdafiə etmək. Ekspertlərin düşünülmüş şəkildə qeyri-düzgün davranışı və ya ümumi etinasızlığı nəticəsində meydana gələn iddialar buraya aid deyildir.

7)       Layihə çərçivəsində vəzifələrini həyata keçirmələri üçün tələb olunan ofis yerini, mebel və digər zəruri yardımı təmin etmək

8)       Öz missiyalarını yerinə yetirərkən Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq onları tələb olunan xəritələr, müvafiq məlumatlar, statistik məlumatlar və sənədlərlə ingilis dilində təmin etmək

 

E. Koreyada Təlim Proqramı üçün Tədbirlər

 

1)       Koreyada keçiriləcək təlim kurslarının başlanmasından bir (1) ay əvvəl təlim kurslarında iştirak edəcək ixtisaslı əməkdaşların namizədliyini vermək



2)       Seçilmiş namizədlərin Koreyadakı təlimdən sonra Layihəyə töhfə vermələrini və Layihə ilə əlaqədar işlərdə işləmələrini təmin etmək.

 

F. Digər Xərclər

 

Azərbaycan Hökuməti Layihənin həyata keçirilməsi üçün zəruri olan və KOICA tərəfindən verilən məbləğdən savayı, yerdə qalan xərcləri ödəyəcəkdir.(inzibati xərclər, tikinti ərazisində tam rejimdə təhlükəsizlik əməkdaşlarının təmini, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və baxımı üçün tələb olunan kommunal xidmətlərə dair xərclər və s.)



 

III. Layihənin Başlanması

 

Layihə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının Azərsu ASC arasında Qrant Razılaşmasının (Q/R) imzalanmasından və akkreditasiyasından, həmçinin layihənin başlanması üçün hər iki Tərəfin daxili prosedurları yerinə yetirməsindən sonra fəaliyyətə başlayacaqdır.



 

IV. Layihə üzrə Qiymətləndirmə

 

Layihənin orta dövr və yekun qiymətləndirilməsi Tərəflərin təşkil etdiyi Birgə Qrup tərəfindən həyata keçiriləcəkdir. Qiymətləndirilmənin nəticələrinə əsasən hər bir tərəf lazımi tədbirlər görəcəkdir.



 

V. Qarşılıqlı Məsləhətləşmələr

 

“Texniki Tapşırıq”dan irəli gələn hər hansı bir mühüm məsələ üzrə KOICA və Azərsu arasında birgə məsləhətləşmə keçiriləcəkdir. Bu “Texniki Tapşırığ”a əlavə baxış və/və ya dəyişikliklər zərurət yarandığı halda Tərəflər arasında qarşılıqlı razılaşma əsasında yazılı şəkildə edilə bilər.



 

VI. Layihəyə Dəstək Tədbirləri

 

1.       Yerli ictimaiyyəti Layihə barədə məlumatlandırmaq məqsədilə Azərbaycan tərəfi Layihəni Azərbaycan xalqına elan etmək barədə müvafiq tədbirləri görəcəkdir.



2.       Azərsu Layihənin başa çatması ilə əlaqədar mərasim keçirəcək və Layihənin bitməsini xarakterizə edən xatirə lövhəsini təmin edəcəkdir. Mərasim və lövhə ilə bağlı təfərrüatlar (məs: forma, ölçü, yer, yazı və s.) Tərəflərin birgə razılığı əsasında qərarlaşdırıla bilər.

 

VII. Ümumi Plan

 

Layihənin Ümumi Planı Əlavə 1-də göstərilmişdir. Lakin faktiki Plan və təfərrüatlar Tərəflər arasında məsləhətləşmələr əsasında qərarlaşdırılacaq və ya dəyişdiriləcəkdir.



 

Əlavələr:

1.  İlkin Layihə Cədvəli

2.  Avadanlıq Siyahısı

 

 

 



[Əlavə 1 ]

 

İlkin Layihə Cədvəli

 

Layihə aşağıdakı cədvələ uyğun olaraq icra olunacaqdır.



Faktiki cədvəl tərəflər arasında və onların qarşılıqlı razılığı ilə hər hansı bir vaxtda dəqiqləşdiriləcək və düzəlişlər ediləcək

 

 



Fəaliyyət

2011

2012

2013

2014

1

2

3

4

1

2

3

4

1

2

3

4

1

2

3

4

1. Layihə

İdarəetməsi üzrə

Konsultantın(LİK)

Seçilməsi



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Müzakirə

Protokolunun

İmzalanması


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3. Qrant

Razılaşmasının

İmzalanması


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4. Dizayn və Tikinti

Şirkətinin Seçilməsi



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Təfsilatlı Dizayn

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6. Su təchizatı və

Kanalizasiya

Sisteminin Tikintisi


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7. Təlim

İştirakçılarının

Dəvəti


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8. Qiymətləndirmə

(Orta dövr, Yekun)



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



[Əlavə 2]

 

Avadanlıq Siyahısı

 

Aşağıdakı göstərilmiş cədvəl haqqında təfərrüatlar və spesifikasiyalar tərəflər arasında sonrakı müzakirələr vasitəsilə yekunlaşdırılacaqdır.



 

Item

Miqdar

7 nəfərlik minik maşını

2

Stolüstü kompüter

2

Noutbuk

5

Çoxfunksiyalı printer

(surətçıxarma və faks funksiyaları)



2

Ekranlı LCD Proyektor

1

 

[Son]

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə