TƏFƏKKÜr universiteti




Yüklə 81.41 Kb.
tarix29.04.2016
ölçüsü81.41 Kb.






AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU

«ELM VƏ TƏHSİL MƏRKƏZİ»

TƏFƏKKÜR UNİVERSİTETİ













AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU

«ELM VƏ TƏHSİL MƏRKƏZİ» TƏFƏKKÜR UNİVERSİTETİ


İQTİSADİYYAT-İDARƏETMƏ KAFEDRASI







BAKALAVR TƏHSİL SİSTEMİNDƏ İİ-01 02 00 «MÜHASİBAT UÇOTU VƏ AUDİT» İXTİSASI ÜZRƏ TƏHSİL ALAN ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ ÜÇÜN

Azərbaycan Respublikası təhsil nazirinin 11iyul 2002-ci il tarixli 759№-li əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «İqtisadiyyat və idarəetmə» bölməsinin 20.05.2002-ci il tarixli 13 saylı protokoluna əsasən çap edilir.


BAKI-2002





PROQRAM bakalavr təhsil sistemində ii-01 02 00 «Mühasibat uçotu və audit» ixtisasi üzrə təhsil alan ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur.
REDAKTOR: ADİU-nun elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, professor A.Ş.Şəkərəliyev
PROQRAM: Təfəkkür Universitetinin Iqtisadiyyat-Idarəetmə kafedrasının baş müəllimi, iqtisad elmləri namizədi E.M.Hacizadə tərəfindən hazırlanmışdır.
PROQRAMA RƏY VERMİŞLƏR: ADİU-nun «Statistika» kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor S.M.Yaqubov, ADİU-nun «İqtisadi təhlil və audit» kafedrasının dosenti, iqtisad elmləri namizədi F.S.Haciyev


Kursun məqsədini tələbələrdə təsərrüfat subyektlərinin idarəedilməsinin mühüm funksiyası olan təsərrüfat fəaliyyəti haqqında əhatəli təsəvvürlərin yaradılması, müvafiq zəruri olan bilgilərin verilməsi; iqtisadi təhlilin əsas metodlarının dərki, iş prosesinin müxtəlif mərhələlərində və idarəetmə qərarlarının qəbulunda onların tətbiqi; istehsalat-təsərrüfat, maliyyə və investisiyon fəaliyyətin ayrı-ayrı istiqamətlərinin dəyərləndirilməsində analitik, praktiki səriştənin aşılanması və sair bu kimi konkret tələblər təşkil edir.
*********
«İqtisadi nəzəriyyə», «Statistika», «Mühasibat uçotu», «Audit» və digər paralel profilli ümumi iqtisadi fənnlərlə analogiya təşkil edən «İqtisadi təhlil» kursu müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin dəyərləndirilməsi, texniki-iqtisadi göstəricilərin kompleks təhlilini gerçəkləşdirən əlahiddə praktiki məzmunlu elm sahələrindəndir. «İqtisadi təhlil» müəssisələrdə təsərrüfat fəaliyyətinin təşkili və aparılması metodologiyasının nəzəri, praktiki aspektlərinin hazırlanması və öyrənilməsi məqsədi ilə tədris olunur. Müəssisələrin təsərrüfat-maliyyə fəaliyyətini nizamlayan normativ-hüquqi aktlar, metodik və texniki vasitələr, kompüter və informasiya texnologiyalarından istifadə kursunun tədris keyfiyyətinin artırılmasına xidmət edir. Tədris prosesinin daha səmərəli nəticəliliyi üçün müəssisələrin təsərrüfat fəaliyyəti ilə bağlı olan aktual problemlərinin araşdırılması üzrə diskussiyalar keçirmək, müvafiq nəzarət-yoxlama işləri, testlər aparmaq və təhsilin digər mütərəqqi empirik nailiyyətlərindən geniş istifadə etmək tövsiyə olunur.

*********


Xüsusi tədris kursunun davamiyyət müddəti - 51 saat, o cümlədən, mühazirələrə 34 saat, praktiki məşğələlərə 17 saat vaxt bölümü verilir. Kursun tədrisinin hesabat nəticəsi kimi imtahan nəzərdə tutulur.
*********
Bazar münasibətlərinin tərəqqi prosesi ilə əlaqədar olaraq, biznes-planların tərtibatının, marketinq tədqiqatlarının və təsərrüfatlaşan subyektin maliyyə siyasətinin işlənməsi məsələlərini özündə ehtiva edən iqtisadi təhlilin əhəmiyyəti artır. Bu gerçəklikləri ifadə edərək tələbələr tədris fənninin öyrənilməsində:



  • iqtisadi təhlilin növləri, xüsusiyyətləri və üsullarını;

  • müəssisənin təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasının metodikasını;





  • iqtisadi informasiya mənbəyindən istifadə etməyi;

  • müəssisənin likvidlik və ödənişqabiliyyətliliyinin qiymətləndirilməsi;

  • istifadə rejimində kompüter texnikasının tətbiqini;



Giriş
«İqtisadi təhlil» tədris fənninin məqsədi, elmi-nəzəri əsasları, onun iqtisadi həyatda rolu, digər uyğun profilli fənlərlə əlaqəliyi və qarşılıqlı rabitəsinin şərhi verilir. Təsərrüfatlaşan subyektin istehsal mahiyyəti, bazar iqtisadiyyatının nəzəri və praktiki sferasında müəssisənin fəaliyyətinin səmərəliliyinin artırılmasında iqtisadi təhlilin yeri göstərilir və tələbələrdə analitik təfəkkürün formalaşmasında tədris olunan fənnin əhəmiyyəti əsaslandırılır.

Mövzu 1.

İqtisadi təhlilin elmi əsasları
İqtisadi təhlil iqtisadi elmlərin əsas hissəsi kimi. İqtisadi təhlil nəzəriyyəsinin genetik kökləri və tarixi inkişaf yolu. Təhlilin iqtisadi elmi sistemdə yeri. İqtisadi təhlilin obyekti. Müəssisənin idarə edilməsində iqtisadi təhlilin əhəmiyyəti. İqtisadi təhlilin məqsədləri. Bazar iqtisadiyyatı şəraitində iqtisadi təhlilin inkişaf perspektivləri.

Mövzu 2.

İqtisadi təhlilin mahiyyəti, predmeti və metodu
İqtisadi təhlilin predmeti, əsas prinsipləri, mahiyyət və məramı. Makro və mikro iqtisadi kontekstdə iqtisadi təhlilin əsas vəzifələri. İqtisadi təhlilin metodu və üsulları, tətbiq sahəsi və xüsusiyyətləri. Müqayisə, qruplaşdırma, indeks, zəncirvari dəyişmə, balans, mütləq, nisbi və digər nəzəri və praktik metodlar. Korrelyasiyon təhlil metodikası. Cari, operativ və perspektiv iqtisadi təhlil. Təsərrüfat fəaliyyətinin təhlilində qrafik üsullardan istifadə. İqtisadi təhlilin riyazi metodlarının ümumi xarakteristikası.

Mövzu 3.

İqtisadi səmərəliliyin qiymətləndirilməsində

kompleks təhlilin rolu və əhəmiyyəti
Kompleks iqtisadi təhlilin bazasının iqtisadi göstəricilər sisteminin formalaşması. Təsərrüfat fəaliyyətinin təhlilində sistemli yanaşma. İqtisadi səmərəliliyin artırılmasının ehtiyatlar və amillər təsnifatı. Təsərrüfat fəaliyyətinin səmərəliliyinin kompleks qiymətləndirilməsinin metodları.

Mövzu 4.

Tipoloji analitik məsələlərin həllində

iqtisadi-riyazi metodların tətbiqi
İqtisadi-riyazi modelləşmə təsərrüfat fəaliyyətinin öyrənilməsinin əsas üsulu kimi. Determinik, stoxastik, modelləşmə və təsərrüfat fəaliyyətinin faktorlar sisteminin təhlili. Elementar riyazi, klassik, differensial, inteqral, riyazi-statistik və riyazi-proqramlaşdırma metodları. Əməliyyatların tədqiqi metodu, İmitasiyon modelləşmə. İqtisadi kibernetik və eviristik metodlar.
Mövzu 5.

İqtisadi təhlilin informasiyon təminatı
İqtisadi-texniki informasiya sistemi və onun əldə edilməsi mənbəyi. İstehsal məlumatı. Makroiqtisadi hadisələr və biznesin əsas seqmentlərinin inkişafında iqtisadi informasiyanın əhəmiyyəti. İstehsalın texnoloji hazırlanmasının informatik təminatı. Təsərrüfat uçotu və onun növləri. Müəssisənin hesabatları və növləri. Plan və normativ informasiya. Mühasibat sisteminin informasiyaları. Kompüter analizinin əsasları, nəzarət sistemi və monitorinq şəbəkəsi.

Mövzu 6.

Təhlil nəticələrinin ümumiləşdirilməsi və

idarəetmə qərarlarının qəbulu
Təhlil nəticələrinin sintezi. Nəticələrin ümumiləşdirilməsinin zəruriliyi. Təhlil nəticələrinin ümumiləşdirilməsinin formaları və üsulları. Xüsusi və texniki ümumiləşdirilmə üsulları. Nəticələrin əlamətlər üzrə təsnifatı və qruplaşdırılması. Səmərəliliyi yüksəldən amillərin müəyyən edilməsi. Təhlil nəticələrinin sənədləşdirilməsi. Optimal idarəetmə qərarlarının işlənib hazırlanma mexanizmi. Taktiki hazırlıq. Qərarların qəbulu.
Mövzu 7.

Marketinq sistemində təhlil
Marketinq tədqiqatlarının məqsədi və mahiyyəti. Marketinq təhlilinin obyektləri. Bazar iqtisadiyyatı şəraitində iş və xidmətlər sistemi. Marketinq təhlilinin metodu və planlaşdırılması. Məhsul satışı həcminin hesablanması smetası. Məhsul qiyməti sistemi. Əmtəə qiymətlərinin əsaslandırılması.

Mövzu 8.

Texniki-təşkilati səviyyə və istehsalın

digər şərtlərinin təhlili
Təşkilatın idarəedilməsinin təhlili. İstehsal və əməyin təşkilinin təhlili. Texniki inkişafın təhlili. Xarici iqtisadi münasibətlər və kommersiya fəaliyyəti. İnsan faktorundan istifadənin sosial şərtlərinin təhlili. Təbii şərait və şərtlər, ondan rasional istifadənin təhlili. Texniki-təşkilati səviyyənin qiymətləndirilməsi metodları. İstehsal resurslarından səmərəli istifadənin təhlili.

Mövzu 9.

Təsərrüfat fəaliyyətinin əsas iqtisadi göstəricilərinin kompleks təhlilinin metodologiyası
Kompleks idarəetmə təhlilinin strukturu və məqsədləri. Kompleks təhlilin əsas metodoloji prinsipləri. Fondverimi, materialtutumu və əmək məhsuldarlığının təhlili. Kompleks iqtisadi təhlil sistemi və onun əsas mərhələləri. Daxili ehtiyatların axtarış və səfərbərlik mexanizmi. Avanslaşdırılmış kapital və investisiyalardan səmərəli istifadənin təhlili. Səmərəliliyin qiymətləndirilməsi.

Mövzu 10.

Xərclərin idarə edilməsinin və məhsulun

maya dəyərinin təhlili
Maya dəyərinin idarə edilməsinin məqsəd və məramı. Xərclərin strukturu, xassəvi xüsusiyyətləri, onlar arasında qarşılıqlı əlaqə. Dövriyyə və mənfəət. Zərərsizliyin əsaslandırılması. Rentabellik astanasının hesablanması metodikası. Marjinal gəlir və maliyyə dayanıqlılığı ehtiyatı. İstehsal və maliyyə leverici. Məhsulun maya dəyəri göstəricilərinin qiymətləndirilməsi və hesablanması. Məhsulun maya dəyərinə təsir edən xarici və daxili amillər. Əməkdən istifadənin təhlili və onun maya dəyərinə təsir effekti. Əsas istehsal vasitələrindən istifadənin xərclərə təsiri. Maya dəyərinin artırılmasının determinantları. Maya dəyərinin aşağı salınması ehtiyatları.

Mövzu 11.

Maliyyə nəticələrinin təhlili
Maliyyə planı maliyyə nəticələrinin əsas təhlil mənbəyi və əsas strateji obyekti kimi. Daxili maliyyə analizinin metodları. Mənfəət göstəricilərinin formalaşması və hesablanması. Mənfəətin strukturu, səviyyəsi və dinamikasının təhlili. Mənfəətin həcminə təsir edən iqtisadi amillər. İnflyasiyanın maliyyə nəticəliyinə təsiri. Kapital və gəlirin diskontlaşdırılması. Əmlakın dəyəri və qiymətlərin indeksasiyası. Balans mənfəətinin faktorial təhlili. Rentabelliyin, mənfəətin yüksəldilməsinin ehtiyatlar toplumu. Maliyyə strategiyasının təhlili.
İqtisadi təhlil kursunun nümunəvi tematik planı



Bölmələrin və mövzuların adları

Təhsilin əyani formasında auditoriya saatlarının miqdarı

Mühazirə

Prakiki məşğələ

Cəmi

Mövzu

Giriş

2

-

2

1.1

İqtisadi təhlilin elmi əsasları

2

2

4

1.2

İqtisadi təhlilin mahiyyəti, predmeti və metodu

4

2

6

1.3

İqtisadi səmərəliliyin qiymətləndirilməsində kompleks təhlilin rolu və əhəmiyyəti

2

-

2

1.4

Tipoloji analitik məsələlərin həllində iqtisadi-riyazi metodların tətbiqi

4

2

6

1.5

İqtisadi təhlilin informasiyon təminatı

2

2

4

1.6

Təhlil nəticələrinin ümumiləşdirilməsi və idarəetmə qərarlarının qəbulu

4

2

6

1.7

Marketiniq sistemində təhlil

2

-

2

1.8

Texniki-təşkilati səviyyə və istehsalın digər şərtlərinin təhlili

4

2

6

1.9

Təsərrüfat fəaliyyətinin əsas iqtisadi göstəricilərinin kompleks təhlilinin metodologiyası

2

-

2

1.10

Xərclərin idarə edilməsinin və məhsulun maya dəyərinin təhlili

2

2

4

1.11

Maliyyə nəticələrinin təhlili

4

3

7

Cəmi

34

17

51

1.«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı. 1995.

2.«Müəssisələr haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı. 1996.

3.Namazəliyev H.İ. «Sənaye müəssisələrinin fəaliyyətinin iqtisadi təhlili». Bakı. 1995.

4.Савинская Г.В. «Анализ хозяйственной деятельности предприятия». Минск-Москва. 2001.

5.Баканов М.И., Шеремет А.Д. «Теория экономического анализа». М: Финансы и Статистика. 1999.

6.Патров В.В., Ковалев В.В. «Как читать баланс». М.: Финансы и Статистика.1993.

7.Донцова Л.В., Никифирова Н.А. «Комплексный анализ бухгалтерский отчетности». М.: «Дело-Сервис». 1999.

8.Жак Ришар «Аудит и анализ хозяйственной деятельности предприятия». М.: ЮНИТИ. 1997.

9.Абрютина М.С., Грачев А.З. «Анализ финансово экономической деятельности предприятия». М.: «Дело и Сервис». 1998.










Çapa imzalanıb 28.06.02. Fiz ç.v.1,5.

Sifariş 41. Sayı 100



ADİU-nun mətbəəsi





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə