ŞƏffaflıq Azərbaycan” təşkilatının 2011-cİ İL Üzrə İllİk Hesabatı Sədrdən ön söz




Yüklə 146.05 Kb.
tarix29.02.2016
ölçüsü146.05 Kb.
ŞƏffaflıq Azərbaycan” təşkilatının 2011-cİ İL Üzrə İllİk Hesabatı
Sədrdən ön söz
“Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyəti və üzvləri adından işimizə göstərdiyiniz marağa görə sizə minnətdarlığımızı bildirmək istərdim. 2011-ci il Azərbaycan və təşkilatımız üçün vacib il idi.

2011-ci ilin yanvar ayında Azərbayan Respublikasının prezidenti, ölkədə monopoliyanın qarşısının alınması, bazarda azad rəqabətin yaradılması üçün münbit mühitin formalaşdırılması, süni qiymət artımına yol verilməməsi üçün müvafiq ölçülərin götürülməsi, dövlət qurumları tərəfindən sahibkarların lazımsız audit və yoxlamalara cəlb edilməsinin dayandırılması, vergidən yayınmaların aradan qaldırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı sistemli mübarizənin aparılması ilə bağlı göstərişlər verib. Hökumət qurumlarına tapşırılıb ki, vətəndaşları incitməsinlər və ictimai inamı bərpa etsinlər. Bir müddət sonra elketron hökumətin tətbiqi ilə bağlı hüquqi normalar müəyyənləşdirildi və ilin sonlarına doğru bir sıra dövlət qurumları bu istiqamətdə müəyyən uğurlu addımlar atdılar. Bunlar bird aha göstərir ki, hökümət daha əvvəl qəbul olunmuş qanunların icrası istiqamətində işlər görməyə cəhdlər göstərirlər və vətəndaş cəmiyyəti ilə hökumət arasında sıx əməkdaşlıq imkanlarını arıtırır.

Bakı, Gəncə və Quba mərkəzlərimizdə ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsinin fəaliyyəti davam etdirilib. Mərkəzlərimizdə vətəndaşlara pulsuz hüquqi yardımların verilməsi ilə yanaşı, daha çox şikayətlərin qəbul edildiyi sahələr müəyyənləşdirilir və daxil olan şikayətlərin analizi əsasında maarifləndirmə tədbirləri həyata keçirilir. Mərkəzlərimizə edilən müraciətlər əsasında korrupsiyaya Qarşı mübarizə ilə bağlı ictimai məlumatlandırma tədbirləri həyata keçiririk.

Ötən il ATƏT-in Bakı Bürosunun Qanunun Aliliyi bürosunun maliyyə dəstəyi ilə Gəncə, Şəki və LƏnkəran şəhərlərində Qanunun Aliliyi və Hüquqi Məsləhət Mərkəzi layihəsinin həyata keçirilməsini davam etdirmişik. Layihə xüsusi olaraq əsas diqqəti məhkəmə sektoruna ayırır, regionlarda məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi işinə töhfə verir, vətəndaşlara hüquqi məsələlərlə bağlı köməklik göstərir, eyni zamanda insanları məhkəmələrdə öz hüquqlarını qoruması istiqamətində maarifləndirir, məhkəmə dinləmələrinin monitorinqini aparır.

Xüsusilə bir məqam bizi sevindirir ki, bu il daha çox dövlət agentliyi Şəffaflıq Azərbaycan təşkilatı da daxil olmaqla xeyli sayda vətəndaş cəmiyyəti üzvlərini işə qəbul prosesinin monitorinqini aparmağa dəvət edib. Bunlardan bəzilərinin adını göstərmək olar, Dövlət Qulluğu Komissiyası, Ədliyyə Nazirliyi, Prokurorluq İdarəsi, Məhkəmə Hüquq Şurası, Vəkillər Kollegiyası və.s.

Məmnuniyyətlə deyə bilərik ki, Qəbul olunmuş 2007-2011-ci illər üzrə “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə” Milli Strategiyada “Şəffaflıq Azərbaycan” təşkilatı antikorrupsiya sahəsində hökumətin strateji tərəfdaşı sayılır və biz bundan böyük məmnunluq duyuruq.


Fuad Süleymanov,

İdarə heyətinin sədri


Transparency International təşkilatı haqqında

Transparency International bütün dünyada korrupsiya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency International göstərilən prinsipi özünə rəhbər tutur: “Korrupsiya dövlətin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər.”



«Şəffaflıq Azərbaycan» haqqında

“Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında Transparency International təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçmişdir. Biz, əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etika sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıiravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.



Korrupsiya Qavrama İndeksi 2009

2011-cu il Dekabrın 11-də, Transparency International özünün ən məşhur məhsulunu nəşr etdi – 2011-cu il üçün Korrupsiya Qavrama İndeksi. Bu sənəd ictimaiyyətdə və hökumət strukturlarında korrupsiyanın qavranılmasını qəbul edən iş adamlarının və ölkə ekspertlərinin, ölkə vətəndaşlarının və əcnəbilərin yaşadıqları dövlətləri müəyyən dərəcələr üzrə qiymətləndirir. 2011-cu ildə Azərbaycan 2.4 bal toplayaraq (korrupsiyadan azad olmuş ölkələrə verilən cəmi 10 baldan) 183 ölkə arasında 143-cü yeri tutmuşdur. Corruption Perception Index 2011


Cədvəl 1

Azərbaycan Respublikasının Transparency International-ın Korrupsiya Qavrama İndeksində 2000-2009-ci illər üçün yeri və qiymətləndirilməsi


İl

Ölkələr arasında tutduğu yer

İndeksdə yer alan ölkələrin sayı

Topladığı bal

0-dan (çox zəif) 10-a dək (çox yaxşı)



2000

87

90

1.5

2001

84

91

2.0

2002

95

102

2.0

2003

124

133

1.8

2004

140

146

1.9

2005

137

159

2.2

2006

130

163

2.4

2007

148

179

2.1

2008

159

180

1.9

2009

143

180

2.3

2010

134

178

2.4

2011

143

183

2.4

Axırıncı sütundakı xallar Azərbaycanda korrupsiya qavrama indeksini əks etdirir. Xallar 10 ballıq şkala ilə 0 (sıfır) (korrupsiya hallarına çox rast gəlinən) və 10 (on) (korrupsiya hallarının mövcud olmadığı ölkələr) arası qiymətləndirirlir.


Aşağıda verilən diaqram Azərbaycanın 2000-2011-ci illər üzrə Korrupsiya Qavrama İndeksindəki mövqeyini əks etdirir.
1-ci Diaqram
Korrupsiya Qavrama İndeksində Azərbaycanın yeri

Gəlirlərə Nəzarət İndeksi 2011
2011-cu il 1 Mart tarixində Şəffaflıq Azərbaycan təşkilatı və Gəlirlərə Nəzarət instutununun regional bölməsi Bakı şəhərində Beynəlxalq Şəffaflıq təşkilatı və Gəlirlərə Nəzarət instutu tərəfindən hazırlanan Gəlirlərə Nəzarət İndeksi-2010 hesabatını açıqlayıb. Neft Qaz Şirkətləri ilə bağlı 2011-ci il hesabatı, 2010-cu ildə aparılan tədqiqatlara əsaslanır və 2008-ci ildə dərc edilmiş hesabatın genişləndirilmiş formasıdır. Hesabatda 44 şirkət korrupsiyaya qarşı mübarizə proqramlarının ictimaiyyətə açıqlılığı və əməliyyat göstərdikləri bütün ölkələr üzrə maliyyə yekunları ilə bağlı təqdim edilən hesabatlara görə qiymətləndirilib. Hesabatda nəzərə alınan şirkətlər ümumdünya neft və qaz istehsalının 60%-ni həyata keçirir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin, şirkətlər əsas təşkilati və maliyyə məlumatlarının, xüsusilə hər dövlət üçün ayrıca olaraq açıqlanması yolu ilə, gəlirlərin mənimsənilməsinin qarşısını almaq öhdəliklərini sübut etmiş olurlar. Eyni zamanda, maliyyə ödənişlərinin ətraflı dərc edilməsi vətəndaşlardan hesabatlılıq tələb etməyə şərait yaradır.
Şəffaflıq Azərbaycan” təşkilatının dövlətdə vətəndaş cəmiyyəti institutları arasında xüsusi yeri
Bölmə Azərbaycanda vətəndaşlara həyata keçirilən İctimai Maraqların Qorunması və Hüquqi Məsləhət Mərkəzi və Qanunun Aliliyi və Hüquqi Resurs Mərkəzi layihəsi vasitəsilə hüquqi yardım göstərməklə kiçik məmur rüşvətxorluğuna qarşı mübarizəni gücləndirməyə köməklik göstərməyə başlayan ilk vətəndaş cəmiyyəti təşkilatıdır. Bölmə tam aydınlıqla əhali və rüşvətxor məmurlar arasında effektiv sədd rolunu oynadığını və həmçinin korrupsiyaya qarşı mübarizədə hökumət – QHT əməkdaşlığının məhsuldarlığını nümayiş etdirdi.
Bölmənin Gəncə, Lənkəran, Quba və Şəki mərkəzləri QHT şəbəkələri kimi xidmət göstərməklə yanaşı regionlardakı fəal gəncləri başlanğıc təlimləri ilə təmin edir. Bakıda yerləşən mərkəzi ofis isə korrupsiya sahəsində ekspertizanın aparılması və ölkədə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşır.

2011-ci ildəki donorlarımız
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/CAUCASUS)
ATƏT-in Bakı ofisi
Transparency International və Transparency Georgia təşkilatları
Azərbaycan Hökuməti ( QHT-lərə dövlət dəstəyi Şurası)
Şəffaflıq Naminə Fondu (Partnership for Transparency Fund)

2011-ci il Layihələri


  1. ALAC Layihəsi (Bakı, Gəncə, Quba), donor: ABŞ Beynəlxalq İnkişaf Agentliyi, (İyul 2010- İyun 2012

  2. LRC Lənkəran, donor: ATƏT-in Bakı ofisi (Yanvar-Dekabr 2011);

  3. LRC Şəki, donor: ATƏT-in Bakı ofisi, (Yanvar-Dekabr 2011)

  4. LRC Gəncə, donor: ATƏT-in Bakı ofisi, (Yanvar-Dekabr 2011);

  5. A vropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin monitorinqi donor Norveç Xarici İşlər Nazirliyi (1 Oktyabr 2009 - 30 Sentyabr 2011);

  6. Avropda vətəndaş “ALAC” layihəsi yolu ilə vətəndaş iştirakçılığının artırılması donor Avropa Komissiyası (TI katibliyi ilə əməkdaşlıq şəklində Sentyabr 2009 – Avqust 2012);

  7. Medianın rolunun artırıması (Internews təşkilatı ilə birlikdə əməkdaşlıq şəklində), donor Şəffaflıq Naminə Fondu (Partnership for Transparency Fund) (İyun – Noyabr 2011);

  8. Cənubi Qafqazda məlumat əldə etmək azadlığı (TI Georgia təşkilatı ilə birgə), donor Çexiya Respublikası Maliyyə Nazirliyi (Senybar – Oktyabr 2011);

  9. İctimai Maraqların qorunmasına dəstək layihəsi, donor QHT-lərə dövlət dəstəyi Şurası (Avqust 2011 – Fevral 2012); və

  10. Azərbaycanda elektron hökümətin həyata keçirilməsinin qiymətləndirilməsi donor ATƏT (Oktyabr – Dekabr 2011).


Korrupsiyaya Qarşı mübarizə üzrə təşviqat və Hüquqi Məsləhət Mərkəzləri Layihəsi
ALAC layihəsinin məqsədi “vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə mübarizədə fəal iştiraka cəlb etməkdir”. Layihənin əsas hədəf qrupu informasiya və məhkəmə orqanlarına birbaşa çıxışa malik olmayan sıravi fiziki şəxslərdir. Layihə əsasında keçirilən əsas tədbirlər bunlardır:
Hüquqi Yardım:
Hüquqi yardım vətəndaşlara artıq qarşılaşılmış vəya qarşılaşma riksi olan korrupsiya faktı ilə üz-üzə qalarkən qanuni prosedurlardan effektiv formada yararlanmaq üçün verilən tövsiyyələrdir. Yardımla təmin edilən vətəndaşlar mərkəzlərdə çalışan peşəkar hüquqşünasların köməyi ilə öz şikayətlərini aydınlaşdırır, şikayətlərini yazılı formada tərtib edirlər və öz işlərinin həlli istiqamətində çalışırlar.


Yuxarıdakı şəkil: Qusar şəhərində keçirilən təlim
Anti-korrupsiya analizi

Hər üç mərkəzdə müraciətçilərlə bağlı məlumat toplanılır. Onların adı, demoqrafik vəziyyəti, coğrafi yerləşməsi, əhalinin zəif qrupuna aid olub olmadığı, yenidən müraciət edib etməməsi ilə məlumatlar yığılır. Eyni zamanda ALAC Layihəsinin əməkdaşları antikorrupsiya islahatlarına daha çox ehtiyac duyulan sahələri müəyyənləşdiriblər. Bunlar, məhkəmə sistemi, ünvanlı sosial yardımın paylanması, əmək münasibətləri, kommunal xidmətlərin verilməsi, dövlət qulluqçularını öz rəhbərlərinin qərəzli qərarlarından qorumaq, mülkiyyət hüququ və pensiyaların təyinatı ilə bağlı məsələlərdir.


İctimai maraqların qorunması

İctimai maraqların qorunması komponenti hökumət və dövlət qurumlarının daha çox şikayət edilən qurumlar barədə məlumatlandırılması və mövcud vəziyyətin müsbət tərəfə dəyişdirilməsi istiqamətində müəyyən tövsiyyələrin verilməsi məqsədi ilə aparılır.


Tranparency International təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 2010-cu ildən etibarən şəffaflığın və hesabatlılığın artırılması məqsədilə hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında dialoqun təşviq edilməsi ilə bağlı dəyirmi masalar təşkil edib. 2011-ci ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Məhkəmə Hüquq Şurası, “Bakıelektrikşəbəkə” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, Dövlət Sosial Müdafiə Fondu və ikisi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə olmaqla səkkiz tədbir keçirilib. Dəyirmi masada ünvanlı sosial yardımın təyin olunması, əmək münasibətləri, məhkəmə sektoru, kommunal xidmət (qaz, su, elektrik) və pensiyanın təyinatı sahəsində qarşıya çıxan problemlər və əldə edilən uğurlar müzakirə edilib, irəliləyiş nail olunması məqsədilə müəyyən tövsiyyələr verilib.



Yuxarıdakı şəkil : Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə keçirilmiş dəyirmi masa
İctimai Maarifləndimə və Məlumatlandırma
Bu tədbirlər ALAC mərkəzinə daxil olan korrupsiya ilə əlaqəli müraciətlərin statistikasının analizi, ölkədə baş verən proeseslər nəzərə alınmaqla, ayrıca hədəf qrupları üçün xüsusən kənd yerlərində təşkil olunur.



Yuxarıdakı şəkil: Jurnalistlər üçün keçirilmiş ictiami məlumatlandırma tədbiri
2-ci Diaqram
Aşağıdakı diaqram: 2011-ci il üzrə daxil olan şikayətlərin sayını əks etdirir (müraciətlərin ümumi sayı 3,199)



3-cü Diaqram
Aşağıdakı diaqram: 2010-cu il ərzində daxil olan şikayətlərin sahələr üzrə bölgüsü (3,199 müraciətçi)

ALAC uğurlu iş

Quba ALAC ofisinə müraciət edən Quba şəhəri sakini aldığı ticarət obyektinin DƏDRX-nin Xaçmaz ərazi idarəsi tərəfindən qeydiyyata alınmamasından şikayətini bildirmişdir. İdarədən vətəndaşın ərizəsinə cavab olaraq haqlı şəkildə göstərilirdi ki, alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmadığı üçün AR MM-nin 146.1-ci maddəsinə əsasən o qəbul edilə bilməz. Alqı-satqı müqaviləsinin digər tərəfi olan Aqrar Kooperativ Tədarük Sənaye Ticarət birliyi müqavilənin rəsmi möhür ilə təsdiqləndiyini bildirərək notarial qaydada müqavilənin yenilənməsindən imtina etmişdir.

Vətəndaşa əqdin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Vətəndaşın xahişi ilə iddia ərizəsi tərtib edilmiş və vətəndaş məhkəməyə müraciət etmişdir. Quba ALAC ofisi vətəndaşı Məhkəmədə təmsil etmişdir. Quba rayon məhkəməsinin Qətnaməsi ilə İddia tələbi təmin edilmişdir.

Bu işdən görüldüyü kimi vətəndaşlar bir çox hallarda öz hüquqları barədə tam məlumatlı olmurlar və müxtəlif qurumlar onların məlumatsızlığından istifadə edərək süni əngəllər yaradırlar. ALAC layihəsinin köməkliyi ilə vətəndaşlara onların hüquqları izah olunur və onlar bu qurumlar qarşısında öz hüquqlarını daha inamlı şəkildə qoruyurlar. Bu məsələ digər vətəndaşlar üçün də nümunə təşkil edir və onları hüquqların pozulmasına qarşı mübarizədə həvəsləndirir.







Yuxarıdakı şəkil: Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin Azərbaycan bölməsinin Demokratiya və İdarəetmə şöbəsinin nümayəndlərinin Lənkəran mərkəzinə səfəri

ALAC layihəsi aşağıda qeyd edilən bir sıra hüquqi və instutitsional islahatların həyata keçməsinə nail olub.


  • Dövlət Qulluğu Komissiyasına dövlət qulluğunu tənzimləyən hüquqi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı verilən tövsiyyənin ardından, dövlət qulluqçıları ilə bağlı qanunların gücləndirilməsi məqsədilə Komissiyada Dövlət qulluqçularının etik davranış kodeksinin hazırlanması işi sürətləndirilib.

  • Şəffaflıq Azərbaycan təşkilatının Təhsil Nazirliyinə ünvanladığı tövsiyylərindən sonra, müəllimlərin (və həkimlərin) dövlət qulluqçularının xüsusi kateqaoriyasına daxil edilməsi istiqamətində işlərə başlanıb. Eyni zamanda xüsusilə kənd yerlərində fəaliyyət göstərən məktəbə qədər təhsil müəssisələrinin və xüsusi növ bağçaların (icma vəya ailələrə məxsus) fəaliyyətinin monitorinqinin və qiymətləndirilməsinin aparılmasına başlanacaq.

  • Kommunal xidmətlər sahəsəsində monopolist mövqeyə maik olan qurumların rolunun azaldılması ilə bağlı verilən tövsiyyələrdən sonra Milli Məclisdə Elektrik enerjisi və Qaz təminatı ilə bağlı qanuna əlavələr müzakirə edilib. Əlavələrə görə, müvafiq bildiriş olmadan təchizatın dayandırılması yol verilməzdir. Kommunal xidmətlərdən istifadə haqqlarının onlayn şəkildə ödənişinin həyata keçirilməsi üçün www.hesab.az saytı fəaliyyətə başlayıb. Bundan başqa Azərsu tərəfindən, sudan və kanalizasiya xidmtlərindən istifadə haqqları elektorik qəbz fomasında tərtib olunur və nağd ödənişlərin həyata keçirilməsinə yol verilmir.



2-4 Qanunun Aliliyi və Hüquq Resurs Mərkəzi
Layihənin əsas məqsədi məhkəmə sistemi ilə əməkdaşlığı yüksəltmək, müvafiq instutlarla əlaqələri artırmaq, məhkəmə üsulları və qanunvericilk sahəsində irliləyişlərə nail olmaq və sadə vətəndaşların məhkəməyə çıxışını asanlaşdırmaqdır. Layihə çərçivəsində, hər biri daxili vəzifələr daşıyan iki əsas fəaliyyət planı nəzərdə tutulub: pulsuz qaynar xətt vasitəsilə müvafiq işbirliyinin effektiv icrasının yaxşılaşdırılması, hüquqi yardım, məhkəmə işlərində kömək, məhkəmə dinləmələrinin monitorinqi, ictimai məlumatlandırma, potensealın gücləndirilməsi ilə bağlı tədbirlər və resurs mərkəzlərinin köməkliyi ilə hakimlərin və hüquqşünasların potesealının arıtırılması istiqamətində maarifləndirmə.
2011-ci ildə Şəffaflıq Azərbaycan təşkilatı Gəncə, Lənkəran və Şəki şəhərlərində bu layihənin icrasını həyata keçirib.


Yuxarıdakı şəkil: Şəki mərkəzinin hüquqşünası vətəndaşa hüquqi məsləhət verərkən

Yuxarıdakı şəkil: ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Bilge Cankorelin Gəncə mərkəzinə səfəri


4-cü Diaqram.

Xidmət göstərilmiş müraciətçilərin sayı (xidmət növləri) (1,861 müraciətçi)



5-ci Diaqram
2011-ci il ərzində LRC mərkəzlərinə daxil olan şikayətlərin sahələr üzrə bölgüsü
(1,576 müraciət)



LRC Uğurlu iş
Şəki şəhərinin mərkəzi bazarında bir neçə dükana sahib olan sahibkarın mülkiyyəti haqsız olaraq onun əlindən alınıb. Bu işdə xüsusən Şəki şəhərinin icra hakimiyyətinin rəhbər şəxslərinin rolu yüksək olub. Haqsız yerə köşklərini itirən sahibkar bununla bağlı məhkəməyə müraciət edib. Amma icra hakimi vəzifəsindən sui-istifadə edərək, hakimlə əlaqəyə girib və onun səyləri nəticəsində sahibkarın ziyanına qərar çıxarılıb. Qarşılaşdığı haqqsızlıqlarla əlaqədar mərkəzimizə müraciət edən vətəndaşa lazımı məsləhət verilməklə yanaşı, şikayət ərizəsi müvafiq qurumlara göndərilib. Məsələ ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yerləşdirilib və məhkəmə proseslərinin gedişi müşahidə olunub. Məhz bunun nəticəsində vətəndaş Apelyasiya məhkəməsində qalib gəlib. Amma daha sonra problem məhkəmə qərarının icra edilməməsi ilə bağlı yaranıb. Məhkəmə tərəfindən vətəndaşın leyhinə çıxarılmış qərar müxtəlif bəhanələrlə icra edilməyib. Tərəfimizdən bununla bağlı müvafiq dövlət qurumlarına məlumat verilib və məhkəmə qərarının tez zamanda icra olunması ilə bağlı tələbimiz çatdırılıb. Bu hadisələrdən sonra Məhkəmə qərarının icrası istiqamətində işlər görülməyə başlanıb. “Şəffaflıq Azərbaycan” təşkilatının Şəki mərkəzi işə fəal cəlb olunub və onlar icra prosesini yerində izləyərək baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırıblar. Mərkəzimizin hüquqşünasları icra proesesinin gedişində vətəndaşa daim hüquq məsləhətlər veriblər və onu dəstəkləyiblər. Nəticədə 2011-ci ilin 23 Noyabr tarixində məhkəmə qərarı tam icra olunub və dükanlar sahibinə təhvil verilib. Hadisədən bir müddət sonra Şəki şəhər icra hakimi işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Azərbaycan reallığında vətəndaşların qarşılaşdıqları qanun pozuntusu ilə sonadək mübarizəsi xarakterik hal deyil. Belə ki, bir çox hallarda vətəndaşlar problemlərini rüşvət verərək həll edir, bəzən isə haqsız qərarla razılaşmaq məcburiyyətində qalırlar. Amma yuxarıda adını çəkdiyimiz işdə vəziyyət fərqlidir. Vətəndaş ona qarşı edilən haqsızlıqla barışmamaqla yanaşı, problemini rüşvət verərək deyil, əksinə hər tərəfli mübarizə ilə yoluna qoymağa çalışır. O vətəndaş cəmiyyətinin üzvlərini də prosesə cəlb etməklə, onun əhatə dairəsini daha da genişləndirir. Bu kimi işlər insanları öz hüquqlarını müdafiə etməyə həvəsləndirir və vətəndaşlarla, ictimai təşkilatlar arasında inamı gücləndirir. Baş verənlərə şahid olan digər sahibkarlar da qarşılaşdıqları oxşar problemlərlə bağlı müvafiq qürumlar qarşısında məsələ qaldırdıqdan sonra isə günhkarlar barəsində daha ciddi tədbirlər görülür. Prosesdən bir müddət sonra Şəki şəhər icra hakiminin vəzifəsindən uzaqlaşdırılması məhz bu amillə bağlıdır.





5. Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin Monitorinqi
Şəffaflıq Azərbaycan təşkilatı tərəfindən 2011-ci ildə hazırlanan hesabatdan belə qənaətə gəlmək olar ki, dövlət qulluğu sahəsində, xüsusən gənc peşəkarların işə götürülməsi və dövlət qulluqçularının etik davaranış qaydaları ilə bağlı təlimlərə cəlb edilməsi ilə əlaqədar olaraq irəliləyişlər qeydə alınıb. Amma dövlət qulluğu sahəsində müasir idarəetmə ilə bağlı çatışmazlıqlar qalmaqdadır.

Hesabatda korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verilməklə yanaşı, korrupsiya qarşı mübarizə ilə bağlı cinayət işlərinin ümumi məlumat bazasının yaradılması və çirkli pulların yuyulmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən əməli addımların atılması ilə bağlı müəyyən tövsiyyələr verilib.


6. ALAC layihəsi yolu ilə Avropada İştirakçılığın və Vətəndaşlığın gücləndirilməsi
Çexiya Respublikası, Ruminiya, Bosniya və Herseqovinya və Azərbaycan tərəfindən icra olunan ALAC layihəsinin strukturu və effektivliyi barədə hesabat hazırlanıb və inkişaf etdirilməsi ilə bağlı təkliflər ortaya qoyulub. Hesabad 2012-ci ildə dərc ediləcək.
7. Medianın gücləndirilməsi: Korrupsiyaya qarşı mübarizə (İnternews təşkilatı ilə birgə)
Layihə, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış QHT kimi “Şəffaflıq Azərbaycan” təşkilatı ilə birgə Internews Azərbaycan İctimai birliyi tərəfindən həyata keçirilib;

  • Jurnalistlərin, xüsusilə regionlarda fəaliyyət göstərən jurnalistlərin bacarıqlarının arıtırlması, analitik yanaşma, oxucuların marağını cəlb etmək üçün konkret insanlara aid olan, faktlara əsaslanan hekayələrin istifadə olunması, problemin dərindən araşdırılması və onun ortaya qoyulması, qeyd edilən sahədə irəliləyişin əldə edilməsi istiqamətində tövsiyyələrin verilməsi, məsələn məmurların rüşvət almasına vəya qanunsuz fəaliyyət göstərməsinə gətirib çıxaran boşluqların müəyyənləşdirilməsi kimi.

  • Jurnalistlərin dövlət idarəçilik sisteminin müxtəlif sektorları barədə tam müfəssəl məlumata sahib olmaya bilərlər. Buna görə də, onlara vətəndaş cəmiyyəti ilə yaxın əməkdaşlıq qurmaq tövsiyə edilir ki, yazılarında vətəndaş cəmiyəti instutları tərəfindən aparılmış araşdırmalara, verilən tövsiyyələrə istinad etsinlər. Bu onları hansısa, əsassız yanaşamdan qaoruya bilər, böhtan və diffamasiya ilə bağlı ittihamları aradan qaldırar.

  • Sadə vətəndaşlar üçün narahatlıqlarını anonim qayadada çatdıra biləcəkləri sosial şəbəkə yaradılıb və www.mediaforum.azwww.transparency.az saytlarında fikirlərini sərbəst şəkildə ifadə ediblər, açıq müzakirələrə qoşulublar.

  • Müsahibələr, sorğular və forumlar təşkil edilib və ekspertlərlə vətəndaşlar arasında daha yaxın münasibətin qurulmasına köməklik göstərilib.


8. Cənubi Qafqazda İnformasiya Azadlığının Vəziyyəti
Layihınin ilk mərhələsi 2011-ci ildə tamamlanıb. İlk mərhələdə, Şəffaflıq Azərbaycan ölkədə informasiya əldə etmək azadlığı ilə bağlı qanunvericiliyi nəzərdən keçirib, Azərbaycan şəraitinə yaxın olan beynəlxlaq təcrübəni araşdırıb, dövlət qurumlarının müraciətlərə cavab vermə səviyəsini ölçmək məqsədilə müxtəlif dövlət qurumlarına 40-dan çox fərqli müraciət hazırlayaraq göndərib. Yekun hesabat 2012-ci ildə hazırlanıb, ictimayyətə təqdim olunacaq.
9. Maarfiləndirmənin Gücləndirilməsi
Layihənin məqsədi, roegionlarda, xüsusilə kənd yerlərində vətəndaşalara korrupsiyaya qarşı mübarizədə dəstək nümayiş etdirməkdir. Onlara öz hüquqları izah olunur, müvafiq dövlət və qeyri dövlət qurumlarının qaynar xəttləri barədə vətəndşalara məlumat verilir, problemlərini həll etməyin hüququ yolları izah olunur.
10. Azərbaycanda E-Hökümətin icrasının qiymətləndirilməsi
Azərbaycanda 2010-2012-ci illər Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə dövlət proqramı qəbul olunub. Dövlət proqramının icrasına nəzarət Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb. Buna əlavə qəbul edilən digər normative hüquqi aktlarla 41 fırqli dövlət qurumu tərəfindən 283 fərqli xidmətin göstərilməsi nəzərdə tutulub.
Şəffaflıq Azərbaycan təşkilatı, Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım Fondu və QHT-lərin Korrupsiyaya qarşı məlumatlandırma və əməkdaşlıq şəbəkəsi ilə birgə, ölkədə elektron hökümətin icrasının monitorinqini aparıb və bununla bağlı 21 dekabr tarixində tədbir təşkil edilib. Tədbirdə, hazırlanan sənəd təqdim edilib və bununla bağlı müzakirələr aparılıb, e-xidmət səviyyəsinin arıtırılması ilə bağlı tövsiyyələr səsləndirilib
Dövlət qurumlarının əksəriyyəti elektron xidmətlərin göstərilməsi ilə bağlı müəyyən işlər görüblər, lakin bu istiqamətdə xeyli işin görülməsinə ehtiyac var. Bir sıra dövlət qurumları Nazirlər Kabineti tərəfindən təqdim edilən qaydalara riayyət etmir, siyahıda göstərilən elektron xidmətlərdən fərqli xidmət göstərir, bundan savayı, bəzi xidmətlərdən istifadə qaydaları mövcud deyil.
Könüllülər
2011-ci ilin sonuna qədər Şəffaflıq Azərbaycan təşkilatı 359 könüllü cəlb edib, onlardan 39 nəfəri sonuncu ildə bizə qoşulub. Ötən il Parisin Sciences Po Universitetinin Beynəlxalq Təhlükəsizlik fakültəsinin tələbəsi italiya Luka Fransa senytabr ayının 3-dən dekabr ayının 11-nə qədər Bakı mərkəzində qısa müddətdə könüllü kimi fəaliyyət göstərib. Könüllülər öz fəaliyyətləri ilə təşkilatımızın korrupsiyaya qarşı mübarizəsində aktiv iştirak edib, lazımı biliklər əldə edib və təcrübə qazanıblar. Luka Cənubi Qafqazda informasiya əldə etmək azadlığının vəziyyətinin monitorinqi ilə bağlı hesabatın hazırlanması işində təşkilata köməkliyini göstərib.
Resurs Mərkəzləri
ALAC və LRC layihəsi mərkəzlərində pulsuz internet, eyni zamanda hüquqi və digər ədəbiyyatlarla tam təmin olunmuş resurs mərkəzlərimiz fəaliyyət göstərir. Mərkəzlər könüllləri təlimlərə cəlb edir. Mütəmadi olaraq pulsuz komputer və xarici dil kursları təşkil edilir. Sülh Korpusunun və Şəffaflıq Azərbaycan təşkilatının ingilis dilini bilən əməkdaşları ilə birgə Danışıq Klubları və ingilis dilində film gecələri keçirilir.


Yuxarıdakı şəkil: Şülh Korpusunun könüllüləri Şəffaflıq Azərbaycan təşkilatının Gəncə mərkəzində İngilis dili tədrisi apararkən
Mətbuatda İşıqlandırılma
2011-ci ildə kütləvi informasiya vasitələrində “Şəffaflıq Azərbaycan” Təşkilatı ilə bağlı 183 məlumat əks olunub, gördüyü işlər işıqlandırılıb.
Digər Fəaliyyət və tədbirlər

Şəffaflıq Azərbaycan təşkilatının əməkdaşları il ərzində bir sıra kompaniyalar və tədbirlər keçirmiş, eyni zamanda bəzi tədbirlərə qatılmışdır. Aşağıda onların bir neçəsi ilə tanış ola bilərsiz.


24-26 yanvar – Gələcəyə İnvestisiya: Qadınlar iqtisadi irəliləyişdə fəal iştirak edir. İstanbul, Türkiyə.
15 Aprel – Korrupsiyaya Qarşı Mübarizə Forumu. Təşkilatçılar: Korrupsiyaya qarşı mübarizə komissiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsi. Bakı, Azərbaycan.
5 May – Avropa Qonşuluq Siyasəti: Azərbaycanın Korrupsiyaya qarşı mübarizə istiqamətində götürdüyü öhdəliklərin icrası hesabatının təqdimatı, Brüssel, Belçika
19-21 May – Transparency İnternational təşkilatının Mərkəzi Asiya və Avropa ölkələri üzrə mərkəzlərinin regional görüşü, Sibiu, Rumıniya.
21 – 22 İyun – Aİ- Azərbaycan “Azərbaycanda QHT-lərin iş mühiti” vətəndaş cəmiyyətinin iştirakı ilə keçirilən seminar Bakı, Azerbaijan.
24 – 25 İyun – “Dövlət qulluğunda şəffaflıq” mövzusunda, Dövlət Qulluğu komissiyası və Almaniya Texniki Əməkdaşlıq Agentliyinin birgə təşkil etdiyi beynəlxalq seminar. Bakı, Azərbaycan.
22 Senytabr – BMT-nin İnkişaf Agentliyi tərəfədinən Biznes Etikası və Korporativ Sosial Məsuliyyət mövzusunda Qlobal Kompakt Şəbəkəsi Konfransı. Bakı, Azərbaycan..
13-16 Oktyabr - Transparency International təşkilatı üzvlərinin illik toplantısı, İdarə heyəi üzvlərinin seçkisi, Berlin, Almaniya.
İctimai Məluatlığın artırılması
2011-ci ildə Şəffaflıq Azərbaycan təşkilatının Quba və Gəncə mərkəzləri Qusar, Quba, Gəncə, Xaçmaz və Xudat şəhərəlrində bir günlük İctimai Məlumatlanmanın artırılması ilə bağlı kompaniyalar keçiriblər. Kompaniyanın keçirilməsində məqsəd rüşvətə qarşı mübarizədə vətəndaş fəallığını və təşəbüskarlığını artırmaq olub.

Yuxarıdakı şəkillər: ALAC mərkəzinin könüllüləri təbliğat matereallarını yayır.
Bizim tərəfdaşlar


  • Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası

  • Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi

  • Daxili İşlər Nazirliyi

  • Təhsil Nazirliyi

  • Məhkəmə Hüquq Şurası

  • Ədliyyə Nazirliyi

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

  • Dövlət Qulluğu Komissiyası

  • Azəriqaz

  • Bakıelektrikşəbəkə

  • Azərsu

  • “Konstitutsiya” Araşdırmalar Fondu

  • Sahibkarlığın İnkişafına Kömək Fondu

  • Təhsildə İnnovasiyalar Mərkəzi

  • İnsan Hüquqları Cəmiyyəti

  • Hüquqi Təhsil Cəmiyyəti

  • Azərbaycan Hüquqşünaslar Asossiasiyası

  • Avrasiya Hüquqşünaslar Assosiasiyası

  • Gənc Hüquqşünaslar Birliyi

  • Korrupsiyaya Qarşı Mübarizə Fondu

  • Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi

  • Avroatlantika Forumu

  • Milli Platforma (Azırbaycan fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Aliyansı)


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq
“Şəffaflıq Azərbaycan” təşkilatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə dəyirmi masa keçirib. Dəyirmi masanın keçirilməsində məqsəd ünvanlı sosial yardımın təyinatı və paylanması zamanı qarşıya çıxan korrupsiya risklərini minimuma endirmək və bu sahədə şəffaflığın və hesabatlılığın artırılması olub. Nazirliyə verilən əsas tövsiyyələrdən biri, nazirliyin fəaliyyətində şəffaflığın təmin edilməsi üçün, vətəndaş cəmiyyətinin iştirakçılığını artırmaqla bağlı olub. Nazirliyə tövsiyyə edilib ki, qurum daxilində QHT-lərin də cəlb edildiyi, Əməkdaşlıq və Monitorinq Şuraları yaradılsın. 2011-ci ilin 18 İyul tarixində belə bir şura ttəsis edilib. Bundan başqa qurum daxilində alt komissiya formalaşdırılıb. Şəffaflıq Azərbaycan iki alt komissiyanın işinə cəlb edilib. Bunlar 1) sosial müavinətlər və ünvanlı sosial yardım, eyni zamanda 2) məcburi köçkünlər və veteranlara mənzillərin paylanması ilə bağlı komissiyalardır
Dövlət Qulluğuna qəbul prosesinin monitorinqi
2011-ci ildə Dövlət Qulluğu komissiyası tərəfindən Prokurorluq, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasına keçirilən qəbul imtahanlarının gedişini müşahidə etməyə dəvət olunub.
2011-ci ildə nəşrlər


    • Qanun nə deyir? Ən çox verilən suallar və cavabları

    • Vətəndaşın əl kitabçası

Bax: www.transparency.az




Cədvəl 2 İdarə heyətinin üzvləri

Adı və soyadı
Vəzifəsi
Rolu
1
Fuad Süleymanov
Hüquq elmləri namizədi, ACİ-YF Vətəndaş Cəmiyyəti Proqramı üzrə Menecer
Təsisçi
İdarə heyətinin sədri
2
Sabit Bağırov
Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım Fondunun prezidenti, texniki elmlər namizədi
Təsisçi

İdarə heyətinin keçmiş sədri


3
Dürdanə Məmmədova
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ məsələləri üzrə şöbə müdiri, Hüquq Elmləri doktoru

Təsisçi


İdarə heyətinin üzvü
4
Rəna Səfərəliyeva
Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər Universitetinin İngilis dilinin stilistikası kafedrasının dosenti
Təsisçi, İcraçı direktor, məhdud səlahiyyətli idarə heyəti üzvü



5
Rəşid Hacıyev
Direktor, Media Hüquqları İnstitutu
İdarə Heyətinin üzvü
6
Əliməmməd Nuriyev
“Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti, QHT-lərin Korrupsiyaya qarşı mübarizə üzrə məlumat və əməkdaşlıq şəbəkəsi
İdarə Heyətinin üzvü

Cədvəl 3. Bizim əməkdaşlarımız və əlaqələr

Website: www.transparency.az



Facebook-da səhifə: http://www.facebook.com/Transparencyazerbaijan?ref=tn_tnmn

E-mail info@transparency.az


Bakı ofisi

Bakı, Azərbaycan, AZ 1009, Cəfər Cabbarlı küç. 16, mərtəbə1, mən. 7


Tel: (994 12) 497 81 70; 497 68 15 Tel/Fax: (994 12) 596 20 38 Toll free: (088) 707 07 07




Vəzifəsi

Adı və Soyadı

Təhsil

E-mail


1

İcraçı direktor

Rəna Səfərəliyeva

Moskva Xarici Dillər İnstitutu, Ümumi Dilçilik Elmləri namizədi, Azərbaycan Dillər Universiteti, Filologiya Elmləri doktoru

rena@transparency.az


2

Layihənin baş koordinatoru

Ceyhun Atayev

Şərqşünaslıq üzrə Magistr dərəcəsi, Bakı dövlət universiteti

jeyhun@transparency.az

3

Baş hüquqşünas

Azər Talıbov

Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin baş müəllimi

azer@transparency.az


4

Hüquqşünas köməkçisi

Aysel Hüseynova

Hüquq üzrə magistr dərəcəsi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyası

aysel@transparency.az

5

İnzibati /maliyyə meneceri

Zəminə Əliyeva

Bakı Kompyuter Kolleci, İdarəçilik və İT üzrə diplom

zamina@transparency.az


6

Mühasib

Natəvan Hacıyeva

Daşkənd İctimai İqtisad İnstitutu, maliyyə işi üzrə magistr dərəcəsi



natavan@transparency.az

7

İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis

Kənan Qasımov


Azərbaycan Dillər Universiteti, Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi

kanan_q@transparency.az


Gəncə mərkəzi

Ganja - AZ 2000, AZ 2000, Cavadxan küçəsi 35/1

Tel/fax: (994 22) 256 40 42 Toll free: (088) 202 02 02

8

Hüquqşünas/ Mərkəz direktoru

Sevinc Məmmədova

Azərbaycan Beynəlxalq Universiteti hüquq sahəsi üzrə bakalavr təhsili

sevinj@transparency.az


9

Layihə köməkçisi

Gültəkin Abdullayeva

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi üzrə bakalavr dərəcəsi

gultekin@transparency.az


10

Hüquqşünas

Babək Həmidov

Azərbaycan Universiteti, Hüquq sahəsi üzrə bakalavr təhsili

babek@transparency.az

11

Hüquqşünas

Kənan Həsənov

Xəzər Universiteti, hüquq sahəsi üzrə bakalavr təhsili

kanan@transparency.az

Lənkəran mərkəzi

Lənkəran AZ 4200, Qala Xiyabanı küç. 12

Tel: (994 171) 55 17 25 Fax: (994 171) 55 09 04 Toll free: (088) 303 03 03


12

Koordinator

Afiq Məlikov



Lənkəran Dövlət Universiteti, Təbiətdən istifadə və təbiəti mühafizə ixtisası üzrə Magistr dərəcəsi

afiq@transparency.az

13

Hüquqşünas

Ehtiram Fəttayev

Azərbaycan Beynəlxalq Universiteti, Hüquq üzrə bakalavr dərəcəsi

etiram@transparency.az


14

Hüquqşünas

Könül Rəcəbova

Ali İctimai-Siyasi Kollec, Hüquq Təhsili sahəsində bakalavr dərəcəsi,

konul@transparency.az

Quba mərkəzi

Quba AZ 4000, Fətəlixan küç, 65

Tel/fax: (994 169) 35 14 91 Toll free: (088)  404 04 04


15

Hüquqşünas/

Mərkəz direktoru



Eldar Kərimov

Sankt-Peterburq Dövlət Universiteti, Hüquq ixtisası üzrə magistr dərəcəsi

eldar@transparency.az


16

Layihə köməkçisi

Imran Əsgərov

Bakı İcra Hakimiyyəti yanında işgüzarlıq təlimləri mərkəzi sertifikat

imran@transparency.az

Şəki mərkəzi

Şəki AZ 5500, M. Rəsulzadə küç. 177, mən. 3

Tel/fax: (994 177) 44 26 55 Toll free: (088) 505 05 05


17

Koordinator/ Mərkəz direktoru

Tural Salamaov

Beynəlxalq Universitet Mingəçevir Filialı Filologiya ixtisası üzrə bakalavr təhsili

elshan@transparency.az




18

Hüquqşünas

Kəmalə

Məmmədova



Dağıstan Dövlət Universiteti, Hüquq ixtisadı üzrə magistr dərəcəsi

kamala@transparency.az




19

Hüquqşünas

Zöhrab Huseynov

Hüquq təhsili, Penza Dövlət Universiteti

zohrab@transparency.az





Maliyyə haqqında məlumat

6-cı Diaqramda maliyyə mənbələri göstərilib:


6-cı Cədvəl
2011-ci ildə Səffaflıq Azərbaycan Təşkilatının Donorları


Cədvəl 7. 2011-ci ildə kateqoriyalar üzrə xərclər (avro ilə göstərilib)

2011-ci il üçün yekun maliyyə hesabatı aşağıdakı kimidir: Rəqəmlər Evro ilə göstərilib.
Gəlirlər 258, 140

Hesabat dövrünün başlanğıcında olan vəsait 33, 132

Xərclər 279, 424

İlin yekununa qalan vəsait 10, 848



İl üçün Aktiv saldo və ya kəsir -21, 284
Nəzarət Mexanizmləri
Maliyyə sənədləri və dəstəkləyici sənədlərin əsilləri donorlar (ATƏT, USAİD) tərəfindən onların prosedurlarına uyğun şəkildə yoxlanıb. Hər bir layihə fərdi olaraq layihənin yekununda auditə cəlb olunub. Şəffaflıq Azərbaycan tərəfindən icra olunan bütün layihələr və maliyyə sənədləri müstəqil audit tərəfindən təftiş edilib. 2012-ci il üçün auditor HLB Azerbaijan LLC-dir. Auditor barədə daha ətraflı məlumat www.hlbi.com saytından əldə edilə bilər.
Tərtib etdi:

  • Ceyhun Atayev, Layihələr üzrə baş koordinator

  • Azərbaycan dilinə tərcümə və redaktə: Kənan Qasımov, İctimaiyyətlə Əlaqələr və Media məsələləri üzrə mütəxəssis



İstinadlar


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə