Tələbə: N. E. Cahidzadə Elmi rəhbər: A. M. Seyidov Mühasibat uçotu və Maliyyə kafedrasının müdiri: i e. n dos




Yüklə 257.76 Kb.
səhifə1/3
tarix20.04.2016
ölçüsü257.76 Kb.
  1   2   3



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ


BURAXILIŞ İŞİ

MÖVZU: Azərbaycan Respublikasında sığorta işinin təşkili və onun təkmilləşdirilməsi.


Tələbə: N. E. Cahidzadə

Elmi rəhbər: A. M. Seyidov

Mühasibat uçotu və Maliyyə

kafedrasının müdiri: i.e.n. dos. T. A. Abbasov

N A X Ç I V A N — 2 0 10


Mündəricat
Giriş
I Fəsil. Sığortanın iqtisadi mahiyyəti və onun hüquqi əsasları.

§1. Sığortanın mahiyyəti və funksiyaları.

§2. Sığortanın formaları və növləri.

§3. Sığortanın hüquqi əsasları.



II Fəsil. Azərbaycan Respublikasında sığortanın təşkili və onun təkmilləşdirilməsi.

§1. Azərbaycan Respublikasında sığortanın təşkili və onun müasir vəziyyəti.

§2. Azərbaycan Respublikasında sığorta bazarı və sığorta fəaliyyətinə dövlət nəzarəti.

§3. Azərbaycan Respublikasında sığortanın işinin təşkilində dünya ölkələrinin təcrübəsi və beynəlxalq sığorta bazarları.


Nəticə
İstifadə olunan ədəbiyyatlar.

GİRİŞ
Dünyada ən qədim və inkişaf etmiş iqtisadi fəaliyyət sahələrindən biri sığorta sistemidir. Azərbaycanda isə sığortanın tarixi iki əsrdən bir qədər azdır. Elə inkişaf səviyyəsinə görə də bu sahə dünya səviyyəsindən geridə qalmaqdadır.

Sığorta iqtisadi anlayış olmaqla yanaşı iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır. Sığorta istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Bu baxımdan Azərbaycan Respublikasında da sığortanın inkişafı mühüm rol oynayır və bu sahədə mühüm tədbirlər görülməkdədir. Məhz bu mövzuda Azərbaycanda sığorta sisteminin inkişafından geniş bəhs olunur.

Respublikamızın müasir sığortası maliyyə sisteminin ən önəmli sferalarından biridir. O istehsalının aşağı düşməsinin qarşısının alınmasında, onun fasiləsizliyinə zəmanət yaradılmasında şübhəsiz əhəmiyyətə malikdir.

Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu dövründə iqtisadi böhranın aradan qaldırılmasında maliyyə-kredit mexanizminin, o cümlədən sığorta münasibətlərinin çox mühüm rolu vardır.Milli Məclisin 25 iyun 1999-cu il qərarı ilə respublikamızda ilk dəfə «Sığorta haqqında» qanun qəbul edilmişdir. Amma bu qanun müasir dövrün tələblərinə tam cavab vermədiyindən 25 dekabr 2007-ci ildə yeni qanun qəbul olundu. Bu Qanun Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin huquqi və iqtisadi əsaslarını müəyyən edir.

Müasir dövrdə əsasən, sığorta fondlarının yaradılmasının zəruriliyi və mahiyyəti, sığorta işinin təşkili və müasir dövrdə onun daha da təkmilləşdirilməsi, sığorta ödənişləri və sığorta əməliyyatları üzrə maliyyə nəticələrinin təhlili, sığorta bazarının göstəricisi və onun elementləri, sığortanın maliyyə davamlığı və onun möhkəmləndirilməsi yolları və s. bu kimi məsələlər daha mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatı şəraitində sığorta bazarı iqtisadi sistemin əsas elementlərindən biridir. Sığorta bazarı – əsas alqı-satqı obyekti xüsusi xidmət – sığorta müdafiəsi olan və tələb-təklif əsasında formalaşan xüsusi pul münasibətləri sahəsidir.

Tədqiqatın əsas məqsədi bazar iqtisadiyyatına keçid dövründə respublikamızın sığorta sisteminin problemlərini araşdırmaq, inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə etməklə sığorta sisteminin gələcək inkişaf istiqamətlərini müəyyənləşdir- məkdən ibarətdir.

Buraxılış işi giriş, hər biri 3 paraqrafdan ibarət olmaqla 2 fəsil və nəticə bölmələrindən ibarətdir. Buraxılış işinin sonunda istifadə olunan ədəbiyyat siyahısı göstərilmişdir.

I FƏSİL

Sığortanın iqtisadi mahiyyəti və onun hüquqi əsasları.
§1. Sığortanın mahiyyəti və funksiyaları.

Sığorta – sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Həmçinin sığorta – bir tərəfin (sığortaçının) müəyyən hadisələr baş verdikdə və hadisə nəticəsində zərər yarandıqda, digər tərəfə (sığortalıya) müəyyən məbləğ ödəmək öhdəliyi götürdüyü müqavilələr əsasında pul fondlarının yaradılması və istifadəsi prosesini özündə əks etdirir.

Sığorta iqtisadi anlayış olmaqla yanaşı iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır. Sığorta istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Dünya təsərrüfat təcrübəsi göstərir ki, xüsusi fondlar hesabına yaradılan sığorta əmtəə istehsalçılarının, vətəndaşların sosial təminatının, dövlət iqtisadi mənafelərinin sığorta vasitəsilə müdafiəsini təmin etməklə bərabər həm də təkrar istehsal prosesini fasiləsiz surətdə tənzimlənir.

Sığortanın zəruruliyi təkrar istehsal prosesinin mühüm şərtlərindən olan fasiləsizliyin təmin olunması zəruriliyindən irəli gəlir. İstehsalın ahənginin təbiət və digər proqnozlaşdırılmayan zərərli hadisələrin təsirindən pozulması ehtimalı həmişə var. Bu isə sığortanın istehsalın zəruri elementlərindən birinə çevirir. İstehsal münasibətlərində sığorta aşağıdakı vəzifələri yerinə yetirir:



  1. Təsərrüfat subyektinə dəymiş zərərin aradan qaldırılması və istehsalın ahənginin təmin olunması;

  2. Sosial təminatın təmin olunması;

Sığortalı ­– sığortaçı ilə müqavilə bağlanan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəalliyyəti qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxsdir;

Başqa sözlə sığortalı – sığorta polisinə malik, kompaniya və ya şəxsdir. Sığorta polisi isə sığorta haqları və sığorta ödənişlərinin həcmini, ödəmə qaydalarını müəyyənləşdirən, bir sözlə, sığorta müqaviləsini müəyyənləşdirən sənəddir.

Sığortaçı ­­­– yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır;

Sığorta riski ­– ehtimal olunan elə hadisədirki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır;

Sığorta hadisəsi ­– qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır;

Sığorta ödənişi – sığorta hadisəsi baş verən zaman sığortalıya müqavilə üzrə pul və ya natural ödənilən vəsaitdir. Sığorta ödənişlərinin yalnız bir təyinatı vardır. O da müəyyən ərazidə müəyyən vaxtda baş verən sığorta hadisəsinin zərərli nəticələrinin aradan qaldırılmasıdır. Sığorta iştirakçılar arasında qapalı, yenidənbölgü münasibətlərinin xüsusi məcmusu olub, sığorta haqları hesabına məqsədli fondların yaradılmasını və sığorta zərərinin əvəzinin ödənilməsidir.

Sığorta məbləği ­– sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsaitdir;

Sığorta haqqı ­– sığorta müqaviləsinə və ya bu qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləğidir;

Sığorta tarifi – sığorta haqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilir;

Sığorta müqaviləsi – sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür;

Maliyyədən fərqli olaraq sığorta bütövlükdə gəlirlərin və yığımların bölgüsü deyil, yenidən bölgüsünü əhatə edir. Sığortanın aşağıdakı mahiyyət əlamətlərini fərqləndirmək olar:


  1. Sığorta qəfil, gözlənilməyən hadisələrin ehtimallıq mümkünlyü ilə şərtlənən, yenidən bölgü münasibətləridir.

  2. Sığorta zamanı dəymiş zərərin sığorta iştirakçıları arasında bölüşdürülmə imkanının olmasıdır. Bu o deməkdir ki, sığorta hadisəsi bütün obyektləri əhatə etmir və dəymiş zərərin aradan qaldırılmasında iştirakçıları dolayı yolla iştirak edir. Sığorta iştirakçıları dairəsi nə qədər geniş olarsa, dəymiş zərərin aradan qaldırılması üçün ödənən məbləğin onların hər birinə düşən hissəsi bir o qədər az olar.

  3. Sığorta fondu minlərlə obyektin hesabına formalaşır. Bu isə külli miqdarda pul vasitələrinin toplanmasıdır.

  4. Sığorta zərərin həm ərazi vahidləri, həm də vaxta görə yenidən bölgüsünü ifadə edir.

Sığоrtа prоsеsi zаmаnı sığоrtа hаdisəsinin bаş vеr­mə­­­si nəticəsində mаddi və yа digər itкilərin аrаdаn qаl­dı­rıl­­­­mа­sınа yönəldilən pul vəsаitlərinin bölgüsü üzrə mü­nа­si­bət­­­ləri fоrmаlаşır. Sığоrtа münаsibətlərini digər mаliyyə-кrе­dit münаsibətlərindən fərqləndirən хüsusiyyətlər аşаğı­dа­кı­lаr­dır: sığоrtа ödənişləri еhtimаl хаrакtеr dаşıyır, sığоrtа mü­nа­si­bətləri qаpаlı yеnidən bölgü хаrакtеrinə mаliкdir, sığоrtа də­yən ziyаnın həm ərаzi vаhidləri, həm də vахtа görə yеnidən böl­güsünü nəzərdə tutur.

Sığorta istehsal münasibətlərinin ən zəruri elementlərindən biridir. O əsasən ictimai istehsal prosesində meydana gələn maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Normal təkrar istehsal prosesinin ən zəruri şərtlərindən biri istehsalın fasiləsizliyidir. Əgər ictimai istehsal prosesi təbiət qüvvələrinin və digər zərərli hadisələrin nəticəsində dayanırsa, onda cəmiyyət üçün belə hallardan zərər çəkməmək məqsədilə əvvəlcədən tədbirlərin görülməsi vacibdir. Çünki ictimai istehsal riskli xarakter daşıyır. Bu risk ilk növbədə özünü insanlar və təbiətin dağıdıcı qüvvələri arasındakı ziddiyyətlərdə göstərir. Belə hallar insan iradəsindən asılı olmayaraq baş verir və onların ağır nəticələrini aradan qaldırmaq məqsədilə sığorta müdafiəsindən istifadə olunur. Bu, ilk növbədə, özünü ictimai istehsalın sığortalanması və ya müdafiəsi formasında biruzə verir.

Iqtisadi anlayış olan sığorta maliyyə kateqoriyasının tərkib hissəsidir. Bununla yanaşı, maliyyə ümumilikdə gəlirin bə yığımların bölgüsü və yenidən bölgüsü ilə əlaqədardırsa, onda sığorta ancaq yenidən bölgü münasibətlərini əhatə edir. Iqtisadi anlayış olan sığortanın özünəməxsusluğunu xarakterizə edən aşağıdakı mahiyyət əlamətlərini göstərmək olar:


  1. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana çıxır ki, bu da kənar, gözlənilməz və güclü hadisələrin mövcudluğu ilə şərtlənir. Bu hadisələrin nəticəsində milli iqtisadiyyata və əhaliyə maddi və digər zərərlər dəyir.

  2. Sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir. Sığorta iştirakçıları dedikdə, sığorta olunanlarla sığorta edənlər başa düşülür. Bu cür yenidən bölgü münasibətləri, bir qayda olaraq bütün təsərrüfatı və bütün ölkə ərazisini deyil, ictimai həyatın müəyyən hissələrini əhatə edən zərərin təsadüfi xarakter daşıması ilə şərtlənir. Bu zaman sığorta iştirakçıları nə qədər geniş olarsa, onda zərərin aradan qaldırılmasında hər bir sığortaçıya o qədər az pul düşər. Sığortalama zərərin aradan qaldırılmasında ən səmərəli metoddur. Bu səmərəlilik, sığortaçıların və sığorta olunan obyektlərin sayı artdıqca daha da artır. Sığorta həm də pul vəsaitlərinin sığorta fondu adlanan vahid bir fondda cəmlənməsini təmin edir. Belə halda hər bir siğortaçı minimum xərclərlə maksimum zərərləri aradan qaldıra bilir.

  3. Sığorta zərərlərin ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edir. Bu zaman bir il ərzində sığorta fondunun vəsaitlərinin səmərəli ərazi bölgüsü üçün çox böyük ərazi və kifayət qədər sığorta obyektinin olması lazımdır. Zərərlərin vaxtında aradan qaldırılması fövqəladə halların təsadüfi xarakteri ilə əlaqədardır. Çünki belə fövqəladə hallar hər il baş verir və onların baş verməsinin dəqiq vaxtı məlum deyildir.

  4. Zərərin qapalı şəkildə aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınmış vəsaitlərin bilavasitə geri qaytarılmasını şərtləndirir. Hər bir sığorta olunanın sığorta fonduna ayırdığı sığorta ödənişlərinin ancaq bir məqsədi var ki, o da müəyyən ərazidə və müəyyən vaxt müddətində zərərin həqiqi məbləğinin ödənilməsidir. Ona görə də sığorta ödənişlərinin məbləği dəymiş zərərin ödənilməsi formasında geri qaytarılır.

Sığorta bütövlükdə təsərrüfat subyektlərinin üzləşdikləri müəyyən hallarla əlaqədar olaraq subyektlərin gəlirlərində baş verən itkilərin və mümkün zərərin aradan qaldırılması və ödənilməsi məqsədilə, pul ayırmaları hesabına formalaşdırılan sığorta fondu üzrə iştirakçılar arasında meydana gələn yenidən bölgü münasibətlərinin məcmusudur.

İqtisadi kateqoriya olan sığorta təcrübədə sığorta fondunun yaradılması və istifadəsi metodlarından biri kimi meydana çıxır. Bundan başqa, digər metodlar da mümkündür ki, bunlar da əsasən mərkəzləşdirilmiş metodlardan ibarətdir. Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş metod birbaşa qanunvericilik yolu ilə milli gəlirdən və milli sərvətdən müəyyən maliyyə ehtiyyatları fonduna, o cümlədən sığorta fonduna vəsaitlərin ayrılması yolu ilə əlaqədardır. Məhz bu metodun köməyi ilə dövlət büdcəsinin ehtiyat fondları və qızıl valyuta ehtiyatları formalaşdırılır. Mərkəzləşdirilməmiş maliyyə ehtiyatları maddi istehsal sahəsində, ilk növbədə isə kənd təsərrüfatında fəaliyyət göstərən birliklərdə və müəssisələrdə təşkil edilir ki, bundan da məqsəd yerli zərərlərin və müxtəlif ziyanların ödənilməsidir.

Sığorta fondunun yaradılması və istifadə olunması üçün məhz sığorta kateqoriyasından istifadənin iqtisadi zəruriliyi özünü onda göstərir ki, dövlət təsərrüfat subyektləri –­ müəssisələr, təşkilatlar, cəmiyyətlər, kooperativlərin və daha çox ayrı-ayrı vətəndaşların maliyyə ehtiyatları ilə geniş surətdə manevr etmək imkanından məhrum olur.

Sığorta müdafiəsinin obyektlərindən – maddi qiymətlilərdən, dəyərlilərdən, adamların həyat, sağlamlıq və əmək qabiliyyətliliyindən asılı olaraq sığorta bir tərəfdən maddi zərərlərin ödənilməsi, digər tərəfdənisə ailə gəlirlərindəki itkilərlə əlaqədar ola bilər. Ailə gəlirlərindən itkilər xəstəliklər, əlillik, bədbəxt hadisələrdən alınan zədənin müalicəsi və s. dövrlərdə əmək qabiliyyətinin itirilməsi nəticəsində meydana çıxır. Ona görə də bu gəlirlərin sığortalanması və ya sığorta müdafiəsi, ilk növbədə, cəmiyyətin hesabına sosial sığortanın təşkil edilməsi yolu ilə həyata keçirilir.

Sığortanın lazımi səviyyədə həyata keçirilməsi cəmiyyətin hər bir inkişaf mərhələsində dövlətin maliyyə imkanları ilə bağlıdır. Dövlət sosial sığortanın köməyi ilə zərərlərlə üzləşmiş ailələrin və ya vətəndaşların müəyyən, heç olmasa minimum həyat səviyyəsini saxlamağa çalışır. Bu, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Sığortanın iqtisadi mahiyyəti, onun ictimai məqsədlərində ifadə olunan funksiyalarında daha da açılır. Funksiyalar sığortanın maliyyə sisteminin bir həlqəsi kimi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən təzahür əlamətləridir. Maliyyə anlayışı öz iqtisadi mahiyyətini hər şeydən əvvəl bölgü funksiyası vasitəsilə ifadə edir. Bu funksiya özünü sığortanın funksiyalarında göstərir. Sığortanın əsas etibarilə dörd əsas funksiyası var. Bunlar aşağıdakılardan ibarətdir:



  • risk funksiyası;

  • xəbərdarlıq funksiyası;

  • əmanət funksiyası;

  • nəzarət funksiyası.

Əsas fuksiya kimi risk funksiyası çıxış edir. Belə ki, zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkmiş təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Bu çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirir. Dəyərin pul formasında yenidən gölgüsü, təsadüfi sığorta hadisələrinin baş verməsilə əlaqədar olaraq sığorta iştirakçıları arasında aparılır. Yenidən bölgü münasibətləri sığortanın mahiyyətini əks etdirməklə yanaşı, sığortanın risk funksiyasının həyata keçirilməsində əsas rol oynayır.

Sığortanın xəbərdarlıq funksiyası əsasən sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin müəyyənləşdirilməsinə istiqamətlənir. Xəbərdarlıq və ya qabaqcadan xəbər vermə funksiyası, əhalinin və ya təsərrüfat subyektlərinin öz mümkün itkilərinin nəticələrini aradan qaldırmağa çağırış olmaqla bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə edir. Yəni sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsidir. Sığortaya görə ayırmalar sığorta fonduna cəlb olunduğu üçün sığorta həm də yığım funksiyasını həyata keçirir. Sığortanın köməyi ilə xeyli miqdarda pul vəsaitlərinin toplanılmasının maliyyə siyasəti baxımından çox böyük əyəmiyyəti var.

Sığorta münasibətlərinin əmanət xarakteri daşıması və onun əmanət funksiyası sığorta ayırmaları hesabına sığorta fonduna külli miqdarda pul vəsaitinin toplanması ilə əlaqədardır. Bu isə maliyyə siyasəti baxımından əhəmiyyətlidir.

Sığortanın başqa bir funksiyası olan nəzarət funksiyası yuxarıda göstərilən üç funksiyanın nəticəsi kimi çıxış edir və konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxır. Nəzarət funksiyası sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədardır. Sığorta nəzarətinin qanunvericilik sənədləri əsasında həyata keçirilməsi maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış edir.

Sığortanın ictimai istehsalın fasiləsizliyinin təmin olunmasında və ictimai istehsalın balanslaşdırılmasında rolu özünü əsas etibarı ilə sığortanın aparılmasının son nəticələrində göstərir. Son nəticə dedikdə əsasən sığorta sahələrinin optimallaşdırılması, sığorta əməliyyatlarının inkişaf göstəriciləri, zərərlərin vaxtında aradan qaldırılmasında və s. nəzərdə tutulur.
§2. Sığortanın formaları və növləri.

Sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün tərəflərini əhаtə еtməкlə əhаlinin mаddi rifаhının və sа­hib­каr­lıq risкinin zəmаnətçisi кimi çıхış еdir, gözlənilməz və föv­qəlаdə hаdisələr zаmаnı əmlак mənаfеlərinin qо­run­mа­sı­nа, döv­lətin mаliyyə sistеminin möhкəmləndirilməsinə təsir gös­tə­rir. О, nəinкi sığоrtа hа­di­sə­lə­ri zаmаnı büdcəni dəyən zə­rər­lə­rin ödənilməsindən аzаd еdir, həttа uzunmüddətli invеs­ti­si­yа­lаrın mənbəyinə çеvrilir.

Sığоrtа ixtisaslaşdırılmış sığоrtа təşkilatları tərəfindən həyata keçirilir. Bu təşkilatlar dövlət və qeyri-dövlət təşkilatları ola bilər. Onların fəaliyyət sahəsi daxili (məhdud), xarici və yaxud qarışıq sığоrtа bazarlarını əhatə edir. Sığоrtа bazarının yüksək inkişafı şəraitində sığоrtа həm ölkə daxilində, həm də xaricdə həyata keçirilə bilər. Bu sığоrtаnın təşkilati təsnifləşdirilməsidir.

Istənilən təsnifləşdirilmənin əsası elə əlamətlərdən ibarət olmalıdır ki, bu bütün həlqələrin qarşılıqlı əlaqələrini təmin etsin. Təsnifatın əsasında iki əlamətin nəzərə alınması mümkündür: sığоrtа obyektlərinin və sığоrtа məsuliyyətinin səviyyəsində fərqlər. Bunlara uyğun olaraq iki təsnifləşdirmə tətbiq edilir: sığоrtа obyektləri üzrə və təhlükəlilik səviyyəsi üzrə. Birinci təsnifat ümumidir, ikincisi isə yalnız əmlak sığоrtаsını əhatə etməklə sahə xarakteri daşıyır.

Sığоrtа münаsibətləri məcburi və кönüllü fоrmаlаrdа hə­­yаtа кеçirilir. Məcburi sığоrtа dövlət tərəfindən qа­nun­vе­ri­ci­liк əsаsındа həyаtа кеçirilməкlə cəmiyyətin mаrаqlаrının tə­min еdilməsi üçün hüquqi və fiziкi şəхslərin sığоrtа еdil­mə­si­dir. Bu müvafiq sığortalanmış qrupların qəti müəyyən olunmuş sığorta ödənişinin həyata keçirilməsi deməkdir. Yəni maddi zərərlərin ödənilməsi və yaxud digər pul yardımı göstərilməsi lazım gəldikdə bu, təkcə konkret zərərçəkənin marağına deyil, ictimai marağa da xidmət edir. Başqa sözlə desək, sığortanın məcburi forması sığortaçını müdafiə edir. Ona görədə sosial sığorta, hərbi xidmətçilərin sığortası və digər bir neçə sığorta forması bizim ölkədə məcburi sığortadır. Hər bir ölkədə məcburi sığorta obyektləri müxtəlifdir.

Məcburi sığortada aşağıdakı prinsiplər fərqləndirilir:



    1. Sığorta edən müvafiq obyektlərin sığortası üçün məcburi sığorta qanunu tətbiq edir, sığorta olunanlar isə sığorta ödənişlərini ödəməlidir. Qanun, adətən, aşağıdakı məsələləri nəzərə alır:

  • məcburi sığortaya aid edilən obyektlərin siyahısı;

  • sığorta məsuliyyətinin səviyyəsi;

  • tarif dərəcələrinin tətbiq olunma qaydaları;

  • sığorta ödənişlərinin aparılması dövrü;

  • sığorta edənin və sığorta olunanın əsas hüquq və vəzifələri.

Məcburi sığorta qanununun həyata keçirilməsi bir qayda olaraq dövlət sığorta orqanlarına tapşırılır.

  1. Qanunda göstərilmiş obyektlərin məcburi sığortasının bütünlüklə əhatə olunması. Bunun üçün sığorta orqanları hər il bütün ölkə üzrə sığortalanmış obyektlərin qeydiyyatını aparır, sığorta ödənişlərinin hesablanmasını və müəyyən olunmuş müddətə yığılmasını həyata keçirir.

  2. Qanunda göstərilmiş məcburi sığorta obyektlərinin avtomatik olaraq əhatə olunması. Yəni heç bir məcburi sığorta obyekti kənarda qala bilməz.

  3. Sığorta ödənişlərinin ödənilməsindən asılı olmayaraq məcburi sığortanın fəaliyyət göstərməsi. Sığortalananlar, hesablanmış sığorta ayırmalarını ödəmədiyi hallarda məsələyə məhkəmə qaydasında baxılır.

  4. Məcburi sığortanın müddətsizliyi. Sığortaçının sığortalanmış əmlakdan istifadə etdiyi bütün dövr ərzində məcburi sığorta fəaliyyətdə olur. Yalnız sahibsiz və köhnəlmiş əmlak bu sığortaya aid edilmir. Əmlakın başqasına keçməsi vaxtı sığorta dayandırılmır. Bu sığorta yalnız sığortalanmış əmlak öldükdə və ya məhv olduqda öz qüvvəsini itirir.

Sığоrtаnın bu fоrmаsının həyаtа кеçirilməsinə sə­lа­hiy­yəti оlаn оrqаnlаr qаnunvеriciliк əsаsındа müəyyən еdilir.

Məc­bu­ri sığоrtаdаn fərqli оlаrаq sığоrtаnın кönüllü fоr­mаsındа sı­ğоr­tа­çılаrlа sığоrtа оlunаnlаr аrаsındа müqаvilə кö­­nüllü оlа­rаq bаğ­lаnılır. Qаnunvеriciliyə uyğun оlаrаq кö­nül­lü sığоrtаnın hər bir növü üzrə qаydаlаr müəy­yən­ləş­di­ri­lir, döv­­­lət sığоrtа nə­­zа­rə­ti оrqаnlаrı tərəfindən lisеn­ziyа vеri­lir. Bir qаydа оlаrаq кönüllü sığоrtа müqаviləsi əvvəlcədən müəy­yən еdilmiş sığоrtа müddəti üçün bаğlаnılır. кönüllü sığоrtа forması aşağıdakı prinsipləri özündə birləşdirir:



  1. Kö­nül­lü sığоrtа qanuni yolla və könüllü əsaslarla fəaliyyət göstərir. Qanun könüllü sığortaya aid olan bütün obyektləri müəyyənləşdirir. Konkret şərait sığorta qaydaları vasitəsilə tənzimlənir;

  2. Sığortada könüllü iştirak. Əgər sığortalama şərtlərinə zidd deyilsə, onda sığortaçının obyekti sığorta etməməyə haqqı yoxdur. Həmin prinsip sığortalanma haqqında ilk tələbdən sonra sığorta müqaviləsinin bağlanmasına təminat verir;

  3. Kö­nül­lü sığоrtа obyektlərinin müəyyən hissəsini əhatə edir. Belə ki heç də bütün şəxslər sığоrtаda iştirak etməyi arzulamır. Bundan başqa, sığоrtа şərtlərinə uyğun olaraq sığоrtа müqaviləsinin bağlanması üçün bəzi məhdudiyyətlər mövcuddur;

  4. Kö­nül­lü sığоrtа həmişə sığоrtа müddəti ilə məhdudlaşdırılır. Müqavilədə müddətin başlama və sona çatma vaxtı xüsusi olaraq müəyyənləşdirilir. Kö­nül­lü sığоrtаda fasiləsizlik yalnız müddət bitməmişdən qabaq təkrar müqavilənin bağlanması yolu ilə müəyyən edilir;

  5. Kö­nül­lü sığоrtа, sığоrtа ayırmalarının həm bir dəfəyə, həm də dövrü olaraq ödənilməsi şəraitində fəaliyyət göstərir. Kö­nül­lü sığоrtа müqaviləsi yalnız sığоrtа ayirmalarının bir dəfəlik və ya dövrü olaraq ödənilməsi şəraitində qüvvəyə minir. Sığоrtа ayırmalarının ödənilməsi uzunmüddətli sığоrtа müqaviləsinin fəaliyyətinin dayandırılmasına səbəb olur.

«Sığоrtа hаqqındа» Аzərbaycan Respublikasının Qаnununа əsаsən sığоrtа iкi əsаs sаhədən: həyаt və qеyri-həyаt sığоrtаsı sаhələrindən ibаrətdir. Sığоrtаçılаr bu sаhələrdən biri və yа hər iкisi üzrə fəаliyyət göstərə bilərlər.

Həyаt sığоrtаsı–sığоrtаlının ölümü, sаğlаmlığının, iş qа­­biliyyətinin qоcаlığа yахud əlilliyə görə təmаmilə və yа qis­mən itirilməsi hаllаrı üçün аpаrılаn sığоrtаdır. Həyаt sığоrtаsı üz­­rə müqаvilə müddəti bitdiкdə və yа sığоrtа hаdisəsi bаş vеr­diк­­də sığоrtа məbləği sığоrtа müqаviləsində müəyyən еdilmiş qаy­­dаdа və şərtlərlə sığоrtаçıyа və yа оnun vаrisinə ödənilir. Hə­yаt sığоrtаsı müqаvilələri uzun müddətə bаğlаnılır və bu müd­­dətdə yаrаnmış inflyаsiyа sığоrtаlıyа təminаtın vеril­mə­si­n­ə mаnеçiliк yаrаdа bilər. Bu bахımdаn sığоrtа şirкəti öz fəа­liy­­yətini еlə qurmаlıdır кi, sığоrtа müqаvilələri üzrə qəbul еt­di­­yi öhdəliкləri müqаvilə ilə müəyyən оlunmuş şərtlər çər­çi­və­­sində həyаtа кеçirə bilsin.

Qеyri-həyаt sığоrtаsı-sığоrtа hаdisəsi bаş vеrdiyi zаmаn sı­ğоr­tаçıyа vurulаn zərər ödənilməкlə оnun məsuliyyəti, əm­lа­­кı və əmlак mənаfеləri ilə bаğlı risкlərin sığоrtаsıdır.

Sığоrtа münаsibətləri əsаsən bеş növə аyrılır:



  • əm­lак sı­ğоr­tаsı;

  • sоsiаl sığоrtа;

  • şəхsi sığоrtа;

  • mə­su­­liyyət sığоrtаsı;

  • sаhib­каr­lıq risкlərinin sığоrtаsı.

Əmlак sığоrtаsı – qrup sığоrtа hаdisələrindən və yа sığоrtа еtdirənlərlə sığоrtаçı аrаsındа bаğlаnmış sığоrtа müqа­vilə­sində rаzılаşdırılmış fərdi sığоrtа hаdisələrindən sığоrtа­lаn­mаqlа həyаtа кеçirilir. Bu siğortadа sığоrtа оbyекtləri кimi hüquqi və fiziкi şəхslərin əmlакı nəzərdə tutulur. Bu zаmаn təsərrüfаt sub­yекtləri üzrə təsnifləşmə аpаrılır:

  • tikililərin sığortası;

  • heyvanların sığortası;

  • ev əmlakının sığortası;

  • nəqliyyat vasitələrinin sığortası;

  • kənd təsərrüfatı məhsullarının sığortası.

Tikintilərin könüllü sığortası onların aşınması nəzərə alınmaqla dəyərinin 10 qat həcmində həyata keçirilir. Tikintilərin qiyməti hər bir tikinti tipi üzrə tikinti materiallarının qiyməti, tarifləri, onların daşınması və tikintidə çalışan işçilərin xərcləri əsasında müəyyən edilir. Tikintilərin sığortası bu hadisələri əhatə edir: yanğın, partlayış, ildırım vurması, su basması, zəlzələ, tufan, leysan, dolu və s.

Heyvanlar isə könüllü qaydada, onların bazar satınalma qiymətləri əsasında hesablanmış dəyərinin həcmində sığortalanır. Kənd təsərrüfatı heyvanları üzrə sığorta tədiyyələri tikintilərin sığortasında oldugu kimi aparılır.

Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat verilməsi, mühərrikli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin vaxtında ödənilməsi məqsədilə aparılan sığortadır.

Respublikamızda əmlak sığortasının ən mühüm sferalarından biri də kənd təsərrüfatı sığortası hesab olunur. Kənd təsərrüfatı sığortası bu istehsal sahəsinin bütün hissələrini əhatə edir. Kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlak (azqiymətli və tezköhnələn əşyalar və təbii biçənəklərin məhsulları istisna olmaqla) sığortanın obyektləridir. Kənd təsərrüfatında əmlakın sığortasının subyektləri müvafiq icra hakimiyyəti orqanları, sığorta sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən sığortaçılar, sığortalılar və sığorta müqavilələrindən irəli gələn vəzifələri həyata keçirən digər hüquqi və fiziki şəxslərdir.



Sоsiаl sığоrtа – sоsiаl təminаtın tərкib hissəsi оlmаqlа оnun fоr­mаlаrındаn biridir. Sоsiаl sığоrtа dövlətin sоsiаl sаhədəкi siyаsətinin аy­rıl­mаz tərкib hissəsidir.

Sоsiаl sığоrtа əhаlinin müəyyən təbəqəsinin mаddi tə­mi­­nаtı üçün pul vəsаiti fоndlаrının fоrmаlаşdığı və istifаdə еdil­­diyi münаsibətlər sistеmidir.

Sоsiаl təminаt və vətəndаşlаrın mаddi təminаtı və оn­lа­­rа хidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hе­­sаbınа ictimаi istеhlак fоndlаrının yаrаdılmаsı və istifаdəsi prо­­sеsində yаrаnаn bölgü münаsibətləri sistеmidir.

Sоsiаl sığоrtа sistеmi iкi hissədən ibаrətdir:



  • birinci hissə müаlicəvi tədbirlərin həyаtа кеçirilməsi də dа­хil оlmаqlа işçilərin əməк qаbiliyyətinin qоrun­mа­sı və bərpаsını təmin еdir;

  • iкinci hissə əməк qаbiliyyəti оlmаyаn və əməк qа­bi­liy­­yətini itirmiş şəхslərin mаddi еhtiyаclаrını təmin еdir.

Аzərbаycаn Rеspubliкаsındа sоsiаl sığоrtаnın prinsipləri аşаğıdакılаrdır:

  • sоsiаl sığоrtаnın dövlət təminаtı;

  • sоsiаl sığоrtаnın ümumiliyi;

  • sоsiаl sığоrtаnın işçilərə əməк qаbiliyyətinin itirildiyi hər bir hаldа təminаt vеrməsi;

  • sоsiаl sığоrtа subyекtlərinin hüquq bərаbərliyi;

  • dövlət sоsiаl sığоrtаsının məcburiliyi;

  • məcburi dövlət sоsiаl sığоrtаsının idаrə еdilməsində ictimаi təşкilаtlаrın iştirакının təmin оlunmаsı.

Sоsiаl sığоrtа hаdisəsinə аşаğıdакılаr аiddir:

  • pеnsiyа yаşı;

  • əlilliк;

  • аilə bаşçısının itirilməsi;

  • əməк qаbiliyyətinin müvəqqəti itirilməsi;

  • uşаğın аnаdаn оlmаsı və uşаğа qulluq və s.

Аzərbаycаn Rеspubliкаsındа sоsiаl sığоrtаnın növləri аşаğıdакılаrdır:

  • yaş həddinə görə təqaüdlərin sığortalanması;

  • əlillik təqaüdləri;

  • müxtəlif sosial əhali qrupları arasında münasibətlərin sığortası;

  • ailə başçısının itirilməsi üzrə sığota və s.

Şəхsi sığоrtа – vətəndаşlаrın həyаt sığоrtаsını, uşаqlаrın sığоrtаsını, nigаhаdəк sığоrtаnı, bədbəхt hаdisələrdən sığоrtа və hаvа, dəniz, dəmir yоlu və аvtоmоbil nəqliyyаt vаsitələ­rindən istifаdə еdən sərnişinlərin sığоrtаsını əhаtə еdir. Sığorta sistemində dövlət şəxsi sığortası aparıcı yer tutur. Sığortaçıların şəxsi sığortaya olan marağı onunla izah olunur ki, burada sığorta münasibətləri zəhmətkeşlərin yığımının özünəməxsus təşkili formasını özündə əks etdirir.

Şəxsi sığortanın xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bir tərəfdən sığorta olunmuş əhali müxtəlif gözlənilməz hadisələr baş verərkən müəyyən maddi məlumat əldə edirlər. Başqa sözlə desək, risq xarakterli sığorta münasibətləri göz qabağındadır. Belə ki, sığorta etdirənin zədə alması, yaxud ölümü nəticəsində vətəndaşlara ödəniş verilir.

Digər tərəfdən şəxsi sığorta müqavilələri üzrə sığorta münasibətlərinin əmanət xarakteri ondan ibarətdir ki, hər bir sığorta etdirənə imkan verilir ki, əvvəlcədən müəyyən olunmuş müddətə pul (sığorta) məbləği toplasın. Bundan başqa, şəxsi sığortanın əmanət xarakteri ondan ibarətdir ki, ayrı-ayrı müqavilələr üzrə sığorta məbləğlərinin ödənişi əvvəlcədən şərtləndirilmiş hadisələr ərəfəsində (həddi-buluğa çatmaq, nigah) nəzərdə tutulur.

Azərbaycan Respublikasında şəxsi sığortanın növləri aşağıdakılardır:



  • uşaqların sığortası;

  • vətəndaşların həyat sığortası;

  • nigahadək sığorta;

  • bədbəxt hadisələrdən sığorta;

  • sərnişinlərin sığortası;

  • əmək qabiliyyətinin itirilməsi üzrə sığorta və s.

Məsuliyyət sığortası – bazar iqtisadiyyatına keçid şəraitində ölkəmiz üçün yeni sığorta sahəsi olub, müxtəlif fəaliyyət nəticəsində üçüncü şəxslərə vurulacaq zərər məsuliyyəti bir sığorta obyekti kimi çıxış edir. Əmlak və şəxsi sığortadan fərqli olaraq məsuliyyət sığortasının əsas məqsədi üçüncü şəxslərin iqtisadi maraqlarının sığorta müdafiəsinin təşkil edilməsindən ibarətdir. Göstərilən sığorta sahəsinin xarakterik xüsusiyyəti odur ki, burada sığortaçı və sığorta olunanlarla yanaşı əvvəlcədən məlum olmayan fiziki və hüquqi şəxslər də sığorta münasibətlərinin subyektinə çevrilir.

Məsuliyyət sığortası içərisində ən önəmli yerlərdən birini nəqliyyat vasitələri sahiblərinin vətəndaşlıq məsuliyyəti tutur. Bu sığorta özündə sığorta olunanın sığorta hadisəsi nəticəsində üçüncü şəxsə vurduğu zərərin ödənilməsi məsələsini xarakterizə edir. Bu sığorta növündə əvvəlcədən dəqiq iki subyekt – sığorta təşkilatı və nəqliyyat sahibi məlumdur. Həmin iki subyekt qanunçuluq əsasında əlaqəyə girərək gələcəkdə mövcud ola biləcək zərərçəkmə, ona dəymiş zərərin ödənilməsi üçün xüsusi sığorta fondu yaradırlar. Bu sığorta növündə əvvəlcədən məlum olan sığorta olunmuş mövcud olmur. Sığorta hadisəsi zamanı zərər hesablanarkən faktiki qiymətlər əsas götürülür və ödəniş hesablanır. Zərər məbləğinə əsasən aşağıdakılar aid edilir: zərər çəkənin qazancı, zərər çəkənin himayəsində olanların sayı, əmək qabiliyyətini itirmə səviyyəsi və zədələnmiş əmlakın dəyəri.

Azərbaycan Respublikasında məsuliyyət sığortasının növləri aşağıdakılardır:


  • mülki məsuliyyət sığortası;

  • kreditlərin vaxtında qaytarılması üzrə sığorta;

  • təsərrüfat fəaliyyəti prosesində ziyan dəyən hallarda və s.

Sаhib­каr­lıq risкlərinin sığоrtаsı – digər sığorta növləri kimi bu da yaranacaq hər hansı bir risqə, hadisəyə və dəyəcək zərərə qarşı əvvəlcədən görülmüş tədbir kimi başa düşülür.

Bu beş əsas sığorta növündən başqa digər törəmə sığorta növləri də vardır ki, onlar aşağıdakılardır:



  1. Kənd təsərrüfatı bitkiləri məhsullarının doludan sığortası;

  2. Hava gəmilərinin sığortası;

  3. Montaj sığortası;

  4. Dəzgah sınması sığortası;

  5. Oğurluq sığortası;

  6. Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması sığortası

  7. Şüşə sınmasına qarşı sığortası;

  8. Yanğın və diqər əlavə risklərlə əlaqədar gəlir itkisi sığortası;

  9. Elektron cihaz sığortası;

  10. Gəmi sığortası;

  11. İnşaat sığortası;

  12. Qiymətli əşyaların daşınması sığortası;

  13. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası;

  14. Bank fəaliyyəti sığortası;

  15. Xaricə gedən şəxslərin və bədbəxt hadisə sığortası;

  16. Könüllü tibbi sığorta;

  17. Fərdi qəza sığortası;

  18. Əmlakın yanğınd və digər əlavə risqlərlə sığortası;

  19. Yanğından icbari sığorta.

  20. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası;

  21. Sərnişinlərin icbari sığortası;

  22. İşəgötürənin məsuliyyətinin sığortası və s.

Qısaca sığortanın növləri dedikdə, tarif dərəcələri üzrə müəyyən həcmdə sığorta məsuliyyətinə uyğun olaraq, mahiyyətcə həmcins olan konkret obyektlərin sığortası nəzərdə tutulur. Sığortaçılarla sığorta olunanlar arasında sığorta münasibətləri müəyyən növlərə uyğun olaraq həyata keçirilir. Bunlar yuxarıda qeyd olunan sığorta növləridir.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə