Ümummilli Lider Heydər Əliyevin




Yüklə 0.72 Mb.
səhifə3/7
tarix22.02.2016
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7

HEYDƏR ƏLİYEV VƏ

XALQA MÜRACİƏT ETİKETİ
Dünyanın elə böyük şəxsiyyətləri vardır ki, xalq onlara dönə-dönə müraciət edir, onlardan öyrənir və bu şəxsiy­yət­lərin öl­məz irsini gələcək nəsillərə ötürür. Belə görkəmli si­malar dün­ya tarixində onlarla, yüzlərlədir. Həmin sima­ların içəri­sin­də elə şəx­siyyətlər də vardır ki, onların tərcü­meyi-halı mən­­­sub olduğu xalqın keçib gəldiyi tarixdə müəy­yən dövrə bə­rabər tutulur. Belə şəxsiyyətlər dünyada azdır. Yə­qin hiss edirsiniz ki, söhbət Ümummilli Lider Heydər Əli­yev­dən ge­dir. Heydər Əliye­vin tərcümeyi-halı Azərbaycan xalqının, Azər­baycan tari­xi­nin müəyyən dövrünə bərabər tutulan bir tər­cü­meyi-haldır. Bu tarix 1969-cu il iyul ayının 14-dən başlayır. Hə­min gün Azər­bay­can Kommunist Parti­yası Mərkəzi Komitə­si­nin ple­numu oldu. Plenum Heydər Əli­yevi Azərbaycan Kom­mu­nist Par­tiyası Mərkəzi Komi­təsinin birinci katibi seçdi. Hey­dər Əliyev SSRİ məkanının, hətta dünyanın gözləmədiyi və heç bir siyasətçinin ağlına gəlməyən qey­ri-adi bir addım atdı. Səhə­ri­si gün qəzetlərdə plenum haq­qında məlumat dərc ediləndə Hey­dər Əliyev öz şəklinin çapına razılıq vermədi. O vaxta qədər Sovet məka­nında belə bir qayda hökm sürürdü ki, istər respubli­kalarda, istərsə də SSRİ məkanında birinci vəzifə­lə­rə se­çi­lən adam­ların şəkli rəsmi qəzetlərdə çap edilirdi. Xatır­ladıram ki, 1964-cü ilin oktyabr ayında SSRİ rəh­bə­ri N.S.X­ruş­şov haki­miyyətdən ge­dən­dən sonra qəzetlərdə eyni vaxtda iki şəkil çap edildi: L.Brej­ne­vin və A.Kosıginin şəkilləri. Məhz elə o zaman SSRİ məka­nında yaşayan bir çox insanlara tam aşkar oldu ki, həmin vaxta qədər N.S.Xruşşov iki vəzifə daşı­yırmış.

Beləliklə, şübhələnməyə heç bir əsas yoxdur ki, siyasi are­na­da şəkil faktı SSRİ məkanında mühüm siyasi faktlardan biri idi və Heydər Əliyev ilk dəfə olaraq, bu faktdan nüma­yiş­karanə şə­kildə imtina etdi. Respublikada yaşayan əhali Heydər Əliyevin şə­killəri ilə xeyli vaxt tanış ola bilmədi. Bu, qeyri-adi bir siyasi gediş idi.

Yalnız bu faktın özü təsdiq edir ki, Heydər Əliyev si­yasi xa­dim kimi o dövrkü sovet rejiminin standartlarına sı­ğış­mırdı. Bu mənada onun davranış mədəniyyəti, siyasi gö­rüşləri və eyni zamanda öz nitqində işlətdiyi müraciət etiket­ləri o za­man bütün SSRİ məkanında son dərəcə qeyri-adi görünürdü və diqqətdən yayınmırdı.

Sovet dönəmində öz çıxış və məruzələri zamanı rəhbər iş­çi­lərə xas olan bir çox sözlər, kəlmələr, şübhəsiz, Heydər Əli­ye­vin də nitqində işlənirdi. Bunlar ən məşhur və dəbdə olan mü­ra­ciət formaları idi: «yoldaşlar», «əziz yoldaşlar», «dost­lar», «əziz dostlar» və s. Yəni bütün sovet respub­li­kalarında birinci ka­­tiblər, eyni zamanda digər rəhbər işçilər öz çıxışlarını həmin üslubda qururdular. Təəssüf doğuran bir məsələ də var ki, birinci katiblər öz doğma dillərində deyil, rus dilində məruzə edirdilər və həmin sözlər onların nitqində rus dilində səslənirdi. Amma 1969-cu il noyabr ayının 1-də Heydər Əliyev Azər­bay­can Dövlət Universitetinin 50 illi­yinə həsr edilmiş tən­tə­nə­li yığıncaqda qeyri-adi bir addım ataraq, Azərbaycan dilində nitq söylədi və yuxarıda qeyd etdiyimiz kəlmələr yüksək tribu­na­dan ilk dəfə olaraq, ana dilində səsləndi (Mən o vaxt Azərbaycan Dövlət Uni­ver­siteti filologiya fakültəsinin birinci kursunda oxuyurdum və hə­min tədbirdə iştirak edirdim). Çıxış belə başlayırdı:

«Əziz yoldaşlar, dostlar!

Hörmətli qonaqlar!

Bu gün Sergey Mironoviç Kirov adına Azərbaycan Döv­­lət Universitetinin 50 illiyi təntənə ilə qeyd edilir. Azər­baycan xal­qı­­nın həyatında, onun sosialist mədəniyyətinin tə­rəq­qisində, Azər­baycan elminin inkişafında, iqtisadiyya­tı­nın yüksəlişində yu­bilyarımız böyük və səmərəli rol oyna­mış­dır.

Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubi­le­yi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azər­baycanın döv­lət hüdudlarından çox-çox kənara çıxır. Mos­kva­dan, Lenin­qrad­dan, qardaş sovet respublikalarının elm və təhsil mərkəzləri nümayəndələrinin, sosialist dövlət­lərindən olan dostlarımızın yubi­ley şənliklərində iştirakı bu fikrimizə sübutdur» («Kommu­nist» qəzeti, 1969, 2 noyabr –http:files.preslib, s. 3).

Etiraf etmək lazımdır ki, müraciətdən də daha çox əhə­miyyət kəsb edən cəhət respublikaya rəhbərlik edən şəxsin öz doğma ana dilində danışması idi. Həmin müraciətlərə gəl­dikdə isə onlar Heydər Əliyevin respublikaya birinci dəfə (1969-1982) rəhbərlik etdiyi 13 il müddətində əksər nitqlə­rində öz varlığını qoruyub saxlamışdır.

Amma müraciətlə bağlı qeyri-adilik başqa bir yerdə və məqamda meydana çıxdı. 1981-ci ilin yanvar ayında Qara­bağda – Şuşada M.P.Vaqi­fin məqbərəsinin açılışı oldu. Hə­min gün narın-narın qar yağır və ağ qar dənəciklərinə oxşar naxışlarla süslənmiş paltosu və aşağıdan yarıqatlanmış pa­pağı olan Heydər Əliyev ziyalılarla birlikdə böyük Azər­bay­can şairini yad etdi. Sonra isə Xan­kəndidə Dağlıq Qarabağda yaşayan partiya və təsərrüfat fəalları­nın yığıncağı keçirildi və Heydər Əliyev orada nitq söylədi. Amma həmin nitqdə bütün əvvəlkilərdən son dərəcə fərqli olan xüsusi bir cəhət meydana çıxdı.

Təsəvvür edin ki, 13 il ardıcıl olaraq bütün çıxışlarını «yol­­­daşlar», «əziz yoldaşlar», «dostlar», «əziz dostlar» mü­raci­ət­ləri ilə başlayan Heydər Əliyev Dağlıq Qarabağ fəalları ilə görüşdə nitqinə belə başladı: «Bu gün ondan başladıq ki, biz Şuşa şəhərində görkəmli Azərbaycan şairi Molla Pənah Va­qi­fin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışında iştirak et­dik» («Kom­mu­nist» qəzeti, 1982, 19 yan­var). Mühüm cə­­hət odur ki, məruzədə «dostlar» sözünü Hey­dər Əli­yev dilinə belə gətirmədi. Bu, böyük bir rezonans doğuracaq çağırış idi. Həmin fakt göstərir ki, o zaman Dağ­lıq Qarabağda separatizmin simptom­la­rı hiss olunurmuş. Hey­dər Əliyevin məruzədə nitqinin intonasi­ya­sı­nı dəyişdir­məsi həmin simptomlara münasibətin təzahürü imiş.

Heydər Əliyev Moskvaya yüksək dövlət vəzifəsinə ge­dəndən sonra daha bir maraq­lı məqam ortaya çıxdı. Biz o zaman Moskvada Heydər Əliyevin əynində Şuşa şəhərində geydiyi palto və papağı gördük. O vaxt­lar Siyasi Büronun üzv­ləri çox vaxt oxşar formada geyinir, oxşar paltoları olur, oxşar şlyapa qoyurdular. Məsələn, bayram­lar­­da, tarixi gün­lərdə Qızıl Meydanda parad qəbul edilən zaman Büro üzv­ləri oxşar geyim formasında tribunada görünürdülər. Amma Heydər Əliyev Azərbaycandan apardığı və Siyasi Büro üzv­lərinin geyim forma­la­rından fərqlənən geyimini dəyişmədi. Və indi o zaman çəkil­miş Siyasi Büro üzvlərinin şəkillərinə baxsanız, ilk anda, birinci olaraq Heydər Əliyevi görəcək­si­niz. Əslində Heydər Əliyev o pa­paq­la, o geyimlə Azər­bay­can xalqına mesaj verirdi: mən si­zin­ləyəm, mənim ürə­yim sizinlə döyünür. Heydər Əliyev Moskva­da vəzifədə olar­kən xatırladığımız müraciət etiketləri ol­du­ğu kimi qalsa da, ge­yimlə bağlı davranış etiketi qeyri-adi bir düşüncəyə malik şəxsiyyətin davranışından xəbər verirdi.

Heydər Əliyev Moskvada vəzifədə olarkən başqa bir ma­raq­­lı məsələ də meydana çıxdı. Məlumat üçün bildirim ki, o za­man deputat seçkiləri ərəfəsində, adətən, Moskvada ya­şayan Si­ya­si Büro üzvləri Moskva şəhərinin müxtəlif seç­ki dairələ­rin­dən öz namizədliklərinin irəli sürülməsinə razı­lıq verirdilər. Res­­pub­li­kalarda isə birinci katiblər respub­likanın paytaxtındakı bi­rinci seç­ki dairəsindən deputat se­çilirdilər. Həmin vaxt Hey­dər Əli­yev SSRİ Ali Sovetinə de­putat seçi­lərkən öz namizədli­yi­nin Ba­kı şəhərindən irəli sü­rülməsinə razılıq verdi. Bu, onun Və­tən sev­gisinin ifadəsi idi. Amma RSFSR Ali Sovetinə deputat se­çi­lər­kən qeyri-adi bir addım atdı. Heydər Əliyev öz namizədli­yi­nin Moskvadan deyil, Al­tay vilayətindən irəli sürülməsinə tə­rəfdar oldu. Mə­sələ bu­ra­­sın­da­dır ki, Al­tay vilayəti qədim türklərin beşiyi he­sab edilirdi. Bu addım ilə Hey­dər Əliyev bütov sovet mə­kanında böyük bir türk­çü oldu­ğu­nu gündəmə gətirdi. Eyni zamanda Heydər Əliyev öz dav­ranış eti­ketləri ilə həmişə fərqli bir mövqe­yə malik olduğunu tam şə­kildə təsdiq etdi.

Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin müraciət etiketlərində müəyyən dəyişik­liklər baş verdi. İlk dəfə olaraq, «yoldaşlar» sözü, «hörmətli həmvə­tənlər» sözü ilə əvəz edildi. Ümumiyyətlə, sovet dö­nə­mində Heydər Əliyev əsl Azərbaycan sözü olan «yol­daş­lar» sözündən tez-tez istifadə etsə də, «hörmətli yol­daşlar» müraciətindən da­ha çox yazıçılar, şairlər, bəstə­kar­lar və s. sənət adamları ilə gö­rüş­lərində istifadə etmişdir. Mə­sələn, Azərbaycan yazıçılarının qu­rultaylarında, yaxud da Mirzə İb­rahimova, Süleyman Rüstə­mə, Balaş Azəroğluna, Qara Qa­ra­yevə ordenlər, medallar, fəxri adlar təqdim edilərkən «hörmətli» sözünə daha böyük önəm verilmişdir. Belə gö­rünür ki, Heydər Əliyev ziyalı məclislərində, Azərbaycanın görkəmli elm xadimlərinin iştirak etdiyi tədbirlə­rin­də “hör­mətli” sözünə üstünlük vermişdir. Bu da, şübhəsiz, onun Azər­­­­baycan ziyalılarına yüksək dəyər verməsi ilə əlaqə­dar­dır.

Müstəqillik həyatın bütün sahələrində Azərbay­cana ye­niliklər gətirdiyi kimi, müraciət etiketlərinin də müəyyən qə­dər yeniləşməsinin, bir növ müstəqilləşmə­si­nin ciddi təkanı ol­du. Səciyyəvidir ki, müraciət etiketləri ilə bağlı olan həmin söz­lər və ifadələr hər hansı bir asılılığı qəti şəkildə rədd edir­di. Hey­dər Əliyev tərəfindən işlədilən yeni xarakterli etiket­lər müs­tə­qil dövlət başçısının və müstəqil düşüncə sahibinin işlətdiyi eti­ketlər idi. Hətta Heydər Əliyevin şəxsində bir çox qeyri-rəsmi eti­ketlər də rəsmi etiketlər səviyyəsinə qaldırıldı. Bunun ən bariz nü­munəsi «dostum, qardaşım» müraciəti idi.

Maraqlıdır ki, Heydər Əliyev bu ifa­də­lər­dən yalnız şəxsi söhbətlərində deyil, bundan daha artıq dərəcədə rəsmi münasibətlər müstəvisində istifadə edirdi. Nümunə üçün qeyd edək ki, 7 dekabr 1995-ci ildə Azərbay­ca­na rəsmi sə­fərə gələn Türkiyə Respublikasının prezidenti Sü­ley­man Də­mirəlin Binə hava limanında qarşılanması mərasimində Hey­dər Əliyevin çıxışı belə başlayırdı:

«Hörmətli Prezident, əziz dostumuz, qardaşımız Süley­man Dəmirəl!

Hörmətli qonaqlar!

Qədim Azərbaycan torpağına – öz məmləkətinizə xoş gəl­mi­si­­niz. Mən sizi Azərbaycan xalqı adından, bütün Azər­baycan və­tən­­daşlarının adından ürəkdən salamlayıram və əmin olduğu­mu bil­dirmək istəyirəm ki, sizin bu səfəriniz Türkiyə ilə Azər­bay­can ara­sında olan dostluq, qardaşlıq əla­qələrinin bundan son­ra da in­ki­şaf etdirilməsinə çox böyük xidmət edəcəkdir» (Hey­dər Əliyev. Müs­tə­qilliyimiz əbədidir. Beşinci kitab. Bakı, Azərnəşr, 1998, s.136).

Yaxud məhz həmin vaxtda –­­ 7 dekabr 1995-ci ildə Heydər Əliyevin “Gülüstan” sarayında Türkiyə Respubli­ka­sının Prezi­den­ti Süleyman Dəmirəlin şərəfinə rəsmi ziya­fət­dəki nitqinə diq­qət edək:

«Hörmətli Prezident, əziz dostumuz, qardaşımız Sü­ley­man Dəmirəl!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar! Bu gün Azərbaycan dost Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qar­da­şımız Süleyman Dəmirəlin ölkəmizə rəsmi səfəri münasibətilə əla­mətdar tarixi bir gün yaşayır» (Heydər Əli­yev. Müs­təqilli­yi­miz əbədidir. Beşinci kitab. Bakı, Azərnəşr, 1998, s. 137).

Heydər Əliyevin nitqlərində işlənən «dostum, qarda­şım» sözləri, sadəcə müraciət formaları olmayıb, Heydər Əli­yevin dəqiq düşü­nülmüş seçimi idi. Məsələ burasındadır ki, Süleyman Dəmirələ ünvanlanmaqla başlanan həmin ifa­dələr sonralar türkdilli res­pub­li­ka­ların dövlət başçılarına da ünvanlandı. 18 mart 1996-cı ildə Azərbaycana rəsmi səfərə gələn Türkmə­nis­tan Prezidenti Saparmurad Niyazov – Türk­mən­başının Binə ha­va limanında qarşılanması mərasimində Heydər Əliyevin verdiyi bəyanat belə başlayır:

«Hörmətli xanımlar və cənablar!

Bu gün Türkmənistan Prezidenti, bizim hörmətli dos­tu­muz, qardaşımız cənab Saparmurad Niyazov-Türkmən­başı mə­nim dəvətimlə Azərbaycan Respublikasına rəsmi sə­fərə gəl­mişdir (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Be­şinci kitab. Bakı, Azərnəşr, 1998, s. 460).

Yaxud 27 may 1996-cı ildə Özbəkistan Res­pub­li­ka­sı­nın prezidenti İslam Kərimovun Binə hava limanın­da qar­şılanması mərasimində Heydər Əliyevin verdiyi bəyanat be­lə başlayır:

«Biz Özbəkistan Respublikasının prezidenti, dostumuz və qar­daşımız cənab İslam Kərimovu Azərbaycanda, Bakı şəhə­rin­də salamlayırıq» (Heydər Əliyev. Müstəqilliyimiz əbə­­­didir. Al­tın­cı kitab. Bakı, Azərnəşr, 1998, s. 321).

Xatırladaq ki, digər dövlət başçılarına müraciətdə hə­min ifa­dələr təkrar edilmir. Məsələn, Heydər Əliyevin 8 mart 1996-cı ildə Gürcüstan parlamentinin xüsusi iclasında söylədiyi nitqin ilk cümlələri belədir:

«Hörmətli Gürcüstan Prezidenti cənab Eduard Şevard­nad­ze, hörmətli sədr, hörmətli parlament üzvləri! (Heydər Əli­yev. Müs­təqilliyimiz əbədidir. Beşinci kitab. Bakı, Azər­nəşr, 1998, s. 408).

Və yaxud 27 mart 1996-cı ildə Rumıniya prezidenti İon İlyeskonun Binə hava limanında qarşılanması mə­ra­si­mində Heydər Əliyevin bəyanatı belə başlayır:

«Hörmətli prezident! Hörmətli qonaqlar!

Bu gün Azərbaycan Respublikası ölkəmizə rəsmi səfə­rə gəlmiş Rumıniya Prezidenti hörmətli cənab İon İlyoskonu qəbul edir. Bizim əziz qonağımız, Azərbaycana gəlməyiniz mü­na­si­bətilə sizi salamlayıram (Heydər Əliyev. Müstəqil­li­yi­miz əbədi­dir. Altıncı kitab. Bakı, Azərnəşr, 1998, s. 21).

Müstəqillik zamanında Heydər Əliyevin nitqində başqa bir müraciət etiketi yarandı. Bu, analara, bacı və qar­daş­lara olan müraciət idi. Bəs bu etiket harada və necə mey­dana çıxdı?

Heydər Əliyevin xalqa müraciət etiketləri içərisində ana­la­ra və bacılara olan xitab ilk növbədə milli, dini bay­ram­lar və tarixi günlərlə əlaqədardır. Heydər Əliyevin 20 mart 1994-cü ildə Novruz bayramı münasibətilə xalqa mü­raciəti belə başlayır:



«Hörmətli həmvətənlər, bacılar və qardaşlar!

Bu əziz bayram axşamı sizi, bütün Azərbaycan xalqını, respub­likamızın bütün vətəndaşlarını milli bayramımız – Nov­ruz bayramı münasibətilə təbrik edirəm! Novruz bay­ra­mı həm də təbiətin bayramı, Bahar bayramıdır. Bir neçə saat­­dan sonra il təhvil olacaq, yeni il başlanacaq, gecə ilə gün­düz bərabərləşəcək, təbiətdə, dünya həyatında əlamətdar hadisələrin şahidi olacağıq.

Azərbaycan xalqı milli azadlığa nail olmuşdur. Azər­bay­­can müstəqil dövlətdir, dünya birliyi tərəfindən tanınmış və bu birlikdə layiqli yerini tutmuşdur. Qədimdən bəri qeyd etdiyimiz Nov­ruz bayramı Azərbaycan Respublikasının döv­lət bayramı­dır» (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bi­­­rinci kitab, Ba­kı, Azərnəşr, 1997, s. 482).

Heydər Əliyevin 1994-cü il may ayının 21-də Qurban bay­ramı münasibətilə Bakı zəhmətkeşləri ilə görüşündəki çı­xışına da diqqət yetirək:

«Əziz qardaşlar, bacılar, hörmətli həmvətənlər!

Bu gün burada – Azərbaycan xalqının, müsəlman alə­minin müqəddəs yerində, Bibiheybət pirində sizi müsəlman­ların əziz bayramı olan Qurban bayramı müna­si­bətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik arzu edi­rəm. Bu bayra­mı Azər­bay­­can xalqı ağır vəziyyətdə keçirir. Xalqımız tə­cavüzkarlar tərə­findən müharibəyə cəlb olun­muşdur. Qəhrə­man oğullarımız torpaqlarımızı qorumaq uğ­runda şəhid olur­lar. Biz doğma tor­paq­larımızı müdafiə edə­cək, Azərbaycanın ərazi bütövlüyünü tə­min edəcək, milli, dini ənənələrimizin hamısını bərpa edəcə­yik. Xalqımız bun­dan sonra ulu baba­larının yolu ilə, həzrəti Məhəm­məd pey­ğəmbərin qoyduğu yol ilə gedəcək və xoşbəxt gələcəyə ça­tacaqdır» (Heydər Əli­­yev. Müstəqilliyimiz əbədidir. Birinci ki­tab, Bakı, Azər­nəşr, 1997, s. 577).

Yaxud 27 may 1994-cü il Respublika sarayında Azər­bay­canın İstiqlal bayramı – Respublika gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqinə diqqət edək:

«Əziz həmvətənlər, bacılar və qardaşlar!

Hörmətli xanımlar, cənablar!

Sizi Azərbaycanın Respublika günü, İstiqlal bayramı mü­na­sibətilə təbrik edirəm, sizə dözümlülük, nikbinlik, döv­lət­çi­li­yi­mizin möhkəmlənməsi yollarında dönməzlik və inam, Azər­bay­­canın işıqlı gələcəyi naminə xoşbəxtlik və səa­dət arzula­yı­ram.

1918-ci il may ayının 28-də Azərbaycan torpağında ilk res­­publika – Azərbaycan Demokratik Respublikası yarandı. Azər­­­baycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, mil­­li azad­lıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqı­mız çox mi­nil­lik tarixində dəfələrlə, milli döv­lətini yaratmış, la­kin sonralar müxtəlif səbəblər üzündən bun­lardan məhrum ol­muşdur. XX əsrin əvvəllərində Azərbay­can­da milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın de­mokratik qüv­­vələri, mü­tə­fəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müs­­­təqilliyi uğ­runda, xalqımızın azadlığı uğ­runda mübarizəyə qo­­şul­du­lar. Birinci dünya mühari­bə­si­nin bitməsi ilə əlaqədar ola­­­raq dün­yada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəti­cə­sin­də Rusiya imperiyasının dağılması Azərbaycanda müstə­qil döv­­­lət yaratmaq üçün şərait mey­dana gətirdi. Belə bir şəra­itdə Azər­baycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il ma­yın 28-də ilk Azərbaycan Demokratik Respub­li­­ka­sını elan et­di­lər» (Hey­dər Əliyev. Müstəqilliyimiz əbə­di­dir. İkin­ci kitab, Bakı, Azərnəşr, 1997, s. 5 ).

Analara və bacılara müraciətin başqa bir istiqaməti isə gərgin tarixi şəraitlə bağlı olmuşdur. Belə ki, 1993-cü ilin yayında Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. Ölkə­mi­zin cənubunda separatizm meyilləri baş qaldırmışdı. Azər­bay­can parçalanmaq təhlükəsi qarşısında qalmışdı. O zaman – avqust ayının 23-də Heydər Əliyev televiziya vasitəsilə xal­qa müraciəti zamanı “hörmətli bacılar və qar­daşlar” xitabından istifadə etdi. Müraciətə diqqət yeti­rək:

«Hörmətli həmvətənlər! Bacılar və qardaşlar! Bu gün mən sizə müraciət etmək məqsədilə televiziya studi­ya­sı­na gəlmişəm və bəzi məsələlər haqqında mülahizələrimi, fi­kir­lərimi sizə çatdırmaq istəyirəm.

Azərbaycan xalqı, Azərbaycan Respublikasının vətən­daş­ları ağır günlər keçirirlər, həyatımız son dərəcə gərgin və­ziy­yətdədir. Bu gərginlik iyul ayının əvvəlindən başlamış proseslər­lə müəyyən qədər bağlıdır və ondan sonra həmin prosesləri normal hala salmaq üçün mühüm tədbirlər görül­mə­sinə baxma­yaraq, bu proseslər hələ də tamamilə ləğv olun­­mayıbdır və gərginlik davam edir» (Heydər Əliyev. Müs­­­təqilliyimiz əbədi­dir. Birinci kitab, Ba­kı, Azərnəşr,1997, s. 90).

İkinci dəfə belə bir hal noyabr ayının 2-də baş verdi. Er­mə­­nistan ordusu Azərbaycan sərhədlərini keçərək sər­həd bölgə­lə­rindəki torpaqlarımızın bir qismini zəbt etdi. Bu, müs­tə­qil­liyi­mizə, öl­kəmizin suverenliyinə böyük bir qəsd idi və belə bir təhlükəli mə­­qamda Heydər Əliyev yenə radio və televiziya ilə xalqa mü­ra­ci­ət edərək “hörmətli bacılar və qardaşlar” xitabını dilə gə­tir­di:

«Əziz həmvətənlər, hörmətli bacılar və qardaşlar!

Son vaxtlar erməni silahlı qüvvələrinin Azərbaycan Res­pub­li­kasının ərazisinə yeni hücumları və təcavüzü nəti­cə­sində respublikada yaranmış vəziyyətlə əlaqədar mən bu gün televi­ziya studiyasına gəlib, bəzi fikirlərim və müla­hi­zə­lərim haq­qın­da sizinlə söhbət aparmaq, öz rəyimi bil­dir­mək istəyirəm.

Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çox­­­­dur ki, müharibə şəraitindədir. Bu müddətdə erməni si­lah­lı qüv­­­vələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi ola­­raq da­vam edib, respublikamızın ərazi bütövlüyü aybaay, il­bə­il pozu­la­­raq, onun torpaqları təcavüzkar tərəfindən işğal olu­nubdur, in­di isə böyük bir qismi işğal altındadır. Son həf­tə­lər Azərbay­can­da, respublikanın Ermənistanla həm­sər­həd bölgə və rayon­la­rın­da və­ziyyət daha da gərginləşmiş, erməni si­lahlı qüv­vələrinin tə­ca­vüz­kar hücumları şiddət­lənmiş və bunun nəticə­sində Füzuli, Cəb­­rayıl rayonlarının cə­nub hissə­sin­də olan yaşa­yış məntəqələri – kəndlər, qə­sə­bə­lər dağıdılıb vi­ran edilmişdir. Bu rayonlar ta­ma­­milə erməni si­lahlı qüv­və­lə­rinin işğalı altına keçmişdir. Sonra Zən­­gilan ra­yonuna hü­cumlar olmuş və nəticə­də bu rayon da iş­ğal edil­mişdir. Be­lə­liklə, respublikamızın və­tən­­daşlarına, həya­tı­na, Azər­bay­ca­nın ərazi bütövlüyünə yeni zər­bələr endirilmiş, in­­­san­­­lar tələf ol­muş, yaralanmış, on minlərlə vətəndaşımız ye­rin­­­­dən di­dər­gin düşüb qaçqına çevrilmişdir» (Heydər Əliyev. Müs­­­təqil­liyimiz əbədidir. Birinci kitab, Bakı, Azərnəşr,1997, s. 227).

Beləliklə, sovet dönəmində səslənən müraciət etiketləri də­yi­­şir, yeni tarixi şəraitə uyğun olan müraciət etiketləri mey­da­na çıxırdı.

1994-cü il oktyabr ayının 4-də isə Xüsusi Təyinatlı Polis Dəstəsinin çevriliş etmək cəhdi ilə bağlı televiziyadakı çıxışı za­ma­nı Heydər Əliyevin öz nitqində işlətdiyi xitablar xüsusi olaraq diqqəti cəlb edir. Belə ki, həmin dövrdə Azər­baycan dövlətçiliyinə ciddi bir təhlükə yaranmışdı. Hərbi qrup­laşmalar hakimiyyət çevrilişi etmək niyyətində idilər. Azər­bay­canın başı üzərində qara buludlar dolaşırdı, Azər­bay­can ölüm­lə üz-üzə dayanmışdı. Məhz o zaman Heydər Əli­yevin xal­qa müraciət etiketi tam yeni bir məzmun çaları qazandı. Həmin mü­raciətin əvvəli belə başlayır:

«Hörmətli həmvətənlər, əziz bacılar, qardaşlar!

Azərbaycan vətəndaşları!

Bu axşam vaxtı mən yaranmış vəziyyətlə əlaqədar ola­raq, televiziya vasitəsilə sizə birbaşa müraciət etmək məcbu­riy­­yə­tin­də­yəm. Dünən televiziya ilə xalqa müraciət edərək son gün­lər Azər­baycanda yaranmış gərgin vəziyyət haqqında məlu­mat ver­dim, öz mülahizələrimi bildirdim və Azər­bay­can xalqını bu və­ziy­yətdən çıxmaq üçün fəaliyyət göstər­mə­yə dəvət etdim» (Hey­dər Əliyev. Müstəqilliyimiz əbədidir. İkinci kitab, Bakı, Azərnəşr,1997, s. 355).

Çıxışın sonuna yaxın isə müraciət belə davam edir:

«Mən Azərbaycanın qadınlarına müraciət edirəm. Ana­lar, bacılar cəmiyyətdə sülh yaranması üçün həmişə böyük va­si­təçi olmuşlar. Ağbirçək analar həmişə öz övladlarına öyüd-nəsihət verməklə onları düz yola dəvət etmiş­, bu yolla get­mələrinə çalış­mışlar. Hörmətli analar, bacılar! Hör­mət­li gəlinlər, qızlar! Mən sizə müraciət edirəm. Bu ağır dəqi­qə­lərdə ayağa qalxın, fəaliyyət göstərin, küçələrə çıxın, Pre­zi­dent Aparatının qarşısına gəlin. Öz cəsarətinizlə, qadınlıq qey­rətinizlə bu vəziy­yətdən çıx­ma­ğa kömək edin» (Heydər Əli­yev. Müstəqil­liyimiz əbədi­dir. İkinci kitab, Bakı, Azər­nəşr, 1997, s. 359-360).

İlk dəfə olaraq Heydər Əliyevin xalqa müraciətində “ana­­lar və bacılar”la yanaşı “gəlinlər və qızlar” ifadəsi də işlənir. Bu, həmin vaxt Azərbaycan dövlətçiliyinin son dərə­cə təhlükəli və­­ziy­yət qarşısında qalmasının bir göstəricisidir. Belə bir müra­ciətdən sonra Azərbaycan xalqının bütün tə­bəqələrdən olan nü­ma­yəndələri Prezident Aparatı qarşısın­da cəmləşdilər və Azər­bay­can öz lideri ətrafında birləşib yaran­mış növbəti təhlükəni dəf edə bildi.

Heydər Əliyevin nitqlərində xalqa müraciət etiketləri həm də unu­dul­maz bir tarixdir. Müraciət etiketlərinin məz­munu və istiqaməti sü­but edir ki, Heydər Əliyev dərin dövlət adamıdır. Heydər Əli­ye­vin özü dərin bir dövlətdir.



Cəlal QASIMOV

filologiya üzrə elmlər doktoru, professor
HEYDƏR ƏLİYEV VƏ «KİTABİ-DƏDƏ QORQUD»
Azərbaycanda “Kitabi-Dədə Qorqud”a dövlətin birinci rəsmi adamı səviyyəsində iki dəfə xüsusi mü­na­sibət bildi­rilmişdir: Mir Cəfər Bağırovun xüsusi münasibəti, Heydər Əliyevin xüsusi münasibəti.

Birinci rəsmi münasibət: “Bu yaxınlarda Azərbay­can Sovet Yazıçılar İttifaqı öz növbəti məsələlərini müza­ki­rə etdiyi zaman “Kitabi-Dədə Qorqud”un qiy­mət­ləndiril­məsinə tamamilə düzgün yanaşmışdır. Bəzi ədəbiyyatşü­naslar və ya­zı­çı­­lar si­ya­si sayıqlığını və məsuliyyət hissini itirərək uzun illər ərzində bu zərərli, xalqa zidd kitabı Azər­bay­can eposu adı ilə təbliğ etmiş­lər. “Dədə Qorqud” xalq epo­su de­yildir. Bu kitab başdan-başa soyğunçuluq və qırğın məq­sə­dilə Azər­baycana gələn kö­çəri oğuz tayfaları­nın hakim yu­xarı təbəqəsini tərifləməyə həsr edil­mişdir. Bu ki­tab ta­ma­milə millətçilik zəhəri ilə doludur, mü­səl­man olma­yan baş­qa xalq­­lara, əsasən, qardaş gürcü və erməni xalqlarına qarşı ya­zılmışdır.

Bu kitabın nəşr olunması Azərbaycan SSR Elmlər Aka­­­­de­­miyası rəhbərlərinin və Ədəbiyyat İnstitutunun ko­bud bir siyasi səhvi hesab edilməlidir.

Yoldaşlar, ideoloji təhriflərə və burjua millətçiliyi tə­za­hürlərinə qəti son qoymaq və marksizm-leninizmə zidd ideo­lo­giya yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq la­zımdır” (Azərbaycan Kommunist (bolşe­viklər) Par­tiyasının XVIII qu­rul­­tayında Azərbaycan K(b)P MK-nın işi haqqında M.C.Bağırovun hesabat məruzə­sin­dən) (“Kom­munist” qəzeti, 26 may, 1951).

Təbii ki, M.C.Bağırovun bu “münasibəti” və divan tut­­maq tə­ləbi (əmri) bü­töv­lük­də Azərbaycan sovet auditori­ya­sına yönəl­miş “direktiv”, göstəriş idi. Lakin “direktivin” hər bir tezisi, sa­də­­cə, ideoloji yalan, böhtan, qə­zəb ifadəsi ol­maqla qalmır, eyni za­­manda po­e­tik-elmi ya­naşma tezisləri kimi elmi fikir döv­riy­yə­si­nə daxil edilir. Əs­lində M.C.Ba­ğırovun bu direktivi yalnız “Də­­­də Qorqud”a deyil, bütöv­lükdə oğuznamələr­dən, mil­­­­li kimlik­dən imtinaya yö­nəlmişdi və bu, o dövrdə “Dədə Qor­­­qud”, eləcə də di­gər milli epos­larımıza müna­sibətin nə­­­­zə­ri-me­­to­doloji əsasını təşkil edirdi. Bu cə­hət­dən rəsmi müna­si­­bət bu gün «nəzəri-poetik» tezislər kimi diqqəti daha çox cəlb edir.

İlk növbədə, “Dədə Qorqud”un Azər­bay­can dastanı olma­ma­sı haqqında tezis ciddi nara­hatlığa əsas verir. Bu, bü­töv­lükdə yalan bir yanaşma olub, Azər­baycan das­tan­çılıq tə­fək­kürünün, milli düşüncəsinin inkişaf dialek­ti­ka­sı­na ta­ma­­mi­lə zid­dir. Orijinalında “Kitabi-Dədəm Qorqud əla-lisa­ni-taifeyi-oğu­zan” (“Oğuz tay­fa­larının dilində Kita­bi-Də­dəm Qor­­­qud”) adlan­dırılan bu abidə bütün cəhətləri ilə, o cüm­lədən di­li­nə, dini­nə, coğ­rafiyasına, ekologiyasına və nə­ha­yət, ruhuna qə­dər oğuz türk­lərinin dastanı­dır və oğuzların azər­baycanlıların ulu babası ol­ması gün kimi məlum həqi­qət­dir. “Dədə Qorqud”a Azər­baycan türklüyünün mənəvi varlığının ayrılmaz tərkib hissəsi kimi yanaşan Yaşar Qara­yev yazır: “Min üç yüz ildir ki, Qorqud xal­qın qan və gen yaddaşı kimi yaşayır və özün­dən əvvəlki min üç yüz ilin də bədii və ge­netik arxetipini hər sətrində, hər sözündə yaşa­dır. Üstəlik, növbəti, min üç yüz il üçün də ən sabit, etibarlı, mənəvi-əx­laqi kodlar və genlər yenə bu “ana kita­bın” bət­nin­də və ru­hunda qorunub saxlanır. Müs­tə­­qillikdə minillik və əbədilik üçün əsas­lar, xalq­­lar­la kül­tür­lər, yer və göy, tor­paq və millət, təbiət və ekologiya ara­sın­da davranış və rəftar kodeksi, qa­nun və ana yasa... ha­mı­sı, hamısı öz əksini bu kitabda tapır. Və müstəqillik döv­rün­də də Qorqud yenidən mənəvi inti­ba­hın simvolu, milli heysiyyətin və özünüdərkin sə­nədi olur” (Azərbaycan şifahi xalq ədəbiy­yatına dair təd­qiq­lər. X kitab. Bakı, “Səda”, 2001, s. 4).

“Dədə Qorqud” Azərbaycan xalqı üçün “Quran”dan son­ra ən müqəddəs kitab­dır. “Quran” xalqımızın səmavi, ila­hi kita­bı­­dırsa, “Dədə Qorqud” bizim milli ki­ta­bı­mızdır. Ma­raq­­lıdır ki, böyük tədqiqatçı alim Fuad Köprü­lü də milli kitablar içə­ri­sində birinciliyi “Dədə Qorqud”a verirdi. Mə­hərrəm Er­gin xatırladır ki, “türk ədəbiyyatı tarixinin ən böyük alimi, pro­fessor Fuad Köprü­lünün dərs­lərində söylə­diyi bir söz vardı: “Bü­tün türk ədə­biy­yatını tə­rəzinin bir gö­zünə, “Dədə Qor­qud”u o biri gö­zü­nə qoysanız, yenə “Dədə Qorqud” ağır gələr” (Mə­hər­rəm E. Dədə Qor­qud kitabı. İs­tanbul, 1980, s. 5).

B.Nəbiyev və Y.Qarayev “Dədə Qorqud”u oğuz xalq­larının ata kitabı adlandırırlarsa, yazıçı Anar da bu mənada eposu xalqımızın ana kitabı hesab edir: “Hər hansı xalq, ədəbi irsi nə qədər zəngin olsa da, bir, ya iki əsas kitaba, tə­məl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın var­lığını ən dolğun və bitkin şəkildə əks etdirir. Belə kitab xal­qın mənliyini, mənşəyini və məskənini təsdiq edir, keç­mişini və gələcəyini müəy­yən­ləşdirir, özlüyünü, bənzər­siz­liyini, fəlsəfi və əxlaqi ba­xış­­ları­nı, dünyagörüşünü və dün­ya­duyu­munu, etik və estetik də­yər­lərini göstərir, xasiy­yə­tinin, mə­ca­zının, davranışının ən incə psixoloji çalar­la­rı­nı açır, torpa­ğının ətrini və rəng­lə­rini, dağla­rının əzəmətini, me­şə­lərinin, çaylarının, bulaq­ları­nın sərin­liyini, çöl­lə­rinin, düz­­lə­ri­nin ge­niş­lyini canlan­dı­rır... Azərbaycan xalqı­nın şah əsəri, Ana ki­tabı “Dədə Qor­qud dastanı”dır (Anar. Sizsiz. Bakı, “Gənc­lik”, 1992, s.11).

M.C.Bağırovun dastana münasibətində diqqəti cəlb edən əsas tezislərdən ikin­ci­si “Dədə Qorqud”un, ümumiy­yət­­­­lə, xalq das­ta­nı olmaması, onun əvvəldən axıra kimi Azər­­­­baycan torpaq­larına qatil və soyğunçu kimi gəlmiş oğuz köçəri tayfalarını ida­rə edən yuxarı təbəqələrin tərifi­nə həsr olunmuş kitab olmasıdır.

Bu “tezis” özündə əks etdirdiyi siyasi qəzəb, nifrət, hik­kə baxımından ilk baxış­dan ideoloji təsir bağışlayır. An­caq bu “tezis” daha çox nəzəri-poetik, metodoloji-bə­dii xa­rakterlidir. Onun təhlili göstərir ki, M.C.Bağırova görə, “Də­də Qorqud”:


  • xalq dastanı deyil;

  • bir kitab kimi oğuzların yuxarı təbəqələrinin ideo­logi­ya­sı­nı özündə əks etdirir.

Təbii ki, M.C.Bağırovun bütün ədəbi-nəzəri yanaşma­sı ideo­lo­ji əsaslara malik olduğu, başqa cür desək, sovet ideo­lo­­gi­ya­sının ədəbiyyata yanaşmasını əks etdirdiyi üçün əv­vəlcə onun “Dədə Qorqud”u nəyə görə dastan hesab etmə­mə­sinin siyasi-ideoloji əsaslarına diqqət yetir­mək la­zımdır.

M.C.Bağırov dastanı “kitab” adlandırır. Bu məsələyə o, başqa cür yanaşa bilməzdi. Çünki bir tərəfdən əlyaz­ma­nın üstündə “Kitabi-Dədəm Qorqud əla-lisani-taifeyi-oğu­zan” ya­zıl­ması ona başqa söz söyləməyə imkan vermir­di, di­gər tərəfdən isə abidəni heç cür dastan hesab etmək is­tə­mə­yən M.C.Bağırov üçün “kitab” termini daha uyğun idi.

Bəs o, “Dədə Qorqud”u nəyə görə xalq dastanı hesab etmirdi?

Məsələnin bu tərəfi birbaşa sovet dövlətinin ədəbiyyat haqqında ideologiyası ilə bağlı idi. Sovet ideologiyası klas­sik ədəbi (o cümlədən bütün mədəni) irsi keçmiş sinfi cə­miy­yətlərin baxışlarını özündə əks etdirən mürtəce ədə­biy­yat kimi rədd edir və buna qarşı yeni xalq ədəbiy­yatını qo­yur­du. Bu yanaşma bütövlükdə proletkultçu­luq adla­nırdı. Z.Həbibo­va göstərir ki, Sovet dövlətində folklo­run toplan­ma­sı birbaşa siyasi-ideoloji məsələ idi. Belə ki, klas­sik irsi “köhnəlik qa­lığı”, inqilabdan qabaqkı ədəbiy­yatı “mürtəce burjua ədə­biy­yatı” adlandıran sovet ideolo­gi­ya­sı folkloru “əsl” xalq ədə­biyyatı sayaraq onun toplan­masına xüsusi əhəmiyyət ve­rirdi. Bu işə kənddə yaşa­yan müəllimlər, ixti­sa­sından asılı olma­yaraq bütün savadlı adamlar qoşul­muş­du­lar. Bakıdakı elmi mərkəzlərə, qəzet-jurnal redaksi­ya­la­rı­na saysız folklor nü­mu­nə­lə­ri yollayır­dılar. Bu işin yaxşı tə­rəf­lə­ri ilə bərabər, çox­lu qüsurlu və çatışmaz tərəf­ləri də var idi. Belə ki, folk­lorun kütləvi şəkildə toplanması çox yaxşı hal idi: xalq yara­dı­cılığı itib-batmaqdan xilas olurdu. Lakin folklorun nə ol­duğunu bilməyən, onun top­lanma prinsip­lə­rin­dən tam şəkil­də xə­bər­siz olan, bu işə folklor toplamaq­dan daha çox par­tiyanın ça­ğırışına qoşul­maq, yəni siyasi kom­pa­ni­ya kimi ba­xan adam­la­rın topladığı folklor mətn­lə­ri­nin poetik keyfiyyəti əksər hallarda çox aşağı idi. On­lar “xü­ra­fat”, “köhnəlik”, “din qalığı” adı altında folklor mətn­lərinə, ağıllarına necə gə­lirdisə – o cür də, əl gəzdi­rir­di­lər (Həbibova Z. Hümmət Əli­zadənin folklor­şü­nas­lıq irsi. Bakı, Təhsil, 2008, s. 22).

Sovet ideoloji yanaşmasında folklor əzilən, istismar olu­nan kütlələrin arzu-istək­lə­rini əks etdirən xalq ədəbiy­yatı kimi qəbul olunur və onun toplanması və təbliğinə xüsu­si fikir verilirdi. P.Əfəndiyev qeyd edir ki, 30-cu illərdə şifahi xalq ədəbiy­yatının toplanması işinə xüsusi diqqət yetirilir. 1934-cü ildə sovet yazıçılarının I Ümum­it­­­tifaq qurultayının tribuna­sından M.Qorki folklorun tarixi və təc­rübi əhəmiy­yə­tindən bö­yük ehtiras və elmi əsaslarla danışaraq çox­mil­lətli vətənimizin bütün ya­zı­çı­larının diqqə­tini xalqın bu mə­nəvi sərvətinə cəlb etdi. 30-cu illərdə, demək olar ki, bütün mət­buat orqanlarının səhifələ­rində folklor nümunələrinə rast gə­lirik. Bunların hamı­sı xalqın dilin­dən alınır və mətbuat va­sitəsilə xalqa çatdırılırdı. Bu dövr­də folk­lor ekspedi­siya­la­rının sayı da artmışdır. Bu ekspedi­si­yaların məqsədi, və­zi­fələri və nə­ti­­cə­ləri barədə də mətbu­at­da tez-tez yazılırdı” (Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiy­yatı. Bakı, Maa­­rif, 1992, s. 62-63).

Bütün bu siyasi-ideoloji ab-hava şəraitində “Dədə Qor­qud kitabı”nın dastan he­sab edilməsi sovet ideologi­yası­nın baxışlarına heç cür uyğun gəlmirdi. Çünki dastan folklor janrıdır. Əgər “Dədə Qorqud”un dastan hesab edil­səy­­di, on­da bolşevik­lərin onu xalq ədəbiyyatı nümunəsi ki­mi in­­kar etməsi mümkün olmazdı. “Dədə Qor­qud” isə Azər­­baycan xalqının milli gö­rüş­lərini özün­də əks et­di­rən abi­­də kimi, xalqımızı hər cür mil­li­lik­dən məhrum edib, man­qurtlaşdır­maq istəyən bolşevik ideoloq­la­rı­nın maraq­la­rı­na tamamilə zidd idi. Ona görə də, onlar bu abidəni xalq das­tanı yox, oğuzların yuxarı təbəqəsinin – istismarçıların, zülmkar­ların baxışları­nı, zövqünü, həyatını əks etdirən əsər – ki­tab hesab edirdilər.

“Dədə Qorqud” Azərbaycan və dünya tədqi­qat­çı­larının birmənalı şəkildə təsdiq etdiyi kimi, oğuz xalq­la­rı­nın milli eposu – qəhrəmanlıq dastanıdır. Onda xalqı­mı­zın epos-das­tan təfəkkürünün bütün özünəməx­sus­luğu əks olun­muşdur. Bu abidə həm bir folklor janrı kimi – dastan, həm də milli dü­şüncə sistemini özündə əks etdi­rən abidə ki­mi – eposdur. Bir dastan olmaqla bərabər, milli epos olması “Də­də Qor­qud”un monumental milli mədəniyyət ha­di­səsi olma­sından soraq verir.

M.C.Bağırovun yanaşmasında diqqəti cəlb edən bir mü­­­hüm detal da var. Həmin detal, əslində, onun abidəyə qar­şı təşkil et­diyi hücumun ideoloji əsasını təşkil edir. O göstə­rirdi ki, “Ki­ta­bi-Dədə Qorqud” əvvəldən axıra kimi Azər­baycan torpaqla­rına qatil və soyğunçu kimi gəlmiş köçəri oğuz tayfalarını idarə edən yuxarı təbəqələrin təri­finə həsr olunub” (“Kommunist” qəzeti, 26 may, 1951).

Burada məsələnin bütün mahiyyəti “yuxarı təbəqələr” an­layışı ilə bağlıdır. M.C.Ba­ğırovun yanaşmasında əsas məq­­­­səd ondan ibarət idi ki, əgər “Dədə Qorqud” abidəsi oğuzların yu­­xarı təbəqələri ilə bağlıdırsa, onda, o, istismarçı sinfin məna­fe­yinə xidmət edən abidə kimi mürtəce mahiyyət daşı­yır. Bu hal­da abidə əzilən, zəhmətkeş xalqın mənafeyi baxı­mından heç bir əhəmiyyət kəsb etmir və mürtəce bir əsər kimi rədd edilməlidir.

Qeyd edək ki, xalq ədəbiyyatına belə sinfi yanaşma dün­­ya elmi-nəzəri fikir tarixində müxtəlif məktəb və cərə­yan­ların ba­xış­larında zaman-zaman özünü göstər­mişdir. La­kin el­mi-nəzəri fikir inkişaf etdikcə belə dar, məhdud, sinfi və s. qü­sur­lu ba­xış­lar kənara qoyulmuşdur. Məsələn, Qüdrət Umu­dov göstərir ki, H.Əlizadə öz bölgüsü ilə Azər­baycan nağıl­larını üç sinfi təbə­qənin məhsulu hesab edir. Onun fik­rin­cə, müvafiq olaraq, birinci və ikinci qisim na­ğıllar aşa­ğı və orta təbəqənin, üçün­cü isə yu­xa­rı­ların – aris­tokra­ti­yanın mə­nafeyini ifadə edən nağıllardır. Mü­əl­­lifə gö­rə, hər təbəqə öz yaratdığı nağılı öz dili ilə danı­şar­mış (Umu­dov Q. Folk­lorşünaslığımızın tarixindən. Bakı, Tə­bib, 1995, s. 17). Q.Umu­dov belə hesab edir ki, H.Əli­­za­dənin ya­naş­ma­sı hə­min dövrdə folklorçular arasında yay­ğın olan “ta­ri­xi mək­təb”in və “iqtibas nəzəriyyəsi”nin təsiri­nin nəti­cə­si­dir. Təd­qiqatçıya görə, H.Əlizadənin «hər təbəqənin öz ya­rat­dığı na­ğılı öz dili ilə danışması» haqqındakı ya­naş­ma­sında “Tarixi məktəb” nəzəriyyəsinin təsiri özünü aydınca gös­tə­­rir. Üçün­cü qismə aid olan, “yuxarı təbəqə ara­sında yayılmış” nağıl­ların, əs­lində, “öz­gə” ölkələrdən “gəl­mə” na­ğıllar oldu­ğu­nu göstər­mək­lə gənc folk­lorçu “Mədəni iqti­bas” nəzəriyyəsini qə­bul etmiş olurdu (Umu­dov Q. Folklor­şünaslığımızın tari­xin­­dən. Bakı, Tə­bib, 1995, s. 17).



Göründüyü kimi, M.C.Bağırovun “Dədə Qorqud”a mü­nasibətdə tətbiq etdiyi “yuxarı təbəqə” prinsipi tə­sadüfi de­yil­di. Dünya etnoloji-folklorşünaslıq fikir tari­xində xalq ya­radı­cılığını dilinə, mövzusuna, bədii səviy­yə­si­nə görə xal­qın müxtə­lif təbəqələrinin yaradıcı­lı­ğına böl­mə halları var­dır. Və bu, özü­nü müəyyən mənada doğ­rul­dur da. Məsə­lən, ha­zırda müasir folklor mətnlərini şəhər folk­loru, kənd folk­lo­ru, sənətkar folklo­ru, ticarət folkloru, ana folkloru, uşaq folk­loru və s. bölgülərlə təs­nif edirlər. La­kin təcrübə göstərir ki, bu bölgülər folklorun ifa audi­toriyasına aiddir. Mə­­­sə­lən, kişilər arasında vulqar ifadələrlə dolu olan lətifə­lərin danışıl­ması yol verilən oldu­ğu halda, qadınlar heç vaxt ədəbsiz ifadələr olan lətifələr danış­mırlar. Dastanlara gəl­dikdə, bun­lar milli mədə­­niyyət hadi­sə­sidir. “Dədə Qorqud”, “Ko­roğ­­lu”, hətta məhəb­bət dastanları da heç vaxt ayrılıqda götü­rül­müş hansısa sinfə mən­sub olmamışdır. Bu dastanlar bütöv­lükdə xalqın arzu və istək­lərini özündə əks etdirmiş, ümum­milli maraqlara xidmət etmiş­dir. Məsələn, “Ko­roğlu” dasta­n­ında çox qüvvətli sosial ədalət ideyası var. Koroğlu həmişə əzi­lən­lərin, haqqı tapdalananların, zülmə məruz qa­lan­la­rın tərə­fində durur, onların haqlarını müda­fiə edir. Dastanda, tə­bii olaraq, xanlar, paşalar sosial ədalətsiz­lik­lərin daşıyıcıları (zülm­­­kar­lar) kimi çıxış edirlər. Bu da təbii idi. Çünki ha­kimiy­yət, var-dövlət onların əlində idi. Sanki das­tanda, sö­zün həqiqi mə­na­sında, bir sinfi mübarizə motivləri görü­nür. Ancaq dastana diqqətlə baxdığımızda ta­mamilə ayrı bir mən­zərənin şahidi olu­ruq. “Koroğlu” epo­sunda aparıcı motiv heç bir halda sinfi ba­rış­maz­lıq deyildir və dasta­nın epik ideyası, ümumiyyətlə, sinfi böl­gü prinsi­pindən tamamilə uzaq­dır. Bu­rada xəlqi­lik ideyası var və eposun əsasında du­ran sosial ədalət prin­sipi həmin xəlqilik ideyasına xidmət edir. Das­tanı diqqətlə nəzərdən keçirdiyi­mizdə görü­rük ki, onda tərən­nüm olunan haqq-ədalət ide­yaları heç bir sinif, zümrə tanı­mır. Ko­roğ­­lu­nun apardığı mü­ba­rizəyə yoxsul insanlar dəs­tək verdik­ləri kimi, varlı tacirlər də, mal, mülk, hakimiyyət sa­hib­ləri olan paşa, bəy, xan, xotkar qız­la­rı da, o cümlədən Ko­roğlu ilə dost olan xanlar da dəstək ve­rir­lər. Demək, das­tanda cə­miy­yətin kor-koranə si­nif­­lərə bölün­məsi yerli-dibli yoxdur. Bolşeviklərin əsaslan­dıqları sinfi mü­ba­rizə ide­yası cəmiy­yəti, ondakı təbəqə, zümrə və fərd­lə­ri onların dün­ya­­görü­şün­dən, hansı əqidəyə xidmət et­mə­lə­rin­dən aslı ol­ma­ya­raq, varlı və kasıblara bö­lürdü. Varlı olanlar baş­qa­­larına ne­cə mü­­nasibət bəslədik­lərindən asılı olmayaraq – düş­mən, ka­sıblar da necə bir insan olmalarından asılı olmayaraq – dost hesab olu­nur­dular. “Ko­roğlu” dastanında cəmiyyətə, onu təş­kil edən ün­sür­lərə belə sinfi-zümrəvi mü­­na­si­­bət yerli-dibli yox­dur. Eyni sinfi yanaş­ma M.C.Ba­ğı­rovun iddia (hökm) etdi­yinin əksinə ola­raq, “Dədə Qor­qud”da da qətiyyən yox­dur. “Dədə Qor­qud” dastanı sinfi bölgü, sosial aşağılama ki­mi hallardan ta­ma­milə uzaq olan milli mənəviyyat xəzi­nə­sidir. Bu­ra­da oğuz­ların ha­mısı üçün eyni olan milli qəh­rə­manlıq də­yər­ləri tərənnüm olu­nur.

Eposa diqqət yetirdikdə biz burada “zəhmətkeş­lərin”, “əzi­­lən­­lərin” ən əsas “nümayəndəsi” kimi yalnız Qaraca Ço­banı görürük. “Zəhmətkeşlərin” digər nümayən­dələrinin də bə­zən epizo­dik şəkildə adları çəkilmişdir. Məsələn, Təpə­gözə qulluq edən qocalar, qul-qaravaş və s. Lakin dastanda “zəhmətkeşlərin” ən nəhəng obrazı Qaraca Çoban­dır. Bu ob­raz, çox maraqlıdır ki, əzilən, istismar olunan adama qə­tiy­yən oxşamır. Əksinə, ərkö­yün, şıltaq, qaba adamdır: o, yeri gələndə bəylərbəyi Salur Qa­zan­­la heç “yazıq zəhmət­keş” kimi yox, bərabər səviyyəli qəh­rə­man kimi mübahisə edir. Y.İsmayılova yazır: “Maraqlıdır ki, əsas qəhrəmanları oğuz bəyləri, zadəganları, əsilzadələri olan “Ki­tabi-Dədə Qor­­qud” dastanlarında sovet ideologi­yası­nın “nor­­­­­ma­­tivlə­ri­nə” uyğun gələn yeganə qəhrəman Qaraca Çoban idi. Bil­diyimiz kimi, sovet ideologiyasının əsasında sinfi müba­rizə ideyaları du­rur­du. Sovet ideoloji qəliblə­rin­dən baxıldıqda dastanın, de­mək olar ki, bü­tün qəhrəmanları “istismarçı sin­fin” nüma­yən­dələri idi. Çünki bunların sosial mən­şə­yi xan, bəy, bəy­lər­bəyi kimi oğuz cəmiyyətinin hakim təbəqələrinə bağla­nırdı. Bu cə­hət­dən, Qaraca Çoban öz “ictimai mən­şəyi” etibarilə so­vet ide­olo­giyasına uyğun gə­lir­di. Ona görə də, so­vet dönə­min­də Qa­ra­ca Çoban obrazına, belə demək müm­kün­sə, xüsusi fikir ve­ri­lir­di. Elə Ə.Dəmir­çizadənin bir neçə ildən sonra (1942) ya­zıb, 1948-1950-ci illər arasında M.Qor­ki adına Azərbacan Döv­lət Gənc Tamaşaçılar Teatrın­­da uğurla tamaşaya qo­yul­muş “Qa­ra­ca Ço­ban” adlı pyesi bunun canlı nümunəsidir» (İsmayılova Y. “Ko­roğlu” das­ta­nında ob­razlar sistemi. Bakı, Nurlan, 2003, s. 234).

Lakin, görünür, Qaraca Çoban obrazı da epos poetika­sının əsl prinsiplərindən xəbərdar olan bolşevik ideoloq­larını bir “zəhmətkeş” obrazı kimi təmin etməmiş, on­la­rın “zəh­mətkeş” qəlibinə uyğun gəlməmişdir. Onlar nə qədər istə­sələr də, Qaraca Çobandan əzilən, istismar olunan, zülmə mə­ruz qalan və bütün bunlardan bezib, qol­la­rındakı istismar zəncirini qıraraq hakim siniflərə – istismarçılara qarşı üsyan qal­dı­ran, bütün ömrünü sinfi mübarizəyə həsr edən «inqi­labçı» obrazı yarada bilmə­mişlər. Qaraca Çoban dastanda bütün bunların əksinə olaraq, Qalın Oğuz bəyləri ilə, demək olar ki, eyni sırada, eyni müstə­vidə duran epik qəhrəmandır.

Oğuzlar türk etnik tarixinin ən parlaq səhifələrini yaz­mış, bu tarixi dastanlarda tərənnüm etmiş və nəhayət, həmin şanlı tarixi milli “Kitabi-Dədə Qorqud” halına salmış­lar. Bu kitabı Qaraca Çoban obrazı vasitəsilə “sovet­ləşdirməyin” müm­kün olmadığını görən bolşeviklər, nəhayət, onun aradan qal­dı­rıl­ma­sına, eposun Azərbaycan cəmiyyətindəki təzahür­lə­ri­nin hər cür antiinsani, zorakı və qanlı üsullarla təqib olun­­masına qərar verdilər.

M.C.Bağırov öz dövrünün lideri idi və təbii ki, sovet-bolşevik dönəminin Azərbaycan xalıqının milli dəyərlərinə, o cümlədən bu dəyərlərin tarixi-mədəni ifadəsi olan “Dədə Qor­qud” eposuna münasibəti liderin münasibətində öz ifa­dəsini tap­mışdı. Azərbaycan xalqının öz milli varlığına və bu varlığın təcəssümü olan “Dədə Qorqud” dastanına layiqli münasibəti Ümummilli Lider Heydər Əliyevin bizim “das­tana ikinci rəsmi münasibət” adlandırdığımız tarixi yanaş­masında ifadə olundu.

Ulu Öndər Heydər Əliyev, hər şeydən əvvəl müasir Azər­bay­can cəmiyyətinə onun tarixinin ən keşməkeşli dövr­lə­rində rəhbərlik etmiş, bu cəmiyyəti beynəlxalq oyun və tə­lələrdən, daxili və xa­rici təcavüzlərdən qorumuş rəhbər, döv­lət başçısıdır. Bu ba­xım­dan, o, “Dədə Qorqud” eposuna ha­mıdan fərqli gözlə – yalnız alim-tarixçi, fi­losof kimi deyil, həm də dövlət rəhbəri, siyasi xadim gözü ilə baxa bilmişdir. Heydər Əliyevin yanaş­masında dastanın hər sözü, hər cüm­ləsi milli dövlətçilik tarixi­nin əməli təcrübəsi və fəlsəfəsi ilə yoğrulmuş eposdur. Bu cəhətdən onun dastanın müqəddimə­sinə yanaşması əlamətdardır: “Eposun mü­qəddiməsinin ilk sözlərindən Də­də Qorqud gözü­müz önündə keçmişi, bu günü və gələcəyi bilən bir şəxsiyyət kimi görünür. Əsərin bütün boylarında Dədə Qorqud nurani el ağsaqqalı və müdrik fi­losof keyfiyyətlərini daşıyan ozan olaraq çıxış edir. Dədə Qorqud fəlsəfəsi arxaik olduğu qədər də müasirdir. Əsrlər keçsə də, bəşəriyyəti daim dü­şün­dü­rən olum və ölüm, in­san və zaman, insan və cəmiy­yət problem­ləri bu gün də bizi epo­sa mü­ra­ciət etməyə vadar edir. Eposun elə ilk sətirlə­rindən biz bö­yük­lərlə kiçiklər, valideynlərlə uşaqlar, kişi­lərlə qa­dın­lar arasında qar­şılıqlı münasibətlərin necə qurul­ması ba­rədə tövsiyələr alırıq. Bütün əsər boyu insanda lov­ğa­lıq, pa­xıl­lıq və kinlilik pis­lənir, qo­naqpər­vərlik, comərdlik və öv­lad­­ların valideyn­lərə xoş mü­na­sibəti təriflənir. Epos bizi əhatə edən alə­mi san­ki iki rəngə – ağ və qaraya boya­yır, insanların hərə­kətlərini xeyir və şərə bölür. Də­də Qorqud xeyirə təriflər deyir, şəri pisləyir, düz sözü ucaldır, yalanı lə­nətləyir və nəyin yaxşı, nəyin pis olduğunu qiy­mət­ləndirmək haqqı da eposda onun özü­nə verilir. «Kitabi-Dədə Qor­qud»un bütün məzmunu bu struktur üzərində qurulmuş­dur. Məhz bütün bu məziyyət­lərinə görə biz «Kitabi-Dədə Qor­qud» hikmət­lərini gənc nəslə nə qədər çox aşılaya bilsək, onun mil­lilik əhvali-ruhiy­yəsində, milli və dini dəyərlərə, ənənələrə səda­qət ruhunda tərbiyə edə və beləliklə də, Dədə Qorqud ar­xe­tip­lərini daim yaşada bilərik” (“Kitabi-Dədə Qorqud” ensiklo­pe­di­ya­sı. I cild, Bakı, 2000, s. 7).

Heydər Əliyevin və Mir Cəfər Bağırovun eposa rəsmi mü­na­sibətlərindən göründüyü kimi, Mir Cəfər Bağırov bu zən­gin xalq sərvətindən imtina edərək onu yasaqlayırdısa, Heydər Əli­yev “Kitabi-Dədə Qorqud”a müstəqil­liyin, el-yurd birli­yinin, dövlətçilik düşüncəsinin təməli kimi baxa­raq ona sahib və yiyə çıxır, eyni zamanda gənc nəsli “Dədə Qor­qud” ənənələri ruhun­da tərbiyələndirməyi töv­siyə edir­di. Hey­dər Əliyev das­tanın əhə­miyyətindən danı­şaraq onun Azər­baycan xalqının müa­sir ta­ri­xində oynadığı rola da diq­qət yetirirdi: «Biz dövlət müs­tə­qilliyi­mi­zi əldə edəndən, mil­li azadlığımıza çatan­dan sonra bu birliyin təmin olun­ması üçün böyük imkanlar əldə etmişik və bu birliyin bizim xalq­larımız üçün nə qədər əhəmiy­yətli olduğunu dərk etmişik”.

Heydər Əliyev “Kitabi-Dədə Qorqud”u həm də ona görə təqdir edirdi ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan xal­qını, bü­tün türkdilli xalqları dünya sivilizasiyasında təm­sil edir. Heç təsa­düfi deyil­dir ki, Ulu Öndər “Kitabi-Dədə Qor­qud”un 1300 illik yubileyinə azadlıq və dövlət müstəqil­liyi bayramı kimi ba­xır­dı: “Bu gün Azərbaycan xalqı möh­təşəm “Kitabi-Dədə Qor­qud” eposunun 1300 illiyini böyük bayram kimi təntənə ilə qeyd edir. Bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mə­dəniyyəti üçün müs­təs­na əhə­miyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi köklə­ri­mi­zə, milli ənənələrimi­zə, milli-mənəvi də­yərləri­mizə, mə­də­niyyətimi­zə, elmimi­zə, xalqımızın çoxəsrlik tarixinə olan hör­mət, ehtiram bay­ra­mıdır. Bu, bizim milli azadlı­ğımızın, dövlət müstəqilli­yimizin bayramı­dır” (“Azər­bay­can” qəzeti, 10 aprel, 2000).

Faktlar göstərir ki, milli düşüncəyə, milli baxışlar siste­minə qarşı mübarizə SSRİ-də fasiləsiz və dayanıq­sız, lakin gah güclü, gah da zəif şəkildə həmişə olmuşdur. Təbii ki, milli düşüncənin, genetik kodun, etnik yaddaşın daim diri qal­ma­sına, onu yad təsirlərdən və təqiblərdən qorumağa cəhd edənlər impe­riyanın sərt total qanunları ilə üzləşməli olurdular. Ümummilli Lider Heydər Əliyev deyir­di: “DTK-da işləyərkən çox şey gör­müş­düm. Moskva­nın təktərəfli türk millətlərini əsarətdə saxla­maq siyasəti oldu­ğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıx­ma­ğım, toqquşmağım müm­kün deyildi. Moskva bütöv bir impe­riya siya­sətini tətbiq edir­­di. Əgər onların əleyhinə çıxsa idim, həm bu­nun bir əhə­miyyəti olmayacaqdı, həm də Əliyev ölkədəki di­gər katiblər kimi məhv ediləcəkdi. Ya­vaş-yavaş mən də xalqı­mın, doğma millətimin milli hisslə­rini oyatmağa başladım. Xalqın mil­li istəklərini, Azərbay­can türkçülüyünün milli oyanışını, sil­kin­mə­yini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss et­dirmədən, onu narahat etmədən görmək istəyirdim” (“Müs­tə­qil Azərbaycan uğrunda” qəzeti, 15 iyun, 2002).

Xalqın milli düşüncəsini və milli şüurunu oyatmaq istə­yən Heydər Əliyev irslə varis arasındakı əlaqələrin bər­pa­sına, ədəbi-mədəni irsin və onların daşıyıcılarının to­ta­lita­rizmin tırtılları ara­sından zədəsiz və fəsadsız çıxma­sına daha çox diq­qət yetirirdi. Yad­daş fəsaddan, zədədən uzaq olanda gələ­cə­yə inam və ümid də güclü olur. Bütün çətinliklərə bax­­­ma­­yaraq, yaddaşdan silindirilmiş və ya “xalq düşməni”, “vətən xaini” yarlığı ilə damğalanmış, ya­saq və qadağan edilmiş tarixi şəxsiyyətlərimiz və milli mədəni irsimiz, mon­taja məruz qalmış milli tarixi şəcə­rə­miz yenidən bərpa olu­nur. Repres­siya qurbanlarını, yasaq­lan­mış ədəbi-mədəni irsi hə­yata qay­ta­rır, üzərindəki yasaq və qadağa yarlıqlarını qo­pa­raraq tari­xin arxivinə göndərir. Ədəbi ictimaiyyətlə klas­sik ədəbi irs və ədib arasındakı əlaqələr öz məcrasına düşür, xaosdan harmo­niyaya gedən yo­lun üfüqləri geniş­lənir. Milli əxlaqda və ədəbi düşün­­cə­də, eləcə də ictimai həyatda du­rulma (aydınlaşma) prose­si getdikcə doqma ilə doğmanın ye­­ri aydın görünür, rep­ressiv aksiyalar zamanı bizdən uzaq salınanlar bizə yaxınlaşır. “Xalq düşməni”nin xalq dostu ol­duğu, “zərərli və zəhərli” ədəbiy­yatın, eləcə də ədəbi-fəl­səfi fikrin müsbət qütbləri hər tərəfdən görünür.

Məlumdur ki, Azərbaycanda siyasi repressiya anlayışı, hər şeydən qabaq, XX əsrin 37-ci ilini yada salır. Lakin 1937-ci il öz başlanğıcını çox-çox əvvəllərdən alır. Heydər Əliyev də rep­ressiyaların zirvə məqamı kimi 37-38-ci illəri götürür. Lakin o, çoxlarından fərqli olaraq, bir tədqiqatçı alim kimi repres­siyaların başvermə tarixini 1937-ci ildən çox-çox əvvələ və sonraya apa­rıb çıxarır. O haqlı olaraq qeyd edir ki: “20-30-cu, 40-cı illərdə orqanlar Azərbaycan xal­qına, onun mənəviy­yatına, bütün həya­tına çox böyük zə­rər gətirmişdir, zərbələr, yaralar vurmuşdur. Amma xal­qı­mız buna dözmüşdür. 1920-1921-ci illərdən başla­ya­­raq siyasi rep­­ressiyalar, heç bir əsas olmadan ailəliklə, minlər­lə, on minlərlə insanların yerindən-yurdundan Orta Asiya­ya, Qa­za­­xıstana, Sibirə sürgün edilməsi xalqımıza dəhşətlər gətir­miş­dir. 1930-cu illərin siyasi repres­siyaları nə qədər insanların, nə qədər ailələrin həyatını pozmuş­dur. Nə qədər günahsız insanları həyatdan, azadlıqdan məhrum etmişlər. Xüsusən 37-38-ci illərin repressiyaları Azərbay­can xalqına, onun zi­ya­lı­la­rına, zəkalı adam­larına, onun intel­lektual po­ten­sialına çox böyük zərbələr vur­muşdur. Ancaq bu or­qan­lar­da bu si­yasət, bu isti­qa­mət 40-cı illərdə və hətta 50-ci il­lə­rin əv­vəlində də davam et­miş­dir. Bunlar tarixdən hamıya mə­lum­­dur, ancaq mən gənc yaş­la­rım­dan bu orqanlarda işlə­diyimə, fəa­liy­yət göstərdiyimə görə bun­ların ço­xu­nu öz gözüm­lə gör­mü­şəm, şahidi olmuşam” (Xalqa, vətənə, döv­lətə səda­qət. Bakı, 1997, s.19-20).

Heydər Əliyevin dediyi kimi, repressiv aksiyalar za­ma­nı hədəf, ziyalı, intellekt “mən” seçilirdi. Ağılın, intel­lektin, mütə­fəkkir şəxsiyyətlərin məhvi imperiyanın düşü­nül­­müş surət­də hə­yata keçirdiyi dövlət siyasəti idi. İntellekt və ya milli düşüncəyə ma­lik olan ziyalı, böyük zəka sahib­lə­ri ona görə repressiyalara hə­dəf seçilirdi ki, manqurtlaş­dırma, mü­tilik, ətalət və əsarətdə sax­lama siya­sə­tinə mane olacaq qüv­vələr qalmasın. Bu sahədə Heydər Əliyev göstə­rir­di ki, to­talitar rejim ilk öncə repressi­yaya milli dəyərləri və milli zi­yalını məruz qoyurdu. Total mühit milli olanı əz­mək­lə, həm də milli düşüncəni, milli təfək­kü­rü məhv edirdi.

1997-ci ildə MTN əməkdaşları ilə görüşündə Ümum­mil­­­li Lider Heydər Əliyev göstərirdi ki, H.Cavidə, S.Müm­taza, M.Müş­fi­qə və başqalarına qarşı ittiham irəli sü­­rən­lər onların bö­yük­lüyünü, qoyduqları irsin əhəmiy­yə­ti­ni dərk etmirdilər. Əgər dərk etsəydilər də, bunu edə­cək­dilər, çün­­ki onla­rın məqsədi “Azər­bay­canı dağıtmaq” idi: “Xati­rim­­dədir, mən 1950-ci ildə gəlib Bakıda Təhlükəsizlik Nazirliyində işə başla­yanda, o vaxtlar Sal­man Mümtazın bir neçə materialını axtarırdım, 38-ci ildə işləyən adam­lardan biri gördü ki, mən bu işlərə ma­raq göstə­rirəm, dedi ki, bilirsiniz, bu həyətdə, – binanın da həyə­ti var, həbsxana da orada yerlə­şirdi, – Hü­seyn Cavidin, Sal­man Mümta­zın kitabxanasından qiymətli-qiymətli kitabla­rı erməni­lərin və başqa millətə mən­sub olan adamların, çox sa­vadsız adam­la­rın gətirib burada vəhşicə­si­nə yandırdıqlarını gördüm. Ma­ne olmaq istədim, ancaq baca­rmadım.

Əlbəttə, o insanlar nə bilirdilər ki, Salman Mümtazda olan nadir kitablar nədir? Əgər bilsəydilər ki, o kitablar Azər­­baycan üçün dəyərlidir, onsuz da yandıracaqdılar, çün­ki onlar Azərbay­canı dağıtmaq istəyirdilər. Hüseyn Cavi­din, Əhməd Cavadın, Mikayıl Müşfiqin istintaqını aparan­lar on­ların səviyyəsinə çata bilərdilərmi? Yox! Çünki onların ək­səriyyəti savadsız adamlar idi. O vaxtlar, 1937-38-ci illər­də NKVD-də, yəni daxili işlər komissarlığında ali savadlı bir-iki adam tapa bilərdin, bəlkə də, yox idi. Çoxunun heç orta savadı da yox idi” (Xalqa, vətənə, dövlətə sədaqət. Bakı, 1997, s. 19-20).

Həqiqətən də, Cavid və Cavad, Müşfiq və Mümtaz, Müz­nüb və Abid… itkisi fərdlərin, sözün geniş mənasında, Azər­bay­ca­nın faciəsi idi. Əlyazma və əsərlərin, cüng və ar­xiv material­larının məhvi isə bütövlükdə Şərqin, ümum­türk və ümumislam dünyasının faciəsi idi.

Göründüyü kimi, Heydər Əliyev yalnız repressiya qur­­­­banlarının deyil, yaddaşın, ədəbi-mədəni irsin və müa­sirləri olan tarixi şəxsiyyətlərin də təhlükəsizliyi keşi­yində da­yanır, onları imperiyanın caynaqları arasından çəkib çı­xar­mağa ça­lışırdı. Bundan başqa, bolşevik ideolo­giyasının gü­cü ilə era­mızdan çox-çox əvvəl bu ərazilərdə məskun­la­şan abori­gen türklərin IX-XII əsrlərdə buraya köçdüklərini elan, iddia və təbliğ etməklə azər­bay­canlıları öz türklü­yün­dən, gen yadda­şından “qoparma­ğa”, uzaq salmağa çalışır­dı­lar. Bütün bun­larla barışmayan və tarixi­­mizi təhrif edən­lə­ri ittiham edən Heydər Əliyev Azərbay­can tarixçiləri qar­şı­sın­da da bö­yük vəzifələr qoyur və öz məra­mını belə açıq­layır: “Zəngin tari­ximizin hər bir səhifə­sini aç­maq, ge­niş təd­qiq etmək, onu xalqımıza və dünyaya təqdim etmək və belə­liklə də, əsrlər boyu tarixşünaslıq nöqteyi-nə­zər­dən itir­diyi­miz şeyləri bərpa etməkdir” (Heydər Əliyev mədəni irsimizin keşiyində, I ki­tab. Bakı, 2001, s. 33).



Heydər Əliyev “Dədə Qorqud”un milli mənə­viy­­yatı­mızdakı yerini sərrast şəkildə müəyyənləşdir­miş, das­tanın Azərbaycan xalqının milli ruhunun ayrılmaz his­səsi oldu­ğunu göstərmiş və onu “Azərbaycan xalqının tari­xi­nin, et­nik yadda­şının, arxaik təfəkkürünün güzgüsü”, “nit­qi­mi­zin, dili­mizin, mə­nə­viyyatımızın, ruhumuzun nəğ­mə­si” he­sab etmiş­dir (Əliyev H. Milli varlığımızın mötəbər qay­na­ğı – Dədə Qor­­qud dünyası (məqalələr). Bakı, Öndər, 2004, s. 9). Doğ­rudan, Azərbaycan ədə­biy­­yatı­nın bədii-es­tetik köklərinin ax­ta­rılması is­ti­qamə­tin­də apa­rı­lan axta­rışlar Ulu Öndərin nə qədər haqlı oldu­ğunu bir­mə­nalı şəkildə sübut edir: “Müasir Azərbaycan ədəbiy­yatı öz ədəbi-estetik başlanğıcı etibarilə “Kitabi-Dədə Qorqud” epo­su ilə birbaşa bağlıdır. Bu da öz növbə­sində “Kitabi-Dədə Qor­qud” və müa­sir Azərbaycan ədə­biy­yatı” proble­mi­ni geniş kontekstdə götürməyə imkan ve­rir. Epos XX əsrin birinci yarı­­sında Azər­­baycanda çap edilib məşhur­laş­sa da, o, “etno­poetik ruh” (yaxud “Qor­qud” ədəbi ruhu), ədə­bi düşüncənin arxe­tipik əsası kimi müasir ədəbi dü­şün­­cənin dərin qat­la­rında həmişə var olmuşdur. Yə­ni eposun müa­sir ədəbiy­yata təsi­ri­ni XX əsrin bi­rin­ci yarı­sından başla­maq, əslində onun bizim milli ədəbi dü­şüncəyə “kə­nar­dan gəldiyini” qəbul et­mək və milli ədə­bi-estetik dü­şün­cə tariximizdə “Dədə Qor­qud” ənə­nə­lərini inkar etmək de­­mək­dir. Hə­qi­qətdə isə bu epos qədim dövrlər­dən (ilkin baş­lan­ğıcdan) günü­­müzə qədər uzun və fa­siləsiz bir yol qət et­mişdir. Hə­min yolun böyük bir mərhə­ləsini qədim və orta əsrlər Azər­bay­can ədəbiyyatı təş­kil edir. Bu dövr ədəbiy­ya­tı “Kitabi-Dədə Qorqud”la müasir ədəbiy­yatımız arasın­da bir körpü rolunu oyna­mışdır” (İs­mayılova Y. “Dədə Qorqud ki­ta­bı” və müasir Azər­baycan ədəbi dü­şün­cəsi. Bakı, Elm, 2011, s. 32).

Qeyd edək ki, Heydər Əliyevin “Dədə Qorqud” dastanı haqqında söylədiyi “Azərbaycan xalqının tarixinin, etnik yadda­şının, arxaik təfəkkürünün güzgüsü”, “nitqimizin, dili­mizin, mə­nə­viyyatımızın, ruhumuzun nəğməsi” kimi ifadə­lərini onun tək­cə eposa olan məhəbbətinin ifadəsi kimi qəbul etmək olmaz. Bu ifadələr həm də “Dədə Qorqud” dastanının milli mahiyyətini özündə əks etdirən fikir konseptləridir. Keçən əsrin 50-ci illə­rində eposun repres­siya­ya uğramasının əsasında da elə Heydər Əliyevin dahi­yanə şəkildə müşahidə etdiyi bu fikir konseptləri dururdu: “Xalq bu dastanın “güz­güsündə” özünün bolşeviklərin təqdim etdiyindən tama­milə fərqli, əsl milli sima­sını gör­dü, bu dastanın epoxaların dərin­liyindən gələn “sə­sində” bolşe­viklərin azərbaycanlı­ların mil­li ruhuna tama­milə yad olan “proletar” himnindən fərqli olub, xalqın milli ruhunu coşduran doğma “nəğməni” eşitdi. Azərbaycan ziyalıları milli düşüncənin ener­ge­tik qaynağına birbaşa qoşulmaq imkanı əldə etdi. Eposun Azər­­baycanda çap olunması ilə milli şüurun coşqun oyanışı, dir­çəlişi baş­landı. Azərbaycan xalqı “Kitabi-Dədə Qor­qud” das­­ta­­nında qoru­nub qalmış millilik sxemləri, milli birlik for­mul­ları, et­nik vəhdətin düsturları əsasında yenidən təşkil olun­mağa baş­­ladı. Ədə­biyyat bu milli coşquda misilsiz rol oynadı. Bu milli quru­­culuq prosesi idi. Lakin tezliklə ona qarşı antimilli qu­ru­cu­luq prosesinə təkan verildi. “Kitabi-Dədə Qor­qud”un Azərbay­can cəmiyyətində oynadığı rol 1920-ci il aprelin 28-də Azərbay­can Xalq Cümhuriyyətinin var­lı­ğına son verərək vətənimizi sovet-sosialist adı altında rus-erməni işğalına mə­ruz qoymuş rus sovet imperiyasının ideoloji maraqları ilə daban-dabana zidd idi. Bolşeviklər Azərbay­cana qədəm qoy­duqları gündən mahiyyətini “rus­laş­dırma” təş­kil edən Azər­baycan sovet xalqının yaradıl­masına baş­ladılar. Bu, böyük rus imperiyasının “so­vet” donunda yenidən qurul­masının ideoloji mahiyyətini təşkil edirdi. “Ki­tabi-Dədə Qorqud” bü­tün ideologiyası ilə rus-sovet im­pe­riyasının ideologiyasının əksinə idi. Bütün bu milli və an­ti­milli quruculuq prosesləri isə bu və ya digər şəkildə müa­sir Azərbaycan ədə­biy­yatında öz əksini tapır, izini qo­yur, onun inkişafına fərqli məz­mun və formada təsir edirdi. “Də­də Qorqud” eposunun Azər­baycan ədəbiyya­tının inki­şa­­fın­­dakı ro­lu­nu eposun Azərbay­cana “gəlişi” və onun “tə­qi­­bi” bo­yun­ca araş­dırmadan Azər­bay­can so­vet ədəbiy­ya­tı­nın bədii üslubunu başa düşmək mümkün deyildir. Çün­ki milli rep­res­siyalar nə qədər qanlı xarakter alsa da, mil­lilik, mil­li düşün­cə Azərbaycan ədəbiy­yatını heç vaxt tərk etmə­mişdir. Yazıçı və şairlərimizin milli duyğuları bu repres­si­ya­ların təsiri altında cürbəcür sim­vo­lik məzmun və forma kəsb etmişdir. Həmin simvolizm Azər­bay­can sovet ədəbiy­ya­tı­nın bü­töv XX əsri əhatə edən tarixi boyunca da­­vam et­miş­dir. Bu sim­vo­lizm öz başlanğıcını, əs­lində “Kitabi-Də­də Qor­­qud”un Azər­bay­­­cana “gə­lişi” ilə ya­ranan mil­li coş­qu­dan və onun anti­milli əsaslarla təqi­bin­dən götü­rür. XX əs­rin 60-cı illərindən baş­la­ya­raq Azər­baycanda (o cüm­lədən bütün sovet cə­miyyə­tin­də) müəy­yən ide­oloji yum­şalma baş versə də, əslində, impe­riya öz siyasə­tin­dən əl çəkmədi: onu formaca dəyiş­dirdi. Bu da ədəbiy­yatı­mız­da “Də­də Qorqud” simvoliz­minin bütün XX əsr boyunca ya­şa­ma­sını şərtlən­dir­di” (İsmayılova Y. “Dədə Qorqud kitabı” və müa­sir Azərbaycan ədəbi dü­şüncəsi. Bakı, Elm, 2011, s. 51).

Yetmişinci illərdə Heydər Əliyevin müdrik və uzaq­görən bir rəhbər kimi yeritdiyi siyasət, millətin tarixinə və mədəniy­yətinə, folkloruna və dilinə, milli mənəvi dəyər­lə­rinə, xüsusilə də, humanitar-filoloji sahəyə həssaslıq və qay­ğıkeşlik xalqın özü­­­nüdərkinə, özünəqayıdışına şərait ya­rat­dı. Azərbaycanın folk­­­­­lor örnəkləri həm filoloqların, həm filo­sofların, həm tarix­çi­lərin, həm də etnoqrafların diqqətini da­­ha çox çəkməyə baş­ladı. Daha doğrusu, “Kitabi-Də­də Qor­­qud” yalnız tarixçilərin və ədə­biy­yatşünasların funda­men­tal, monoqrafik tədqiqat predmeti olmaqla məh­dud­laşmadı; dərs­­­liklərə, proqramlara salındı, eləcə də tele­viziya və ra­dionun efir məkanına daxil oldu. Xalq yazıçısı Anarın sse­narisi əsasında çəkilmiş “Dədə Qorqud” filmi ilə “Dədə Qor­qud” dastanının ekran həyatı başladı. Bu məsə­lədə Hey­dər Əliyevin bəzən açıq şəkildə görünən, bəzən də görün­məyən müstəsna xidmətləri var idi. Yazı­çılar eposa müna­sibətdə bi­rin­ci şəxsin doğma müna­sibətini, şəraitdən asılı olaraq açıq, ya da gizli şəkildə ifadə olunan qayğısını, təəs­sü­bünü daim hiss edirdilər.

Milli ədəbiyyatda, o cümlədən Anarın yaradıcılığında ifa­də olunan milli özünəqayıdış, özünüdərk prosesi, həmin proses­də “Kitabi-Də­də Qor­­qud”un aparıcı ifadə vasitəsinə çevrilmə­sində Heydər Əliyev daim öz qayğısını göstər­miş­dir. Bu, onun Anar haqqında dediyi aşağıdakı fikirdə də öz ifa­dəsini tap­mışdır: “Kitabi-Dədə Qorqud” Azərbaycan icti­maiyyəti, kütlə, xalq üçün tanınmalıdır. Mən bu baxım­dan Anarın xidmətlərini xü­susi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, biz bu gün mü­əyyən zaman keçəndən sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da yüksək qiy­mət verməliyik” (“Azərbaycan” qəzeti, 18 fevral, 1999).

Göstərilən dövrdə “Kitabi-Də­də Qor­­qud”un qəhrə­man­ları cizgi filmlərinin qəhrəmanlarına çevrildi. Dastanın mo­tivləri əsa­sında yazılı ədəbiyyatda xeyli sayda ədəbi nümu­nələr ya­randı. “Dədə Qorqud” ideyaları və “Dədə Qor­qud” qəhrə­man­­ları yazarların qələmi, rəssamların fırça­sı və xalça­çıları­mızın ilməsi ilə sənət əsərlərində əbədi­ləşdirildi. Belə­liklə də, yasaq və qadağalardan uzaq olan “Kitabi-Də­də Qor­­qud” özünün yeni hə­yatına qədəm qoydu. “Yetmi­şinci illər­dən start götürən Dədə Qor­qud hərəkatı qarşıdan gələn onilliklərin Qorqud elmi mə­kanına çevril­məsini təmin edə bildi: Azərbaycan Qorqudşü­nas­lığı bir-birinin ardınca abi­dənin kamil mətnlərini nəşr etdi, Dədə Qorqudla bağlı sis­temli araşdırmalar ortaya çıxdı. Qorqud­şünaslığın ən nüfuzlu elmi toplantıları təkcə keçmiş Sovet İtti­fa­qı miq­yasında deyil, beynəlxalq səviyyədə də Azər­bay­can­da mər­kəzləşdi” (Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 2009, s. 76).

Müstəqillik illərində Heydər Əliyev “Kitabi-Də­də Qor­­qud”un 1300 illiyinin keçirilməsi ilə bağlı verdiyi tarixi fərmanla (20 aprel 1997) itirdiklərimizin bərpası istiqamə­tində ilk addımı rəsmi dövlət səviyyəsində yenə də özü atdı. Azər­baycanda “Kitabi-Də­də Qor­­qud” kimi ədəbi abi­dənin VII əsrdən mövcud­luğu­nu təsdiqlədi. Heydər Əli­yev bunun­la sübut etdi ki, belə bir mü­kəm­məl ədəbi abidə yaratmış xalqın bundan başqa da ədəbi abidələri olmuş və “Kitabi-Də­də Qor­­qud” həmin dastan ənənə­ləri üzərində bərqərar olmuşdur. Burada əhəmiyyətli olan başqa bir məqam ondan ibarətdir ki, belə nəhəng bir ədəbi abi­dəsi olan xal­qın tarixi də, şübhəsiz ki, çox-çox qədimlərə gedib çıxmalı idi.

“Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclaslarında döv­lət qu­rumları, alimlər, yaradıcı ziyalılar qarşısında das­tan­la bağlı da­ha funda­mental elmi tədqiqatlar, ədəbi, təsviri sə­nət, te­le­viziya, kino və səh­nə əsərlərinin, abidələr, park kom­pleksləri və sairənin yaradılması vəzifəsini qoymuş­dur” (Ensiklopedik lüğət. Bakı, Öndər, 2004, s. 134).

Eposu “Azərbaycan xalqının tarixinin, etnik yaddaşı­nın, arxaik təfəkkürünün güzgüsü”, “etika kitabımız”, “əx­laq kodek­simiz”, “milli estetikamızın mötəbər qaynağı” ki­mi dəyərlən­di­rən Ümummilli Lider Heydər Əliyev 1950-ci il­lərdə bu dastanın “pantürkist, burjua millətçi” yarlığı ilə ya­saqlanmasına yönəlmiş dövlət tədbirlərinə, yazıçı və təd­qi­qatçıların təqib olunmasına münasibətini də gizlət­mirdi: «XX əsrin tarixində “Kitabi-Dədə Qorqud” eposu da misli görünməmiş təqiblərə məruz qalıb. Hətta onu öyrənməyə, tədqiq etməyə cəhd göstərənlərin taleyi də acınacaqlı olub. Azərbaycanda “Kitabi-Dədə Qorqud”un nüfuzlu tədqiqat­çılarından biri olan Əmin Abid eposa həsr olunmuş bir neçə əsər çap etdirdikdən sonra əbədi susduruldu” (“Kitabi-Dədə Qorqud” ensiklopediyası. I cild, Bakı, 2000, s. 9).

Heydər Əliyev dastanın tam şəkildə bizə gəlib çatma­ma­sından bəhs edir və bunun səbəblərindən birini də, təəs­süf hissi ilə, 1930-cu illərdə repressiyalara məruz qalmış gör­kəm­li alim­lərin məhv edilməsində görürdü: “Bəzi mən­bə­lər eposun otuz boydan ibarət olduğunu təxmin edirlər. Azər­bay­canın görkəmli dilçi alimi Bəkir Çobanzadə aşkar et­diyi yeni boy haqqında məlumat versə də, sonralar alim repres­siyaya məruz qaldığına görə bu məlumatın dürüstlü­yü­nü təs­diq­ləmək mümkün olmadı” (“Kitabi-Dədə Qorqud” ensiklo­pe­diyası. I cild, Bakı, 2000, s. 9).

Ulu Öndər haqlı olaraq göstərirdi ki, “faşizmə qarşı müba­ri­zə­yə qalxan xalqda qəhrəmanlıq ruhunu canlan­dır­maq məq­sə­dilə sovet ideoloji maşını “Kitabi-Də­də Qor­­qud” və “Koroğlu” kimi dastanlardan istifadə etməyə cəhd gös­tə­rirdi. Müharibə qurtardıqdan və dinc həyat bərqərar ol­duq­dan sonra gənc nəslin “Dədə Qorqud kitabı” ruhunda tər­bi­yə edilməsi ideoloqlar tərə­findən yasaq olundu. Ədə­biy­­yata və incəsənətə qarşı yönəl­dil­miş məşhur “Jda­nov qərarları”nın ab-havasına uyğun olaraq “Kitabi-Də­də Qor­­qud”a qarşı hü­cumlar başlandı. Əgər 1949-cu ildə akademik Heydər Hü­seynovun “XIX əsrdə Azərbay­canda ictimai və fəlsəfi fikir tarixindən” əsəri tənqid atəşinə tu­tu­laraq Azərbaycan xalqı­nın tarixinə yanlış, elmə zidd qiymət ver­məkdə ittiham olun­dusa, bundan sonra “Kitabi-Də­də Qor­­qud” eposunun ümu­mən xalq eposu olmadığı bildirildi və bu eposu “yayan­ları amansızlıqla ifşa etmək və onlara di­van tutmaq” şüarları səs­ləndi. Görkəmli Azərbaycan alim­ləri Həmid Araslı və Məm­mədhüseyn Təhmasib, akademik Vasili Bartoldun rusca­ya çevi­rdiyi “Книга моего Деде Коркуда” kitabının 1950-ci ildə Bakıda Elmlər Akade­mi­ya­sı nəşriyya­tında çapı rejimin sərt reaksiyasına məruz qal­dı” (“Kitabi-Dədə Qorqud” ensik­lopediyası. I cild, Bakı, 2000, s. 9-10). “Eposun ünvanı­na səs­lə­nən ittiham­lardan son­ra ayrı-ayrı alimlərin möv­qeləri kəskin tənqid atəşinə tu­tuldu. Artıq epos sözünün özü belə dırnaq içərisində iş­lə­di­lirdi. O dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans ol­murdu ki, orada “Dədə Qor­qud” tənqid olunma­sın. 1951-ci ilin may ayında Azərbay­can Ya­zıçılar İttifa­qı­nın iclasında Hə­mid Araslının qeyri-səmi­mi olduğu xüsusi vur­ğulandı, Mirzə İbra­himov, Səməd Vurğun, Mikayıl Rəfi­li, Mikayıl Rzaquluzadə və başqaları öz “səhv­lərini” bo­yun­larına alsalar da, onlara qarşı keçi­rilmiş kam­paniya hələ bir müddət davam etdi” (Əliyev H. Milli var­lığımızın mötəbər qaynağı - Dədə Qor­qud dünyası (mə­qa­lələr). Bakı, Öndər nəşriy­yatı, 2004, s. 14).

“Kitabi-Də­də Qor­­qud”a dövlətçilik müstəvisindən ya­na­­­şan Heydər Əliyev eposun qəhrəmanlarının vətənpər­vər­liyini diqqət mərkəzinə çəkir. El, oba və Vətən uğrunda apar­­dıqları mü­barizənin əhəmiyyətindən bəhs edir və bu qəhrəmanların ya­rat­­dığı ideoloji sistemi qorumağın vacibli­yini vurğulayır: “Ki­ta­bi-Dədə Qorqud” insanları, xalqları sülhə, barışa dəvət edibdir. Bizim xalqımız bu gün “Kitabi-Dədə Qorqud”un bu vəsiy­yət­lərinə sadiqdir. Ermənistan tə­rəfindən Azərbaycana edi­lən təca­vüz nəticəsində torpaq­la­rımızın 20 faizi işğal olunub­dur, işğal edilmiş ərazilərdən bir milyondan artıq azərbaycanlı ye­rindən-yurdundan di­dər­gin düşüb çadırlarda ağır vəziyyətdə yaşayırlar. Biz bö­yük zər­bələr almışıq. Amma bunlara baxma­yaraq, Azər­bay­­can xalqı yenə də bütün dünyaya öz sülhsevərlik siyasə­tini nümayiş etdirir. Biz Dədə Qorqud yolu ilə gedirik. Biz sülh yolu ilə gedirik. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz bütün ölkələrdə, türkdilli ölkələrdə sül­hün, əmin-aman­lığın bərqərar olunmasını istəyirik. Beləlik­lə, bu gün biz yubiley gü­nündə Dədə Qorqud vəsiyyətlərinə səda­qətimizi bir daha nü­mayiş etdiririk” (“Azərbaycan” qəzeti, 10 aprel, 2000).

Bu kəlamlardan da aydın görünür ki, Heydər Əliyev döv­lətçilikdə və idarəçilikdə xalqımızın bizə ərməğan etdi­yi müdrik ənənələrə sədaqət nümayiş etdirərək Qorqud atala­rın əsrlərin sı­na­ğından çıxmış nəsihət və vəsiyyət­lə­rinə əməl edir. Fa­şiz­min deyil, Asalanın deyil, Daşnaq­sütyunun deyil, məhz müd­rik­li­yin, sülhün, barışın, Dədə Qorqudun, azər­baycançılığın möv­qeyin­dən çıxış edir.

Dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə həmi­şə­lik daxil olmuş “Kitabi-Də­də Qor­­qud”un Azərbaycan xal­qı­nın, bü­tün türk xalqlarının qədim və zəngin mədəniy­yətinin təbli­ğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə oldu­ğu­nu dərindən dərk edən Heydər Əliyev 1997-ci il aprelin 20-də bu dastanın 1300 illiyinin keçirilməsi haqqın­da fərman imza­ladı. Fərmanın əhəmiyyətindən danı­şan Ulu Öndər gös­tə­­rirdi: “Fər­manın ən bö­yük əhəmiyyəti ondan ibarətdir ki, o, “Kita­bi-Dədə Qorqud” das­tanının ən azı 1300 il yaşı ol­du­­ğunu dün­yaya nümayiş et­dir­di. Bu fərmanla biz bildirdik ki, “Kita­bi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məx­­sus­dur, onun vətəni Azərbay­can­dır, sahibi Azərbaycan xalqı­dır, müs­təqil Azərbay­can döv­lə­tidir” (Kitabi-Dədə Qor­qud ensik­lo­pediyası. I cild, Bakı, 2000, s. 12). Fər­manın bö­yük əhə­miy­yət­i bir də “Kitabi-Dədə Qor­qud”un tarixi­nin 500 il qabağa atılması ilə bağlıdır. Bu yalnız ta­rixi baxım­dan deyil, siyasi baxımdan da olduqca əhəmiy­yətlidir.

Bu tarixi fərmandan sonra “Kitabi-Də­də Qor­­qud”a dair on­larla monoqrafiyalar, tədqiqat əsərləri, o cüm­lədən funda­men­tallığı ilə seçilən iki cildlik “Dədə Qorqud ensiklo­pe­diyası” (2000) nəşr edildi. Yeri gəlmiş­kən, onu da qeyd et­mə­liyik ki, “Dədə Qorqud ensiklo­pediya­sı”nın yaradılması barədə 1990-cı ildə qərar qəbul olunsa da, bu istiqamətdə gərə­yin­cə əməli iş görülmədi. Belə bir qədir­şünaslıq işini ye­nidən hərəkətə gətirən, onu canlandıran və uğurla başa çat­dıran Ümummilli Lider Hey­dər Əliyev oldu. Onu da qeyd et­məliyik ki, 1999-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə “Ki­tabi-Də­də Qor­­qud”un 1300 illiyinə həsr olunmuş üzərin­də Azərbaycan Respubli­kası yazılmış və Dədə Qorqudun at üzə­rində qopuzu ilə birgə təsviri olan qızıl xatirə sikkələri bu­raxılmışdır. Bu sikkələr “Kitabi-Də­də Qor­­qud”un milli kim­­liyini müəy­yən­ləşdirmək baxımından xüsusi dəyərə ma­likdir.

Göründüyü kimi, Heydər Əliyev həmişə və hər yerdə milli dərk üçün prioritetliyi tarixdən və tarixi şəxsiyyətdən öncə milli dəyərlərə və milli yaddaşa verib. O göstərirdi ki, tarixi ədəbi-mədəni abidələrimizi (elə həm də mütəfəkkir şəxsiyyətlərimizi) yalnız milli yaddaşda və ya ümumtürk dünyasında yaşatmaqla kifayətlənmək olmaz, onu milli yad­daşdan bəşəriyyətin yadda­şına, dünyanın intellekt mə­ka­nına ötürmək və orada daha etibarlı şəkildə qorumaq la­zım­dır. Milli özünüdərk, özgə, yad, qeyri-milli olanları in­kar etmə­dən özününküləri mənimsəməkdən, yay­maqdan və yaşat­maq­dan ibarətdir. Heydər Əliyev göstərir ki, mil­li özünüdərk prosesində xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə, sahib çıxmaqla (bunlar çox mühüm amildir!) çatmaq olar.

Yekun olaraq demək olar ki, Heydər Əliyevin siya­sə­tində Qərbin və Şərqin mütərəqqi ideyaları özünün qabarıq əksini tapsa da, dünyaya inteqrasiya genetik kök­dən, tarixi yaddaş­dan, milli-mənəvi dəyərlərdən başla­yır. Onun siya­sə­tində çağ­daş za­man (bu gün) dünənlə saba­hı bir-birindən ayıran yox, qovuş­duran arqumentlər kimi çıxış edərək ZAMAN amilini tamam­layır və o bütün hal­lar­da xalqın, mil­lətin, Vətənin, eləcə də döv­lət­çiliyin təhlükə­sizliyinə xidmət edir.

Müstəqil respublikamıza Azərbaycan Xalq Cümhuriy­yə­­tinin varisi kimi baxan Heydər Əliyevin dövlətçili­yi­mizin ta­rixini qədim dövrlərdən başlaması da yaddaş və ge­netik kodla bağlıdır. Yaddaş və genetik kod itəndə, ya zə­də­lənən­də mə­nəvi, əxlaqi dəyər və sərvət də, dövlətçilik də şüb­­hə altına alı­­nır, ayaq tutmamış büdrəyir. Dövlətçilik ənə­nə­­ləri tarixin sı­na­ğından zədəsiz və fəsadsız çıxanda tarixə sə­da­­qətini yenidən ifadə edir. Yaddan gələn Yelizavetapolu Gən­­cəyə, Jdanovu Bey­lə­­qana, Qutqaşeni Qəbələyə, Varta­şeni Oğu­za, İliçi Şərura, Əli­bay­ramlını Şirva­na, Əzizbəyovu Xə­zə­rə, Dəvəçini Şabrana… – öz ilkin adına və ünvanına qay­tarır.

Bütün bunlar bir daha göstərir ki, ədəbi-mədəni irsi, milli təfəkkürü və milli ruhu müdafiə, eyni zamanda müha­fizə etmə­yin ən yaxşı forması müstəqil milli dövlət­dir. Bu isə mə­nəvi sərvətlərlə yanaşı, dövlətçiliyin də qorun­masını bir zərurət kimi ortaya çıxarır. Elə Heydər Əliyev də xid­mət­lərinin zirvə məqa­mına xalqın, mil­lətin mənafeyinə xidmət edən dövlət quru­culu­ğun­da, dövlətçilikdə çatır. Bu döv­lət­çi­lik isə milli mentaldan, milli adət və ənənələrdən boy alaraq sağlam təməllər üzə­rində dayanır və xalqımızın milli maraq­larına söykənərək bizi «azər­bay­can­çılıq» ide­o­lo­­giyasının qanadlarında işıqlı sa­ba­ha səsləyir.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə