31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü




Yüklə 7.58 Kb.
tarix10.04.2016
ölçüsü7.58 Kb.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” bayramınız kutlu olsun!

Əziz soydaşlarım!

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı təbrik edirəm.

Dünyada sayı 50 milyonla ölçülən azərbaycanlılar üçün ilin yalnız bir günü var ki, bu gün aradakı fikir ayrılıqlarını bir kənara qoyuruq, bir ideya, bir amal, bir ideal uğrunda mübarizə apardığımızı qutlayırıq. 31 dekabr ilin son günü olmaqla həm də birliyimiz naminə il boyu gördüyümüz işlərin hesabat günüdür. Məhz bu gün ümummilli strateji hədəflərə doğru irəliləməyimiz üçün vacib olan həmrəyliyi nümayiş etdiririk. Ona görə də bizi bəlalardan hifz edən, öz milli-mənəviyyatımızı qorumağın yeganə yolu olan, kürəsəlləşmə siyasəti nəticəsində əxlaqı dəyərlərimizi itirməyə qoymayan həmrəyliyi qutlamaqdan gözəl heç nə ola bilməz.

Min illər boyu dünyaya hökm edən Türk Dünyasının ayrılmaz parçası Azərbaycan onillərlə sürən əsarətdən yalnız ötən əsrin 90-cı illərində qurtuldu. Ancaq 50 milyonluq azərbaycanlının ümid və güvənc yeri olan dövlətimiz tarixi Azərbaycan torpaqlarının çox cüzi bir hissəsini əhatələyir. Mənəvi sərhədlərimiz dövlət sərhədlərimizdən qat-qat böyükdür və bu mənəvi sərhədlərimizi qorumağımızın yeganə yolu mədəniyyətimizin təbliğindən, mənəvi-əxlaqi keyfiyyətlərimizin üzə çıxmasından və tanıdılmasından keçir. Bütün bunlara nail olmaqçünsə birliyimiz çox vacibdir.

Təəssüf ki, Vətənimizin bir hissəsi hələ də işğal altındadır və aradan keçən bu illər ərzində biz torpaqlarımızı azad edə bilməmişik. Dünyanın zorla deyil, sözlə, diplomatiya ilə, lobbiçiliklə və iqtisadi maraqlarla idarə olunduğu indiki dövrdə torpaqlarımızın azadlığı da təbii ki, bütün dünya azərbaycanlılarının yaşadığı ölkələrdə apardıqları təbliğatdan, Vətən sevgisindən və həmrəyliyindən asılıdır. Ona görə bu qutsal günün dəyərini bir daha vurğulayır və bildirirəm ki, Nicatımız Vətəndaş Həmrəyliyindədir!

Əziz soydaşlarım!

Bir daha Sizləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür, Vətən sevgisi və ideallarımız uğrunda mübarizədə uğurlar diləyirəm.



Xoş arzularla,

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı,

VHP Ali Məclisinin və Siyasi Şurasının üzvləri


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə