Referat Fakültə: İqtisadiyyat İxtisas: Mühasibat uçotu və Audit Kurs: II şöbə: Əyani




Yüklə 38.72 Kb.
tarix27.04.2016
ölçüsü38.72 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Naxçıvan Özəl Universiteti

Referat

Fakültə: İqtisadiyyat

İxtisas: Mühasibat uçotu və Audit

Kurs: II

Şöbə: Əyani

Fənnin adı: Müəssisə iqtisadiyyatı

Tələbə: Nəcəfov Həsən

Mövzu: İstehsal firmasında Kombinələşdirmə

Naxçıvan-2012

İstehsal firmasında Kombinələşdirmə

Plan:

I.Kobinələşdirmənin mahiyyəti və formaları.

II.Kobinələşdirmənin şərtləri və inkşafı.

III.Müxtəlif sənaye sahələrində Kobinələşdirmənin xüsusiyyətləri.

IV.Kobinələşdirmənin iqtisadi səmərəliliyi.

I.Kobinələşdirmənin mahiyyəti və formaları.

İctimai əmək bölgüsü və istehsalın təmərküzləşməsi onun ictimai təşkili formalarından biri olan kombinələşmənin də yaranmasının əsas şərti kimi çıxış edirlər.

Bir çox sənaye sahələri üçün səciyyəvi olan, istehsalın ictimai təşkili forması kimi kombinələşmənin – texnoloji, iqtisadi, təşkilati baxımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalların, məhsul buraxmaq qabiliyyətlərinin proporsionallığını təmin etmək şərtilə, vahid istehsal kompleksində birləşdirilməsidir. Başqa sözlə desək, kombinələşmə maddi-texniki bazasına və ya texnoloji istehsal üsulunun ümumliyinə və habelə xammal və matrialların müstərək istifadəsinə görə müxtəlif istehsalların məkanca eyni ərazidə, bir müəssisədə təmərküzləşdirilməsidir. Kombinələşməyə daxil olan sahələrdən biri kompleksin əsasını və kombinatın profilini müəyyən edir. Kombinatı xammalın ardıcıl və kompleks emalına əsaslanmayan, lakin həmcins məhsullar istehsal edən müəssisələrin bir ərazidə yerləşdirilməsindən yaranan birliklərlə qarışdırmaq olmaz; sonuncu təmərküzləşdirmə olsa da, kombinələşmə deyildir; o, ixtisaslaşdırmadır.

Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi xarakterində asılı olaraq kombinələşmənin 3 forması mövcuddur:



1.Xammal – hazır məhsulun alınmasına qədər – ardıcıl emalına görə. Kombinələşmənin bu forması üçün qara metallurgiya kombiatların daha səciyyəvidir. Bu istehsalda, xammal kimi istehlak olunan dəmir filizinin hasil edilməsi və zənginləşdirilməsindən sonra, metallurgiya kombinatında ardıcıl olaraq çuqun, polad ksvə pokrat (yayma, vərəq polad) (şəkil 1)


Prokat

Polad

Çuqun

Dəmir filizi


d’ndt

2.Xammal kompleks emalına görə. Məlumdur ki, mineral (üzvi) və kənd təsərrüfatı xammalı bir sıra müxtəlif faydalı komponentlərin (maddələrin) birləşmələrindən ibarətdir. Elmi-texniki tərəqqinin müasir vəziyyətindən, xüsusilə kimyəvi və termiki proseslərin köməyilə, xammalın tərkibində olan bütün faydalı ünsürləri ayırmaq və istifadə etmək mümkün olur. Xammalın son faydalı maddənin alınmasına qədər emalı ondan kompleks istifadəni təmin edir. Xammal kompleks emalı nəticəsində müxtəlif məhsullar istehsalına nail olmaq üçün onun ictimai təşkili vahid bir məkanda birləşdirilir, kombinatların yaradılması vasitəsilə həyata keçirilir.

Xammal kompleks emalına əsaslanan kombinələşməyə daş kömürün emalına misal göstərmək olar. Burada ilk əvvəl daş kömürün kokslaşdırılmasından koks və kols qazı alınır, koks və koks qazından isə tərkibi müxtəlif və zəngin maddələrdən ibarət bərk, duru və qaz halında olan kimya məhsulları istehsal edilir.

Emalın davam etdirilməsinə növbəti mərhələdə əgər kokosdan bərk və duru kimya məhsullarından olan qətran, ammonyak, benzol və kükürd alınırsa, qaz halında olan hissədən – kokos qazından isə hidrogen, mentan və etilen istehsal edilir. Bütün göstərilən məhsulların istehsalı xammalın kompleks emalına əsaslanan kombinatlardan həyata keçirilir.( şəkil 2)


Daş kömür

Daş kömürün kokslaşdırılması





Koks qazı

koks



Bərk və maye halında kimyəvi maddələr

Qaz halında kimyəvi maddələr



Kükürd

Benzol

Ammonyak

Qətran

Etilen

Metan

Hidrogen


3.Tullantılardan istifadəyə görə: hər şeydən əvvəl, qey etmək lazımdır ki, təbiətdə monotərkibli mineral xammal yoxdur. Buna görə də, bu qəbilədən olan hər hansı bir xammalın emalı zamanı həmin istehsal üçün həm əsas olan və həm də əsas olmayan məhsullar alınır və birdə texnoloji tullantılar yaranır. Buna misal olaraq misin alınmas üçün kombinələşməni misal göstərmək olar.

İstehsallar arasında əlaqələrin xarakterindən asılı olaraq kombinələşmə 3 tipə bölünür:

1.şaquli

2.üfüqi


3.qarışıq

1.Şaquli kombinələşmə xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikata və hazır məhsula çevrilməsini nəzərdə tutur.

2.Üfüqi kombinələşmə xammalın kompleks emalı ilə əlaqədardır. Bu kombinələşmə növü ilkin xammalın bir neçə axınının mövcudluğunu nəzərdə tutur ki, nəticədə bir neçə sahənin məhsulu alınır. Üfüqi kombinələşməyə misal neft-kimya kombinatlarını güstərmək olar. Burada neft məhsulları ilə yanaşı kimya məhsulları da alınır.

3.Qarışıq kombinələşmə o halda olur ki, xammalın bir növünün ardıcıl emalından əsas fabrikat və ya əlavə hazır məhsullar alınır.

Qeyd etmək lazımdır ki, kombinələşmə istehsalın ictimai təşkilinin forması kimi müxtəlif istehsal müəssisələri arasında daha sıx təsərrüfat əlaqələri əsasında fəaliyyət göstərir. Bu onunla izah olunur ki, əgər təsərrüfat əlaqələri forması kimi maddi-texniki təminat və kooperativləşmə məkanca müxtəlif ərazilərdə yerləşdirilmiş müəssisələr arasında baş verirsə, kombinələşmədəki təsərrüfat əlaqələri eyni məkan daxilində olur.



II. Kombinələşdirmənin şərtləri və inkişafı

Kombinələşdirmə müəssisədə istehsaların ən sıx əlaqələndirilməsnə əsaslanan ishehsalın ictimai təşkili formasıdır. Kombinələşmiş müəssisələrdə texnoloji prosesin bir mərhələsindən digərinə keçid fasiləsiz vəən qısa yolla, az vaxt intervalında baş verir; istehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur – birinin məhsulu digəri üçün xammal, material və ya yarımfabrikat rolunda çıxış edir. Bir qayda olaraq, kombinatlar ümumi istilik-enerji təchizatına, vahid nəqliyyat sisteminə malik olur və əks hallarda bir ərazidə yerləşirlər.bütövlükdə isə, kombinatlara 3 əsas cəhət səciyyəvidir.



  1. Müxtəlif istehsalların birliyi

  2. Kombinata daxil olan istehsalların texniki iqtisadi vəhtəti

  3. Vahid enerji sistemi və nəqliyyat bazası

A) Kombinələşmənin müxtəlif istehsalların vəhtəti kimi şərtlənməsi onu(kombinələşməni) təmərküzləşmədə - mahiyyətcə, prinsipal olmasa da – fərqləndirilən cəhətdir. Çünki artıq qeyd olunduğu kimi, əgər eyni bir ərazidə anoloji müəssisələrin cəmləşdirilməsi təmərküzləşdirilmədirsə, müxtəlif istehsalların eynibir ərazidə (məkanda) təmərküzləşdirilməsi kombinələşdirilməlidir.

B) Kombinata daxil olan istehsalların texniki iqtisadi vəhtəti- bu o, deməkdir ki, kombinata daxil olan müxtəlif müəssisələrin istehsal gücləri öz ölçülərinə görə uzlaşdırılmış olur, məhsulun nomenklaturası və keyfiyyəftinə görə isə bir-birilə analoq təşkil edirlər .

C) Vahid enerji sistemi və nəqliyyat bazası: müəssisələr eyni ərazidə birləşdirilməsi onların enerji, su, buxar və qaz təchizatı vahid sistemə daxil olur , nəqliyyat xidməti mərkəzləşdirilmiş qaydada təşkil edilir, onlara eyni köməkçi təsərrüfatlar xidmət göstərə bilirlər.

Kombinələşdirmənin əsas şərti: müxtəlif profilli istehsalların eyni bir məkanda təmərküzləşdirilməsi olsa da, həmin ”müxtəlif istehsalların ” özlərinin ixtisaslaşmış istehsallar olmaları şəraitində kombinələşdirmənin səmərəli təşkilinə və yüksək təsərrüfat nəticələrinə daha çox təminat verə bilərlər.

Elmi-texniki tərəqqi xüsusilə onun kimyalaşdırma, elektrikləşdirmə, mexanikləşdirmə və aftomatlaşdırma istiqamətləri kombinələşdirmə üçün daha böyük imkanlar açır, onun texniki-iqtisadi göstəricilərini daha mütəhərrlilik edirlər.



III.Müxtəlif sənaye sahələrində Kobinələşdirmənin xüsusiyyətləri.

Kombinələşmə və bunun əsasında kobminatların yaradılması sənayenin bir sıra sahələrində geniş vüsət almışdır.Belə sənaye sahələrindən, artıq qeyd olunduğu kimi metallogiya, kimya, yeyinti və ağac emalı sənaye sahələrini göstərmək olar.

Hasiledici və emal edici sənaye sahələri arasında kombinələşməyə gəlincə, göstərmək lazımdır ki, bu sahələrə aid müəssisələr arasında (müştərək) istehsalın ictimai təşkilinin haqqında bəhs olunan forması çox geniş yayılmışdır.Hasil edici sənaye müəssisələri ilə emal edici müəssisələri arasındakı istehsal əlaqələrinin qurulması əmək predmentinin ardıcıl və kompleks emalına əsaslanan kombinatların yaradılması və fəaliyyət üçün həll edici şərt olur.

Nəzəri həm də praktiki baxımından metallurgiya və maşınqayırma müəssələrini xammalın ardıcıl emalına əsaslanan kombinatda birləşdirmək olar.Vaxtilə belə kombinatlar yaradılmış və indidə mövcuddur.Lakin bu, iqtisadi məqsədəuyğunluğ baxımından-kombinat yaratmaq xatirinə kombinat yaratmaq-səhv olardı.Çünki belə olduğu şəraitdə bütün maşınqayırma zavodları nəznində orta ölçülü və ya kiçik metalurgiya zavodları inşa etmək lazım gəlir.Elmi-texniki tərəqqi əsasında əmək predmentlərinin daxili struktruna tam nüfuz etmək qabilliyyətinə nail olmuş kimyaya əsaslanan istehsalarda kombinəlşməni imkanları daha genişdir.Kimyəvi üsulla emala əsaslanan istehsallarda kombinələşmənin hər 3 şərti- xammalın ardıcıl və kompleks emalı, tullantılardan istifadə üçün obyektiv texniki-texnoloji və digər şərait yaranır.Elmi-texniki tərəqqi kimya, sənaye texnikası və texnologiyasını inkşaf etdirmək və təmkinləşdirmək və əmək predmentini öz tərkib hissələrinə parçalamaq və hər bir faydalı komponentin iqtisadiyatlaşdırılmasını imkanını genişləndirir.

Kimya kombinantlarında texnoloji mərhələnin hansısa bir yerində fasilə yaratmaq qeyri mümkündür.Buna səbəb emalın texnoloji ardıcıllığındakı üzvi bağlılıqdır və fasiləyə yol verilərse, emalın sonrakı mərhəllərinə daxil olacaq bitməmiş istehsal öz fiziki-kimyəvi xüsusiyyətlərini itirə bilər.Başqa sözlə, kimya məhsullarının nəinki istehsalı, həm də onların istehlakı da ətraf mühit üçün potensial cəhətdən eyni dərəcə təhlükəlidir. Bu mənada kimya məhsulları istehsalın pərakəndə qaydada deyil, kombinələşmiş şəkildə eyni bir məkanda təşkili iqtisadi məqsədə uyğunluğu və texniki cəhətdən zəruriliyi kimi, ekoloji baxmdanda da əlverişlidir.

IV.Kobinələşdirmənin iqtisadi səmərəliliyi.

Kombinələşmə, istehsalın ictimai təşkilinin digər formaları kimi, sənaye istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsində müstəsna rola malikdir.

Kombinələşmə canlı əməyə qənaət, məhsulun əməktutumunun azaldılmasında, başqa sözlə, əmək məhsuldarlığının yüksəldilməsində geniş texniki-təşkilati imkanlarına malikdir. Ilk əvvəl bu onunla əlaqədardır ki, kombinat fələləri – onun istehsal avadanlıqları kimi biri deyil, eyni vaxtı bir neçə məhsulun istehsalı işini icra edirlər. Kombinatın sahə məxsusluğundan asılı olaraq onların bir qismində istehsalın avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi, fərdi texniki gücü böyük olan avadanlıqların tətbiqi yüksək əmək məhsuldarlığına da təminat verir.

Kombinatlarda müxtəlif istehsallar birləşdirildiyindən onların ayrılıqda fəaliyyət şəraiti ilə müqayisədə ondan hər birində yaradılan zəruri həcmdə istehsal ehtiyyatları ciddi şəkildə ixtisar edilir, daha doğrusu bu, yalnız birinci müəssisədə aparılır.Beləliklə, Kombinələşmənin iqtisadi üstünküklərindən biri də xammalın məcmu halda təsərrüfat dövriyyəsinə optimal həddə cəlb olunmasına təminat verməsi, onların səfərbər edilməsini yüksəldə bilməsidir. Nəticədə, istehsal ehtiyyatlarının – xammal və materialın – texnoloji prosesə “giriş” və məhsulun istehsalından “çıxış” məqamları arasındakı vaxt intervalı azalır-dövriyyə vəsaitlərinin surəti artır.

İstehsalın ictimai təşkilinin digər formalarında olduğu kimi, Kombinələşmənin də iqtisadi səmərəlilik, səviyyə və inkişafı dinamikasını öyrənmək, təhlil etmək və prosesə nəzarət etmək üçün, göstəricilər sistemindən istifadə olunur və onlar aşağıdakılardır:

__kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı – müxtəlifliyin mürəkkəblik;

__ kombinatlarda istehsal olunan məhsulun, ümumiyyətlə, həmin təyinatdan olan məhsul istehsalından payı

__kombinələşmiş müəssisələrin istehsal həcmi;

__ kombinələşmiş istehsalların əsas fondlarının dəyəri;

__ kombinələşmiş müəssisələrdə emal olunan xammalın növünə görə sayı;

Sadalanan gostəricilərin hesablanması, müvafiq məlumatların mövcudluğu şəraitində çətin deyil və onları riyazi dildə - düsturlar şəklində verilməsinə ehtiyyac qalmır.

Kombinələşmə, xüsusilə onun tullantılarının utilləşdirilməsinə əsaslanan forması iqtisadi səmərəliliklə yanaşı, ekoloji baxımdan təbiəti mühavizə və ətraf mühitin çirklənməsinin qarşısını almaq nöqteyi-nəzərindən müstəsna əhəmiyyətə malikdir. Bütün bunlardan əlavə kombinələşmənin tullantılarından istifadə formasının tətbiqiylə yeni iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi yolu ilə mühüm sosial problemin həlli mümkün olur.



Sağ ol deməsəniz halal eləmirəm!!!!!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə