Tenderdə İştirak üçün Dəvət (ifb) Azərbaycan Respublikası Sosial Müdafənin İnkişafı Layihəsi Kredit #4418az azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün kompüter və ofis avadanlıqlarının alınması icb no




Yüklə 18.3 Kb.
tarix27.04.2016
ölçüsü18.3 Kb.


Tenderdə İştirak üçün Dəvət (IFB)
Azərbaycan Respublikası

Sosial Müdafənin İnkişafı Layihəsi

Kredit #4418AZ

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün kompüter və ofis avadanlıqlarının alınması

ICB No: 1- A.2.1-G/2011

1. Bu Dəvət Development Business dərgisinin 2008-ci il 16 noyabr tarixli, 738 saylı nömrəsində çap olunmuş Ümumi Satınalma Qeydinə əsaslanır.

2. Azərbaycan Respublikası Sosial Müdafənin İnkişafı Layihəsinin icra xərclərini maliyyələşdirmək məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasından kredit götürmüşdür və bu vəsaitin bir hissəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün kompüter və ofis avadanlıqlarının alınması üzrə ICB No: 1- A.2.1-G/2011 müqaviləsinin icra xərclərini ödəmək üçün istifadə edəcək. Tender Dünya Bankının uyğunluq meyarları və prosedurlarına əsasən həyata keçiriləcək.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi meyarlara uyğun və bu sahədə təcrübəli şirkətləri aşağıdakı lotlar üzrə möhürlü tender təklifləri təqdim etməyə dəvət edir.



Lot 1: Kompüter avadanlıqları (masaüstü kompüterlər, LCD Monitorlar, klaviatura, siçan)

Lot 2: Notebooklar (Notebooklar, netbooklar)

Lot 3: Printerlər və kopiya maşınları (lazer çoxfunksiyalı printerlər, lazer rəngli printerlər, lazer monoxrom printerlər, fakslar və kopiya maşınları)

Lot 4: UPS və əlavə aparatlar (simsiz hub, şəbəkə kabeli, yaddaş fləşlər, birləşdiricilər, Wi-Fi access points, modem, kamera və s.)

Bütün lotlar üzrə çatdırılma müddəti: müqavilə imzalandıqdan sonra 8 həftə nəzərdə tutulur.

Avadanlıqlar aşağıdakı ərazilərə çatdırılmalıdır: Nəsimi (Bakı), Sabayıl (Bakı), Nərimanov (Bakı), Nizami (Bakı), Yasamal (Bakı), Suraxanı (Bakı), Sabunçu (Bakı), Xətai (Bakı), Qaradağ (Bakı), Binəqədi (Bakı), Əzizbəyov (Bakı), Abşeron (Bakı), Astara, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Biləsuvar, Bərdə, Qazax, Qax, Qobustan, Quba, Qubadlı, Qusar, Qəbələ, Daşkəsən, Şabran, Cəbrayıl, Calilabad, Zaqatala, Zəngilan, Zərdab, İmişli, İsmayıllı, Yardımlı, Yevlax, Kürdəmir, Kalbəcər, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Gəncə Kep, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Sumgayıt, Tovuz, Tər-Tər, Ucar, Fizuli, Xanlar, Xaçmaz, Xocavənd, Xocalı, Xızı, Şamaxı, Şəki, Şəmkir, Hacıqabul, Goranboy, Göyçay, Gədəbəy, Gəncə Niz, Şirvan, Naxçıvan AR.

4. Tender Dünya Bankının İBRD və İDA Kreditləri əsasında Satınalma adlı Təlimatları ilə müəyyənləşdirildiyi qaydada Beynəlxalq Rəqabətli Tender şəklində keçiriləcək və Təlimatlarda qeyd olunduğu kimi Uyğun Mənbə Ölkələrdən olan bütün şirkətlərin iştirakı üçün açıqdır.

5. Uyğun maraqlı şirkətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiənin İnkişafı Layihəsinin İcra Qrupunun satınlama mütəxəssisləri Zaur Cəfərli yaxud Leyla Məmmədova ilə əlaqə saxlayaraq, əlavə məlumat ala zjafarli@spdp.az; lmammadova@spdp.az və iş günləri saat 09:00-dan 17:00-a qədər aşağıdakı ünvanda Tender Sənədləri ilə tanış ola bilər.

6. Əsas tələblərə daxildir:

a) İştirakçı şirkət hər lot üzrə bütün mallar üçün İstehsalçının Etibarnamə sənədini təqdim etməlidir;

b) Müqavilə bağlandığı təqdirdə şirkət ITB 19.1(b) bəndində qeyd olunduğu qaydada bütün məhsullar üzrə Azərbaycanda Agent vasitəsilə təmsil olunmalıdır.

c) Təcrübə və texniki potensial:

İştirakçı şirkət aşağıdakı tələblərə dair təcrübəyə malik olması haqqında yazılı sənədlər təqdim etməlidir:



  • Oxşar məhsulların istehsalı və/və ya təchizatı üzrə ən azı 5 (beş) illik təcrübə.

  • İştirakçı şirkət son beş ildə bir yaxud daha çox müqavilə əsasında tenderdə qeyd olunmuş oxşar məhsulların təchizatını tamamladığını və bu məhsulların ən azı son 2-3 il ərzində uğurla istismar olunduğunu təsdiqləməlidir. Tələb olunan əlavə sənədlər: müqavilə tarixləri və məbləğləri göstərilməklə, müqavilələrin siyahısı.

Ölkə daxilində istehsal olunmuş müəyyən mallara üstünlük prinsipi tətbiq olunmamalıdır. Əlavə məlumatlar Tender Sənədlərində təqdim olunmuşdur.

7. İngilis dilində Tender Sənədlərinin tam toplusunu aşağıdakı ünvana yazılı müraciət əsasında və geri-ödənilməyən 200 manat yaxud sərbəst konvertasiya olunan valyutada bu məbləğə bərabər vəsaiti aşağıdakı Bank hesabına köçürməklə əldə etmək olar: Azərbaycan Respublikası; Bakı şəhəri 1009AZ; S. Əsgərova küç., 85, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi/Sosial Müdafiənin İnkişafı Layihəsi İcra Qrupu/Kredit #3923AZ:

Benefisiarın adı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiənin İnkişafı Layihəsinin İcra Qrupu

VÖEN: 1700093011

Hesab №: 33318038409330186120

Bankın adı: Azərbaycan Beynəlxalq Bankı “Bakı” filialı

Kodu: 805045

VÖEN: 9900001881

Müxbir hesab: 0137010002944

S.W.I.F.T.: İBAZAZ2X

Tender Sənədləri kuryer xidməti yaxud elektron məktub vasitəsilə göndəriləcək.




  1. Tender təklifləri:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiənin İnkişafı Layihəsinin İcra Qrupu; Azərbaycan Respublikası; Bakı şəhəri 1009AZ; S. Əsgərova küç., 85, 3-cü mərtəbə, 301-ci otağa 27 aprel 2011-ci il saat 15:00-a qədər təqdim olunmalıdır. Elektron təkliflər qəbul olunmur. Gecikdirilmiş təkliflər geri qaytarılacaq. Təkliflər aşağıdakı ünvanda 27 aprel 2011-ci il saat 15:10-da tenderdə şəxsən iştirak edən şirkət nümayəndələrinin iştirakı ilə açılacaq. Əgər şirkət bütün lotlar üzrə təklif təqdim edərsə, təkliflərə 69 100 (altmış doqquz min yüz manat) manat məbləğində Tender Təminatı əlavə olunmalıdır. Hər lot üzrə isə ayrılıqda Tender Təminatının məbləği belədir:

Lot #1 – 35,000 AZN (otuz beş min manat)

Lot #2 – 7,600 AZN (yeddi min altı yüz manat)

Lot #3- 15,500 AZN (on beş min beş yüz manat)

Lot #4 – 11,000 AZN (on bir min manat)

Şirkətlər istənilən bir, iki, üç yaxud bütün dörd lot üzrə qiymət təkliflərini təqdim edə bilərlər, lakin hər lotdakı bütün məhsullar üzrə qiymət təklifi göstərilməlidir. Qiymətləndirmə hər lot üzrə ayrılıqda aparılacaq və hər lot üzrə ən aşağı qiymətləndirilmiş şirkət ilə müqavilə bağlanacaq. Birgə lotlar üzrə təklif olunmuş endirimlər, olduğu təqdirdə, təkliflərinin qiymətləndirilməsi zamanı nəzərə ALINMAYACAQ.



9. Yuxarıda qeyd olunmuş ünvan:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Zaur Cəfərli, Satınalma mütəxəssisi

Leyla Məmmədova, Satınalma mütəxəssisi

Azərbaycan Respublikası; Bakı şəhəri 1009AZ; S. Əsgərova küç., 85

Tel: + 994-12-596-0936; +994-12-596-0984;

Fax: +994-12-596-0923

E-mail: zjafarli@spdp.az ; lmammadova@spdp.az.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə