Tenderə DƏVƏt elani azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında




Yüklə 13.57 Kb.
tarix20.04.2016
ölçüsü13.57 Kb.
TENDERƏ DƏVƏT ELANI
Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi yanında

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

İkinci Kənd Təsərüfatının İnkişafı və Kreditləşməsi Layihəsi
LABORATORIYA AVADANLIQLARININ SATINALINMASI

Kredit B №: 4208-AZ

ADCP2/ICB/PG/LAB/09

1. Bu élan 2 avqust 2006-cı ildə BMT-nin Development Biznes qəzetində layihə barədə nəşr edilmiş Ümumi Satınalma Elanının davamıdır.


2. Azərbaycan Hökuməti İkinci Kənd Təsərüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin (KTİKL-2) həyata keçirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və bu kredit vəsaitinin bir hissəsinin laboratoriya avadanlıqlarının təchiz edilməsi üzrə müqavilə bağlanması məqsədilə sərf olunması nəzərdə tutulur: №: ICB-PG-LAB/ADCP2-09.
3. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi/ KTİKL-2-nin Layihə İdarəetmə Qrupu (LİQ) laboratoriya avadanlıqlarının satınalınması məqsədilə kvalifikasiyalı tender iştirakçılarını möhürlənmiş tender təkliflərini təqdim etməyə dəvət edir.

4. Tender Dünya Bankının Təlimatlarında (BYİB və BİA kreditləri üzrə Satınalmalar, May 2004-cü il) müəyyənləşdirilmiş Beynəlxalq Müsabiqəli Tender prosedurlarına əsasən keçiriləcəkdir və Təlimatda müəyyənləşdirilmiş münasib ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.

5. Maraqlanan iddiaçılar daha ətraflı məlumat və tender sənədlərini nəzərdən keçirmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi/ KTİKL-2-nin LİQ-i, Layihə Direktoru Hüseyn Hüseynova müraciət edə bilərlər (e-mail: hhhus@office.az; shuseynova@office.az) və Tender Sənədlərini 5 yanvar 2010-cu il tarixdən etibarən aşağıda göstərilmiş ünvanda saat 10:00-dan 17:00-dək nəzərdən keçirə bilərlər.

6. Tenderdə iştirak ilə bağlı tələb olunan ixtisas göstəricilərinə aşağıdakılar daxildir:

(i) Şirkətin Maliyyə Potensialı: İddiaçılar son 3 ildə ən azı 3 milyon ABŞ dolları məbləğində həyata keçirdikləri analoji fəaliyyətlər barədə məlumatları sübut edən sənədləri təqdim etməlidirlər.

(ii) Şirkətin Təcrübəsi və Texniki İmkanları: İddiaçılar son 3 il ərzində oxşar malların təchiz edilməsi üzrə ən azı iki müqaviləni müvəffəqiyyətlə yerinə yetirmiş olmalıdırlar. Müqavilələrin uğurlu həyata keçirilməsi barədə benefisiarların zəmanət məktublarının təqdim edilməsi vacibdir. İddiaçılar laboratoriya avadanlıqlarının istehsalı və ya təchizatı üzrə ən azı 5 il təcrübəyə malik olmalıdırlar. Iddiaçılar təchiz ediləcək malların ən azı iki il müddətində bazarda olmaları barədə sübutedici sənədlər təqdim etməlidirlər.

(iii) İddiaçılar təchiz ediləcək malların beynəlxalq standartalara: ISO-9000-9001, DIN, EN, BS, NIST və s. uyğun olması barədə sübutedici sənədlər təqdim etməlidirlər.

Bu müqavilə üzrə tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli şirkətlərə üstünlük şamil edilməyəcəkdir.

7. Tam Tender Sənədləri maraqlanan iddiaçılar tərəfindən aşağıdakı ünvana yazılı müraciət edilməklə və geri qaytarılmayan 100 ABŞ dolları və ya 80 AZN ödənilməklə alına bilər. Ödəniş bank köçürməsi yolu ilə həyata keçirilir. Bank hesabı: Azərbaycan Respublikası Beynəlxalq Bankı, Bakı filialı, Kod 805045, VÖEN 9900001881, Müxbir Hesab: 0137010002944, S.W.I.F.T Bank: IBAZAZ2X, Benefisar: Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, VÖEN 1700428481, Hesab No: 33308019449330335120 AZN; 33318018409330335120 ABŞ. Tender Sənədləri xarici ölkələrə çatdırılmaq üçün hava poçtu, yerli çatıdırlma üçün isə yerli poçtla göndəriləcəkdir. Agentlik poçtla bağlı ləngimələrə yaxud sənədlərin çatdırılmamasına cavabdeh deyildir.

8. Tender təklifləri aşağıdakı ünvana 16 fevral 2010-cu il tarixədək və ya ondan əvvəl təqdim olunmalıdır. Tender təkliflərinin elektron təqdimatına icazə verilmir. Gecikmiş tender təklifləri qəbul edilməyəcəkdir. Tender təklifləri 16 fevral 2010-cu il tarixdə yerli vaxt ilə saat 3-də açılışda iştirak etmək arzusunda olan iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır. Bütün tender təklifləri 20,000 ABŞ dolları məbləğində “Tender Təkliflərinin Zəmanəti” ilə müşaiyət olunmalıdır. “Tender Təkliflərinin Zəmanəti”nin məbləği və valyutası tender təklifinin valyutası ilə eyni olmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Kredit Agentliyi

İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi

Üzeyir Hacıbəyov küçəsi-40, Hökumət evi, 8-ci mərtəbə, Otaq 807

Bakı Az1016, Azərbaycan Respublikası

Tel.: +994 50 348 79 39/4971301

Faks: +994 12 498 13 95



E-mail: hhhus@office.az; shuseynova@office.az







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə