“Təhsil müəssisələrinin vergiyə cəlb olunması xüsusiyyətləri” mövzusunda refera t dinləyici: Yolçuyev Yusif Bayram oğlu Rəhbər: Xəlilov Şaiq Isfəndiyar oğlu baki 2011




Yüklə 176.25 Kb.
tarix22.04.2016
ölçüsü176.25 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ TƏDRİS MƏRKƏZİ

“Təhsil müəssisələrinin vergiyə cəlb olunması xüsusiyyətləri”

mövzusunda


R E F E R A T

Dinləyici: Yolçuyev Yusif Bayram oğlu

Rəhbər: Xəlilov Şaiq Isfəndiyar oğlu

BAKI - 2011

MÜNDƏRİCAT
Giriş.............................................................................................................................3

1. Təhsilin inkişafında dövlət büdcəsinin rolu.........................................................4

2. Təhsil sahəsinin gəlirləri, saxlanması xərcləri və maliyyələşdirilməsi mexanizmi..................................................................................................................10

3. Təhsil sahəsinin vergiyə cəlb olunmasının xüsusiyyətləri..................................19

Nəticə......................................................................................................................... 23

Ədəbiyyat siyahısı.....................................................................................................25

GİRİŞ

Ölkənin iqtisadiyyatının sürətli inkişafı sosial sahələrin maliyyə təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur. Təkcə 2010-cu ildə müxtəlif mənbələr hesabına 194 yeni məktəb və 134 məktəbdə əlavə korpuslar inşa edilmişdir. 194 yeni məktəbdən 20-si Dövlət Proqramına əsasən, 132-si Heydər Əliyev Fondunun təşəbbüsü ilə, qalanları isə müxtəlif mənbələr hesabına tikilmişdir.

Dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi olan təhsilin inkişafına xüsusi qayğı göstərilir. Hazırda ölkədə 4553 ümumtəhsil məktəbi fəaliyyət göstərir və həmin məktəblərdə 1 milyon 634 min şagird təhsil alır. Keçən dərs ilində Azərbaycan Respublikasında 27 dövlət ali məktəbi fəaliyyət göstərmiş və onlarda 106 min tələbə oxuyur. Bundan başqa 21228 tələbənin təhsil aldığı dövlət lisenziyalı 15 qeyri-dövlət ali məktəbi fəaliyyət göstərir.

Ölkədə orta peşə təhsilinə yiyələnmək üçün gənclərə kifayət qədər imkan yaradan çoxsahəli təhsil müəssisələri şəbəkəsi yaradılmışdır. Hazırda 54 min tələbənin orta peşə təhsili aldığı 55 dövlət orta ixtisas məktəbi fəaliyyət göstərir.

Təhsilin inkişaf etdirilməsi dövlətin strateji vəzifəsi olmaqla onun maliyyələşdirilməsinə dövlət hər il böyük məbləğdə vəsait ayırır. Təkcə 2010-cu ildə təhsilin maliyyələşdirilməsinə büdcədən 1.276 mln. manat vəsait ayrılmışdır. Təhsilin inkişafına və kadr hazırlığına büdcədən ayrılan vəsaitin həcmi ildən-ilə artır. Bununla yanaşı təhsil sahələrindən dövlət büdcəsinə vergilər şəklində pul vəsaitləri mədaxil olunur ki, bunun da tədqiqi referat mövzusunun əsasını təşkil edir. Referat işində tədqiqatın məqsədi təhsil sahələrinin vergiyə cəlb olunmasının xüsusiyyətlərini araşdırmaqdır. Ümumilikdə referat işi girişdən, qarşıya qoyulmuş məsələnin tədqiqi ilə bağlı suallardan, nəticə və ədəbiyyat siyahısından ibarət olmaqla 25 səhifədir.

.


  1. Təhsilin inkişafında dövlət büdcəsinin rolu

Azərbaycanın müstəqillik yoluna qədəm qoyması və yeni iqtisadi münasibətlər sisteminə keçməsi təhsil və kadr hazırlığı qarşısında da yeni tələblər qoymuşdur. Elmi-texniki tərəqqinin tələblərinə cavab verə bilən kadrların hazırlanması təhsilin sürətli inkişafını zəruri edir. Ona görə də indiki şəraitdə təhsilin inkişaf etdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi müstəqil Azərbaycan dövlətinin ümdə vəzifələrindən birinə çevrilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra özünün müasir təhsil konsepsiyasının hazırlanması və həyata keçirilməsi dövlətin strateji vəzifələrində biri kimi müəyyən edilmişdir.

Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır, bu da təsadüfü deyildir. Çünki təhsilə çəkilən xərclər cəmiyyətin ahəngdar inkişafı üçün, iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan xərclərdən ibarətdir. Cəmiyyətdə istehsal və təhsil qarşılıqlı əlaqədə olan və bir-birinə təsir göstərən mühüm prosesdir.

Məhsuldar əməyi təhsil-təlimsiz təsəvvür etmək mümkün olmadığı kimi, təlim və təhsili də maddi istehsalsız təsəvvür etmək mümkün deyildir. Ona görə də cəmiyyətdə təlim-təhsil, bir tərəfdən, əgər maddi istehsalın tələbatından və inkişafından asılıdırsa, digər tərəfdən təhsil ictimai istehsala, onun səmərəsinin yüksəlməsinə, əmək məhsuldarılığının artmasına fəal təsir göstərir.

Məlum olduğu kimi, hazırda elmi-texniki tərəqqi sürətlə inkişaf edir. Sürətli elmi-texniki tərəqqi müasir istehsal və xidmət sahələrində çalışan işçilərin yüksək xüsusi peşə təhsilinə və yüksək mədəniyyətə malik olmasını tələb edir.

Ölkəmizdə təhsilin inkişafı və əhalinin təhsil hüququnun həyata keçirilməsi ali qanunvericiliklə təsbit edilir. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların təhsil hüququ müəyyən edilmişdir. Konstitusiyanın 42-ci maddəsində qeyd edildiyi kimi, hər bir vətəndaşın təhsil hüququ var və ölkədə icbari ümumorta təhsil dövlət tərəfindən təmin edilir və təhsilin minimum standartları dövlət tərəfindən müəyyən edilməklə, ona əməl olunmasına da dövlət nəzarət edir, eyni zamanda maddi vəziyyətindən asılı olmayaraq istedadlı uşaqların təhsili davam etdirməsini dövlət himayə edir.

Azərbaycanda təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, məktəblərin tikilməsi və əsaslı təmir olunmasına, yeni məktəb binalarının tikilməsinə son illərdə diqqət daha da gücləndirilmişdir.

Elmi-texniki tərəqqinin sürətləndirilməsi və onun əsasında istehsalın ictimai əmək məhsuldarlığının yüksəldilməsi və milli gəlirin artması işçilərin xüsusi ixtisas və peşə hazırlığının səviyyəsilə müəyyən edilir. Ona görə də təhsilin və peşə hazırlığının vahid sisteminin yaradılmasına dövlət xüsusi qayğı göstərir.

Son zamanlarda Azərbaycan Respublikasında təhsil yüksək inkişaf səviyyəsinə çatmışdır. Ölkədə təhsilin inkişaf konsepsiyası ümummilli liderimiz H.Ə.Əliyev tərəfindən imza edilmiş və ölkəmizdə yeni təhsil qanunu hazırlanıb qəbul edilmişdir. Ölkə prezidenti cənab Ilham Əliyev təhsilin inkişafına böyük əhəmiyyət verir və xüsusi qayğı göstərir. Ölkəmizdə təhsilin inkişafı sahəsində əldə edilmiş son nailiyyətlər bunu sübut edir.

Hazırda ölkədə fəaliyyət göstərən 4553 ümumtəhsil məktəblərində 1 milyon 700 min şagird gündüz məktəblərində təhsil alır. Bununla bərabər ölkədə 11 qeyri-dövlət ümumtəhsil məktəbində və 6 filialda 4228 şagird təhsil alır.

Qaçqın və məcburi köçkün şagirdlərin təhsil almaları üçün 609 məktəb vardır, onların bir hissəsi çadır şəhərciklərində və evlərdə, bəziləri isə fəaliyyət göstərən məktəb binalarında yerləşdirilmişdir. Bu məktəblərdə 79 min qaçqın şagird təhsil alır. Bir neçə ildir ki, onsuz da normadan artıq yüklənmiş məktəblər qaçqınlarla əlaqədar daha gərgin rejimdə işləyir. Bu gün 526 min şagird və ya şagirdlərin 32 faizi ikinci və üçüncü növbədə oxuyurlar.

Əhalinin siyahıalınması zamanı yaşlılar arasında çoxluq təşkil edərək 1,2% təşkil edən 15 və yuxarı yaşda savadsızların sayı haqqında məlumatlar da əldə edilmişdir (yəni ölkədə 15 və yuxarı yaşda əhalinin savadlılıq səviyyəsi 98,8%, kişilər arasında 99,5%, qadınlar arasında isə 98,2% olmuşdur).

Şəki, Yevlax, Neftçala rayonlarında uşaqların tərbiyə edilməsi və öyrədilməsinin mütərəqqi forması olan 4 məktəb-uşaq bağçası fəaliyyət göstərir ki, burada da 140 uşaq təlim və tərbiyə alır. Bundan başqa, ölkədə yerləşən 27 məktəbəqədər müəssisədə ümumtəhsil məktəbin 1-ci sinif proqramı ilə 666 uşaq təhsil alır. Birinci sinif şagirdlərinin təhsilini özündə təşkil edən məktəbəqədər müəssisələrin 72 faizi şəhər yerlərində yerləşir.

Bütün məktəbəqədər müəssisələrin əsas hissəsini təşkil edən ümumi tipli müəssisələrlə yanaşı, ölkədə xüsusi təyinatlı 5 müəssisə və 6 sanatoriya müəssisəsi fəaliyyət göstərmişdir. Bundan başqa, məktəbəqədər müəssisələrdə sanatoriya və xüsusi təyinatlı qruplar yaradılmışdır.

Sanatoriya və sanatoriya qruplarına malik olan 8 müəssisədə 479 uşaq xüsusi təyinatlı və xüsusi təyinatlı qruplara malik olan l2 müəssisədə isə 561 uşaq tərbiyə almışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 2004-cü ilin iyun ayında uşaq evlərində vəinternat məktəblərində yetimlər və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış şəraitini öyrənmək məqsədilə seçmə statistik müayinə keçirmişdir.

Hazırda ölkədə yetimlər və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 6 dövlət uşaq evi və 2 dövlət internat məktəbi fəaliyyət göstərir. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərdəki uşaqların üçdə ikisi, evlərindəki hər üç uşaqdan biri yetim və valideyn himayəsindən məhrum olan uşaqlardır.

Azərbaycanda orta peşə təhsilinə yiyələnmək üçün gənclərə kifayət qədər imkan yaradan çoxşaxəli təhsil müəssisələri şəbəkəsi fəaliyyət göstərir. Ölkədə ali peşə məktəblərin äövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin geniş şəbəkəsi mövcuddur.

Respublikanın mədəni həyatı da inkişaf etməkdə davam edir. Bu gün 3030 klub müəssisəsi, 4090 kütləvi kitabxana, 30 peşəkar teatr, 4 filormoniya, 7 musiqi kollektivi, 2 konsert zalı, 160 muzey əhaliyə xidmət göstərir. Tamaşaçıları teatra cəlb etmək üçün repertuar hər gün təzələnməklə bərabər, tamaşalar azərbaycan dilindən başqa rus, ləzgi dillərində də göstərilir və teatr kollektivlərinə istedadlı gənclər qəbul edilir.

Ölkəmizdə təhsilin inkişaf səviyyəsini aşağıdakı göstəricilərlə xarakterizə etmək olar:
Əhalinin təhsil səviyyəsi (ilin əvvəlinə)


Təhsil səviyyəsi

15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərinə

2005

2006

2007

2008

2009

2010

Ali və orta (tam və natamam) təhsili olan 15 və yuxarı yaşda bütün əhali

909

910

910

911

911

912

O cümlədən:



















Tam ali

107

108

109

111

112

113

Natamam ali

9

9

9

9

9

9

Orta ixtisas

124

122

122

120

121

119

Ümumi orta

519

520

519

521

520

522

Natamam otla

150

151

151

150

149

149

Azərbaycanda ümumtəhsil məktəblərinin sayı və onlarda təhsil alan şagirdlərin sayını aşağıdakı məlumatlardan görmək olar.


Ümumtəhsil məktəblərinin sayı (dərs ilinin əvvəlinə)





2005/2006

2006/2007

2007/2008

2008/2009

2009/2010

Ümumtəhsil mək­təb­ləri­nin sayı – cəmi

4561

4551

4555

4565

4553

O cümlədən:
















Gündüz

4548

4538

4542

4553

4544

Onlardan
















Dövlət

4548

4538

4533

4542

4533

Qeyri-dövlət

-

-

9

11

11

Dövlət axşam (qiyabi)

13

13

13

12

9

Dövlət gündüz ümumtəhsil məktəblərinin dinamikasını növlər üzrə aşağıdakı məlumatlarla xarakterizə edə bilərik.


Dövlət gündüz ümumtəhsil məktəbləri (dərs ilinin əvvəlinə)





2005/2006

2006/2007

2007/2008

2008/2009

2009/2010

Mək­təb­ləri­n sayı – cəmi

4548

4538

4533

4542

4533

O cümlədən:
















Ibtidai

470

446

431

419

407

Əsas

922

923

926

915

897

Orta

3136

3149

3157

3188

3208

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəblər

20

20

19

20

21

Şagirdlərin sayı – cəmi, min nəfər

1654

1659

1688

1676

1627

O cümlədən:
















Ibtidai

16

13

11

10

17

Əsas

127

125

120

115

118

Orta

1506

1516

1551

1545

1485

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəblərdə və siniflərdə

5

5

6

6

7

Müəllimlərin sayı, min nəfər

165

168

169

171

173

.Azərbaycanda son illərdə təhsilin inkişafına dövlət qayğısıdaha da artmış, xüsusilə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə dövlətin maliyyə yardımı ildən-ilə artır.

Təhsil xərcləri tərkibində uşaqların ümumi təhsili, tərbiyəsi əsas yer tutur. Burada məktəbəqədər uşaq tərbiyə müəssisələri ibtidai-əsas təhsil məktəbləri, ümumi orta təhsil məktəbləri, internat məktəbləri, növbəti (axşam) fəhlə-gənclər məktəbləri, uşaq evlərinin saxlanması xərcləri, uşaqları məktəbdənkənar tərbiyə işləri, metodiki işlər üzrə idarələrin saxlanmaması xərcləri, kadr hazırlığı xərcləri, o cümlədən orta ixtisas məktəbləri, ali məktəblərin, ixtisasartırma kursları və ixtisasartırma və yenidən hazırlanma institutlarının saxlanması xərcləri daxildir.

Ümumtəhsil məktəblərində xərc smetaları üzrə aşağıdakı xərc maddələri planlaşdırılır. Əmək haqqı, əmək haqqına üstəlik (sosial sığorta haqqı), təsərrüfat xərcləri, kitabxana üçün kitab alınması xərcləri, günü uzadılmış qruplarda yemək xərci, tədris-təsərrüfat inventarları alınması, əsaslı təmir xərcləri və s. Əmək haqqı təhsil xərclərində 75-80%-ə qədər təşkil edir.

Azərbaycan Respublikasında təhsil sistemi hazırda aşağıdakı quruluşda formalaşmışdır:

I – məktəbəqədər tərbiyə;

II – ümumi təhsil. Bura daxildir: ibtidai təhsil, əsas təhsil, orta təhsil;

III – peşə-ixtisas təhsili: yəni texniki-peşə təhsili, orta ixtisas təhsili. Ali təhsil (bakalavr).

IV – diplomdan sonrakı təhsil: magistratura (aspirantura), doktorantura, ixtisas artırma və kadrların yenidən hazırlanması.

Azərbaycan Respublikasının təhsil sistemi kadr potensialı, şəbəkə imkanları, həm də vətəndaşların təhsil səviyyələri və perspektiv inkişaf baxımından xeyli irəliləmiş və müsbət nəticələr əldə etmişdir.

Ölkəmizdə təhsil istehsalatdan ayrılmaq və ayrılmamaqla (qiyabi) aparılır. Bütün təhsil formaları uçün müvafiq təhsil proqramları çərçivəsində vahid dövlət standartları tətbiq edilir. Respublikada həm dövlət, həm də qeyri-dövlət təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil pulsuz, yəni dövlət vəsaiti hesabına və ödənişli, yəni vətəndaşların öz vəsaiti hesabına aparılır.

Təhsil xərcləri tərkibində uşaqların ümumi təhsili, tərbiyəsi əsas yer tutur. Burada məktəbəqədər uşaq tərbiyə müəssisələri, ibtidai-əsas təhsil məktəbləri, ümumi orta təhsil məktəbləri, internat məktəbləri, növbəti (axşam) fəhlə gənclər məktəbləri, uşaq evlərinin saxlanması xərcləri, uşaqlara məktəbəqədər tərbiyə işləri, metodiki işlər üzrə idarələrin saxlanması gəlirləri kadr hazırlığı xərcləri, o cümlədən orta ixtisas məktəbləri. Ali məktəblərin, ixtisasartırma kursları və ixtisasartırma və yenidən hazırlanma institutlarının saxlanması xərcləri daxildir.




  1. Təhsil sahəsinin gəlirləri, saxlanması xərcləri və maliyyələşdirilməsi mexanizmi

Azərbaycanda ümumtəhsil məktəbləri təhsil sistemində xüsusi yer tutur. Hazırda ölkədə fəaliyyət göstərən 4553 ümumtəhsil məktəblərində 1 milyon 634 min şagird təhsil alır. Bundan başqa ölkədə 11 qeyri-dövlət ümumtəhsil məktəbi fəaliyyət göstərir və onlarda 4510 nəfər şagird təhsil alır. Bununla yanaşı, qaçqın və məcburi köçkün şagirdlərin təhsil almaları üçün 609 məktəb vardır, onların bir hissəsi çadır şəhərciklərində və evlərdə, bəziləri isə fəaliyyət göstərən məktəb binalarında yerləşdirilmişdir. Bu məktəblərdə 79 min qaçqın şagird təhsil alır.

Ümumtəhsil üç pillədən ibarətdir:

- Ibtidai (I-IVsiniflər)

- Əsas təhsil (V-IX siniflər)

- Orta təhsil (X-XI siniflər)

Üçüncü pilləni başa vuranlar tam orta ümumi təhsil alanlar hesab edilir. Ibtidai, əsas və orta təhsil müəssisələri ayrı-ayrılıqda da fəaliyyət göstərə bilərlər.

Ibtidai təhsil 6 yaşdan başlayır. Məktəblərin iş həcmini və onların, saxlanması xərclərinin məbləğini müəyyən edən əsas göstəricilər: növlər üzrə (ibtidai, əsas və orta ümumi təhsil və i.) məktəblərin sayı, onlarda oxuyan şagirdlərin sayı, siniflərin sayı, siniflərin sıxlıq norması.

Büdcədən ayrılacaq vəsaiti planlaşdırmaq üçün şagirdlərin və siniflərin orta illik sayı əsas göstərici sayılır.

Büdcədən maliyyələşmə həcmini müəyyən etmək üçün ən mühüm göstərici siniflərin sayıdır, çünki məktəblərin saxlanması üzrə bir sıra xərclər bilavasitə bu göstəricidən asılıdır.

Şagirdlərin sayından asılı olaraq sinif qrupları üzrə siniflərin sayı müəyyən edilir (I-IV, V-IX, X-XI siniflər). Ibtidai və əsas təhsil pillələrində siniflərdə, günü uzadılmış qruplarda şagirdlərin orta sıxlığı, maddi-texniki baza imkan verdikcə I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə isə 15 nəfər müəyyən edilir. Əhalisi az olan yaşayış məntəqələrində həmin normalarla siniflər təşkil etmək mümkün olmur. Ona görə də əgər I-IV siniflər üzrə şagirdlərin sayı təyin edilmiş normanın yarısı qədər olarsa, iki və ya üç sinif bir sinif komplektində birləşdirilir və hər sinif komplekti bir sinifə bərabər tutulur.

Tədris ili büdcə ilinə müvafiq gəlmədiyinə görə şagirdlərin kontingenti və siniflərin sayı orta illik kəmiyyət əsasında hesablanır.

Siniflərin sıxlığı müəyyən edilərkən siniflərdə qalma və sinifdən çıxma planlaşdırılmır. Statistika və təhsil orqanlarının məlumatları əsasında məktəblərdə qəbul və buraxılış məlumatları müəyyən edilir. Sinifdən sinfə keçid (IX sinifdən başqa) tam tərkibdə planlaşdırılır. X siniflərə qəbul yerli şəraitdən asılı olaraq, orta ixtisas məktəblərinə və s. daxil olma nəzərə alınmaqla 60-80% dairəsində planlaşdırılır.

Məktəblərdə şagirdlərin orta illik kontingentini hesablamaq üçün aşağıdakı məlumatlardan istifadə edilir:

- plan ilinin 1-i yanvarına şagirdlərin sayı;

- 1-i sentyabra I sinifə qəbul;

- IV, VIII və XI siniflərdə buraxılış;

- buraxılış və qəbul arasındakı fərq əsasında artma və ya azalma;

- 1-i sentyabra şagirdlərin sayı.

Planlaşdırılan ilin axırı üçün şagirdlərin sayı iqtisadi sosial inkişaf proqnozunda qəbul olunmuş göstəricilər əsasında müəyyən edilir.

I,V,X siniflər qəbul sinifləri hesab olunur. I sinifə qəbul oktyabr ayının əvvəli üçün 6 yaşına çatmış uşaqlar və müəyyən səbəbə görə oxumayan 7 yaşlı uşaqların sayı üzrə aparılır.

X siniflərə qəbul orta ixtisas məktəblərinə, texniki-peşə məktəblərinə və s. getmə nəzərə alınmaqla IX sinifi bıtirmiş şagirdlərin sayı dairəsində (65-85%) planlaşdırılır.

Digər siniflərin tərkibi həmin siniflərə keçirilmiş şagirdlərin sayı əsasında hesablanır. 1-i sentyabr üçün siniflərin və ya şagirdlərin sayını müəyyən etmək üçün 1-i yanvar vəziyyətinə olan şagirdlərin (siniflərin üzərinə) qəbul olunan şagirdlərin əlavə edib, buraxılış şagirdlərinin sayını çıxmaq lazımdır.

Azərbaycanda təhsil sisteminin fəaliyyət mexanizmi «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. Təhsil müəssisələrinin ayrı-ayrı növlərinin saxlanması xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi qaydası əsasən keçmiş ittifaqın təhsil sisteminin normativləri əsasında müəyyən edilir. Hazırda ölkədə aparılan iqtisadi-sosial islahatlar təhsil sisteminin yenidən qurulmasını, onların saxlanması xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi qaydasının yeniləşdirilməsini və dünyanın inkişaf etmiş ölkələrində olan səviyyəyə çatdırılmasını tələb edir.

Təhsil müəssisələri tərkibində ümumtəhsil məktəbləri xüsusi yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın ümumi orta təhsil alması icbaridir və qanunla dövlət tərəfindən təmin edilir. Ona görə də ümumtəhsil məktəblərinin bütün növlərinin saxlanması xərcləri dövlət büdcəsindən maliyyələşir. Xərclərin düzgün planlaşdırılması və maliyyələş­dirilməsi smeta qaydasında aparılır. Ümumtəhsil məktəbləri xərclərinin planlaşdırılması işqtisadi-sosial inkişaf proqramının göstəriciləri əsasında yerinə yetirilir. Ümumiyyətlə, təhsil xərclərinin planlaşdırılması normativ metodu ilə aparılır. Bu məqsədlə xərcləri planlaşdırmaq üçün iki mühüm göstərici sistemi işlənib hazırlanır: birincisi, şəbəkələrin və onların xidmət etdiyi kontingentin sayı. Məsələn, məktəblərin sayı, onlardakı siniflərin sayı və həmin şəbəkələrin xidmət etdiyi şagird kontingentinin sayı.

Ikincisi, qəbul edilmiş haqq-hesab vahidlərinin (məsələn, bir sinifə, bir qrupa və ya bir şagirdə və s.) xərc norması.

Digər sosial-mədəni sahələrin inkişaf göstəriciləri kimi, təhsil sahəsinin şəbəkə və kontingent göstəriciləri iqtisadi-sosial inkişaf proqramında plan ilinin əvvəli və axırı üçün müəyyən edilir. Konkret olaraq, büdcə idarəsi olmaqla təhsil müəssisələrinin şəbəkə və kontingent göstəriciləri Təhsil Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.

Iqtisadi-sosial inkişaf proqnozunda bəzi göstəricilər plan ilinin axırı üçün təsdiq edilir. Ali və ya orta ixtisas təhsili məktəbləri üzrə iqtisadi-sosial inkişaf pronozunda tələbə qəbulu və buraxılışı göstəriciləri də nəzərdə tutulur.

Xərcləri planlaşdırarkən birinci növbədə planlaşdırılan ilin əvvəlinə keçici şəbəkə və kontingentləri müəyyən etmək zəruridir. Bu göstəricilər, ilin axırına qədər onların dəyişməsini nəzərə alaraq, axırıncı hesabat məlumatları üzrə şəbəkə və kontingentlərin həqiqi vəziyyətindən asılı olaraq müəyyən edilir.

Plan ilinin əvvəlinə olan şəbəkə və kontingentlər (məktəblərdə şagirdlərin və siniflərin sayı, xəstəxanalarda çarpayıların sayı, uşaq müəssisələrində uşaqların və qrupların sayı və s.) bir qayda olaraq büdcə ilində dəyişilir. Ona görə də xərcləri düzgün planlaşdırmaq üçün orta illik göstəricilər müəyyən edilməlidir. Şəbəkə və kontingentin orta illik göstəriciləri büdcədən ayrılan vəsaitin məbləğinin düzgün hesablanmasına bilavasitə təsir göstərir.

Ümumtəhsil məktəbləri üzrə şəbəkə və kontingentin orta illik göstəriciləri aşağıdakı formul əsasında hesablanır:

Burada:


Kor – orta illik kontingent;

K1 – planlaşdırılan ilin əvvəli üçün müəyyən edilmiş kontingent

K2 – artma və ya azalmadan sonra ilin axırı üçün müəyyən edilmiş kontingent (buna dəyişilmiş yeni kontingent də deyilir);

A1 və A2 – müvafiq kontingentlərin növbəti büdcə ilində fəaliyyət göstərəcəkləri ayların sayıdır.

Həmin qayda ilə ümumtəhsil məktəbində şagirdlərin ortaillik sayını müəyyən edək.



Gösləricilərin adı

Göstəricilər

1.

Plan ilinin əvvəlinə şagirdlərin sayı (K1)

1600

2.

Həmin kontingentin fəaliyyət göstərdiyi ayların sayı (A1)

8

3.

Şagird qəbulu (Q)

500

4.

Şagird buraxılışı (B)

200

5.

Xalis genişlənmə (Q-B)

300

6.

Artma və ya azalmadan sonra dəyişmiş kontingent (K2)

1900

7.

Artmış (azalmış) kontingentin fəaliyyət göstərdiyi ayların sayı

4

8.

Orta illik kontingenl

1700

Yuxarıda göstərilən məlumatlar əsasında ümumtəhsil məktəbinin şagird kontingentinin orta illik sayını hesablayaq:



Deməli, məktəb üzrə şagirdlərin orta illik sayı 1700 nəfər təşkil edəcək. Plan ilinin əvvəlinə məktəblər üzrə şagirdlərin orta illik sayını müəyyən etmək üçün əvvəlcə 1-i yanvar vəziyyətinə şagirdlərin sayı müəyyən edilir. Bu göstərici təhsil orqanlarının və statistika komitəsinin son hesabat məlumatları əsas götürülür. Həmin kontingent büdcə ilində 8 ay (yanvar-avqust ayları) fəaliyyət göstərir.

Sentyabrın 1-i vəziyyətinə şagird kontingenti müəyyən etmək üçün ilin əvvəlinə (1-i yanvar vəziyyətinə) olan şagirdlərin sayından buraxılış sinifləri üzrə şagirdlərin sayı çıxılır və 1-i sentyabra 1-ci sinifə qəbul olunan şagirdlərin sayı əlavə olunur. Sentyabrın 1-i vəziyyətinə müəyyən olunan kontingent ilin axırına qədər 4 ay (sentyabr-dekabr) fəaliyyət göstərir.

Xərcləri planlaşdırmaq üçün ikinci mühüm göstərici haqq-hesab vahidləri üzrə qəbul edilmiş xərc normalarıdır.

Xərc norması haqq-hesab vahidinin saxlanması xərclərinin məcmusunu ifadə edir. Xərc normaları məktəblərdə şagirdlər və ya sinif qrupları üzrə, ümumilikdə idarə üzrə, binanın 1m3 və ya 1m2 sahə üzrə və s. təyin edilir.

Xərc normaları eyni tipli müəssisələrdə xərclərin quruluşu və həcmi üzrə məlumatlar əsasında, eləcə də keçən dövr üçün xərclər haqqında hesabat məlumatları əsasında müəyyən edilir.

Xərc normaları öz məzmununa görə maddi, maliyyə və büdcə normalarına ayrılır. Maddi normalar planlaşdırılan haqq-hesab vahidi üçün natural istifadə material xərcini ifadə edir. Məs: binanın 1m3-nə düşən şərti yanacaq məsrəfininin həcmini (və ya odunun, kömürün miqdarını), binanın 1m2-nin işıqlandırılması üçün elektroenerji məsrəfinin miqdarını, xəstəxanada bir xəstənin gündəlik yemək xərsinin tərkibi və miqdarını əks etdirir.

Maliyyə normaları ayrı-ayrı maddi normaların dövlət tənzimləmə qiyməti (və ya bazar qiymətilə) pulla ifadəsinə çevrilməklə müəyyən edilir. Maliyyə norması ümumi göstərici kimi tətbiq edilir. Maliyyə norması bütün maliyyələşmə mənbələrini özündə birləşdirir. Yəni haqq-hesab vahidinə düşən bütün pul xərci məbləğini ifadə edir.

Maliyyə norması büdcə normasını da özündə birləşdirir. Əgər maliyyələşdirmə yalnız büdcə vəsaiti hesabına aparılırsa. Onda maliyyə norması büdcə normasına bərabər olur, başqa sözlə maliyyə norması büdcə norması hesab olunur. Əgər xərsin büdcədən başqa digər maliyyələşmə mənbəyi varsa, onda maliyyə norması iki hissəyə bölünür büdcədən maliyyələşən büdcə norması və büdcədənkənar mənbədən maliyyələşən norma. Məsələn, məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanması xəçrclərində uşaqların saxlanması xərclərinin 60-80% -ə qədəri büdcə vəsaiti və qalan hissəsi valideynlərdən alınan haqq hesabına maliyyələşir və s.

Maliyyə normaları quruluşuna görə fərdi, birləşdirilmiş və ya iriləşdirilmiş normalara ayrılır. Fərdi normalar ayrı-ayrı xərc növləri üçün təyin edilir və fərdi normalar əsasında idarələrin smetaları tərtıb edilir.

Lakin icmal planlaşdırma zamanı normalar iriləşdirilmiş göstəricilərlə tətbiq edilir. Fərdi normalar çoxsaylı və müxtəlif olduğuna görə ərazi üzrə icmal planlaşdırma tətbiq edilməsi çətinlık törədir. Ona görə də icmal planlaşdırma üçün birləşdirilmiş (və ya iriləşdirilmiş) normalar tətbiq edilir. Birləşdirilmiş normalar müxtəlif xərc növlərini özündə birləşdirir. Məs, məktəblərdə bir sinif üzrə birləşdırilmış xərc norması təsərrüfat və ezamiyyə xərcləri: isitmə, işıqlandırma, su təchizatı və s. təsərrüfat xərcləri maddəsində birləşdirir. Birləşdirilmiş xərc normaları tətbiq olunması maliyyə orqanlarına haqq-hesabları tez aparmağa, habelə ayrı-ayrı xərc növlərinin vəsaitlə təmin olunma səviyyəsini müəyyən etməyə imkan verir.

Haqq-hesab vahidi üzrə (məsələn, sinif, çarpayı, qrup və s.) orta xərclər əsasında təyin edilmiş normalar məcburi deyildir. Maliyyə orqanları orta normalar əsasında ümumilikdə respublika və ya rayonlar, şəhərlər üzrə eyni tipli idarələrin tələbatının orta ödənilmə səviyyəsini müəyyən edirlər. Lakin orta normalar mexaniki tətbiq edilə bilməz. Bu və ya digər rayonun xüsusiyyətləri, şəraiti nəzərə alınmaqla ayrı-ayrı xərclər tipli normalardan kənarlaşa bilər. Bu şərtlə ki, həmin kənarlaşma müvafiq qaydada əsaslandırılmış olmalıdır.

Icmal normalaşdırma zamanı xidmət göstəriləcək haqq-hesab vahidinin tam dəyərini ifadə edən iriləşdirilmiş normalar tətbiq edilir. Iriləşdirilşmiş göstərilən xüsusi bir növü tipli (nümunəvi) smetalardır. Tipli smetalar haqq-hesab vahidi üçün deyil bütün idarə üçün tərtib edilir və həmin idarənin il ərzində saxlanması xərclərinin həcmini əks etdirir. Tipli smetanın yekunu məbləğlə ümumi xərc normasını ifadə edir və kütləvi idarə edir və kütləvi idarə edir və kütləvi idarə və təşkilatların (oxu zallarının, feldşer-mama məntəqələrinin, kitabxanaların və s.) saxlanması xərclərini planlaşdırarkən istifadə olunur.

Qalan digər hallarda planlaşdırılan vahid üzrə icmal normanı müəyyən etmək üçün növlər və ya elementlər üzrə xərcləri cəmləmək lazımdır. Məsələn, bir çarpayı üzrə icmal xərc normasını hesablamaq üçün tibbi və ya inzibati-təsərrüfat heyətinin əmək haqqı və əmək haqqına üstəlik, dərman xərclərini, təsərrüfat xərclərini, yumşaq inventar alınması xərclərini və s. cəmləmək lazımdır.

Fərdi normalar büdcə idarələrinin fərdi smetalarının tərtibi zamanı geniş tətbiq edilir. Birləşdirilmiş və ya iriləşdirilmiş normalar büdcə tərtibinin 1-ci mərhələsində icmal sahə planları tərtib edibrkən tətbiq edilir. Lakin birləşdirilmiş və ya iriləşdirilmiş normalar büdcə planlaşdırılmasının 2-ci mərhələsində də böyük rol oynayır.

Maliyyə orqanları birləşdirilmiş və iriləşdirilmiş göstəricilərdən istifadə edərək nazirliklər və idarələr tərəfindən icmal sahə smetalarının düzgün tərtib edilməsini yoxlayırlar. Bu məqsədlə sahə smetası üzrə cari xərclərin yekunu sosial-iqtisadi inkişaf proqramının müvafiq göstəricisinə bölünür və alınan kəmiyyət qəbul edilmiş normalara müqayisə edilir.

Xərc normaları həmçinin məcburi və fakültativ normalara ayrılır. Məcburi xərc normaları hökümət tərəfindən təyin edilir. Məsələn, idarələrin ştat vahidlərinin sayı, əmək haqqı stavkaları (və ya vəzifə maaşları) yumşaq inventarla təminolunma normaları, müalicə müəssisələrində və məktəbəqədər uşaq müəssisələrində minimal yemək xərci norması və s.

Təhsil xərcləri tərkibində əmək haqqı xərcləri əsas yer tutur. Ona görə də əmək haqqının planlaşdırılması və düzgün maliyyələşdirilməsinə xüsusi diqqət yetirlir.

Hər il 1-i sentyabr vəziyyətinə məktəblər üzrə müəllimlərin tarifləşmə siyahısı tərtib edılır və tarifləşmə siyahısında müəllimlərin inisialı, tutduğu vəzifəsi, təhsili, hansı məktəbi bitirib, təhsil haqqında sənədin adı, verilmə tarixi və say nömrəsi, pedaqoji iş stajı, hansı fəndən dərs aparır, hansı sinifdə dərs aparır, aylıq pedaqoji stavka, həftədə dərs saatlarının sayı, əlavə əmək ödəmələri və aylıq əmək haqqı məbləği göstərilir.

Əmək haqqı sinif qrupları üzrə: I-IV, V-IX, X-XI sinif qrupları üzrə ayrılıqda hesablanır. Pedaqoji heyətin əmək haqqı fondu pedoqoji stavkalar və sinif qrupları üzrə planlaşdırılır.

Siniflər və sinif qrupları üzrə pedaqoji stavkaların sayını hesablamaq üçün tədris planında sinif üzrə həftəlik dərs saatlarının sayını bir stavka üçün təyin edilmiş həftənin tədrıs yükü normasına bölmək lazımdır. Hazırda respublikada bir pedaqoji stavka üçün həftəlik tədris yükü norması 12 saatdır. Tədris planı üzrə həfətlik dərs saatlarının sayı Respublika Təhsil Nazirliyi Tərəfindən təsdiq edilir. Siniflər üzrə həfətlik dərs saatlarının sayı və həftəlik tədris yükü norması əsasında pedaqoji stavkaların sayını siniflər və sinif qrupları üzrə müəyyən etmək olar.

Lakin bununla belə, təhsil sahəsində tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin texniki təchizatının yaxşılaşdırılamsı ilə bağlı hələ çox işlər görülməlidir.

Ümumtəhsil məktəbləri üzrə smetanı tərtib edərkən ilk növbədə əmək haqqı xərc maddəsi planlaşdırılır. Əmək haqqı xərc maddəsini planlaşdırarkən 1 sentyabr vəziyyətinə taarifləşən işçilərin əmək haqqlarının üzərinə tarifləşməyən işçilərin (direktor, laborant, kitabxanaçı, xadimə və s.) əmək haqqı əlavə edilir. Əmək haqqı fondunu planlaşdırarkən şəhər məktəblərinin bəzi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, şəhər məktəblərində müəllimlərə əmək haqqı ayda 2 dəfə ödənildiyinə görə dekabr ayının ikinci yarısı üçün əmək haqqı növbəti büdcə ilinin yanvar ayında ödənilir. Buna görə də yeni tədris ilində məktəb işçiləri əmək haqqını 3,5 aya görə, ilin əvvəlindən sentyabrın 1-dək isə 8,5 aya görə alırlar. Məktəb üzrə əmək haqqı fonduna daxildir:

- dərslərə görə müəllimlərə əmək haqqı;

- sinif rəhbəri vəzifəsi üçün əlavə haqq;

- dəftərlərin yoxlanılması üçün haqq;

- inzibati idarə və tədris-köməkçi heyətinin əmək haqqı;

- əmək haqqına əlavələr.

Ümumtəhsil məktəblərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qayda əsasında tam vəzifə maaşı almaqla yanaşı, istədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində taarifləşmə siyahısına salınmaqla ildə 480 saata qədər dərs apara bilərlər. Ümumtəhsil məktəblərinin direktorlarının vəzifə maaşları təhsil alan şagirdlərin sayından asılı olaraq müəyyən edilir.

Təhsilin müəyyən edilməsində müvafiq tədris müəssisəsini qurtarmaq haqqında sənəd əsas götürülür. Tədris müəssisəsi tərəfindən təhsilə dair diplom, şəhadətnamə, attestat və ya vəsiqə verilə bilər. Təhsilə görə tədris müəssisələrini aşağıdakı qruplara bölmək olar:

- ali təhsil verən tədris müəssisələri;

- natamam ali təhsil verən Müəllimlər Institutu və ona bərabər tutulan tədris müəssisələri;

- orta ixtisas təhsili verən tədris müəssisələri;

- ümumi orta təhsil verən tədris müəssisələri.

Ali məktəb və ona bərabər tutulan tədris müəssisələrini qurtaranlara ali təhsil, texnikum və ona bərabər tutulan tədris müəssisələrini bitirənlərə orta ixtisas təhsili verilir. Müəllimlər Institutunu və ona bərabər tutulan təhsil müəssisələrini bitirənlərə natamam ali təhsil verilir. Orta ümumtəhsil məktəblərini qurtaranlara ümumi orta təhsil verilir.



  1. Təhsil sahəsinin vergiyə cəlb olunmasının xüsusiyyətləri

Təhsil müəssisələri öz işçilərinə bağlanmış əmək müqaviləsinə uyğun olaraq əmək haqqı ödəyirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən muzdla işləyən fiziki şəxslərə əmək haqqı ödəyən təhsil müəssisələri ödəmə mənbəyində gəlir vergisi şkalasına uyğun olaraq gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə borcludurlar.

Təhsil müəssisələri öz işçiləri olan fiziki şəxslərə ödədikləri əmək haqqından gəlir vergisini aşağıdakı şkala əsasında hesablayırlar:


Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2000 manatadək

14 faiz

2000 manatdan çox olduqda

280 manat + 2000 manatdan çox olan məbləğin 30 faizi

Faktiki olaraq gəlir vergisinin ödəyiciləri müəllim, texniki heyət və sair olmasına baxmayaraq gəlir vergisini tutub dövlət büdcəsinə ödəmək vəzifəsi təhsil müəssisələrinin üzərinə qoyulduğundan, bu halda onlar faktiki olaraq vergi agenti kimi çıxış etmiş olurlar.

Təhsil müəssisələrinin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri əmlak vergisi məqsədləri üçün vergitutma obyekti hesab olunur. Əmlak vergisinin dərəcəsi 1 faizdir.

Vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri götürülür və aşağıdakı qaydada hesablanır:

- Təhsil müəssisəsi tam il ərzində fəaliyyət göstərmişdirsə, əmlakın (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanaraq ikiyə bölünür;

- Təhsil müəssisəsi hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və onun yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur;

- Təhsil müəssisəsi hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. Əmlak vergisinin ödəyiciləri olan təhsil müəssisələri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan təhsil müəssisələri əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.

Təhsil müəssisələri əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.

Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini təqdim etməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Təhsil müəssisələrinin hesabladığı əmlak vergisinin məbləği gəlirdən çıxılmalara aid edilir. Təhsil müəssisələri əmlak vergisini dövlət büdcəsinə ödəyirlər.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan təhsil müəssisələri torpaq vergisinin ödəyiciləridir.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

Təhsil müəssisələri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Təhsil müəssisələrinin balansında olan tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

Torpaq vergisini təhsil müəssisələri torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Bu qaydada hesablanmış torpaq vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Təhsil müəssisələri torpaq vergisini dövlət büdcəsinə ödəyirlər.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan təhsil müəssisələri Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan təhsil müəssisələri illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə aşağıdakı dərəcələrlə ödəyirlər:





Vergitutma obyektinin adı

Yol vergisinin dərəcəsi

Minik avtomobilləri:

- mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda

- mühərrikinin həcmi 2000 kub santimetrdən sox olduqda
Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri


Mühərrikin həcminin hər kub santimetrə görə - 0,01 manat

20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə - 0,02 manat

Mühərrikin həcminin hər kub santimetrə görə - 0,02 manat

Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan təhsil müəssisələri yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməli və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəməlidirlər.




Nəticə
Elmi-texniki tərəqqinin tələblərinə cavab verə bilən kadrların hazırlanması təhsilin sürətli inkişafını zəruri edir. Ona görə də indiki şəraitdə təhsilin inkişaf etdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi müstəqil Azərbaycan dövlətinin ümdə vəzifələrindən birinə çevrilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra özünün müasir təhsil konsepsiyasının hazırlanması və həyata keçirilməsi dövlətin strateji vəzifələrində biri kimi müəyyən edilmişdir.

Məhsuldar əməyi təhsil-təlimsiz təsəvvür etmək mümkün olmadığı kimi, təlim və təhsili də maddi istehsalsız təsəvvür etmək mümkün deyildir. Ona görə də cəmiyyətdə təlim-təhsil, bir tərəfdən, əgər maddi istehsalın tələbatından və inkişafından asılıdırsa, digər tərəfdən təhsil ictimai istehsala, onun səmərəsinin yüksəlməsinə, əmək məhsuldarılığının artmasına fəal təsir göstərir.

Təhsil müəssisələri tərkibində ümumtəhsil məktəbləri xüsusi yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın ümumi orta təhsil alması icbaridir və qanunla dövlət tərəfindən təmin edilir. Ona görə də ümumtəhsil məktəblərinin bütün növlərinin saxlanması xərcləri dövlət büdcəsindən maliyyələşir. Xərclərin düzgün planlaşdırılması və maliyyələş­dirilməsi smeta qaydasında aparılır. Ümumtəhsil məktəbləri xərclərinin planlaşdırılması işqtisadi-sosial inkişaf proqramının göstəriciləri əsasında yerinə yetirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən muzdla işləyən fiziki şəxslərə əmək haqqı ödəyən təhsil müəssisələri Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisini hesablamağa və hesablanmış vergini qanunvericiliklə müəyyən edilmiş müddətdən gec olmayaraq büdcəyə köçürməyə borcludurlar.

Bundan əlavə təhsil müəssisələri əmlak, torpaq, yol vergilərini də Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada hesablamağa və büdcəyə ödəməyə borcludurlar.

Faktiki olaraq gəlir vergisinin ödəyiciləri müəllim, texniki heyət və sair olmasına baxmayaraq gəlir vergisini tutub dövlət büdcəsinə ödəmək vəzifəsi təhsil müəssisələrinin üzərinə qoyulduğundan, bu halda onlar faktiki olaraq vergi agenti kimi çıxış etmiş olurlar.



Ümumiyyətlə, dövlət özünün vergi sistemini daimi nəzarətdə saxlamalı və onun tədricən sadələşdirilməsini həyata keçirməlidir, yəni elə bir sistem yaradılmalıdır ki, tətbiq olunan hər bir vergi vergi münasibətlərinin hər iki tərəfi üçün aydın olsun və eyni zamanda vergilərlə bərabər onun funksiyaları və vəzifələri də vergi ödəyiciləri tərəfindən dərk edilsin. Yalnız belə olduğu halda gəlir əldə edən hər bir şəxs başa düşə bilər ki, həyatda ölümdən və vergidən qaçmaq olmaz.

ƏDƏBİYYAT SİYAHISI

  1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995.

  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2011.

  3. Azərbaycan Repsublikasının 2011-ci il üçün Dövlət büdcəsi haqqında Qanun.

  4. Təhsil işçilərinin əmək haqqının artırılması haqqında Azərbaycan
    Repsublikasının Prezidenti İlham Əliyevin fərmanları.

  5. Azərbaycanın statistik göstəriciləri. Bakı, 2010.

  6. Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatı. Bakı, 2011.

  7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsilin maliyyələşdirilməsinə dair Normativ sənədlər məcmuəsi.

  8. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu.

  9. Məmmədov F.Ə, Musayev A.F, Sadıqov M.M, Kəlbiyev Y.A, Rzayev Z.H. Vergilər və vergitutma. Bakı-2010

  10. Vəliyev D.Ə, Balakişiyeva Y.N, Rəfibəyli İ.R, İmanov E.E, Qarabalov E.M. Vergi hüququ. Bakı 2003

  11. Musayev A.F, Kəlbiyev Y.A, Hüseynov A.A. Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr. Bakı, 2002

  12. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. «Büdcə sistemi». Dərslik. Bakı-2003.

  13. “Azərbaycanın vergi xəbərləri”, aylıq elmi-metodiki jurnal. 2008-2010-cu illər.

  14. Vergilər qəzeti 2008-2011-ci illər.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə