United nations office in azerbaijan




Yüklə 12.14 Kb.
tarix30.04.2016
ölçüsü12.14 Kb.



БИРЛЯШМИШ МИЛЛЯТЛЯР ТЯШКИЛАТЫНЫН АЗЯРБАЙЪАНДАКЫ НЦМАЙЯНДЯЛИЙИ



3, UN 50th Anniversary str., Baku, Azerbaijan, AZ 1001

Tel: (+99412) 98 98 88 Fax: (+99412) 92 24 91 / 98 32 35 E-mail: office@un-az.org www.un-az.org





Мятбуат цчцн мялумат
Информасийа хидмяти

ПР/04/019 18 ийун 2004-ъц ил

BMT BAŞ KATIBININ ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ MÜNASIBƏTILƏ MÜRACIƏTI


20 iyun 2004
Milyonlarla qaçqın və məcburi köçkün üçün «ev» anlayışı onların həyatları üçün qorxu içərisində və ümidsiz şəkildə olunan cəhdlə təhlükəsiz yer tapmaq məqsədi ilə tərk etdikləri məkandır. Ev həmçinin çoxlarının bir daha görməyə ümid etmədikləri yerdir, beləki onlar ailələri, dostları, malik olduqları və onlara yaxın olan hər şeyi itirməyin dəhşəti ilə barışmaq üçün mücadilə göstərirlər. Münaqişə və təqibetmələrdən yaxa qurtararaq qaçqın düşərgələrində məskunlaşmış və gələcəyin nə göstərəcəyi barədə dözülməz qeyri-əminlik içərisində yaşayan qaçqınların ən ali arzusu evə dönmək, təhlükəsiz şəraitdə və şərəflə yaşamaqdır. Məhz bu məqsədlə də builki Ümumdunya Qaçqınlar Günü «Ev adlanan məkan» mövzusuna həsr olunmuşdur.
Keçən beş onillik ərzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) münaqişələr nəticəsində öz doğma ocaqlarından didərgin salınmış və yaşayış yeri əldə edərək həyatlarına yenidən başlamaq arzusunda olan 50 milyondan artıq insana kömək etmişdir. Lakin bu gün bu qurumun mühafizəsi altında olan 17 milyon insanın böyük əksəriyyəti öz yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayırlar. Təkcə keçən il ərzində 1.1 milyon qaçqın öz evlərinə qayıtmışdır. 2002-cü ildən bəri üç milyondan artıq Əfqan qaçqın və köçkününün geri dönməsi hətta xarabalığa çevrilmiş evlərinə qayıtmaq arzusunun bariz nümunəsidir. Anqola, Bosniya və Herseqovina, Burundi, Сote d’İvoire, İraq, Liberiya, Ruanda, Sierre Leone və Somalidən olan qaçqınlar da böyük qruplarla geri dönmək fikrindədirlər. Eyni zamanda Afrikadan olan iki milyondan artıq qaçqın və məcburi köçkünün də öz evlərinə geri dönə biləcəyi barədə ümidverici fikirlər vardır.
Çox təəssüf ki, heç bir zaman geri dönə bilməyəcək qaçqınlar da vardır. Onlar üçün çıxış yolu ya sığınacaq tapdıqları ilk ölkədə məskunlaşmaq, bu mümkün olmadıqda isə üçüncü bir ölkədə həyatlarına yenidən başlamaqdan ibarətdir. Bu proses zamanı qaçqınların məhz onların ehtiyacı olduğu zaman sığınacaqla təmin olınması istiqamətində ölkələrin səxavətini unutmamalıyıq. Bu elə bir səxavət və davamlı yardımdır ki, əgər biz dünyanın milyonlarla qaçqın və məcburi köçkününü ev adlanan yerlə təmin etmək istəyiriksə, bu işə bütün beynəlxalq cəmiyyət cəlb olunmalıdır. Gəlin, Ümudünya Qaçqınlar Günündə özümüzü bir daha bu missiyaya həsr edək.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə