Sığortanın iqtisadiyyatda rolu və əhəmiyyəti Plan




Yüklə 374.12 Kb.
səhifə1/6
tarix10.04.2016
ölçüsü374.12 Kb.
  1   2   3   4   5   6

  1. Sığortanın iqtisadiyyatda rolu və əhəmiyyəti

Plan:

  1. Sığorta iqtisadi kateqoriya kimi

  2. Sığortada tətbiq edilən əsas anlayışlar və terminlər

  3. Sığorta təsnifatı

  4. İcbari və könüllü sığortanın əsas prinsipləri

Ədəbiyyat :

  1. “Sığorta fəaliyyəti haqqında AR-ın qanunu” 25 dekabr 2007-ci il

  2. Xudiyev N.N., “Sığorta işi”, Bakı-2004

  3. Xankişiyev B., “Sığorta fəaliyyətinin əsasları”, Bakı-2006

  4. Xankişiyev B., “Sığorta işi”, Bakı – 2004

  5. Fyodorova Q., “Osnovı straxovoy deyatelnosti”, Sankt Peterburq -2001



  1. Sığorta iqtisadi kateqoriya kimi. İctimai istehsalın riskli xarakteri sığortanı bir iqtisadi kateqoriya kimi şərtləndirir. Sığorta istehsal münasibətlərinin zəruri elementi olub, ictimai istehsala dəymiş zərərlərin ödənilməsi kimi çıxış edir. Sığortanın mahiyyəti dəymiş zərərlərin minimumlaşdırılmasından ibarətdir. Sığorta istehsal subyektlərinin yayınma üsullarından biridir. Müasir Azərbaycan iqtisadiyyatında sığorta özünəməxsus yerlərdən birini tutur. Belə ki, sığortanın inkişafı makroiqtisadi göstərici olan sığorta tədiyələrinin ümumi daxili məhsulda tutduğu xüsusi çəki göstəricləri ilə xarakterizə olunur. 2009- cu ildə bu göstərici 0.52 % təşkil etmişdir. Qeyd edək ki, normal inkişaf etmiş milli sığorta bazarlarında bu göstərici 8-12 % səviyyədə olmalıdır. Məs: 2006-cı ildə Yaponiyada bu göstərici 15 % təşkil etmişdir. Beləliklə, sığorta dedikdə, xüsusi təyinatlı sığorta fondunun yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində baş verən iqtisadi münasibətlər sistemi başa düşülür. Sığorta iqtisadi kateqoriya olduğu üçün o, özünəməxsus xüsusiyyətlərə malikdir. Bunlar aşağıdakılardır:

  1. Sığorta zamanı bölgü münasibətləri baş verir. Bu bölgü münasibətlərinin əsasında risk anlayışı durur. Risk olan yerdə sığorta da olur.

  2. Sığorta üçün qapalı bölgü münasibətləri xarakterikdir. Bu o deməkdir ki, sığorta fondundan sığorta ödənişi almaq hüququna ancaq və ancaq həmin sığorta fondunun yaradılmasında iştirak edənlər nail ola bilərlər.

Sığorta fondunun yaradılmasında iştirak etməyən subyektlər, hətta risklər nəticəsində zərər görmüş olsalar da, belə sığorta fondundan sığorta almayacaqlar.

  1. Sığorta münasibətləri üçün xüsusi təyinatlı sığorta fondunun yaradılması zəruridir. Sığorta fondu xüsusi təyinatlı fond olub, istehsal prosesinin fasiləsizliyinə təminat verir və nəzəri baxımdan 3 formada yaradılır:

  • mərkəzləşdirilmiş;

  • ümumdövlət;

  • sığorta ehtiyatları.

Bu fondlar birbaşa üsul ilə mərkəzləşdirilmiş qaydada milli gəlirdən ayırmalar yolu ilə yaradılır. Bunlara misal olaraq hər il təsdiq edlən dövlət büdcəsi, qanunda ayrıca maddə ilə göstərilən Nazirlər Kabinetinin ehtiyat fondunu və prezidentin ehtiyat fondunu göstərmək olar.

İkinci qrup sığorta fondlarına isə təsərrüfat subyektlərinin özlərində yaradılan qeyri-mərkəzləşdirilmiş sığorta fonlarını misal göstərə bilərik. Təsərrüfatda yaradılan bu üsul özünü sığortalama üsulu adlanır və təsərrüfat subyektlərində dəyərin istehsal sferasından çıxarılıb, müstəqil bir fondda toplanmasını nəzərdə tutur.

Qeyri-mərkəzləşdirilmiş sığorta fondları əsasən natural və dəyər formasında yaradılır. Özünü sığorta üsulunun ən mühüm çatışmayan cəhətlərindən biri dəyərin istehsal sferasından çıxarılması və onun dondurulmasıdır. Buna görə də sığorta fondlarının daha səmərəli hesab edilən üçüncü formasından isifadə edilir. Yəni, sığorta fondları sığorta subyektlərinin ödədikləri sığorta tədiyələri hesabına sığorta şirkətləri tərəfindən yaradılır. Bazar iqtisadiyyatı şəraitində sığorta fondunun bu üsulu ən səmərəli üsul hesab edilir. Yəni təsərrüfat subyektləri və əhali bir dəfə kiçik məbləğdə sığorta tədiyəsi ödəməklə baş verəcək böyük zərərin qarşısını alır. Bu baxımdan sığorta münasibətlərinə nə qədər çox subyekt cəlb edilərsə, bu sığortanın səmərəliliyini artırar, sığorta fondunu bir o qədər güclü və əhatəli edər.


  1. Sığortanın dördüncü xarakterik cəhəti onun ekvivalent münasibətləri sistemini ifadə etməsidir. Sığortanın ekvivalentliyi dedikdə, sığortaçı ilə sığorta olunan arasında tarif dövrü ərzində bərabər münasibətlər başa düşülür. Sığorta bir iqtisadi kateqoriya kimi aşağıdakı funksiyaları yerinə yetirir:

  1. Risk

  2. Xəbərdaredici

  3. Yığım

  4. Nəzarət

Risk funksiyası dedikdə, riskin ödənilməsi başa düşülür və sığortanın mahiyyəti məhz risk funksiyası vasitəsilə açılır.

Xəbərdaredici funksiya – bu o deməkdir ki, sığorta şirkətləri təsərrüfat ili ərzində sığorta olunanlara yanğına qarşı, zoobaytar və aqrotexniki tədbirlər, vəsaitlər ayırmaqla baş verə biləcək zərərlərin qarşısını alır.

Yığım funksiyası – bu funksiya özünü şəxsi sığorta növlərində ifadə edir. Belə ki, məsələn, həyat sığortasında sığorta olunan hər ay sığorta şirkətinə sığorta tədiyəsi köçürməklə öz vəsaitini yığır və sığorta müddəti başa çatdıqdan sonra sığorta şirkətindən öz vəsaitini alır.

Nəzarət funksiyası – bu da sığorta işinə sığorta nəzarəti orqanı tərəfindən və sığorta şirkətləri öz tərəfindən nəzarətin həyata keçirilməsini nəzərdə tutur.

Sığorta nəzarəti həm sığorta şirkətlərinin lisenziyalaşdırılması işini təmin edir, həm də ildə bir dəfə planlı qaydada maliyyə nəzarətini planlaşdırır. Bu qanuna görə, sığorta şirkətləri idarəetmənin ən demokratik forması olan Səhmdar Cəmiyyətləri formasında yaradılmalıdır. Onlar, yəni sığorta şirkətləri cəmiyyət üçün açıq olmalı və öz hesabat məlumatlarını hər il cari ilin iyun ayının 1-dən gec olmamaq şərtilə açıq mətbuatda dərc etdirməlidir. Bu məlumatlarda sığortaçının mühasibat balansı, maliyyə nəticələri, o cümlədən büdcə ilə qarşılıqlı əlaqələri öz əksini tapmışdır.

Müasir sığorta nəzarətində sığorta fondları, əsasən, 3 formada yaradılır. Sığorta nəzarətində sığorta fondlarının yaradılmasının 2 konsepsiyası mövcuddur:


  1. Amortizasiya konsepsiyası

  2. İzafi dəyər konsepsiyası

Birinci konsepsiyaya görə, sığorta fondu da amortizasiya fondu kimi təkrar istehsal prosesinin fasiləsizliyinə zəmanət yaradır.

İzafi dəyər konsepsiyasına görə isə, sığorta fondu yeni yaradılmış dəyər hesabına, yəni sahibkarın mənfəəti hesabına yaradılır. Ayrıca götürülmüş sahibkara elə gəlirsə də ki, o, əldə etdiyi mənfəətin hansını mənimsəyə bilər, ancaq real gerçəklikdə o, rəqabət, inflyasiya və s. fondunun yaradılması qarşısında qalır. Başqa sözlə, əgər amortizasiya fondu əsas fondların sadə təkrar istehsalının bərpasına zəmin yaradırsa, sığorta fondu isə əsas fondlara ekstra-ordinar hadisə nəticəsində dəymiş zərərlərin aradan qaldırılmasına xidmət edir.



  1. Sığorta təsnifatı. Sığorta təsnifatı dedikdə, sığortanın sahələrə, yarımsahələrə, növlərə, aparılma formalarına görə bölgüsünü nəzərdə tutan ierarxik sistem başa düşülür. Sığorta təşkilatının ən böyük seqmenti sığorta sahəsi hesab edilir və bu sahə müvafiq obyektə uyğun aparılır. Sığorta təşkilatı əmlak maraqlarına istinad edir. Belə maraqlar sisteminə aşağıdakılar aid edilir:

  1. Sığortalının həyatı, sağlamlığı, əmək maraqları ilə bağlı;

  2. Əmlaka sahib olmaq, istifadə etmək və sərəncam verməklə bağlı;

  3. Üçüncü şəxslərin mənafelərinə zərər vurulması ilə bağlı olan maraqlar sistemi.

Obyektindən və maraqlar sistemindən asılı olaraq aşağıdakı 3 böyük sahəyə bölünür:

  1. şəxsi

  2. əmlak

  3. məsuliyyət.

Təsnifatına görə sığorta sahələri özü də öz növbəsində yarımsahələrə bölünür. Məsələn, şəxsi sığorta sahəsi həyat sığortasına və bədbəxt hadisələrə qarşı sığorta kimi yarımsahələrə bölünür.

Yarımsahələr də öz növbəsində konkret sığorta münasibətlərini ifadə edən sığorta növlərinə bölünür. Məsələn, həyat sığortası uşaqların sığortası, həyatın qarışıq sığortası, pensiya sığortası və s. konkret sığorta növlərinə bölünür. Sığorta qanunvericiliyinə görə, sığortanın 2 aparılma forması mövcuddur. Bu formalar hər bir ölkənin sığorta qanunvericiliyində, həm də Avropa Şurası sığorta direktivində öz əksini tapmışdır. Başqa sözlə, bu direktivlərə uyğun olaraq sığorta 2 formada könüllü və icbari formada aparıla blər. Həmin direktivlərə uyğun olaraq sığorta işi sığorta müqaviləsi əsasında birgə sığorta, təkrar sığorta, ikiqat sığortalama üsulları ilə aparıla bilər.



Sığorta müqaviləsi konktret sığorta obyektinə görə bağlanılır və bu müqavilədə hüquqi baxımdan sığortaçı, sığorta etdirən, sığorta olunan və benefisiar çıxış edir. Sığorta müqaviləsi birgə sığortalama üsulları ilə də bağlanıla bilər. Birgə sığortalamada eyni bir obyekt müvafiq paylar şəklində ayrı-ayrı sığorta şirkətləri tərəfindən sığortalanır. Sığorta müqavilələri bundan əlavə təkrar sığortalama üsulu ilə də bağlanıla bilər.

Təkrar sığorta dedikdə, isə bir sığortaçının digər sığortaçı tərəfindən sığortalanması başa düşülür. Başqa sözlə demiş olsaq, sığortaçı hər hansı bir obyektə görə sığortalı ilə müqaviə bağlayır. Götürülmüş riskin öz maliyyə imkanları çərçivəsində sığorta şirkətində saxlanılır. Maliyyə imkanlarından artıq qalan hissə isə digər sığortaçıya satılır. Müqaviləyə uyğun olaraq sığortalıdan alınmış sığorta tədiyəsinin bir hissəsi ötürülmüş riskin səviyyəsinə uyğun olaraq digər sığortaçıya ötürülür. Təkrar sığorta müqaviləsinə uyğun olaraq sığortalı ancaq birinci sığortaçını tanıyır və sığorta hadisəsi baş verərsə, dəymiş zərərləri ondan alır.

  1. İcbari və könüllü sığortanın əsas prinsipləri. İcbari sığorta aşağıdakı prinsiplər əsasında tədqiq edilir:

  1. İcbari sığorta qanun əsasında müəyyən edilir. Bu qanuna əsasən, sığortaçı müvafiq obyektləri sığortalamalı, sığortalı isə nəzərdə tutulan sığorta tədiyələrini ödəməlidir. Adətən, icbari sığorta haqqında qanunlar parlament tərəfindən ayrı-ayrı sığorta növləri üzrə müəyyən edilir. Məsələn, respublikamızda sərnişinlərin sığorta haqqı, hərbi qulluqçuların sığorta haqqı, hüquq mühafizə orqanlarının işçilərinin sığorta haqqı, tibbi sığorta haqqı, avtomobil nəqliyyatı sahiblərinin mülkiyyət haqqı, yanğına qarşı sığorta növləri mövcuddur.

İcbari sığorta qanunlarında aşağıdakılar qeyd olunur:

  • İcbari sığotaya cəlb edilən obyektlərin siyahısı;

  • Sığorta mənfəətinin həcmi;

  • Sığorta təminatının norması;

  • Sığorta tariflərinin müəyyən edilməsi və differensasiyası;

  • Sığorta tədiyələrinin köçürülməsinin dövrülüyü;

  • Sığortaçı və sığortalının əsas hüquq və vəzifələri.

  1. Təcrübədə icbari sığortanın tətbiqi əsasən, dövlət sığorta orqanlarına həvalə edilir.

  2. İcbari sığorta qanunlarında göstərilən subyektləri başdan-başa əhatə edir. Bu zaman heç bir obyekt sığorta müqaviləsindən kənarda qala bilməz. Bunu üçün hər bir sığorta orqanları bütün ölkə ərazisi üzrə sığortaya cəlb ediləcək obyektlərin qeydiyyatı işini aparırlar.

  3. Avtomatiklik prinsipi – bu o deməkdir ki, təsərrüfata daxil olan və sığorta qanununun obyekti olan bütün əmlaklar avtomatik olaraq sığortalanmış hesab edilir.

  4. İcbari sığortanın tətbiqi və fəaliyyətdə olması sığorta tədiyələrinin köçürülüb-köçürülməməsindən asılı deyil. Əgər sığortalı ödəniləcək sığorta haqlarını ödəməmişdirsə, onda həmin məbləğ məhkəmə qaydasında tutula bilər. Vaxtında ödənilməyən sığorta tədiyələrinə dəbbə pullu əlavə olunur. Əgər sığorta hadisəsi baş vermişdirsə, onda sığortaçı sığortalıya sığorta ödənişini verməli və ondan ödəməli sığorta tədiyələrini tutmalıdır.

  5. İcbari sığorta üzrə sığorta təminatı normalaşdırılır. Belə normalar işin sadələşdirilməsi məsələsi ilə əmlakın sığorta qiymətindən hesablanır. Məsələn, kənd təsərrüfatı sığortası ilə sığorta təminatı norması 80% qəbul edilir. Bu o deməkdir ki, sığortalıya ödəniləcək sığorta ödənişi dəymiş zərərin 80%-i həcmində ola bilər.

Könüllü sığortanın aşağıdakı prinsipləri vardır:

  1. Könüllü sığortada həm qanun əsasında, həm də könüllü şəkildə tətbiq olunur. Belə ki, qanun könüllü sığortaya ötürülən obyektləri və ən ümumi şərtləri əks etdirir. Konkret şərtlər isə hər bir sığorta şirkətinin özü tərəfindən qəbul edilə və dövlət sığorta nəzarəti tərəfindən təsdiq edilən qaydalar əsasında aparılır. Ayrı-ayrı sığorta şirkətlərinin sığorta qaydaları bir-birindən fərqlənə bilər.

  2. Belə müqavilələrdə könüllülük tam mənasında ancaq sığortalılara şamil edilə bilər. Sığortaçı əgər sığortalının iradəsi qanununa zidd deyildirsə, bu müqavilədən imtina etmək hüququna malik deyildir. Könüllü sığorta hər bir sığortalının mənafeyini, hər bir ölkənin mülki qanunvericiliyi ilə tam həcmdə təmin edir.

  3. Əgər icbari sığortada əmlaklar sığortaya başdan-başa qəbul edilirsə, könüllü sığortada qismən cəlb edilə bilər. Məsələn, sığortalı öz təsərrüfatında olan obyektlərin bir neçəsini və yaxud bir obyektin dəyərinin bir hissəsini sığortalamaq hüququna malikdir.

  4. Könüllü sığorta sığorta müqaviləsinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu zaman sığorta müqaviləsində sığortanın başlanma və qurtarma vaxtı mütləq qeyd edilir və sığortalıya həmin müddət ərzində sığorta hadisəsindən dəymiş zərər mütləq ödənilir.

  5. Könüllü sığorta ancaq və ancaq növbəti sığorta tədiyəsi köçürüldüyü halda qüvvədə qalır. Növbəti sığorta haqqının köçürülməməsi sığorta müqaviləsinin qüvvədən düşməsi hesab edilir. Bunun üşün könüllü sığorta fasiləsizliyinin ən zəruri şərtlərindən biri sığorta tədiyələrinin vaxtlı-vaxtında ödənilməməsilə bağılıdır.

  6. Könüllü sığortada sığorta təminatının sığorta təminatının səviyyəsi sığortalının arzusundan asılı olaraq müəyyən edilir. Belə ki, əmlak sığortasında sığortalı sığorta məbləğini sığorta qiyməti çərçivəsində müəyyən edə bilər. Şəxsi sığortada isə sığorta məbləği tərəflərin razılığı əsasında müəyyən edilir.



  1. Sığorta tariflərinin qurulması və sığorta əməliyyatlarının təhlili

Plan:

  1. Sığorta sferasında tarif siyasəti və onun əsas prinsipləri

  2. Sığorta tariflərinin tərkibi və onun strukturu, onların qurulması metodikası

  3. Sığorta əməliyyatlarının iqtisadi təhlili və onun əsas göstəriciləri




  1. Sığorta sferasında tarif siyasəti və onun əsas prinsipləri. Sığorta sistemində tarif stavkası dedikdə, il ərzində sığorta məbləği vahidindən tutulan pul ifadəsində haqq başa düşülür. Hər bir sığorta olunana sığorta haqqı onun sığorta fondunun yaradılmasında iştirakının payını ifadə edir. Bu baxımdan əgər tarif stavkaları iqtisadi və riyazi baxımdan düzgün müəyyən edilmişdirsə, onda sığorta əməliyyatlarının məqbul maliyyə sabitliliyi təmin edilir, yəni, sığortaçının gəlir və xərclərini balanslaşdırılması və ya gəlirlərin xərclərdən artımlığı təmin edilir.

Sığorta tariflərinin iqtisadi əsaslandırılımış səviyyədə yüksək müəyyən edilməsi sığorta fonduna əlavə vəsaitlərin daxil olmasına sığorta olunanların mənafeyinə ciddi xələl gətirməsinə səbəb olur. Əgər sığorta tarifləri əksinə aşağı müəyyən edilərsə onda bu sığorta şirkətinin öz maliyyə potensialını formalaşdırmağa imkan verir.

Bazar şəraitində sığorta şirkətlərinin təqdim etdikləri sığorta növləri onların sığorta məhsulları hesab edilir və qiyməti formalaşır. Sığorta məhsulunun qiyməti sığorta bazarında tələb və təklifdən asılı olaraq müəyyən həddə çatır. Sığorta məhsullarının qiyməti maksimum və minimum hədlərdə ola bilər. Maksimum hədd sığortaçı ilə sığortalılar arasında ekvivalent prinsipinə istinad edirsə, minimum hədd isə sığortaçının daxili imkanlarına əsaslanır. Hər bir sığorta şirkəti dövlətin ciddi nəzarəti altında öz sığorta məhsullarının qiymətlərini differensiallaşdıra bilər.



Bunun üçün həm mikro sığorta səviyyəsində, həm də makro sığorta səviyyəsində müvafiq tarif siyasəti yeridilir. Tarif siyasəti dedikdə, sığortanın normal inkişafı maraqlarında sığortaçının sığorta tariflərinin müəyyən edilməsi, dəqiqləşdirilməsi üzrə icra etdiyi məqsədyönlü fəaliyyəti başa düşülür. Nəzəri baxımdan tarif siyasəti aşağıdakı metodoloji prinsiplərə malikdir.

  1. Sığorta münasibətlərinin ekvivalentliyi prinsipi – bu o deməkdir ki, netto stavka maksimum şəkildə dəymiş zərər ehtimalına uyğun olmalıdır. Bunun vasitəsilə tarif dövrü ərzində sığorta tədiyələrinin geri qayıtması baş verir.

  2. Geniş sığorta kütləsi üçün sığorta tariflərinn əlçatan olması prinsipi – çox yüksək müəyyən edilmiş tariflər sığortanın inkişafında müəyyən əngəllərə çevrilir. Odur ki, tarif stavkalarının əlçatan olması hər bir ölkənin milli qanunvericiliyinə uyğun olaraq müvafiq sığorta nəzarətinin tənzimlədiyi obyekt başa düşülür. Sığorta tarifləriin əlçatan olması sığorta olunanların və sığorta olunmuş obyektlərin sayından birbaşa asılıdır. Belə ki, sığorta münasibətləri nə qədər geniş sığorta kütləsini əhatə edirsə və geniş sığortalanmış obyektlərin sayı çoxdursa, onda hər bir sığortalıya düşən sığorta haqqı da o qədər az olacaq, sığorta işinin belə qurulması onun populyarlaşmasının zəmanətidir.

  3. Sığorta tariflərinin səviyyəsiin stabilliyi prinsipi – konseptual baxımdan sığorta tariflərinin səviyyəsinin yüksəldilməsi ancaq sığorta məbləğinin zərurilik göstəricisinin daim artımı prosesində baş verə bilər. Sığorta tariflərinin səviyyəsi nə qədər dəyişməz qalirsa, bu sığortalının həmin sığorta növlərinə öyrəşməsinə və deməli sığorta növünün inkişafına zəmanət verir.

  4. Sığorta məsuliyyətinin daim genişləndirilməsi prinsipi – bu o deməkdir ki, mövcud tarif stavkaları həddində sığorta şirkətləri sığortalıları stimullaşdırmaqdan ötrü daim öz məsuliyyətini artırmalıdır. Bu hər şeydən əvvəl sığorta hadisələrinin sayının artmasında sığorta məsuliyyətinin genişləndirilməsi öz əksini tapır.

  5. Sığorta əməliyyatlarının özünü ödəməsi və rentabelliyi prinsipi. Bunun mahiyyəti sığortaçının bir təsərrüfat subyekti olması ilə şərtlənir. Belə ki sahibkarlıq fəaliyyəti kimi sığorta işinə maliyyə resurlarının cəlb edilməsi, sığortaçının orta mənfəət normasına yaxınlaşması üçün o gəlirlilik fəaliyyəti göstərməlidir. Deməli, mənfəətli olmalıdır. Sığortaçının gəlirlilik fəaliyyətinin əsasını nəinki sığorta fəaliyyətindən əldə edilən gəlirlər, eyni zamanda və əsasən qeyri-sığorta fəaliyyətində əldə edilən gəlirlər təşkil edir. Müasir qərb sığorta şirkətlərində əgər ümumi gəlirləri 100% qəbul etsək onda onun gəlirlərinin 60-70%-ni qeyri-sığorta fəaliyyətində əldə edilən gəlirlər, cəmi 30-40%-i isə bilavasitə sığorta fəaliyyətində əldə edilən gəlir təşkil edir. Düzgün tarif siyasətinin reallaşdırılması üçün sığortaçı öz gəlirləri ilə xərclərini ödəməli və müəyyən mənfəət əldə etməlidir. Lakin sığorta fəaliyyəti sosial yönümlü fəaliyyət olduğu üçün onun sığorta fəaliyyətinin məqsədi heç də mənfəət əldə etmək deyil. Baxmayaraq ki, sığorta işi dünyada ən gəlirli fəaliyyət növlərindən hesab edilir.



  1. Sığorta tariflərinin tərkibi və onun strukturu, onların qurulması metodikası. Sığorta tarifi brutto-stavka adlanır və o, netto stavkadan və netto stavkaya əlavədən ibarət olur. Netto stavka, əsasən, sığorta ödənişlərinin verilməsinə yönəldilirsə, əlavə isə sığorta işinin təşkili ilə əlavə olan xərclərin maliyyələşdirilməsinə yönəldilir. Adətən, netto stavka brutto stavkanın 70-80%-ni təşkil edirsə, əlavə isə onun 30%-i həddində təşkil edir. Tarif stavkası netto stavkasından ibarət olaraq mahiyyət etibarilə tarif stavkası elə netto stavka kimi başa düşülməlidir. Netto stavkanın hesablanmasının əsas göstəricisi sığorta məbləğinin zərəliyi göstəricisi hesab olunur. Sığorta məbləğinin zərərlilik göstəricisi müxtəlif pul göstəricilərinin bir-birinə olan nisbəti şəklində istifadə olunur. Sığorta məbləğinin zərərlilik göstəricisi aşağıdakı amillərin təsiri ilə formalaşır:

  1. sığortalanmış obyektlərin sayı;

  2. sığortalanmış obyektlərin sığorta məbləği;

  3. sığorta hadisələrinin sayı;

  4. zərər çəkmiş obyektlərin sayı;

  1. sığorta ödənişinin məbləği;

  1. sığorta məbləğinin zərərlilik göstəricisi.

Beləliklə sığorta məbləğinin zərərlilik göstəricisi aşağıdakı düsturla ifadə olunur:

q=  (1)

Sığorta məbləğinin zərərlilik göstəricisi amilləri əsasında müvafiq elementlər hesablanır:



  1.  - sığorta hadisələrinin təkrarlanmasının sayını ifadə edir. Təcrübədə bu kənd təsərrüfatında iribuynuzlu mal-qaranın tələf olması səviyyəsini, nəqliyyat vasitələrinin qərarlılıq səviyyəsini və s. ifadə edir.

  2.  - bir sığorta hadisəsinin dağıdıcılıq qabiliyyətini ifadə edir. Təcrübədə bu özünü sığorta hadisəsindən tələf olmuş obyektlərin orta siyahı sayında ifadə edir.

  3.  :  - bu mürəkkəb göstərici olub, risklər nisbəti kimi dəyərləndirilir. Belə sığorta məbləğinin zərərlilik göstəricisinin bir-birinə hasili həmin göstəriciləri hesablamağa əsas verir:


 = = q
Netto stavkanın hesablanma metodikası tarif dövrü ərzində konkret sığorta növləri üzrə aparılır. Başqa sözlə, konkret sığorta növü üzrə hər ilə sığorta məbləği zərərlilik göstəricisi hesablanır, daha sonra tarif dövrü üzrə, yəni əmlak sığortasında 5 il, şəxsi sığortada 10 il ərzində orta sığorta məbləğinin zərər göstəricisi tapılır. 5 illik dinamikanın sabitliyinin təmin edilməsi üçün orta sığorta məbləğinin zərər göstəricisi üzərinə risk əlavəsi edilir. Sığorta nəzəriyyəsində risk əlavəsi aşağıdakı düsturla hesablanır:

L =  - orta göstərici
n- tarif dövrünün ifadə edir.

Sığorta tarifinin ikinci hissəsi olan əlavə isə keçən illərin faktiki xərcləri əsas hesabat nəzəriyyəsi baxımından aşağıdakı formula ilə hesablanır:


Ə = B – N

burada, B- brutto stavka; N- netto stavka.

Brutto stavkanı isə aşağıdakı formula ilə hesablaya bilərik:
B= 

H% - əlavənin brutto stavkadakı çəkisini ifadə edir.



Sığorta şirkətləri eyni zamanda netto stavkanı ərazilər, növlər və sığortanın formaları üzrə differensasiya işini aparır. Belə ki, həm ərazilər üzrə sığorta məbləğinin zəruri göstəricisi fərqli olur. Məhz sığorta məbləğinin zəruri göstəricisi ilə sığorta tariflərinin eyniləşdirməsi üçün onun differensasiyası işi aparılır. Məsələn: kənd təsərrüfatında sığortada tarif stavkaları ölkənin ərazilər üzrə, kənd təsərrüfatı bitkiləri üzrə, kənd təsərrüfatı heyvanlarının növləri üzrə differensiyası işi aparılır. Məsələn: heyvanlar üzrə aşağıdakı qruplar üzrə aparılır:

  1. İribuynuzlu heyvan

  2. Xırdabuynuzlu heyvan

  3. Ev quşları

  4. Arı ailəsi


  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə