Rəsmi adı: Azərbaycan Respublikası Paytaxt: Bakı Dövlət dili




Yüklə 39.2 Kb.
tarix29.02.2016
ölçüsü39.2 Kb.
Azərbaycan Respublikasının konstitusiya statusu

Rəsmi adı: Azərbaycan Respublikası
Paytaxt: Bakı
Dövlət dili: Azərbaycan dili
Əsas din: İslam
Pul vahidi: 1 manat = 100 qəpik
İxracın əsas maddələri: neft və neft məhsulları
Adambaşına orta illik gəlir: 1364 dollar (2006-cı il)
Adambaşına ÜDM : 2373 dollar (2006-cı il)
Milli domen: .az
Beynəlxalq telefon kodu: +994

Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir. Azərbaycan 44 və 52 dərəcə şərq uzunluq dairəsi, 38 və 42 dərəcə şimal en dairəsi coğrafi koordinatları arasında yerləşir. Bakı 40-cı paraleldə yerləşir. Azərbaycanın ümumi sərhədləri: cənubda İranla 765 km, Türkiyə ilə 15 km, şimalda Rusiya ilə 390 km, şimal-qərbdə Gürcüstanla 480 km, qərbdə Ermənistanla 1007 km. Sahil xəttinin uzunluğu 713 km–dir.

Azərbaycan Respublikasının əhalisi (01.01.2007-ci il) 8 milyon 593 min nəfərdir.

Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili statusuna malikdir. Azərbaycan dili dünyanın müxtəlif qitələrində yaşayan 50 milyona yaxın azərbaycanlının ana dilidir.

Azərbaycanda islam dini ilə yanaşı, xristianlığın pravoslav, katolik və protestant konfessiyaları, həmçinin iudaizm məzhəbi də təmsil olunmuşdur.

Azərbaycan dövləti özünün konstitusiya xarakteristikalarına görə demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Unitarlığın xüsusiyyəti ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır. Hakimiyyət sistemi hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi prinsipi ilə tənzimlənir. Azərbaycanın siyasi sistemində yerli özünüidarə orqanları – bələdiyyələr müəyyən yer tutur. Azərbaycanın partiya – siyasi sistemi plüralizmlə səciyyələnir.

Azərbaycan aşağıdakı beynəlxalq təşkilatların üzvüdür:

- Birləşmiş Millətlər Təşkilatı (BMT),

- Müstəqil Dövlətlər Birliyi (MDB),

- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT),

- Avropa Şurası (AŞ),
- Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM,

- İslam Konfransı Təşkilatı (İKT),

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT),
- İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT).

Azərbaycan Avropa İttifaqı, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla əməkdaşlıq edir.

 
Maddə 7. Azərbaycan dövləti

I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar, suveren respublikadır.

II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.



Azərbaycan dövləti demokratik respublikadır.
Əsas cəhətlər:

  • Xalq hakimiyyəti.

  • Siyasi müxtəliflik – çoxpartiyalıq.

  • Hakimiyyətin bölünməsi.

  • İdeoloji müxtəliflik.

  • İnsan və vətəndaş hüqüqlarının və azadlıqlarının konstitusiya ilə təsbit olunması və onların aliliyi. 1.

1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Azərbaycanın yeni konstitusiyası qəbul olunmuş və 1995-ci il dekabrın 5-də qüvvəyə minmişdir. Ölkənin ali qanunu beynəlxalq hüququn fundamental prinsipləri və normalarına uyğun olaraq tərtib edilmişdir.


1. İlqar Cəfərov “Azərbaycan respublikasının konstitusiya hüququnun əsasları ” 2002-2003 Bax səh 38
    

 Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:



     • Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
     • Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
     • vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
     • xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
     • ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
     • ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək

Azərbaycan dövləti suveren respublikadır.
Suverenlik – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasıi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə Azərbaycan xalqının sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Əsas cəhətlər:

  • Azərbaycan xalqı dövlət suverenliyinin daşıyıcısı, hakimiyyətin yeganə mənbəyidir.

  • Xarici dövlətlərlə beynəlxalq münasibətlərə girmək hüququ.

  • Vahid dövlət dilinin, dövlət bayrağının, himninin və gerbinin olması.

  • Vahid silahlı qüvvələrin olması.

  • Vahid vətəndaşlıq.

  • Dövlət ərazisinin mövcudluğu.

  • Mülkiyyətinin vahid pull kredit və vergi sisteminin olması. 2.



2. İlqar Cəfərov “Azərbaycan respublikasının konstitusiya hüququnun əsasları” 2002-2003 Bax səh 43
    

Suverenlik bu xassələrə malikdir:

  • Universallıq yalnız dövlət hakimiyyətin qəraları həmin ölkənin bütün əhalisinə və ictimai təşkilatlarına aiddir.

  • Üstünlük digər ictimai hakimiyyətin istənilən qeyri/qanuni hərəkətlərinin qarşısının alınmasının mümkünlüyü.

  • Heç bir digər ictimai təşkilatın malik olmadığı xüsusi təsir vasitələrinin olması.


Azərbaycan dünyəvi respublikadır.
Azərbaycan Respublikasında heç bir din dövlət dini və ya məcburi din kimi müəyyən edilməmişdir. Dini birliklər dövlətdən ayrıdırlar və qanun qarşısında bərabərdirlər.
Əsas cəhətlər:

  • Azad dini etiqad və dinin yayılması.

  • Cəmiyyətin sosial və mədəni həyatında dini birliklərində iştirak etmək hüququ

  • Dini birliklərin bərabərliyi və onların dövlətdən ayrılması.

  • Əmlak, torpaq və digər obyeklər barəsində dini birliklərin mülkiyyət hüququ.

  • Dini birliklərin dini mövzularda ədəbiyyat və predmetlər yaymaq hüququ. 3.

Dövlətin bu xarakteristikası özündə onu ehtiva edirki Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir – birlərinin işlərinə qarışmırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 7- ci maddəsinə əsasən Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətini dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması – heı bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18- ci maddəsində təsbit olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 18- ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, valideynlər və onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dini münasibətlərinə müvafiq olaraq tərbiyə edə bilərlər.



3 . İlqar Cəfərov “Azərbaycan respublikasının konstitusiya hüququnun əsasları” 2002-2003 Bax səh 44

Dini biliklərin dövlətdən ayrı olması heç də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə edilməsində və seşkilərdə iştirak etməkdə hüquqlarını məhdudlaşdırmır.4.

Azərbaycan dövləti hüquqi respublikadır.
Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaş hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur


Əsas cəhətlər:


  • Hakimiyyətin bölünməsi prinsipi.

  • İctimai həyatın bütün sahələrində konstitusiya qanunlarının aliliyi.

  • İnsanların və vətəndaşların hüqüq və azadlıqlarınının həyata keçməsinin təmin edilməsi.

  • Konstitusiya və qanunlar çərçivəsində dövlətin fəalliyyət göstərməsi.

  • Beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin və normalarının üstünlüyü.

  • Dövlət tərəfindən insan və vətəndaş hüqüqlarının və azadlıqlarınının tanınması, onlara əməl olunması və onların müdafiə edilməsi.

  • Dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin.

  • Məhkəmənin müstəqilliyi, hakimiyyət üzərində və konstitusiyaya əməl olunması üzərində məhkəmə nəzarəti.

  • Qanunçuluğun, şəxsi təhlükəsizliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin.

  • Siyasi və ideoloji plüralizm. 5.


Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcüd olan əlamətləri birləşdirir. Lakin Hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq.


4. .Ziyafət Əsgərov, Elşad Nəsirov, Mübariz İsmayılov “Azərbaycan respublikasının konstitusiyası və Hüququnun əsasları ” 2005 Bax səh 68

5. İlqar Cəfərov “Azərbaycan respublikasının konstitusiya hüququnun əsasları” 2002-2003 Bax səh 42
    

Bu prinsiplər əsasən, aşağıdakılardır:



  1. Hüququn aliliyi prinsipi;

  2. Hakimiyyətin bölünməsi prinsipi;

  3. Hamının qanun qarşısında bərabərliyi;

  4. Hüquq və azadlıqların üstünlüyü prinsipi;

  5. İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi;

  6. Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət qarşısında və dövlətin şəxs qarşısında məsuliyyəti;

7. Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi. 6.
Azərbaycan dövləti unitar respublikadır.

Unitar dövlət vahid, ayrılmaz dövlət olub ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi ilə xarakterizə edilir.
Əsas cəhətlər:

  • Vahid konstitusiya və vahid hüqüq sistemi.

  • Vahid ali dövlət hakimiyyəti və idarəetmə orqanları sistemi.

  • Dövlətin ərazisinin inzibati ərazi vahidlərinə bölünməsi.

  • Yerli orqanların mərkəzi dövlət hakimiyyəti orqanlarına tabeliyi.

  • Vahid vətəndaşlıq.

  • Vahid məhkəmə sistemi. 7.



Unitar dövlət (latın dilində « unus » - « vahid » , « tək » deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun təkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən ( vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. olur. Ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazə vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir. 8.


6. Ziyafət Əsgərov, Elşad Nəsirov, Mübariz İsmayılov “Azərbaycan respublikasının konstitusiyası və Hüququnun əsasları ” 2005 Bax səh 65

7. İlqar Cəfərov “Azərbaycan respublikasının konstitusiya hüququnun əsasları” 2002-2003 Bax səh 41
8. Ziyafət Əsgərov, Elşad Nəsirov, Mübariz İsmayılov “Azərbaycan respublikasının konstitusiyası və Hüququnun əsasları ” 2005 Bax səh 70

    


1.Ədəbiyyat Azərbaycan respublikasının

Konstitusiyası 1995

2.Ziyafət Əsgərov, Elşad Nəsirov, Mübariz İsmayılov

“Azərbaycan respublikasının konstitusiyası və Hüququnun əsasları ” 2005

3.İlqar Cəfərov “Azərbaycan respublikasının konstitusiya hüququnun əsasları ” 2002-2003

4.İlqar Cəfərov “Konstitusiyanın şərhi” 2001








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə