Sinif: V sinif Mövzu: Fayllar və qovluqlar Standart




Yüklə 35.59 Kb.
tarix27.04.2016
ölçüsü35.59 Kb.
Bakı şəhəri Suraxanı rayonu 275 N-li məktəbin İnformatika müəllimi Hüseynli Səma


Sinif: V sinif

Mövzu: Fayllar və qovluqlar

Standart:

3.1. Kompyuterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.



Alt standart:

3.1.2. Kompyuterin əməliyyat sistemlərinə dair sadə anlayışları izah edir.



Təlim nəticələri: Kompyuterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir;

Əməliyyat sistemində sərbəst işləməyi bacarır;

Əməliyyat sistemində fayl və qovluqlarla işləməyi bacarır.


Dərsin məqsədi:


  • Qovluq anlayışını başa düşmək;

  • Kök qovluq, alt qovluq, My documents qovluqlarını tanımaq;

  • Fayl anlayışını başa düşmək;

  • Mətn, qrafiki, sistem və musiqi fayllarını ayıra bilmək;

  • Qovluqların və faylların simgəsini tanımaq;


Dərsin tipi: induktiv

İnteqrasiya: H.b. 2.1

İş forması: Qruplarla iş, fərdi iş

İş üsulları: Müzakirə,Venn diaqramı

Təhcizat: Kompyuter, proyektor, iş vərəqi,dərslik

Salamlaşma: Hər bir şagirdə müraciət olunur: “İnformatika” deyəndə ilk ağlına gələn söz hansıdır? (4 dəq)

Motivasiya: (5 dəq)


Şagirdlər şəkilləri alboma, diplomları qovluğa, kitabları çantaya yerləşdirir.
Tədqiqat sualı: (5 dəq)


  • Bəs kompüterdə informasiya harada saxlanır?




  • Kİtab hansı növ bilik daşıyıcısıdır, şəkil hansı növ bilik daşıyıcısıdır?

Tədqiqat sualı zamanı yerdən müxtəlif fikirlər səslənir. Səslənən fikirlər içərisində axtardığımız sözlər işlənir: “Qovluq ,mətn, qrafiki...

Sualın müzakirəsinə əsaslanaraq yeni terminlər verilir. Şagirdlərə qovluqların simgəsi, növləri: alt qovluq, kök qovluq, my documents qovluqları haqda, həmçinin fayl, adı, ad genişlənməsi haqda məlumat verilir.

Tədqiqatın aparılması: Şagirdlər püşkatma yolu ilə 6 qrupa bölünür və cüt- cüt qruplara eyni tapşırıqlar verilir.

Tapşırıq 1:



Tapşırıq 2:



Tapşırıq 3:



Tapşırıqlar yerinə yetirilir: (8 dəq)
Məlumatın mübadiləsi və müzakirəsi: qruplar öz işlərini təqdim edirlər. Hər qrupun işi müzakirə olunur. (8 dəq)
Tapşırıq: Şagirdə verilən iş vərəqi paylanır : (6 dəq)

İş vərəqi


QİYMƏTLƏNDİRMƏ _______

S.A.A __________________________ Tarix _______



1

2

3

4

A

A

A

A

B

B

B

B

C

C

C

C

D

D

D

D

1. Aşağılardakılardan qovluğun növü deyil?

A) kök qovluq; B) alt qovluq; C) əsas qovluq;

D) My documents qovluğu


2. Hansı mətn faylın ad genişlənməsidir?

A) .txt; B) .exe C) .mp3; D) .bp


3. Hansı fayl adı ola bilər?

A) info?r.doc; B) abak,com C) mekteb.jpg D) sayt/txt


4. Hansı qovluq simgəsidir?
A) 2, 3; B) 1, 3; C)1, 2; D) 2, 4

1. 2. 3. 4.




Qiymətləndrmə: (5 dəq)



N

Meyarlar

yaxşı

orta

zəif

1.

Faylları qovluqlara yerləşdirir










2.

Fayl yaradır










3.

Faylların ad və ad genişləmələrini tanıyır










4.

Fayl və qovluğun simgəsini tanıyır













Refleksiya: (4 dəq.)Təyyarə yola düşür, onu fayl və qovluqlarla bağlı biliklərimizlə yükləməliyik.
Fayl və qovluq haqda hər kəs bir fikir söyləyir.


Ev tapşırığı :Siz öz kompyuterinizdə fayllarınızı hansı qaydada saxlardınız...təsviri sxam şəklndə göstrəin.
Resurslar:

http://www.gadirov.com/wp-content/uploads/2012/04/skaner.jpg

http://az.trend.az/news/society/2016306.html


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə