Referat qrup: m 1433 ae magistr: Bayramova Ceyran Bakı- 2013 MÜNDƏRİcat




Yüklə 149.21 Kb.
tarix12.03.2016
ölçüsü149.21 Kb.


“AZƏRBAYCAN HAVA YOLLARI”

QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI

Qlobal istiləşmə və onun ekoloji duruma təsir xüsusiyyətləri

mövzusunda

REFERAT
Qrup: M 1433 aE

Magistr: Bayramova Ceyran
Bakı- 2013
MÜNDƏRİCAT


Giriş...........................................................................................................

3

Qlobal iqlim dəyişiklikləri. İqlimi formalaşdıran və dəyişdirən amillər....

4

İstixana effekti,yaranma səbəbləri və nəticələri........................................

5

Qlobal iqlim dəyişikliyinin regional aspektləri.........................................

21

Nəticə ........................................................................................................

25

Ədəbiyyat..................................................................................................

26














GİRİŞ
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən, 1860-1998-ci illər ərzində orta çoxillik temperaturun qlobal artması 0,8°C təşkil etmişdir. Bu zaman həmin illərdə temperatur artımı bərabər olmamışdır. Kifayət qədər sabit temperatur artımı 1860-1935-ci illərdə olmuşdur. Bu dövrdə havanın temperaturu 0.4°C-dək artmışdır. Sonra 1937-1978-ci illərdə, hər hansı bir tərəddüd olmadan, orta illik temperaturun sabit mötədil mərhələsi müşahidə olunmuşdur. Bundan sonra (1978-ci ildən indiyədək) qlobal temperaturun sürətlə artımı baş vermişdir; onun artımı 0,4°C olmuşdur. 80-ci və 90-ci illərin ortalarında tamamilə isti dövrlər sırası qeyd olunmuş, 1998-2000-ci il isə Yerdə temperaturun bütün alət ölçmələri dövründə ən isti il olmuşdur.

İqlim dəyişməsi hadisəsinin səbəbləri haqqında müxtəlif baxışların olmasına baxmayaraq, dünyanın iqlimşünas alimlərinin əksəriyyəti iqlim dəyişmələrinin səbəblərini atmosferdə güclü şəkildə istixana effekti yaradan maddələrlə atmosferin qlobal çirklənməsində və təbii amillərin iqlim sisteminə təsirində görürlər. Atmosferin belə çirklənməsinin Yer üzündə hansı fəsadları yaratmasını göstərmək üçün hazırda baş verən və gözlənilən bir sıra təhlükəli hadisələrə nəzər yetirmək lazımdır.

Yerdə havanın temperaturu artır. Bu mübahisəsiz faktdır. Bunun səbəbi də atmosferin qlobal çirklənməsidir. Yerdə havanın temperaturunun artması Yerin geosfer qılafında bir sıra proseslərin inkişafına gətirib çıxarır ki, bunlar da ətraf mühitə həm müsbət və həm də mənfı təsir göstərirlər. Axırıncı isə sivilizasiyanın təhlükəsizliyinin azalması və təbii fəlakətlərdən dəyən ziyanların artması ilə bağlıdır. Mütəxəssislərin hesablamalarına görə atmosferin 1°C istiləşməsi ABŞ-ın Atlantik okeanı sahillərində hava axınlarının 40-60% artmasına səbəb olur ki, bu da tropik tayfun və qasırğalara həssas olan həmin ərazilərin vəziyyətini daha da ağırlaşdırır.

İqlimin sonrakı istiləşməsi qlobal səciyyəli qəza proseslərinə gətirib çıxara bilər. Ən ciddi təhlükələrdən biri Qrenlandiya buz örtüklərinin və yüksək dağ buzlaqlarının əriməsilə bağlı Dünya Okeanının səviyyəsinin qalxmasıdır. He-sablamalara görə Dünya Okeanının səviyyəsinin ehtimal artması 2030-cu ilə yaxın 14-24 sm təşkil edəcək. XXI əsrin əvvəllərində Okean səviyyəsinin sonrakı illərlə müqayisədə 5-10 dəfə sürətlə artması gözlənilir. 2030-cu ilə səviyyənin maksimum artımının 60 sm-dək, minimum isə 5 sm-dək təşkil edəcəyi gözlənilir. Dünya okeanının səviyyəsinin qalxmasının təhlükəsi bir sıra ada ölkələrin alçaq sahil əra-zilərinin su altında qalmasına, daşqınların davamiyyətinin artmasına, subasan sahələrin çoxalmasına, sahil eroziyasının aktivləşməsinə, sahil mühafizə tikililərinın dağılmasına, dalğalanmanın gətirilmə və qovulmanın güclənməsinə və s. gətirib çıxara bilər.

İqlim dəyişməsinin (atmosferin troposferdə istiləşməsinin) başqa müstəsna proseslərindən biri də onun çoxillik daimi donmuş torpaqlarda temperaturun qalxması və kriolitozonun deqradasiyası ilə müşayiət olunmasıdır. Bu prosesin də nə qədər fəlakətli olmasını izah etməyə ehtiyac yoxdur.

Onu da qeyd etmək lazımdır ki, iqlimin istiləşməsi yağıntıların miqdarının artması ilə müşayiət olunur.

İqlim optimumu zamanı, məsələn, Şimali Avrasiyanın yağıntılarının miqdarı 10-20% müasir dövrə nisbətən çox olub. Rusiya alimlərinin hesablamalarına görə XXI əsrin I yarısında Rusiyanın şimal regionlarında rütubət ehtiyatlarının həcmi 20-40%-dək arta bilər ki, bu da həmin ərazilərdə alçaq hissələrin əlavə suyun altında qalmasına və bataqlıqlara çevrilməsinə səbəb ola bilər.

Alimlər belə hesab edirlər ki, iqlim sisteminə təsir edən və onun dəyişməsinə səbəb olan əsas amillər kosmik, atmosferin şəffaflığının dəyişməsi və atmosferin tərkibinin dəyişməsilə əlaqədar olan amillərdən ibarətdir.


Qlobal iqlim dəyişiklikləri. İqlimi formalaşdıran və dəyişdirən amillər
a) Kosmik amillər

Kosmik amillər dedikdə əsasən Günəş radiasiyasının baxılan sahədə atmosferin xarici sərhəddinə düşən enerjinin miqdarı, kosmik şüalar və yüklü hissəciklərin Yer atmosferinə daxil olması ilə izah edilir. Günəş radiasiyasınınn qiymətinə Günəş sabiti deyilir və Yer kürəsi üçün ümumilikdə 1370 Vt/m2 təşkil edir. Ən çox ehtimal olunan qiymət 1366-1377 Vt/m2-dir. Müntəzəm peyk ölçmələri ilə müəyyən olunmuşdur ki, son illər Günəş sabitinin qiyməti orta qiymətdən 0,1-0,2% fərqlənir (2-3 Vt/m2). Bunun səbəbi Günəş diskində itkilərin yaranmasıdır.

Günəş sabitinin qiyməti coğrafi enliklərdən və mövsümdən asılı olaraq dəyişir. Orta hesabla il ərzində 37° şimal en dairəsi ilə 37° cənub en dairəsi arasmdakı zonanın aldığı enerji verdiyi enerjidən çox olur. Radiasiya balansı B > 0 olur. Bu zonanın xaricində illik orta hesabla B < 0 olur. 70°-li en dairəsindən yuxarı en dairəsində bütün mövsümlərdə B < 0 təşkii edir. Energetik tarazlığın yaranması üçün enerjisi B > 0-da B < 0 olan ərazilərə ötürülməlidir. Bu isə atmosferin və okeanın hərəkəti ilə tənzimlənir.

b) Xarici geofiziki amillər

Xarici geofiziki amillərə ən təsiredicilər olaraq atmosferin kütləsi və vəziyyəti, Yerin fırlanma sürəti, Yer səthində materik və okeanların yerləşməsi, vulkanik proseslər aid edilir. Yerin fırlanma sürəti atmosferin sirkulyasiyasının intensivliyinin və xarakterini müəyyən edir, yer səthinin və okeanın radiasiya və istilik tutumları xüsusiyyətini təyin edir, atmosfer də yer səthi arasında istilik mübadiləsinə təsir göstərərək xarakterli musson effektlər yaradır.

Vulkanik proseslər də geofiziki amillərə aiddir. Vulkanların qlobal iqlimə təsiri son illər daha geniş öyrənilir.

Okeanlardakı axınlar isti su kütləsini yuxarı enliklərdə öturülməsinə şərait yaradır.

Böyük vulkanların püskürməsi nəticəsində stratosferə çox böyük miqdarda müxtəlif qazlar və aerozollar atılır və onlar tərəfindən Günəş radiasiyası İQ oblastda şüalanması udulur səpələnir. Vulkanik püskürmələrin nə dərəcədə qlobal təsir etmə qabiliyyətindədir, çox maraqlı problem olaraq şəkildə öyrənilir.

c) Daxili təbii amllər

Bu amillər iqlim sistemini təşkil edən hər hansı bir komponentin tərkibində yaranır və digər komponentlərə təsir göstərir. Beləliklə, onlar iqlim sistemini təşkil edən komponentlər arası qarşılıqlı əlaqənin yaranmasının vasitəçiləridirlər.

ç)Atmosfer

Ümumilikdə Günəşdən gələn enerjinin 64% ultrabənövşəyi və görünən oblastına (A< 0,76 mkm) düşür. Bu enerji havanın aerozol hissəcikləri buludlar tərəfindən səpələnir, bir hissəsi isə yer səthi tərəfindən əks olunur və udulur. Enerjinin qalan 36%-i yaxın İQ oblastın (A < 4 mkm) payına düşür. Günəşdən gələn enerjinin yalnız yarısı atmosferdən keçərək Yer səthi üzərinə düşür. Yer səthinə düşən enerjinin təxminən 40%-i yer tərəfindən şüalandırılır, təxminən 48%-i əsasən su buxarları vasitəsi ilə atmosferə qayıdır, enerjinin qalan təxminən 12%-i atmosferin burulqanlıq xüsusiyyətindən asılı olaraq atmosferə verilir.

Hesablamalar göstərir ki, daxil olan ümumi enerjinin 10%-ə yaxın qədəri kosmik fəzaya ötürülür.

Ultrabənövşəyi və görünən şüalar molekulyar oksigendən (O2), əlavə olaraq ozonla (O3) və atmosferdə olan az miqdar qazlarla (N2O, NO2, SO2, metan, etan) udulur. Udulmanın miqdarı atmosferə daxil olan qazların miqdarından asılı olaraq dəyişə bilər.

İQ şüalanmada şəffaflıq pəncərələri (3-5, 8-14 mkm) adlanan oblastları xüsusi yer tutur. Bu diapazonda İQ diapazonun bütün hissələrində müşahidə olunan su molekulalarında udulma olmur.

Dalğa uzunluğunun 15 mkm-dən böyük hissələrində CO2-nin təsirindən udulma daha intensiv gedir.

İQ oblastında Günəş enerjisinin qiymətinə təsir göstərən amillərdən biri də troposferdəki aerozollarının təsiridir. Aerozollar əmələ gəlmə prinsipinə və optik xüsusiyyətilərinə görə çox müxtəlif olurlar.

Günəş radiasiyasının yerdəki qiymətinə ən çox təsir göstərən amil buludlar hesab olunur. Buludların müxtəlifliyi və onların forma və tərkibinin çox tez müddətdə dəyişməsi, buludlarda hər hansı bir amilin iqlimə təsirini qiymətləndirmək qeyri-mümkündür. Ona görə da buludların qlobal iqlim dəyişmələrinə təsiri hələ ki aydınlaşmayıb.

d)Okean

Okeanlar qlobal iqlimə çox böyük təsir göstərdiklərindən onları bir növ iqlimin təyinedicisi formalaşdırıcısı adlandırırlar. Okean sularının albedosu kiçik olmasına baxmayaraq sahəsi çox böyük olduğundan (təxminən Yer kürəsinin sahəsinin 70%) Günəş enerjisinin çox hissəsinin udulması okeanların hesabına düşür.



Okean qurudan fərqli olaraq sıxlıqların stratifikasiyası daha dayanıqlıdır. Belə ki, sıxlığı böyük olan soyuq su qatları aşağıda, sıxlığı aşağı, temperaturu yuxarı olan qatlar isə yuxarıda yerləşir. Temperatur fərqi nəticəsində təzyiqlər fərqinin meydana gəlməsi güclü axınlara güclü təsir etmir.

Yerin radiasiya balansının formalaşmasında okeanın fonunun necə böyük olması aşağıdakı məlumatlar göstərir. Peyklər vasitəsilə aparılan ölçmə nəticələri əsasında müəyyən edilmişdir ki, dünya okeanının bir çox sahələri hər kvadrat metrə düşən enerjiyə görə quru sahələrdən kəskin fərqlənir.

Məsələn, Kurosio axını istiqamətində enerjinin qiyməti 24Vt/m2, Qolfstrim rayonunda 24 Vt/m2, Nyufaunlend adasında şərq istiqamətdə olan rayon 22 Vt/m2 olduğu halda Orta Asiya səhralarında bu qiymət 20, Saxara səhrasında isə 18 Vt/m2 təşkil edir.

e)Antropogen amillər

Bir sıra antropogen amilləri göstərmək olar ki, onlar iqlim dəyişməsində müəyyən rol oynayırlar. Bunlardan atmosferin tərkibində bəzi qazların konsentrasiyasının artması (CO2,CH4), istixana effekti, İQ diapazonda proses aydındır.

Lokal və regional miqyasda iri sənaye şəhərlərinin və sənaye müəssisələrinin təsiri səbəblərindən qlobal iqlim dəyişmələri hələ axıra kimi qiymətlən­dirilməmişdir.

Cədvəl 1-də müxtəlif ölkələrin 2000-ci ildə müxtəlif ölkələrin istixana effektinin yaradılmasında rolu
Cədvəl 1

Ölkələr
Qazlar

Karbon

qazı



Metan,



Xlorflüorlu

karbomid,




Qazların

məcmusu,



Dünya

üzrə faizi,




ABŞ

54

130

35

100

17,6

Avropa

52

85

480

8

10,8

Çin

26

98

32

38

6,6

Yaponiya

11

12

100

22

3.9

MDB

45

60

180

69

12,0

Dünya üzrə

250

800

1400

470

100

Elm sübut etmişdir ki, istiləşmə üçün bu şəraiti XX əsrin birinci yarısının yay aylarında, ikinci yarısında isə qış aylarında Yerin öz oxu ətrafında fırlanması sürətinin dövrü xüsusiyyətləri yaratmışdır.

Vulkanların püskürməsi, sənaye tullantıları və meşə yanğınları nəticəsində atmosferə atılan aerozolların və kükürd birləşmələrinin atmosferin aerozol optiki qalınlığının dəyişməsi və bunun da Yerin radiasiya rejiminə təsiri iqlim dəyişməsinə səbəb olan ikinci amillərdəndir. Hesablamalar göstərir ki, vulkan püskürməsindən sonra birbaşa radiasiya orta hesabla 16% azalır. səpələnmiş radiasiya isə 20% artır, nəticədə radiasiyanın cəmi 2-7% azalır.

Meşə yanğınlarının tüstü, duman və antropogen aerozolların tullantıları radiasiya effektinə görə vulkan püskürməsilə müqayisə edilə bilər. Atmosferə atılan aerozol və kükürd tullantıları havanın orta qlobal temperaturunun 0,3°C-dək aşağı düşməsinə və atmosferin yuxarı qatlarının (stratosferin) bir neçə dərəcə qızmasına gətirib çıxarır.

Buludluluğun dəyişməsi iqlimin dəyişməsini müəyyən edən vacib amillərdən biridir. Buludluluq rejimi hava kütlələrinin istiqaməti və onların rütubətliliyilə formalaşır və həm də ərazinin radiasiya, temperatur rejimini və rütubətliyini dəyişir.

İqlimin qlobal dəyişməsinə təsır göstərən amillərdən biri də elmı texniki inkişaf və qlobal texnogenezin sayəsində atmosferin tərkibinin antropogen təsirlərlə dəyişməsilə bağlı istilik balansının dəyişməsidir.

Artıq keçən əsrin 70-ci illərində aydınlaşdı ki, insanların təsərrüfat fəaliyyəti nəticəsində atmosferin kimyəvi tərkibində dəyişmə getməklə, bir sıra qazların - metanın, karbon qazının, azot 1-oksidin, xlorflüorkarbohidrogenlərin, kükürd qazlarının və s. qatılıqları artır.

Dünyanın bir sıra görkəmli alimləri sənaye inkişafının hələ ilk dövrlərində xəbərdarlıq edirdilər ki, yeraltından çıxarılan və miqdarı durmadan artan yanacağın yandırılması atmosferin tərkibindəki karbon qazı qatılığının xeyli çoxalmasına, bu da öz növbəsində istixana effektinin güclənməsinə və havanın aşağı təbəqəsinin temperaturunun qalxmasına gətirəcək. İstiləşmə istixana effektinin artması ilə, başlıca isə atmosfer havasında CO2-nin toplanması ilə əlaqədardır.

Atmosferdə istixana qazlarının miqdarının artması Yerin iqlim sistemində əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaqdır ki, bunun da ciddi nəticələrlə müşahidə oluna bilər. Atmosferdə olan qazlar atmosferin temperatur rejiminə ciddi təsir edir. Bu qazlar olmasaydı hazırda Yerin temperaturu 34 K aşağı olardı. Atmosferdə Günəşdən gələn enerjidən yüksək midarda enerji sirkulyasiya edir. Bu İQ şüaları uda bilən molekulların havada olması hesabına baş verir. Günəşdən gələn və yer səthində olan istilik şüalanmasının əsas uducusu atmosferdə buxar və buludlar şəklində iştirak edən sudur.

İstixana effekti anlayışı ilkin olaraq fizika elmi ədəbiyyatında qeydə alınmışdır. Bu effekt Tindal tərəfindən 1863-cü ildə əsaslandırılmışdır. 1886-cı ildə Arrenius göstərdi ki, normal atmosferin çox cüzi bir hissəsini təşkil edən karbon oksidi Yer səthinin temperaturunun 5-6°C yuxarı olmasına şərait yaradır. İlk dəfə olaraq Kallender 1938-ci ildə belə bir fərziyyə ilə çıxış etdi ki, antropogen mənşəli CO2 –nin atmosferə buraxılması iqlim dəyişmələrinə təsir göstərə bilər.

Şək. 1-də son min ildə atmosferdə azot (N2O), metan və karbon (CO2) qazlarının konsentrasiyasının artması göstərilmişdir. Şəkildən görünür ki, artma əsasən XX əvvəllərindən qeydə alınıb. Atmosferin çirklənməsi Qrelandiya buzlarının tərkibində sulfat aerozollarının miqdarını kəskin artırmışdır.

Şək. 1. Müxtəlif istixana qazlarının atmosferdə illik artma qiymətləri


İstixana effektinin yaranmasında rol oynayan əsas amillərdən biri də atmosferdə su buxarının konsentrasiyasının artmasıdır. Su buxarları görünən və infraqırmızı diapazonlarda istilik şüalanmasını udaraq onun kosmik fəzaya keçməsinin qarşısını alır. İstixana effektini qlobal iqlim dəyişməsində özünü əsasən, aşağıdakı təsirlərdə göstərir:

1 . Daimi olaraq atmosferə buraxılan istixana qazlarının, o cümlədən karbon qazının intensivliyi yüksəlir. Bunun əsas mənbəyi kömürün və müxtəlif karbo­hidrogen yanacaqların elektrik stansiyalarında, daxili yanma mühərriklərində yandırılması və s. hesab olunur. Son 30-40 ildə CO2-nin ətraf buraxılması xüsusi ilə artmışdır. Bu ilk növbədə ABŞ və Avropanın inkişaf etmiş öikələrin hesabına yaranmışdır.

2 . Atmosferə buraxılan qazların təsiri nəticəsində Yer temperaturu artıb və artmaqda davam edir. Belə ki, 1890-cı ilə kimi Yerin orta temperaturu 14,5°C olduğu halda, 20-ci əsrin 80-cı illərində bu qiymət 15,2°C təşkil etmişdir. Müxtəlif dövrlərdə temperaturun dəyişməsi müxtəlif olmuşdur.

Belə ki, 1940-1970-ci illər ərzində temperaturun qiyməti nisbətən sabit qaldığı halda 80-cı illərin son 7-8 ili ərzində yuxarıda göstərilən həddə çatmışdır.

Şək. 2-də dünya üzrə 140 il ərzində temperaturun qlobal miqyasda və şimal yarımkürəsində dəyişmə qanunauyğunluğu göstərilmişdir.

Şək. 2 Atmosferdə qlobal temperaturun artımı

Əlbətdə 90 il ərzində temperaturun 0,7°C artması çox böyük olmasa da, burada əsas təhlükə mənbəyi ümumilikdə artımın mövcud olmasındadır. Müasir proqnozlara görə 2050-ci ilə kimi planetin temperaturu 1,4-dən 4,5°C-yə kimi arta bilər. Bu isə onu göstərir ki, Yer səthinin temperaturu 2 milyon il mövcud olan temperaturdan yüksək olacaq. İqlim dəyişməsinə görə beynəlxalq ekspertlər qrupunun proqnozuna görə isə 2100-ci iiə kimi temperatur artımı 3,5°C qiymətində göstərilir.

3. İstiləşmənin nəticələri müxtəlif ölkələrin əhalisi və iqtisadiyyatı üçün müxtəlif olacaqdır. Belə ki, bunun həm mənfi, həm də müsbət cəhətləri ola bilər. Hal-hazırda müzakirə obyekti kimi bu proseslərin harada və hansı istiqamətdə inkişaf edəcəyi təhlil olunur. Tarixi dövr nöqteyi-nəzərindən bu proseslər çox qısa müddətdə baş verdiyi üçün yeni şəraitə adaptasiya olunma prosesi olduqca mürək-kəbləşəcək, bəzi regionlarda isə ümumiyyətiə mümkün olmayacaq. Nəticə etibarı ilə flora və faunada ciddi dəyişikliklər nəticəsində insan cəmiyyəti böyük problemlərlə üzləşəcək. Beiə ki, XXI əsrin ortalarına kimi, dünya okeanının səviyyəsi 0,5-1 m, əsrin sonunda isə 1-2 m qalxması proqnozlaşdırüır. Nəticədə qurunun böyük əraziləri su altında qalacaq, təbii fəlakətlərin intensiviiyi daha da artacaq, ekosistemlərin dağılması dönməz xarakter alacaq. Hal-hazırda iqlim dəyişmələrinin müasir durumunun analizi etdikdə aşağıdakı nəticələrə gəlmək olar:

1) Antropogen tullantıların artımı kəskin şəkildə davam etməkdədir;

2) Müasir riyazi modelləşdirmə metodlarının istifadəsi nəticələrinə əsasən demək olar ki, əgər atmosferdə karbon qazının konsentrasiyası iki dəfə artarsa, bunun nəticəsində Yer atmosferinin temperaturunun 1,5-4,5°C artma ehtimalı mövcuddur;

3)İqlimin mümkün dəişmələrinin proqnozunda və regional paylanmasında ciddi fikir ayrılıqları mövcuddur;

4)Son 100 ildə planetin orta qlobal temperaturu 0,3-0,6°C artmışdır;

5)Ümumilikdə, istiləşmənin proqnoz tempi prosesin riyazi modelləşdirilməsi nəticələrinə uyğun gəlir;

6)İstixana effektinin təsirinin birmənalı qiymətləndirilməsi 10 ildən tez baş verə bilməz. Bunun səbəbi iqlim dəyişmələri üzrə aparılan tədqiqat nəticələrinin çox vaxt ziddiyyətli olmasıdır. Bir sıra hallarda müxtəlif modellər üzrə hazırlanan proqnozlardan alınan nəticələr bir-birindən 300%-ə qədər fərqlənir. Məsələn, hal-hazırda səviyyəsi 15 sm qalxan dünya okeanının səviyyəsinin qalxmasının bəzi proqnozlarda bu yüzilliyin sonunda 30 sm, digər proqnozlarda isə bunun 1,5 və hətta 2,0 m-ə qədər qalxacağı göstərilir.

Müxtəlif modellər üzrə hazırlanan proqnozlann bir-birindən belə kəskin fərqlənməsinin əsas səbəbi, istiləşmənin yaradan səbəblərin mexanizminin tam məlum olmaması ilə yanaşı, bütün məlum amilləri səciyyələndirən parametrlərin modelə daxil ediimə imkanlarının məhdudluğu ilə izah olunur.

İstixana effektinin müsbət cəhətlərindən söhbət getdikdə ilk növbədə kənd təsərrüfatının inkişafı nəzərdə tutulur. Belə ki, temperaturun yüksək otması və yağıntıların çoxalması nəticə etibarı ilə kənd təsərrüfatı bitkilərinin məhsuldar­lığının artmasına imkan verəcək. Aydındır ki, bu amil özünü dünyanın müxtəlif regionlarında özünü fərqli dərəcədə göstərəcək. Digər müsbət təsir kimi, şimali ölkələrinin temperaturun qalxması ilə yaşayış ictimai və istehsal proseslərində enerjiyə olan tələbat azadlığından təbii yanacağın istifadənin tempi aşağı düşəcək. Şimal ölkələrinə, xüsusən Rusiyaya istiləşmənin təsiri hiss olunacaq mənfi təsirlərdən biri də ərazinin 60% daimi buzlaqlardan ibarət olması ölkə üçün ciddi nəticələr verə bilər. Belə ki, burada yerləşən bir çox şəhərlər və infrastrukturları böyük arzuolunmaz dəyişikliklər gözləyir ki, bu da həm iqtisadi, həm də sosial nöqteyi-nəzərdən çox ciddi problemlərin yaranması ilə müşahidə oluna bilər. Digər tərəfdən buzların əriməsi nəticəsində çayların səviyyəsi qalxacaq və nəticə etibarı ilə Rusiyanın və digər şimali öikələrin böyük ərazilərinin keçilməz bataqlıqlara çevrilməsinə gətirib çıxara bilər.

İqlimin dəyişməsi ətraf mühitdə insanın rastlaşdığı ən mürəkkəb problemlərindən biridir. İstiləşmənin təsirinin qiymətləndirilməsi olduqca mürəkkəb məsələdir. Qlobal istiləşmənin səbəb və nəticələri haqqında tam müfəssəl aydınlıq olmasa da, bir sıra mütəxəssislər fərz edirlər ki, iqlimdə baş verən dəyişikliklər buzlaşma dövrünü formalaşdıran proseslərdən çox az fərqlənir. Bu səbəbdən keçmişi səciyyələndirən məlumatların analizi əsasında gələcəyin proqnozunu vermək çətin də olsa yenə də mümkündür.

Son illərdə müasir dövrün ən mühüm və aktual problemlərindən biri ciddi sosial-iqtisadi və siyasi təzadlar iqlim dəyişikiiyidir.

Hələ XIX yüzilliyin sonu XX yüzillyin əvvəlində yaşamış isveç alimi Anenius belə bir ehtimal söyləmişdir ki, kömürün və digər karbohidrogen yanacağın yandırılması atmosferdə karbon qazlarının yığımına gətirib çıxaracaq. Bu “istixana effektini" gücləndirəcək və atmosferin aşağı təbəqəsinin temperaturunun yüksəlməsini sürətləndirəcəkdir.

Qlobal istiləşmə bu gün karbondioksid qazının, metanın, başqa istixana qazlarının və digər üçatomlu qazların atmosferə təsiri altında Yer səthinin temperaturunun yüksəlməsini təsvir etmək üçün istifadə olunan populyar istixana qazları Günəşin şüalandırdığı enetjinin müəyyən hissəsinin yenidən kosmosa əks olunmasına imkan verir. Onlara dörd ən önəmli istixana qazları karbonoksid (CO2), metan (CH4), xlorflüorkarbonlar, azot oksidi (NO) aid edilə bilər, onlar qısa dalğalı Günəş radiasiyası üçün şəffafdırlar, lakin gedən uzun dalğalı radiasiyanı bu qazlar udur və udulmuş enerjini bütün istiqamətləri yenidən şüalandırırlar. Bu qazların ümumi konsentrasiyasının tədricən artması nəticəsi Yer səthinin və aşağı atmosferin qızması effektinə gətirir. Beynəlxalq geologiya və energetika təşkilatlarının məlumatlarına görə filiz şəklində energetika resurslarının yandırılması və karbon oksidi udan meşələrin böyük sahələrinin qırılması ilə bağlı olaraq istixana qazlarına konsentrasiyası hazırda çox artaraq, hazırda 354 ppm təşkil) edir və bu yüksəlmənin yandan çoxu 1950-ci ildən sonrakı dövrün payına düşür. Yəni 30-40 il qlobal dəyişikliyində antropogen mərhələ kimi xarakterizə olunur.

Son 100 il ərzində Yerin radiasiya balansının dəyişməsi nəticəsində havanın temperaturu orta hesabla 0,5-0,6°C artmış və dünya okeanının səviyyəsi 20 sm qalxmışdır. Bununla bağlı dünyanın bir çox bölgələrində səhralaşma prosesləri güclənir, təbii hidroloji dövrün pozulması nəticəsində dağıdıcı kor-təbii təbiət təzahürləri çoxaımışdır. Öz növbəsində bu proseslər təbiət ekosisteminə və həyatın sosial-iqtisadi sferalarına da təsir göstərir.

Karbon qazı Yerdəki bütün üzvi maddəlorin oksidləşməsi prosesindən, yəni onların çürüməsi və parçalanmasından, yanacağın yanması və canlı orqanizmlərin tənəffusündən və s. ayrılan məhsul kimi atmosferə daxil olur. Karbon qazının ən böyük mənbəyi eyni zamanda dünya okeanıdır. Okeandakı karbon qazının miqdarı həmin qazın atmosferdəki parsial təzyiqinin funksiyasıdır. Bu, karbon qazının atmosferdə artmasına uyğun olaraq okean sularında çoxalmasına da səbəb olur. Karbon qazı okean sularında həll olunaraq bikar-bonat ionuna (HCO3) çevrilir və eyni zamanda, bunun əksi olaraq karbon qazının atmosferə daxil olması prosesi də baş verir:


H2O + CO2 H2CO3

H2O + CO2 H2CO3 H+ +HCO3

CaCO3 + CO2 + H2O Ca(HCO3)2
Burada üçüncü reaksiya tənliyi üzrə gedən reaksiyadan başqa, o biri reaksiya tənlikləri üzrə düzünə və əksinə gedən proseslər təxminən eyni sürətlə və fasiləsiz gedir. Üçüncü tənlik üzrə proses isə kalsium-hidrokarbonatın dissosiasiyası zamanı əmələ gələn kalsium ionunun (Ca2+) suyun tərkibində olan OH- ionu ilə birləşərək qələvi xassəyə malik kalsium-hidroksid əmələ gətirməsi nəticəsində bir qədər fərqli gedir.

Beləliklə, karbon qazı atmosferlə hidrosfer arasında gedən molekulyar və turbulent diffuziya prosesi ilə mübadilədə olur. Deməli, karbon qazının udulması ilə ayrılması arasında tarazlıq mövcuddur. Mülayim və yüksək en dairələrində, soyuq dəniz və ya okean sularında təxminən nə qədər karbon qazı Dünya okeanı tərəfındən udulursa, tropiklərin isti sularından atmosferə bir o qədər karbon qazı daxil olur. Biosferdə isə fotosintez prsesində nə qədər karbon qazı sərf olunursa, o qədər karbon qazı da orqanizm qalıqlarının parçalanmasından, canlı orqanizmlərin tənəffüs prosesindən ayrılaraq onun sərfıni tarazlaşdırır.

Atmosferdə karbon qazı qatılığının ölçmələri göstərir ki, həmin qaz müxtəlif coğrafi rayonlarda və eləcə də troposfer hüdudlarında yüksəklikdən asılı olaraq az dəyişir.

Karbon qazının böyük ölçüdə tənzimlənməsi prosesində dünya okeanı və qurunun bitki orqanizmləri əsas rol oynayır, ancaq yerli şəraitdən və zamandan asılı olaraq, atmosfer havasında karbon qazının qatılığı bir qədər dəyişir. Belə ki, qütb rayonlarında onun miqdarı bir qədər az (məs., Antarktikada 0,02%), quru üzərındə isə dəniz üzərindəkinə nisbətən təxminən 60 dəfə çox olur. Bu onunla izah olunur ki, okcan və ya dəniz suyu atmosferdən karbon qazını udur və onu okcanın vo dənizin dibinə çokdürür. Okeanın və ya dənizin dibinə karbon qazının çökməsi prosesini bir sıra amillər suyun tcmperaturu və s. mürəkkəbləşdirir.

Atmosfer və okean arasında qarşılıqlı mübadilədə olan karbon qazının miqdarı təxminən 1,0-10 ton təşkil edir. Atmosferin aşağı qatı ilə okean səthi arasında karbonun mübadiləsi üçün 5-25 il, okean səthi ilə onun özünün daha dərin qatı arasındakı mübadilə üçün 200-1000 il və karbon qazının atmosferdə tam mübadiləsi üçün 300-500 illik bir dövr tələb olunur. Karbon qazı soyuq suda yaxşı həll olduğuna görə o, əsasən okeanın soyuq sahələrində udulur, tropik sahələrində isə, əksinə, okeandan atmosferə qatışır.

Karbon qazının miqdarı gündüzə nisbətən gecə bir qədər çox olur, çünki günün işıqlı vaxtı o, bitkilər tərəfındən foto-sintez prosesində udulur, gecə isə fotosintez prosesinin dayanması nəticəsində karbon qazının sərfi də dayanır, ancaq bu vaxt müxtəlif mənbələrdən atmosferə fasiləsiz olaraq karbon qazı buraxılır.

Bitkilərin fotosintez prosesinin intensivliyinin mövsümi dəyişmələri troposferin aşağı qatında karbon qazı qatılığının tərəddüdünə səbəb olur. Tərəddüdün maksimum qiyməti payız fəslində miişahidə edilir. Tərəddüd amplitudası ortaillik kəmiyyətin 2-3%-ni təşkil edir. İ1 ərzində karbon qazının atmosferdə orta mıqdarının təxmınən 5%-i fotosintez prosesi zamanı sərf olunur.

XIX əsrin ikinci yarısından başlayaraq, bütün dünyada yanacağın yanma miqyası artdığına görə atmosferdə karbon qazının miqdarının buna müvafıq olaraq artması da başlamışdır. Məsələn, hesablamalara görə 1860-ci ildon son illərədək atmosferdə karbon qazı qatılığının çoxalması təxminən 15-16% olmuşdur. Antropogen təsirlərin hesabına bu çoxalma ildə 2,5-3,5% təşkil edir ki, bu da yanacaq yandırılmasının ildə 6-7% artması ilə bağlıdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) hələ keçən əsrin 80-90-cı illərində yayılan məlumatlarında bildirilirdi ki, eramızın üçüncü minilliyinin əvvəllərində atmosferdə karbon qazının miqdarı 20-25% artacaq. Artıq bu proqnoz özünü doğrultmuşdur.

Hazırda karbon qazının atmosferdə mıqdarı onun böyük bir dövr ərzində atmosferdə təşəkkül tapmış miqdarından (0,03%) çoxdur vo təxminon 0,04% təkil edir.

Atmosferdə karbon qazının miqdarının tərəddüdü bəşəriyyət vo ümumıyyətlə canlılar aləmi üçün çox təhlükəlidir. Odur ki, bu problem qabaqcıl ölkələrin hökümətlərini və elmi ictimaiyyətini narahat edir və onların diqqət mərkəzindədir.

Şək 3. 1860-cı ildən 2000-ci ilə kimi karbon qazının atmosferdə konsentrasiyasının artımı. 1-əyrisi insan fəaliyyəti nəticəsində yaranmış karbon qazının miqdarı, 1 və 2 əyriləri arası məsafə, biokütləyə keçmiş və hidrosferdə udulmuş karbon qazının miqdarına uyğun gəlir.2-ayrisinin ikiləşməsi artımının qiyətləndirmə xətasınınmüxtəlif olmasını göstərir.


Karbon qazının çatışmazlığı yox, əksinə, onun atmosferdə qatılığının yüksəlməsi arzuolunmaz və təhlükəlidir. Çünki onun miqdarı havada 0,07%-ə çatdıqda belə, nəfəsalma çətinləşir. Atmosferdə karbon qazını qatıhğının artması Yer səthindən əks olunan istilik şualarının keçiriciliyini dəyişir, çünki karbon qazı dalğa uzunluğunun 13-17 mkm sahəsində intensiv udulma xətlərinə malikdir. Buna görə də o, atmosferdə oranjereya şüşəsi kimi qısadalğalı Günəş şualarını Yer səthinə buraxır, əksinə, Yerin uzundalğalı məxsusi istilik şualarını isə atmosferin yuxarı qatlarına buraxmır. Nəticədə «istilikxana - parnik efiekti» yaranır.

İqtimin dəyişməsi nəinki təbii, hətta sosial-iqtisadi proseslərə də böyük təsir göstərir. İqiimin dəyişməsi üzrə dövlətlərarası komitə XXI əsrdə temperaturun qiobal yüksəlməsi nəticəsində əhalinin həyat tərzinin, iqtisadiyyatın və energetikanın dəyişilməsi üzrə altemativ ssenarini təhlil etmişdir.

İqlim göstəricilərinin - orta illik temperaturun və rütubətliyin qlobal dəyişməsi nəticəsində qurunun iandşafiında müvafiq dəyişikliklər baş verəcək, denudasiya və aşınma prosesləri artacaq və ya azalacaq. Dünya okeanının landşaftın şəklini dəyişəcək, şeiflər genişiənəcək, yaxud kənd təsərrüfatında çox mühüm dəyişikliklər olacaqdır.

Qurunun landşaftlarının dəyişməsi. Orta en dairələrində temperaturun yaxın 100 illikdə 1-3,5°C qalxması ekvivalent surətdə bitki örtüyünün dəyişməsi ilə nəticələnəcəkdir.

Flora və fauna inkişaf edib uyğunlaşdığı iqlimdən yeni bir iqlim rejiminə qədər qoyacaqdır. İqiimin dəyişmə sürətindən asılı olaraq bəzi bitki növləri isə sıradan çıxa bilər. Bunun nəticəsində növlərin yeni kombinasiyaları formalaşmağa

başlayacaq və yeni ekosistemlər yaranacaqdır. Mülayim qurşağın meşələrində karbon qazının çoxalması ilə əlaqədar bəzi ağac cinsiəri də sıradan çıxacaqdır.

Ekosistemin sahəcə yeni iqlim şəraitinə uyğunlaşması prosesi daim maneəçilik törədən insan tərəfindən fəaiiyyəti nəticəsində daha da mürəkkəbləşəcəkdir.

Ən çox dəyişikiik arktik və subarktik qurşaqlarda baş verəcəkdir: kriosferin komponentiəri - okean buzlaqları, dağ və dəniz buzlaqları, daimi və mövsümi qar örtüyünün sahəsi və baş verdiyi müddəti dəyişəcəkdir.

Landşaftlar dəyişkənliyə (transformasiyaya) uğrayaraq qütbə doğru hərəkət edəcəkiər. Landşaftların bəzi elementlən (tundra və meşə-tundra) iqlimin istiləşməsi zamanı birdəfəlik yəni tamam itə bilərlər.

Dəniz sahili sistemiəri müxtəlif olduğu üçün temperaturur yüksəlməsinə və okean səviyyəsinin qalxmasma müxtəlif cür reaksiya göstərəcəklər.

Qeyd etmək lazımdır ki, sahilyanı zonada bəşəriyyətin yarıdan çox hissəsi yaşayır. Odur ki, iqiim dəyişməsi ilə baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli probiemlərlə qarşılaşa bilər. Dəniz və okeanların səviyyəsinin sonrakı qalxması hündür olmayan ərazilərdə su basmasına orada olan qurğuların, yaşayış məntəqələrinin dağılmasına və bir sıra başqa təzadlı nəticələrin baş verməsinə gətirib çıxaracaqdır. Bu zaman ən çox aşağı səviyyədə yerləşən iri şəhərləri su basacaq, burada yaşayan əhalinin miqrasiyasına və onunla əlaqədar ciddi iqtisadi və hətta baş verə biləcək nəticələrə gətirib çıxaracaqdır.

Hazırda 46 miiyon adam dəniz fırtınalarının basması qorxusu altındadır. Okean səviyyəsi 1 m qalxarsa, bu rəqəm 118 milyona çata bilər.

Buzların (buzlaqların) əriməsi. Buzların əriməsi qlobal istiləşmənin nəticələrinin ən çox nəzərə çarpan təzahürüdür. Şimal Buzlu Okeanında hazırda buzlar sürətlə əriyir. Əgər 1960-cı iidə buzun qalınlığı 2 metrə çatırdı, indi isə 1 metrə yaxındır. Son dörd onillikdə buz örtüyünün qalınlığı 42%, onun sahəsi isə 6% azalmışdır. Bunun nəticəsində Şimai Buzlu Okeanında buzun kütləsinin bütövlükdə təxminən yarısı qalmışdır. Buzların belə əriməsi gələcəkdə də gözlənilir. Norveç alimlərinin apardığı tədqiqatlara əsasən güman etmək olar ki, 50 ildən sonra Şimal Buzlu Okeanının səthi boyu yay dövründə buzdan azad olacaqdır.

Antraktida yarımadası da buzlarını itirir. Şimal Buzlu Okeanını örtən şimal qütbündən fərqli olaraq cənub qütbü materikdə yerləşir və sahəsi ABŞ-ın sahəsinə yaxındır. Antraktidanın buz qayasının qalınlığı 2,3 km olub nisbətən sabitdir. Lakin şelf buzlaqları, sərbəst olaraq yanındakı dənizə düşərək, hazırda sürətlə yoxa çıxır.

Tədqiqatçıların əldə etdiyi nəticəyə görə, dağ rayonlarında temperaturun orta hesabla 1-2°C qalxması orada yağıntıların miqdarına mənfı təsir göstərə bilər: yağışların miqdarı artar, qarın isə azalacaqdır. Bu isə yağışlar dövründə daşqınlarm baş verməsinə, qar və ya buzun kütləsinin azalmasına, quraqlıq dövründə çayları qidalandıran əriyən qarın az olmasına səbəb olacaqdır.

Dünya okeanında dəyişikliklər. Dəniz səviyyəsi qlobal istiləşmənin həssas indikatorudur, belə ki, temperaturun yüksəlməsi və quruda yerləşən buzlaqların əriməsi ona neqativ təsir göstərir. Bu proseslərin dənizin səviyyəsinə təsiri təxminən eynidir.

XX əsrdə dənizin (okeanın) səviyyəsi 10-20 sm qalxmışdır Bu son 2000 ildəkinə nisbətən 50% çoxdur. Yer səthində temperatur artmaqda davam edərsə, bu prosesin sonrakı sürətlənməsi gözlənilir.

Dəniz səviyyəsinin dəyişməsi ilk öncə hidrometeoroloji faaktorlardan asılıdır, belə ki, bu atmosfer yağıntılarına və buxarlanmaya birbaşa təsir göstərir. Bu proses, həmçinin buzlaqların əriməsi zamanı əmələ gələn əlavə su axınından və kontinental ərazidən axan sulardan asılıdır. Hidrometeoroloji proseslər (çayların mənsəblərində, limanlarda və körfəzlərdə gətirilmələrin toplanması və sahillərin eroziyası mühüm təsirə maiikdir. Son yüz ilin müşahidələrinə əsasən okeanın səviyyəsi 25 sm qalxmışdır. Hidrometeoroloji rol aparıcı olmaqla bu proseslər üç faktorun nəticəsidir. İqlimin dəyişməsi üzrə Dövlətlərarası Komissiyanın 2001-ci ildəki məlumatlarına əsasən, XXI əsr ərzində dənizin səviyyəsi 1m qalxacaqdır.

Dənizin (okeanın) səviyyəsinin qalxması bir sıra neqativ nəticələrə gətirib çıxaracaqdır. Onlardan ən çox əsas olanı daşqınlar sayılır, belə ki, okean kontinentin hesabına genişlənir. Digər nəticə - duzlu suyun sahili basmasıdır. Dənizin səviyyəsi qalxdıqca duzlu su sahilyanı şirinsulu horizontlara keçir. Bu haldan İsrail, Pakistan, Hindistan və Çin ziyan çəkə bilər. Üçüncü neqativ hal sahil eroziyasıdır, dalğalar quruya dogru basılarkən onlar sahilin torpaqlarını yuyur. Dənizin səviyyəsi 1mm qalxarsa, sahil xətti quruya doğru orta hesabla 1,5 m geri olar. Deməli, dənizin səviyyəsi 1 m qalxdıqda sahil xətti 1500 m geri çəkiləcəkdir.

Oeyd etmək lazımdır ki, sahilyanı zonada bəşəriyyətin yarıdan çox hissəsi yaşayır. Odur ki, iqlimin dəyişməsilə baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərə çevrilə bilər. Dəniz və okeanların səviyyəsinin sonrakı qalxması suyun hündür olmayan əraziləri basması, orada qurğuların, yaşayış məntəqələrinin dağılması və bir sıra təzadlı nəticələr baş verəcəkdir. Bu zaman ən çox aşağı səvıyyədə yerləşən adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq, burada yaşayan əhalinin miqrasiyasına və onunla əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır.

Planetimizdə buzlarm 90%-i Antarktika buz laylarının payına düşür və qeyd edildiyi kimi öz böyük ölçüsü sayəsində nisbətən sabitdir. Qalan 10%-i Qrenlandiya və dağ buzlaqları olub iqlimin dəyişməsinə qarşı daha zəifdir (davamsızdır). Qrelandiyada buzun qalınlığı bəzi yerdə 2 km-ə çatır. Qrelandiya buz örtüyü tam əriyərsə, dünya okeanının səviyyəsi sarsıdıcı hündüriüyə - 7 m qalxacaqdır.



Dağıdıcı tufanlar və qasırğalar. Temperatur artımı ilə tufanların gücü birbaşa bir-biriiə bağlıdır. Okean səthinin temperaturu xüsusilə tropik və subtropiklərdə artdıqca istilik atmosferə daxil olaraq dağıdıcı fırtınaların baş verməsinə səbəb olur. Nisbətən yüksək temperaturlarda su səthindən daha çox rütubət buxarlanır. Yuxarı qalxan su yenidən Yerə qayıtmalıdır, lakin onun harada tökülməsi məlum deyil.

Qasırğa və ya tayfun qurşaqları ölkəiərində hava katakilzmi, xüsusi təşviş doğurur. Çin, Yaponiya, Fiiippin, Hindistan, Banqladeş, həmçinin ABŞ-nın Atlantik okeani sahilləri, Mərkəzi Amerika və Qərb hövzəsi öikələri fırtına intensivliyinin artmasından əziyyət və böyük çətinliklərlə üzləşirlər.


Qlobal iqlim dəyişikliyinin regional aspektləri
Qlobal iqlim istiləşməsinin fonunda onun regional dəyişikliyi baş verir. Regional ərazilərdə mümkün dəyişmələr üzə çıxarılması üçün bir sıra meteoroloji stansiyalarının eksperimental müşahidələrin nəticələrində istifadə olunmuşdur.

Trend analizləri nəticələri göstərir ki, son 100 il ərzində havanın temperaturu 0,8°C, Zaqatalada 0,7°C, Naxçıvanda 0,9°C, Qubada 1,8°C, Şamaxıda 1,1°C, Salyanda 0,7%, Tbilisidə 0,8°C, Kazbekidə 0,6°C artımşdır. 1960-1999-cı illər dövründə Azərbaycanın bütün ərazisində istiləşmənin qiyməti 0,03-0,6°C və düşən yağıntının miqdarının bu dövrdə azalması 18% təşkil etmişdir. İqlim şəraitinin mövsümlər və regionlar üzrə dəyişməsi fərqlidir və Azərbaycan ərazisində iqlim dəyişikliyinin tədqiqi aşağıdakı nəticələrə gəlməyə imkan verir:

1.Qış mövsümündə ölkə ərazisində xeyli istiləşmə baş verir və temperatur dekabr və yanvarda orta hesabla normadan 0,4-1,2°C yuxarı olub;

2.Yaz mövsümündə xeyli soyuqlaşma baş verir. Təkcə mövsümə görə deyil, həm də digər aylarla müqayisidə ən soyuq ay may ayına təsadüf edir (orta hesabla 0,9°C azalma; maksimum soyuqlaşma isə Altıağacda müşahidə edilir -3,33°C);

3.Yayda temperatur dəyişikliyi fərqlidir, iyun və iyulda temperatur düşməsi müşahidə ediiir (orta hesabla 0,20-1,40°C), avqustda isə temperatur xeyli yüksəlməsi baş verir (0,60-2,19°C);

4. Payızda ölkədə həm dağlıq, həm düzənlik rayonlarda yenə də istiləşmə baş verir (0,11-2,19 °C).

Azərbaycanda iqlim dəyişkənliyi

İqlim dəyişkənliyi və tərəddüdü bəşəri problem olub, respublikamızdan da yan keçməmişdir. Bu dəyişkənlik temperatur üçün 1880-1997-ci illərin, yəni 117 ilin məlumatlarının təhlili əsasında verilir.

Məlumatların təhlili göstərir ki, qış dövründə 117 il ərzində istiləşmə müşahidə olunur. Bütün meteoroloji stansiyalar üzrə temperaturun yüksəlməsi 0,4-3,6° arasında dəyişmişdir.

Aşkar olunan istiləşmə (qış dövründə) əksəriyyət stansiyalar (1,3-3,10C 100 il) öz ölçü qiymətinə görə, həm Yer kürəsi və şimal yarımkürəsi, həm də Rusiyanın Avropa hissəsini ötüb keçir.



1881-1997-ci illərdə havanın temperaturunun dəyişməsi (0C)
Cədvəl 2

Stansiyalar

Qış

Yaz

Yay

Payız

il

Bakı

0,4

0,2

0,0

-03

0,1

Lənkəran

0,4

-0,1

-08

-03

-02

Cəfərxan

1,8

0,7

03

1,3

1,0

Gəncə

1,6

1,0

06

1,2

1,1

Zaqatala

1,1

0,4

1,1

0,6

0,8

Quba

1,6

1,4

1,1

2,0

1,5

Şuşa

1,0

-0,6

-06

0,2

0,0

Naxçıvan

3,6

0,7

-1,0

-0,1

07

XX əsrdə böyük qlobal dəyişmələr dövrlərində Azərbaycan ərazisində temperaturun dəyişməsi göstərdi ki, 1911-1940-cı illərdə temperaturun dəyişməsi (-0,1-080C); 1941-1970-ci illərdə Naxçıvan (20C) və Şuşada (1,40C) xeyli istiləşmə müşahidə edilmişdir. 1971-1997-ci illərdə isə istiləşmə bütün stansiyalarda müşahidə olunmuşdur. Həmin illər ərzində temperaturun dəyişməsinin təhlili göstərdi ki, ən güclü istiləşmə Naxçıvan MR (2,30C), Kür-Araz ovalığında (1,80C), zəif istiləşmə isə Böyük Qafqazın şimali-şərq yamacı (1,2- 1,50C) və Abşeronda (0,90C) qeydə alınmışdır.

1971-1997-ci illərdə Azərbaycanın fiziki-coğrafi zonaları üzrə havanın temperaturunun (0C) dəyişməsi

Cədvəl 3


Fiziki-coğrafi zonalar

Qış

Yaz

Yay

Payız

Il

Lənkəran vilayəti

1,5

-01

0,4

0,4

05

Kür-Araz ovalığı

1,8

-03

0,6

06

06

Abşeron yarımadası

0,9

-05

-0,2

03

01

Respublikanın qərb hissəsi

1,6

-01

0,5

06

04

Böyük Qafqazın cənub yamacı

1,5

-02

0,2

03

04

Böyük Qafqazın şimal-şərq yamacı

1,2

-02

03

04

04

Kiçik Qafqaz

1,8

-04

-02

-02

01

Naxçıvan MR

2,3

-06

-0,4

-0,1

02

Tədqiqatların nəticələri göstərdi ki, ən çox hiss olunan dəyişikliklər respublikanın düzən və dağətəyi hissələrində, zəif dəyişikliklər isə Xəzər dənizinin sahil zonasında qeydə alınmışdır.

Yaz mövsümündə əksəriyyət stansiyalarda (1881-1997) temperaturun yüksəlməsi müşahidə edilmişdir. Ən güclü dəyişikliklər Gəncə, Cəfərxan, Zaqatala, Quba və Naxçıvanda, temperaturun zəif artması isə Bakıda müşahidə olunmuşdur. Soyuqlaşma yalnız Lənkəranda olmuşdur. 1971-1997-ci illər ərzində isə, yaz fəsli bütün Azərbaycan ərazisində soyuq keçmişdir. Soyuqlaşma ən çox Bakıda (-080C) və Naxçıvanda müşahidə edilmişdir.

Bakı, Quba və Naxçıvan istisna olmaqla, 1971-1997-ci illərin yay mövsümündə respublikanın hər yerində temperaturun yüksəlməsi qeydə alınmışdır.

Payız mövsümündə güclü istiləşmə Quba (2,00C), Cəfərxan (1,30C) və Gəncədə (1,20C) olmuşdur. Bakı və Lənkəranda isə zəif istiləşmə qeydə alınmışdır.

Bütövlüklə il ərzində Lənkəranda zəif soyuqlaşma (-020C) müşahidə edilmişdir. İstiləşmə ən çox Gəncə, Cəfərxan, Böyük Qafqaz və Naxçıvanda, zəif istiləşmə isə Bakıda olmuşdur. Düzən və dağətəyi zonalarda müşahidə edilən istiləşmə (0,7-1,30C/100 il) öz üstünlüyünə görə, Yer kürəsi və Şimal yarımkürəsində baş verən istiləşmə qiymətini keçir. Fiziki-coğrafi zonalar üzrə dəqiqləşdirilmiş məlumatlar göstərir ki, Abşeron və Naxçıvan MR-da da illik temperaturun dəyişmə tendensiyası müsbət istiqamətində gedir.

Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri (12 ölkə) ilə birlikdə parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması üzrə regional layihənin ilkin mərhələsində iştirak edir.



NƏTİCƏ

Tədqiqatlara görə əgər yaxın zamanlarda istixana qazlarının atılmasının azaldılması üzrə konkret tədbırlər görülməzsə, onda bu 100 ilin ortalarına kimi havanın qlobal temperaturu daha 2-3 °C, dünya okeanının orta səviyyəsi isə daha 50 sm qalxacaqdır. Bu isə öz növbəsində qarşısı alınmaz təsirlərə, yəni böyük ərazilərin, eləcə də bir sıra ada dövlətlərin yoxa çıxmasına, insanların ərzaq məhsulları, su ilə təminatını pisləşməsinə və müxtəiif xəstəlklərin güclənməsinə və s. gətirib çıxaracaqdır.



Müasir elm gələcək iqlim dəyişikliyini proqnozlaşdırmaq iqtidarında deyil. Gələcək iqtisadiyyatın proqnozlaşdırılması üçün hər hansı metodun olunması üzündən hazırda iqlimin vəziyyəti gerçəyə yaxın şəkildə təsvir edən “iqlim ssenarisi"dən istifadə olunur, hal-hazırda çoxlu sayda ssenarilər mövcuddur. Beynəlxalq praktikada daha çox sirkulyasiyanın modelləşməsi əsasında qurulan ssenarilərdən istifadə olunur. Azərbaycan ərazisində gələcək iqlim dəyişikliyini qiymətləndirmək üçün beynəlxalq tövsiyələrə əsasən milli ekspertlər beynəlxalq mərkəzlər tərəfindən verilən modelləşmələrdən istifadə edirlər. Orta illik temperaturun dəyişilməsinə dair alınan nəticəlarin yaxınlığına baxmayaraq bu dəyişikliyin il daxilində paylaşdırılmasının strukturunda böyük fərqlər yaradır. Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmış milli ssenari regional xüsusiyyətləri, real iqlim xarakteristikalarının il daxilində paylaşdırılmasını, eləcə də qlobal fonu nəzərə alır. Bu ssenariyə əsasən bütün Azərbaycan ərazisində CO2-nin konsentrasiyasının qlobal miqyasda ikiqat artdığı halda havanın temperaturunun 2°C artması gözlənilir və bununla da belə yağıntının miqdarı sabit qalacaq və ya normadan azacıq aşağı olacaqdır.
ƏDƏBİYYAT


  1. B.M.Əzizov, M.İ.Əliyev, C.S.Mehdiyev “Tətbiqi ekologiyanın əsasları”. Bakı-2013

  2. M.Mirbabayev “Hava məkanının ekologiyası”. Bakı-2005

  3. Q. Məmmədov, M. Xəlilov “Ekologiya və ətraf mühitin mühafizəsi”.

Bakı-2005

  1. A. Qurbanzadə “Metrologiya və iqlimşünaslıq”. Bakı-2000

  2. Ş.Bayramov “Atmosfer çirklənməsi və ekoloji böhran”. Bakı-2011

  3. Q. Məmmədov, M. Xəlilov “Ekologiya, ətraf mühit və insan”. Bakı-2006



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə