Tədris edən: Akif Əlizadə




Yüklə 25.62 Kb.
tarix21.04.2016
ölçüsü25.62 Kb.
XƏZƏR UNİVERSİTƏSİ

HÜQUQ DEPARTAMENTİ


İnsan hüquqları fəninin

Sillabusu

Tədris edən: Akif Əlizadə



Bakı 2013-ci il



İdentifikasiya:

Predmet: İnsan hüquqları

Departament: Hüquq

Pedaqoq: Akif Əlizadə


Kredit: 3

Auditoruya: 305

Telefon: 012 447-55-60, 050 313-63-99

Dərslərin vaxtı: bazar ertəsi

Dərslərin saatları: 15:00 – 18:00
Kursun məqsədi:

Kursun əsas məqsədi tələbələrin insan hüquqları haqqında nəzəri bilik və təcrübəni mənimsəməsi, eləcə də insan hüquqlarının ölkədaxili, avropa və beynəlxalq müdafiə mexanizmləri ilə tanış etməkdir.


Gözlənilən nəticələr:

Tələbələr insan hüquqları sahəsində milli, Avropa və beynəlxalq qanunvericiliklə tanış olacaq, insan hüquqlarının müdafiə mexanizmləri haqqında nəzəri və praktik biliklər əldə edəcəklər.


Tələbələrin əldə edəcəkləri bilik səviyyəsi aşağıdakı göstəricilərlə müəyyən olunacaq:

Aralıq imtahan – 30 bal,

Yekun imtahan – 30 bal,

Esse – 10 bal,

Seminarlara iştirak – 30 bal
Esse:

Esse tələbənin təqdim olunana mövzular ətrafından öz mülahizəsinə əsasən seçdiyi insan hüquqlarının hər hansı institutu ilə bağlı hazırladığı fərdi elmi işdir. Esse təxminən 4-6 səhifə həcmində olmalı və kompüterdə yığılmış halda kursun sonuna kimi təhvil verilməlidir.


Digər tələblər:

Tədris proqramı interaktiv metodlarla aparılacaq. Praktik məşğələlərdə isə tələblərin biliklərə yiyələnməsi səviyyəsi yoxlanılacaq, bundan başqa tələblər konkret mövzuya dair testlərlə işləyəcək, prosessual sənədlər tərtib edəcək və insan hüquqları üzrə kazusları həll edəcəklər. Kursun tədrisi müddətində 2 və ya 3 dəfə rəmzi məhkəmə prosesləri keçiriləcək. Bu proseslərdə tələbələr 2 qrupa bölünəcək, qruplardan biri iddiaçı, digəri isə cavabdeh tərəfləri təmsil edəcək.

İmtahan 2 mərhələdə - aralıq imtahan kursun proqramının yarısı başa çatdıqdan sonra, yekun imtahan isə kursun sonunda müəyyən edilmiş qaydada götürüləcək.
Kurs üçün prerekvizit fənlər: Yoxdur
Kurs üçün paralel (korekvizit) fənlər: Beynəlxalq hüquq.
Keçid balı 60 bal hesab edilir.
İstifadə olunacaq ədəbiyyat:

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Hüquq Ədəbiyyatı” 2002

2. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası, AHA, Bakı, “İsmayıl” 2002

3. İnsan hüquqları nəzəriyyədə və təcrübədə, Bakı 2009. F.Mehdiyev

4. Beynəlxalq sənədlər toplusu, Hüquq Maarifçiliyi Cəmiyyəti 2005

5. İnsan hüquqlarının müdafiəsi ACİ və İHSM İB 2004



Tədris ediləcək mövzular:
1. İnsan hüquqlarının predmeti və metodu

Insan hüquqlarının mənbəyi, predmeti və metodu. İnsan hüquqlarının təsnifatı və xüsusiyyətləri. İnsan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrin siyahısı. İnsan hüquqları və qeyri-hökumət təşkilatları.


2. İnsan hüquqları konsepsiyasına giriş

Azərbaycan Respublikasının Konstitisiyasında əsas hüquqlar, azadlıqlar və vəzifələr. İnsan hüquqlarının müdafiəsinə dair BMT-nin sənədləri. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinə dair Avropa Şurasının sənədləri.


3. Əsas insan və vətəndaş hüquqları və azadlıqları

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. Bərabərlik hüququ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. Yaşamaq hüququ. Azadlıq hüququ.


4. İqtisadi, sosial və mədəni hüquqlar

Mülkiyyət hüququ. Əqli mülkiyyət hüququ. Təhlükəsiz yaşamaq hüququ. Şəxsi toxunulmazlıq hüququ. Mənzil toxunulmazlığı hüququ. Nikah hüququ. Əmək hüququ. Tətil hüququ. İstirahət hüququ. Sosial təminat hüququ. Sağlam ətraf mühitdə yaşamaq hüququ. Mədəniyyət hüququ. Sağlamlığın qorunması hüququ. Təhsil hüququ. Mənzil hüququ. Bu hüquqların təminat verildiyi qanunvericilik aktları.


5. Mülki hüquqlar

Milli mənsubiyyət hüququ. Ana dilində istifadə hüququ. Şərəf və ləyaqətin müdafiəsi hüququ. Fikir və söz azadlığı. Vicdan azadlığı. Sərbəst toplaşmaq azadlığı. Məlumat və yaradıcılıq azadlığı. Vətəndaşlıq hüququ və vətəndaşlıq hüququnun təminatı. Bu hüquqların təminat verildiyi qanunvericilik aktları.


6. Siyasi hüquqlar

Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Seçki hüququ. Müraciət etmək və birləşmək hüququ. Bu hüquqların təminat verildiyi qanunvericilik aktları.


7. Hüquq və azadlıqlarin məhkəmə təminatı

Hüquqi yardım almaq hüququ. Təqsirsizlik prezumpsiyası. Məhkəməyə təkrar müraciət etmək hüququ. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi. Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları. Zərərin ödənilməsini tələb etmək hüququ. Bu hüquqların təminat verildiyi qanunvericilik aktları.


8. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları. Siyasi sığınacaq hüququ. Bu hüquqların təminat verildiyi qanunvericilik aktları


9. Vətəndaşların əsas vəzifələri

Vətəndaşların vəzifələrinin əsası. Vergilər və başqa dövlət ödənişləri. Vətənə sədaqət. Dövlət rəmzlərinə hörmət. Vətəni müdafiə. Tarix və mədəniyyət abidələrinin və ətraf mühitin qorunması. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi. Məsuliyyət.


10. BMT sistemində insan hüquqlarının müdafiəsi.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi. BMT-nin strukturu. Beynəlxalq məhkəmə. BMT-nin Uşaq Fondu. BMT-nin Qadın Fondu.



11. İnsan hüquqlarının müdafiəsi üzrə BMT

çərçivəsində mövcud olan ixtisaslaşdırılmış qurumlar və prosedurlar

BMT-nin insan hüquqları üzrə Ali Baş Komissarı. BMT çərçivəsində nəzarət orqanları və prosedurlar. İnsan hüquqlarının pozulması ilə bağlı məlumatlara baxılmasının əsas qaydaları. Qadınların statusu üzrə Komissiya. Davamlı inkişaf, əhali və inkişaf üzrə komissiya. BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığı.



12. İnsan hüquqlarına dair beynəlxalq paktlar və

onların nəzarət orqanları

Ümumdünya insan hüquqları Bəyənnaməsi. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya. Uşaq hüquqları haqqında Konvensiya. İnsan hüquqları Komitəsi. Fərdi şikayətlərin təqdim olunma proseduru. BMT-nin insan hüquqlarının müdafiə sistemi və qeyri-hökumət təşkilatları hüquq müdafiəçisinin vəziyyəti haqqında məsələ üzrə.


13. İnsan hüquqlarının

müdafiəsinin Avropa sistemi

Avropa Şurası. Əsas orqanlar. Nazirlər Komitəsi. Avropa Şurasına üzv olan dövlətlər tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsi üzrə Komitə (Monitorinq Komitəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin tərkibi və strukturu. Seksiyalar, Komitə və Palatalar. Böyük Palata. Məhkəmənin səlahiyyətləri. Dövlətlərarası işlər. Fərdi şikayətlər.


14. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi

haqqında Avropa Konvensiyası

İnsan hüquqlarının va əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair Protokol. İnsan hüquqlarının va əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 4, 6, 7 və 14 saylı Protokollar.


15. İnsan hüquqlarının

müdafiəsinin ölkədaxili sistemi

İnsan hüquqlarının və əsas azadlıqlarının məhkəmələr vasitəsilə müdafiəsi. Ümumi rayon (şəhər) məhkəmələri. Ağır Cinayətlər Məhkəməsi. İnzibat-İqtisadi Məhkəmələr. Hərbi məhkəmələr. Apellyasiya instansiyası məhkəmələri. Ali Məhkəmə. Konstitusiya Məhkəməsi.


16. İnsan hüquqlarının müdafiəsinin

məhkəmədənkənar mexanizmləri

Ombudsman. Dövlət hakimiyyəti orqanlarına vətəndaşların müraciəti. Parlament mexanizmləri. Birbaşa demokratiya mexanizmləri. Kütləvi informasiya vasitələri. Birləşmək hüququ insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm vasitə kimi.



İndsan hüquqlarının müdafiəsində qeyri-hökumət təşkilatlarının rolu.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə