TƏLƏBƏ: Ağazadə Aynurə Tahir qızı RƏHBƏR: Şükürov Kərim




Yüklə 142.92 Kb.
tarix23.02.2016
ölçüsü142.92 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT TURİZM İNSTİTUTU

Fakültə:TURİZM İŞİNİN TƏŞKİLİ VƏ İDARƏEDİLMƏSİ

KURS İŞİ
MÖVZU:Azərbaycan ərazisində ibtidai cəmiyyət

KURS: 1

QRUP: Regionşünaslıq

TƏLƏBƏ:Ağazadə Aynurə Tahir qızı

RƏHBƏR: Şükürov Kərim


2010

1

PLAN
GİRİŞ
1.PALEOLİT DÖVRÜ. İBTİDAİ OVÇULAR-YIĞICILAR.
2.MEZOLİT DÖVRÜ. AZƏRBAYCAN SAKİNLƏRİ İSTEHSALEDİCİ TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ.
3.NEOLİT DÖVRÜ. İSTEHSAL TƏSƏRRÜFATI.
4.AZƏRBAYCANDA ENEOLİT DÖVRÜNÜN ƏKİNÇİ-MALDAR TAYFALARI.
5.TUNC DÖVRÜ.KÜR-ARAZ MƏDƏNİYYƏTİ.
6.ORTA TUNC DÖVRÜ.
7.SON TUNC VƏ ERKƏN DƏMİR DÖVRÜ.İBTİDAİ İCMA QURULUŞUNUN DAĞILMASI.

2

Giriş
Azərbaycan Yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ta-rixi ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar-maddi və yazılı abidələr əsasında öyrə-nilir. Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Lakin, təkcə arxe-ologiyanın köməyi ilə sosioloji nəticələr çıxarmaq, yazılı qaynaqlar olmayan dövr-lərin, o cümlədən ibtidai icma cəmiyyətinin, necə deyərlər, canlı tarixini vermək, ibtidai icma dövründə sosial münasibətlərin, insanın mənəvi aləminin mənzərəsini yaratmaq və s. qeyri-mümkündür. Arxeoloji materiallar, şübhəsiz ki, etnoqrafiq şərh tələb edir, əks halda bölgələrin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzə-rəsini bərpa etmək çətindir.

İndi bizim tariximizin yaşı təxminən bir milyon yarım ildir. Bu vaxt ərzində qə-dim Azərbaycan ərazisində kortəbii qüvvələrlə mübarizədə maddi və mənəvi mə-

dəniyyət yaratmağa başlamış ilk insanlar meydana çıxmış, ibtidai icma quruluşu tə-şəkkül tapmış, yüz min illər boyu mövcud olmuş və sonralar süqut etmiş ilk dövlət qurumları meydana çıxmış, inkişaf edərək məhv olmuşdur.

Sonuncu tədqiqatların işığında Azərbaycan insanların ən qədim yayılma rayon-larından biri kimi tanınır. Zaqafqaziyanın bəşəriyyətin ilk, ulu vətəni hüdudları da-xilində olması şübhəsizdir. Artıq o dövrdə Azərbaycan ərazisi çoxsaylı fəaliyyət iz-ləri qoyub getmiş uzaq əcdadlarımız tərəfindən tədricən mənimsənilirdi. İnkişaf et-məyə hələ təxminən 1,5 milyon il bundan əvvəl başlanmış Quruçay çaydaşı mədə-niyyətinin meydana gəlməsi bunu sübut edən dəlillərdən biridir. Arxeoloqlarımızın axtarışları, Azərbaycan ərazisində aşkara çıxarılmış müxtəlif maddi abidələrin mü-qayisəli şəkildə öyrənilməsi, paleobioloqların, paleobotaniklərin, paleomaqnitçilə-rin tədqiqatları, odun meydana çıxması, ilk daş konstruksiyalar və bir çox başqa fe-nomenlər Zaqafqaziyanın ilkin paleolit dövrü sakinlərinin həyatı, zəka qabiliyyəti

haqqında bizim təsəvvürlərimizi əhəmiyyətli dərəcədə dəyişmişdir. O zaman insan öz varlığı uğrunda təbiətin amansız qüvvələri ilə gərgin mübarizə aparırdı. O, bu çox ağır, uzun mübarizə prosesində fasiləsiz və inadlı yaradıcı əməyi ilə dünyanı dəyişirdi. Təbii ki, insan özü də təkmilləşirdi.

Azərbaycan tarixinin ən qədim dövrlərinin öyrənilməsində alimlərimizin böyük müvəffəqiyyətlərinə baxmayaraq, hələ də xeyli aydın olmayan, mübahisəli məsələ-lər qalır. Nəzəri xarakterli problemlər mövcuddur. Bütün bunlar predmetin özünün ümumi mürəkkəbliyi ilə yanaşı, elmi-idraki, həm də ideya-nəzəri dünyagörüşü əhə-miyyətli olan ibtidai icma tarixinin ümumi çətinlikləri ilə izah olunur.

50-ci illərin əvvəllərində S.M.Zamyatninin rəhbərliyi altında respublika ərazisin-də daş dövrünün öyrənilməsinə başlanmış, bu iş M.M.Hüseynov tərəfindən müvəf-



3

fəqiyyətlə davam etdirilmişdir. Aveydağdakı mağaranın, qaya sığınacağının tədqiqi ilk inandırıcı paleolit materiallarını-Mustye dövrü və son paleolitə aid olanları üzə çıxardı. Daşsalahlı və Tağlar mağaralarında da paleolit materialları aşkar edildi. M.

M.Hüseynov tərəfindən kəşf edilmiş paleolit abidələri içərisində öyrənilməsinə hə-lə 1960-cı ildə başlanmış Azıx mağarası xüsusi yer tutur. Mağaralarla yanaşı, bəzi

məntəqələrdə açıqtipli düşərgə yerləri tapıldı. Tədqiqatlar nəticəsində mühüm pale-olit abidələri-Kiçik Qafqazın, demək olar ki, bütün Şərq dağətəyi rayonunda, Kür vadisində yayılmış mağara düşərgələri müəyyənləşdirildi.

Son otuz ildə aşkara çıxarılmış paleolit materiallarının öyrənilməsi belə bir iddi-aya imkan verir ki, Azərbaycan ərazisində hələ ən azı 1,5 mln il, bəlkə ondan da əvvəl insan yaşamışdır. Bu materiallar bir sıra digər məlumatlarla birlikdə belə gü-man etməyə əsas verir ki, Azərbaycan, ola bilsin ki, bəşəriyyətin ən qədim, ilk və-

təninin hüdudları daxilində olmuşdur.

Bir sıra səmərəli materiallar seriyası ilə zəngin olan Tağlar kompleksi arxeoloq-

larımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal xüsusiyyətlərini aşkara çıxarmaq və uzun bir dövr ərzində bu mədəniyyətin təkamül mərhələlərini izləmək imkanı vermişdir. Bu kompleks ilk dəfə olaraq Qafqazın Ön Asiya vilayət-ləri ilə qədim mədəni əlaqələrini müəyyənləşdirmək üçün etibarlı faktik material vermişdir. Qeyd edək ki, Orta Paleolit dövrü Ə.Cəfərov tərəfindən müvəffəqiyyətlə tədqiq edilir. Azərbaycan ərazisində Üst Paleolit xeyli zəif öyrənilmişdir. Bu dövrə aid olan materiallar-Damcılı və Tağlar mağarasında, habelə Qazaxda yerləşən açıq-tipli Yataqyeri düşərgəsində tapılmışdır.

Azərbaycan arxeoloqları Mezolit və Neolit dövrünün bəzi abidələrini Qazaxda, Qobustan zonasında, Gəncə yaxınlığında (ancaq Neolit) aşkara çıxarmağa nail ol-muşlar. Mezolit və Neolit bəşər tarixinin mühüm mərhələləridir. Bu mərhələlərin abidələrinin tədqiqi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada istehsal xarakterli təsərrüfatın-əkinçilik və maldarlığın başlanğıc mənbəyini əsil mənada öyrənməyə imkan verəcəkdir.

Bizim arxeoloqlarımız tərəfindən Eneolit dövrünün qədim əkinçi-maldar tayfala-rına aid olan bir sıra abidələri aşkara çıxarılmışdır. Bu işin ilkin mərhələsi O.A.Hə-bibullayevin adı ilə bağlıdır. Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə məskəninin aşağı təbəqəsindəki qazıntı Qafqaz arxeologiyasında yeni səhifə açmış, Zaqafqazi-ya Eneoliti və ilkin əkinçilik mədəniyyətinin öyrənilməsinin əsasını qoymuşdur. Kültəpə qazıntıları, habelə Azərbaycanın digər rayonlarında, Gürcüstan, Erməni-stan və Dağıstanda aşkara çıxarılan bir sıra ən qədim oturaq əkinçiliyə aid abidələr e.ə. vı-ııı minilliklərdə Zaqafqaziyada mədəni-tarixi proses barəsində bizim təsəv-vürlərimizi xeyli dəyişir. Bu qazıntılar nəticəsində keçmiş SSRİ-nin cənubunda Or-ta Asiya və Şimali Qara dəniz sahili mərkəzləri ilə yanaşı, daha bir ilkin əkinçilik mədəniyyəti mərkəzini-Qafqaz mərkəzini müəyyənləşdirmək mümkün oldu.

Hazırda Azərbaycan Respublikası ərazisində yüzdən çox ilkin əkinçilik abidələri

4
aşkara çıxarılmışdır. Onlar Kür hövzəsi, Mil-Qarabağ düzü, Muğan və Araz zona-

sında qeydə alınmış və xeyli dərəcədə öyrənilmişdir. Onların tədqiqində başlıca rol İ.H.Nərimanova məxsusdur. Cənubi Azərbaycanda da çox maraqlı ilkin əkinçilik kompleksləri qrupu məlumdur.

Naxçıvan MR və Kiçik Qafqazın cənub-şərq ətəklərində-Qaraköpəktəpə, Günəş-təpə, Leylatəpəsi, Ovçulartəpəsi və başqa yerlərdəki qazıntılar tuncdan istifadənin başlanğıcında Azərbaycan ərazisindəki qədim tayfaların mədəni-tarixi inkişafının düzgün mənzərəsini təsəvvür etməyə, Şərqi Zaqafqaziya sakinlərinin Şimali Qaf-qaz tayfaları ilə Zaqafqaziya və Qədim Şərqin həmsərhəd ölkələri ilə əlaqələrini

aşkara çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir.

Üzərliktəpədə, Qaraköpəktəpədə, Qobustanda, Şəki rayonunun kurqanlarında və başqa yerlərdə aşkara çıxarılmış Orta Tunc dövrü materialları maraqlıdır. Azərbay-canın Orta Tunc dövrünü V.H.Əliyev tədqiq edir.

Tunc dövrünün arxeoloji materialları zəngin və misilsiz möhtəşəmliyi ilə fərqlə-nən, əkinçilik və maldarlığın, habelə dulusçuluq və metal emalının coşğun inkişafı əsasında məhsuldar qüvvələrin səviyyəsinin xeyli yüksəldiyinə dəlalət edən qədim mədəniyyətləri bizə çatdırmışdır. Əhalinin xeyli artması, ilk böyük tayfa ittifaqları-nın meydana çıxması kəskin surətdə nəzərə çarpır; hərbi toqquşmalar daha tez-tez baş verir, yaşayış məskənlərinin, möhkəm qalaların sayı artır.Tunc dövrü özü ilə birlikdə çoxlu mühüm dəyişikliklər gətimişdir. Bu dövrdə maldarlığın xeyli inkişaf etməsi və dağ-mədən sərvətlərinin istismarı hesabına ayrı-ayrı şəxslərin və ailələrin əlində böyük sərvət toplanır ki, bu da sosial və əmlak təbəqələşməsinin dərinləş-məsinə gətirib çıxarır. Bu dövrdə müharibə maldarlıq və əkinçiliklə yanaşı,Azər-baycan tayfalarının başlıca məşğuliyyətlərinin birinə çevrilir.

Kifayət qədər çoxlu arxeoloji materiallar Orta və Son Tunc dövründə Azərbay-can ərazisində təbəqələşmənin kəskin surətdə dərinləşdiyinə, ibtibai icma quruluşu-nun tənəzzülə uğradığına və dağıldığına dəlalət edir.

5

I Fəsil
Paleolit dövrü. İbtidai ovçular-yığıcılar.
şər cəmiyyətini ilkin inkişaf dövrü ibtidai icma qurluşu adlanir.
İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir.  İbtidai ic-ma quruluşu ilk insanların yaranması ilə başlamış uzun inkişaf yolu keçmişdir. Bu quruluş ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərdə baş vermişdir.  İcma quruluşunun inkişaf və dağılması hər bir ölkənin təbii ehtiyatları və başqa amillərlə bağlı olmuş- dur. İnsan cəmiyyəti ilk dəfə Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində əmələ gəlmiş və təşəkkül tapmağa başlamışdı. İbtidai icma quruluşunun tarixi insa-inın heyvanlar aləmindən ayrılması ilə başlanır. Müasir insana oxşar olan ən qədim insan tipi «Cənub meymunları» (Avstrolopitek) olmuşdur. Bu tipə aid insan qalıq-ları Afrikada (Keniyada) Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbay-can Respublikalarının sərhədində olan Udabno kəndi yaxınlığında da insanabənzər meymun qalıqları aşkar edilmişdir. İbtidai icma quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür.
Daş dövrü aşağıdakı dövrlərə bölünür:
1. Paleolit (Qədim daş) dövrü;
2. Mezolit (Orta daş) dövrü;
3. Neolit (Yeni daş) dövrü.
PALEOLIT (Qədim daş) dövrü e.ə.l2-ci minillikdə başa çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 2,6-3 milyon il bundan əvvəl başlanmış-dır.
Ən qədim insanlar xarici görkəmlərinə görə insanabənzər meymuna oxşar idi. İn-san müasir görkəmə düşənə qədər üç böyük tarixi inkişaf mərhələsi keçmişdir. I mərhələyə ən qədim insanlar (arxantroplar), ikinci mərhələyə ibtidai insanlar (pa- leantroplar) və üçüncü mərhələyə isə müasir insanlar aiddir.
Ən qədim insanlar insanabənzər meymundan aşağıdakı xüsusiyyətlərinə görə fərq-lənirdilər:
1) ayaqlarının pəncələri üzərində hərəkət etməklə nisbətən düz yerişli olmuşlar;
2) asta hərəkət edən və bəzi sadə əməliyyatları yerinə yetirən əl barmaqlarına ma-

lik olmuşlar;


3) beyinləri nisbətən yüksək inkişaf etmişdi.
Alimlər ən qədim insanların sümüklərinin qalıqlarına əsasən onların xarici görkə-mini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna oxşayırdılar. Onların beyinləri meymun beynindən böyük, müasir insan beynindən kiçik idi, əlləri dizə qədər uzanır, ayaq üstə gəzir, əlləri ilə sadə işlər görür, ov edir, yem toplayır, mü-dafiə olunurdular; alınları ensiz və arxaya maili idi.
Paleolit dövrünə aid ən qədim insan məskəni və insan qalığı 1931-ci ildə Liki

6

tərəfindən Şərqi Afrikada (Tanzaniya) Oldovay dərəsində aşkar edilmişdir.İndo-

neziyada Yava adasında Trinil şəhəri yaxınlığında Pitekantrop, Çində Sinantrop, Almaniyada Heydenberq və Neandertal vadisindəNeandertal, Azərbaycan Respub-likasının Füzuli şəhəri yaxınlığında Azıx mağarasında Azıxantrop adamın qalıqları aşkar edilmişdir.
Ən qədim insanların məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. İnsanlar meyvə və bitki köklərini, toxumlarını, quş yumurtalarını toplamaqla məşğul olurdular. Yı-ğıcılıqla əsasən qadınlar məşğul olurdu. Qədim insanların yaşayışını təmin edən əsas vasitələrdən biri də ovçuluq idi. Ovçuluqla kişilər məşğul olur, əsasən, quş, ayı, maral, keçi, ceyran və s. ovlayırdılar.
ALT PALEOLİT

Paleolit dövrünün ilk pilləsi olan Alt paleolit dövrü ilk insan tipinin yaranmasın-dan başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrə aid tapıntılar er-məni işğalı altında olan Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx ma-ğarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adi çay daşlarından ayırmaq çətindir. Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları, ərşin- qaşov, sıyırğac və s. alətlər tapılmışdır. Buradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Azıx mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir. Bunu 1962- ci ildə Azərbaycan tarixçisi Məmmədəli Hüseynovun aşkarladlğı 350- 450 min il bundan əvvəl yaşamış insa-nın alt çənə sümüyünün qalığı sübut edir. Alimlər həmin ibtidai insanı “Azıxan-trop”, yəni Azıx adamı adlandırmışlar.

İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə, quş yumurtası toplayır, yeməli bitkilərin köklərini, torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək, itilənmiş ağac və çapacaqlar olmuşdur. Bun-larla silahlanmış insan qrupları xırda heyvanları, iri heyvanların balalarını, xəstə və sürüdən geri qalan heyvanları ovlayırdılar. Ovçuluqla əsasən kişilər məşğul olurdu-lar. Ən qədim insan sadə işlər görür, əmək alətləri hazırlaya bilirdi. Onların hazır-ladıqları ilk əmək alətləri dəyənək, sivri daş, iti uclu ağac idi. Ən qədim insanlar müasir insanlardan fərqli olaraq xeyli qabağa əyilməklə iki pəncə üzərində yeriyir, danışa bilmir, qırıq-qırıq səslər çıxarırdılar. Ən qədim insandan fərqli olaraq “ba-carıqlı insan” iki ayaq üzərində gəzə bilirdi, beyinləri nisbətən inkişaf etmişdi. İbti- dai insanlar kiçik qruplar, dəstələr halınada yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan sürüsü və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət ha-disələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi olmadığı kimi, ibtidai icma quruluşunun ilk pilləsində yaranmış, qəbilə ic- ması yaranana qədər mövcud olmuşdur.

Qədim insanları heyvanlardan ayıran əsas məsələ onların əmək alətləri hazırla-ması və oddan istifadə etmələri olmuşdur. Heç bir heyvan ən adi primitiv alət ha-zırlaya bilmədiyi kimi, oddan da qorxmaqdadırlar. İnsanlar ilk vaxtlar şimşək çax-ması, vulkan püskürməsi, üzvi maddələrin öz- özünə yanması zamanı yanan odu götürərək istfadə edirdilər. Odu heç bir zaman sönməyə qoymudular. Oddan isin-



7

mək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu.

Odu sönməməsi üçün böyük tonqallar qalanır və qadınlar daim odun keşiyində dururdular. Azıx mağarasında 700 min il əvvələ aid ocaq izləri tapılmışdır.

Alt paleolitin sonunda əmək alətlərini yeni növü kəsicilər meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə, dəvəğözü) hazır-lanırdı. Bu materiallar əsasən parçalandığı zaman iti-kəsici qəlpələr alındığı üçün dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.


ORTA PALEOLİT



Orta Paleolit texminen 100 min il bundan əvvəl başlamış, e.ə 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Faransada yer adıdır. Orta Paleolit əmək alətləri ilk dəfə buradan tapılmışdır ) dövrü də adlanır. Orta Paleolit dövründə Azərbaycanın ərazisində yaşayan qədim insanların həya-tında bir sıra əhəmiyyətli yeniliklər baş vermişdir. Kiçik Qafqazın cənub-şərq ya- macında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar. Arxeoloqları-
mız Qarabağda Tağlar, Naxçıvanda Qazma, Qazaxda Damcılı mağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapılmışlar. Orta Pale-olit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar NEANDERTAL adamı adlanır. Neandertal - Almaniyada yer adıdır. Burada ibtidai insanın kəllə sümüyü tapılmışdır. Onlar əsasən ovçuluqla-Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at və s. ovlamaqla, həmçinin yem toplamaqla ( yığıcılıqla ) məşğul olmuşlar.
    Ətraf aləmə münasibətdə və ibtidai dini təsəvürlərdə müəyyən dəyişikliklər baş vermişdir.   Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdır. Oda, ovsunlara, heyvanlara ( totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir.
ÜST PALEOLİT

 Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır. Üst Paleolit texminen 40 min il bundan əvvəl başlamış, e.ə. 12-ci il minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyi-şikliklər baş vermişdir.


   Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşərgələri öy-rənilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və vəhşi heyvanların hücum-larından qorunmuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrin-də rast gəlinmişdir.
Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayı-sının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarım dairəvi və uzun qaşovlar, gəzli ( yəni kənarı dişikli ) və üçbucaq əmək alətləri geniş yayıl- mışdır. Üst Paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni

8

ağıllı insanın Homo Sapiyens yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə kinetik dillə - əl, dodaq hərəkətləri ilə başa salırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyyətinin artması, şüurun, dü-şüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu.
   Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən ayrı-ayrı ifadələrin birləşməsindən ( iki-üç və s. sözdən ) nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq-danışıq ünsiyyət vasitəsi yaranmışdır. Ulu icmanı qəbilə icması əvəz etmişdir. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Buna nəsli qəbilə quruluşu deyilir.
Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayirdı. Uşaqların qayğısına qalmaq, gi-ləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması anaxaqanlığı ( matriarxat ) adlanır. Üst paleolit abidələri nisbətən zəif öyrənilib. Onun izlərinə Damcılı və Tağlar mağaralarında, Yataq yeri adlı açıq düşərgədə rast gəlirik. Tağlar mağa-rasının yuxarı qatında Mustye tipli itiuclularla birlikdə Üst Paleolitin başlanğıcı üçün səciyyəvi olan uclu qaşovlar, kəsicilər, bizlər, saplaqlı alətlər, biz formalı ki-çik itiuclular, prizmaşəkilli nüvələr tapılır. Üst Paleolit dövrü incəsənəti xüsusilə diqqəti cəlb edir. Matriarxat dövründə qadına sitayişlə əlaqədar rəmzi mənada çox-lu qadın təsvirləri yaradılmışdır. Son Paleolit dövründə zəngin qəbir avadanlığına malik müxtəlif dəfn adətləri olmuşdur. Bu dövrün adamları fiziki cəhətdən müasir insan formasında (neantrop, kromanyon və s.) olmuşlar.


9

II Fəsil
Mezolit dövrü. Azərbaycan sakinləri istehsalədici təsərrüfatın meydana çıxması dövründə.
Mezolit dövrü. E.ə 12-ci minillikdən Azərbaycan ərazisində qəbilə icmasının inkişafında yeni dövr başlanır. Mezolit və ya Orta Daş dövrü adlanan bu dövr e.ə VII minnilliyə qədər davam etmişdir.
Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr ha-lında birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərin-də xeyli dəyişikliklər baş vermişdir. Yeni emək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar. Mezolit dövründə ox və kama-nın ixtira edilmişdir. Bu baxımdan Qobustanın Mezolitə aid qayaüstü rəsmləri içə-risində ox-yayla silahlanmış təbii böyüklükdə insan təsvirləri böyük maraq doğu-rur. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdi-lər. Onlar qida ehtiyatını artırmağa nail olmuş və heyvanları əhliləşdirməyə başla-mışlar. Ox ilə yayın kəşfi fərdi ovçuluğa, düzənlərdə və ormanlarda insanın ovu uzaqdan ovlaması, quş vurması üçün geniş yol açmış oldu. İlk vaxtlar heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai maldarlığın əsası qoyu-lurdu. Lakin heyvanları əhliləşdirilməsi çox uzun dövr ərzində olmuşdur.
Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Ət ehtiyatının artması in-sanların ərzağa olan tələbatının qismən ödədiyinə görə, toplanmış yabanı bitki to-xumlarının da bir hissəsini ehtiyat üçun saxlayirdılar. Bu isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaradırdı.
Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına ke-çidin əsası qoyulmuşdur. Əvəllər təbiətin hazır nemətlərini toplayıb onlardan istifa-də edən indi onları bilavasitə istehsal etməyə başlamışlar. Lakin istehsal təsərrüfa-tının formalaşması bir qədər gec -Yeni Daş dövründə başa çatmışdır.
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən Onlar ov-luq, balıqçılq və yığıcılıqla məşğul olmuşlar. Qobustandakı Mezolit düşərgələrində çaxmaqdaşı və sümükdən hazırlanmış əmək alətləri tapılmışdır. Həmin dövrdə in-sanlar çox kiçik ölçülü ( mikrolit ), həndəsi formalı, gəzli, üçkünc, kəsici və s. alət-lər istifadə etmişlər.
   Sümükdən biz. ox ucu habelə balıqçılıqda istifadə olunan alətlər düzəldirdilər. Qazax rayonunda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtəlif tipli alətlər, cilalanmış, dişli lövhələr tapılmışdır.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayalarında bu dövr insanlarının ovsun-totem inamlarını, dini ayinləri, ov səhnələrini əks etdirən rəsmlər həkk olunmuşdur. Burada qadın və müxtəlif heyvan rəsmləri çox məharətlə təsvir edilmişdir.
10

Mezolit dövründə insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar. Qobustanda mezolit qəbirlərindən birindən belə əşyalar tapılmışdır.



11

III Fəsil

Neolit dövrü. İstehsal təsərrüfatı.

NEOLİT (Yeni Daş) dövrü e.ə. VIII-VI minilliyi əhatə edir. Daş əmək aləti daha da təkmilləşdirildi. Ağacdan sapı olan cilalanmış daş baltalar əvvəlki əmək alətlə-rindən daha məhsuldar idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan olurdu. İnsanlar toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını və məhsul verməsini dəfələrlə müşahidə etmişdilər. Onlar sahələri kolluq və meşəlik-dən təmizlədilər, əkinçiliklə məşğul olmağa başladılar. Qadınlar ağaca buynuzdan, yaxud daşdan ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və taxıl əkirdilər. Ən qədim əkinçilərin əmək aləti toxa idi. Bu dövrün əkinçiliyinə toxa əkinçiliyi deyilir. Sünbülü iti daş qəlpələri taxılmış buynuz və sümükdən düzəldil-miş oraqla biçirdilər. Toxa əkinçiliyi yığıcılığa nisbətən qəbiləni daha çox qida ilə təmin edirdi. Beləliklə, yığıcılıqdan əkinçilik meydana gəldi. Ən qədim əkinçilik məskəni on min il bundan əvvəl Ön Asiyada (Zaqroş dağları və Anadoluda) yaran-mışdı. Arpa və buğdanın vətəni bu ərazidir və dünyanın digər ərazilərinə buradan yayılmışdır.
Əhliləşdirilmiş itin iştirakı və oxla heyvan ovlamaq daha uğurlu olurdu. İt ovu axtarıb tapır, insan ovu uzaqdan oxla vura bilirdi. Bunun sayəsində qəbilədə qida bolluğu yaranırdı. İnsanlar qoyun, keçi, donuz, inək və digər heyvanların balalarını kəsməyib, xüsusi düzəldilmiş küzdə (ağac çubuqlarında, qamışdan hörülərək dü-zəldilən yer) saxlamağı və əhilləşdirməyi də öyrəndilər. Beləliklə, ovçuluqdan mal-darlıq meydana gəldi. Bundan əvvəl isə insanlar yalnız təbiətdə olan heyvanları ov-layır, balıq tutur, bitki toplayırdılar. Əkinçilik və maldarlıq yaranandan sonra in-sanlar özləri əkir, taxıl toplayır, heyvan saxlayır, öz tələbatlarını ödəyirdilər. Bu-nunla da istehsal təsərrüfatı yarandı.
Neolit dövründə insanlar cilalı daş baltalardan, balıqçılıqda tordan, harpundan, qarmaqdan istifadə etmiş, əkinçiliyin inkişafı ilə oturaq həyat tərzinə keçmiş, gil (saxsı) qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Onlar kətan və yun liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan dəriyə nisbətən yün-gül və rahat paltar tikirdilər. Bütün bu yeniliklər elmdə «neolit inqilabı» adlanır. İs-tehsal təsərrüfatı ilə bağlı əkin üçün yararlı düzən torpaqların məskunlaşması baş-landı. Əhalinin tam oturaqlığa, “kənd təsərrüfatı” yaşayışına keçməsi üçün imkan yarandı. Güney Azərbaycanda, Təbriz yaxınlığındakı Yaniqtəpə və Sulduz düzün-dəki Hacı Firuz abidələri son Neolitin (m.ö. vı minillik) əsl oturaq əkinçi-maldar təsərrüfatının, kənd tipli məskənlərin qalıntısıdır. Bu zaman möhrə və ya çiy kər-piclə hörülmüş evlərdən kəndlər salınır, qoyun və keçi saxlanılırdı. Yeni təsərrüfat yaşayışı üçün zəruri olan məhsul istehsalını böyütdü, bununla tayfalararası alış-ve-riş yaranıb genişləndi.

Neolitin başlıca qazanclarından biri duluzçuluq, saxsı qab istehsalı oldu. Gil qab-ları əl ilə istənilən şəklə salıb qurutmuş, odda bişirmişlər. Halbuki o çağa kimi ya-



12

ğış suyu yığmaq, yemək bişirmək üçün Qobustanda qaya üstündə qazılmış konus-varı daş oyuqlardan istifadə edilirdi. Neolitin sonunda saxsı qablar daha münasib görünüşdə hazırlanmış, müxtəlif üsullarla, o cümlədən boya ilə naxışlanmışdır (Yanıqtəpə, Hacı Firuz). “Ev peşələri” anlayışına daxil olan toxuculuq, hörməçilik, tikinti işi və başqaları da öz başlanğıcını Neolitdən götürmüşdür.İstehsal iqtisadiy-yatına keçilməsi, insan toplum və birliklərinin öz təsərrüfatları ilə geniş ərazilərə yayılması, yem çatışmazlığının getdikcə aradan qalxması əhali artımını sürətləndir-di. Yeni iqtisadiyyatın cəmiyyətdə yaratdığı bu köklü dəyişmələr arxasında icma quruluşunun dağılmasına aparan yollar başlanırdı.



13

IV Fəsil
Azərbaycanda Eneolit dövrünün əkinçi- maldar tayfaları.

ENEOLİT (mis-daş) dövrü e.ə. VI-IV minilliyi əhatə edir. Daş dövrünün sonu, metal dövrünün başlandığı, tunc dövrünə keçid mərhələsidir. Bəşər tarixində metal əsri mis dövrü ilə başlayır. İnsanın istifadə etdiyi ilk metal mis olmuşdur. Mis ema-lının qədim izləri Ön Asiyada təqribən 7 min il bundan əvvəl Anadoludakı Çayö-nü, Çatal Hüyük məskənlərində və Mesopotamiyada tapılmışdır. İnsanlar misdən balta, xəncər, nizə, bəzək əşyaları, evdə işlənən əşyalar düzəltməyə başladılar. Mis yumşaq metal olduğuna görə daşı sıxışdıra bilmədi, mis alətlərlə yanaşı, daş alətlər də işlədilirdi. Elə buna görə də, bu dövrə mis-daş dövrü deyilir. Bu dövrdə toxa əkinçiliyi üstünlük təşkil edirdi, çiy kərpicdən evlər tikilir, gildən qadın fiqurları düzəldilir, boyalı qab istehsalı genişlənirdi.

Azərbaycanda Eneolit çağı üçün uzunmüddətli oturaq əkinçilik və onunla bağlı ev maldarlığı səciyyəvidir. Mil düzündə Şahtəpə yaşayış yeri yaxınlığında qədim suvarma arxının izləri, yaşayış yerlərində tapılan iri dənli taxıl qalıqları Eneolit dövründə suvarma əkinçiliyinin olmasını sənədləşdirir. Ancaq dəmyə əkinçiliyi da-ha geniş yayılmişdı. Torpağı toxalarla şumlayırdılar. Toxa əkinçiliyinin texniki im-kanları məhdud olsa da, Azərbaycanda 10 növə kimi arpa, buğda, vələmir, darı, çölnoxudu becərilməsi əkinçilik mədəniyyətinin yüksəlişdə olduğunu göstərir. Bir sözlə, Eneolit tapıntıları yerin şumlanmasından taxılın yığılıb saxlanması və istifa-dəsinə qədər bütöv bir istehsal-istehlak dövrəsini qapayırdı. Şomutəpə və Əlikö-mək təpədə toplanan üzüm tumları isə üzümçülüyün öz başlanğıcını Eneolitdən gö-türdüyünü sübut edir.

Yaşayış yerlərindən toplanmış sümüklərin qarşılaşdırılması göstərir ki, Azərbay-canın günbatar bölgələrində maldarlıq təsərrüfatında davarın, Muğan düzündə isə qaramalın saxlanmasına üstünlük verilmişdi. Bundan başqa Muğan düzündə (Əli-kömək təpəsi) iki növ ev atının çoxlu sümükləri tapılmışdır. Atçılığın 6 minillik ta-rixini sənədləşdirməklə yanaşı, bu tapıntı Azərbaycanı bütün Avrasiyada atın ev heyvanı kimi bəslənildiyi ən qədim ocaqlardan biri saymaq üçün tutarlı göstərici-dir.

Bu dövrdə ev peşələri çoxsahəli olmuşdu, Daşişləmə və sümükişləmə öz ənənəvi rolunu saxlayırdı. Daşı və sümüyü burma üsulu ilə deşərək toxa, çəkic, balta, top-puz hazırlamaq, daşın səthini parıltı verənə kimi cilalamaq texnikası təkmilləşir, tə-sərrüfatın inkişafına uyğun olaraq yeni əmək alətləri istehsal olunurdu. Artmaqda olan yaşayış tələbatı saxsı qab istehsalını genişləndirməyi və təkmilləşdirməyi tə-ləb edirdi. Əlikömək təpəsi, Çalağantəpə və Leylatəpədə həm sadə, həm də mürək-



14

kəb quruluşlu dulus kürələri tapılmışdır. Eneolitin sonunda görünüş dəyişir, qabla-

ra qulp qoyulur, səthi şüyrələnir. Monoxrom bayalı qabların (Urmiya gölü, Muğan) buraxılması genişlənir.

Eneolit dövrü yaşayış məskənləri özümlü görünüşdə idi. Bu yaşayış tikililəri bü-tövlükdə kişinin başçılıq etdiyi “qoşa ailəyə” məxsus idi. Bu ailə icma daxilində az-çox müstəqilliyə meyl edən yeni təsərrüfat vahidi kimi önə çıxaraq, getdikcə qə-bilə icmasının dağılmasında fəal rol oynadı. Sonralar qohumlardan ibarət böyük ailə icması yaranmasına başlanğıc oldu. İstehsal təsərrüfatının əsas sahələrində ki-şinin üstünlük qazanması onun ailəni və icmanı idarə etmək hüququnu ələ alması ilə sona yetdi. Anaxaqanlığı öz yerini yavaş-yavaş ataxaqanlığına (patriarxat) ve-rirdi. Ancaq bu, ananın “öz şərəfli mövqeyini itirməsi” demək deyildi. Eneolit abi-dələrində (Qarğalar təpəsi, Çalağantəpə, Əlikömək təpəsi) tapılan saxsı və gil qa-dın heykəlcikləri göstərir ki, ana, ocaq qoruyucusu və məhsuldarlıq rəmzi kimi eh-tiramını, öz yerini saxlamaqda idi.

İctimai quruluşu, mənəvi dünyagörüşü öyrənmək üçün qəbir abidələri qiymətli məlumatlar verir. Qədim Şərqin bir çox bölgələrində olduğu kimi, Eneolit çağında Muğan, Mil-Qarabağ düzləri, Naxçıvan və Güney Azərbaycanda ölünü yaşayış ye-rində-otağın döşəməsi altında və ya divar dibində gömmüşlər. Ölünü qırmızı oxra ilə boyayıb həsirə bükərək sağ və ya sol böyrü üstə qoymaq, onun üstünə qırmızı oxra tozu səpmək və sifəti qarşısına su qabı qoymaq adəti Əlikömək təpəsinin bü-tün qəbirləri üçün eynidir. Yaşayış yerində gömmə və qırmızı bayama adəti ölüyə pərəstişlə, itgi əvəzinin qaytarılması, ailənin artıb-böyüməsi görüşü ilə bağlı idi. Eneolit qəbirlərinin avadanlığı cəmiyyətdə hələ varlı-kasıblıq, ictimai bərabərsizlik olmadığını bildirir.


15

V Fəsil

Tunc dövrü.Kür-Araz mədəniyyəti.

Eramızdan əvvəl IV minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc dövrü ilə əvəz olunmuşdur.Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər da-vam etmişdir. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələbatından doğmuşdu. Azərbaycanda mis yataqları olması Azərbaycanda metalişləmə və metallurgiyanın inkişafına şərait yaratmışdı. Təmiz misdən hazırlanan alətlər gövrək olduğu üçün davamsız idi və tez xarab olurdu. Onu görə də qədim sənətkarlar misin tərkibinə müxtəlif qatışıqlar, məsələn, mərgümüş, sürmə, nikel, daha sonralar qalay qataraq daha möhkəm metal-tunc əldə etdilər.

 Əmək alətlərinin, silahların, məişət və bəzək əşyalarmm çoxu tuncdan hazırlandı-ğından bu dövr Tunc dövrü adlanır.Tunc dövrü ibtidai icma quruluşunun inkişaf ta-rixində çox mühüm yer tutur. Cəmiyyətin həyatının bütün sahələrində böyük dəyi-şikliklər baş vermiş, ağır zəhmət tələb edən kişi əməyi(xış əkinçiliyi, maldarlıqla, metalişləmə ilə məşğul olmaq) irəli keçmiş, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunmuşdur. Təsərrüfatın yeni sahələri meydana gəlmiş, əmək bərabər-sizliyi və sosial bərabərsizlik yaranmışdır. Tunc dövründə Azərbaycanda böyük mədəni-etnik birliklər – böyük tayfalar və tayfa birləşmələri meydana gəlmişdir.

Azərbaycanda tunc dövrü bir neçə mərhələyə erkən, orta və tunc dövrü mərhələ-lərinə bölünür.

Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr üçün Azərbaycanda Kür-Araz mədəniyyəti səciyəvidir. Çünki həmin mərhələyə aid olan abidələr ilk dəfə Kür-Araz ovalığında öyrənilmiş-dir.Bu dövrdə Azərbaycanda əhalinin sayı artmışdır. Düzən ərazidə yaşayan əhali Erkən Tunc dövründə dağətəyi və dağlıq zonalarda da məskənlər salmışlar. Yaşa-yış məskənlərində bir neçə qəbilənin birləşdiyi tayfalar yaşayırdı. Yaşayış məskən-lərinin sahəsi bəzən 3-5 hektara çatırdı. Yaşayış məskənləri həmişə suya yaxın yer-lərdə, çox zaman çay kənarlarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı. Bəzən yaşayış məskənlərinin ətrafına müdafiə divarı çəkilirdi. Belə abidələr Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrə-nilmişdir. Erkən Tunc dövrü yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan, divarları çiy kərpicdən tikilirdi. Bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış dax-malarda və yarımqazma evlərdə də yaşamışlar.Dini ayinlərin icrası üçün ibadət-gahlar tikilmişdir. Xaçmaz rayonundakı Sərkərtərə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Bina səliqə ilə suvanaraq, əhənglə ağardıl-mışdır. Divarın qarşısında ibadət mehrabı qurulmuşdur. Belə ibadət evləri Qazax rayonunda Badadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlərində də ta-pılmışdır.

Tunc dövrünün ilk mərhələsindən başlayaraq əkinçilik və maldarlıq, habelə sənətkarlıq sahələrində xeyli inkişaf olmuşdur. Toxa əkinçiliyi xış əkinçiliyi ilə



16

əvəz edilmişdir. Əkin sahələri daha da genişlənmiş, süni suvarma yaranmışdır. Torpağın xışla şumlanması məhsuldarlığı artırmışdır. Şumlama zamanı qoşqu heyvanların-dan istifadə edilirdi. Taxılın biçilməsi, döyülməsi və üyüdülməsində daha mükəm-məl alətlər tətbiq olunurdu. Taxılın biçilməsində daş lövləhərdən quraşdırılmış oraqlarla yanaşı, tuncdan hazırlanmış bütöv oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, dən daşları (kirkirə) və sürt-kəclərin köməyi ilə üyüdülürdü.

Maldarlığın inkişafında mühüm irəliləyiş var idi. Ev heyvanlarının növü və sayı qat-qat artmışdı. Davarların (qoyun, keçi) sayının artması, habelə atdan istifadə nə-ticəsində maldarlığın yeni sahəsi – köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Mal-qara yaz-yay aylarında dağ çəmənlərində otarılır, payızda soyuqlar düşəndə isə qışlaqlara qaytarılırdı. Əkinçilik və maldarlığın belə sürətli inkişafı nəticəsində təsərrüfatın bu sahələri bir-birindən ayrılmışdır. Tarixdə birinci böyük ictimai-əmək bölgüsü baş vermişdi. Maldar və əkinçi tayfalar daha çox öz sahələri ilə məş-ğul olmağa başlamışlar. Maldar tayfalar əkinçilərə nisbətən daha əlverişli şəraitə malik olduğundan tez varlanmışlar. Maldarlığın sürətlə inkişafı şəxsi tələbatdan ar-tıq məhsul istehsal etməyə imkan vermişdir. Artıq qalan məhsul alış-verişin geniş-lənməsinə imkan yaratmışdır. Maldarlıqla məşğul olan tayfaların daxilində əmlak bərabərsizliyi meydana gəlmişdir.

Azərbaycanın Erkən tunc dövrü əhalisi sənətkarlığın dulusçuluq, metalişləmə, to-xuculuq və s. sahələri ilə məşğul olmuşdur. Dulusçuluq daha çox inkişaf etmişdir. Müxtəlif saxsı qab nümunələri hazırlanmış, onların forma və bədii tərtibatına xüsu-si diqqət verilmişdir. Onların bir qismi xörək və mətbəx qabları olmuşdur. Ərzaq ehtiyatı və ağartı xüsusi qablarda saxlanırdı. Tuncdan hazırlanan alətlərin, əşyala-rın keyfiyəti yaxşılaşmışdır. Arxeoloji qazıntılar zamanı Erkən tunc dövrünə aid abidələrdən metal ərintisini tökmək üçün qəliblər və metalişləmə sənətkarlığı ilə bağlı tunc əşyalar aşkar olunmuşdur. Tuncdan əmək alətləri, silahlar, habelə bəzək şeyləri (muncuq, qolbaq və s.) və məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlan-mışdır. Bəzi sənətkarlar qızıl əşyalar da hazırlamışlar. Tuncun kəşfinə baxmayaraq, məişət və təsərrüfatda daş, sümük alətlərdən hələ də istifadə olunurdu. Qoyunçulu-ğun inkişafı toxuculuğu genişləndirmişdir.Erkən tunc dövründə əhalinin dünyagö-rüşündə, dini inam və mərasimlərində də yeniliklər olmuşdur. Axirət dünyasına inam vardı. Qəbir abidələrinin quruluşu və dəfn alətləri bunu sübut edir. Tunc döv-ründə ölülər yaşayış məskənindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kollektiv dəfnetmə adəti meydana gəlmişdir.



Əkinçiliyin, maldarlıq və sənətkarlığın inkişafı cəmiyyətin ictimai həyatına da tə-sir göstərmişdir. Tunc dövrünün əvvəllərindən ailədə, təsərrüfatda və ictimai həyat-da kişilərin rolu artmağa başlamışdı. Çünki xış əkinçiliyi, maldarlıq güc və dözüm tələb edirdi. Qadınlar bu işin öhdəsindən gələ bilməmişlər. Nəticədə anaxaqanlığı (matriarxat) süqut etmiş, ataxaqanlığı (patriarxat) yaranmışdır. Ailəyə və tayfaya kişilər başçılıq etməyə başlamışlar.

17

VI Fəsil

Orta Tunc dövrü.
Orta Tunc dövrü. E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində Orta Tunc dövrü başlanmışdır. Bu mərhələ e.ə. II minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqə-lər genişlənmiş, iri yaşayış məskənləri yaranmışdı. Azərbaycanın bir çox bölgələ-rindəki Orta Tunc dövrü yaşayış məskənləri, kurqanlar, torpaq və daş qutu qəbirlər, qalalar və qayaüstü təsvirlər öyrənilmişdir. Bu mərhələdə kənd tipli yaşayış məs-kənləri ilə yanaşı ilkin şəhər mərkəzləri də yaranmışdır. Naxçıvan və Urmiya böl-gəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Belə mərkəzlər mühüm ticarət yolları üzərində yaranmış, əlve-rişli yerlərdə – əsasən təbii təpələr üzərində, dərin yarğanlı çay kənarlarında salın-mış və möhtəşəm müdafiə divarları ilə əhatə olunmuşdur. Naxçıvandakı II Kültə-pə, Oğlanqala, Urmiya sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə belə şəhər tipli yaşayış məskənləridir. Qədim Naxçıvan şəhəri Orta tunc dövründə yaranmış, 3500 il bundan əvvəl tanınmışdır. Bu, Azərbaycanda (indiki Naxçıvan MR ərazi-sində) ilkin şəhər dövlətlərindən birinin mərkəzi olmuşdur.İlkin şəhər yerlərinin möhtəşəm müdafiə divarları, iki-üç otaqlı evləri cəmiyyətdə baş verən təbəqələş-məni göstərir. Böyük binalar varlı ailələrə məxsus olmuşdur. Azərbaycanda Orta Tunc dövründə əhalinin iqtisadi-ictimai və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir.Əhali əkinçilik, maldarlıq, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olmuşdur. Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdır. Əmək alətləri xeyli təkmilləşmiş, xış əkinçiliyi genişlənmişdir. Süni suvarma kanalları yaradılmışdır. Bütün bunlar əmək məhsuldarlığını artırmışdır. Taxılın biçilməsi və döyülməsi xeyli asanlaşmışdır. Taxılın döyülməsində öküz və ya at qoşulmuş daş vəllərdən istifadə edilmişdir.Taxıl və un ehtiyatı saxsı küplərdə, quyularda saxla-nırdı. İkinci Kültəpə (Naxçıvan), Üzərliktəpə (Ağdam) yaşayış məskənlərində tə-sərrüfat quyularında və küplərdə arpa, buğda və darı qalıqları tapılmışdır. Orta Tunc dövründə üzümçülük və şərabçılıq meydana gəlmişdir. Maldarlıq təsərrüfatın mühüm sahələrindən biri olmuşdur. Əsasən, buynuzlu xırda heyvan (qoyun, keçi) bəsləmişlər. Atçılıq da mühüm yer tutumuşdur. Atdan minik vasitəsi də qoşqu qüv-vəsi kimi istifadə edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait yaratmışdır. Maldar əhali ət, süd məhsullarını, yun və dərini taxıla, sənətkarlıq məmulatına də-yişirdi.Qoyunçuluğun inkişafı yun parça toxuculuğunu gücləndirmişdir.

Azərbaycanda sənətkarlığın müxtəlif növləri ayrıca peşə sahəsinə çevrilmişdir. Sənətkarlıq məhsullarına olan tələbat artmışdır. Sənətkarlığın müstəqil sahəyə çev-rilməsi nəticəsində ibtidai icma quruluşu dövründəki ikinci böyük ictimai əmək bölgüsü baş vermişdi, yəni sənətkarlıq başqa istehsal sahələrindən ayrılmışdır. İl-kin şəhər məskənlərindən – Naxçıvan yaxınlığındakı II Kültəpədən dulusçuluq mə-



18

həlləsi və dulus sobaları tapılmışdır. Dulusçular yaraşıqlı və davamlı saxsı qablar hazırlamışlar. Onları müxtəlif naxışlarla bəzəmişlər. Bu məqsədlə müxtəlif rəngli boyalardan istifadə edilmişdir. Azərbaycan boyalı qablar mədəniyyəti ilə Yaxın Şərqdə tanınmışdır. Ona görə də Azərbaycanda Orta tunc dövrü mədəniyyəti Bo-yalı qablar mədəniyyəti adlanır.

Filizçıxarma işi geniş inkişaf etmişdir. Metalişləmə sahəsində xeyli irəliləyişlər olmuşdur. Metalişləmə sobaları xeyli təkmilləşdirilmişdir. Yaxşı keyfiyyətli, da-vamlı tunc əşyalar hazırlanmışdır. Əridilmiş metalı xüsusi qəliblərə tökərək müx-təlif əmək alətləri, silah, bəzək əşyaları hazırlayırdılar. Döymə və lehimləmə üsul-larından istifadə olunmuşdur. Bu dövrün abidələrindən tunc məişət avadanlığı (qa-zan), əmək alətləri (biz iskənə, balta, oraq və s.), silah (xəncər, toppuz, ox və nizə ucluqları, döyüş baltası), bəzək şeyləri, qızıl və gümüş əşyalar tapılmışdır. Toxucu-luq, sümükişləmə, gön-dəri işləmə və daşişləmə sənət sahələri də inkişaf etmişdir. Sadə toxuculuq dəzgahında toxunan parça əhalinin tələbatını ödəyirdi. Arxeoloji işlər zamanı toxuculuğa aid çoxlu əmək alətləri (sümükdən əyircəklər, daraqvari əşyalar, iynə, biz və s.) tapılmışdır.Dəvəgözü və çaxmaqdaşından quraşdırmaq oraq dişləri, ox ucluqları, mərmərdən toppuz və baltalar düzəldilmişdir. Həmçinin daşdan dənəzənlər, sürtkəclər, həvəngdəstə, qablar və s. hazırlanmışdır.Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələri idi. Əhali maral, ceyran, çöldonuzu, qulan ovlayır, balıq tuturdu. Ovçuluqda yay, ox, nizə, sapand və tələdən də istifadə olun-muşdur.

Orta Tunc dövründə Azərbaycan ərazisində yaşamış qəbilə və tayfalar böyük tay-fa ittifaqlarında birləşmişlər. Soykökü etibarilə bir-birinə yaxın olan kiçik tayfalar varlı və güclü tayfaların ətrafında birləşməyə məcbur olmuşlar. Torpaqlar və yay-laq otlaqları uğrunda tayfalar arasında gedən toqquşmalar, eləcə də qonşu yaxın Şərq dövlətlərinin hücum təhlükələri tayfa ittifaqlarının yaranmasını daha da zəruri etmişdir. İri tayfa ittifaqlarının vahid mərkəzləri var idi. Tayfa ittifaqlarına böyük nüfuza malik olan varlı, nüfuzlu adamlar başçılıq etmişlər.

İctimai və əmək bərabərsizliyi dərinləşmişdi. Tayfanın varlı üzvləri və tayfa baş-çıları icmaya məxsus əmlakın çox hissəsini mənimsəyirdilər. Belə varlı adamlar öləndə zəngin ev əşyaları və silahları ilə birlikdə dəfn olunurdular. Yaxsul tayfa üzvlərinin qəbirlərinə az miqdarda avadanlıq qoyulurdu. İctimai-iqtisadi sahədəki dəyişikliklər adamların dünyagörüşünə və ətraf aləmin münasibətinə təsir göstər-mişdir. Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abidələrinin quruluşunda (daş qutular, kurqanlar), dəfn alətlərində (ölülərin yandırılması, onların üzərinə qır-mızı boya çəkilməsi və s.) əks olunmuşdur. Qaya təsvirlərinin bir çoxu ibtidai ov-sunla bağlı olmuşdur. İbtidai incəsənət xeyli inkişaf etmişdir. Qayalar üzərində müxtəlif məzmunlu rəsmlər həkk edilmişdir. Saxsı qabların, metal əşyaların və bə-zək şeylərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə bəzədilmişdir. 

19

VII Fəsil
Son Tunc və Erkən Dəmir dövrü.

İbtidai icma quruluşunun dağılması.

Tunc dövrünün sonu. Erkən dəmin dövrü. Azərbaycanda Tunc dövrünün son mərhələsində ibtidai icma quruluşu dağılmağa başlayır. Be dövr e.ə. XIV-XII əsr-ləri əhatə edir. Son tunc dövründə cəmiyyətin həyatında yaranmış mühüm yenilik-lər Erkən Dəmir dövründə daha güclü şəkildə inkişaf etmişdir. Erkən (İlk) Dəmir dövrü e.ə. XI- VIII əsrləri əhatə edir.

Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrünün yaşayış məskənləri, qəbir abidələri (kurqanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik qa-lalar tədqiq edilmişdir. Bu abidələrdən məişət əşyaları, əmək alətləri, silahlar və bəzək nümunələri tapılmışdır. Əhali şəhər və kəndlərdə yaşamışdır. İbtidai icma quruluşunun sonunda daha davamlı yaşayış və təsərrüfat binaları tikilmişdir. Bina-ların bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpic-dən hörülürdü. Düşmən basqınlarından qorunmaq üçün yaşayış məskənlərinin ətra-fına qalın müdafiə divarları çəkirdilər. Ətrafı hasarlı yaşayış yerləri və qalalar Azərbaycanın bir çox rayonlarında aşkar edilmişdir. Bu möhkəm tikililər e.ə. II mi-nilliyin axırında Azərbaycanda memarlığın inkişaf etdiyini göstərir.

Son Tunc və Erkən Dəmir dövründə təsərrüfatın ayrı-ayrı sahələri və sənətkarlıq yüksək inkişaf etmiş, qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdir.

Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı üstün yer tutmuşdur. Maldar tayfalar dağlıq zonalarda məskunlaşmış, dağətəyi bölgələrdə ətrafı möhkəmləndirmiş yaşa-yış məskənlərində, düzənliklərin mövsümi qışlaqlarında yaşamışlar. Bu ərazilərdə kurqan abidələri geniş yayılmışdır. Maldar tayfalar qoyun, keçi və qaramal bəslə-yir, öz ehtiyaclarından artıq qalan məhsulu əkinçilər və sənətkarlarla taxıla, əmək alətlərinə, silah və zinət əşyalarına dəyişirdilər. Maldarlığın inkişafında atçılığın böyük rolu olmuşdur. Son Tunc dövründə atdan minik və qoşqu vasitəsi kimi geniş istifadə edilmişdir. Bu dövrün abidələrindən çoxlu at skeletləri və əsləhələri (gəm, qantarğa və s.) tapılmışdır. At insanların həyatında böyük rol oynadığı üçün ona si-tayiş ayini meydana gəlmişdir. Bu dövrdə dəvəçilik də geniş yayılmışdır. Dəvədən minik vasitəsi kimi və yük daşınmasında istifadə olunurdu. Bundan əlavə, onun yunundan, südündən və ətindən istifadə edilmişdir.

Metal alətlərin tətbiqi, suvarma kanallarmm çəkilməsi əkinçiliyin inkişafına, məhsuldarlığın artmasına təkan vermişdi. Torpaq qoşqu heyvanlarının (öküz, at) köməyi ilə şumlanmış, əkin sahələri xeyli genişlənmişdi.Əkinçilikdə buğda, arpa, darı və s. bitkilərin bir neçə növü becərilirdi. Taxıl tuncdan və dəmirdən hazırlan-mış oraqlarla biçilir, taxta və daş vəllərlə döyülür, dən daşları ilə üyüdülürdü. Taxıl ehtiyatını iri küplərdə və quyularda saxlayırdılar. Qazax rayonundakı Sarıtəpə və Babadərviş yaşayış məskənlərində təsərrüfat quyularmm və küplərin içərisində ta-



20

xıl və un qalığı aşkar edilmişdir.Süni suvarma (Naxçıvan və Qarabağda qədim süni survarma şəbəkələrinin izləri qalmışdır) sayəsində bağçılıq və bostançılıq da ge-nişlənmişdir. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Arxeoloji qazıntılar zama-nı gilas, şaftalı, badam çəyirdəkləri, nar və üzüm toxumları və bərkiyib daşlaşmış şərab qalığı tapılmışdır.

Son Tunc və və İlk Dəmir dövründə Azərbaycanda sənətkarlıq sahələri içərisin-də dulusçuluq xüsusi yer tuturdu. Saxsı qabların istehsalında ayaqla hərəkətə gəti-rilən dulus çarxından istifadə olunurdu. Məişətdə ərzaq ehtiyatı, süd məhsulları saxlamaq və emal etmək üçün müxtəlif çeşidli saxsı qablar hazırlanırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi. Metalişləmə sənətkarlığı böyük rol oynamışdır. Ustalar zərbetmə,oyma, lehimləmə, həkketmə ilə tunc, qızıl və gümüşdən zinət əş-yaları hazırlamışlar. Toxuculuq, sümükişləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və başqa sənət sahələri də mühüm əhəmiyyət daşımışdır. E.ə. II minilliyin axırı –I minilliyin əvvəllərində dəmirdən müxtəlif əşyalar hazırlanmışdır. E.ə. VII əsrdən başlayaraq dəmirdən istifadə geniş xarakter almışdır. Müxtəlif sənət sahələ-rinin inkişafı ilə əlaqədar, sənətkarların içərisindən sənətkar- tacirlər qrupu ayrıl-mışdır. Onlar əsasən, hazır məhsulun satışı ilə məşğul olmuş, sonralar peşəkar ta-cirlərə çevrilmişlər. Beləliklə, tacirlər sənətkarlardan ayrılmışlar. Ovçuluq və ba-lıqçılıq köməkçi məşğuliyyət sahəsi kimi qalırdı. Yaşayış yerlərindən maral, cey-ran, çöldonuzu, quş, balıq sümükləri və balıqçılıq alətləri aşkar olunmuşdur.

Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdirilməsinə gətirib çıxarırdı. Belə tayfa baş-çılarına öləndən sonra da sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar ucaldılırdı.Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluqçularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını basdırırdılar. Atları öl-dürərək yüyənli- cilovlu, müxtəlif əşyalarla bəzədilmiş halda qəbirə qoyurdular. Bu dəfn adəti axirət dünyasına inamla bağlıdır.Bu dövrün dini etiqadları və mərasimlə-ri içərisində oda sitayiş, suya, dağa, meşələrə, müxtəlif ağac növlərinə və heyvanla-ra inam ja geniş yer tuturdu. Səma cisimlərinə (Aya, ulduzlara, Günəşə) inam dərin kök salmışdı.İbtidai icma quruluşunun sonunda Azərbaycan tayfaları qonşu ölkə-lərlə xammal və hazır məhsulla ticarət aparmışlar. Azərbaycanın zəngin filiz yataq-ları, cins at növləri, saysız-hesabsız heyvan sürüləri, yüksək keyfiyyətli sənətkarlıq nümunələri ticarətdə, alış-verişdə böyük rol oynamışdır. Belə iqtisadi-mədəni əlaqə vasitəsilə həmin ölkələrdən Azərbaycana müxtəlif şeylər, bəzək əşyaları, silah və s. gətirilmişdir. Dəmir dövründə Azərbaycan Qədim Şərqin ən qüdrətli dövləti olan Assuriya ilə geniş ticarət əlaqələri saxlayırdı. Azərbaycanın müxtəlif abidələrindən Assuriyada istehsal olunmuş şirli gil qablar, silindrik möhürlər, silahlar, bəzək şey-ləri tapılmışdır. Onlardan biri də Xocalıda tapılan, üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı yazılmış muncuqdur.Ön Asiya və Yaxın Şərq ölkələri ilə quru və su yolları vasitəsilə ticarət əlaqələri aparılırdı. Su yolları ilə ticarət əla-qələri çay (Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı.Qobustan qayaları üzərində həkk edilmiş müxtəlif tipli gəmi təsvirləri bunu əyani sübut edir.



21

Nəticə

Bütün bu deyilənlərdən belə bir nəticə çıxır ki, Azərbaycan tarixinin ən qədim dövrlərinin (ibtidai icmanın) öyrənilməsi bizim üçün çox əhəmiyyətlidir. Arxeoloji materiallar əsasında biz öz əcdadlarımız haqqında geniş biliklər əldə etmiş oluruq. Bu da bizdə onların təsərrüfat həyatı, mədəniyyəti və müəyyən dərəcədə ictimai münasibətləri haqqında kifayət qədər aydın təsəvvür yaradır. Bir sıra səmərəli ma-teriallar seriyası ilə zəngin olan Tağlar kompleksi arxeoloqlarımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal xüsusiyyətlərini aşkara çıxarmaq və uzun bir dövr ərzində bu mədəniyyətin təkamül mərhələlərini izləmək imkanı ver-mişdir. Azıx mağarasının və Qobustan abidələrinin öyrənilməsi də bizim üçün çox əhəmiyyətli olmuşdur. Qobustan rəsmləri ibtidai sənət əsərləri olmaqla, Azərbay-canın bir neçə minilliyi əhatə edən tarixini qayalar üzərində əbədiləşdirmişdir. Rəsmlərdə qədim insanların ov səhnələri, rəqsləri, dini görüşləri və s. əks olunmuş-dur. Biz də bunun sayəsində insanların təsərrüfatı, əmək alətləri, dini görüşləri, sə-nətkarlığı haqqında lazımi məlumatlar əldə etmiş oluruq. İnkişaf mərhələləri təxminən 1,5 milyon il bundan əvvəl başlanmış İbtidai icma cə-miyyətinin dağılmasını bir çox səbəbləri vardır. Təbəqələşmənin kəskin surətdə də-rinləşməsi, yəni insanların varlılara və kasıblara bölünməsi, hakimiyyətin tayfa başçıları əlində cəmləşməsi, ibtidai icma quruluşunun tənəzzülə uğradığına və da-ğıldığına dələlət edir. Bu dövrün öyrənilməsinə 50-ci illərin əvvəllərindən başlanmış, hal-hazırda Res-publikamızda ibtidai icma quruluşunun öyrənilməsi davam etdirilir.



Ədəbiyyat siyahısı:

Süleyman Əliyarlının redaktəsi ilə Azərbaycan tarixi “Uzaq keçmişdən 1870-ci illərə qədər” Bakı, “Azərbaycan” nəşriyyat, 1996. 877 səh.

Z. M. Bünyadovun və Y. B. Yusifovun redaktəsi ilə Azərbaycan tarixi “Ən qədim zamanlardan 20-ci əsrədək” I cild Bakı 1994.

Azərbaycan tarixi. Yeddi ciddə. I cild (Ən qədimdən – b. e. III əsri). Bakı. “Elm”. 2007. 520 səh.



22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə