Referat Dissertasiya işinin məqsədi Verilənlər bazası əsasında qurulan Coğrafi İnformasiya Sistemlərində sql sorğuların emalının tədqiqidir




Yüklə 277.1 Kb.
səhifə1/9
tarix10.04.2016
ölçüsü277.1 Kb.
  1   2   3   4   5   6   7   8   9


Referat

Dissertasiya işinin məqsədi Verilənlər bazası əsasında qurulan Coğrafi İnformasiya Sistemlərində SQL sorğuların emalının tədqiqidir.

Dissertasiya işi giriş, 4 fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısında ibarətdir.

Birinci fəsildə mövcud Coğrafi İnformasiya Sistemlərinə aid proqram təminatları xülasə edilmişdir. Bu sistemlərin çatışmayan cəhətləri və üstünlükləri haqqında qısaca məlumat verilmişdir.

İkinci fəsildə CİS-in proqram təminatının reallaşdırılması və sistemə qoyulan tələblər müəyyən edilmişdir. Dissertasiya işi çərçivəsində tələb olunan sistem reallaşdırlmışdır. Sistem vektor və rastr modeli istifadə olunaraq reallaşdırılmışdır.

Üçüncü fəsildə verilənlər bazası idarəetmə sisetmləri analiz edilmişdir. CİS-də verilənlər bazasına qoyulan tələblər və verilənlər bazasının qurulması təhlil edilmişdir.

Dördüncü fəsildə reallaşdırılan sistemin kodlaşdırma hissəsində yazılan SQL kodlar haqqında məlumat verilmişdir. Proqram vasitəsilə verilənlər bazası üzərində emal edilən SQL sorğular analiz edilmişdir.

Dissertasiya işinin sonunda nəticə, istifadə olunan ədəbiyyat siyahısı verilmişdir.



Реферат

Настоящая диссертационной работы являются исследованиелечения обработки SQL обследований на основе базы данных в географических информационных систем.

Диссертационная работа состоит из 4 глав.

Первая глава посвящена  о понятии  географической информационной системы.

Вторая глава состоит из анализа установки географической информационной системы и требований системы.

В третьей главе исследования были сделаны о требованиях базы данных Географической Информационной системы и установки базы данных.

В четвертой главе исследования были сделаны о вопросах SQL, которые обрабатываются в базе данных.

В конце диссертационной работы даны выводы, список использованной литературы и приложения.



The Abstract

Purpose of the dissertational work are the investigation of the treatment processing of the surveys SQL on the basis of data base in the geographical information systems.

Dissertational work consists of 4 chapters.

In the first chapter, Round-up of the work about in the geographical information systems have been carried out

In the second chapter, GIS creating of the software and demands put him have been analysed.

In the third chapter, GIS have been analysed building of demands put data base and data base

In the fourth chapter, SQL worked up on data base surveys have been analysed .

At the end of the master’s these conclusions, the list of references and the appendix are given.



Qısaltmalar

CIS

Coğrafi İnformasiya Sistemləri

İS

İnformasiya Sistemləri

SEQUEL

Structured English Query Language (İngili Dili Strukturlu Sorğu dili)

SQL

Structured Query Language (Strukuturlu Sorğu dili)

SRID

Spatial Reference Identifier (Məkan Əlaqələrini Təyinedici)

IBM

İnternational Bussines Machine (Beynəlxalq Biznes Maşını)

DDL

Data Definition Language (Məlumatı Təyinetmə Dili )

DML

Data Manipulation Language (Məlumatı üzərində Əməliyyatlar Dili )

DCL

Data Control Language (Məlumatı İdarəedilməsi Dili)

TCL

Transaction Control Language (Tranzaksiyaların İdarəedilməsi Dili )

VB

Verilənlər Bazası

VBİS

Verilənlər Bazası İdarəetmə Sistemləri

GML

Geography Markup Language (Coğrafiya İşarələmə Dili)

XML

Extendable Markup Language (Genişlənəbilən işarələmə dili)

UML

Unified Modeling Language (Birləşmiş Modelləmə dili)







Mündəricat

6

Giriş 6


8

FƏSİL I. Coğrafi informasiya sistemlərinin xülasəsi 9

FƏSIL II. CİS-in proqram təminatının işlənib hazırlanması 29

FƏSIL III. Verilənlər bazasının layihələndirilməsi. 39

53

FƏSIL IV SQL Sorğuların emalı 53



Nəticə 74

Ədəbiyyat 75






Giriş


Kompyuter texnologiyaları inkişaf etdikçə insanların fərqli sahədə kompyuterə bağlı olan ehtiyacları da artmaqdadır. Fərdi kompüterlərin insanın bütün fəaliyyət sahələrinə nüfuz etməsi zamanın tələbi olmaqla bərabər, elmin bütün sahələrinə aid tədqiqat işlərinin aparılmasında yeni və keyfiyyətli üsulların işlənilməsini və onlardan istifadə zərurətini ortaya çıxarır. Bu baxımdan coğrafi məkanların dəqiqləşdirilməsi, analizi və tədqiqi üçün müasir kompyuter texnologiyası bazasında yeni coğrafi informasiya informasiya sistemlərinin (CİS) işlənilməsi aktual problemdir.

Coğrafi informasiya sistemləri istifadəçilərə xəritələr üzərində effektiv, məhsuldar və dəqiq hesablamalar aparmağa və düzğün qərarlar çıxarmağa imkan verir. Оdur ki, son vaxtlar coğrafi informasiya sistemləri mövcud hesablama metodlarını təkmilləşdirməyə çalışan əlaqədar tədqiqatçıların və analitiklərin əsas vasitəsinə çevrilib.

Müasir şəraitdə coğrafi məkanların analizi, təbii ehtiyatların qiymətləndirilməsi, mövcud coğrafi dəyişikliklər və qanunauyğunluqların dərin təhlili, ehtiyatların aşkara çıxarılması, elm və texnika yeniliklərinə əsaslanmalıdır.

Mövzunun aktuallığı. İşin aktuallığı. Son illər ekologiya sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələr tərəfindən zərərli faktorların əhalinin sağlamlığına təsiri haqqında zəngin məlumatlar toplanmış, əhalinin sağlamlığının ətraf mühitin vəziyyətindən asılılığı haqqında geniş informasiyalaşdırma təbliğatı həyata keçirilir. O cümlədən geologiyanın əsas inkişaf istiqamətini və ümumi xüsusiyyətlərini aşkar etməyə xidmət edən geoloji analiz usullarının yeni texnologiyalar əsasında işlənilməsi son zamanlar tədqiqatçıların diqqət mərkəzində olan problemlərdəndir. Odur ki, bütün ekoloji baxımdan tullantı mənbəyi olan müəssisələr, strateji baxımdan əhəmiyyətli olan müəssisəlır, vacib obyektlər və s. haqqında tam informasiyanın, onların xəritədə yerinin, təbii ekoloji vəziyyəti pis olan sahələr haqqında vəziyyətin və vaxtaşırı analizlərin nəticələrinin saxlanılması üçün CİS-ə ehtiyac duyulur. Ona görədə bu sahədə bir çox CİS yaradılma texnolgiyaları inkişaf etdirilmiş və inkişaf etdirilməkdə davam etməkdədir.

Bu səbəbdən dissertasiya işində istifadəçilərin uyğun qərarlaın qəbulunu sürətləndirmək üçün CİS hazırlanması və SQLdən istifadə edərək sorğuların emalının aparılmas tədqiqat sahəsi kimi araşdırılmışdır.



İşin məqsədi. Coğrafi informasiya sistemlərində coğrafi məkanların analizi, təbii ehtiyatların qiymətləndirilməsi, ekoloji dəyişikliklərin qiymətləndirilməsi, mövcud coğrafi dəyişikliklər və qanunauyğunluqlarının dərin təhlili və s. məqsədilə sistemdə istifadəçilər üçün asan olsun deyə SQL sorğularının tətbiqi.

Tədqiqat üsulları. Bu dissertasiyada mövcud coğrafi informasiya sistemləri, onların verilənlər bazası ilə qarşılıqlı əlaqəsi öyrənilmiş, verilənlər bazası üzərində SQL sorğular emal edilmişdir.

İşin praktiki əhəmiyyəti. Coğrafi informasiya sistemlərində SQL sorğuların emalının analizindən ibarətdir.



İşin strukturu. Təqdim olunan dissertasiya işi 4 fəsildən ibar’tdir və 69 səhifə həcmindedir. İşdə 2 cədvəl, 10 şəkil göstərilmişdir.

Fəsillər üzrə işin qısa məzmunu. İş beş fəsildən ibaretdir:

Girişdə dissertasiya işinin mövzusunun aktuallığı əsaslandırılır, işin məqsəd və məsələləri izah olunur, tətqiqat işinin predmeti, CİS-lər, verilənlər bazası, SQL sorğular və nəzəri-metodoloji əsası təyin edilir, işin elmi yeniliyi və praktiki vacibliyi göstərilir.


Birinci fəsildə mövcud Coğrafi İnformasiya Sistemlərinə aid işlərin analizi aparılmışdır.

İkinci fəsildə CİS proqramtəmiantının qurlması və ona qoyulan tələblər analiz edilmişdir.

Üçüncü fəsildə CİS-in verilənlər bazasına qoyulan tələblər və verilənlər bazası qurulması təhlil edilmişdir.

Dördüncü fəsildə verilənlər bazası üzərində emal edilən SQL sorğular analiz edilmişdir.



Dissertasiya işinin həcmi və strukturu. İş giriş, dörd fəsil, nəticə, ədəbiyyat siyahısıdan ibarətdir. Dissertasiya işinin həcmi 76 səhifə çap yazısından ibarətdir. Ədəbiyyat siyahısına 20 mənbə daxildir.
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə