Referat tmtq 0801 qrupunun tələbəsi Novruzova Aida Yaşar qızı Bakı 2011




Yüklə 134.91 Kb.
tarix23.04.2016
ölçüsü134.91 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

AZƏRBAYCAN TURİZM İNSTİTUTU

TURİZMDƏ MENECMENT VƏ MARKETİNQ

KAFEDRASI

SAHİBKARLIQ FƏALİYYƏTİNİN ƏSASLARI

fənni üzrə

REFERAT

TMTQ 0801 qrupunun tələbəsi Novruzova Aida Yaşar qızı

Bakı – 2011

Sahibkarlıq fəaliyyətinin ümumi xarakteristikasi və iqtisadi hüquqi əsasları

Sahibkarliq anlayışı və onun əsas xüsusiyyətləri. Sahibkarlıq fəaliyyətinin inkişaf mərhələləri. Sahibkarlığın meydana gelməsinin tarixi kökləri və sahibkarlıq fəaliyyətinin təkamülü. Sahibkarliq fəaliyyəti müasir təssərüfatı forması kimi. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüququ olan fiziki və hüquqi şəxslər. Müəssilərin əsas hüquqları və vəzifələri. Müasir dövrdə sahibkarlığın iqdisadiyyatdaki rolu və əhəmiyyəti.

Sahibkarlığın iqtisadi fealiyyet növü kimi yaranma tarixi orta əsrlərdən baslanır. Artıq bu dövrdə tacirlər, satıcılar, sənətkarlar sahibkarlıqla məşgul olmağa başlamışlar. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır. Sahibkarlığın inkişafı hal- hazırda yüksək bir mərhələyə gəlib çıxmişdır. Indi sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır.

XVI əsrin ortalarından etibarən səhm kağitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı. Ilk səhmdar cəmiyyəti beynəlxalq cəmiyyətlər sferasında yaranmışdır. 1554-cü ildə Rusiyada ticarət etmək üçün ingiltərə ticarət şirkətinin əsası qoyuldu. 1600-cü ildə İngiltərənin OST-İndiya, 1602-ci ildə Hollandiyanın OST-İndiya şirkətləri təsis edildi.

XVII əsrin sonlarından etibarən iqtisadiyyatda ilk dəfə səhmdar bankları yaradıldı. 1694-cü ildə İngiltərədə və 1695-ci ildə Şotlandiyada ilk səhmdar bankının əsası qoyuldu. XVII əsrin sonu və XVIII əsrin əvvəllərində əksər ölkələrdə bank fəaliyyətinin təşkili ilə bağlı səhmdar cəmiyyətləri geniş spektrdə inkişaf etməyə başladı.

Rusiyada sahibkarlıq hələ qədim dövrlərdə yaranmışdır və I Pyotrun hakimiyyəti illərində daha çox inkişaf etmişdir. Sahibkarlığın ilkin ibtidai əsasını manufakturalar təşkil etmişdir . XX əsrin əvvələrində sahibkarlığın yerli təzahürləri yaranmaqla sahibkar məsuliyyətçi kimi formalaşmağa başladı. Bu prosesə ilk növbədə xarici kapitalın və dövlətin başlıca təsiri oldu.

Sahibkarlıq fəaliyyətində 1921-1926- cı illərdə həyata keçirilən yeni iqtisadi siyasət dövretmədə müəyyən qədər canlanma əmələ gəldi. Lakin 20-ci illərin sonlarından etibarən həyata keçirilən məcburi kollektivləşdirmə sahibkarlığ yenidən məhdudlaşdirdı.

XVIII əsrin əsrin sonu XX əsrin əvvəllərində məşhur fransız iqtisadçısı J.Sey “Siyasi iqtisadın traktatları “ adlı əsərində sahibkarlıq fəaliyyətini istehsalın 3 amili- torpaq, kapital , əməyin birləşdirilməsi ilə xarakterizə edir.

D.Rikardo isə kapitalizmi ən təbii və mütləq istehsal sahəsi kimi qəbul edir,sahibkarlıq fəaliyyətini isə təsərrüfatçılığın səmərəliliyinin məcburi elementi hesab edir.

Fransız iqtisadçısı Andre Marsall ilk dəfə olaraq istehsalın yuxarıda göstərilən 3 klassik faktoruna dördüncü faktoru datəşkilatçılıq qabiliyyətini də əlavə etdi.

Amerikan iqtisadçısı C.Klark ,S.Seyin üçvalentli formulunda müəyyən dəyişikliklər etdi. Onların fikrincə istehsalprosesində 4 faktor iştirak edir.:



  1. Kapital

  2. Istehsal

  3. Sahibkarlıq fəaliyyəti

  4. Işçi qüvvəsi

Sahibkarlıq dedikde elə fəaliyyət növü başa düşülürki, bu zaman xüsusi şəxslər , müəssisə və təşkilatlar məhsul istehsal etmək , xidmətlər göstərməklə sərfəli şərtlərlə qarşılıqlı məhsul mübadilələri həyata keçirirlər.

Bəzi iqtisadçılar “sahibkar ” terminlərini müxtəlif cür şərh edirlər.



Boda: sahibkar- müəssisədə istehsalı təşkil edən , onu planlaşdıran nəzarət edən və bunun üçün məsuliyyət daşıyan şəxsdir.

Riçard Kantilyon : sahibkar- risk şəraitində fəaliyyət göstərən insandır.

Piter Druker: sahibkar- maksimum mənfəət əldə etmək üçün bütün imkanlardan istifadə edən insandır.

Devid Maklelland : sahibkar- hər bir risk şəraitində fəaliyyət göstərən enerjili insandır.

Iqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyətinin aşağıdakı xarakterik cizgiləri aydınlaşdırır:



  • Təsərrüfat subyektlərini azadlığı və müstəqilliyi. Yəni , hər hansı bir sahibkar müəyyən məsələlərlə bağlı qərar qəbul edərkən hüquqi normalar çərçivəsində müstəqilliyə malikdir.

  • Iqtisadi mənafe, maddi maraq. Beləki , sahibkarlıq fəaliyyətində başlıca məqsəd maksimum mənfəət əldə etməkdir.

  • Təsərrüfat riski və məsuliyyət

Sahibkarların subyektləri bunlardır:

  • Fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı

  • Mülkiyyət formasından asılı olmayan hüquqi şəxslər

  • Hər bir xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs

  • Xarici hüquqi şəxs

Sahibkar aşağıdakı hüquqa malikdir:

  • Istənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək

  • Təsərrüfat-maliyyə fəaliyətini müstəqil həyata keçirmək

  • Işçiləri işə qəbul etmək və işdən azad etmək, onların əməyinin ödənilməsinin formasını müəyyən etmək

  • Öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək

  • Sahibkarlıq fəaliyyətində əldə edilən mənfəətdən vergilər və digər icbari ödənişlər çıxdıqdan sonra onun qalan hissəsindən sərbəst istifadə etmək

Sahibkarın vəzifələri

  • Qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirək

  • Işçinin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyilə müəyyən olunmuş minimum məbləğdən az olmayan səviyyədə ödəmək

  • Qanunvericilikdə müəyən edilmiş vergi, dövlət sığortası, sosial müdafiə və digər fonda ayirmaları ödəmək

  • Ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının və sanitariyasının təmin edilməsi

  • Antiinhisar qanunvericiliyinə riayət etmək , haqsız rəqabət metodundan istifadə olunmasına yol verməmək

Müasir şəraitdəsahibkarlığın ən geniş yayılmış formalarından biri səhmdar cəmiyyətdir. Səhmdar cəmiyyəti əksəriyyəti dövlət və bələdiyyə mülkiyyətinə əsaslanan müəssilərin özəlləşdirilməsi yolu ilə yaradılır. Səhmdar cəmiyyəti qapalı və yaxud açıq tipli səhmdar cəmiyyət formasında yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müstəqil şirkətdə özgəninkiləşdirən cəmiyyət qapalı tiplidir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

Sahibkarlıq fəaliyyətinin yaradılması texnologiyasi

Sahibkarlıq ideyası, sahibkarlıq ideyasının mahiyyəti və ideyanın yaranması. Sahibkarlıq ideyasının yaranma mənbələri. Xarici mühitin təhlili. Sahibkarlıq ideyasının araşdırılması. Sahibkarlıq ideyasının axtarış metodları: şəxsi yaradıcılıq axtarışı metodu, kollektiv axtarış metodları

Sahibkar və sahibkarlıq anlayışı altında biz nəyi nəzərdə tuturuq?

Bu anlayışlardan ilk dəfə XVII əsrin axırlarında ingilis iqtisadçısı Riçard Kontilion istifadə etmisdir. Onun fikrincəsahibkar riskli şəraitdə fəaliyyət göstərən insandır. Iqtisadi rifahın həqiqi dəyərini təyin edən torpağı və əməyi varlanmağın mənbəyi hesab edirdi. Sonralar məşhur fransız iqtisadçısı Y.B.Sey “Siyasi iqtisadın traktatı” kitabında sahibkarlı2q fəaliyyətini istehsalın 3 klassik faktoru olan torpağın, kapitalın, əməyin birləşməsi, kombinsaiyası kimi müəyyn etmişdir. O , həmçinin qeyd etmişdir ki, İngiltərə sənayesinin inkişafının uğurlarından biri İngiltərə sahibkarlarının istedadı olmuşdur. Seyin əsas tezisi məhsulun istehsalında sahibkarların fəal rolunun tanınmasından ibarəedir.

Ingilis alimləri A.Smit və D. Rikardo iqtisadiyyatı yaradıcı sahibkarlıq üçün yeri olmayan özünü tənzimləyən mexanizm təsəvvür edirdilər. A. Smitin fikrincə sahibkar kapitalın mülkiyyətçisi olmaqla yanaşı , müəyyən kommersiya ideyasını realizə etdirmək və gəlirin alınması xatirinə riskə gedir, çünki kapitalın bu və ya digər işlərə qoyulması həmişə risk elementini saxlayır.

D . Rikardo kapitalizmdə istehsalın mütləq, daimi , təbii üsulunu görürdü. Amma sahibkarlıq fəallarını effektli təsərrüfatçılığın mütləq elementi kimi baxırdı. K .Marksın iqtisadi nəzəriyyəsində sahibkara əsasən istismarçı kimi baxılır.

Yalnız , XIX əsrin axırı və XX əsrin əvvəlində sahibkarlıq institunun əhəmiyyəti və rolununun dərk olunması başladı. Fransız iqtisadçısı Andre Marşall birinci olaraq istehsalın 3 klassik formasına (torpaq, kapital və əmək) dördüncünü –təşkilatı əlavə etdi.

Avstriya mənşəli məşhur Amerika iqtisadçısı Yozef Şumpeter 1911-ci ildə nəşr olunmuş “İqtisadi inkişafın nəzəriyyəsi” kitabında sahibkar yenilikçi kimi şərh edir. Onun fikrincə , sahibkarın funksiyası kapitalist iqtisadiyyatın inkişafında iqtisadi artımın təmin olunmasında başlıca rol oynayan yeniliklərin reallaşdırılmasından ibarətdir.

Yeni ideyalardan sahibkarın konkret məhsula və ya texnologiyaya realizəsindən və sonrakı yeni qaydaların yayılmasına qədərki zəncirvari hadisələr aşağıdakılardır:



Birinci mərhələ-yeni ideyaların, biliklərin, yeni məhsulların , iş və xidmət növlərinin əməliyyatların seçilməsi , başa çatmış elmi-tədqiqat işlərinin , təcrübi-konstruktur işləmələrinin digər elmi-texniki nəticələri, innovasiyaların nəticələri kimi təşkilati prinsiplərin seçilməsi.

Ikinci mərhələ - innovasiyaların əməli isə daxil və tətbiq edilməsidir, yeni-yeni qaydaların innovasiyasıdır.

Üçüncü mərhələ , isə innovasiyaların diffuziyasından ibarətdir ki, bununla artıq bir dəfə mənimsənilmiş. Realizə olunmuş innovasiyaların yayılmasını nəzərdə tutur, yəni innovasiya məhsullarının , xidmət və ya texnologiyaların yeni yerlərdə və yeni şəraitlərdə tətbiq edilməsi.

Ideyaların həm şəxsi , həm də alınma ola bilər. Şəxsi və kənardan alınma ideyaların törəməsi sahibkarlıq layihəsinin yaradılmasını təmin edir. Sahibkar işinin ehtimal olunan ardıcıllığı ideyanın doğulduğu andan sahibkar qərarının qəbul edilməsinə qədərki an əks etdirilir.


Innovasiya ideyalarının axtarışı.



Bazarı doldurmaq üçün kütləvi məhsul istehsalı.

Daha perspektivli ideyaların seçilməsi.





Marketinq tətqiqatı

Ekspertin qiymətləndirilməsi.



Sınağın keçirilməsi.

Biznes planının hazırlanması



Sınaq nümunələrinin hazırlanması.

vh


Hər bir sahibkarlıq işi öz təyinatına görə səmərəli olmalıdır. Hər bir işin səmərəliliyi nəticəsinin xərclərə aid edilməsinin köməyi ilə ifadə olunması qəbul edilib. Sahibkarlıq fəaliyyətinin nəticəsi həmişə onun nəticəsi ilə bağlıdır. Onun atributları isə cəmiyyətin konkret məhsula olan tələbatın qane edilməsindən və stimullaşdırılmasından ibarətdir. Bunlar da kiminsə tələbatının təmin edilməsi və bazardan almaq, istifadə etmək və tələbat üçün edilən təkliflər ola bilər.

Sahibkarlıq fəaliyyətinin təşkilati huquqi formaları və fərdi və kiçik sahibkarlıq fəaliyyətləri

Müxtəlif əlamətlər üzrə sahibkarlıq fəaliyyətinin təsnifatı. Təssərüfat birlikləri; təssərüfat strukturları; istehsal koperativləri; fərdi, dövlət və bələdiyyə müəssisələri. Fərdi sahibkarlıq fəaliyyətlərinin əsasları. Kiçik sahibkarlıq fəaliyyyətinin mahiyyəti. İqtisadiyyatda kiçik sahibkarlığın rolu, fərdi sahibkarlıq fəaliyyətinin dayandırılması. Kiçik sahibkalıq fəaliyyətinin üstünlüyü və çatışmayan tərəfləri. Kiçik sahibkalığın inkişafında dövlətin rolu.

Milli istehsalat sistemində müəssisələrin fəaliyyəti nəinki fəaliyyət növü ilə , onun miqyası və mülkiyyət forması ilə , həmçinin onun təşkilati- hüquqi forması ilə müəyyən olunur. Bazar mexanizmləri müəssisələrin dövlətlə, partnyorla, muzdlu işçilərlə əlaqələrini təyin edir. Müəssisə və təşkilatların iqtisadi azadlığının təminatı ilə bərabər iqtisadi-hüquqi tənzimləyicilər də təmin olunur. Bu tənzimləyicilərin fəaliyyət mexanizmini bilmək nəinki müəssisə və təşkilatların rəhbərlərin, həmçinin bütün işçilərə gərəkdir. Azərbaycan iqtisadiyyatında iri, orta və kiçik biznesə aid oluna bilən müəssisələr fəaliyyət göstərir. Amma inzibati amirlik sistemindən miras qalmış idarəetmənin təsiri elə güclüdür ki, iri və orta biznesə üstünlük verilir. Kicik biznes dövlət tərəfindən dəstəklənməsinə baxmayaraq , onun inkişafı hələ də zəifdir, halbuki milli iqtisadiyyat üçün onun əhəmiyyəti çox böyükdür. Bunu sənaye cəhətdən inkiçaf etmiş və transformasiya iqtisadiyyatı olan ölkələrin təcrübəsi təsdiq edir. Bu ölkələrin kiçik biznesə 50%-dən artıq pay düşür.

Iqtisadiyyatın mühüm istiqamətlərindən biri də kiçik sahibkarlıqdır.

Kiçik sahibkarlıq istehlak bazarının sahibləşdirilməsinin bəzi problemlərini tezliklə həll etmək, istehsalın rəqabət xarakterini təmin etmək qabiliyyətinə malikdir. Eyni zamanda kiçik sahibkarlıq bazar mühitinin formalaşmasında əsas rollardan birini oynayır.

Bununla əlaqədar olaraq sahibkarlığın əsas prinsipləri , sahibkarlıq fəaliyyətinin subyektləri, onların hüquq və vəzifələri , dövlət tərəfindən müdafiəsi sahibkarlığın dövlət orqanları və onların qarşılıqlı fəaliyyəti “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda hüquqi cəhətdən əsaslandırılmışdır.

Kiçik sahibkarlıq bazarın ərazi strukturuna və onun münasibətlərinin genişlənməsinə , hər çeydən əvvəl , bazar subyektlərinin , yəni əmtəə istehlakçılarının çoxalmasına və genişlənməsinə müsbət təsir göstərir. Bazar iqtisadiyyatı istyiqamətində inkişaf etmiş dövlətlərin təcrübəsi bunu sübut edir.

Kiçik sahibkarlığın inkişafı iri müəssisələrlə müqayisədə bir sıra xüsusiyyətlərə malikdir. Bunlardan biri kiçik iqtisadiyyatda kapital daha sürətlə dövr edir. Kiçik müəssisələrdə kapitalın passiv hissəsinin, yəni istehsalat binası , habelə infrastrukturun xüsusi çəkisi aşağı olur. Canlı əmək daha çox yüklənir və əmək məhsuldarlığı yüksək olur. Iri müəssisələrə nisbətən kiçik müəssilərdə istehsal xərclərini aşağı salmaq üçün imkanlar daha çoxdur.

Kiçik sahibkarlığa üstünlük verən amillərdən biri də nazirlik və idarələr tərəfindən mərkəzləşdirilmiş qaydada istehsala kapital qoyuluşundan , xidmət haqqında göstəriş verilməsindən xilas olmasıdır. Bu isə onlara müstəqil və mane olmadan fəaliyyətlərini genişləndirməyə imkan verir.

Kiçik sahibkarlığın üstünlüklərindən istifadə edilməsi yüksək iqtisadi səmərə verir. Kiçik müəssisələr təsərrüfatçılığın mütərəqqi formalarını daha tez və sürətlə tətbiq edirlər. Öz istehsal fəaliyyətini tez və ağrısız dəyişə bilərlər, yüksək renatbelli məhsullar istehsalını tez mənimsəyir, əhalinin təlabatını ödəməyən məhsulların istehsalını tez dayandırırlar.

Kiçik sahibkarlığın yaranması və inkişafı istehsal qüvvələrini inkişafı olub , qanuna uyğun prosesdir. XX əsrin ikinci yarısına qədər iri müəssisələrin inkişafına üstünlük verilmişdir. Lakin bu dövrdən etibarən kiçik sahibkarlıığın inkişafına üstünlük verilməyə başlanılmışdır. Bu, başlıca olaraq tələbatın sürətlə artması və buraxılan məhsulların çeşidinin çoxaldılması zərurəti ilə əlaqədardır. Iri müəssislərin manevr etmək qabiliyyəti kiçik müəssisələrə nisbətən aşağıdır, yəni təlabat dəyişəndə iri müəssisələr öz fəaliyyətini bir sahədən başqa səhəyə keçirməkdə çətinlik çəkirlər.

Kiçik sahibkarlıq iqtisadiyyatın dəyişməsində amartizator rolunu oynayır. Kiçik müəssisələr arasında rəqabət kəskin xarakter daşıyır.



Kiçik sahibkarlığın üstünlüklərindən biri sosial sahədə gərginliyin azaldılmasında böyük rol oynamasıdır.

Bazarın yaradılması və inkişafında kiçik sahibkarlığa mane olan amillər də vardır. Onlardan biri inhisarların yaranması və onların fəaliyyətinin genişlənməsidir. Lakin kiçik müəssisələr iri müəssisələrin inhisarını məhdudlaşdırmaq qabiliyyətinə də malikdirlər.

Deyiənlərdən aydın olur ki, kiçik sahibkarlıq ictimai istehsalın quruluşuna müsbət təsir göstərir. Yerli şəraitə uyğun kiçik müəssisələrin təşkili , həm yerli xammaldan .həm də əmək ehtiyatlarından səmərəli istifadə etməyə şərait yaradır. Bir tərəfdən xammalın daşınması ilə əlaqədar olan xərclər ixtisar olunur, digər tərəfdən, əhalinin iş dalınca iri şəhərlərə axıının qarşısı alınır.

Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi

Sahibkalıq fəaliyyətinin hüquqi əsasları. Sahibkalıq fəaliyyətinin lisenziyalaşdırılması. Sahibkalıq fəaliyyəti subyektlərinin vergiyə cəlb olunması qaydaları. Sahibkalıq fəaliyyəti subyektləri tərəfindən vergi qanunvericiliyinin pozulması.

Lisenziya – bəzi təsərrüfat fəaliyyəti , o cümlədən xarici icarət əməliyyatını həyata keçirmək üçün dövlətin və yaxud yerli orqanların icarə verəsi, həmin icarəni təsdiq edən sənəddir.

Vergilər- bazar münasibətləri şəraitində dövlətin iqtisadiyyata təsirinin ən əhəmiyyətli vasitlərindən hesab edilir. Vergi qanunvericiliyinin təhlili göstərir ki , müxtəlif növ vergilərin olması sahibkarlıq fəaliyyətini mürəkkəbləşdirir. Bu mürəkkəblik isə hər şeydən əvvəl hesablaşmaların mürəkkəbliyi ilə bağlıdır.

Vergi ilə bağlı məsələlərin öyrənilməsində başlıca məqsəd vergi sisteminin formalaşdırılmasını araşdırmaqdan ibarətdir. Iqtisadiyyatın inkişafının qeyri-sabitliyi ilə əlaqədar vergi sistemində də müəyyən dəyişikliklər baş vermişdir.

Vergilər üç əsas vəzifəni yerinə yetirməlidir.


  1. Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etməlidir

  2. Sosial tarzlığı saxlamalıdır

  3. Dövlətin iqtisadiyyatın tənzimlənməsinə nail olunmalıdır. Buna tənzimedici funlksiya deyilir.

Vergilər, rüsumlar və digər ödənişlər- müxtəif səviyyədə bücəyə və büdcədən kənar fondlara ödənilən məcburi ayırmalardır. Bunlar müəyyən edilmiş qanunvericilik əsasında həyata keçirilir.

Vergi növlərinin sayı, onun həcmi, vergiqoyma obyekti , vergi ödəyişinə güzəştlər , büdcə və qeyri büdcə fondlarına ödənişlərin hesablaşma qaydası hər bir ölkənin qanunvericilik aktları ilə müəyyənləşdirilir.

Fiziki şəxslərdən gəlir və əmlak vergisindən başqa bütün dövlət vergiləri vergi qanunvericiliyinə uyğun olaraq hüquqi şəxslərdən toplanır. Regional vergilərə müəssisələrdən ödənilən əmlak vergisi, meşə gəlirlər, suya görə haqq, müəssisələrin qeydiyyatdan keçməsinə görə ödənişlər aid edilir.

Yerli vergilər və ödənişlər mövcud olan dövlət və regional vergilərə əlavə olaraq fəaliyyət göstərir.

Yerli vergilər çox müxtəlif növlü olduğundan bu sahədə vergi orqanlarını işi çətinləşir və vergi ödəyiciləri ilə hesablaşmalar mürəkkəbləşir.

Yerli idarəetmə orqanları büdcə hesabından vergilər ödənilməsi ,həmçinin vergi güzəştlərinin müəyyənləşdirilməsi ilə bağlı sahibkarla vergi müqavilələri bağlamaq hüququna malikdir. Vergi güzəştləri sahibkar tərəfindən ozaman əldə edilir ki, onlar bu və ya digər ərazinin sosial iqtisadi inkişafı ilə bağlı mühüm sifarişlər yerinə yetirsinlər və ya müvafiq ərazilərdə yaşayan əhaliyə xüsusi xidmətlər həyata keçirsinlər.

Sahibkarlar və təsərrüfat subyektləri tərəfindən yuxarıda adları çəkilən vergi növlərindən əlavə büdcədən kənar sosial fondlara sığorta ödənişləri də hesablanır. Bu fondlara ayırmaların həcmi aşağıdakı düsturla hesablanır.



O = Z ×T:100

Burada: O- sığorta haqqının məbləği

Z –xərclər üzrə əməkhaqqıdan ayırmalar

T – müəyyənləşdirilmiş sığorta tarifi.

Büdcədən kənar sosial fondlara bütün ödənişlər məhsulların və xidmətlərin maya dəyərinə daxil edilir.

Vergi siyasəti dövlətin maliyyə siyasətinin tərkib hissəsidir. Vergiyə cəlb olunma sahəsində dövlətin həyata keçirdiyi tədbirlər vergi sistemini təşkil edir. Başqa sözlə , vergi sistemi anlayışında dövlətin müəyyən etdiyi qaydada icbari ödənişlərin məcmusu nəzərdə tutulur və həmin vergilərin alınması formalarını və metodlarını özündə birləşdirir.



Sahibkarlıq fəalliyyəti mühiti və sahibkarlıq fəaliyyətinin subyektləri

Sahibkarlıq mühitinin mahiyyəti. Daxili və xarici sahibkarlıq mühiti. Sahibkarlığın mövcudluğun bazar mühiti. Fiziki və hüquqi şəxslər sahibkarlıq subyektləri kimi. Sahibkarların hüquqları və vəzifələri. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun mahiyyəti və əhəmiyyəti. Sahibkarların öhdəliklərinin icrasının təmin edilməsi vasitələri.

Sahibkarlıq mühiti- firmanın normal fəaliyyət göstərməsi, onun inkişaf etdirilməsi və fəaliyyət istiqaməətlərinə düzəlişverici hərəkətlərin həyata keçirilməsi üçün qərarlar qəbul edilməsinə təsir edən şərait və amillərin məcmusudur.

Sahibkarlıq mühitində fəaliyyət göstərən amillər daxili və xarici amillərə bölünürlər. Daxili amillər firma daxilində fəaliyyət göstərən , idarəetmə də daxil olmaqla onun təsərrüfat mexanizmini təşkil edən və firmanın istehsal satış fəaliyyətinin optimal təşkilinə xidmət edən faktorlardır. Daxili amillərə harda yerləşməsindən asılı olmayaraq firmanın bütün istehsal bölmələri , törəmə müəssisələri , filialları ,nümayəndəlikləri, maliyyə, sığorta , nəqliyyat və digər bölmələri daxildir.

Sahibkarlığın xarici mühiti deyəndə, firmadan kənarda fəaliyyət göstərən ,lakin bu və ya digər dərəcəd firmanın fəaliyyətinə təsir edən vəya təsir edə biləcək şərait və amillər nəzərdə tutulur. Xarici şərait və amillərinfirmanın fəaliyyətinə göstərə biləcəyi təsir xarakterindən asılı olaraq xeyirli və ya zərərli ola bilərlər və ona görə də firma onların təsirinə qarşı müvafiq idarəetmə qərarı qəbul etməlidir.

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir firma daimi olaraq sahibkarlıq mühitinin xarici amillərinin təsirinə məruz qaldığından və bu təsir daxili amillərin xarakterinə təsir etdiyindən o , bu amillərin dəyişməsini həmişə nəzarət altında saxlamalıdır. Hər bir firma özünün normal fəaliyyətini təmin etmək üçün qarşısına qoyduğu məqsədə nail olamaq və vəzifələrini yerinə yetrimə küçün daxili sahibkarlıq mühitində olan amilləri daimi olaraq təhlil etməli və onu nəticəsindən asılı olaraq idarəetmə qərarları qəbul etməlidir.

Xarici mühit amilləri firmanın fəaliyyətinə birbaşa və dolayı yolla təsir edən amillərə bölünür.

Firmanın fəaliyyətinə birbaşa təsir edən sahibkarlıq mühitinin xarici amilləri aşağıdakılardır:



  • Bazar münasibətlərinin xarakteri və vəziyyəti amilləri

  • Firmanın təsərrüfat əlaqələri amilləri

  • Demoqrafik amillər.

Firmanın təsərrüfat fəaliyyətinin nəticəsinə dolayı yolla təsir edən xarici amillər

  • Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi amilləri

  • Ümumi iqtisadi amillər

  • Ümumi siyasi amillər

  • Mədəni əhatə amilləri

Sahibkarlıq subyekti sahibkarlıq bacarığı, sahibkar aktivliyi enerjisi ilə məhdudlaşmır və mütləq təhsillə, təcrübə ilə , biliklə, yeniliklərlə və sahibkar bacarığı ilə təkmilləşdirilir. Belə ki, sahibkarılıq subyektinin funksiyası birbaşa özünü təşkiletmə ilə bağlıdır.

Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından,fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası,Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında Konstitusiya Qanunu ,Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Mülkiyyət haqqında”Azərbaycan Respublikasının Qanunu,bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimləyir.

2.Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti,həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir.

3.Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qanunvericilik aktları ilə yanaşı “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri ilə də tənzim edilir.

Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir.Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

-istənilən müəssisələr yaratmaq,onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

-başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

-işçiləri işə qəbul etmək və azad etmək;

-işçilərin əməyinin ödənilməsinin forma və sistemini,onların əmlakının məbləğini gəlirinin digər növlərini müəyyənləşdirmək;

-təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək;

-öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək;

-pul vəsaitinin saxlanılması,hesablaşma,kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

-məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;

-xarici iqtisadi münasibətlərdə iştirak etmək;

-valyuta əmliyyatları aparmaq;

-həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.

Dövlət sahibkarlığa kömək məqsədilə informasiya məsləhət elm və tədris mərkəzləri,maliyyə fondları yaradır,vergi ödənişlərinin,Azərbaycan Respublikası Milli bankı ssudalarnın faizlərin,amortizasıya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.

Sahibkarlığa kömək tədbirlərini maliyyələşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.

Sahibkarlıq sirri və sahibkarlıq fəaliyyətindəki risklər

Müəssisələrin fəaliyyəti haqqında informasiyaların qorunmasının təmin edilməsinin zərurililiyi. Firmalarda sahibkarlıq sirrinin qorunmasında texnoloji vasitələrin təşkilinin əhəmiyyəti. “Kommersiya sirri haqqında” Azərbaycan respublikasi qanunun mahiyyəti və əhəmiyyəti. Sahibkalıq fəaliyyətindəki risklərin mahiyyəti. İqtisadiyyatdaki risklərin idarə edilməsi metodları və risklərin növləri: bazar riski, biznes riski, maliyyə riski. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi. Sahibkarlıq fəaliyyətində iflas prosedurları.

Bu yaxın zamanlara qədər informasiya müəssisələrin vacib aktivlərindən hesab edilmirdi. Adətən müəssisələrin fəaliyyəti qeyri-amillərin təsiri şəraitində aparılır. Qeyri-amillərə : aşkarlıq, dəyişkənlik, yüksək dərəcəli risk aiddir. Bəzi hallarda bunlar müəssisənin idarə edilməsində səmərəli qərar qəbul etməyə mənfi təsir edir və müflisləşməyə səbəb olur.

Indinin özündə də az sayda rəhbərlər informasiya ilə işə etinasız münasibət bəsləyirlər.

Informasiya mühiti –müəssisənin səmərəli idarə edilməsini təmin etmək üçün lazım olan daxili və xarici informasiyaların məcmusudur.

Sahibkar üçün idarəetmənin səmərəliliyi yeni ideyaları həyata keçirmək və bu əsasda maksimal gəlir əldə etmək üçün səmərəli qərar qəbul etmək deməkdir.

Informasiya mühiti iki hissəyə bölünür: virtual və real. Virtual mühit insanın onu əhatə edən dünyanı dərk etmə nöqteyi-nəzərindən sərhədə malik deyil. Real mühit sahibkarın instrumental vasitələrdən istifadə etmə səviyyəsindən asılı olan mühitdir. Real informasiya mühitində sahibkarlar həm ənənəvi vasitələrdən, həm də yeni texnologiyalardan istifadə edə bilərlər. Ənənəvi vasitələr telefon kitabçasının, reklam vasitələrinin, müxtəlif növ müsabiqələrin elan edilməsi nəticəsində görüşlərin təşkili, danışıqlar və bilavasitə müqavilələrin bağlanması yollarını istifadə etməklə sifarişçilərin axtarılmasını nəzərdə tutur.

Müəssisəyə informasiya texnologiyalarının inteqrasiyasının həyata keçirilməsinin bir çox variantları mövcuddur və bunlar onun qarşısında müxtəlif strateji imkanlar açır.

Strateji uyğunluq informasiya texnologiyalarının strateji təsiri müxtəlif sahə və firmalarda , hətta ayrıca götürülmüş müəssisədə də müxtəlifdir.

Korporativ mədəniyyət. Təşkilatın sərvətlərində təcəssüm edilir və onun strateji proseslərində əks etdirilir.

Texnoloji keçid. IT – nin sürətli inkişafı onların idarəetmədə tətbiqinə tələbatı artırır. Bu məsələyə etinasız yanaşma öz aralarında pis uyğunlaşan səmərəsiz “texnologiya adları” yaradır. Halbuki, yeni texnologiyaların tətbiqi bir çox hallarda müəssisənin fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edir.

Informasiya texnologiyalarının məqsədi idarə işçisinin əsas funksiyasına – qərar qəbuletmənin yerinə yetirilməsinə maksimum yaxınlaşmasıdır həmçinin firmada sahibkarlıq sirrinin qorunmasıdır. Informasiya texnologiyaları ixtisasçı istifadəçinin avtonom avtomatlaşdırılmış iş yerinin və şəbəkədə işinin təşkili üçün nəzərdə tutulub.

Kommersiya sahibkarlığı Azərbaycanda keçid dövründə ən çox inkişaf edən sahədir. Kommersiya sahibkarlığı alış və satış üzrə sövdələşmələr və əməiyyatlərla xarakterizə olunur. Kommersiya sahəsində çoxlu bacarıqlı sahibkar əmələ gəlmiş,xüsusi və fərdi sahibkarlıq daha çox inkişaf etmişdir. Hal-hazırda istehsal fəaliyyətində müəssisənin rentabelliyi 10-12% təmin olunursa,kommersiya fəaliyyətində rentabellik 20-30% və daha çox təmin edilir.

Kommersiya işləri ilə məşğul olmazdan əvvəl bazarın marketinq təhlilini yerinə yetirmək lazımdır. Əgər bazarın ilkin təhlili və proqnozlar kommersiya işlərinin həyata keçirilməsinin əhəmiyyətli olmasına ümid verirsə,sahibkar biznes-plan hazırlamalıdır. Biznes-planda kommersiya işlərinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı,tələb olunan xərclər və gözlənilən nəticələr əks olunmalıdır.

Azərbaycan Respublikasında yeni iqtisadi sistemə keçid istehsal-kommersiya fəaliyyətinin miqyasına görə sahibkarlığın subyektləri (kiçik, orta, iri, (korporativ) müəssisələr) arasında optimal nisbətin yaradılmasını zəruri edir. Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı kəmiyyət,keyfiyyət və qarışıq(iqtisadi) yanaşmalar bir-birindən fərqlənir.

Kiçik müəssisələri müəyyən etmək üçün əsas etibarilə kəmiyyət göstəriciləri kimi işçilərin sayı,satışın həcmi,aktivlərin balans dəyəri meyarlarından istifadə olunur. Lakin qeyd etmək lazımdır ki,kiçik sahibkarlığın müəyyən olunmasında bunlar,habelə dövriyyə kapitalının kəmiyyəti,satış bazarlarında sahib olduğu pay kifayət qədər sanballı göstəricilər hesab oluna bilməz. Çünki bunlara əsasən haqqında söhbət gedən hadisəyə tam xarakteristika vermək mümkün deyildir.

Sahibkarlığın “ölçüsünün” müəyyən edilməsinə keyfiyyət meyarlarına əsasən yanaşmada aşağıdakılardan istifadə edilir: istehsal olunan məhsulun (texnologiyalar,xidmətlər,nou-hau) az bir hissəsi;məhdud ehtiyatlar və istehsal gücləri;təsərrüfat fəaliyyətinin risk və innovasiya,peşəkar və çevik idarəetmə,tam iqtisadi məsuliyyət əsasında təşkili. Bu yanaşma qaydasında kiçik müəssisə dedikdə,sözün geniş mənasında onun daim inkişaf edən,dəyişikliklərə tez bir zamanda uyğunlaşa bilən,innovasiyalardan istifadə etmək imkanına malik olan subyekt nəzərdə tutulur.

İqtisadi yanaşma firmaya satılan əmtəələrin qiymətləri və həcminə əhəmiyyətli dərəcədə təsir etmək imkanı verməyən və çox da böyük olmayan satış bazarı;hüquqi sərbəstlik (mülkiyyətçi öz biznesinə özü nəzarət edir),biznesin idarə edilməsi və qərarların qəbul olunması prosesində mülkiyyətçinin özünün iştirak etdiyini nəzərdə tutan idarəetmə kimi meyarlara əsaslanır.

Müxtəlif məqsəd və vəzifələrə uyğun olaraq bu yanaşmaların hər hansı hər hansı birindən istifadə olunur. İqtisadi ədəbiyyatda və təcrübədə kiçik sahibkarlıq əsas etibarilə kəmiyyət meyarlarına əsasən müəyyən edilir.

İqtisadi ədəbiyyatda müəssisələrin həcmi adətən üç əsas əlamətlə müəyyən olunur: 1)işçilərin sayı; 2) istehsal olunan məhsulun dəyəri;3) əsas kapitalın(əsas istehsal fondlarının) dəyəri. Azərbaycan Respublikasının müvafiq qanunlarında və digər normativ-hüquqi sənədlərində keyfiyyət əlamətləri,məsələn,mülkiyyətin növündə müəyyən məhdudiyyətlərin qoyulması ilə tamamlanır. Kiçik sahibkarlığın subyektlərinə isə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan nizamnamə kapitalı müəyyən edilmiş normalara uyğun gələn təşkilatlar aiddir.

Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kiçik sahibkarlıq çoxsaylı xırda mülkiyyətçilər təbəqəsindən ibarətdir. Bunlar xeyli dərəcədə ölkənin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsini müəyyən edir. Ölkənin daxili bazarının demək olar ki,bütün sahələrini əhatə edən və ona yüksək dərəcədə uyğunlaşan kiçik sahibkarlıq iqtisadiyyatın sabit inkişafını təmin edir,ölkədə siyasi mühitin sabitliyinə təsir göstərir. Kiçik sahibkarlıq işgüzar həyatın ən çevik formasıdır. Orta və iri biznes üçün lazım olan ideyaların əsas hissəsi məhz iqtisadiyyatın bu bölməsində yaradılır və deməli, iri istehsal kiçik sahibkarlığın imkanları ilə tamamlanır. Əmtəə və xidmətlərin həm istehsalsalçısı,həm də istehlakçısı olan kiçik müəssisələr bazarın dəyişən konyukturasına çox həssas və vaxtında reaksiya vermək imkanına malikdir.

Digər tərəfdən , kiçik sahibkarlıq öz fəaliyyətində xeyli dərəcədə daxili iqtisadi konyukturadan asılıdır. Odur ki,müvafiq tənzimləmə yolu ilə iri və kiçik müəssisələrin obyektiv imkanlarındakı fərqlərin “ bərabərləşdirilməsi”-nin zəruriliyi meydana çıxır. Kiçik müəssisələr bazarlar uğrunda öz ölkəsində olan müəssisələr və xarici kapitalla rəqabət mübarizəsi aparmaq məcburiyyətindədir. Bu, kiçik müəssisələrin dövlət tərəfindən müdafiə olunmasını zəruri edir. Başqa sözlə,dövlət ölkədə sabitliyin təminatçısı olan kiçik sahibkarlığı müdafiə etməkdə maraqlıdır.

Bazar iqtisadiyyatına keçid şəraitində cəmiyyətin yeniləşməsində oynadığı rola görə kiçik sahibkarlığın xüsusi müdafiəyə ehtiyacı vardır. Ölkəmizdə münasibətlərinin formalaşdığı müasir dövrdə kiçik sahibkarlıq bölməsinin yaradılması və inkişaf etdirilməsi cəmiyyətin sosial və iqtisadi yeniləşməsində çox mühüm rol oynaya bilər. Dövlət kiçik sahibkarlığı müdafiə etməklə orta sinfin formalaşması üçün imkan əldə etmiş olur. Bundan başqa,kiçik biznesin fəaliyyət dairəsinin geniş olması büdcə vəsaitinin tamamlanmasının səmərəli formasıdır.

Bununla yanaşı,qeyd etmək lazımdır ki,iqtisadiyyatın yenidən qurulmasının labüdlüyü obyektiv olaraq ona doğru aparır ki, ölkə vətəndaşlarının çox böyük hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə şəraitdə dövlətin kiçik sahibkarlığı ağıllı və məqsədyönlü surətdə müdafiə etməsi labüddür. Çünki bunlar yenin iş yerlərinin yaradılmasına,işsizlik səviyyəsinin aşağı düşməsinə,sosial gərginliyin aradan qaldırılmasına səbəb olur.

Bütün bunlar nəzərə alınmaqla,ölkəmizdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə çox böyük diqqət yetirilir. Bu məqsədlə iki dəfə-1997-2000-ci və 2002-2005-ci illərəi əhatə edən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının dövlət proqramı” qəbul edilmişdir. Hər iki proqramda nəzərdə tutulan vəzifələr demək olar ki,yerinə yetirilmişdir. Bununla da ölkəmizdə kiçik və orta sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş,sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdur. Kiçik və orta sahibkarlığa təhsil,informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənmiş və onların fəaliyyəti güclənmişdir. Kiçik və orta sahibkarlığa maliyyə köməyi mexanizmlərinin formalaşması,sahibkarlar üçün vergi yükünün azaldılması,vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Sahibkarların hüquqlarının,qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması,sahibkarlar üçün vergi yükünün azaldılması,vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Sahibkarların hüquqlarının,qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdür. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə “nəzarət kitabçası”nın tətbiqinə başlanmışdır.

Bazar münasibətlərinə keçid və onun formalaşması şəraitində risk sahibkarlığın ən mühüm elementi sayılır. Vaxtında risk etmək qabiliyyətinə malik olan sahibkar etdiyi bu fədakarlığa görə əlavə gəlir əldə edir. Risk dedikdə çox zaman hüququsuz fəaliyyətin yaradılması da başa düşülür. Bu anlayışın digər xarakterik cəhətləri də vardır. Risklərin xarakterik xüsusiyyətlərindən biri qarmaqarışıqlıq, gözlənilməzlik, inamsızlıq və təxmini fərziyyədir.

Risklərin nəticəsini aradan qaldırmaq üçün təkcə dərrakə və təcrübə deyil, həm də kifayət qədər maliyyə vəsaitlərinin olması da zəruridir. Konsultent firmalar , mal göndərənlər və podratçılar adətən risklərin konsepsiyası üçün məhdud pul vəsaitlərinə malik olurlar.

Bu və ya digər layihələrin yüksək dərəcədə risklərə malik olması işçiləri məcbur edire ki, onun aşağı salınması imkanlarını axtarsınlar. Risklərin azaldılmasının əsas vəsaitlərinə aşağıdakılar aiddir:



  • Proqramla bağlı layihə ərəfəsindəki işlərin və hazırlıq mərhələlərinin genişləndirilməsi

  • Layihənin iştirakçıları , onun icraçıları arasında risklərin bölüşdürülməsi

  • Sığorta ilə bağlı məsələlərin vaxtında yerinə yetirilməsi

  • Gözlənilməz risklərin aradan qaldırılması üçün vəsait ehtiyatının hazırlanması və s.

Sahibkarlıq təcrübəsində risklərin aşağıdakı növləri formalaşır: maliyyə (kredit), investisiya və bazar. Istehsal riskləri məhsul istehsalı və satışı , istehsal fəaliyyətinin hər hansı növünün həyata keçirilməsi ilə bağlıdır. Risklərin bu növünə məhsul istehsalı və satışının həcminin ixtisar edilməsi , planda nəzərdə tutulmuş maddi və əmlak məsuliyyətinin yüksəldilməsi, qiymətlərin aşağı düşməsi və s. olduqca əhəmiyyətli təsir edir.

Kommersiya riskləri məhsulun satışı və xidmətləin göstərilməsi prosesində yaradılır. Kommersiya risklərinə təsir edən mühüm faktorlara aşağıdakıları göstərmək olar ki, onlara da kommersiya əməliyyatları zamanı nəzərə almaq zəruridir.



  • Alınmış istehsal vasitələrinin qiymətlərinin səmərəsiz olaraq dəyişməsi, yəni artması

  • Reallaşdırılan məhsulun qiymətinin aşağı düşməsi

  • Tədavül prosesində məhsulun itkisi

  • Tədavül xərclərini yüksəldilməsi.

Maliyyə riskləri maliyyə sahibkarlığının həyata keçirilməsi və ya maliyyə (pul) əməliyyatları zamanı tərəflərdən birinin ödəniş qabiliyyətinin olmaması valyuta əməliyyatlrının məhdudlaşdırılması da nəzərə alınmalıdır.

Investisiya risklərinin ən mühüm xüsusiyyətlərindən biri cəlb edilmiş qiymərli kağızlardan ibarət investisiya –maliyyə portfelinin qiymətdən düşməsidir.

Bazar riskləri isə bazarda faiz dərəcəsinin , milli pul vahidinin və ya valyutanın xarici kurslarının ayrı-ayrılıqda mümkün olan tərəddüdləri ilə əlaqədardır. Bu faktorların təsiri eyni zamanda baş verə bilər.

Sahibkarlıq risklərinin hər bir növü əməliyyatların iştirakından daha çox asılıdır. Layihələrin həyata keçirilməsi zamanı potensial partnyorların iştirakının məqsədəuyğunluğu ilə bağlı qərarların qəbul edilməsi üçün təhlili aparılır.



Sahibkarlıq mədəniyyəti və sahibkalıq fəaliyyətinin etik prinsipləri.

Sahibkarlıq mədəniyyətin mahiyyəti. Sahibkalıq etikası. Sahibkarın üzərinə düşən öhdəliklərin mahiyyəti.

Müəssisənin işləməsində sahibkarın mədəniyyəti böyük rol oynayır. O , təkcə müəssisənin böyük nüfuzunu təmin etmir, həm də istehsalın səmərəliliyinin artırılmasına , məhsulun və xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və nəticə etibarilə gəlirin artırılmasına təsir edir.

“Sahibkarlıq mədəniyyəti” məhfumunun müxtəlif şərhləri mövcuddur. Belə ki, R.Ryüttinger hesab edir ki, sahibkarlıq mədəniyyəti – bu birgə ətraflı düşünülmüş və real əmin edilmiş və təqdim ediliş dəyərlər haqqında sistemdir. Buna görə dəyərlər haqqında təsəvvür müəssisə üçün nəyin vacib olduğuna cavab verməyə əminlik , inam isə müəssisə necə işləməli olduğunu anlamağa və onları necə idarə etməyə imkan yaradır.

Daha tam və açıqlanmış şəkildə təyini V.Q.makeev verir: müəssisə mədəniyyəti- bu əxlaq nümunələrinin , dəyərlər sistemlərinin , sosial normaların , fundamental prinsiplərin və sahibkarlıq sahəsində subyektləri bu və ya digər iqtisadi fəalliq formalarına istiqamətlərindən , yığılan təcrübənin ötürülməsini təmin edən, sahibkarlığın vaxta görə davamlılığına təsir edən ictimai institutların məcmusudur.

Insanlara təsir edən 3 prinsipial müxtəlif alətlər mövcuddur:


  • Iyerarxiya

  • Bazar

  • Mədəniyyət

Mədəniyyət fəaliyyətin müxtəlif formalarında və sosial sistemlərin müxtəlif səviyyələrində özünü göstərir. Mədəniyyəti iki hissəyə ayırırlar: mənəvi və maddi. Maddi mədəniyyətin tərkibinə forma və növlərinə görə müxtəlif maddi istehsal bazarları, o cümlədən xammal və enerji ehtiyatlar, əmək vəsaitləri və başqa maddi istehsal məhsulları , adamların maddi əyani təcrübi fəaliyyəti, istehsal, mübadilə və istehlak zamanı maddi-əyani münasibət, keçmişin dəyərləri , o cümlədən abidələr, arxeoloji obyektlər və s .

Maddi mədəniyyətin bir hissəsi də sahibkarlıq mədəniyyətidir ki, bura idarəetmə və təşkilati, mübadilə və paylama, texnologiya və əmək şərtləri və s. mədəniyyəti daxildir . Beləliklə, o sahibkarlıq fəaliyyəti prosesində subyektlə onlar arasında təkrar yaranan münasibətlərlə bağlıdır.

Sahibkarlıq fəaliyyətinin təşkilati mədəniyyəti müəssisə mühitini, qarşılıqlı münasibətlər stilini, dəyərlərinin necə olmasını müəyyən edir. Hər hansı təzə yaranan təşkilat , struktur öz mədəniyyətini işləyib yaradır ki, bu da həmin strukturun yerini ,onun daxili və xarici münasibətlərini qabaqcadan müəyyən edir və strategiyanın formalaşmasında , səlahiyyətlərin bölüşdürülməsində , heyətin davranışında stereotip kimi çıxış edir.

Bir sıra tədqiqatçılar sahibkarlıq mədəniyyətlərinin xüsusi sahəsi növlərini qeyd edirlər. R.Ryüttinger aşağıdakı mədəniyyət növlərini göstərir:



  • Ticarət mədəniyəti

  • Sərfəli satış mədəniyyəti

  • Sərmayə(investisiya) mədəniyyəti

  • Inzibatçılıq mədəniyyəti.

Ticarət mədəniyyəti tez əks əlaqə və nisbətən az risklə xarakterizə olunur. Ticarət sahəsinin əməkdaşları çox vaxt əsasən cavanlar, fəal adamlar, eksperimentə gedən cəsarətlilər olurlar. Bu adamlar mehriban . elə bir mənəvi tələbi olmayan , lakin görkəmləri cəlbedici olur. Onlar alıcıya müraciət edərkən gözəl və məzəli danışıq qabiliyyətindən istifadə edirlər.

Ticarət mədəniyyətini bəzi nöqsanları da qeyd edilir:



  • Kəmiyyət keyfiyyəti ötür

  • Qısa müddətli müvəffəqiyyətlər düşüncəsi hakim mövqe tutur.

  • Işçilərin kollektivlə əlaqələri daha yüksək olur, nəinki müəssisə ilə.

  • Ticarət sahəsində işçilər qocalmırlar.

Sərfəli sazişlər mədəniyyəti orta və yüksək dərəcədə maliyyə riskli müvəffəqiyyətli müəssisənin tez əks əlaqəli olması ilə xarakterizə edilir. Bu növ mədəniyyətə qiymətli kağızlarla, ödəmə vəsaitlərlə, xammalla və ilaxır sərfəli sazişlər edildikdə rast gəlinir. Bu mədəniyyətin elementlərinə moda, kosmetika, peşəkar idman, reklamlar və riskli müəssisələrlə maliyyələşmə sahələrində rast gəlinir.

Investisiya mədəniyyəti əsasən istehsalatda xüsusən də yanacaq sahələrində və istehsalat vasitlərinin istehsalında , tikintidə, investisiya banklarında və s. özünü göstərir.

Mədəniyyətin bu növü gələcəyə olan açıq-aydın orientasiyaya malik olması ilə xarakterizə olunur. Burada yüksək dərəəcli risk şəraitindən iri sərmayə qoyuuşu həyata keçirilir. Bu sahənin işçiləri diqqətli ,ehtiyatlı , səbirli və dözümlü olurlar. Işçilər tez-tez ünsiyyətdə olurlar, bütün aspektləri detallarına qədər müzakirə edirlər. Birgə iclaslarda hamı nəzakətli, xoşrəftarlı olurlar, belə ki, bir-birindən asılı olduqları hamıya aydındır.

Sahibkarlıq mədəniyyətinin əsas prinsiplərini götürək-ümumiləşdirilmiş təsəvvür onları nəzərə alana imkan verir ki, öz davranışlarını nəyəsə münasibətlərini, öz hərəkətlərini düzgün formalaşdırsınlar. Bunlar aşağıdakılardır:


  1. Əsas və ya qızıl standart

  2. Kim tərəfindən və ya harada yol verilməsindən asılı olmayaraq etik səhvləri düzəltmək.

  3. Xidməti fəaliyyət üçün lazimi resursları əməkdaşlara verilməsində ədaləti təmin etmək.

  4. Işgüzar münasibətlərin işləməsində və qərarların qəbul edilməsində bir əsas kimi fərdi və kollektiv mənşəyə riayət etmək.

  5. əməkdaşın xidməti davranışı və hərəkətini etik saymağı təşkilatın və ya şöbənin mənəvi nöqteyi – nəzərdən inkişafına təkan verən və ya heç olmasa etik normaları pozmayan hallarda.

  6. Tabeçiliyindəklərə qarşı heç vaxt güc tətbiq edilməsinə yol verməmək.

  7. Işgüzar məsələlərin həllində öz fikrini söyləməkdən çəkinməmək.

  8. Istehlakçıya, kollektivə, əməkdaşa təsir edərkən ola biləcək qarşılıqlı əks təsiri nəzərə almaq.

  9. Təşkilatda etik standartları yalnız rəhbərliyin və işçilərin köməyi ilə tətbiq və istifadə etmək.

  10. Münaqişəsizliyə can atmaq.

  11. Digərlərinin azadlığını məhdudlaşdırmayan azadlığa yol vermək.

  12. Etibara görə avans vermək , o cümlədən əməkdaşın səlahiyyətlərinə və onun məsuliyyət hissəsinə görə.

  13. Tək özün etik davranmamalı, həm də həmkarlarının davranışlarına təsir etməlisən.

  14. Rəqibini tənqid etməmək.

ədəbiyyat siyahısı

V.Niftullayev. “ Sahibkarığın əsasları”



Qasımov.F.H., Qasımova .L.F.”Sahibkarlığın əsasları”


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə