Ümumilli lider Heydər Əliyev




Yüklə 33.35 Kb.
tarix14.04.2016
ölçüsü33.35 Kb.
Ümumilli lider Heydər Əliyev

2003-cü il dekabr ayının 12-si... Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Düz 7 il öncə bu acı xəbəri eşidəndə Azərbaycan xalqı başına özü boyda qara yaylıq bağladı. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.

12 dekabr - Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.


Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçil mişdir.1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev hakimiyyətə gəldikdə onun qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.

Nəhəng dövlətin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf edirdilər: faşizmin darmadağın edilməsindəki görkəmli xidmətlərinə görə Bakı ölkənin ən yüksək mükafatına layiq görülürdü. Simferopolda və Sembek yüksəkliyində Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının şərəfinə monumental abidələr ucaldıldı.

Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsarətindən qurtuldu.

Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.

Bütün bunlarla yanaşı ictimai mühit sosialist itkili təfəkkür tərzindən təmizləməyə, milli ruhu əsarətdən qurtarmağa, xalqın həyatının mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına yönəldilmiş digər işlər də aparılırdı.

Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi "Qoy ədalət zəfər çalsın" şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 - 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə o zamankı rəhbərlərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il [15 oktyabr]da keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
2003-cü il dekabr ayının 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.

13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.

20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.

3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.

10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.

Gənclər siyasəti
Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.
Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi bunun üçün əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılmışdır.
Gənclər siyasətinin əsas istiqamətləri
Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

- Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;

- İstedadlı gənclərə dövlət qayğısı;

- Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;

- Gənclərin məşğulluğunun təmin edilməsi;

- Gənc ailələrə dövlət yadımı;

- Gənclər təşkilatlarına dövlət yardımı.
2005-ci ildə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- gənc nəslin Vətənə məhəbbət , Azərbaycan xalqının tarixinə. Mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması;

- gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması;

- gənclər arsında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi;

- istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması;

- gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi;

- sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi;

- gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi;

- ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması;



- gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi.
Azərbaycan Gənclərinin Forumları
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
I-ci Forum - 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.
1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
II-ci Forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.
III-cü Forum 13 oktyabr 2003-cü ildə Bakı şəhərində keçirilib.
IV-cü Forum 2005-ci ildə Bakı şəhərində keçirilib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə