Uşaqlarda appendiks çıxıntısının yerləşmə formaları Appendisit




Yüklə 11.61 Kb.
tarix30.04.2016
ölçüsü11.61 Kb.
Uşaqlarda appendiks çıxıntısının yerləşmə formaları

Appendisit (lat. appendicitis) — korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədər baş verir. Qeyri-spesfik bakteriyalardan, bağırsaq çöplərinə üstünlük təşkil edir. Müalicəsi çərrahi müdaxilə yoluilə aparılır. Əməliyyat özü appendektomiya adlanır. Əməliyyat özü iki üsulla icra oluna bilər: 1)açıq üsul yəni qarın boşluğunun yarılması; 2) laparoskopik yəni minimal invaziv üsul. Laparoskopik üsulla appendektomiya qarın boşluğu yarılmadan ora göbək nahiyyəsindən inçision-punktion yolla daxil edilmiş optik cihaz və qarının aşağı iki yan tərəflərindən inçision-punktion yolla daxil edilmiş iki köməkçi alətlər vasitəsilə manitorda müşahidə aparmaqla icra olunur.

Qarın boşluğunda kor bağırsağın yerləşmə vəziyyətindən asılı olaraq soxulcanabənzər çıxıntı da müxtəlif vəziyyətlərdə yerləşə bilir. Q.İ.Utkin çıxıntının aşağıdakı lokalızasiyalarını ayırd etmişdir. (1948)



1.Normada soxulcanabənzər çıxıntı sağ qalça çuxurunda medial vəziyyətdə yerləşir.

2.qaraciyərin altında yerləşə bilər(15%)

3.Retrosekal, yəni kor bağırsağın arxasındaa. Bu da ola bilər ki, retrosekal intraperitonal və retrosekal ekstroperitonal formalarda yerləşşin. Retrosekal vəziyyətdə soxulcanabənzər çıxıntı sağ böyrəyə söykənə və ya sidik axarına parallel dayana bilər.

4. çanaq formal yerləşmə (35%). Bu zaman çıxıntı qalça çuxurundan medial istiqamətdə kiçik çanağın girəcəyinə enmiş olur. Uşaqlarda sidik kisəsi yuxarıda yerləşdiyinə görə soxulcanabənzır çıxıntı sidik kisəsinə söykənərsə iltihab baş verə bilər. əgər düz bağırsaq peritondaxili söykənərsə onda iltihbai proses düz bağırsağa sirayət edə bilər.

5.sol qalça çuxurunda yerləşmə (4%). Bəzən kor bağırsaöın müsariqəsi həddindən artıq uzun olur və o appendiks ilə birgə sol qalça çuxurunda yerləşir. Normada yenidoöulmuşlarda vsoxulcanabənzər ıxıntı 5-12 sm olur.

Appendisit korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı zamanı baş verir.

Appendisitin partlaması həyati təhlükəyə gətirib çıxara bilər, lakin həkimlər cərrahi müdaxilə ilə bunun qarşısını ala bilirlər. Xəstəliyin əlamətləri olduqca fərqlidir və insandan-insana dəyişə bilir.

Aşağıdakı simptomlar sizə də tanış gəlirsə, o zaman dərhal həkimə müraciət edin.


 

Qarın ağrıları:

Appendisit ağrıları adətən qarnın aşağısında, sağ tərəfdə baş verir. İlk ağrılar adətən göbəkdən başlayır və tədricən qarnın aşağısına doğru istiqamətlənir. Bəzi insanlarda, məsələn, uşaqlar və hamilə qadınlarda ağrılar qarnın müxətlif hissələrində başlaya bilər. Hərəkət edən zaman ağrılar daha da şiddətlənə bilər. Eləcə də asqırmaq və ya öskürmək də ağrını gücləndirə bilər.


 

Sürətlə şiddətlənən ağrılar:

Qarnın aşağısından başlayan ağrılar çox güclü ola bilər. Bir çox insan bu ağrının bənzərinin olmadığını qeyd edir. Appendisit ağrısı yatmış birisini oyandırmağa kifayət edəcək qədər güclü ola bilər.


 

Qızdırma və titrətmə.

 

Qusma, ürək bulantısı və ya iştahsızlıq



Bir neçə gün davam edən iştahsızlıq, ürək bulanması və ya qusma mədə probleminə bənzəyə bilər. Lakin bütün bu əlamətlər iki gündən çox davam edərsə, narahat olmağa dəyər.
 

Qəbizlik və ya ishal

Qəbizlik və ya ishal halları digər əlamətlər kimi kəskin şəkildə özünü göstərməyə bilər, hətta qarın ağrılarından sonra başlaya bilər. Əgər uzun bir müddətdir ki ishaldan əziyyət çəkirsinizsə, həkiminizə müraciət etməyiniz məsləhət görülür.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə