Sumqayıt dövlət universiteti




Yüklə 225.64 Kb.
tarix20.04.2016
ölçüsü225.64 Kb.


Mündəricat

Giriş 3


1. Rəqabətin funksiyaları, növləri, tipləri və modelləri 5

2. M.Porterin rəqabət nəzəriyyəsi. Beynəlxalq rəqabət probleminə müasir yanaşmalar 13

3. Beynəlxalq rəqabət qabiliyyəti 17

Nəticə 22

Ədəbiyyat siyahısı 24

sumqayıt dövlət universiteti

Giriş
İqtisadi inkişafın bazar mexanizmində bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir.“Rəqabət” analayışı iqtisadi nəzəriyyəyə latın dilindəki “concurrentia” sözündən daxil olmuş, azərbaycan dilində “toqquşma”, “yarış” deməkdir. İqtisadiyyatda rəqabət dedikdə müxtəlif qrup insanların alternativ istifadə imkanlarına malik məhdud həcmdə nemətə malik olmaq uğrunda mübarizəsi nəzərdə tutulur.

Rəqabət - bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanına əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır.

Rəqabət bazar münasibətlərinin mahiyyətini ifadə edən əsas anlayışdır. İqtisadi ədəbiyyatda “rəqabət” anlayışına üç yanaşma mövcuddur. Birincisi rəqabətə yarış kimi baxılır. Bu hal yerli qanunvericilik aktlarında öz əksini tapmışdır. İkinicisi, rəqabətə tələb və təklifin bazar tarazlığını təmin edən bazar mexanizminin elementi kimi baxılır. Bu yanaşma klassik iqtisadi nəzəriyyəyə aiddir. Üçüncü yanaşmada isə, rəqabət sahə bazarlarının tipini müəyyən edən meyar kimi götürülür. Bu yanaşma son dövrlərdə iqtisadi nəzəriyyənin inkişafı nəticəsində formalaşmışdır. Rəqabət nəzəriyyəsinin inkişafı və onun müxtəlif növ bazarlarda rolunun dəqiqləşdirilməsi baş versə də, bu anlayışa müxtəlif aspektlərdən yanaşılsa da, rəqabət iqtisadi subyektlərin yarışını ifadə edir.

Rəqabətin meydana gəlməsi tarixən mülkiyyət ayrı seçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir. Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkanlara malik olmalarına baxmayaraq, bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa situmullaşdırır.

Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən bir kimi çıxış edir.



  1. Rəqabətin funksiyaları, növləri, tipləri və modelləri.

Sahikarlar bazarda öz mövqelərini yaxşılaşdırmaq uğrunda rəqabət mübarizəsində vasitə kimi məhsulun keyfiyyəti, qiymət, servis xidməti, təchizat və ödəmə şərtləri, reklam və s. - dən istifadə edirlər. Sahibkarlıq fəaliyyətində rəqabət tənzimləmə, motivləşdirmə, bölgü və nəzarət funksiyalarını yerinə yetirir.

Tənzimləmə funksiyası, sahibkarın rəqabət mübarizəsinə davam gətirmək üçün istehlakçının üstünlük veridiyi məhsulu bazara təklif etməsi zəruriyyəti ilə əlaqədardır. Nəticədə istahsal resursları qiymətin təsiri ilə onlara ən böyük təlabat olan sahələrə istiqamətlənir.

Motivləşdirmə funksiyası onunla bağlıdır ki, rəqabət sahibkar üçün həm şans, həmdə risk yaradır. Ən yüksək keyfiyyətli məhsul təklif edən və ya onu ən az xərclə istehsal edən firma mənfəət şəklində qiymətləndirilir. Bu amil texniki tərəqqini stimullaşdırır. Bazarada müştərilərin arzularını və ya öz rəqiblərinin rəqabət üstünlüklərinin dəyişməsinə reaksiya verməyən firma zərər şəklində cəza alır və ya bazardan sıxışdırılıb çıxarılır.

Nəzarət funksiyası ondan ibarətdir ki, rəqabət hər bir firmanın iqtisadi gücünü məhdudlaşdırır və ona nəzarət edir. Eyni zamanda rəqabət alıcıya bir neçə satıcının məhsulundan birini seçməyə imkan yaradır. Rəqabət nə qədər təkmildirsə, qiymət o qədər ədalətli olur.

Sahibkarlıq fəaliyyətində rəqabəti şərti olaraq ədalətli rəqabətə və haqsız rəqabətə bölmək olar.

Ədalətli rəqabətin əsas metodlarına aşağıdkılar aiddir:


  • Qiymətin aşağı salınması;

  • Məhsulun keyfiyyətinin yüksəldilməsi;

  • Reklam;

  • Satışdanqabaq və satışdansonrakı xidmətin inkişaf etdirilməsi;

  • Elmi - texniki tərəqqi nailiyyətlərindən istifadə etməklə yeni əmtəə və xidmətlərin yaradılması; və s.

Qiymət rəqabətindən əsasən daha zəif rəqibləri bazaradan çıxarmaq məqsədilə istifadə olunur. Firma bazarda yüksək paya malik olmaqla həm istehsal xərclərini aşağı salmağa, həm də uzun müddətli mənfəət əldə etməyə nail olur. Tələbin qiymətə görə elastik olduğu sahədə firma məhsul vahidinə düşən gəliri azaltmaqla satışın həcmini artıraraq məcmu mənfəətin səviyyəsini artıra bilər. Bu zaman reallaşdırma həcminin artırılması istehsal və satış xərclərini nisbətən azaltmağa imkan verir. Bu məqsədlə firma satışın genişləndirilməsi və bazarda daha da böyük payı əldə etmək üçün qiymətləri azaldır.

Firma bu məqsədi aşağıdakı hallarda seçir:



  1. İstehlakçıların tələbi qiymətə görə elastikdir;

  2. Məhsul vahidinin qiymətini azaltmaqla satışın həcmini artırmaq və bununla da ümumi mənfəəti artırmaq mümkündür;

  3. Satış həcminin atırılması məhsul vahidinə düşən istehsal və satış xərclərinin nisbətən azalmasına səbəb olur;

  4. Qiymətlərin aşağı salınması firmanın bazardakı payına rəqibləri tərəfindən olan təhlükəni ardan qaldırır;

  5. Kütləvi istehlak bazarı mövcuddur;

Sahibkarlıq fəaliyyətində rəqabətin formalarından biri də məhsulun diferensiyasına, yəni firmanın müəyyən məhsulun geniş sayada çeşidlərinin bazara təklifinə əsaslanır. Bu zaman seçim azadlığı genişlənir, istehlakçıların müxtəlif zövqləri isə tam ödənilir. Hər bir firma rəqiblərindən fərqlənən məhsula malik olurlar ki, bunlarında sonradan dəyişdirilməsi və inkişafı üçün öz ehtiyyatları olur. Buna görə də çox vaxt isehsalçılar bazara yeni məhsul çıxarmaq əvəzinə, modifikasiya siyasətindən istifadə edirlər, yəni mövcud məhsulun texniki-istismar xassələrini, keyfiyyətini, xarici tətibatını və ya qablaşdırma formasını dəyişərək bazara təklif edirlər.

Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:

1.Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;

2.Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;

3.Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

4.Haqsız sahibkarlıq fəaliyyəti;

5.Haqsız işgüzarlılıq davranışı;

6.İsehlakçıların çaşdırılması;

Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran hərəkətlər aşağıdakəlardır:

-Digər bazar subyektlərinin işguzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş mə`lumatların yayılması;

-Rəqibin elmi-texniki və itehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəklində açıqlanması;

Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən haqsız rəqabət formaları aşağıdakılardır:

-Rəqibin işguzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması;

-Rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədi ilə nalara qanunsuz vasitələrlə təsir göstərilməsi;

Rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədi ilə həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərin verilməsi haqsız rəqabətin yaranmasına gətirib çıxarır.

-Bu və ya digər təsərrüfat subyektinə süni sürətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi;

-Müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin sün`i surətdə yaxşılaşdırılması;

-Rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi.

Bazar rəqabətdən asılı olaraq iki əsas tipə ayrılır: azad rəqabətli bazar (mükəmməl rəqabət) və qeyri-mükəmməl rəqabətli bazar, bu da inhisarçı oliqapolik və inhisarçı rəqabət bazarlarına ayrılır.

Mükəmməl rəqabətli bazar özündə cəmiyyətin resurslarının daha rasional istifadəsini, məhsul istehsalına çəkilən ictimai xərclərin minimumlaşdırılmasını əks etdirir.

Qeyri-mükəmməl rəqbətli bazar isə mükəmməl rəqabət zamanı yaranan tarazlıqdan yayınma halını əks etdirir. İnhisarçılıq şəraitində əgər qiymət üzərində nəzarət müəyyən bir həddi keçərsə, cəmiyyətin iqtisadi əsasını dağıdar və məhv edər, iqtisadiyyatda inkişaf getməz. Qiymətlər haqqında gizli sazişlər, sü`ni defisitlərin yaranmasına səbəb olur.

Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Azad rəqabətli bazar aşağıdakı əlamətlərlə səciyyələnir:



  1. Satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və heç bir qrupu bazar proseslərinə, əsasəndə qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;

  2. Bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markaları əks etdirməyən, eyni əmtəə və xidmətlər – özünəməxsus, identik –standartlaşmış əmtəələr təklif olunur;

  3. Bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya (qiymət, əmtəə, tələb, təklif, və s.) malikdirlər;

  4. Satıcılar və alıcılar hər hansı qanunvericilik, maliyyə, texnoloji maneələrin olmadığı halda bazar azad sürətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər;

  5. Bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı-ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz-özünə “gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar – müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud olmayıb.

İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşması dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirirlər. Bu modellər aşağıdakılardır:

1.Mükəmməl rəqabətli bazar;

2.İnhisarçı rəqabətli bazar;

3.Oliqapolik bazar;

4.Xalis inhisarçı bazarı;

Bazarın rəqabətli olması – istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir göstərən əsas amillərdir. Bazarın rəqabətli olması – onun iştirakçılarının realizə olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir. Bu təsir nə qədər az olarsa, bazar bir o qədər rəqabətli sayılır. Yuxrıda göstərildiyi kimi xalus rəqabət (mükəmməl rəqabət) şəraitində satnadartlaşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət göstərir və sahəyə daxil olmaq üçün maneə olan bütün hədlərin olmaması və yaxud arzu edilən istənlilən firmanın məhsul buraxmasıomkanının olması mümkün olur. Əksinə, xalis inhisar isə özündə satıcı şəklində yalnız bir firma fərqləndirilməmiş məhsul və sahəyə daxil olmaq yolunda müxtəlif maneələrin olmasını əks etdirir. İnhisarçı rəqabəti yuxrıdakılarla müqaisədə fərqli məhsul istehsal edən (ayaqqabı, geyim) iri firmaların çoxluğu və sahəyə azad daxil olmaqla xarakterizə olunur. Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə daxil olmağın çətinliyi ilə fərqlənir.

Qeyri-mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıcların hərəkətləri və sayı əsasında aparılmışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı (bir alıcının inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu sayda satıcı olur (bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir). Oliqopsoniya (alıcının inhisarı) – bu zaman bazarın şərtlərini diktə etməyə malik olan bir neçə iri alıcı və çoxlu sayda satıcı olan rəqabətli bazar olur. Buna görə də azad rəqabətli bazarda iqtisadi resursların daha səmərəli işləyənin xeyrinə yenidən bölgüsü baş verəcək. Bu cür bazarın əsas yaxşı cəhəti bundan ibarətdir.

Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcılarının sayının qeyri-məhdudluğu prinsipi bazarın hər bir iştirakçısının kapitalının mə`lum ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalın yaradılmasının, elmi-texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı hədəf qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyri-mümkündür.

Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri-mükəmməl rəqabətli bazarda ayrı-ayrı isehsalçılar və onların birlikləri satış şərtlərinə, xüsusəndə onların qiymətlərinə təsir göstərmək vəziyyətindədir. Buna görə də bütün qeyri-mükəmməl rəqabətli bazarların hamısını “qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.

İnhisarçı rəqabət şəraitində istehsalçıların məhsulların qiymətlərinə nəzarət etməyə imkanları məhduddur. Çünki, alıcılar və satıcılar bir-birlərinə təbii bağlı deyillər, alıcılar özləri bu və ya digər məhsulun qiymətini müəyyən edirlər.

Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik bazardır (yunan dilində oligos-az poelo-satıram). Bu cür bazar adətən bir neçə nisbətdən böyük, satış miqyasına və tə`sir dərəcəsinə görə yaxın olan iştirakçılardan ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti – bazarda hakim satıcıların (istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir.

Amma, oliqapoliyanın kəmiyyət kriteriyası yoxdur, adətən oliqapolik bazarda firmaların sayı 10-u ötür və 3-10 arasında tərəddüd edir. Oliqapolik əlamətlər tez-tez avtomobil, əczaçılıq, elektronika, kimya sənayelərində müşahidə olunur. Oliqapoliyanın daxilində “iri istehsalçı”larla yanaşı iri kampaniyalar, həmişə ölçucə böyük olmayan, lakin istehsalın ixtisaslaşmasında və ya lokal-ərazi bazarlarında aparıcı istehsalçılar olan firmaları da daxil edirlər. Oliqapolik bazarda eynitipli, məsələn, polad, kömür, alüminium kimi mallarla yanaşı fərqləndirilmiş: avtomobil, yuyucu vasitələr, məişət-elektirik cihazları da təklif oluna bilər.

Oliqapolik mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə xüsusiyyətlərinə görə fərqləndirirlər. Mqkəmməl rəqabət şəraitində qiymətlər daimi oalraq tələb və təklifin tərəddüdündən asılı oalraq dəyişir. Oliqapoliya zamanı isə qiymətlər tez-tez deyil, bir qayda olaraq, böyük vaxt intervalında əhəmiyyətli dərəcədə dəyişilir. Oliqapoliya tez-tez “qiymətlərdə liderlik” siyasətini aparır ki, bu da özündə hamının marağını nəzərə almaqla, oliqapoliya sahəsinə daxil olan firmaların, lider-firmanın qiymətlərinə yönəldiyini əks etdirir. Oliqapoliyanın iqtisadi səmərəliliyinə müxtəlif nöqteyi-nəzərdən baxışlar mövcuddur.

Oliqapoliyalar çoxlu kiçik rəqabət aparan firmalardan təşkil olunmuş sahə ilə müqaisədə daha aşağı qiymətə ə`la məhsul buraxılır, digər tərəfdən, milli nöqteyi-nəzərədən, oliqapoliya şəraitində istehsal və qiymətin əmələ gəlməsi xalis inhisar şəraitində analoji nəticələri ilə oxşardır.

Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı (itahsalçı)–firmaların sayını ikiyədək ixtisar edilməsidir. Bu kateqoriyanın xüsusi tip kimi ayrılması onunla şərlənir ki, verilən halda hər firmaya bazar payının əhəmiyyətli hissəsi məxsusdur, buna görə də o artıq bazar üzərində (satış, qiymət) bir hissə deyil, yarımmədudlaşdırılmış nəzarəti əldə edir. Bu da duapoliyanı xalis, tam inhisara yaxınalaşdırır. Bazarın daha yükəsək dərəcədə inhisarlaşdırılması mükəmməl, azad rəqabətin tam əksi olan xalis inhisar şəraitində baş verir (“inhisar” sözü yunan dilində monopolin-yeganə satıcı deməkdir). Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:

1)Bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma tərəfindən təsil olunur;

2)Əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur. Alıcı ya bu əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidirlər;

3)Satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;

4)Satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti diktə edir. Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın yerini əvvəldən müəyyən edir.

1)Sahəyə daxil olmaq imkanı yoxdur.

Beləliklə, xalis inhisarçı bazar bir başa rəqiblərə malik olmur və bunun nəticəsində digər təsərrüfat subyektlərinin inhisarın nüfuz dairəsində olan sahələrə daxil olması məhdudlaşır. Sahəyə daxil olmağı məhdudlaşdıran şərtlər müxtəlifdir. Amma onların arasında əsas aşağıdakıları ayırmaq olar:

1)Daha aşağı xərclər tələb edən, iri istehsalın üstünlükləri ilə şərtlənən miqyasın effektivliyi. Bundan başqa, müasir texnologiya o qədər mürəkkəb kapital tutumludur ki, səmərəli kiçik istehsal sadəcə qeyri-mümkündür;

2)Patent və lisenziyaların lazımlığı işində, sahəyə daxil olmağın dövlət tərəfindən məhdudlaşdırılması;

3)Xammalın əsas növləri üzərində mülkiyyət;

4)Rəqiblərə kredit verilməsinin məhdudlaşdırılması;

Praktikada xalis inhisar bazarı modelinə daha yaxın olan təbii inhisardır. Bu inhisar rəqabətin mümkün olmadığı yerlərdə yaranır və bu zaman yalnız bir firma məhsul edir.

İlk baxışda xalis inhisar şəraitində inhisarçı qiymətlər satış həcmi üzərində tam hakimiyyətə malik olur. Əslində isə bu belə deyildir. Birincisi satış həcmi istehsalçıdan (satıcıdan) asılı olmayan tələblə müəyyən edilir. İkincisi, elə bir məqam ola bilər ki, satış həcmini artırmaq üçün qiymətləri endirmək inhisarçıya sərf etsin.

2. M.Porterin rəqabət nəzəriyyəsi. Beynəlxalq rəqabət probleminə müasir yanaşmalar.
Xarici ticarətin müasir ümumi problemlərindən biri xarici ticarəti həyata keçirən firmaların maraqları ilə milli iqtisadiyatın maraqlarının uzlaşdırılması məsələsidir. Bu problemin həlli belə bir suala cavab verməyə imkan verir, yəni necə olur ki, hər hansı ölkədə konkret firmalar dünya ticarətində konkret sahələrdə bir sıra məhsullar üzrə müəyyən üstünlük qazana bilirlər? Bu suala cavab vermək üçün ABŞ-dan olan iqtisadşı - alim M.Porter müəyyən tədqiqatlar aparmışdır. Dünyada ixracın yarıdan çoxunu həyata keçirən, sənayecə inkişaf etmiş ölkələrinin 10 ən iri kompaniyasının təcrübəsini ümumiləşdirərək o, “millətin beynəlxalq rəqabətqabiliyyətliliyi” konsepsiyasını irəli sürdü. Beynəlxalq ticarətdə ölkənin rəqabətqabiliyyətliliyi bir-biri ilə qarşılıqlı təsirdə və asılılıqda olan 4 əsas amillə müəyyən olunur:

-istesal amilləri şəraiti ilə;

-tələb şəraiti ilə;

-xidmət və ona yaxın olan sahələrin vəziyyəti;

-konkret situasiyaya uyğun firmanın strategiyası ilə;

M. Porter istehsal amillərininklassik nəzəriyyəsinin tərafdarı olduğundan, o, bu amilləri nəinki məhdudlaçdırmır, hətta yenilərini, hansı ki istehsal prosesində meydana çıxır, onları da (iş qüvvəsinin çatışmadığı şəraitdə əmək məhsukdarlığının artması, məhdud resursların – torpaşın, və diğər təbii ehtiyatların məhdudluğu şəraitində ehtiyatlara qənaət edən kompakt texnologiyaların tətbiq olunması) daxil edir.

Firmanın inkişafı üçün müəyyənedici olan ikinci mühüm komponent tələbdir. Beləki xaricdəki potensial şəraitlə qarşılıqlı təsirdə daxili tələbin vəziyyəti firmanın şəraititnə həlledici təsir göstərir. Burada firmanən xaricə çıxmasına təsir göstərə bilən milli xüsusiyyətlərdə (iqtisadi, mədəni, etnik, təhsil) nəzərə alınmalıdır. M. Porterin yanaşmasında ayrıca şirkətin fəaliyyəti üçün daxili bazarın tələbi müəyəedici hesab olunur.

Üçüncü komponent - istehsalın, xidmət göstərən və ona yaxın olan sahələrin vəziyyəti və inkişaf səviyyəsi, müvafiq avadanlıqlarla təchiz olunması, maliyyə, kommersiya strukturlarıvə malğöndərənlərlə sıx əlaqələrin mövcudluğu.

Dördüncüsü, rəqabət şəraiti və firmanın strategiyası. Firma tərəfindən seçilmiş strategiya və müvafiq çevikliyi olan təşkilatı struktura beynəlxalq ticarətə müvəffəqiyyətlə qoşulmağın vacib şərtidir. Ciddi stimul daxili bazarda kifayət qədər rəqabətin olmasıdır. Dövlətin yardımı ilə süni hökmranlıq düzgün qərar olmayıb, vəsaitlərdən səmərəsiz və talançı istifadə edilməsidir.

Müxtəlif ölkələr üçün bu amillərin müxtəlif kombinasiyası mümkündür ki, M. Porter, buna uyğun olaraq hər bir ölkənin həyat tsklinin 4 mərhələsini fərqləndirmişdir:

1) istehsal amilləri mərhələsi (factor - driven economy). (Bu mərhələdə olan ölkələr əsasən malik olduqları istehsal amillərindən - ucuz iş qüvvəsi, daha münbit əkin sahələri və s. istifadə etdiklərinə görə rəqabət aparırlar.

2) investisiya mərhələsi (investment - driven economy). İqtisadiyyatın rəqabət qabiliyyətliliyi dövlətin və milli firmaların investitsiya aktivliyinə əsaslanir ki, bu zaman milli istehsalçıların xarici texnologiyalara adaptasiyası və onları təkmilləşdirmək qabiliyyəti həlledici əhəmiyyət kəsb edir. İnvestisiyaların həcminin artması yeni, qabaqcıl amillərin yaradılmasına və müasir infrastrukturun inkişafina gətirib çıxarır.

3) yeniləşmə mərhələsi (innovation - driven economy). Bu mərhələ geniş sahələr timsalında, bir - biri ilə qarşılıqlı təsirdə olan 4 amilin mövcudluğundan irəli gələn rəqabət üstünlüyü ilə xarakterizə olunur. Milli şirkətlərin müvəfəqiyyətlə rəqabət apardığı sahələrin məcmusu əsaslı artaraq genişlənməkdədir.

4) sərvət mərhələsi (prosperiti - driven economy). İstehsalın səviyyəsinin aşağı düşməsi. İqtisadiyatın hərəkətverici qüvvəsi əldə olunmuş sərvətə xidmət edir. Ölkə və onun şirkətləri beynəlxalq rəqabətdə öz mövqelərini tədricən verərək, bütün gücü öz mövqelərini saxlamağa yönəldirlər. Halbuki aktiv investitsiyalar etmədiklərindən hakimiyət orqanlarının dəsdəklədiyi konservativ strategiya yeridirlər.

Bu bölgüyə uyğun olaraq M. Porter ölkələrə onların iqtisadi siyasətlərinə uyğun aşağıdakı məsləhətləri formula edir:

1. İstehsal amilləri mərhələsində olan ölkə iqtisadiyatları üçün:

- siyasi və makroiqtisadi sabitliyin yaradılması və saxlanılması, qanunun aliliyinə nail olunması;

- fiziki infrasruktrun və ümumi təhsilin yüksək səviyyəsinə nail olunması;

- bazarların açıqlığı;

- dünya səviyyəli texnologiyanın assimlyasiya edilməsi üçün şəraitin yaradılması.

2. İnvestisiya mərhələsində olan ölkə iqtisadiyyatı üçün;

- elmi - tədqiqat və fiziki infrastruktur güclərinin təkmilləşdirilməsinə investitsiyalarının qoyulması;

- xarici texnologiyanı qabaqlayan və dəyərlilərin yaradılması zəncirinin bütün mərhələləri (hasilatdan başlayaraq son məhsul istehsalına qədər) üzrə istehsal güclərinin genişlənməsi üçün imkanların yaradılması.

3. Yeniləşmə mərhələsində olan ölkə iqtisadiyatları üçün:

- dünya səviyəli tədqiqat resurslarının (təşkilatı, infrastruktur, iş qüvvəsi) yaradılması;

- milli şirkətlər üçün nadir strategiyanın və dünyada ən yeni innovasiyaların yaradılması üçün şəraitin yaradılması.

M. Porterrin nəzəri baxışları xarici ticarətdə ölkənin əmtəələrinin rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə Avstraliyada,Yeni Zellandiyada və ABŞ –da 1990 - cı illərdə hazırlanan dövlət səviyyəli məsləhətlərin əsasını təşkil edirdi.

Bir sira iqtisadçılar M. Porterin nəzəri baxışlarının inkişaf etdirilməyə ehtiyac olduğunu göstəriridilər və qeyd edirdilər ki, bu nəzəri konsepsiya ölkənin rəqabət qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində təkmilləşdirilməlidir.

Ölkənin beynəlxalq rəqabət qabiliyyətinin artırılması nəzəriyyəçi-iqtisadşılardan başqa bir sıra ölkələrin hakimiyyət orqanları ilə yanaşı beynəlxalq təşkilatları da maraqlandırırdı. Məs. 80 – 90 - illərin sonunda ABŞ – da rəqabət qabiliyyəti üzrə Şura, Avropa komisiyasında rəqabət qabiliyəti üzrə Məsləhət Qrupu yaradıldı.

3. Beynəlxalq rəqabət qabiliyyəti.
Beynəlxalq rəqabət qabiliyyəti subyektlərin kompleks sosial - iqtisadi xaoakteristikasıdır ki, müəyyən vaxt aralığında beynəlxalq bazarlar toplumunda real rəqibə münasibətdə onun üstün səviyyəsində əks olunur.

Rəqabət latın sözü (concurere) olub, «toqquşma, qarşılaşma, bəhsləşmə» mənasını verir.

Beynəlxalq rəqabətin strukturuna 3 əsas səviyyə daxildir:

- ölkələr;

- müəssisələr;

- əmtəələr.

Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti mürəkkəb, kompleks, çoxsahəli bir anlayışdır.

Bununla belə, o tam mövcud dinamikliyi ilə xarakterizə olunur. Tam ümumiləşmiş şəkildə onun müəyyənləşməsi üçün aşağıdakı kimi qeyd edə bilərik.

Beynəlxalq rəqabət qabiliyyəti ölkələr səviyyəsində, ölkədə başqa ölkələrin milli sistemləri ilə qarşıdurmada ağalıq edən sosial-iqtisadi səmərəlilik sistemi göstəricisidir.

Beynəlxalq rəqabət qabiliyyətinin kriteriyası kimi ölkə səviyyəsində Beynəlxalq Əmək Birjası əsasında istehsal xərclərinin optimallaşması çıxış edir.

Rəqabət üstünlüyü nəzəriyyəsi ondan irəli gəlir ki, istənilən ölkə müəyyən, bir qayda olaraq xüsusi, özünəxas rəqabət üstülüyü dəstinə malikdir. Buna görə də dövlətin siyasəti əsasən bütün təsərrüfat subyektlərinin ədalətli rəqabət mübarizəsinin genişlənməsi üçün xoşagələn iqlim yaratmaq yolu ilə ölkələrin rəqabət üstünlüklərinin inkişafı və saxlanmasına istiqamətlənməlidir.

Bundan başqa, dövlət əsas diqqəti ölkənin ixrac potensialının inkişafına və milli istehsalın rəqabət qabiliyyətinin yüksəlməsinə yönəltməlidir. Ölkələrin rəqabət qabiliyyətinin əsas tərkib hissələrinə milli sahələrin dünya bazarında rəqabət qabiliyyəti ilə qarşılıqlı əlaqədə baxaq.

Beynəlxalq rəqabət üzrə dünyada qəbul edilmiş mütəxəssis M. Porterə görə, ölkələrin rəqabət qabiliyyəti onun ehtiyatlarından istifadənin məhsuldarlığı ilə ölçülür.

Beynəlxalq rəqabət olmasaydı, onda bir ölkənin məhsuldarlıq səviyyəsi başqa ölkələrdəki vəziyyətdən asılı olmazdı.

Amma beynəlxalq ticarət və istehsal amillərinin qarışması ölkənin ehtiyatlarından istifadənin məhsuldarlığının yüksəldilməsi üçün imkan verir, eyni zamanda onun artması və azalması daimi səviyyə üçün təhlükə yaradır. Rəqabət mübarizəsində müvəffəqiyyət qazanmaq istəyən ölkələr, bazarın elə sahəsində, seqmentində ixtisaslaşmalıdır ki, orada onun firmaları nisbətən rəqabət qabiliyyətli olsunlar və o malları, o xidmətləri əldə etməlidir ki, onların firmaları, həmin mal və xidmətlər üzrə, xarici ölkələrə güzəştə getsin.

XX əsrin ikinci yarısında biznesin beynəlmiləlləşməsi rəqabətin beynəlmiləlləşməsinə və qloballaşmasına səbəb oldu.

Rəqabət aparan firmalar mallarını bütün dünyada satır, həm qlobal masştabda istehsal üçün kompanentlər və material axtarır, istehsalın səmərəliliyinin yüksəldilməsi üçün bir çox ölkələrdə istehsalı yerləşdirirlər. İstehsal amilləri daha hərəkətverici olurlar və ona görə də, dünya ticarəti təkcə mövcud olmaqla kifayətlənmir, həm də inkişaf edir. Bu, bir və eyni mal nomenklaturasından olan hazır məhsulun qarşılıqlı mübadiləsi ilə, həm də hazır məhsulun detal və hissələrinin mübadiləsi ilə, yeni beynəlxalq mübadilə tipi – sahələr daxili ticarət – yaranır ki, tədricən sahələrarası ticarəti sıxışdırır.

Beynəlxalq rəqabət isə daha çox sahələrdaxili rəqabət kimi özünü öüruzə verir. Bununla belə, beynəlxalq rəqabətin müvəffəqiyyəti təkcə istehsal faktoru ilə deyil, eyni zamanda onların harada və nə qədər efıfektli tətbiq olunması ilə müəyyən edilir. Porterin metodologiyasına görə, beynəlxalq rəqabət qabiliyyəti xarakteristikasında milli iqtisadiyyatın 4 mərhələsi və uyğun olaraq 4 hərəkətverici stimulu ayrılır. Onlara daxildir, istehsal, investisiya, yenilikçilik və var-dövlət amilləri.

Birinci 3 mərhələ milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artımı ilə bağlıdır. Dördüncü mərhələdə rəqabət qabiliyyətinin artımı azalma tendensiyası əldə edir. Hər bir mərhələnin əsas xüsusiyyətləri həm də beynəlxalq bazarda rəqabət qabiliyyətinin birinci artımı istehsalın əsas faktorlarının təsiri ilə baş verir. Məsələn, təbii ehtiyatlar ilə, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün münbit şəraitin yaradılması ilə, ucuz və artıq iş qüvvəsi ilə. İqtisadiyyatın rəqabət qabiliyyətinin artması mərhələsi bir çox ölkələr üçün, hər şeydən əvvəl inkişaf etməkdə olan ölkələr və keçid iqtisadiyyatlı ölkələr üçün xarakterikdir. Bu mərhələ, yəni rəqabət qabiliyyətinin inkişafı mərhələsi, Avstraliya və Kanada kimi xammal potensiallı ölkələr üçün də xarakterikdir.

Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin ikinci mərhələsində onun inkişafı firmaların əsas istehsal vasitələrinin və texnologiyaların aktiv investisiya proseslərinə, beynəlxalq bazarın faydalı seqmentinin axtarılmasına əsaslanır.

Beynəlxalq rəqabət qabiliyyətinin investisiya əsasında yüksəlməsi bir qayda olaraq o sahələrdə baş verir ki, yüksək kapital tutumuna, istehsalın masştabı hesabına müəyyən qənaətə, son məhsulun yüksək standartlaşmasına köməkçi xidmətlərin və texnologiyaların yüksək olmayan inkişaf səviyyəsinə malik olurlar. Bu mərhələdə beynəlxalq rəqabət qabiliyyətinin inkişafı tamamilə dövlətdən asılıdır.

Milli iqtisadiyyatın rəqabət üstünlüyünün əldə olunmasının üçüncü mərhələsi yeni və ən yeni texniki-texnoloji baza əsasında əldə olunur. Bu mərhələdə təkrar istehsal prosesləri məhsulun çeşidi, təşkilat sistemi, satışın stimullaşması, marketinq kommunikasiyası və s. bütün rəqabətin mexanizminin daimi inkişafında yerləşir.

Yenilikçi rəqabət şəraitində dövlətin rolu ölkələr daxilində əlverişli rəqabət iqliminin yaradılmasından ibarətdir.

Dördüncü mərhələ, yəni var-dövlət əsasında rəqabət yuxarıda qeyd etdiyimiz kimi, istehsalın enmə stadiyasında tətbiq olunur.

Bu iqtisadiyyatın inkişafının var-dövlətlə şərtləndiyi halda baş verir və durğunluq başlayır. Əldə olunmuş əvvəlki həyat səviyyəsini saxlamağa səy etmək iqtisadiyyatın yüksəldilmə, investisiya və innovasiyalar vasitəsilə əldə olunmuş təzad təşkil edir. Bunun nəticəsində bir çox kampaniyalar beynəlxalq bazarda öz mövqeyini itirməyə başlayır, rəqabət mübarizəsində uduzurlar.

M.Porter təkrarən qeyd edir ki, ölkələr deyil, kampaniyalar eynəlxalq rəqabətin ön tərəfində yerləşir. Amma firmaya əsaslanan ölkə firmanın fikri ilə hərəkət edir.

Rəqabət üstünlüyü bir qayda olaraq tam hərəkətlidir. Bununla əlaqədar M.Porter milli mühitin vəziyyətinə təsir edən və ayrı-ayrı sahələrin rəqabət qabiliyyətini təmin edən 4 şərti fərqləndirir.

1.Verilmiş sahədə rəqabət üçün vacib olan amil şərti.

2.Məhsula daxili tələbat şərti.

3.Ölkədə rəqabət qabiliyyətli qarışıq və xidmət sahələrinin miqdarı;

4.Firmanın strategiya və strukturu həm də onlar arasında rəqabətin xarakteri.

Çox mütəxəssislər etiraz edirlər ki, daxili rəqabət istənilən sahənin üstünlüyünün əsas faktorudur. Amma rəqiblərin optimal miqdarının və onların bazar payının qiymətləndirilməsində vahid fikir yoxdur.

Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakçıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arsında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə itehsalda, satışda-alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaq təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir-birini ötməyə, bir-birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir-birindən geri qalmamağa çalışırlar.

Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan verir. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılması, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həmdə bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatını mövcud resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət təsərüffat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin ehtiyyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istahsal güclərinin bir hissəsinin ehtiyyatda saxlanması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli gəlir.

Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmüranlığına, bazarın istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir.

Nəticə
1.Sahibkarlıq fəaliyyətində rəqabət tənzimləmə, motivləşdirmə, bölgü və nəzarət funksiyalarını yerinə yetirir.

2.Sahibkarlıq fəaliyyətində rəqabəti şərti olaraq ədalətli rəqabətə və haqsız rəqabətə bölmək olar.

3. Ədalətli rəqabətin əsas metodlarına aşağıdkılar aiddir:


  • Qiymətin aşağı salınması;

  • Məhsulun keyfiyyətinin yüksəldilməsi;

  • Reklam;

  • Satışdanqabaq və satışdansonrakı xidmətin inkişaf etdirilməsi;

  • Elmi - texniki tərəqqi nailiyyətlərindən istifadə etməklə yeni əmtəə və xidmətlərin yaradılması; və s.

4. Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:

1)Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;

2)Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;

3)Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

4)Haqsız sahibkarlıq fəaliyyəti;

5)Haqsız işgüzarlılıq davranışı;

6)İsehlakçıların çaşdırılması;

5.İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşması dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirirlər. Bu modellər aşağıdakılardır:

1)Mükəmməl rəqabətli bazar;

2)İnhisarçı rəqabətli bazar;

3)Oliqapolik bazar;

4)Xalis inhisarçı bazarı;

6.Beynəlxalq ticarətdə ölkənin rəqabətqabiliyyətliliyi bir-biri ilə qarşılıqlı təsirdə və asılılıqda olan 4 əsas amillə müəyyən olunur:

-istesal amilləri şəraiti ilə;

-tələb şəraiti ilə;

-xidmət və ona yaxın olan sahələrin vəziyyəti;

-konkret situasiyaya uyğun firmanın strategiyası ilə;
7.Rəqabət latın sözü (concurere) olub, «toqquşma, qarşılaşma, bəhsləşmə» mənasını verir.Beynəlxalq rəqabətin strukturuna 3 əsas səviyyə daxildir:

- ölkələr;

- müəssisələr;

- əmtəələr.

8.Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan verir. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılması, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həmdə bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir.

Ədəbiyyat siyahısı
1.”İqtisadi Nəzəriyyə” Dərslik. Bakı-2001

2.”Marketinq” Ş.Axund ov. Bakı-2003

3.www.google.az

4.www.firststeps.az



5.www.kitab.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə