Tenderdə iştirak üçün dəvət (TİD)




Yüklə 37.61 Kb.
tarix29.02.2016
ölçüsü37.61 Kb.
Tenderdə iştirak üçün dəvət (TİD)

Elanın verilmə tarixi: 2 iyul, 2014-cü il

Azərbaycan Respublikası

Sosial Müdafiənin İnkişafı Layihəsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əmək müqavilələri barədə bildirişlərə dair elektron informasiya sisteminin yaradılması məqsədilə müvafiq proqram təminatının satın alınması

Kredit #4418AZ

NCB No. 1- A 1.1.1-G-a

1. Tenderdə iştirak ilə bağlı hazırkı dəvət müvafiq layihə ilə bağlı BMTİP-nin internet saytında 16 noyabr, 2008-ci il tarixində 738 nömrə altında yerləşdirilmiş Ümumi Satınalma Qeydinin (ÜSQ) davamıdır.

2. Azərbaycan Hökuməti Sosial Müdafiənin İnkişafı Layihəsinin həyata keçirilməsi ilə bağlı Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və kreditin bir hissəsini hazırkı TİD çərçivəsində əldə ediləcək razılaşma (lar) istiqamətində ödənişlər üçün sərf etmək niyyətindədir: NCB No. 1-A 1.1.1-G-a. Tender Dünya Bankının uyğunluq qaydalarına və prosedurlarına əsasən həyata keçiriləcəkdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi layihə çərçivəsində icraçı təşkilat qismində çıxış edir və aşağıdakı istiqamət üzrə uyğun təşkilatları möhürlənmiş təkliflər paketi təqdim etməyə dəvət edir:



  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əmək müqavilələri barədə bildirişlərə dair elektron informasiya sisteminin yaradılması məqsədilə müvafiq proqram təminatının hazırlanması

Tender iştirakçıları lotda olan bütün maddələr üzrə qiymət təklifini təqdim etməlidir. Təkliflər bütün maddələr üzrə qiymətləndiriləcək və ümumi paket üzrə ən aşağı qiymət təklif edən iştirakçıya üstünlük veriləcəkdir.

Təchizat və quraşdırma müddəti aşağıdakı kimidir:






Maddə

Sayt

Qəbul (qüvvədə olan müddətdən başlayan həftələr)

1

Layihə planı




H1

2

Sistemin arxitektura planı




H1

3

İşəgötürən haqqında məlumat

Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H7

4

Əmək müqaviləsini imzalamaq səlahiyyətinə malik şəxslər

Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H7

5

Səlahiyyətli şəxslərin qeydiyyatı

Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H8

6

Əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin daxil edilməsi





Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H8

7

Əmək müqavilələrinə edilən dəyişikliklər ilə bağlı əmək müqaviləsi bildirişlərinin daxil edilməsi





Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H9

8

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin daxil edilməsi





Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H9

9

Əmək müqaviləsi bildirişlərinin qeydiyyatı

Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H10

10

Quraşdırma və praktik çalışma

Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H11

11

Təlimlər

Mərkəzi Məlumat Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bakı şəhəri, AZ1009, S. Əsgərova küçəsi 85

H11

12

Sistemin istifadə üçün qəbulu




H12

4. Tender Dünya Bankının Təlimatları üzrə (2004-cü ilin may ayında təsdiq edilmiş və 2006-cı ilin oktyabr və 2010-cu ilin may aylarında yenilənmiş satınalma şərtləri) müəyyən edilən BYİB kreditləri və BİA kreditləri çərçivəsində Milli Rəqabətli Tender (MRT) prosedurlarından istifadə etməklə həyata keçiriləcəkdir və sözügedən təlimatda əks olunan uyğunluq meyarlarına və əvvəlki təcrübə, maliyyə potensialı və s. (Tender məlumat vərəqi, tender iştirakçıları üçün təlimatın 6.1.(a) bəndi) ilə bağlı əsas kvalifikasiya meyarlarına cavab verən bütün iştirakçılar üçün açıqdır.

Tender iştirakçıları üçün kvalifikasiya tələblərinə aşağıdakılar daxildir:

a) Tender iştirakçısı Azərbaycanda qeydiyyatda olmalıdır;

b) Maliyyə baxımdan dayanıqlı olmalıdır.

Tender iştirakçıları aşağıdakı maliyyə tələb(lər)inə cavab verən sənədlər təqdim etməlidir:


  • Son üç 3 il (2011-2013) üçün orta illik dövriyyənin həcmi 250 000 ABŞ dollarından (və ya digər ekvivalent valyutada) az olmamalıdır.

c) Təcrübə və texniki potensial:

Tender iştirakçıları aşağıdakı təcrübə tələb(lər)inə cavab verən sənədlər təqdim etməlidir:



  • Proqram təminatının hazırlanması sahəsində ən azı 3 (üç) illik (2011-2013) iş təcrübəsi;

  • Tender iştirakçısı son üç (3) il (2011-2013) ərzində oxşar funksional/texniki göstəricilərə malik informasiya sistemlərinin hazırlanması, quraşdırılması və texniki dəstəyin göstərilməsi ilə bağlı ən azı bir (1) uğurlu müqaviləni tamamlamalıdır. Tarixlər və rəqəmlər daxil olmaqla müvafiq müqavilələrin təqdim olunması xahiş edilir.

Qeyd edilən tələblər birgə müəssisələrin bütün tərəfdaşlarına tam olaraq şamil ediləcəkdir.

Eyni zamanda, birgə müəssisənin bütün üzvləri tələb olunan texniki sahə üzrə təcrübəyə malik olmalı və birgə müəssisənin hər bir üzvü tələb olunan dövriyyənin ən azı 25%-ni ödəməlidir.

Yerli şəraitdə istehsal edilən müəyyən məhsul növləri üzrə heç bir imtiyaz tətbiq olunmamalıdır. Əlavə təfərrüatlar tender sənədlərində təqdim olunur.

5. Maraq göstərən uyğun təşkilatlar əlavə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi/Sosial Müdafiənin İnkişafı Layihəsinin Layihə İdarəetmə Qrupundan əldə edə bilər və tender sənədlərini aşağıda göstərilən ünvanda saat 10:00-dan 17:00-dək nəzərdən keçirə bilər.

6. Maraqlı tərəflər tender sənədlərinin ingilis dilində olan tam toplusunu aşağıdakı ünvana yazılı müraciət etməklə satın ala bilər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi/Sosial Müdafiənin İnkişafı Layihəsi/Kredit#4418AZ, Salatın Əsgərova küçəsi 85, Bakı şəhəri, Azərbaycan Respublikası AZ 1009AZ. Sənədlərin satış qiyməti 200 (iki yüz) manatdır və edilən ödənişlər geri qaytarılmır. Ödəniş metodu aşağıdakı bank hesabına bank transferi sifarişidir:

Benefisiarın adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Müdafiənin İnkişafı Layihəsinin Layiq İdarəetmə Qrupu



Bank: Azərbaycan Beynəlxalq Bankı

Kod: 805240

Vergi kodu: 9900001881

Corr. acc:  AZ03NABZ01350100000000002944

S.W.I.F.T: IBAZAZ2X

Acc.no: AZ66IBAZ38190038409330186120

Benefisiarın vergi kodu: 1302176421

7. Tender təklifləri 31 iyul 2014-cü il tarixində saat 16:00-a (Bakı vaxtı ilə) qədər aşağıdakı ünvana çatdırılmalıdır. Tender təklifləri 5400 (beş min dörd yüz) manatdan və ya tenderin valyutasında ekvivalent məbləğdən və ya sərbəst dönərli digər valyutada ekvivalent məbləğdən az olmayaraq zəmanət məbləği ilə təmin edilməlidır.

Son qəbul tarixindən sonra təqdim edilən tender təklifləri qəbul edilməyəcəkdir. Tender təklifləri tender iştirakçılarının nümayəndələrinin könüllü iştirakı ilə 31 iyul 2014-cü il tarixində saat 16:00-da (Bakı vaxtı ilə) açılacaqdır.

8. Potensial tender isterikaçılarının diqqətinə çatdırmaq istərdik ki, (i) onlar bütün proqram təminatının qüvvədə olan lisenziyaya malik olmasını və ya onların tender iştirakçısı tərəfindən istehsal edildiyini sübut edən sənədləri əlavə etməlidirlər və (ii) müvafiq tələblərin pozulması fırıldaqçılıq kimi nəzərdən keçiriləcəkdir ki, bu da Dünya Bankının maliyyələşdirdiyi müqavilələrdən kənarlaşdırma üçün əsas yaradır.



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Layihə İdarəetmə Qrupu

Zaur Cəfərli, Satınalma üzrə mütəxəssis

Tamara Qurbanova, Satınalma üzrə köməkçi

Azərbaycan Respublikası, Bakı şəhəri. S. Əsgərova küçəsi 85, AZ1009, 3-cü mərtəbə, otaq # 303.

Tel: + 994-12-596-0936; +994-12-596-0984;

Fax: +994-12-596-0923

E-poçt: zjafarli@spdp.az ; tqurbanova@mlspp.gov.az.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə