ŞİRKƏt haqqinda




Yüklə 29.23 Kb.
tarix23.02.2016
ölçüsü29.23 Kb.
ŞİRKƏT HAQQİNDA

Son illərdə Azərbaycanın siyasi, iqtisadi həyatında, xüsusən də sahibkarlıq mühitində böyük uğur və irəliləyişlər özünü göstərməkdədir. Azərbaycanda sahibkarlığın bir çox sahələrinin fəaliyyət dairəsi genişlənmiş, özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Ölkədə sahibkarlığın artan sürətlə inkişafı dövlət başçısının yeritdiyi iqtisadi siyasət strategiyasının prioritet istiqamətlərindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyev özəl sektorun ölkənin iqtisadi inkişafına həlledici təsirini yüksək qiymətləndirərək hökumət qarşısında sahibkarlığa və iş adamlarına diqqət və qayğı göstərilməsini mühüm vəzifə kimi qoyub. O, iqtisadiyyatın liberallaşdırılmasında sahibkarlığın mühüm rol oynadığını dəfələrlə vurğulayaraq iqtisadiyyatın inkişafında iş adamlarının gücündən və imkanlarından səmərəli istifadə etməyin zəruriliyini bildirib.

Bu gün Azərbaycanın bir çox sahələrində nəzərə çarpan inkişaf dövlət və özəl sahələrə nüfuz etməklə yanaşı inşaat sektoruna da öz töhfəsini vermişdir. Azərbaycanın inşaat materialları bazarında yerli məhsullar lider pozisiyaya malikdir. 

VİZYONUMUZ

İnşaat sektorunda Lider qalmaq!
MİSSİYAMIZ

Fəaliyyətimiz, prinsipiallığımız və keyfiyyətimizlə müştərilərimiz, tərəfdaşlarımız, işçilərimiz və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaq!
ƏSAS DƏYƏRLƏRİMİZ

  • Etibarlılıq

  • Dürüstlük

  • Prinsipiallıq

  • Keyfiyyət

  • Güvən

MÜŞTƏRİLƏRİMİZ BİZİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR!

  • Müştərilərimizin ehtiyac və tələblərini düşündüklərindən daha keyfiyyətli şəkildə ortaya qoymaq;

İstehlakçıların ehtiyaclarını vaxtında və doğru bir şəkildə üzə çıxarmaq;

  • Müştərinin mövcud (və ya gələcəkdəki) ehtiyac və tələbatlarını tam qarşılamaq üçün fərqli xidmət və məhsul istehsal edərək yüksək keyfiyyətli məhsullar təklif etmək;

  • Müştəri (və ya bazar) ilə tez-tez əlaqədə olmaqla baş verə biləcək problemləri və ya yeni fürsətləri qabaqcadan görərək hərəkət etmək;

  • Müştəri problemlərini həll etmək üçün gərəkli tədbirlər görmək bizim müştəri məmnuniyyəti sahəsində əsas hədəflərimizdəndir.

Naliyyətimiz.

Böyük uğurlar heç də asanlıqla və ya təsadüfən əldə olunmur. Uğur qazanmaq üçün öncə uğurun qazanılacağına inanmaq lazımdır. İnanc isə hər hansı bir zərurətdən doğmalıdır. Düzgün seçilməyən hədəflər, qarşıya qoyulan məqsədlərin düzgün planlaşdırılmaması və hətta seçimlərin düzgün edilməməsi uğursusuzluqla nəticələnə bilər. Düzgün strategiya, prinsipial mövqe, və təcrübəli iş prinsipi əldə olunacaq uğurların reallaşmasına yönələn əsas amillərdəndir. Liderlik pilləsinə yüksəlmək üçün əldə olunan uğurlar və onun arxasında duran gərgin və davamlı fəaliyyətiiz bu gün bizə əldə etdiyimiz nəaliyyətlərimizi qürurla sadalamağa imkan verir. 

«Mətanət A» şirkəti 9 illik fəaliyyəti zamanı ilklərə imza atmış və bir çox nailiyyətlər əldə etmişdir ki, bunlardan bəzilərini sadalamaq istərdik. 

5 fevral 2004-cü ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş keyfiyyət üzrə VI Beynəlxalq Konfransda Azərbaycandan ilk dəfə olaraq «Mətanət A» şirkəti «Century International Quality Era Award» Beynəlxalq Keyfiyyət mükafatı və sertifikatına layiq görülmüşdür. 

25 aprel 2005-ci ildə Madriddə keçirilən Tikinti üzrə XVII Beynəlxalq Mükafat tədbirində «Mətanət A» xüsusi fərqlənmə nişanı — «Keyfiyyətin Qlobal İdarəsi» Qızıl Nişan mükafatına layiq görülmüşdür. 

2006-cı ilin sentyabr ayında «Mətanət A» şirkəti tikinti sənayesində keyfiyyətli malların istehsalına görə «Qızıl Buta» mükafatına layiq görülmüşdür. 

2008-ci il 4 oktyabr tarixində İnşaat materialları sektorunda «İlin şirkəti» mükafatına layiq görülmüşdür. 

Bunlardan əlavə «New Millennium Award», «İntellekt mükafatı», «Persona» və s. digər bu kimi mükafatlarımız şirkətimizin uğurlarını təsdiq edən simvollardandır. 

Toz məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2000 «Keyfiyyətin İdarə Olunması» beynəlxalq standartını almışdır. 

Daim yeni məhsul çeşidləri istehsal edərək güclü texnologiyalar vasitəsilə keyfiyyətli məhsullar ortaya çıxaran «Mətanət A» şirkəti, Azərbaycanla yanaşı qlobal səviyyədə də kommersiya şəbəkəsi qurmuş və tikinti sektorunun novator şirkəti və lideri olmaq məsuliyyətini dərk edərək yüksək korporativlik imicini yarada bilmişdir.
Fəaliyyəti.

Ustalar klubu Azərbaycanda ilk dəfə olaraq bütün ustaları bir araya toplayan, geniş usta kütləsini özündə birləşdirən və istənilən sahəni əhatə edən ustalardan ibarət olan böyük bir klubdur. 
«Mətanət A» şirkətinin məhsullarını istifadə edən professional ustalarla təşkil etdiyimiz təlim seminarlarında və yığıncaqlarda müntəzəm görüşlər keçirilir. Artıq bu əməkdaşlığı daha geniş təşkil etmək, tez- tez görüşlər keçirərək informasiya mübadiləsi aparmaq, təlim seminarlarımızı, reklam vasitələrini və digər gördüyümüz bütün işləri sizlərin istək və arzularınızı nəzərə alaraq hazırlaya bilmək, eləcə də evlərində, iş yerlərində və digər bu kimi yerlərdə kafel - metlax, alçı (şpatlevka), hidroizolasiya və s. işləri görmək istəyənlər kluba üzv olan ustalara üstünlük vermələri üçün «Mətanət A» Ustalar Klubunu yaratdıq. 

Ustalar Klubunun əsas məqsədi keçirilən seminarlar, hazırlanan kitabçalar, broşuralar və digər informasiya vasitələrilə ustaların peşə ilə bağlı bilik və bacarıqlarının artırılmasını təmin etmək, texniki servis xidməti ilə onlara dəstək vermək, gördükləri işin səmərisini ortaya qoymaq, istər evlərində, istərsə də iş yerlərində kafel - metlax, alçı (şpatlevka), hidroizolasiya və s. usta işlərini görmək istəyənlər üçün kluba üzv olan ustalara üstünlük vermələrini təmin etməkdir. 
Servis və çatdırılma

Biz Azərbaycanın hər yerində mövcud olmaq prinsipini əsas tutaraq bütün regionlarda nümayəndəliklər yaratmışıq. Regional bölgələr üzrə fəaliyyət göstərən nümayəndəliklərdən şirkətimizin məhsul və çeşidləri haqqında ətraflı məlumatlar ala bilərsiniz. Bundan əlavə ölkəmizin istənilən yerində inşaat materialları satılan topdan və pərakəndə satış nöqtələrindən «Mətanət A» məhsullarını çox rahat əldə edə biləcəksiniz. Sizlərin rahatlığını təmin etmək üçün Sizə birbaşa şirkətdən sifariş edə bilmək imkanı da yaradılmışdır. 

Nə üçün “Mətanət A”seçməli

Hər an öz dəyər və prinsiplərinə sadiq qalaraq bazarda lider olan «MƏTANƏT A» şirkətinin işçi heyətinə yaratdığı üstünlüklərə nəzər salaq.
Üstünlüklər aşağıdakılardır:

  • İşini tez-tez analiz edərək yeni və daha sərfəli müasir yollar axtarışında olması;

  • İşçi personalının mütəmadi inkişafını təşkil etməsi;

  • İşçilərin vəzifələrinə uyğun təhsil və inkişaf proqramlarının tətbiqi;

  • Peşəkarlığın artırılması məqsədilə şirkətdə mütəmadi olaraq təşkil olunan xarici və daxili kurslar, treninqlər;

  • Təşkil olunan təhsil və inkişaf proqramları gənc kadrların gələcəkdə öz sahələrində mütəxəssis kimi yetişməsinə imkan yaratması;

  • Karyerada inkişaf istiqamətində məqsədimizin sizlərlə başladığımız karyera yolunda tərəqqi fürsətlərini birlikdə dəyərləndirməmiz;

  • Hər zaman öz potensialını və gücünü dərk edərək araşdırıcı və sorğulayıcı dünyagörüşünə malik olan, zaman dəyərləndirmə (Time-menecment) , daxili idarəetmə, hədəf seçmə və ona çatmağa doğru gedən, hər zaman öyrənmə idarəetməni özünün həyat tərzinə çevirmiş kadrlara şirkətimiz dəstək verməyi özünə borc bilməsi;

  • Sosial təminatlardan : İşçilərin təyin olunmuş məkandan şirkətin nəqliyyatı vasitəsilə iş yerinə həmçinin iş bitdikdən sonra isə evə çatdırılması, gündəlik verilən ləziz nahar yeməyi, şirkətdaxili təşkil olunan ictimai sosial tədbirlər və s. bunlara nümunə ola bilər.


Bu böyük korporativ ailənin üzvü olmaq arzusunda olanlar gələcəyini «MƏTANƏT A» şirkətində qurub, şirkətdə parlaq karyera qurma şansından dəyərlənə bilər.

İlin ixtirası – Fasnatural
19 Mart 2011-ci il tarixində "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli imukafat olan- “Uğur 2010” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Mərasim şəhərimizin gözəl məkanlarından biri olan “Buta Palace” da təşkil olundu. Mükafat  Azərbaycan iqtisadiyyatının inkişafında, dünyaya inteqrasiya etməsində,  biznes infrastrukturunun müasir standartlara uyğun qurulmasıda, ölkənin bu sahədə potensialının artırılmasında, yerli şirkətlərin rəqabət qabiliyyətini inkşaf etdirilməsində xidmətlər göstərmiş qurum və müəssisələrə, dövlət və özəl sektorun nümayəndələrinə təqdim olunur.
Sevindirici haldır ki, hər il təşkil olunan bu təltifetmə mərasimində də Azərbaycan iqtisadiyyatının inkişafına öz töhvəsini verən, sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti öz yenilikləri ilə diqqət mərkəzində oldu və laureatlar arasında öz yerini ala bildi.
Elmi-texniki araşdırmalara əsaslanan fəaliyyəti və innovativ texnologiyaların tətbiqi sahəsində daim ön sıralarda olan “Mətanət A” şirkəti istehlakçılar arasında aparılmış sorğuya əsasən daha bir nominasiya üzrə qalib oldu. Belə ki, 2010-cu ilin yekunlarına əsasən "Mətanət A" şirkətinin istehsal etdiyi “FasNatural” məhsulu “İlin İxtirası” nominasiyası üzrə “Uğur Milli Mükafatı”na layiq görüldü. Mükafatı qəbul edən şirkətin Marketinq və Strateji Planlaşdırma üzrə Vitse Prezidenti Fuad Bəşirov öz nitqində əldə olunmuş uğurlar, dövlətin sahibkalığa və sahibkarla olan diqqətindən danışaraq bildirdi ki, ”Mətanət A” şirkəti öz innovativ ənənəsinə sadiq qalaraq daim yeniliklər etmiş və gələcək fəaliyyətində də bu cür ixtiralarla milli iqtisadiyyatımızın inkişafında pay sahibi olmaq, ölkəmizdə mövcud olan müasir biznes ənənəsinin xarici ölkələrdə layiqli təmsilçisi olmaq niyyətindədir.
Məlumat üçün bildirək ki, dünyanın 150-yə yaxın ölkəsində patentləşdirilmiş FasNatural məhsulu fasadda dekorativ üzlük plitələrinin və qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanması üçün quru qarışıdır.. Əsasən beton, kərpic, əhəng daşı digər daşlardan hörülmüş divarların fasadına, XPS (sıxışdırılmış polistiren köpüyü), EPS (genişləndirilmiş polistiren köpüyü), daş yunu  (preslənmiş mineral pambıq tavalar), poliuretan tavalarla üzlənmiş səthlərin üzərinə birbaşa olaraq suvaq şəklində mala və makina püskürtməsi yolu ilə tətbiq edilir və fasadda ağlay daşını yaradır.Texniki göstəricilər baxımından FasNatural məhsulu ağlaydan fərqli olaraq su keçirmir, şaxtaya davamlıdır, müqaviməti təbii daşdan yüksəkdir, binanın fasadının yükünü 11 dəfəyə qədər azaldır, fasadda istənilən kompozisiyanı almaq olur. Nəticə etibarı ilə vizual görüntü baxımından təbii daşdan seçilmir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə