Ulu yollarin yolçusu




Yüklə 13.9 Kb.
tarix14.04.2016
ölçüsü13.9 Kb.
Azərbaycan Arxeologıyası 128 Azerbaıjan Archeology

2001 Vol.: 3Num.: 1-4



ULU YOLLARIN YOLÇUSU

Qara Əhmədov (Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu)



Azərbaycan arxeoloqlarınm orta nəslinə mənsub, tarix emləri doktoru Aləm Bayram oğlu Nuriyev 40 ilə ya-xındır ki, respublikamızda müntəzəm ola-raq arxeoloji axtarışlarla, tariximizin ən mürəkkəb dövrlərindən biri sayılan ilk orta əsrlərin, xüsusilə onun sənətkarlıq problemlərinin tədqiqi ilə məşğuldur. O, gərgin əməyi, işgüzarlığı və bacarığı sa-yəsində Azərbaycan Milli EA Tarix Insti-tutunda laborantlıqdan başlamış şöbə mü-diri vəzifəsinə qədər yüksələ bilmişdir.

A.B.Nuriyev 1936-cı il oktyabrın 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1959-cu ildə ali təhsilini bitirib Tarix Institutunda arxeologiya ixtisası üzrə baş laborant vəzifəsinə qəbul edilmişdir. Ilk çöl-tədqiqatı təcrübəsini Orənqala arxeoloji ekspedisiyasında qazanmış və Şamaxı arxeoloji ekspedisiyasında bu işi davam etdirmişdir. 1961-1966-cı illərdə A.B.Nuriyev Tarix Institutunda aspirant olmuşdur. Elmi rəhbəri C.Ə.Xəlilov ona «Qafqaz Albaniyasınm şüşə məmulatı və onım istehsalı tarixi» adlı mövzunu işləməyi təklif etmişdir. A.B.Nuriyev bu çətin və vacib mövzunu tədqıq etmək üçün geniş axtarış işləri aparmış materiallar toplamış, qonşu ölkələrin tapıntdarı və mövzuya aid ədəbiyyatla tanış olmuş, nəticədə qiymətli dissertasiya yazmışdır. 1966-cı ildə həmin mövzuda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Sonralar dissertasiyanı yeni materiallar əsasmda daha dərindən işləyərək, ayrıca monoqrafıya kimi nəşr etdirmişdir. Əsərdə şüşə istehsalı, onun xammal mənbəyi, texnologiyası, xarici ölkələrlə əlaqələri aydmlaşdırmaqla əhəmiyyəti və digər məsələlər hərtərəfli təhlil edilmışdir.

Artıq Qafqaz Albaniyasında sənətkarlığın bir sahəsinə yaxmdan tanış olan A.B.Nuriyev bu maraqlı mövzunu daha geniş səpgidə işləmək həvəsinə düşür. Meta-lişləmə, dulusçuluq, toxuculuq, tikinti işi və daşişləmə sənəti, zərgərlik, sümükiş-ləmə, gönişləmə və başqa sənət sahələri və peşələr üzrə tədqiqat işləri aparmağa başlayır. Qafqaz Albaniyasında sənətkarlıq (III-VIII əsrlər) adlı perspektiv mövzunu bütövlükdə işləməyi ozünün yaradıcdıq istiqaməti kimi müəyyənləşdirir. Çöl-tədqi-qat işlərində iştirak edərkən əsas fıkrini bu mövzu ətrafında cəmləşdirir, iştirak etdi- j yi ekspedisiyalarda səbrlə material toplayır, məqalələr yazr. A.B.Nuriyev §amaxı, j Bərdə kimi arxeoloji ekspedisiyalarm rəisi olmuş, Şamaxı rayonunda Şərgah, Qalacıq, Udulu və s. ilk orta əsr abidələrini qazmış, mövzuya aid xeyli yeni arxeoloji materiallar aşkara çıxarmışdır. Arxeoloqlarm əsərlərindən, fondlarda və muzeylərdə


Azərbaycan Arxeologiyası 2001

129


Azerbaijan Archeology Vol.: 3 Num.: 1-4

saxlanılan materiallardan və ozünün tapıntılarmdan geniş istifadə etməklə həmin əsərin yazılması üçün bütün movcud materialı cəlb edir, elmi təhlilin verir və ümıı-miləşdirmə . Nəticədə Qafqaz Albaniyasmda ilk orte əsrlərdə sənətkarlığın inkişaf səviyyəsi haqqmda geniş təsəvvür yaradan, ölkənin həyatmda sənət sahələ-rinin tutduğu yeri və oynadığı rolu aydın şəkildə nümayiş etdirən sanballı bir əsər yazır. Həmin əsəri o, 1990-cı ildə Azərbaycan Milli EA Tarix Institutunun ixtisaslaş-dırılmış elmi şurasmda doktorluq dissertasiyası kimi müvəffəqiyyətlə müdafıə edir. Həmin müdafiənin rəsmi opponentlərindən biri olduğum üçün onun məziyyətləri mənə yaxşı tanışdır. Əsərin yüksək qiymətini nəzərə alaraq Elmi Şura onun tezliklə çap olunmasını lazım bilmişdir. Hazırda həmin əsər nəşriyyatda təqdim olunmuşdur və istehsalatdadır. Yəqin ki, yaxm vaxtlarda işıq üzü görəcəkdir.

A.B.Nuriyev sənətkarlıq problemlərinə və ümumiyyətlə Azərbaycan Arxeolo-giyasına dair monoqrafıya, buklet və 150-dən çox məqalə və tezislər çap etdirmişdir. Bütün bunlar uzun illərdən bəri apardığı məqsədyonlü və səmərəli tədqiqat axtarış-ları nəticəsində meydana gəlmişdir. O, keçmiş Ittifaqm şəhərlərində Moskva, Lenin-qrad, Kiyev, Tbilisi, Daşkənd, Səmərqənd, Frunze, Düşənbə, Aşqabad, Maxaçqala və s., Respublikamızda (Bakı, Şamaxı) çağrılan elmi konfrans, sessiya və simpo-ziumlarda fəal iştirak etmişdir. Azərbaycan Milli EA Arxeologiya və Etnoqrafıya Institutunun çapa hazırladığı çoxcildlik "Azərbaycan arxeologiyası" kitabınm (V cild) müəllifındən biridir. Çoxlu məqaləsi Azərbaycan Sovet Ensiklopediyasmda da nəşr olunmuşdur. Abidələrimizi təbliğ edən movzularda tez-tez radio-televiziya ilə çıxışlar edir. Uzım müddət Azərbaycan televiziyasında "Əsrlərdən gələn səslər" verilişinin aparıcısı olmuşdur.



A.B.Nuriyev 1989-cu ildən Arxeologiya və Etnoqrafıya tnstitutunda ilk orta əsrlər arxeologiyası şobəsinə rəhbərlik edir. Istər şobədə, istərsə də ekspedisiya şəraitində gənc arxeoloqlarm yetişdirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dəfələrlə keçmiş ittifaqda xalq təsərrüfatı nailiyyətləri sərgisinin iştirakçısı olmuş, sərginin bürünc medalına layiq görülmüşdür. tnstitutım ictimai təşkilatlarında səmərəli fəaliyyət göstərmişdir. 1975 və 1979-cu illərdən Azərbaycan Milli EA Rəyasət heyəti tərəfindən elmi yarış qalibi medalı ilə təltif olunmuşdur. O, həmçinin "Əmək veteranı" medahna layiq görülmüşdür, Çox sadə, mehriban, təmkinli və tələbkar yoldaşlardan biridir. Gözəl alim, həm də gözəl insandır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə