Terrorizmin maliyyələşdirilməsi və Azərbaycanda erməni terroru




Yüklə 118.43 Kb.
tarix14.04.2016
ölçüsü118.43 Kb.
Terrorizmin maliyyələşdirilməsi və Azərbaycanda erməni terroru
Bildiyimiz kimi terror cinayəti ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərdən biridir.Yəni bu cinayət əməlinin törədilmə məqsədi insanlar arasında vahimə yaratmaq,insanları qorxutmaq,beynalxalq təşkilatları və ayrı-ayrı dövlət orqanlarını öz istəklərini qəbul etdirmək məqsədiylə törədilən bir cinayətdir.Ancaq onu qeyd etmək lazımdır ki, bu cinayətlə mübarizədə əsas istiqamətlərdən biri terroru maliyyələşdirən vasitələrin qarşısının alınmasıdı.Bu gün terror dünya ölkələrinin başına bela olan bir cinayətdi.Azərbaycan Respublikasının Cinayət qanunvericiliyində də terrorla mübarizə zəminində lazımı qanunverici aktlar qəbul edilmişdir.1994-cü ildə 21 oktyabrda terrorla mübarizə zəminində ilk qanunverici akt qəbul edilmişdir.Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 214-1 maddəsində ” terrorçuluğu maliyyələşdirmə ” başlığı altında maddə verilmişdir.

Pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə terrorçuluğun törədilməsində qəsdən yönəldilməsi və ya pul vəsaitləri



nin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanılması -

Əmlak müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İlk əvvəl qeyd etməliyik ki, bu cinayət tərkibi əsasən “ Terrorçuluğun maliyyələləşdirilməsi ilə mübarizə haqqında ” 1999-cu il 9 dekabr tarixli BMT-nin Konvensiyasının müdddəalarının icraedilməgörüləntədbirdir.Bukonvensiya

da maliyyə mənbəyi olaraq pul vəsaiti deyil, daha geniş anlayış kimi “ vəsaitlər”anlayışı işlədilmişdir.Konvensiya

nın 2-ci maddəsinə əsasən “ vəsaitlər ” dedikdə,əldə edilmə

üsulundan aslı olmayaraq istənilən növ daşınar və daşınmaz aktivlər, bank kreditləri , yol çekləri,bank çekləri, poçt göndərişləri,səhmlər və qiymətli kağızlar,istiqrazlar,veksel

lər,akreditivlər, bu cür aktivlərə olan hüquqlar və ya onlarda iştirakı təsdiq edən hər hansı formada, o cümlədən elektron və ya rəqəmli formada hüquqi sənədlər və ya aktlar başa düşülməlidir.Bundan əlavə digər əmlaklar qismində isə

terrorçuluğun törədilməsi verilən hava gəmiləri, hər hansı başqa növ nəqliyyat vasitələri, xüsusi qurğularla təchiz olunmuş binalar, mənzillər,odlu silah,döyüş sursatı,partlayı

cı maddələr və qurğular başa düşülür.

Pul vəsaiti dedikdəysə, respubilikamızda ya Milli valyuta, ya da ki, Xarici valyuta

şəklində ola bilər.



Cinayət Məcəlləsinin Komenariyasında göstərilən anlayışa əsasən bu cinayətin

ictimai təhlükəliliyi adamların həlak olması,əhəmiyyətli əmlak ziyanının vurul

ması,başqa ağır nəticələrin baş verməsi təhlükəsi törədən partlayışların, yanğınların

və ya digər hərəkətlərin edilməsi,habelə bu hərəkətlərin edilməsi hədəsinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasında ifadə olunur.Burada terroru dəs

təkləyən maliyyə mənbələri üç istiqamətdə maliyyələşdirməni həyata keçirirlər:

1.Pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və ya qismən terrorçuluğun maliy

yələşrilməsinə qəsdən yönəldilməsi yəni ki, Hər hansı bir maliyyə əməliyyatından əldə edilən vəsaitin, yaxud əmlakın hamsının və ya onun bir hissəsinin terrorçuluq

hərəkətlərinin edilməsi üçün ayrılması başa düşülür.



2.Pul vəsaitlərinin və ya digər əmlakın bilavasitə və ya dolayısı ilə terrorçuluğun

maliyyələşdirilməsinə yönəldilməsi yəni ki, vəsaitin və ya əmlakın terror aksiyalarının təşkil edilməsinə,planlaşdırıl

masına,hazırlanmasına və həyata keçirilməsinə fiziki və hüquqi şəxslər üzərində zorakılıq edilməsinə,terror məqsədiylə maddiobyektlərin məhv edilməsinə və ya zədələnməsinə , terror aksiyalarının həyata keçirilməsi məqsədiylə qanunsuz silahlı birləşmələr,cinayətkar qrup yaradılmasına habelə belə aksiyalarda iştiraketməyə,şəxslə

ri terrorçuluğa cəlb etməyə,silahlandırmağa,onlara təlim keçməyə və onlardan istifadə etməyə yönəldilməsi başa düşülür.

3.Pul vəsaitlərinin və ya digər əmlakın terrorçuluğun törədilməsi məqsədiylə topla

nılması yəni ki, terrorçuluq hərəkətlərinin edilməsi üçün pul vəsaitlərinin nağd şəkildə və ya bank hesablarında yığılma

sı,habelə terrorçuluğu törədəcək fiziki və ya hüquqi şəxslə

rin hesablarına köçürüləsi,terrorçuluğu həyata keçirmək üçün partlayıcı maddələrin və qurğuların toplanılması və digər hərəkətlər başa düşülür..

«Dövlət və ya hökumət obyekti» dövlət nümayəndələrinin, hökumət üzvlərinin, qanunvericilik və ya məhkəmə orqanı təmsilçilərinin və yaxud dövlətin və ya hər hansı digər dövlət orqanı və ya idarəsinin vəzifəli şəxsləri ya da qulluqçularının, yaxud hökumətlərarası təşkilatın qulluqçularının və ya vəzifəli şəxslərinin öz xidməti vəzifələrini yerinə yetirmələri ilə bağlı istifadə etdikləri və ya məşğul etdikləri hər hansı bir daimi və ya müvəqqəti obyekti,yaxud nəqliyyat vasitəsini bildirir.

Terrorun maliyyələşməsində əsas rol oynayan mənbələrdən biri də narkotik maddə

lərdir.Əldə olunan mənbəyə görə dünyada 8,5 milyon nəfər adam heroin azarına tutulub.Qeyd etməliyik ki,13,3 milyon nəfər kokain,141,2 milyon nəfər marixuana,280 milyon nəfər sintetik narkotik bəlasında çırpınır.Federal Tətqiqiat



Bürosunun sənədlərinə görə,təkcə ABŞ-da hər 100 min nəfərin 430 nəfəri narkomandır.Bir dollar narkobiznesə “ investisiya ” qoyan şəxs,ildə 12 min dollar əldə edir.Buda göstərir ki, narkoticarətdən gələn illik 40 milyard ABŞ dollarıdır.Buysa dünya ticarətinin 8 faizini təşkil edir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində də erməni terrorçuları narkotik maddələrin dövriyyəsiylə məşğul olurlar.İşğal olunmuş torpaqlarımızda sərhəd zolaqları boyunca narkotik maddələrin daşınması məsələsidə planlı bir şəkildə qurulub.Aparılan araşdırmalara görə,Ermənistandan Aşağı Dağlıq Qarabağ

ərazilərində və oradan İrana,oradan da cənub regionlarına çıxarılan narkotik maddələrin bir qismi Baki-Sumqayıt istiqamətindən Şimal bölgələrinə və oradan da Dağıstan ərazisinə və nəhayət,beynalxalq narkobiznes yoluna RF-sı ərazisi vasitəsilə çıxır.

Azərbaycan torpaqlarına soxulmuş erməni terrorçularınin yaralarına məlhəm qoyub sarımaq üçün onlara dava-dərman göndərən,eləcə də silah yardımı edən ilk ölkə məhz Amerika Birləşmiş Ştatları olub.Terrorçuya terror vaxtı yardım etmək elə həmin terrorçunu dəstəkləmək deməkdi.Azərbaycan torpaqlarında işğalçılıq siyasətlərini yeridən ermənilərin “ ASALA ” və “ Haydad ” terror təşkilatlarına tibbi yardım göstərən “ KER ” təşkilatında 142 nəfər erməni, 57 nəfər ərəb çalışır.

Onuda qeyd etməliyik ki,ASALA qatı ərəb terrorçularından olan Əbu Nidalla ,Hizbullahla sıx əməkdaşlıq edir.PKK-nin hər üç döyüşçüsündən biri erməni mənşəlidir.PKK-nin bazarında erməni terrorçuları hazırlayan ASALA hər bir erməni terrorçunun təlim keçməsi müqabilində 5000 dollar ödəyir.

İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması,dinc əhaliyə qarşı zorakılıq,vəhşiliklər rus hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində,xüsusilə 1905-1907-ci illərdə xüsusi vüsət almışdır.Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilmişdir.



Müasir qaynaqlara görə,ermənistan KİV-nin yaydığı məlumatlarda İraqdan ermənistana köçən PKK tərəfdarlarının sayının 60 mindən çox olduğu qeyd olunub. Ermənistan hökuməti isə bu kürdlərin hamısını Azərbaycanın işğal altında olan Laçın rayonunda məskunlaşdırmağı planlaşdırır.Hələ ötən ilin dekabrında kürdlər adından yayılan açıqlamada, onların prezidentliyə namizəd Serj Sərkisyanı müdafiə etdiklərini elan edilib. Kürdlərin açıqlamasında bildirilib ki, yalnız S. Sərkisyanın sayəsində Laçında kürd vilayətinin yaradılmasına nail olmaq olar: “Bu plan baş tutarsa, Cənubi Qafqazda daha bir separatizm ocağı yaranacaq”.PKK tərəfdarı olan kürdlərin S. Sərkisyan tərəfindən də xüsusi dəstəkləndiyini bildirib: “ermənilər etiraf edirlər ki, 1992-ci ilin payızında Dağlıq Qarabağla ermənistan arasında olan Laçının işğal edilməsi zamanı PKK terrorçularının müstəsna rolu olub. Gələcəkdə İraq Kürdüstanı ilə yeni yaradılmaqda olan Laçın kürd vilayətinin əlaqələrinin yaradılması və genişləndirilməsi üçün böyük layihələr hazırlanır”.

Moskvada məskunlaşan PKK emissarları Qarabağa gəliblər. PKK-nın Rusiya üzrə koordinatoru Merabi Şamoyevin rəhbərlik etdiyi qrupa MDB kürdləri İttifaqının liderlərindən olan Əhməd Yunus, “Kürdistan raport” jurnalının baş redaktoru Rüstəm Broi və Həjar Kürəsgər daxildir. Emissarların “DQR”ə səfərində məqsəd isə Türkiyə və İraqdan qovulmuş PKK yönümlü ailələrin Qarabağa köçürülməsi barədə separatçı rejimin rəhbərliyi ilə məsləhətəşmələr aparmaqdır. Razılaşmaya görə, kürdlərin daha çox Laçın, Kəlbəcər və Füzuli rayonlarında yerləşdirilməsi nəzərdə tutulur.

Bu məlumatlardan görə bilərik ki, PKK-nın (Kürd fəhlə partiyası) Dağlıq Qarabağ ərazisini seçməsi təsadüf deyil. Kürd Fəhlə Partiyası sırf siyasi təzahür deyil. Burada əsasən terrorçular hazırlanır və onlar xaricdəki siyasi dairələrin maliyyə və ideoloji dəstəyi ilə hərəkt edir. Soyuq müharibə bitəndən sonra Yaxın Şərqdəki bir sıra terrorçu təşkilatlar kimi PKK da özünə «patron» axtarışına çıxdı. Bu ərəfədə PKK ilə analoji maraqlara sahib olan erməni diasporası həmin quruma ciddi maliyyə dəstəyi ayırmaq qərarı verdi.  Bir sıra ciddi mənbələrin məlumatlarına görə, hazırda xaricdəki erməni diasporası Kürd Fəhlə Partiyasının maliyyə məsrəflərinin 75 faizini öz üzərinə götürüb.PKK mənsubları dünyanın müxtəlif bölgələrində olduğu kimi,ermənistanda da narkotik qaçaqlamalçılığı ilə məşğul olurlar.Əvvəlki yazılarımızda qeyd olunduğu kimi, kürd terrorçularının eyni zamanda Cənubi Qafqazda çirkli pulların yuyulması ilə məşğul olurlar. Bu işdə  erməni diasporunun rolu danılmazdır. Bundan əlavə, Türkiyə kəşfiyyatı PKK-nın Gürcüstanda da fəaliyyətini aşkarlayıb. Əldə olunan məlumata görə, bu ölkədə PKK qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərir. Hətta bu məsələ ilə bağlı rəsmi Ankara Gürcüstan hakimiyyətindən müvafiq addımların atılmasını tələb edib. Birləşmiş Ştatların Kürd Fəhlə Partiyasını terrorçu təşkilat kimi tanımasının ilk növbədə erməni diasporasının narazılığına səbəb olması heç də təsadüfi deyil. Çünki kürd terrorçularına qarşı aparılan istənilən kampaniyanı da ermənilər özlərinə qarşı çevrilmiş hesab edirlər. Ermənilərə yaxın olan xarici mətbuatda da bu barədə dəfələrlə məlumatlar, şərhlər dərc olunub. Hətta bu yazılarda rəsmi Bakının Türkiyənin PKK-ya qarşı apardığı antiterror kampaniyasından Qarabağ məsələsində yararlandığı da bildirilir.

Uzun müddətdir Qafqazda məskunlaşan kürdlərə erməni terror təşkilatları maddi yardım göstərir. Bir qədər əvvəl isə ABŞ-da fəaliyyət göstərən “Amerika-Kürd İnformasiya Şəbəkəsi”nin internet saytı şəbəkənin xətti ilə bir qrup kürdün Dağlıq Qarabağ ərazisinə göndərilməsi barədə xəbər yaymışdı. Xəbərdə o da deyilirdi ki, səfər “Manukyan Simon” fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.(qaynaq). Onu qeyd etməliyik ki, Son bir ildə Dağlıq Qarabağa Türkiyədən vurulub çıxarılmış 270 kürd ailəsi köçürülüb. Bundan başqa, Suriya, İraq, Livan, Rusiya və başqa ölkələrdən Dağlıq Qarabağa və işğal edilmiş Azərbaycan ərazilərinə 120 erməni ailəsi ilə yanaşı 112 kürd ailəsi də köçürülüb. Ermənistanın PKK yönümlü kürd ailələrə belə geniş qucaq açmasındaki əsas məqsəd;

1.Ermənistan PKK-ya ən çox dəstək verən ölkələrdən biri kimi tanınır;

2.Ermənistandan PKK-ya gizli yollarla silah satılır. Həmin silahları ermənistan rusiyadan alır.

3.PKK ermənilərə Dağlıq Qarabağı işğal edəndə ciddi yardımlar edib. Məqsəd sonradan Azərbaycan torpaqlarını bölməkdir

4.Terrorçular Dağlıq Qarabağın işğal olunmuş ərazilərində “Qırmızı Kürdüstan” dövləti yaratmaq niyyətindədilər. Hər halda, ermənilər kürdləri ərazidə yerləşdirən zaman onlara “Qırmızı Kürdüstan” dövləti yaratmaqda yardımçı olacaqlarına söz veriblər.

“ermənistan xarici işlər nazirinin müavini Arman Kirokasyanın panarmenian.net agentliyinə verdiyi açıqlamasına görə, “DQR” ərazisində PKK bazaları yoxdur, sadəcə, kürdlərin və yezidlərin kompakt yaşadığı kəndlər var. Haqlıdır çünki, işğaldan əvvəl Dağlıq Qarabağ ərazisində barmaqla sayılacaq kürd kəndləri vardı. Onların da əhalisi türk qardaşları kimi yurd-yuvalarından didərgin olunublar. Qarabağ ərazisində isə, ümumiyyətlə, yezidi kürdlərin yaşadığı yaşayış məntəqəsi olmayıb. Bu o deməkdir ki, həmin kürd əhalisi sonradan bu əraziyə köçürülüb və özü də məqsədyönlü şəkildə...”(Zerkalo qəzeti).

Artıq bir neçə dövlət PKK-nı terrorçu təşkilat kimi tanıyıb və öz ərazilərindən onları çıxarmaq yolu tutub. PKK-çılar üçün ən rahat yer Şimali İraq idi ki, türk ordusu onlara ağır zərbə vuraraq pərən-pərən salıb. “Amma Qarabağda məskunlaşan PKK-lara  ermənistan və rusiyadan başqa heç kimin əli çatmır. Qarabağ indi PKK-çılar üçün az qala cənnəti xatırladır”.(Zerkalo qəzeti).



Hərbi əməliyyatların gedişində Azərbaycan xalqının verdiyi daşınar və daşınmaz abidələr,mədəni dəyər oğurlanmış,dağılmış və ya məhv edilmişdir.Bu muharibə Azərbaycanın mədəni irsinə və son nəticədə isə bütün bəşəriyyətə çox böyük ziyan vurmuşdur. Qeyd etməliyik ki, işğal olunmuş torpaqlar, nəzarətsiz zonalar və ərazilər narkobiznesin inkişafında və artmasında misilsiz strateji rol oynayır.Erməni terrorçularının daha doğrusu onları dəstəkləyən erməni diasporası dünyanın müxtəlif yerrlərində fəaliyyəti göstərir.Qana susamış erməni terrorçuları törətdikləri bu qədər hadisələrə baxmayaraq təxribatlarla məşğul olur nəqliyyat,hava,gəmilərində terror aktları törətməyə dəvam edirdilər.Milli Təhlükəsizlik Nazirliyindən verilən məlumata əsasən deyə bilərik ki:
1.Sərnişin avtobuslarında törədilən terror aktları:
1. 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır.

2. 16 sentyabr 1989-cu il  - Tbilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

3. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır. Terrorçuları həbs etmək mümkün olmamışdır.

4. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışlar. (cinayət işi  44/33013). İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Xankəndi şəhər sakinləri Napoleon ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törətmişlər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azəbaycanlı kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunmuş, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilmişlər. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilmişdir. (1993-99-cu illərdə qondarma DQR-in müdafiə naziri olmuş, hazırda o, prezident A.Qukasyana qarşı sui-qəsddə təqsirli bilinir).

5. 10 avqust 1990-cı ildə «Şamxor-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.

6. 10 avqust 1990-cı il - Tbilisi-Ağdam  marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayəti törətmiş erməni terrorçuları Armen Mixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunmuş, 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilmiş, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşurutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.

7. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır.

8. 14 mart 1991-ci ildə  «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılmış , 3 nəfər həlak olmuş,4 nəfər yaralan

mışdır.


9. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır;

- Cəmi Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olmuşdur; Həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını kəsmişlər.



Həlak olanlar 68 nəfər (əsasən qadınlar,uşaqlar,qocalar)

Yaralananlar 132 nəfər
2.Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı
1. 08 yanvar 1992-ci ildə «Krasnovodsk-Bakı» sərnişin  bərəsi partladılmışdır.

Həlak olanlar 25 nəfər

Ağır yaralananlar 88 nəfər

3. Hava nəqliyyatında törədilmiş terror aktları



1. 12 dekabr 1988-ci il tarixində zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İL-76 təyyarəsi Ermənistanın Spitak rayonunun quqark şəhərinin yaxınlığında «Stinqer» raketi ilə vurulmuşdur. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalmışdır. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurmuşlar.

2. 20 noyabr 1991ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları  tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - AR Milli Məclisin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini millət vəkili Z.Hacıyev, Dövlət müşaviri millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Cinkin, AR Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Tele-radio Şirkətinin əməkdaşları, A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov, və podpolkovnik V.Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.

3. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur.

4. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuşdur.

34 nəfər həlak olmuşdur.

Həlak olanlar 176 nəfər
4. Sərnişin qatarında törədilmiş aktlar
1.24 mart 1990-ci ildə «Noraşen-Bakı» yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.

2. 30 may 1991-ci il Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmışdır, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

3. 30 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau  stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Cinayətkarı müəyyən etmək mümkün olmamışdır.

4. 28 fevral 1993-cü il - Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

5. 2 iyun 1993-cü il - Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır. Həlak olan və yaralanan  yoxdur. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-ci il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir.

6. 1 fevral 1994-cü ildə - Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

7. 9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır.

8. 13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

Həlak olanlar 47 nəfər

Yaralananlar 83 nəfər

5. Baki metropolitenində törədilmiş terror aktı



1. 19 mart 1994-cü il Bakı metropoliteninin 20 yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.

2. 3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş AR vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir.

Həlak olanlar 27 nəfər

Yaralananlar 91 nəfər
6. Mülki şəxslərə qarşı törədilmiş terror aktarı
1. 20 sentyabr 1989-cu il tarixdə ermənilər  Zod mədəninin Kəlbəcər rayonu  Söyüdlü yaylağında yerləşən sahəsinə partlayıcı qurğu qoyaraq partlatmış, nəticədə bir nəfər yaralanmış və həmin dövrdə dövlətə 28929 manat ziyan vurulmuşdur.

2. 7 oktyabr 1989-cu il Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay çayı üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Amramyan Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.

3. 4 yanvar 1991-ci ildə Sarkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi terrorçu qrup Əsgəran Ağdam yolunda körpünü partlatmışdır. Həmin qrup 1991-ci il aprelin 18-də Xocavənd rayonunda Amaras kilsəsi yaxınlığında 3 nəfər azərbaycanlı polis əməkdaşını qətlə yetirmişdir. Cinayətkarı həbs etmək mümkün olmamışdır.

4. yanvar 1990-cı ildə Naxçıvan MR-in Şərur rayonunun Sədərək qəsəbəsində şərab zavodu partladılmış, 5 yaşayış evi dağıdılmış, 6 nəfər qətlə yetirilmiş, 23 nəfər yaralanmışdır.

5. 15 sentyabr 1990-ci il Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar vilayətinin radio-televiziya mərkəzi partladılmış, 2 nəfər yaralanmışdır. Terror aksiyasını törədən şəxslər müəyyən edilməmişdir.

6. 12 yanvar 1991-ci ildə «Yevlax-Laçın» avtomobil yolunun 13-cü kilometrində 547 saylı hərbi hissəyə məxsus «UAZ» markalı avtomaşına silahlı basqın edilmiş, SSRİ DİN polkovniki V.Qriqoryev həlak olmuş, əsgər O.Konovalov yaralanmışdır.

7. 28 aprel 1991-ci ildə Şuşa şəhərində 2 beş mərtəbəli bina dağıdılmış, nəticədə 3 nəfər ağır yaralanmışdır.

8. 11 oktyabr 1991-ci ildə Şuşa rayonun Nəbilər kəndi yaxınlığında Şuşa şəhərini içməli su ilə təchiz edən kəmər partladılmışdır.

Həlak olanlar 10 nəfər

Yaralananlar 30 nəfər
Başqa bir qaynaqdaki məlumata əsasən,terror-təxribat faktlarına:
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
-16 sentyabr 1989-cu il. «Tbilisi-Bakı» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
-18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də «Şuşa-Bakı» marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.
-11 iyul 1990-cı il.«TərtərKəlbəcər»sərnişin avtobusu partladıl

mış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçiril

miş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.
-10 avqust 1990-cı il. «Tbilisi-Ağdam» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tate

vosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.


Həmin gün «Şəmkir-Gəncə» avtomobil yolunda Xanlar rayonu

nun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış,nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.


-30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış,2 nəfər həlak olmuş,11 nəfər yaralanmışdır.
-09 yanvar 1991-ci il.«Molodyoj Azerbaycana» qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan,Q.Petrosyan,A.Manqasaryan və Q.Arustam

yan cinayət məsuliyyətinə cəlb olunmuşlar.


-30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
-19 iyun 1991-ci il. «Yevlax-Laçın» avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus «UAZ-469» markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
-31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
-02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində

« QAZ-53» markalı avtomaşın partladılmış , nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.


-21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlı

ğında «KAVZ» markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.


-08 sentyabr 1991-ci il. «Ağdam Xocavənd» avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.
Həmin gün «Ağdam-Qaradağlı» marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
-26 sentyabr 1991-ci il. «Yevlax-Laçın» yolunda «VAZ-2106» markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış,nəticə

də 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.


-19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında «UAZ-469» markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
-20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında «Mİ-8» vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.
-26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində «ZİL-130» və «Moskviç» maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
-08 yanvar 1992-ci il. Türkmənistandan «Krasnovodsk-Bakı» marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
-28 yanvar 1992-ci il. «Ağdam-Şuşa» marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.
-22 mart 1992-ci il. «UAZ 469» markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
-28 mart 1992-ci il. «Kamaz-5410» markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
-18 aprel 1992-ci il. «Qazax-Cəfərli» yolunun 10-cu kilometrliyində «Vaz» markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
-20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında «UAZ-469» markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
-28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
-02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.
-22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.
-30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində «ZİL» markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan «QAZ-66» markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
-01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında «Kislovodsk-Bakı» sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
-18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus «Herkules» tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.
-19 mart 1994-cü il. Bakı metropolitenin «20 Yanvar» stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı «Sadval» ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
Müəyyən olunmuşdur ki, «Sadval» separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, «20 Yanvar» stansiyası ilə yanaşı Bakının «Nizami» kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.
«20 Yanvar» metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
-13 aprel 1994-cü il. Dağıstan Respublikasının «Daqestanskiye Oqni» stansiyası yaxınlğında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
-03 iyul 1994-cü il. Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə «Ömər-75» təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
A.Aslanov «Yerevan-Mineralnıye Vodı-Bakı» marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və «Gənclik» stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.
İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.

Törədilmiş bu qədər terror aktları,qanlı aksiyalarla yanaşı ermənilər vəhşiliklərə davam etmişlərdir.Əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı törədilən aktlarının sayı hesabı yoxdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.Aşağıdakı bu faktların bir qismi bunlardır:


Sivil əsirlər
- Şövqi Xəqani oğlu Əliyevin - girov götürülərkən 3 yaşındaydı daha (24.07.1993) bazu sümüyü Xankəndində erməni «həkimləri» tərəfindən çıxarılmış,nəticədə Şövqi ömürlük şikəst olmuşdur.

-Kəlbəcər rayonunun işğalı zamanı götürülən Gülcamal Quliyevanın - (31.03.93) yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyeva erməni «həkimi» Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur.Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur.

-Anası Afət Mirzəyevanı və babsı Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş.Qəlpələr Babəkin sağ gözünü yaralamış,lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışdır.Hazırda Babəkin bir gözü kordur.

-Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəşətli işgəncələr vermiş,onun qulaqlarını kəsmiş,anası hədə və şantajlara dözməyərək dəli olmuş,qızın özünü isə 4 mln rus rubluna ailəsinə satmışlar.



-Zəminə Göyüş Qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir.Hazırda Zəminənin sol qolu işləmir.Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.

-Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş,mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.

-Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətin ilə çəkilmişdir.O,altı ay davamlı işgəncələrə məruz qalmışdır.

-Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Binis Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova - girov götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.

-Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Viladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davidovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.

-1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.

Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi - döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.

-Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.

-Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova - ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur.

-1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələriinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından («QSM-7») Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya («Uraqan») bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinn radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.

-Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat ƏhmədovaÇiçək Həsənova da olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu ƏmralıyevBinnət Abduləli oğlu Əhmədov şahidlik edirlər.

-İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.

-Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.

-Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.

16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın «Həkimlər insan hüquqları uğrunda» təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya «qaçmağa cəhd edərkən» öldürülməsi fikrini rədd etmişdir.

rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı MədətovanıMövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.

-61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olmuşdur.

-Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.



-Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində  intihar etmişdir.

-18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.

1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.

Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.

Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasın

da ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbulfət Qasımov və digərləri şahidlik edir.

Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını «Kirovabad» demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.

Əsirlikdən azad edilmiş Abuzər Manafovun, Həsən HüseynovunAydın Məhərrəmovun ifadəsinə görə, 14 fevral 1994-cü il tarixdə Şuşa həbsxanasında saxlanarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər əslən Beyləqan rayonundan olan İlqar Ənvər oğlu Qurbanovu müntəzəm işgəncələr verərək öldürmüşlər.

1962-cı il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu Tağıyev Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda qabırğa sınıqları aşkar edilmişdir.

Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında, 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə yetirildiyini bildirmişdir.

Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin mayında Xankəndində qarajda saxlanılarkən qarajın sahibi Mero və Sarkisyan Vazqen adlı digər erməni bir nəfər adını bilmədiyi lal girova əvvəl müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.
Hərbi əsirlər
-Novruz Məhəmməd oğlu Daşdəmirov , Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.Hərbi əsir Mürşidov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.

Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmməov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.

-Mayıl Məhəmmədli oğlu Məmmədovanın damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.

-Cavid Ağa oğlu Hüseynov vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.Bu həqiqətləri dünyaya göstərmək üçün Azərbaycanlı vətəndaşlarımızda ermənilər əleyhinə diasporalar yaradırlar. Amerikada yaşayan azərbaycanlılar daha bir diaspor təşkilatı yaradıblar. Amerikanın ən qədim və ənənəvi şəhəri olan Bostonda təsis edilən Amerika-Azərbaycan Mədəniyyət Mərkəzində əsasən Massazusets ştatında yaşayan və təhsil alan soydaşlarımız toplaşıblar. Yeni qurumun məqsədi Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini, adət-ənənələrini qorumaq, təbliğ etməkdir. Mərkəzdə ilk tədbir Novruz bayramı münasibətilə keçirilib. "Beynəlxalq Azərbaycan gecəsi" altında keçirilən bahar bayramında azərbaycanın mədəniyyəti, qədim adət-ənənələrilə maraqlanan yerli sakinlər də iştirak ediblər. Tədbirdə həmçinin Nyu-York şəhərində yerləşən Beynəlxalq Mirvari fondunun gerçəkləşdirdiyi xeyriyə layihəsinə maddi dəstək məqsədilə vəsait toplanıb. Qeyd edək ki, bu layihənin məqsədi azərbaycandakı kimsəsiz uşaqlara göstərilən tibbi yardımların, cərrahiyyə əməliyyatlarının xərclərini ödəməkdir. Beş min ABŞ dollarının toplandığı xeyriyyə tədbirə dəvət olunan amerikalı qonaqlarla yanaşı Banqladeş, Rusiya, Ukrayna, Bolqarıstan, İran, Türkiyə və Çin nümayəndələri də qatılıblar.

Yeni dövr artıq inkişaf,elmi texniki tərəqqi dövrüdü.Hər gün yeni ixtiralar kəşf edilir.İnsanlar elm sahəsində naliyyətlər qazanırlar.Azərbaycan dövləti inkişaf edir,qüvvətlənir.Azər

baycan artıq qüvvətli orduya,güclü inkişaf etmiş iqtisadiy

yata malikdi.Bu söylədiklərimiz heçdə az şey deyil.Gələcək

də bundan da irəlidə olacaq dövlətimiz.Qarabağ bizim yaralı yerimizdi.Ancaq çalışmalıyıq ki,xalqımız daha bu cür faciələr görməsin.Elm,texnika,idman və digər sahələrdə naliyyətlərimiz get-gedə artır.Biz dünyaya sübut etmişik ki,Qarabağ faciələri,Xocalı faciəsi erməni vəhşilikləridi,ermə

ni vandalizmidi.Bura da ən böyük pay biz gənclərə düşürki,



dünyaya onların törətdikləri vəhşilikləri göstərə bilək. Bu bizim vətənimizə olan müqəddəs borcumuzdu.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə