Sampo rosenle w sr 2045 sr 2055




Yüklə 99.72 Kb.
tarix13.04.2016
ölçüsü99.72 Kb.





Sampo

R O S E N L E W

SR - 2045
SR - 2055
TAXILYIĞAN KOMBAYNLARININ TƏMİRİNİN TƏŞKİLİ



Aqroservis müəssisələrinin mütəxəssisləri

üçün tövsiyə

Lənkəran 2015



GİRİŞ
1. TƏMİR-XİDMƏT İSTEHSALATININ TƏKMİLLƏŞDİRİLMƏSİNİN ƏSAS ŞƏRTLƏRİ.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnikalarla təmin edilməsi vəziyyəti barədə” Respublika Kənd Təsərrüfatı Nazirliyinin kollegiya qərarının icrası ilə əlaqədar, regionlara yeni kənd təsərrüfatı texnikalarının gətirilməsi məqsədilə özəl Aqroservis müəssisələri və texnika parkları yaradılmışdır.

Respublikanın Aqrar sahəsinin inkişafı üçün gətirilmiş daha müasir, güclü və mürəkkəb konstruksiyalı kombaynların təmirinin texnologiyasının yüksək səviyyəyə çatdırılması üçün təmir müəssisələrin material-texniki bazasının möhkəmləndirilməsi tələb olunur. Təmirin və texniki xidmətin təşkilinin mövcud metodları və tətbiq edilən texnoloji avadanlıqlar yeni konstruksiyalı məhsuldar kombaynların təmirini yüksək səviyyədə keçirilməsini təmin etmir.

Respublikanın Muğan-Salyan bölgəsinin kəndli fermer təsərrüfatlarında və Aqroservis müəssisələrində aparılmış müşahidələr, qabaqcıl təcrübənin öyrənilməsi, təmirin təşkilinin perspektiv istiqamətləri göstərir ki, texnikaların təmir-texniki xidmət işləri müasir tələbata uyğunlaşdırılmalı, Sampo SR-2045, SR-2055 və sairə mürəkkəb konstruksiyalı taxılyığan kombaynların təmiri regionlarda təşkil edilməlidir.
1.1. Taxılyığan kombaynların təmir-xidmət bazası.
Kənd təsərrüfatı texnikalarının istismara yararlığını təmin etmək üçün Respublikanın bölgələrində Aqroservis müəssisələri təşkil olunmuşdur və bu Aqroservis müəssəsilərində kombaynların cari təmiri təşkil edilməlidir. Əsaslı təmir isə Əzizbəyov adına təmir sınaq zavodunda və digər təmir müəssisələrində həyata keçirilməlidir. Kombaynların cari təmiri zamanı aqreqat metodundan istifadə edilərək sıradan çıxmış hissələr dəyişdirilir və texniki xidmətlər göstərilir. Əsas aqreqatlar bəzən dəyişdirilir və bəzən də xüsusi stendlərdə nizamlanır. Zavodda aqreqatlar əsaslı təmir olunaraq kombaynlar üzərində quraşdırılıb yoxlanılır və nizamlanır.

1.2. Kombaynların texniki xarakteristikası.
Sampo SR-2045 və SR-2055 markalı taxılyığan kombaynlar yeni nəsil yüksək məhsuldar, güclü mühərrikə malik olan kombaynlardır. Bu kombaynların texniki xarakteristikasında maşınqayırmanın yeni nailiyyətləri cəmləşdirilmişdir. Bu kombaynların təmir-texniki xarakteristikaları qismən dəyişdirilmiş və müasir texnologiyaya uyğunlaşdırılmışdır.

Kombaynların əsas texniki xarakteristikası cədvəl 1-də verilmişdir.


Cədvəl 1

Sampo SR-2045 və SR-2055 markalı taxılyığan kombaynların əsas texniki xarakteristikası.

Göstəricilər

Kombaynın markası

SR-2045

SR-2055

1

2

3










Kəsən aparat (jatka)







En götürümü, m

4,2

4,2

Cəhrə







Diametr, m

1,05

1,05

Dövrlər sayı, dövr/dəq

15...49

15...49

Döyən baraban







Eni, m

1,11

1,11

Diametri, m

0,50

0,50

Dövrlər sayı, dövr/dəq

600...1300

600...1300

Baraban altlığı







Baraban altlığın sahəsi, m2

0,51

0,51

Samansilkələyən







Klavişlərin sayı, ədəd

4

4

Sahəsi, m2

4,80

4,60

Bunker







Həcmi, m3

3,7

3,7

Mühərrikin markası

44ET/ETİ

SİSUDESEL

620DL


Gücü, kvt/a.q

85/115

92/125

Dövrlər sayı, dövr/dəq

2200

2200

Silindrlərin sayı, ədəd

4

6

Yanacaq bakın həcmi, l

200

200

Çəkisi, kq

6800

7200

SR-2045 və SR-2055 kombaynları eni 4,2; 5 və 7,5 m olan biçən aparatlarla təchiz olunur və birbaşa biçin üçün nəzərdə tutulmuşdur. Kombaynların biçən aparatının şnekinin diametri artırılmış və gücləndirilmiş barmaq mexanizmi ilə təchiz olunmuşdur. Cəhrənin mərkəzi borusunun diametri böyüdülmüşdür, bu da əlavə bərkidicinin qoyulmasına ehtiyac qoymur. Biçən aparatla ön kamera arasında birləşdirici qoyulmuşdur. Bu da biçən aparatın demontajı zamanı kipləşdirici elementlərin dağılmasının qarşısını alır. Kəsən aparat taxıl kütləsinin ön kameranın transportyeruna bərabər səviyyədə verilməsini təmin edir. Bu da transportyora düşən yükü azaldır. Bunkerin və mühərrikin yerləşmə sxemi dəyişdirilmiş və kombaynın konstruksiyasına uyğunlaşdırılmışdır.

SR 2045 və SR-2055 kombaynlarında 8 spirallı baraban quraşdırılmışdır. Barabanın diametri 0,5 m, eni isə 1,11 m-dir. Barabanın dövrlər sayı 600...1300 dövr/dəqiqə arasında dəyişir. Taxıl bunkerinin həcmi hər iki kombaynda 3,7 m3-dir. Sampo SR-2045 kombaynı 44ET/ETİ markalı dörd silindrli mühərriklə, Sampo SR-2055 kombaynı isə SİSUDESEL 620DL markalı altı silindrli mühərriklə təchiz olunmuşdur. Kombaynlarda həm mexaniki və həm də hidrostatik transmissiyalar quraşdırılır. Kombaynın işçi sürəti 10 km/saata qədərdir. SR-2045 kombaynın çəkisi 6800 kq, SR-2055 kombaynın çəkisi isə 7200 kq-dır.

Kombaynların qabarit ölçüləri:

uzunluğu 9,95 m;

eni 4,5 m;

hündürlüyü 3,65 m-dir.

Sampo SR-2045 və SR-2055 kombynların təmirə yararlığı yaxşılaşdırılmış, sökmə-yığma işlərin ümumi əmək sərfiyyatı aşağı salınmışdır. Yığım hissələrin 60%-dən çoxunun yanaşma əmsalı 1-ə bərabərdir. Orta hesabla kombaynları üzrə bu əmsal 0,7-dir.


2. SAMPO SR-2045 VƏ SR-2055 KOMBAYNLARININ

TƏMİRİNİN TƏŞKİLİ.
2.1. Təmirin keçirilməsi üzrə tövsiyyələr.
Kombaynların təmirinin təşkili zamanı əsas şərtlərdən biri təmir aparılan yerin müəyyən edilməsi, texnikanın təmir müəssəsinə gətirilməsi və qorunmasıdır. SR-2045 və SR-2055 kombaynları böyük qabarit ölçülərə malik olduqlarına görə onların təmir müəssəsinə gətirilməsi ağır işdir və onların xarici təsir amillərindən qorunması çətindir. Kombaynın maksimal sürəti 25 km/saat-a qədər olduğu üçün onların magistral avtomobil yollarında hərəkət etməsi çətinləşir. Kombaynın çəkisi 7000 kq-a yaxın olduğu üçün bəzi körpülərlə onların hərəkət etməsi mümkün olmur. Kombaynın yalnız mailliyi 100-dən çox olmayan yollarda hərəkət etməsinə icazə verilir. Söndürülmüş mühərriklə kombaynın 5 km-dən artıq məsafəyə buksir ilə dartılması yolverilməzdir. Buksir zamanı hərəkət sürəti 7 km/saat-dan çox olmamalı və döngələrdə 3 km/saat olmalıdır. Kombaynların qorunmasına bir sıra tələblər qoyulur. Qiymətli materialdan hazırlanmış bəzi hissələr xarici mühitin təsiri nəticəsində tez sıradan çıxır. Ona görə də texniki şərtlərdə göstərildiyi kimi kombaynlar quru və bağlı yerlərdə qorunub saxlanılmalıdır. Təmirin təşkilinin ümumi sxemi şəkil 1-də verilmişdir. Kombaynların cari təmiri Aqroservis müəssisələrin təmir emalatxanalarında kombaynın əsas hissələrinin sökülməsi və təmiri ilə yekunlaşdırılır. Əsaslı təmir isə ixtisaslaşdırılmış təmir müəssisələrində (Əzizbəyov TSZ və digər təmir müəssisələrində) keçirilməlidir. Bu müəssisələrdə həmçinin kombaynların qorunması da nəzərdə tutulmalıdır. Kombaynın əsəs hissələrinin və yığım vahidlərinin təmirinin müəssisələr arasında paylanması norması cədvəl 2-də verilmişdir.
Cədvəl 2

Sampo SR-2045 və SR-2055 kombaynlarının əsas hissələrinin təmir işlərinin həcminin təmir müəssisələri arasında bölüşdürülməsi.

Əsas hissələr



Aqroservis müəssisələri

Təmir

müəssisələri



cari təmir

əsaslı təmir

Biçən aparat:

bıçaq


şnek

Cəhrənin variatoru

Ön kamera

Transporter

Döyən baraban

Baraban altı

Variatorun aparıcı şkifi

Barabanın variatoru

Reduktor

İdarəedici təkərlərin gövdəsi

Samansilkələyənlər

Xəlbir


Taxıl və sümbül şnekin elevatoru

Taxıl və sümbül şnekin koğuşu

Ventilyator

Qotmanlayıcı

Bunker

Boşaldıcı şnek



Bunkerin şneki

Dizel


Elektrik avadanlığı

Hidrosistem



+

+

+



+

+

+



+

+

-



-

+

+



+

+
+


+

+

+



+

+

+



+

+

-


+

-

+



-

+

+



+

-

+



+

-

-



-

-

-



-

-

-



-

-

-



+

+

+





Kombaynın nizamlanması və

obkatkası




Yığım vahidlə-rinin Aqroservis müəssisələrində təmiri

Kombaynın rənglənməsi





Kombaynın təmirinin keyfiyyətinə

nəzarət

İlkin hisssələr və yığım vahidləri



Qorunmağa qoyulması



Şəkil 1. Kombaynın təmirinin təşkili sxemi.
2.2. Təmir xidmət bazalarına tələbat.
Aqroservis müəssisələrində Sampo SR-2045 və SR-2055 taxılyığan kombaynların təmirinin keçirilməsi üçün uyğunlaşdırılmış təmir emalatxanaları olmalıdır. Təmir müəssisələrin giriş qapıları aşağıdakı ölçüdə olmalıdır: eni 5,8 m, hündürlüyü 4,3 m. Yeni lahiyələndirilmiş binalarda yeni standarta uyğun olaraq qapıların eni 5,4 m, hündürlüyü isə 5,8 m olmalıdır. Qaldırıcı qurğuların qarmağının minimal hündürlüyü 4,8 m olmalıdır. Kranların hündürlüyünün sxemi şəkil 2-də göstərilmişdir.


Şəkil 2. Sampo SR-2045 və SR-2055 taxılyığan kombaynların təmiri üçün binanın sxemi.
Sökmə-yığma sahəsində və ya xəttində kombayn elə saxlanılmalıdır ki, onun oxundan binanın divarına qədər olan məsafə 4,3 m-dən az olmasın. Bu kombaynın iri ölçülü hissələrinin açılmasına şərait yaradır. Yuyulma sahəsində kombaynın qoyuluşu sxemi şəkil 3-də göstərilmişdir.


Şəkil 3. Xarici səthlərin və sökülüb yığılmış hissələrin yuyulması üçün

kombaynların yerləşdirilməsi sxemi.



Cədvəl 3
Təmir emalatxanasının binasının tikinti sahəsinin

xarakteristikası.


Parametrlər

Proyektlər

I qrup

II qrup

III qrup

Emalatxananın ölçüləri, m

uzunluğu


eni

Mərkəzi xəttin ölçüləri, m

uzunluğu

eni


Binanın hündürlüyü, m

46-56


28-31
32

10,8


4,00-4,07

46-56


28-31
30-42

9-12


3,57-6,40

42-66


18-30
36-60

12;18


7,0-8,0

Təmir sexi aşağıdakı tələblərə cavab verməlidir:


eni - 18 m;

sexin uzunluğu - 30m;

hündürlüyü - 7,2m;

qapıların ölçüləri - 5,4x4,8 m;

kran-balkanın yükgötürmə qabiliyyəti - 3,2 t.
I qrup təmir emalatxanası.

Sexdə təmir olunacaq yığım vahidləri sökülür, təmir olunur, nizamlama və rəngləmə işləri aparılır.

Yığım vahidlərin cari təmiri emalatxananın istehsalat meydançasında həyata keçirilir.
II qrup təmir emalatxanası.
Tam dəstləşdirilmiş Sampo SR-2045 və SR-2055 kombaynların üzərindən qabaritdən çıxan hissələri (hava yığıcı, boşaldıcı şneki və sairə) söküldükdə kombaynların ölçüləri azalır və onun bu tip təmir emalatxanasın sərbəst daxil olması və sökülməsi mümkün olur. Dizel, bunker və ya kabina təmir olunarsa onu emalatxanadan kənarda kranla və ya digər qaldırıcı vasitələrlə qaldırıb yerə qoymaq və sonra kombaynı dartıb emalatxanaya salmaq lazımdır.
III qrup təmir emalatxanası.
Binanın giriş qapılarının və digər qabarit ölçüləri imkan verdiyinə görə bu tip emalatxanalarda kombaynın tam dəstində təmiri mümkündür.
2.3. Təmir emalatxanasının kombaynların təmirinə tam hazırlanmasına olan ümumi tələblər.

Təmir müəssisəsinin texniki hazırlığı onun təmir üçün tələb olunan şəraitin yaradılmasından çox asılıdır. Sampo SR-2045 və SR-2055 taxılyığan kombaynların təmirini təmin etmək üçün aşağıda qeyd edilmiş təşkilatı-texniki tədbirləri həyata keçirmək lazımdır:

1. Kombaynların və digər mürəkkəb texnikaların illik təmir planından asılı olaraq təmir emalatxanasının yüklənmə planını müəyyən etmək lazımdır.

2. Təmir texnoloji prossesini nəzərə alaraq hər bir kombayn üçün təmir müddəti müəyyən olunmalı və texnoloji kartalar hazırlanmalıdır.

3. Təmir emalatxanası (Aqroservis müəssisəsi) normativ-texniki və texnoloji sənədlərlə təmin olunmalıdır.

4. Müəssisə müasir diaqnostik avadanlıqlar, təmir texnoloji ölçü vasitələri, cihaz və digər avadanlıqlarla təmin olunmalıdır (əlavə 1).

5. Təmir müəssəsini nəzarət-ölçü cihazlarla təmin etmək lazımdır.

6. Mühəndis-texniki işçiləri və təmir üzrə mütəxəssisləri Sampo SR-2045 və SR-2055 kombaynlarının təmiri üçün hazırlamaq lazımdır.



2.4. Kombaynların təmiri üçün sahələrin və iş yerlərinin təşkilinə olan əsas tələblər.
2.4.1. Təmizləmək və yumaq.
Sampo SR-2045 və SR-2055 taxılyığan kombaynların təmizlənməsi və yuyulması bir neçə faktoru özündə birləşdirən çətin bir texnoloji prossesdir:

- çirklənmənin xarakteri (ot qalıqları, yağlama nəticəsində çirklənmə, toz, palçıq və sairə) müxtəlif təmizləmə üsulunu tələb edir;

- kombaynın iri qabarit ölçüyə malik olması;

- mürəkkəb konfiqurasiyalı hissələrə yanaşmanın çətinləşməsi;

- yığım vahidlərin konstruktiv xüsusiyyətləri hansı ki, təmizləmə və yuma işlərinin yerinə

yetirilməsini çətinləşdirir (podşipniklər, cihaz və elektrik avadanlıqları, avtomatik nəzarət blokları və sairə).

Sampo SR-2045 və SR-2055 kombaynların təmizlənməsini və yuyulmasını bir neçə etapda aparmaq lazımdır:

- taxıl biçinindən sonra növbəti mövsümə qədər qorunmağa saxladıqda kombaynın təmizlənməsi və yuyulması;

- təmir və ya texniki xidmət göstərmək üçün kombaynı təmir emalatxanasına gətirərkən quru təmizləmə və yuma;

- kombayn söküldükdən sonra yığım vahidlərinin və detalların yuyulması.

Kəsən aparatın işçi orqanları: döyən aparat, transportyerlar, təmizləyici aqreqatlar, şkiflərin ot qalıqları ilə daxilinin tutulması (küləş, pufə, dənlə), tozlu ot qalıqları və sairə. Bundan başqa dizelin hissələri, döyən aparatın molotilka panel və podşipnikləri, hidravlik avadanlıqlarının aqreqatlarına yağın düşməsi. Bu növ çirklənmələri aradan qaldırmaq üçün təmizləmə və xarici səthin yuyulması daha effektlidir. Təmizləmədən qabaq pəncərələrin qapaqcıqları, şnek və elevatorların texnoloji pəncərəcikləri açılmalıdır. Qoruyucu qapaqlar açılmalı və nominal rejimdə mexanizimlərin fırladılması təmin olunmalıdır. Təmizləyici ventilyatorun hava seli artırılmalıdır. Quru təmizlənməni şetkalar, təmizləyicilər vasitəsilə və sıxılmış hava vurmaqla həyata keçirmək lazımdır. Daha yaxşı təmizləməni aparmaq üçün bəzi hissələri kombayn üzərindən açmaq lazımdır. Elə etmək lazımdır ki kombaynda nizamlama işləri pozulmasın. Kombaynın xarici səthini yüksək təzyiqli yuyucu nasoslarla yumaq lazımdır. Bəzi hissələrin (generator, maqneto, rele, akkumulyator batareyaları və sairə) su ilə islanmasının qarşısını almaq üçün onların üzərinə çexol, salafan və sairə çəkmək lazımdır. Podşipniklər üzərinə yuyucu mayenin düşməsinə yol vermək olmaz. Kombaynı sökərkən açılan hissələr və yığım vahidləri yuyulmalıdır. Yığılmaya daxil olan yeni hissələr konservasiyadan çıxarılmalı və yuyulmalıdır.
2.4.2. Təmirdən qabaq kombaynların

diaqnostikadan keçirilməsi.
Kombaynın diaqnostikadan keçirilməsi yığım vahidlərinin və düyünlərinin sökülmədən texniki vəziyyətini yoxlamaq məqsədilə həyata keçirilir. Kombaynın texniki vəziyyətinin qiymətləndirilməsinə aşağıdakı etaplar daxildir:

- kombaynçını sorğu suala tutmaq;

- kombayna baxış;

- kontrol parametrlərin təyini;

- texniki vəziyyət haqqında yekun rəyə gəlmək.

Kontrol-diaqnostik işlərin görülməsinə əmək sərfiyyatını aşağı salmaq üçün təyin olunmuş işləri ardıcıllıqla görmək lazımdır.

Taxıl yığımı işləri qurtardıqdan dərhal sonra kombaynçıdan kombaynın texniki vəziyyəti haqqında məlumat almaq, istismar dövründə baş verən

nasazlıqları aydınlaşdırmaq lazımdır. Sorğunun nəticələrini diaqnostik kartaya daxil etmək lazımdır (əlavə 2).



Kombaynı təmizləməzdən və yumazdan əvvəl sistemlərdən yanacağın, yağın və suyun damcılanmasının qarşısı alınmalıdır. Əlavə olaraq kombaynın normal işinə təsir edən səs-küyü aradan qaldırmaq lazımdır. Kombaynı təmizlədikdən və yuduqdan sonra əlavə olaraq kontrol-ölçü cihazları ilə kombaynın düyün və hissələrin texniki vəziyyətini yoxlamaq lazımdır. Yoxlanılan parametrlərə əsasən kombaynın təmirə ehtiyacı müəyyənləşdirilir. Onun təmir olunub-olunmaması aydınlaşdırılır. Diaqnostikadan keçmiş kombayn təmir emalatxanasına gətirilir və təmirə qoyulur. Kombaynın qorunması DST 7751-85 tələblərinə uyğun aparılmalıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə