Rzalilar məHƏLLƏSİ r bəhram İsmayılov




Yüklə 41.11 Kb.
tarix20.04.2016
ölçüsü41.11 Kb.
RZALILAR MƏHƏLLƏSİ

R




Bəhram İsmayılov



Əsgər İsmayılov
zalılar məhəlləsi – Horadiz kəndinin şimal-şərq qurtaracağında, Horadiz – Füzuli şosse yolunun sağ və sol ətrfında, Qozlu çay, Calal dərəsilə, Aslan dərərəsi arasında yerləşir. Bu məhəllədə yaşamış kənd ağsaqqalı Rza kişinin böyük hörmət və ehtirama görə və Rza kişinin rəhbərliyi və kankan kimi iştirakı ilə Rzalılar kəhrizi inşa edildiyinə görə bu məhəlləyə “Rzalılar” adı verilmişdir. Onun oğlu kənd ağsaqqalı Qəmbər İsmayiıov da atası Rza kişinin yolu ilə gedərək, kəndimizdə ən xeyirxah bir işlə - kankanlıqla məşğul olub kəhrizlərimizi abadlaşdırırdı.

Burada yaşamış Musa Oruc oğlu İsma­yılovun 100-dən çox nəvə-nəticəsi və kötücəsi vardır. Onun oğlu İsa və həyat yoldaşı Dılşad Ədil qızı ilə birgə 13 övlad həyata gətirmişlər.

H


Həşim İsmayılov
acı Abbas oğlu Abı kişi kənd ağsaqqalı 112 ildən çox yaşamış və 1986-cı ildə vəfat etmişdir.

Abı kişinin oğlu Abbas Rzayev uzun illər kənd orta məktəbində kimya müəllimi işləmiş, həm də gecə fəhlə-kəndli məktəbin direktoru vəzifəsində işləmiş bacarıqlı və işgüzar insan kimi özünü göstərmişdir.

Bu məhəllədən olan Bəhram Qulu oğli İsmayılov uzun müddət kənd orta məktəbində də çalışqan, bacarıqlı və savadlı müəllimlərdən biridir. Onun kənd adamları arasında hörməti danılmazdır. Onun kiçik qardaşı İsmayılov El­dar burada qarışıqmallar dükanı açmış və öz həmyerlilərinə nümunəvi xidmət köstərmişdi.

Məhəllənin ağsaqqallarından Muxtar Həsənov, Musa İsmayı­lov, Qəmbər İsmayılov, Ağamalı İsmayılov, Rəşid İsmayılov, Əvəz İsmayılov, İsmayıl İsmayılov, Hümbət Rzayev, Surxay və Kalbalı Əliyevlər kimi kişilərin hər biri haqda geniş xoş xatirələr, mərdlik və igidliklər, söz-söhbətlər, onları tanıyanların qəlbində yaşayır.



Bu məhəllənin rəşadətli oğlu – Qarabağ müharibəsinin hava döyüşlərin şəhidi – Adil Əsgər oğlu İsmayılov igid, mətin, döyüşkən və ölməz təyyarəçi kimi ürəklərdə yaşayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!..
CALAL DƏRƏSİ VƏ MƏHƏLLƏSİ

Calal dərəsi – Horadiz qəsəbəsindən Füzuliyə gedən şosse yolunun 13 km-də, yolun sağında, Namazalılar və Rzalılar məhəl­ləsinin arasında yerləşən dərədir.

Calal dərəsi – Horadizdə tanınmış kənd ağsaqqalı və 100 il ömür sürmüş Calal kişinin evinin yanında yerləşdiyi üçün onun adı verilmişdir. Calal kişi Məşədi Xanların oğludur. O, çox qoçaq və mərd adam olmuş, həm də Qaçaq Süleymanın dəstəsində vuruş­muşdur.

Qeyd: Nənəqız nənəm deyərdi ki, 1924-ci ildə Horadiz kəndinə Qaçaq Süleyman öz dəstəsilə növbəti dəfə basqın edərkən Namaz babamın firqə (partiya) adamı kimi cəza vermək istədikdə, onun anası Səkinə nənə oğlunu müdafiə məqsədilə özünü qabağa verib oğlunu ölümdən xilas etmişdi. Həmin vaxtı mən cavan gəlin olduğumdan və mənə qaçaqlar tərəfindən xətər gəlməsin deyə bir “qaçaq” üzü bağlı qolumdan tutub məni gətirib qaynım Bayramalının evinə təhvil verdi. Sonralar bildim ki, o qaçaq Calal Xanlar oğlu imiş.

Camaat arasında çox deyib gülən, zarafatcıl adam kimi tanınırdı.

Calal dərəsində 1970-ci illərdən sonralar yaşayış yeri seçənlər burada özlərinə ev tikərək həyətyanı bağlar da salmışdılar.

Bu dərədə yaşayanlar: - Namazalıyev Əsgər, Namazalıyev Qafqaz, Həsənov Şamxal, Həsənov Yusan, İbrahimov Hilal, İsmayılov Heydar, Namazov Əyyub, Namazov Namaz, Namazov Qəmbər, Behbudova Sərvinaz, Behbudov Cahangir, Quluyev Telman, Soltanov Abış, Bayramov İskəndər Xudaverdi oğlu və Yadigarov İskəndər Qurban oğlu müəllimin ailələri yaşayırdılar.

Yolun alt hissəsində isə Namazalıyeva Afərim Muxtar qızı və Əhmədov Calal Xanlar oğlunun evləri vardı.
NAMAZALILAR MƏHƏLLƏSİ

Namazalılar məhəlləsi – Namazalılar tirəsindən, Kərbala İsmayıllılar məhəlləsinin üst tərəfindən başlayaraq, Horadiz –Füzuli şosse yolu boyunca, Qönçə dərəsi yolun üstü və altı, Calal dərəsinə qədər, bu istiqamətdə Qozlu çaya kimi olan ərazidə yerləşir.

Namazalılar tayfası Horadiz kəndinin indiki ərazisində Yadigarlılardan sonra məskunlaşan ilk sakinlərdəndir.

Kəndimizdə ən böyük tayfalardan biri olan Namazalılar, çox-çox illər bundan qabaq bu yerlərdə məskən salmışlar. Namazalı babamız bizim kənddə kəndxuda olmuşdur. Bu da onu göstərir ki, Namazalı babamızdan qabaq yaşayanlarımız kənddə camaat arasında böyük nüfuza sahib imişlər ki, Namazalı ulu babamız kənddə kəndxuda olmuş və öz şəxsi hesabına kəhriz vurdurmuş, bax elə bu kəhriz və məhəllə hal-hazıra kimi onun adını daşıyır.

Namazalılar tirəsi, Qönçə dərəsi, Əcəb nənə bağ yeri, Namaz baba və Muxtar tirəsi hamısı birlikdə - Namazalılar məhəlləsinə daxildir.

Namazalılar tirəsi – Zaqun dərəsi ilə Qönçə dərəsi arasında, Şosse yolun üst tərəfində olan ərazi adlanır. Bu tirənin ən hündür ətəyində Namaz babanın böyük damı vardı. Damın içərisi dairəvi olub, başdan-başa 10 metr diametrində idi. Dairəvi dam yuxarıya qalxdıqca dairəsi kiçilirdi, ən yuxarı hissə künbəzə bənzəyirdi. Künbəzin başı 50 sm ölçüdə çevrə formasında baca açıq idi. Damın ortasında açıq ocaq qalayardılar və bu ocağın tüstüsü həmin o bacadan çıxardı. Damın içərisində ağacdan düzəldilmiş taxtlar vardı, həmin bu taxtın üstündə döşək, yorğan və yasdıq qoyub gecə yatardılar. Damın girəcəyində sol tərəfdə kiçik çubuqlardan düzəldilmiş balaca ağıl da var idi ki, bu ağılda təzə doğulmuş quzu və çəpiş saxlayırdılar. Xörəkləri də damın ortasındakı ocağa sacayaq üstündə iri mis qazanlarda xörək bişirərdilər. Həyətdə heyvanlar üçün mal tövləsi (pəyəsi) və həyətin ortasında isə civirdən toxunmuş böyük ağıl vardı ki, burda da qoyunları saxlayırdılar. Ümumiyyətlə Namaz babamın 200 qoyunu, 10 qaramalı və 2 atı vardı. Qoyunlarını Həsənov Şamxal, Namazalıyev Şəmil və Novruzov Alı otarırdılar. Həyətin qabaq yuxarı hissəsində 10 metr dərinlikdə quyu qazılmışdı. Quyunun dibində geniş dairəvi bir metr hündürlüyündə taxça vardı. Mal və qoyun kəsdikdən sonra onun ətini öz yağında qovurardılar, yığardılar iri küplərə və məni o quyuya sallayardılar, mən də həmin dolu küpləri düzərdim yandakı taxçalara. Qışda babam bizə o quyunun içinə qar tökdürərdi, həmin qar yaya qədər orda qalardı. Bu da olardı onların təbii soyuducusu.

Yayın o isti vaxtlarında məni sallayardılar quyunun içinə, çox soyuq olduğundan üşüyürdüm və orda olan qovurma ətdən müəyyən qədər çıxarıb xörək bişirərdilər.

Namaz baba qorxmaz və şücaətli olaraq heç bir kəsdən çəkinməzdi, sözünü dik üzə deyən idi. Günlərin birində əsəbi vaxtı ağına-bozuna baxmadan Rus çarı Nikolayı möhkəm söyüb və bunu tutub Şuşa qazamatına salırlar. Az sonra Sovet hakimiyyəti qurulan kimi dustaqların şəxsi işini araşdıranda deyiblər ki, Rus çarını söyübsə bu bizim adamdır və açıb buraxıblar. Sovetlər dövründə varlı adamlara “qolçomaq” damğası vurub güllələyirdilər, amma Namaz babamı buna görə toxunmurdular.

Namaz babam kənd aqsaqqalı kimi, kəndimizin xeyir-şərində yaxından iştirak edərdi. O, xasiyyətcə söyüşkən olub, kənd camaati onu yaxşı tanıdıqları üçün onun söyüşündən heç kəs inciməzdi. Ona görə ki, kimi tənbeh etsəydi səbəbsiz olmazdı. Məsələn: - birinin evi köhnə, uçuq, çəpəri sökük isə və ya kimsə ağır həyat tərzi keçirirdisə, təkcə ev yiyəsini yox, elə qonşuları da çağırıb söyərdi; - “Görmürsünüz qonşunuzun evi bərbaddır, imkanı yoxdur, gəlin yığışaq kömək edək, yardım edək abadlaşdıraq”.

Bununla da o, özünə təsəlli tapardı.



Ona görə də mən üzərimə böyük məsuliyyət götürərək Baba­lardan və babaların adından danışmaq istəyirəm. O, babalar­dan danışmaq istəyirəm ki, onlar xalqımızın müdrikliyidir, qədim torpağımızın qiymətli zərrəsidir, tariximizin solmaz səhifəsidir. O babalardan ki, yalnız bizim keçmişimiz deyil, eyni zamanda in­dimiz, həm də gələcəyimizdir. O babalar ki, ömür yolları həyatdan uzaqlaşdıqca, özləri həyata yaxınlaşır, fikircə, əqidəcə bu günə da­ha möhkəm tellərlə bağlanırlar. Çünki, baba olmaq yalnız övlad, nəvə sahibi olmaq deyil. Baba olmaq uzun, çətin, mürəkkəb həyat yolu keçmək deməkdir. Baba olmaq xoşbəxtlikdir, ona görə ki, sən ömrünün, gününün barını dərirsən, oğul-qız toyuna sevi­nir­sən, nəvə şirinliyini dadırsan. Ancaq babanın sevinci də bö­yük­dür, qayğıları da. Çünki baba bir ömür yox, sanki üç ömür yaşa­yır.

Özünün, övladlarının, nəvələrinin. Hər ömür parçasının da öz rahatlığı, öz narahatlığı, öz razılığı, öz narazılığı var.

Mən nə qədər ki, cavan idim, baba deyildim, babaların məclısınə düşəndə, onların nəvələr haqqında söhbətlərinə qulaq asırdım və təəccüblənirdim ki, görəsən bu ağsaqqal kişilər əl boyda nəvələrini niyə belə tərifləyir, onlardan niyə belə ağız dolusu danışırlar.

Doğrusu, bu məhəbbətin səbəbini aydın dərk edə bilmirdim. . Görürsən bir baba deyir: - Nəvə şirin olur, lap bal kimi!

O birisi razılaşmır: - Canım, bal nədir, bal adamın ürəyini vurur, bu ayrı cür şirinlikdir, doymaq olmur ki, olmur.

Bir məclisdə ağsaqqal kişinin nəvə şirinliyi haqqındakı sözləri indi də yadımdadır: - Hesab eləyin ki, adamın bankda pulu var, bu pul da hər ay faiz gətirir. Bax, bu faiz pulun özündən şirin olur. Nəvə də bizim övladlarımızdan gələn faizdir.

Bəli, nahaq yerə deməyiblər ki, dövlətdə dəvə, övladda nəvə.

Qardaş mən deyərdim ki, indi zaman dəyişib, nə dövlət var, nədə dəvə. Mənə qalsa, nəvələr haqqında türklər yaxşı deyiblər: “Balamın balası, ürəyimin parası”.

İndi özüm baba olandan sonra babaların nəvələr haqqında şirin söhbətlərinə təəccüb etmirəm, əksinə, bir də görürəm ki, mən də onlara qoşulub, öz nəvəmi tərifləyirəm, onlardan heyranlıqla danışıram, buna səbəb nədir?

Niyə biz nəvələrimizi, bəzən övladlarımızdan çox istəyirik?


Hamazalılar nəslinin şəcərəsi

Burada qeyri-təbii heç nə yoxdur, onun öz təbii inkişaf qanunları var.

Yəqin ki, bu qanunauyğunluğu psixoloqlar, alimlər daha əsaslı və daha elmi şəkildə izah edə bilərlər. Mən isə bir baba kimi, baba-nəvə münasibətlərinin bəzi həyati xüsusiyyətlərindən danışmaq istəyirəm. Məlumdur ki, həyatda hər şey, hamı qocalır, cavanlaşmır.

Ə


Namaz Fərzalı oğlu
n zəif babaların belə ürəyindəki yaşamaq hissi zəifləmir, bəlkə də ildən-ilə güclənir. Onlar nəinki özləri yaşamaq istəyir, həyatı sevməkdə davam edir, eyni zamanda bu sevgini, bu həyat eşqini əziz adamları ilə - nəvələri ilə səxavətlə bölüşdürməyə çalışırlar. Niyə nəvələri ilə? Qəribədir, vaxtı ilə övladını başa düşməkdə çətinlik çəkən atalar, baba olduqdan sonra aralarındakı böyük yaş fərqinə baxmayaraq, nəvələrini asanlıqla başa düşür, onları daha yaxşı dərk edə bilirlər. Nəvələr də valideyinlərinə deməyə cəsarət etmədikləri ürək sözünü, sirrini babalarına etibar etməkdən çəkinmirlər. Bu qarşılıqlı etibar, etimad babanı nəvəyə, nəvəni babaya bağlayan səbəblərdən biridir, lakin hamısı deyildir.


Azərbaycan xalqı xoşbəxdir ki, o hələ də çoxuşaqlı, nənəli, babalı, atalı, analı, oğullu, qızlı ailə olaraq qalır. Bu böyük ailə bir nəsil, bir soy ad təşkil edir, əksər halda da bir yuvada ömür sürürlər. Demək, ailə münasibətləri, sülalə əlaqələri bizdə hələ də möhkəmdir. Baba özünü bu ailənin başçısı, ağsaqqalı, qayğıkeşi hesab edir, onun ənənəsini qorumağa çalışır, öz soy adının mənəvi saflığına çalışır.

Çox ailələr tanıyıram ki, burada babanın bir sözünü iki eləmirlər, onun məsləhətlərinə diqqətlə qulaq asırlar, onun hörmət-izzətini yüksək tuturlar, baba içəri girəndə ehtiram əlaməti olaraq övladlar, nəvələr ayağa dururlar.

Əgər, nənələr ailənin, ocağın hərarətini, mehribançılığını qoru­yub, nəsildən-nəsilə yadigar verməyə çalışırsa, babalar isə ailə­nin, nəslin kişilik, zəhmətsevərlik, mərdlik ənənələrini qoruyub nəsildən-nəsilə yadigar verməyə çalışırlar.

Əslinə baxsan, ailədə nənə də, baba da eyni məqsədə xidmət edir və bütün səylərini ailənin möhkəmlənməsinə, baş verən narazılıqların dinc yolla həll olunmasına, nəvələrin, nəticələrin işgüzar, ləyaqətli böyüməsinə sərf edirıər.

Namaz babam da biz nəvələrinə həmişə nümunə olaraq qala­caqdır. Şübhəsiz hamıya öz babası əzızdir. Ancaq mən istərdim ki, hər kəs öz babasına oxşasın, əslini və nəslini, kökünü yaddan çıxarıb unutmasınlar.

Namaz babamın evindən yuxarıda kiçik qardaşı Ağamalı əmi ailəsi Münəvvər xala ilə 10 uşaqla birlikdə yaşayırdılar. Onların evləri daşdan hörülmüş bina olsada üstü torpaqdan idi, arxası dağın bərabərində idi. Evin üstündəki torpağın hündürlüyü bir metr olardı və 1950-ci il yadımdadır torpağın üstündə qalın otlar bitmişdi, belə torpaqdan heç vaxtı evə su dammazdı.

B


Əmir Ağamalı oğlu
u evlərdən sağda üzü qərbə, daşdan hörülmüş kürsülü 2 otaqlı, böyük artırması və dam örtüyü saxsıdan olan evdə Bayramalı əmi öz ailəsi ilə yaşayırdı.

Bu həyətdə üç qardaş yaşayırdılar, Na­maz, Bayramalı və Ağamalı. Namaz babam böyük qardaş olduğundan, hörmət əlaməti ola­raq, bütün qardaş uşaqları ona – dədə, Bay­ramalıya və Ağamalıya - əmi deyə müraciət edərdilər.

1946-cı ildə Bayramalı əmi Qazaxlar kəndinə kolxoz sədri seçiləndən sonra ailəlikcə köçdülər Horadiz stansiyasına və biz də ailəlikcə köçdük onun evinə. 1949-cu ildə biz Aralıq yolda Ceyran arvaddan aldığımız evə köçdük. Sonralar Namaz­alı­yev Əmir Ağamalı oğlu evləndikdən sonra ata yurdunda ev tikib orada yaşayırdı.

Ondan cənuba tərəf Soltanov Bəşir (Abışlı) kişinin evi yerlə­şirdi. Onun oğlanları – 1-ci arvadı Göyçək Məhərrəm qızından: - Salman, Fərman, Zaman, Savalan, bacıları Saray, 2-ci arvadı Abıhəyatdan (Toppuzlu nəslindən) isə qızları: - Gülüstan, Kubra və oğlu Əşrəf(Əhliman) doğulub. Salman, Fərman və Zaman 1941-45-ci il Müharibəsində həlak oldular.

Bizdən aşağıda Həsənova Çiçək xala (əri Yaqub müharibədən qayıtmadı) onun oğlanları – Şamxal, Şahmar, Yelmar və qızları Gül­lü, Səmayə ilə yaşayırdı. Onlarla qonşu Həsnova Zibeyda Fər­zalı qızı (əri İmran müharibədən geri dönmədi) oğulları: - Əyyub, Talıb, Fətalı qızları Zinyət, Əntiqə və Sovetdir öz ailəsilə yaşa­yırdı.

Namaz babam tərəfdə aşağıda Nərgiz yaşayırdı (əri Misir müharibədə həlak olub) və övladları Məleykə və Zakir idi. Məleykə - Rzalılar İsmayıla ərə getdi, qardaşı Zakir isə yetginlik yaşına çatmadı. Onlardan sağ tərəfdə Mənzər yaşayırdı (əri Hüseyn müharibədə həlak olub) və övladları: Sabir, Səxavət və Sevindik idi. Onlarda həyatdan tez köçdülər.

Sonralar, 1960-cı ildə onların həyətində İsmayilov Əli və İsmayılov Yusan özləri üçün şəxsi ev tikib ora köçdülər.

Mənim uşaqlıq illərim bu məhəllədə keçib. Novruz bayramı qabağı Namazalılar, Fərzalı uşağı və Kərbala İsmayıllılar məhəllə­lərin cavanları həmişə bir yerdə “dülə-vermə”, “aşıq-aşıq”, “beş daş”, “fil-fil”, “qoz-qoz”, “kəndir çəkmə”, “atlanmaq”, “südlü sümük”, “güləşmək” və sairə oyunları oynayardıq. Bayram vaxtı isə yumurta döyüşü böyük kütləvi hal alırdı.

Qışın qar yağan vaxtları isə, Namazalı tirəsinin başından sürüşərdik Zaqun dərəsinə aşağı Abışlı Fərhad kişinin evinə tərəf. sürüşənlər kimi uzunboğaz çəkmə ilə, kimi sini qab, vanna, mejma­ha, teşt və sairə ilə üzü enişə sürüşərək şənlənərdik.

1950-ci illərdən sonra Ağamalı əmi Qönçə dərəsindən asfalt yoldan aşağıda həyətyanı bağda ev tikib ora köçdülər. Namaz babam isə ondan aşağı Namazalı kəhrizin quyuları olan dədə-baba həyətində kürsülü, böyük eyvanlı üç otaqlı, üstü saxsılı ev tikərək ora köçdü. Həyətində geniş və gözəl bağı vardı ki, hər cürə meyvələrlə bərabər, hündür gərviş ağaclarına qaldırılmış üzüm tənəklərindən sallanan barlı üzüm saıxımları göz oxşayırdı. Üzüm yetişən vaxtı həyətdə 1 metr hündürlüyündə çardaq qurulardı və onun üzərinə şirəli xüsusi otlar yığardıq, onun alt hissəsinə çadırdan örtük çəkilərdi. Dərilən üzümləri çardağın üstünə tökərdilər. Bizləri də ayaqlarımızı təmiz yudurtdurub, üzümləri ayaqla tapdalayıb əzərdik və ordan tökülən şirələri tiyənlərə yığıb, içərisinə bir az xüsusi sarı torpaq töküb odla bişirərdilər. Nəticədə ondan çox dadlı doşab və meyvəli, yemişli irçal alınardı. Doşab bişdikdən sonra onu saxsı küplərə yığardılar. Tiyəndə qalan şirələri barmaqlarımızla sıyırıb yedikdə ləzzətindən doymaq olmazdı.



Bundan başqa Namazalılar məhəlləsində (Qönçə dərəsi) asfalt­dan aşağı Vəli Kərbala İbad oğlu yaşayırdı. O, çox xeyirxah işlə kankanlıq edərdi. Ondan aşağı İskəndər oğlu Şəmil, Əli və Dilquşa, Gülsüm yaşayır­dılar. Arxa tərəfdə Həcər Nəriman qızı – oğlanları: Fərzalı, Zərbalı və qızı Məhliqa ilə yaşayirdılar. Onlardan aşağı Züleyxa Qəhrəman qızı – yeganə övladı Nobatla yaşayırdı. Yandakı həyətdə Şirin Cavad oğlu – yoldaşı Məhliqa Səfəralı qızı ilə yaşayırdı.
Şəkildə soldan: Cəmil Nəcəfov, Fərzalı Namazalıyev və Mösü Məhərrəmov

Namazalılar nəslinin fəxridirlər
Namaz babamın bacısı uşaqları qonşuluqda Əyyub İmran oğlu Həsənov ailəsilə birlikdə yaşayırdı. O, kənd Sovetində katib, sonralar isə kolxozda bağ briqadiri işləyirdi və çox güclü hafizəyə malik bir adamdı, məhz onun sayəsində II Dünya Müharibəsində həlak olanların siyahısı tam tutulmuşdu. Əyyubun qardaşı Talıb həyat yoldaşı Roza və övladları ilə qonşuluqda və bacısı Sovet ailəsi ilə birlikdə ev tikib bu Qozlu çayın sol tərəfində yaşayırdılar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə