Tələbə: Sadıqov Mehdi plan: Giriş Dünya əhalisinin artımı




Yüklə 107.55 Kb.
tarix26.04.2016
ölçüsü107.55 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti
Mövzu: Dünya əhalisinin artım dinamikası və demoqrafik vəziyyət
Fakulə: İİF
Kurs: II
Qrup: 722
Tələbə: Sadıqov Mehdi

PLAN:
Giriş
1.Dünya əhalisinin artımı
2.Əhalinin yaş tərkibi,demoqrafik siyasəti
Nətice

Giriş
Əhalinin dinamikası onun təbii artımını,doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir.Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin şox zəif artımı ilə xarakterizə olunur ki ,bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur.Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırmaq olar.Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir.Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir.Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar.İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir.Məhz bu demokrafik partlayış adlanır.Bu ölkələrdə hər qadına 3-4 uşaq düşür.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər.Ancaq faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır.Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur.Belə ki,1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur.Dünya əhalisinin orta ömür müddəti artsa da ,ümumilikdə regionlar üztə fərq çox böyükdür.Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır-28 yaş.Qadın və kişilərin orta ömür müddəti arasında da nzərəçarpacaq fərq vərdır.Belə ki .doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104-107 oğlan)15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır,sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir.Buna bir çox amillər təsir göstərir.Halhazırda Nepaldan başqa bütün ölkələrdə qadınlar kişilərdən çox yaşayır.

Dünya əhalisinin etnik tərkibi uzun sürən tarixi prosesin nəticəsidir.Əhali etnik birliklərdən ( tayfa ,qohum tayfa ,xalq və millətlərdən ibarətdirlər.Tarixi dövr ərzində bir sıra xalqlar tarix səhnəsəndənsilinmiş(finikiyalılar.karfagenlilər),bəzilərinin minilliklərlə tarixi var(misir,yunan ,çin).bəziləri isə bu yaxınlarda formalaşmışlar(ingilislər XVI,ruslar XVII-XVIII,almanlar XIX əsr)Etnik birliyin əsas əlamətləri dil ,ərazi,mədəniyyət ,etnik şüurun ümumiliyidir.Yer kürəsində 3-4 min xalq var,bunlardan çoxu az saylıdır.Sayı 100 mln nəfərdən çox olan xalqlar (çin,hind,ərəb,türk,rus,benqal,yapon,)dünya əhalisinin 65% 0ni rəşkil edir

1.Dünya əhalisinin artımı
Əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsidir.XX əsrin ortalarından əhalinin tədqiqinə maraq artmışdır. Bunun əsas səbəbləri aşağıdakılardır:

a)əhali cəmiyyətin başlıca qüvvəsidir(əmək resursu –istehsalçısıdır)

b)əhali əsas istehlakçıdır

c)əhalinin sayı daim dəyişir

d)əhali təbiətlə əlaqədə daim onu dəyişir.

Əhalinin dinamikası onun təbii artımını,doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir.Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin şox zəif artımı ilə xarakterizə olunur ki ,bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur.Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırmaq olar.Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir.Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir.Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar.İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir.Məhz bu demokrafik partlayış adlanır.Bu ölkələrdə hər qadına 3-4 uşaq düşür.

İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir.Burada ölüm göstəriciləri də azalır.Ancaq doğumun sürətlə azalması təbii artımın aşağı düşməsinə gətirib çıxarır.Son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşmüş və hətta əhali sayının azalması müşahidə olunmaqdadır.

Üçüncü mərhələ üçün ölümün yüksəlməsi və doğumun tempinin azalması səciyyəvidir.Bu mərhələdə təbii artımın zəifləməsi nəzərə çarpacaq dərəcədədədir .Bu mərhələdə bəzi ölkələr demoqrafik siyasət həyata keçirmişlər.Ancaq bəzi ölkələrdə bu siyasət hələ də öz nəticəsini verməmişdir.

Dördüncü mərhələdə doğum və ölüm göstəriciləri bir –birinə yaxınlaşır,əhalinin yüksək artım tempi aşağı düşür. Bu dövrü dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçirmişlər.

Əhalinin artımı təbii artəmla yanaşı mexaniki artım vasitəsilə də tənzimlənir.Mexaniki artım ölkəyə gəlib gedənlərin sayı ilə tənzimlənir.Ölkəyə gələnlər imiqrantlar,gedənlər isə emiqrantlar adlanır.

Ümumiyyətlə əhalinin artimina bir çox amillər təsir edir.Bunlardan ən vacibləri –məhsuldar qüvvələrin inkişaf səviyyəsi ,əhalinin etnik,dini və regional mənsubiyyəti ,qadınların ictimai əməyə cəlb olunması və cəmiyyətdə rolu ,dövlətin doğumu stimullaşdırılması və ya əksinə ,müharibələr,epidemiyalar nəticəsində uşaq ölümü səviyyəsinin dəyişməsi və sairdir.Bundan başqa ,əhalinin artımına qadın və kişilərin sayının disproporsiyaları ,cins və yaş tərkibi kimi amillər də təsir edir.

Dünya əhalisini demoqrafiyasını və onun qanunauyğunluqlarını öyrənmək İqtisadi Coğrafiyanın əsas vəzifələrindən biridir. Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos – yazıram deməkdir. Demoqrafiya Əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmushdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2009-a görə dünya əhalisi 6 milyard 802 milliondur. Dünyada ən sürətli təbii artım 1950-1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1.8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2.2% təşkil edib.

Müxtəlif vaxtlarda dünya əhalisinin təbii artımı müxtəlif olmuşdur.

Bildiyimiz kimi, dünyada əhalinin sayına təsir edən əsas 2 faktor var.



  1. Təbii artım

  2. Mexaniki artım

Təbii artım dedikdə, doğulanların sayından ölənərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə ölçülür. Əhalinin təbii artımında əsas sıçrayış XX əsrin 60-cı illərində olmuşdur – 2%-dən çox (hər 1000 nəfərə 20 nəfərdən çox). Sonralar bu göstərici 2-1.5% və ya hər 1000 nəfərə görə20-15 nəfər arasında

olmuşdur. Qeyd edək ki, respublikamızda hər 1000 nəfərə təbii artım 19-20 nəfərdən 8-9 nəfərə enmişdir.

Demoqraflar təbii artıma görə ölkələri 3 tipə bölürlər :


  1. Təbii artımın I tipi (müasir növ) – bu tipə aşağı ölüm, aşağı təbii artım aiddir. Bu tipə əsasən İEÖ bu tipə aiddir. Səbəb isə əhalinin sosial səviyyəsinin, tibbin, elmin, təhsilin səviyyəsinin yüksək olmasıdır.Hal-hazırda bu ölkələrdə təbii artım olduqca aşağı səviyyədədir. Buraya ABŞ, Albaniya istisna Avropa ölkələri, Kanada, Yaponiya, Avstraliya, Rusiya aiddir.

  2. Təbii artımın II tipi (ənənəvi növ) – Təbii artımın ənənvi növündə yüksək doğum, orta ölüm, yüksək artım müşahidə olunur. Bu tipə əsasən İOÖ aiddir. Buraya Afrika, Okeaniya, Asiya, Latın Amerikasını aid etmək olar. Burada təbii artım olduqca yüksəkdir. Dünya əhalisinin sayı əsasən bu ölkələrin hesabına artır.

Ümumiyyətlə təbii artımın II tipində artımın yüksək olmasının səbələri : iqtisadiyyatın, təhsilin aşağı səviyyəsi, erkən yaşda evlənmə, səhiyyənin vəziyyətinin pis olması. Bu tip ölkələrə “ Demoqrafik partlatış” xasdır. Misal olaraq Afrikada təbii artım 2.8-5%, Asiyada 1.4-2%, Latın Amerikasında 1.5-2.2%-dir.


Təbii artımın I tipində isə artımın olduqca aqz olmasının səbəbləri urbanizasiya və müasir həyat tərzi, gec evlənmə, boşanma hallarının çox olması, təhsilin elmin yüksək səviyyədə olması. Səhiyyənin yüksək səviyyədə olmasıdır. Bu tip ölkələrə isə “Demoqrafik böhran” xasdır.

Əhalinin müxtəlif səviyyədə təbii artımları bir çox hallarda ölkənin milli maraqlarına təhlükə yaradır. Bu zaman hökümət plkədə təbii artımça müvafiq olaraq demoqrafik siyasət yürüdür. Əsasən I tipə aid ölkələrdə təbii artımı yüksəltmək, II tipə aid ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət yeridilir. Misal olaraq ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq edilir. Hindistanda öz ölkəsində oxşar siyasətin tətbiqi haqqında düşünür. Amma Səudiyyə Ərəbistan, Hollandiya ailədə doğulan ikinci uşağa görə həvəsləndirici təqaüd verir. Bu tip demoqrafik siyasəti Rusiya Federasiyası da etmək istəyir.

2.Əhalinin yaş tərkibi,demoqrafik siyasəti
Dünya ölkələrində demoqrafik vəziyyətə təsir edən ikinci faktor mexaniki artımdır. Mexaniki artım dedikdə əhalinin miqrasiyası nəzərdə tutulur. Miqrasiya olduqca geniş anlayışdır. Miqrasiya əhalinin bir yerdən digər yerə hərəkətinə deyilir. Miqrasiyanın əsasə 2 növü var. 1. daxili miqrasiya, 2. xarici miqrasiya. Daxili miqrasiya ölkə daxilində bir bölgədən digər bölgəyə köçməyə deyilir. Xarici miqrasiya isə bir ölkədən başqa ölkəyə getməyə deyilir. Xarici miqrasiya öz növbəsində 2 yerə ayrılır. 1. Emiqrasiya, 2. İmiqrasiya. Bir ölkədən çıxıb getmək Emiqrasiya, başqa ölkədən bir ölkəyə gəlməlk immiqrasiya adlanır. Ölkədə immiqrantlarla emiqrantlar arasındakı fərq mexaniki artım adlanır. İmmiqrantların üstün olduğu mexaniki artım müsbət saldodadır, yəni burada ölkə əhalisi artır. Emiqantların üstün olduğu mexaniki artım isə mənfi saldodır. Yəni burada ölkə əhalisi azalır. Bunu da qeyd etmək lazımdır ki, bəzi ölkələrin milli strukturunun formalaşmasında miqrasiya başlıca rol oynamışdır. Məsələn : ABŞ, Kanada, Latın Amerikasının ölkələri, Avstraliya ittifaqı, Yeni Zenlandiya, İsrail və s. Bu kimi ölkələr bəzi ədəbiyyatlarda “köçürmə ölkələri”-də adlanır. Hal-hazırda miqrasiya əsasən İOÖ-dən İEÖ-dir. Bunun əsas səbəbi İOÖ-də işsizlik və sosial-iqtisadi vəziyyətin ağırlığıdır.

Antropoloqlar dünya əhalisini irqi tərkibinə görə 3 əsas irqə bölürlər:



  1. avropoid

  2. monqoloid

  3. neqroid


il

dünya

Asiya

Africa

Avropa

Latin America

Şimali America

Oceania

2000

6,115

3,698 (60.5%)

819 (13.4%)

727 (11.9%)

521 (8.5%)

319 (5.2%)

31 (0.5%)

2005

6,512

3,937 (60.5%)

921 (14.1%)

729 (11.2%)

557 (8.6%)

335 (5.1%)

34 (0.5%)

2010

6,909

4,167 (60.3%)

1,033 (15.0%)

733 (10.6%)

589 (8.5%)

352 (5.1%)

36 (0.5%)

2015

7,302

4,391 (60.1%)

1,153 (15.8%)

734 (10.1%)

618 (8.5%)

368 (5.0%)

38 (0.5%)

2020

7,675

4,596 (59.9%)

1,276 (16.6%)

733 (9.6%)

646 (8.4%)

383 (5.0%)

40 (0.5%)

2025

8,012

4,773 (59.6%)

1,400 (17.5%)

729 (9.1%)

670 (8.4%)

398 (5.0%)

43 (0.5%)

2030

8,309

4,917 (59.2%)

1,524 (18.3%)

723 (8.7%)

690 (8.3%)

410 (4.9%)

45 (0.5%)

2035

8,571

5,032 (58.7%)

1,647 (19.2%)

716 (8.4%)

706 (8.2%)

421 (4.9%)

46 (0.5%)

2040

8,801

5,125 (58.2%)

1,770 (20.1%)

708 (8.0%)

718 (8.2%)

431 (4.9%)

48 (0.5%)

2045

8,996

5,193 (57.7%)

1,887 (21.0%)

700 (7.8%)

726 (8.1%)

440 (4.9%)

50 (0.6%)

2050

9,150

5,231 (57.2%)

1,998 (21.8%)

691 (7.6%)

729 (8.0%)

448 (4.9%)

51 (0.6%)
Böyük Coğrafi kəşflərə qədər avropoid irqi Avropa, Şimali Amerika, Hindistan, Yaxın və Orta Şərqdə yaranmışdır. Sonradan bütün dünyaya

yayılmışdır. Monqoloid irqi, əsasən, Şərqi və Cənub-Şərqi Asiyada, Amerikada yerli hindular arasında yayılıb. Neqroid irqi isə Afrikada daha çox yaşayır. Bundan əlavə bəzi alimlər əlavə olaraq avstroloid irqini də ayırırlar. Buraya Avstraliya və Okeaniyanın, Cənub-Şərqi Asiyanın yerli əhalisinin bir hissəsi aiddir. Buna əlavə olaraq bu irqlər arasındada qarışıq irqlər də var. Avropoidlə Neqroidin qarışığından metis, avropoid və neqroid irqinin qarışığı mulat, moqoloid və neqroid irqinin qarışığı isə sambo adlanır. Bu qarışıq irqlər əsasən Amerika qitəsində yayılıb.

Bundan başqa dünya əhalisinin demoqrafiyasinda onların milli tərkibinin böyük rolu vardır. Etnik birliyin əsas əlamətəri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Hal-hazırda yer kürəsində 3-4 min xalq yaşayır. Bunların da çoxu azsaylıdır. Sayı 100 mln nəfərdən çox olan xalqar çin, hind, ərəb, türk, ingilis, rus, benqal, yapon, braziliya və s.-dır. Bunlar dünya əhalisinin 65% təşkil edir.

Dünya əhalisi linqvistik xüsusiyyətlərinə görə də bölünür. Bütün dillər qohumluq münasibətinə görə dil ailələrinə, dil ailələri də öz növbəsində dil qruplarına bölünür. Daha geniş yayılmış dil ailələri bunlardır: Hind-Avropa, Çin-Tibet, Malayziya-Polineziya, Sami-Hami, Bantu, Altay, Qafqaz, Ural, Sudan və s. Hind-Avropa dil ailəsində 2.5 mlrd-dan çox insan danışır. Bu dil ailəsi hind, iran, slavyan, roman, german dil qruplarına bölünür. Hind dil ailəsinə əsasən Hindistanda danışılan dillər aiddir. İran dil ailəsinə isə fars, əfqan, tacik, puştu, beluc, kürd, talış dilləri aiddir. Slavyan dil qrupuna isə rus, ukraynalı, belarus, polyak, çek, slovak, bolqar, serb dilləri aiddir. Roman dil qrupuna isə fransız, italyan, ispan, portuqal, rumın dilləri daxildir. German dil qrupuna alman, ingilis, danimarkalı, norveç, island dilləri aiddir. Bundan başqa Çin tibet dil ailəsi var. Burada olan çin dilində dünya əhalisinin 25% danışır. Malay dili ailəsinə məxsus dillərdə əsasən Malayziya, İndoneziya, Filippində danışılır. Sami-Hami dil ailəsi dünyanın ən qədim dil ailələrindəndir. Burada ərəb yəhudi dilləri var. Sami-Hami dil ailəsində əsasən ərəb ölkələri, İsrail və Maltada istifadə olunur. Altay dil ailəsində isə türk dil qrupu mövcuddur. Türk dil qrupuna isə türk, azərbaycan, özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, uyğur, qaqauz və s. dillər aiddir.

Bundan əlavə olaraq dünya əhalisin din tərkibidə olduqca müxtəlifdir. Dinlər milli və dünyəvi dinlərə ayrılırlar. Dünya dinləri bir neçə xalqın sitayiş etdiyi dinlərdir. Dünya dinləri islam, xristianlıqdır. İslam əsasən Asiya və Şimali Afrikada geniş yayılıb. İslamın beşiyi Səudiyyə Ərəvistanda Məkkə və Mədinə şəhərləridir. Dünyada 50-dan artıq müsəlman ölkəsi vardır. Xristian dini isə əsasən Avropa, Amerika, Avstraliya və Yeni Zenlandiyada yayılmışdır. Bu din Katolik, Pravoslav, və Protestant təriqətlərinə bölünür.

Katoliklərə əsasən İtaliya, İspaniya və Latın Amerikasında yaşayan müsəlmanlar itaət edir. Böyük Britaniya, ABŞ, Avstraliya, Yeni Zenlandiyada isə əsasən protestantlar yaranmışdır. Yunanıstan və Rusiyada isə Pravoslavlar çoxluq təşkil edir. Bundan başqa buddizm mərkəzi, cənubi və cənub-şərqi Asiya ölkələrində sitayiş olunur. Bir millətə məxsus olan milli dinlərdə var. Məsələn, Hindistanda – induizm, Çində - Konfisyanlıq, Yaponiyada – Sintoizm və İsraildə İudaizm var.

Bunla yanaşı dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0-14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15-65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur.

Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104-107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.




Dünya əhalisinin orta sıxlığı bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km2 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri niderland, Almaniya tutur. Burada sıxlıq hər km2 2000 neferdir. Burada sıxlıq Dünyanın ən çox məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər.Ancaq faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır.Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur.Belə ki,1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur.Dünya əhalisinin orta ömür müddəti artsa da ,ümumilikdə regionlar üztə fərq çox böyükdür.Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır-28 yaş.Qadın və kişilərin orta ömür müddəti arasında da nzərəçarpacaq fərq vərdır.Belə ki .doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104-107 oğlan)15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır,sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir.Buna bir çox amillər təsir göstərir.Halhazırda Nepaldan başqa bütün ölkələrdə qadınlar kişilərdən çox yaşayır.

Dünya əhalisinin etnik tərkibi uzun sürən tarixi prosesin nəticəsidir.Əhali etnik birliklərdən ( tayfa ,qohum tayfa ,xalq və millətlərdən ibarətdirlər.Tarixi dövr ərzində bir sıra xalqlar tarix səhnəsəndənsilinmiş(finikiyalılar.karfagenlilər),bəzilərinin minilliklərlə tarixi var(misir,yunan ,çin).bəziləri isə bu yaxınlarda formalaşmışlar(ingilislər XVI,ruslar XVII-XVIII,almanlar XIX əsr)Etnik birliyin əsas əlamətləri dil ,ərazi,mədəniyyət ,etnik şüurun ümumiliyidir.Yer kürəsində 3-4 min xalq var,bunlardan çoxu az saylıdır.Sayı 100 mln nəfərdən çox olan xalqlar (çin,hind,ərəb,türk,rus,benqal,yapon,)dünya əhalisinin 65% 0ni rəşkil edir.

Əhalinin milli tərkibinə görə dövlətləri 5 tipə bölmək mümkündür.

1.Birmillətli-Yaponiya,Koreya ,Banqladeş,Səudiyyə Ərəbistanı və s.

2.Əsasən birmillətli,ancaq az və çox dərəcədə milli azlıqlar olmaqla-Böyük Britaniya, Fransa,İspaniya ,Finlandiya,İraq ,Tailand,Monqolustan,Vyetnam və s.

3. İkimillətli-Belçika ,Kanada

4. cəhətdən yaxın ,mürəkkəb milli tərkibli –İran,Əfqanıstan ,Pakistan ,Laos və s.

5.Çox millətli ,etnik cəhət mürəkkəb tərkibli –Hindistan ,Rusiya ,İsveçrə ,İndoneziya və s.

Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur.Bəzən etnik inkişaf mürəkkəb xarakter daşıyır və bu proseslər eyni vaxtda baş verir.

KONSOLİDASİYA- bir neçə qohum etnosun böyükbir xalqa çevrilmısinə ,ya da sosial-iqtisadi ,mədəni inkişaf nəticəsində formalaşmış xalqın daha da mürəkkəbləşməsinə deyilir.Birinci halda bu etnoslar arası ,ikinci halda isə etnosdaxili konslidasiya adlanır.

ASSİMİLYASİYAnın mahiyyıtiondan ibarətdir ki,bir xalqın müəyyən qrupları vı yı bütöv xalq ,başqa bir xalqın içırisində yaşayaraq,uzunmüddətli təmas nəticəsində onun mədəniyyətini götürür,dilini öz dili sayır və özünün əvvəlki etnik birliyə mənsubiyyətinə qəbul etmir.Milli özünüdərkin dəyişməsi bu prosesin sonu sayılır.Assimilyasiya əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvidirtəbii və məcburi ola bilər.

Elmi –texniki inqilabin ,mədəniyyətin və təhsilin inkişafına baxmayaraq dinin cəmiyyətdə rolu çox böyükdür.Dinləri dünya və milli dinlərə ayrılır.Dünya dinləri bir neşçə xalqın sitayiş etdiyi dinlırdir.Milli dinlər isə bir neçə xalqın sitayiş etdiyi dinlərdir.Dqnya dinləri islam ,xristianlıq,buddizmdir.İslam əsasən ,Asiya və şimali Afrikada geniş yayılıb.İslamın beşiyi Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərləridir.28 ölkənin konstitusiyasında islam dövlət dini elan olunmuşdur,50-dən çox ölkədə müsəlmanlar üstünlük təşkil edir.

Xristianlıq əsasən ,Avropa ,Amerika ,Avstraliya və Yeni Zekkandiyada yayılmışdır.

Buddizm Mərkəzi ,Cənubi və Cənub –Şərqi Asiya ölkələrində yayılmış üçüncü dünya dinidir.

Bundan başqa milli dinlər də vardır ki,bunlara induaizm(Hindistan),konfusyanlıq (Çin),sintoizm(Yaponiya ),iudaizm(İsrail) daxildir.Planetimizdə meydana çıxan bir çox problemlərin həllində ,insanların mənəvi tərbiyəsində ,əhalinin təbii artımında ,hətta bəzi təsərrüfat formalarının formalaşmasında dinin böyük təsiri var .



Əhalinin təhsil səviyyəsindən danışarkən qeyd etmək lazımdır ki,BMT və digər nüfuzlu təşkilatlar bu sahədə mühüm islahatlar həyata keçirir.YUNESKO-nun məlumatlarına əsasən əvvələr 15 Yaşından yuxarı əhali içərisində savadsızların payı 44% təşkil edirdisə, 2002-ci ildə bu göstərici 2 dəfə aşaöı düşmüş və 22% olmuşdur.İnkişafda olan ölkələrdə təhsilin səviyyəsi aşağıdır.Savadsız əhalinin 96%_i bu ölkələrin payına düşür.Eyni zamanda byradada özünəməxsus regionallıq nəzərə çarpır.

Nəticə

2000-ci ildə dünya əhalisinin sayı 6,1 milyard`ı keçmişdir. Əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsi və başlıca istehlakçısıdır. Demoqrafiya — əhalini öyrənən elmdir. Əhalinin sayının kəskin artması «demoqrafik partlayış» adlanır.
Əhalinin təbii hərəkəti (və ya artımı) dedikdə doğum və ölüm arasındakı fərq başa düşülür. Əhalinin artımını demoqrafik siyasətlə tənzimləyirlər. Təbii artımın 2 tipi var:
a) I tip (hazırda bu tip də müasir və keçid tiplərə ayrılır). Bu tip doğumun, ölümün və təbii artımın aşağı olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik qış» deyilir. Çünki uşaqların sayı az, yaşlıların sayı isə çoxdur. Bu tipə bütün IEÖ-lər (CAR-dan başqa) və Şərqi Avropa ölkələri (Albaniyadan başqa) daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən az artır. Bu tipə daxil olan ölkələrdə əhalinin artırılmasına yönəldilmiş siyasət artırılır.
b) II tip (və ya ənənəvi tip) doğumun, ölümün və təbii artımın yüksək olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik yaz» deyilir. Bu tipə bütün IOÖ-lər və CAR daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən çox artır. Bu qrup ölkələr təbii artımı azaltmaq üçün dövlət siyasəti aparır. Məs. Hindistan, Banqladeş və s. Bu qrup ölkələrdə uşaqların sayı çox, yaşlıların sayı isə az olur. Bu qrup ölkələrin başlıca problemi-işsizlik və ərzaq çatışmamazlığıdır.

rq tərkibi: Dünya əhalisi xarici görnüşünə görə 3 irq`ə ayrılır.
1. Avropoid irqinə aid olan əhali əsasən Avropa, Şm. Afrika, Yaxın və Orta Şərq, Hindistanda yayılıblar.
2. Monqoloid irqinə mənsub əhali əsasən Şərqi və Cənub-Şərqi Asiyada geniş yayılıblar.
3. Neqroid (ekvatorial) irqinə mənsub əhali isə əsasən Afrikada yayılıb.
Bəzən alimlər dünyanın 4-cü irqini avstraloid irqini ayırırlar ki, bura Avstraliya və Okeaniyanın yerli əhalisi aid olunur.
Dünyanın 3 əsas irqinin qaynayıb-qarışması nəticəsində aşağıdakı 3 aralıq irqləri yayılıb.

Avropoid & Monqoloid = metis
Avropoid & neqroid = mulat
Monqoloid & neqroid = sambo

Cins tərkibi. Dünyada doğulan uşaqlar arasında oğlanlar qızlara nisbətən çox doğulsalar da 15 yaşa qədər hər iki cinsin sayı bərabərləşir. Qadınların orta ömür müddətinin kişilərə nisbətən çox olması nəticəsində sonrakı yaş həddində qadınlar üstünlük təşkil edir. Bəzi Asiya ölkələrində məs. Hindistan, Çin, Ərəb ölkələrində qadınların xüsusi çəkisi azdır. Bunun səbəbi tez evlənmə, çox uşaqlılıq, ağır həyat tərzi, qadının cəmiyyətdən asılı olmasıdır.
Dünya əhalisinin 51%-i qadınlardan, 49%-i kişilərdən ibarətdir.
Dünya dinləri: Dünyada 3 başlıca din mövcuddur. Bunlar arasında xristian dini etiqad edənlərin sayına görə 1-ci yeri tutur. Xristianların sayı 1 milyardı keçib, əsasən Avropa, Amerika və Avstraliyada məskunlaşıblar. Xristian dini 3 qola ayrılır – 1. Katolik 2. Protestant 3. Pravoslav
Dünyanın 2-ci böyük dini Islamdır. Bu dinə 1 milyarda yaxın insan sitayiş edir. Müsəlmanlar əsasən Cənub-Qərbi Asiya və Şimali Afrikada məskunlaşmışlar. 

İslam`ın beşiyi Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərləridir. Müsəlmanların 90%-i sünni, 10%-i şiə təriqətinə məxsusdur. Şiələr Iran, Iraq və Azərbaycanda daha çoxdur.
Dünyanın 3-cü böyük dini – Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiyada yayılmış Buddizm dinidir. Bu dinə 350 milyondan artıq adam sitayiş edir.
Dünya dinlərindən başqa milli dinlər də mövcuddur. Məs: Hindistanda – hinduizm, Cində – Konfusiçilik, Monqolustanda – lamaizm, Israildə – iudaizm, Yaponiyada – sintoizm dinləri yayılıb.
Milli tərkibi: Dünyada 3-4 minə qədər xalq var. Lakin bunların əksəriyyəti azsaylıdır. Hazırda dünyada sayı 100 mln-u ötmüş 12 xalq var (cinli, hind, rus, ərəb, türk, amerikan, benqal, yapon, braziliyalı, pəncablı, biharlı və meksikalı). Bu xalqlar dünya əhalisinin 65%-ni təşkil edir.
Banqladeş, Yaponiya, İsveç, Polşa, Ərəb ölkələri birmillətli, Hindistan, Nigeriya, Rusiya, Kanada, Böyük Britaniya, Belçika, Ispaniya və s. dövlətlər isə çoxmillətlidir.
Dil əlamətinə görə xalqlar-dil qruplarında, onlar isə öz növbəsində dil ailələrində birləşirlər. Dünya əhalisinin 2,5 milyard nəfəri Hind-Avropa dil ailəsinə mənsubdurlar. Bu dil ailəsi 11 dil qrupundan ibarətdir: Məs.
1. Roman qrupu-bura fransız, ispan, portuqal, rumın, moldavan, Latın Amerikası xalqları daxildir.
2. German (ingilis, alman, amerikan, İsveç, Norveç, şotland, holland və s.)
3. slavyan (rus, belorus ukraynalı, çex, polyak, slovak, serb, bolqar, xorvat və s.)
4) Iran və ya fars qrupu (fars, tacik, kürd, osetin, əfqan)
Dünya əhalisinin ¼ -i Çin-Tibet ailəsinə mənsub olub, Çin dilində danışılar.
Türk dil qrupu Altay dil ailəsinə daxildir. Bu qrupa- türk, özbək, azərbaycanlı, türkmən, qırğız, qazax, uyğur, yakut və s. xalqlar daxildir.
Dünyada ən geniş yayılmış dillər- çin, ingilis, ispan, portuqal, fransız, rus və alman dilləridir.
Ingilis dilində- B.Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyada, portuqal dilində Portuqaliya və Braziliyada, ispan dilində Ispaniya və Latın Amerikası ölkələrində danışırlar.
Asiya və Afrika-dünyanın daha çox dil ailəsinin yayıldığı qitələrdir.
Əmək ehtiyatları dedikdə əmək prosesində iştirak edən (yəni işləmək qabiliyyəti olan) bütün adamlar başa düşülür. Əhalinin müxtəlif istehsal və qeyri-istehsal sahələrində çalışan hissəsinə iqtisadi cəhətdən fəal əhali deyilir. IEÖ-lərə nisbətən IOÖ-lərdə fəal əhalinin (yəni işləyənlərin) xüsusi çəkisi aşağıdır. Bunun səbəbi – iş yerlərinin azaldığı, qadınların istehsala cəlb olunmasının çətinliyi və əmək qabiliyyətli gənclərin çox olmasıdır. IOÖ-lərdə fəal əhali az olsa da, yüksək təbii artımın hesabına əmək ehtiyatları həddən artıq çoxdur.
IEÖ-lərdə fəal əhalinin yarıdan çoxu xidmət sahələrində çalışırlar. 2-ci yeri sənayedə, 3-cü yeri isə k/t-da çalışanlar tutur.

IOÖ-lərdə isə 1-ci yerdə k/t işçiləri, 2-ci yerdə xidmət sahələrində çalışanlar, 3-cü yerdə isə sənayedə çalışanlar du

Ədəbiyyat siyahısı:




  1. 1”.Məhsuldar qüvvələrin inkişa

  2. Coğrafiya. Nəriman Cəbralıyov

  3. Dünya ölkələri. Bakı. 2004


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə