Referat fakültə: İqtisadiyyat İxtisas: İqtisadiyyat Kurs: 4




Yüklə 50.19 Kb.
tarix11.03.2016
ölçüsü50.19 Kb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Naxçıvan Özəl Universiteti

REFERAT


Fakültə: İqtisadiyyat

İxtisas: İqtisadiyyat

Kurs: 4

Fənn: İqtisadyyatın hüquq tənzimlənməsi

Mövzu: Əmık haqqı sistemləri və Azərbaycanda əməyin ödənilməsi formaları

Tələbə: Dünyamalıyev İlkin

Naxçıvan 2012

Elaqe tel: 050 660 68 60
Plan:
1. Əməyin ödənişi sistemi və onun formaları
2. Azərbaycan Respublikasında əməyin ödənilməsi formalarının normativ hüquqi təminatı
1.Əməyin ödənişi sistemi və onun formaları
Bildiyimiz kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.Əmək haqqının ödənilməsi müxtəlif formalarda həyata keçirilir. Müəssisələrdə əmək haqqının təşkilini əsas ünsürləri tarif sistemi,əməyin normalaşdırılması və əmək haqqının forma və sistemlərindən ibarətdir.

Əmək haqqının təşkilinin ünsürləri aşağıdakı kimi təsnifata ayrılır:



Əmək haqqı təşkil olunarkən konkret istehsal şəraiti nəzərə alınmadan əmək haqqının istənilən forma və sisteminin tətbiq edilməsi onun səmərəsinin xeyli aşağı düşməsinə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki,əmək haqqının təşkili istehsalın konkret texnoloji-təşkilati və digər şəraitinə uyğun olaraq əmək haqqının bu və ya digət forma və sistemlərinin seçilməsini tələb edir.Çünki istehsalın bütün sahələrində əmək haqqının bütün forma və sistemlərinin tətbiq etmək mümkün və yaxud məqsədəuyğun deyildir.

Əmək norması və tarif sistemi əməyin üdənilməsinin əsas ünsürləri olsada əmək haqqının təşkili üçün kifayət deyildir.Ona görə də müxtəlif istehsal şəraiti üçün əmək haqqının konkret forma və sistemlərinin seçilməsi,sərf edilmiş əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq əmək haqqının hesablama və tətbiqi qaydası əməyin ödənilməsinin təşkilinin mühüm tərkib hissəsidir.

Əmək haqqının forma və sistemlərinin tətbiqi işçilərin maddi marağı və həyat səviyyəsinin artırılması,habelə işin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması vasitəsidir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə istinadən fəhlələrin əməyinin ödənilməsi təşkil edilərkən əmək haqqının vaxtamuzd və işəmuzd formasından istifadə olunur.Vaxtamuzd əmək haqqı formasında müəyyən olunmuş tarif maaşları əsasında faktiki işlənilmiş iş vaxtının miqdarına görə fəhlələr üçün əmək haqqı hesablanılır.İşəmuzd əmək haqqı formasında isə,fəhlələrə əmək haqqı ədəd,kiloqram,kubmetr və sair ölçü vahidlərində ifadə olunan məhsul istehsalının miqdarından asılı olaraq verilir.

Vaxtamuzd əmək haqqı sadə vaxtamuzd və vaxtamuzd mükafatlı əmək haqqı sistemlərinə ayrılır.

Hal-hazırda sənaye müəssisələrində işəmuzd əmək haqqı forması əsas əmək haqqı forması kimi geniş tətbiq edilməkdədir.

İşəmuzd əmək haqqı sistemləri aşağıdakılardır:

1.Müstəqim işəmuzd əmək haqqı sistemi;

2.Mükafatlı işəmuzd əmək haqqı sistemi.

Əmək haqqının bu sistemləri də istehsaldan və əmək bölgüsundən asılı olaraq fərdi və briqada (kollektiv) əmək haqqı sistemlərinə bölünür.Əmək haqqının bu və ya digər forma və sistemlərinin seçilməsi,tətbiq edilməsi məqsədəuyğun olmalıdır.

Çünki əmək haqqının forma və sisteminin əsassız seçilməsi istehsalata fayda gətirmək əvəzinə böyük zərər vurar,əməyin ödənilməsində bərabərliyə yol verər və işçi qüvvəsininj axıcılığına səbəb ola bilər .

Əmək haqqının forma və sistemləri seçilərkən aşağıdakı ümumi tələblərə əməl etmək lazımdır:

a) əmək haqqı sistemi hər bir işçidə öz işini daima yaxşılaşdırmaq, işdə təşəbbüs göstərmək üçün maddi maraq yaratmalıdır;

b) əmək haqqı sistemi sərf olunan əməklə onun nəticəsi arasında obyektiv nəzarətin qoyulmasına imkan verməlidir;

v) əmək haqqı ilə əmək sərfi arasındakı əlaqənin hər bir fəhlə üçün bilavasitə aydın olması üçün əmək haqqı sistemi sadə qurulmalıdır.

Bundan başqa , əmək haqqının hər bir formasının tətbiq olunma şərtləri , tələbləri vardır.

İşəmuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardır:

1)əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi və hasilatın uçota alına bilməsi;

2) iş yerlərində əmək məhsuldarlığını, istehsalın həcmini sürətlə artırmaq zəruriyyəti;

3) istehsal olunan məhsul həcminə fəhlənin fəal təsir edə bilmə imkanlığı;

4) məhsul istehsalında həmin fəhlənin son əmək nəticələrində əks oluna bilməsi;

5) iş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən müvafiq əmək təşkili səviyyəsinin təmin olunması.

Vaxtamuzd əmək haqqının isə tətbiq olunmasının əsas şərtləri bunlardır:

1) vaxtamuzdçu fəhlə tərəfindən işlənilmiş iş vaxtının ciddi uçota alınması və ona nəzarət;

2) icra edilən işin məzmunu , habelə mükafatlandırılan fəhlələrin hüquq və vəzifələri dəqiq müəyyən edilməsi;

3) mükafatlandırılan fəhlələr üçün xidmət normalarının və işçilərin sayı normativlərinin düzgün müəyyən edilməsi;

4) fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi;

5) mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi .

Əmək haqqının forma və sistemləri seçilərkən yuxarıda göstərilən tələb və şərtlərə əməl olunması əmək haqqının bilavasitə sərf olunan əməyin miqdar və nəticəsindən asılı olmasını təmin edir ki, bu da işçilərdə əmək məhsuldarlığını yüksəltmək, xammal və materiallara qənaət etmək üçün maraq oyadır.

Əmək haqqı sistemləri içərisində ən geniş yayılanı müstəqim işəmuzd əmək haqqıdır. İşəmuzd əmək haqqının , o cümlədən müstəqim işəmuzd əmək haqqı sisteminin üstün cəhətləri aşağıdakılarla müəyyən edilir:

1) texniki normalara əsaslandığı şəraitdə əməyin kəmiyyətini onun nəticələri ilə düzgün ölçməyə , əmək məhsuldarlığını yüksəltmək üçün şəxsi maddi marağı artırmağa imkan verir;

2) fəhlələrin mədəni- texniki səviyyələrini yüksəltməyə , əmək üsulları və əmək fəndlərini təkmilləşdirməyə səbəb olur;

3) iş vaxtından , xammal , material və avadanlıqlardan səmərəli istifadə etməyə stimul yaradır.

Müstəqim işəmuzd əmək haqqının tətbiqində ən başlıca şərt normaların elmi əsaslar üzrə müəyyən edilməsi və işlərin düzgün tarifləndirilməsidir. Çünki iş qiymətləri iki amildən , yəni istehsal , yaxud vaxt normasından və müvafiq dərəcənin tarif maaşından asılıdır. İş qiyməti əslində məhsul vahidi (əməliyyat) üçün əmək haqqının həcmidir. Ona görə də fəhlənin əmək haqqısı iş qiymətini istehsal olunan məhsulun miqdarına vurmaqla müəyyən edilir.

Müstəqim işəmuzd əmək haqqı sistemi işəmuzd əmək haqqının ən çox yayılma formasıdır. Müstəqim işəmuzd əmək haqqı tətbiq edildikdə hazırlanmış bütün məhsul üçün fəhlələrə əmək haqqı sabit iş qiymətləri üzrə verilir.

İşəmuzd əmək haqqı formasında işçinin qazancı onun gördüyü iş və ya hazırladığı məhsulun miqdarı ilə müəyyən edilir , başqa sözlə , fəhlənin əmək haqqı istehsal olunan məhsulun miqdarına və məhsul vahidinin iş qiymətlərinə əsasən təyin edilir. Deməli fəhlənin aldığı əmək haqqı onun hazırladığı məhsulun miqdar və keyfiyyətindən asılıdır. Məhsul vahidinin iş qiyməti dərəcənin tarif maaşının müvafiq istehsal normasına bölməklə və ya dərəcənin tarif maaşını vaxt normasına vurmaqla müəyyən edilir. Deyilənləri düsturla ifadə edək :

və ya Uq=Tm x Vn ;

Burada , Uq- məhsul vahidinin iş qiyməti;

Tm - müvafiq dərəcənin işəmuzd saatlıq maaşı;

Un-istehsal norması;

Vn- saatla ifadə edilmiş vaxt normasıdır.

2.Azərbaycan Respublikasında əməyin ödənilməsi formalarının normativ hüquqi təminatı
Digər ölkələrdə olduğu kimi respublikamızda da əmək haqqı və onun ödənilməsi sahəsində münasibətlərin tənzimlənməsi üçün normativ hüquqi baza yaradılmışdır.Bununla əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi baxımından

ən başlıca mənbə kimi respublikanın əsas qanunu hesab olunan konstitusiya çıxış edir.Konstitusiyada bir sıra maddələr vardır ki,onlar bilavasitə əmək və əmək haqqı ilə xarakterizə olunur.Belə ki, konstitusiyamızı 35-ci,36-cı,41-ci maddələrində əmək münasibətləri öz əksini tapır.Konstitusiyamızın 35-ci maddəsi əməyin fərdi və ictimai rifahın əsası olması,hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst sürətdə özünə fəaliyyət növü,peşə,məşğuliyyət və iş yeri seçmək hüququnun olması,hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək,heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnun olması müəyyən edilir.

Ölkəmizdə konstitusiyadan sonra əmək haqqının ödənilməsi sahəsində yaranan münasibətlərin tənzimlənməsində mənbə kimi Azərbaycan Respublikasının 1999-cu il fevralın 1-də qəbul edilmiş və həmin ilin iyulun 1-də qüvvəyə minmiş,XIII bölmə 48 fəsil və 317 maddədən ibarət olan Əmək Məcəlləsi çıxış edir.Əmək məcəlləsinin 7-ci bölməsi əməyin ödənilməsi ilə əlaqədardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.Müvafiq Məcəllədə eyni zamanda qeyd edilir ki, əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, yaxud natura formasında verilən haqdır. Qanunvericilikdə işçilərə pul formasında verilən əmək haqqına aşağıdakı ödəmələr aid edilir:

-aylıq tarif maaşı; - tarif (vəzifə) maaşına əmək şəraiti ilə əlaqədar əlavə oluna ödənclər;

- İşçinin maddi marağının artırılması məqsədilə verilən mükafatlar;-tarif maaşına artımlar(əmsallar); -

İş rejimi və əmək şəraiti ilə bağlı təminat xarakterli ödəmələr; -nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı, müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda ödəmələr; - özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxamayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif maaşı ilə onun maaşı arasındakı fərqin ödənilməsi; - istirahət və bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi; - iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi;- gece vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi;-boşdayanma vaxtı əməyin ödənilməsi(işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif(vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir);

İşçinin işləmədiyi vaxta görə verilən ödəmələr, yəni:

-əmək, təhsil və yaradıcılq məzuniyyətinə görə ödənilən məbləğlər;

- işçinin işdən çıxarkən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə ödənilən pul əvəzi;

- dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi üçün cəlb edilən işçilərin iş vaxtının ödənilməsi;

- qismən ödənişli sosial məzuniyyətdə olan işçilərə ödənilən məbləğ;

- tətillərdə iştirak etmiş işçilərə ödənilən məbləğ(bu vəsaitin əmək haqqı fondundan hesabalandığı halda);

- müayinə, qanvermə və hər dəfə qanvermədən sonra təqdim olunan istirahət günlərinə görə donor işçilərə ödəmə.

Başqa ödəmə növləri:


  • işçinin təqsiri olmadan yararsız(zay) məhsul istehsalına(işin, xidmətin görülməsinə ) görə ödəmə;

  • müəssisələrdə istehsal təcrübəsi keçən ali məktəb tələbələrinin, orta ixtisas və texniki peşə məktəblərinin şagirdlərinin əməyinin ödənilməsi, habelə peşəyönümlü dövründə ümumtəhsil məktəbləri şagirdlərinin əməyinin ödənilməsi;

  • əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi;

  • ştatdankənar işçilər üçün hesablanmış qonorar(mühazirələrin oxunmasına, radio və televiziya ilə çıxışlara, tərcümələrə və.s görə).

Natura formasında verilən əmək haqqına aiddir:

  • işçilərə pulsuz verilmiş(qanunvericiliyə uyğun olaraq) kommunal xidmətlərinin, qidalanmanın, ərzaqların dəyəri;

  • işçilərə pulsuz verilmiş mənzilin ödənilməsi üzrə xərclər(pulsuz verilən mənzil, kommunal xidmətləri və i.a. üçün pul kompensasiyasının məbləği);

  • işçilərə pulsuz verilmiş əşyaların(formalı paltarlar, geyimlər daxil edilməklə) şəxsi daimi istifadədə qalan, yaxud aşağı salınmış qiymətlərlə onların satışı ilə əlaqədar güzəşt məbləği;

  • maddi yardım, o cümlədən kooperativ mənzil tikintisi üçün ilkin üzvlük haqqının ödənilməsi üçün, kooperativ və fərdi mənzil (ev ) tikintisinə verilmiş kreditin qismən ödənilməsi üçün göstərilən maddi yardım;

  • müəssisələrin vəsaiti hesabına işçilərə və onların müalicə, istirahət, ekskursiya və səyahət üçün verilən putyovkaların ödənilməsi;

  • mənzil şəraitini yaxşılaşdırmaq, özü üçün təsərrüfat yaratmaq məqsədilə müəssisələrin işçilərinə verilən(faiz də daxil edilməklə ) ssudaların(borcların) ödənilməsi üzrə məsrəflər;

  • işçilərə tibbi yardım göstərmək üçün poliklinika xidmətlərinin ödənilməsi üçün xərclər, müəssisələrin vəsaiti hesabına məktəbəqədər müəssisələrdə uşaqların saxlanması üçün ödəmələr;

  • ümumi istifadə olunan nəqliyyat, xüsusi marşurutlarda, idarə nəqliyyatı ilə iş yerinə gedişin ödəmələri;

  • öz işçilərinin xeyrinə müəssisələr tərəfindən şəxsi və əmlak sığortası üzrə müəssisələr tərəfindən ödənilən sığorta haqqı;

sair güzəştlərin(klublarda məşğələlərin, qəzetlərə və jurnallara abunələrin, protezləmələrin və.s) ödəmələri.

Əmək sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsində əsas qanunvericilik bazasından biri hesab edilən Azərbaycan Respuplikasının Əmək Məcəlləsində eyni zamanda əmək haqqına edilən əlavə və mükafatların məbləği də öz əksini tapmışdır. Əmək haqqına edilən əlavələr və mükafatların məbləği dedikdə istehsalat nəticələrinə görə mükafatlar:



  • xüsusi təyinatlı vəsaitlər və məqsədli daxilolmalar hesabına ödənilən mükafatlar;

  • ilkin işin yekunlarına görə mükafatlar;

  • tarif(vəzifə) maaşına artımlar(peşəkarlığa, əməkdə yüksək nailiyyətlərə və.s görə);

  • uzunmüddətli işə(faiz artımları), iş stajına(bu həmin müəssisədə ixtisası üzrə iş stajına) görə artımlar;

  • iş rejimi və əmək şəraiti ilə bağlı təminat xarakterli ödəmələr başa düşülür.

Əmək haqqının pul formasında verilməsi dedikdə bütün işəgötürənlərin işçilərə əmək haqqının ödənilməsini manatla, yaxud xarici valyuta şəklində olduqda isə xarici valyutanın manata olan ekvivalenti ilə aparılması başa düşülməlidir.

Əmək haqqı iqtisadi kateqoriya kimi hər bir işçinin əməyinin keyfiyyət və kəmiyyətdən asılı olaraq işəgötürənlərin işçiyə pul və ya natura formasında ödədiyi ödəncdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsində əmək haqqının minimum məbləği adlı müddəa öz əksini tapmışdır. Bu müddəa eyni zamanda konstitusyon müddəa kimi də xarakterizə olunur. Həmin maddəyə görə işçinin heç bir ayrı- seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdir-

diyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Minimum əmək haqqı iqtisadi sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəy-

yən edən sosial normativdir. Qeyd edək ki aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Minimum əmək haqqının müəyyən edilməsində əsas məqsəd haqqı ödənilən işlərdə çalışan şəxslərə minimum əmək haqqının mümkün səviyyəsinə aid zəruri soial müdafiə-

nin təmin edilməsidir.

Dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından artıq məbləğ qanun vericiliklə nəzərdə tutlmuş hallarda bu və ya digər müəssisə və ya təşkilatın maliyyə vəziyyəti nəzrə alınmaqla işçilərlə ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində, kollektiv müqavilədə və ya imzalanmış sazişlərdə öz əksini tapa bilər.

Minimum əmək haqqı məbləğinin təyin edilmədində Beynəlxalq Əmək Təşkilatının 1970-ci il 131 nömrəli “Minimum əmək haqqının müəyyən edilməsi haqqında” Konvensiyası qəbul edilmişdir. Bu konvensiya Azərbaycan Respublikası tərəfindən də ratifikasiya olunmuşdur. Ona görə də qeyd olunan sənədləri ratifikasiya etmiş hər bir üzv dövlət muzdlu işləyən bütün işçiləri əhatə edərək, onların qanunla müəyyən olunan minimum əmək haqqından az olmayaraq əmək haqqı almaq hüququ prinsipinə əməl olunması öhdəliyini öz üzərinə götürür.

Əmək haqqının ödənilməsinin minimum həcmini müəyyənləşdirməklə Azərbay-

can dövləti eyni zamanda “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəl-

xalq pakta uyğun olaraq üzərinə götürmüş olduğu, hər bir işçiyə layiqli həyat səviyyəsi təmin etmək öhdəliyinin yerinə yetirilməsinə təminat verir.

Qeyd etmək lazımdır ki minimum əmək haqqı əhalinin həyat səviyyəsini təyin edən əsas göstəricilərin minimal standartların, minimum istehlak xərclərinin müəyyən edilməsində mühüm rol oynayır.

Beləliklə bütün bu dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki respublikamız müstəqillik əldə etdikdən sonra əmək haqqı və onun ödənilməsi sahəsində yarnan münasibətlərin normativ-hüquqi təminatını Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası, Azərbaycan Respubliksanın 1999-cu il 1 iyulda qüvvəyə minmiş Əmək Məcəlləsi, Azərbay-



can Respublikasnın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və qanun qüvvəli digər normativ hüquqi aklar yəni Azərbaycan Respublikası Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrləri, təlimatları, tövsiyələri və qanunvericilikə nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən lokal normativ aktlar təşkil edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə