Şimal müharibəsi( 1700-1721 ) Müharibəyə səbəb




Yüklə 31.77 Kb.
tarix16.04.2016
ölçüsü31.77 Kb.
Şimal müharibəsi( 1700-1721 )


Müharibəyə səbəb






XVII əsrin ikinci yarısının beynəlxalq münasibətlər tarixində Şimali və Şərqi Avropada hökmranlıq İsveçə verilir. İsveçin liderlik vəziyyəti, onun Baltik dənizində hökmranlığı qonşu dövlətləri, hamıdan qabaq Danimarkanı, Polşanı və get-gedə güclənən Rusiyanı təmin etmirdi;


Müharibəyə səbəb İsveç kralı XI Karlın vəfatı və taxt-taca onun yüngülxasiyyət kimi tanınan və hökmdar üçün lazımi keyfiyyətlərə malik olmayan oğlu XII Karlın gəlməsi oldu.




Dövlətlərin məqsədləri

Rusiya Baltik dənizinə çıxış almağa və onun sahillərində möhkəmlənməyə çalışırdı;


Polşa Liflandiyaya iddia edirdi;


Danimarka Skandinaviya yarımadasının cənubundakı ona məxsus olmuş torpaqları geri qaytarmaq və Şlezviqi özünə birləşdirmək istəyirdi.




Müharibəyə hazırlıq

Rus çarı I Pyotr Polşa kralı və Saksoniya kürfürstü II Avqust və Danimarka kralı IV Fridrix arasında Şimal ittifaqı adlanan birlik yaradıldı;

Rusiya Polşa ilə Ravsk Sazişi imzalayır;

Şərti: Pyotr polşalıların şübhələrini aradan qaldırmaq üçün Karlis müqaviləsini təsdiqləyir.



Rusiya Danimarka ilə 1699-cu ildə müqavilə imzalayır;

İttifaqa Brandenburq kürfüstünü də cəlb etmək nəzərdə tutulmuşdu, amma onun başı ispan mirası ilə bağlı hadisələrə qarışmışdı;

Rusiya Türkiyə ilə sülh müqaviləsi imzaladı.




Şimal ittifaqının yaradılmasında Rusiyanın məqsədləri

Türklərə qarşı mübarizəni davam etdirmək;

Yeni müttəfiqlər tapmaq;

Baltik sahillərini və ya heç olmasa İnqriya və Koreliyanı ələ keçirmək




Hələ Şimal ittifaqı yaranmamışdan əvvəl İsveçə qarşı başqa bir koalisiya da yaradılmışdı. Həmin koalisiyanın üzvləri











Həmin koalisiyanın Rusiya ilə bağlı planları



Rusiyanın koalisiyaya qatılmasını təmin etmək

Rusiyanın Narva və Çuddan irəli getməsinin qarşısını almaq



Müharibənin gedişi

İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdi

Danimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdü

İsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı




Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir:

  • Hollandiya

    • İngiltərə

      • Fransa




Rusların 1709-cu ildə Poltavada parlaq qələbəsi müharibənin gedişini kökündən dəyişdirdi, Şimal ittifaqının bərpasına gətirib çıxardı və Şimal müharibəsini Avropa miqyasında müharibə səviyyəsinə çıxardı

1709-cu ildə Saksoniya, Danimarka və Prussiya öz

aralarında antiisveç müqaviləsi ( Köln ittifaq müqaviləsi ) bağladılar. Rus diplomatiyası yaranmış vəziyyətdən ölkə üçün maksimum fayda əldə etməyə çalışdı. I Pyotrla II Avqustun 1709-cu ildə Torunda görüşünün nəticəsi olaraq iki müqavilə imzalandı ( Torun ittifaq müqavilələri )



1.müqavilə

İsveçə qarşı ittifaqın bərpasını sanksiyalaşdırır və gələcəkdə Danimarkanın, Prussiyanın və Reç-pospolitanın ona cəlb olunmasını nəzərdə tuturdu

Rusiya II Avqustun Polşa taxt-tacında bərpa olunmasına kömək etməyi öhdəsinə götürdü.

2.müqavilə

Pribaltikanın müharibədən sonrakı bölünməsinə aid idi və “Əlahiddə gizli artikul” adlanırdı

İnqermanlyandiyadan əlavə Revellə birlikdə Estlandiya da həmişəlik Rusiyanın tərkibinə keçəcəkdi

II Avqust Liflandiyanı alacaqdı

Rusiya ilə Danimarkanın müqaviləsi bərpa olunur( Kopenhagen ittifaq müqaviləsi )

Danimarka Rusiyanın maliyyə yardımı olmadan İsveçə qarşı müharibəni davam etdirməli və II Avqustun Polşa taxt-tacında bərpa olunmasına dəstək verməli idi

Bu müqavilə ticarətin və sərbəst gəmiçiliyin bərpası və xarici siyasətdə hərəkətlərin uzlaşdırılması haqqında maddələri özündə əks etdirirdi

Antiisveç koalisiyasına müvəqqəti olaraq Prussiya, Meklenburq və Hannover də qoşuldular

Antiisveç koalisiyasını müharibənin sonunadək qoruyub saxlamaq mümkün olmadı

Rusiyanın Baltik dənizi hövzəsində güclənməsinin öz ticarətlərinə təhlükə törədə biləcəyindən qorxan İngiltərə və Hollandiya bu koalisiyanın yaranmasının qarşısını almağa çalışırdılar

İsveçin əzilməsinin və Rusiya və Polşanın daha da güclənməsinin qarşısını almaq istəyən Fransa isə Rusiyaya qarşı Türkiyəni qızışdırır

Pyotr bu vəziyyətdə Osmanlı imperiyasının xristian təbəələri olan Moldoviya və Valaxiya ilə anlaşma imzalayır, beləlikə başlayan Prut döyüşü rusların məğlubiyyəti ilə başa çatır

Pyotr 1700-cü ildə ələ keçirdiyi torpaqların bir qismindən əl çəkir və Azovu osmanlılara geri qaytarır

İngiltərə İsveçin əzəlməsinə göz yummayacağına Pyotra bildirdikdən sonra İngiltərə ilə münasibətlər gərginləşir və Pyotr Fransa ilə ittifaq yaratmağa çalışır. Bu məqsədlə Rusiya, Fransa və Prussiya arasında Amsterdam sazişi imzalanır

Fransa İsveçlə Rusiya arasında vasitəçiliyi öz üzərinə götürür


Aland sülh konqresi açılır, lakin İsveç kralı XXII Karlın ölümü ilə nəticəsiz qalır

İngiltərə diplomatiyasının ağır təzyiqlərinə məruz qalan Danimarka 1720-ci ildə İsveçlə sülh imzalayır, onun ardınca da Prussiya da müqavilə bağlayır

Avstriya, İngiltərə və Polşa Vyanada Rusiyaya qarşı anlaşma imzalayır, az sonra Fransa da həmin ittifaqa qoşulur

İsveçin tərəfində duran İngiltərə 1720-1721-ci illərdə İsveç sərhədlərinin təhlükəsizliyini qorumaq bəhanəsilə Baltik dənizinə donanma yollayır, məqsəd Rusiyaya ingilis hökumətinin vasitəçiliyini qəbul etdirmək, lakin bu nəticəsiz qalır




1721-ci il Niştadt sülh müqaviləsi

Şimal müharibəsinə son qoydu və 2 ölkə arasında sülh bərqərar oldu

İnqermanlyandiyanın mülkiyyəti də, Kareliyanın bir hissəsi, Estlyandiya, Riqa, Revel, Derpt, Narva, Vıborqla birlikdə Liflyandiya, Vıborqdan Riqaya qədər Ezel, Daqo, Moon adaları da daxil olmaqla dəniz sahili Rusiyanın tabeliyinə keçirdi

Rusiya rus qoşunları tərəfindən tutulmuş Finlandiyanı, 2 milyon yefimk ödəməyi öz üzərinə götürür

Rusiya I Pyotrın qızı Annanın nişanlandığı Qolştinsk hersoqunun İsveç taxt-tacına iddialarına dəstək verməkdən imtina edirdi




Müharibənin nəticəsi

Avropada qüvvələr nisbətinə vacib dəyişikliklər gətirdi

İsveç böyük dövlət statusunu itirdi

Rusiyanın beynəlxalq əhəmiyyəti olduqca artdı, o, sahildə birinci dərəcəli limanlar almaqla və Baltik dənizində güclü hərbi donanmaya malik olmaqla böyük Baltik dənizi dövlətinə çevrildi

Rusiyanın Qərbi Avropa ilə ticarət əlaqələri üçün əlverişli şərait yarandı, onun beynəlxaq siyasətdə artan rolunun ifadəsi I Pyotrun imperator elan edilməsi oldu

Rusiya qitənin şərqində və şimalında üstün mövqeni ələ keçirdi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə