Referat baki 2009 faküLTƏ: krediT İQTİsad




Yüklə 79.77 Kb.
tarix27.04.2016
ölçüsü79.77 Kb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azəbaycan Dövlət İqtisad Universiteti

REFERAT

BAKI 2009

FAKÜLTƏ: KREDİT İQTİSAD

QRUP: 662

KURS: І

ŞÖBƏ: ƏYANİ

FƏNNİN ADI: İQTİSADİ NƏZƏRİYYƏ

ADI: AZƏR

SOYADI: ƏZİMOV

FƏNN MÜƏLLİMİ: NƏSRULLAYEV FİKRƏT

MÖVZU: MİLLİ İQTİSADİYYAT VƏ MİLLİ BAZAR

Plan
Giriş

1.Milli iqtisadiyyatin nədir?

2.Milli iqtisadiyyatın əsasları

3.Milli iqtisadiyyatı şərtləndirə obyektiv əsaslar

4.Milli iqtisadiyyatın əsas göstəriciləri

5.Milli məhsul

6.Ümümi milli məhsul

7.Xalis milli məhsul

8.Daxili milli məhsul

9.Milli gəlir

10.Milli bazar

11.Milli iqtisadiyyatın və milli bazarın formalaşmasında

dövlətin rolu

Nəticə

GİRİŞ

Her bir ölkə özünəməxsus miqyasa,daxili strtuktura və inkişaf səviyyəsinə ma- likdir.Müxtəlif ölkələr təbii,maddi,iqtisadi ehtiyatlarına görə bir birindən fərqlənir, habelə təbii-iqlim şərtlərinə əmək resurslarına,coğrafi mövqeyinə görə bir birini təkrarlanır.Xüsusən,iqtisadi, texniki-texnoloji potensial və başqa şərtlər hər bir ölkədə müxtəlif cürdür.Həm də belə müxtəliflik və fərqlər ölkələrin ictimai həyatının başqa sahələrinə nisbətən iqtisadiyyatda özünü daha qabarıq göstərir.Buna səbəb ictimai əmək bölgüsünün iki mühüm konkret inkişaf istiqamətidir.Bunlar ərazi əmək bölgüsü və beynəlxaq əmək bölgüsüdür. Hər iki istiqamət obyektiv zərurət kimi ölkələlərin istehsal-təsərrufat fəaliyyətini bir-birindən nə qədər ayırıb təcridləşdirirsə də, onların qarşılıqlı asaılılıfını bir o qədər gücləndirir.

Bu baxımdan ölkələrin iqtisadi müstəqilliyi məsələsinə moövcud reallıqla baxılması zəruriliyi yaranır.İqtisadi müstəqillik bir anlayış kimi mütləq məna kəsb etmir.Lakin son vaxtlar ölkələrin iqtisadi müstəqilliyi anlayışına hətta« tam» sozü də əlavə edilərək˝ tam iqtisadi müstəqillik ˝ifadəsi elmi ədəbiyyatda və dövri mətbuatda ozünə yer tapa bilmişdir.Ümumiyyətlə tamiqtisadi müstəqillik ola bilməz? Bəlkə də «tam» sözünü «real» sözü ilə əvəz edib ölkənin «real iqtisadi müstəqillik» kimi ifadə etmək daha elmi və praktiki məna kəsb edər.

Müəyyən ərazi,rejion və bütövlükdə ölkə iqtisadi cəhətdən müstəqil ola bilər.Öz milli sərvətinə sahib olmaq,onu mənimsəmək,ona sərəncam vermək səlahiyyətini əldə edə bilər.Lakin tam və yaxud natamam müstəqillik,həmin prosesin tam və yaxud nata-

man olması hələ də sual qalır.

Dünyada müstəqil inkişaf yolu tutan digər ölkələr kimi Azərbaycanın içtimayi həyatında «milli iqtisadiyyat»,«millli qürur»,«milli mənafe»,«milli iqtisadiyyat» və sair anlayışlardan daha çox işlənməyə başlayır.Burada diqqəti cəlb edən «milli» yaxud «millilik» sözü ifadə etdiyi sosial-oqtosadi hadisələrə daha çox daxili zənginlik verir.Bütövlükdə içtimai həyətda və ya ayrıca iqtisadiyyatda «millilik» dar mənada,yəni müəyyən ərazi daxilində insanların etnik,dini və sair birləşməsi kimi deyil,daha geniş mənada başa düşulməlidir.Bu hal anlayışın ifadə real gərçəkliyə uyğun gəlir.Yəni mövcud olub yaşadıqları ərazidə bütün insanların birgə həyat fəaliyyəti üşün zəruri olan ustehsal-təsərrüfat əlaqələrini məkan daxilində birgə yaratmasi milli iqyisadiyyatın əsasında dayanır.Həmin əsas bir-birini şərtləndirən kompleks sistem halında olan amillərin qarşılıqlı təsiri ilə möhkəmlənə bilir.Bunlar ərazi birliyi,iqtisadi birlik,ərazi əmək bölgüsü və təkrar istehsalın tamlığı kimi dörd cəhətin qrşılıqlı əlaqəsidir.Milli iqtisadi mənafeyin reallaşacağı obyekt-milli iqtisadiyyat yalnız bu dörd cəhət əlaqələndikdə əşləyə bilər.

«Milli»,yaxud «millilik» anlayışının ifadə etdiyi məzmunu aydın başa düşmək üçün həmin sözü onun əksi olan sözlə müqayisə etmek lazım gəlir.Məsələn, «xüsusi» sözünün əksi «ümumi»,«fərd»in əksi «içtimai»dirsə,təhlil etdiyimiz «milli» sözünün əksi «beynəlxalq»dır,yəni milli iqtisadiyyatla beynəlxalq iqtisadiyyatı əks tərəflər kimi müqayisə etdikdə birincisinin yaranmasının ilkin şərtləriə,mpvcudluğunun mğzmun və formasına görə məkan daxilində yeri,ikincisinin isı yaranmasının ilkin şərtlərinə görə milli,lakin mövcudluğu və tətbiq olunduğu yerə görə çoxmilli,beynəlxalq əsaslar üzərində qurulduğunu görərik.
1.Milli iqtisadiyyatin nədir?
İqtisadiyyat bütövlükdə cəmiyyətin,ayrılıqda isə insanın normal həyat fəaliyyəti üçün lazım maddi nemətləri yaradan həledici sahədir.Yəni insanların birgə və fərdi fəaliyyətinin elə sahəsidir ki,orada yaşayışın zəruri şərtləri yaradılıl və istifadə edilir.

Milli iqtisadiyyat beynəlxalq iqtisadiyyatla qarşılıqlı əlaqə və aslılıqda olan,ayrı-ayrı ölkələrin inzibati sərhədləri üzrə,təbii-coğrafi.sosial-iqtisadi və texniki-texnaloji fərqlərə görəbölünən müstəqil təsərrüfat sistemidir.Hər bir ölkənin milli iqtisadiyyatı ümümdünya iqtisadiyyatının bir hissəsini təşkil edir.

Hər bir xalq içərisində yaşayıb işlədiyi milli iqtisadiyyatın məzmununu, mahiyyətini,xarakterik cəhətlərini,inkişaf qanunauyğunluqlarını dərindən bilməlidir ki,onun formalaşması prosesində fəal iştirak edə bilsin.Bunun üçün ilk növbədə milli iqtisadiyyat haqqında aydın təsəvvürə malik olmaq lazımdır.



Milli iqtisadiyyat müəyyən xalqa,millətə məxsus olub onun mənafelərini ifadə edən,hüdudları dövlət sərhədləri ilə məhdudlaşan,özünün maddi-texniki əsası,müna- bətlər sistemi.təsərrüfat mexanizmi və idarəetmə strukturları olan sosial-iqtisadi orqanizmdir.Lakin o,öz mahiyyətinə görə sırf milli ola bilməz və başqa ölkələrdə artıq mövcud olan iqtisadi sistemlədən birinin modelinə uyğun olmaqla yanaşı özünün spesifikliyi və milli dəyərləri ilə fərqlənir.

Hər bir ölkənin iqtisadiyyatı hər şeydən əvvəl qarşısında duraniki başlıca problemi:əhalinin mallara vəxidmətlərə tələbatı ilə həmin tələbatı ödəmək üçün istehsal resursları arasındakı uyğunsuzluğu həll etməlidir.

Ölkənin milli iqtisadiyyatı da əhalinin mallara və xidmətlərə tələbatı ilə həmçin təlabatın ödənilməsində iştirak edən milli istehsal resurslsrıarasındakı uyğunsuzluğu aradan qaldırmalıdır.Milli istesal resursları dedikdə isə ölkə daxilində və xaricində yalnız dövlətə,milli sahibkara məxsus istehsal amillərinin məcmusu başa düşülür. Milli istehsal resursları ilə ölkədə daxili milli məhsul yaradılır. Daxili milli məhsul milli iqtisadiyyatın ümumiləşdirilmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur.

2.Milli iqtisadiyyatın əsasları

İqtisadiyyatin müstəqil milli əsaslarının yaradılmasnda dörd əsas zruri şərtə: ərazi birliyinə,ərazi əmək ölgüsünə,iqtisadi birliyə,istehsalın kompleks inkişafına əməl olunmalıdır.



Ərazi birliyi hər bir müstəqil dövlətin zəruri atributudur.Ərazisinin bütövlüyü,sər- hədlərinin toxunulmazlığı qorunmalı,inzibati-ərazi vahidliyi,müstəqil beynəlxalq subyekt kimi dünya ərazisində yeri müəyyənləşdirilməlidir.Əks halda nəinki milli iq-tisadiyyatdan ,heç müstəqil dövlətçilikdən belə danışmaq olmaz.

Ərazi əək bölgüsü ölkənin təbii,coğrafi,iqtisadi vəsair potensialınıa uyğun istehsal resurslarının ərazi üzrə ölüsüdür.ərazi çərçivəsində müstəqil məhsuldar qüvvələr ya-radıb məqsədəuyğun yerləşdirilməsidir.

İqtisadi birlik daha həledici amil olub ölkənin ayr-ayrı əraziləri arasında qarşılıqlı əlaqələrinin interqrasiyasıdır.İqtisadiyyatın bütövlüyü,tamlığı,onun daxilindəki ərazi əmək bölgülərini əhatə edur.Qarşılıqlı əlaqədə olan hər bir ərazi əmək bölgüsü müəy-yən bölgə,inzibati ərazi vahidi kimi milli iqtisadiyyatın ayrılmaz tərkib hissə-ləridir.

Ayrılıqda götürülən hər bir bölgə özünəməxsus iqlimə,təbii ehtuyata,iqtisadi potensiala,tarixi ənənələrə,miqyasa,inkişaf səviyyəsinə mlikdir.Böləglər iqtisadi cəhətdən bir-birinin eyni,təkrarı deyil və ola da bilməz.Təbii,iqtisadi və əmək ehti-yatlarına əsaslanan ərazi əmək bölgüsünün prinsiplərinəuyğun qurulan rayonlaşma və bölgələşmə milli iqtisadiyyatın formalaşmasını zəruri edir.



İstehsalın kompleks inkişafı tələbi ölkənin iqtisadi birliyindən irəli gəlsə də ,hər halda milli iqtisadiyyatın formalaşmasınına birbaşa təsir edə bilir.Məhsuldar qüvvə- lərin inzibati-ərazi vahidi üzrə yerlə təbii iqlim,iqtisadi-sosial zəminə uyğun optimal yerləşdirilməsilə milli iqtisadiyyatin əsaslarını yaratmaq olur.İqtisadiyyatin milli əsaslarını isə milli məhsuldar qüvvələrin fəaliyyəti nəticəsi olan milli istehsal təşkil edir.

Burada ərazidə istehsalın kompleksliyi,bütövlüyü.təkrar istehsalın dövriyyələri, onların mərhələləri və aralarındakı əlaqələrin sıxlığı əsasdır.İstehsal sahələri əlaqə-lənməli,daxili əlaqələr güclənməli, yerli ehtiyyat və imknlardan tamistifadə edilmə-lidir.Milli iqtisadiyyatin əsasinda istehsal-texnoloji və təsərrüfat əlaqələrinin kom-pleks inkişafı əhəmiyyətli yer tutmalıdır.



3.Milli iqtisadiyyatı şərtləndirə obyektiv əsaslar

İqtisadiyyatın bütövlükdə cəmiyyətin,ayrılıqda isə insanların normal həyat fəaliyyəti üçün zəruri maddi nemətləri yaradan həlledici sahə oldugunu bildik.Yəni hər bir ölkənin iqtisadiyyatı müəyyən inzibati-ərazi vahidi daxilində vəxaricində insanların birgə vəfərdi fəaliyyətinin eləsahə məcmusudur ki, orada yaşayıçın maddi şərtləri ya-radılır və istifadə edilir.

Bütün dünya ölkələrinin iqtisadiyyatı isə qarşılıqlı əlaqə və aslılıq halında olan ümümdünya təsərrüfat sistemi olsa da, hər halda ayrı-ayrı ölkələrin inzibati-ərazi sərhədləri üzrə bölünmüşdür.

Buna görə ayrı-ayrı ölkələrin iqtisadiyyatı ümümdünya iqtisadiyyqtının tərkib hissəsi olmaqla yanaşı müxtəlif ölkələrin ərazisi çərçivəsində fəaliyyət göstərir.

Dünya iqtisadiyyatı bir anlayış ,kateqoriya kimi iqtisadi terminalogiyada tez-tez işlədilsə də.real həyatda ümümdünya miqyaslı həmin iqtisadi sistem,hələ ki,formalaş- mamışdir.Lakin dünyanın ayrı-ayrı regionlarında həmin sistemin inteqrasiya blokları (məsələn,Avropa İttifaqı,Şimali Amerika Azad Ticarət Assosiasiyası,Sakit Okean Ölkələrinin İqtisadi Əməkdaşlıq Şurası və s.) formalaşmışdır.Yəqin ki,zaman keç- dikcə,bir tərəfdən,belə regional blokların və bu bloklara daxil olan ölkələrin sayı artacaq,digər tərəfdən,onların arasında üfuqi və şaquli istiqamətdə inteqrasiya pro-sesi güclənəcək,qlobal miqyaslı iqtisadiyyatın formalaşmasını yəbii olaraq meydana çıxaracaq.

Bu baxımdan «ümümdünya iqtisadi sistemi» adlandırılan «dünya iatisadiyyatı» anlayışının,müəyyən zaman müddətində «qlobal iqtisadiyyat» anlayışı ilə əvəz olun- ması məqsədəuyğun sayıla bilər.

Hər bir ölkənin iqtisadiyyatı özünün təbii-iqlim,maddi-texniki və sosial-iqtisadi əsaslarına görə fərqli xüsusiyyətlərə malikdir.Həmin xüsusiyyətləri meydana gətirən təbii-tarixi proses içtimai əmək bölgüsüdür.İçtimai əmək bölgüsünün birbaşa davamı olan beynəlxalq əmək bölgüsü ölkə daxilindo və ölkələr arasında iqtisadi əlaqələri zəruri edən amillərin inkişafını qanunauyğun olaraq şərtləndirir.Beynəlxalq əmək bölgüsü bütövlükdə tərkib hissələrə ayrılma və birləşmə kimi iki iqtisadi prosesin dialektik vıhdətində təzahür edir.

Tam halında olan vahid iqtisadiyyat nisbi müstəqilliyə malik olmaqla bir-birindən tədric olunmuş müstəqil istehsal sahələrinı parçalanır.İqtisadiyyat bütöv olan istehsal proseslərinin məcmusundan ibarətdir.Bütöv olan istehsal prosesinin ayrı-ayrı mərhə- lələri müxtəlif ölkələrin müəyyən ərazilərində təmərküzləşmişdir.tədric olunmuş is-tehsal pillələri ərazi istehsal komplekslərində birləşir.Beynəlxalq əmək bölgüsü siste-minə daxil olan ölkələr arasında qarşılıqlı əlaqə yaradır.İstehsal fəaliyyətinin müxtəlif növlərini təcridləşməsi (ixtisaslaşması) onların qarşılıqlı tamamlanması və qarşılıqlı təsiri əmək bölgüsünün əsas məzmununu təşkil edir.Başqa cür desək,əmək bölgüsünü eyni zamanda əməyin birləşməsi usulu da hesab etmək olar.

Hər bir ölkə içtimai fəaliyyət növləri ilə əlaqədar əməyin ayrılması prosesi ilə qarşılaşır.Əməyin ayrılması əməli olaraq hüdudsuzdur.Ölkə üçün faydalı olan iqtisadi fəaliyyət növləri üzrə əmək bölgüsü əməyin ayrılmasına uyğun gəlməlidir. Belə pro- ses beynəlxalq əmək bölgüsünü meydana çıxarır.Ərazi əmək bölgüsü isə təbii oıaraq həm ölkə daxilində həm də ölkələr arasında mövcud olur,dərinləşir.

İstər ərazi əmək bölgüsünə istərsə də beynəlxalq əmək bölgüsünə içtimai əmək bölgüsünün inkişaf istiqaməti kimi baxılmalıdır.

Beynəlxalq əmək bölgüsünü ölkələr arasında ərazi əmək bölgüsünün yüksək in- kişaf pilləsi də hesab etmek olar.Burada ayrı-ayrı ölkələrdə istehsalın mıhsul növələri üzrə sabit,iqtisadi cəhətdən səmərəli ixtisaslaşması həlledici olur.İstehsalın nəticələri ölkələr arasında müəyyən nisbətdə qarşılıqlı mübadilə edilir.
4.Milli iqtisadiyyatın əsas göstəriciləri

Milli iqtisadiyyatin ümümdünya təsərrüfatında oynadğı rol və tutduğu yer ilk növbədə ölkənin iqtisadi inkişaf səviyyəsi,dünya bazarında rəqabət qabiliyyətliliyi ilə yanaşı onun təbii və iqtisadi potensialı həcni ilə də müəyyənləşir.

Ölkənin təbii potensialı dedikdə ərazisində mövcud olan yeraltı və yerüstü sərvət-lər,yararlı torpaq sahələri, təbii-iqlim şəraiti və s. nəzərdə tutulur.İqtisadi potensial ölkədə istehsal olunan mallar və xidmətlərin həcmi,strukturu,texniki səviyyəsi, ümu-mi milli məhsulun tərkibində rəqabət qabiliyyəti,məhsulların xüsusi çəkisi,ölkə daxi- lində və xaricində yığılmış maddi sərvətlərin kəmiyyəti deməkdir.Ölkənin dünya ba-zarında rəqabət qabiliyyətliliyi anlayışı altında, onun daxili milli məhsullarının dünya bazarında rəqabət apara bilmək bacarığı başa düşülür.İstər təbii, istərsə də iqtisadi potensialın mövcudluğu onların bilavasitə reallaşması demək deyildir.Başqa sözlə, hər iki potensial hərəkətə gətirilib iqtisadi nəticə verməsə, iqtisadi inkişafın yüksək səviyyəsinə nail olmaq mümkün deyil.

Müstəqil, milli iqtisadi inkişaf yolu ilə gedən ölkələrin təbii, maddi, iqtisadi po- tensialını və inkişaf səviyyəsini xarakterizə edən ən ümümiləşdirici milli iqtisadi göstəricilər aşağıdakılar hesab edilə bilər:



  1. MİLLİ SƏRVƏT ( MC )

  2. ÜMÜMİ MİLLİ MƏHSUL ( ÜMM )

  3. XALİS MİLLİ MƏHSUL ( XMM)

  4. DAXİLİ MİLLİ MƏHSUL ( DMM )

  5. MİLLİ GƏLİR ( MG )


5.Milli məhsul

Milli sərvət ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi döv-riyyəyə cəlb edilən təbii sərvətlərin məcmusunu özündə birləşdirir. İqtiasdi döv-riyyəyə cəlb edilməyən,yalnız geoloji ehtiyatlar kimi bəlli olan təbii sərvətlər ölkə-nin milli sərvətinə daxil deyildir. Milli sərvətin artımında istehsal və elmi-texniki nailiyyət-lərin yaratdığı bütün maddi nemətlər və cəlb olunan mövcud təbii sərvət-lərin iqtiasdi həyatda əhəmiyyətinə görə aşağıdakı hissə-lərdə olur:

1.Ölkənin əsas və dövriyyə kapitalının tərkibinə ölkədə mövcud olan fəal kapi- tallar ( maşınlar, avadanlıqlar, qurğular, istehsal binaları və s ) və ilkin emala məruz qalan əmək cisimləri ( xammal, materiallar və s ) daxildir.

2.İqtisadiyyatda mal ehtiyatlarına, əvvəla, satışa göndərmək məqsədilə istehsal və kommersiya firmalarının anbarlarında saxlanılan hazır mıhsul , ikincisi, fövqəladə vəziyyətlərdə istifadə üçün, yaxud ola biləcək disproporsiyaları aradan qaldırmaq üçün təyin olunan sığorta ehtiyatları və rezervlər daxildir.

3.Qeyri-istehsal təyinatlı fondlara mənzil fondu,məktəblər, xəstəxanalar, teatr, kino, muzey və s kimi mədəni-məişət əhəmiyyətli fondlar daxildir.

4.Əhalinin şəxsi əmlakına yaşayış evləri, mənzil şəraiyi, məişət cihazları, geyim əşyaları və s. daxildir.

5.Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlərə kənd təsərrüfatı sahə-ləri, meşələr, sularŞ faydalı qazintıların sənaye ehtiyatı, su enerjisi ehtiyatları və s. daxildir.



6.Ümümi milli məhsul

Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını yalnız bir neçə göstərici bir qədər dəqiq ifadə edə bilir. Bunlardan biri ölkədə mallar və xidmətlərin illik ümümi istehsal həcmidir.

Buna iqtisadiyyatda ümümi məhsul buraxılışı həcmi də eyni deyildir.Məhz milli hesablar sisteminin tərkibində əhəmiyyətli milli iqtisadi göstəricilərdən biri ümümi milli məhsuldur,yaxud qısaca olaraq ÜMM-dir.Bu göstərici il ərzində iqtisadiyyatda mallar və xidmətlər istehsalının ümümi həcminin bazar dəyərinin cəmi kimi müəyyən edilir.Burada il ərzində istehsal olunan bütün malların satılıb-satılmadığını da bilmək lazımdır.Onların bir qismi ehtiyatları tamamlamalı olur.Bu baxımdan ehtiyatların is-tənilən artımı ÜMM-in kəmiyyətinin hesablanmasında nəzərə alınmalıdır. Satılıb-satılmasından asılı olmayaraq bütün cari məhsullar ÜMMin köməyi ilə ölçülür.

Mili iqtisadiyyat səviyyəsində iqtisadi fəaliyyəti əks etdirən ümümi milli məhsul milli hesablar sistemində məsrəfləri "balanslaşdıran" göstərici olmaqla milli müəssi-sələrin harada yerləşməsindən asılı olmayaraq milli iqtisadiyyatın hər iki sahəsində yaradılan məhsul və xidmətlərin bütün həcminin ümümi dəyərini ifadə edir.

Ölkədə istehsalın ümümi həcmini düzgün hesablamaq üçün il ərzində istehsal olunan bütün malla və xidmətlər bir dəfədən artıq olmayaraq hesaba alınmalıdır.


7. Xalis milli məhsul

Bizə məlum oldu ki, ÜMM göstəricisi ölkədə istehsalın ümümi həcminin ölçüsü-dür.Lakin həmingöstəricini dərindən təhlil etdikdə cari ilin istehsaında real vəziyyətin bir qədər pərdələnməsi hiss olunacaqdır.Çünki ÜMM göstəricisi həmin ildə istehsal-da istehlak olunan investisiya mallarının yerinin doldurulması üçün zəruri olan hissə-ni illik istehsalın həcmindən çıxmağı nəzərdə tutmur.

Məsələn, tutaq ki, 1990-cı il yanvarın 1-ə iqtisadiyyat 200 mlrd. Manat investisiya mallarına malikdir.Nəzərə alaq ki, 1999-cu il ərzində 19978 mlrd. manat ÜMM is-tehsal olunmuş,bunun üçün 100 mlrd. manat maşın və avadanlıq istehlak edilmişdir. Deməli, 1999-cu il dekabrın 31-ə yığılan investisiya mallarının hesabında 100 mlrd manat kapital qalacaq. Bu baxımdan ÜMM-in illik həcmindən investisiya mallarının dəyəri qismində 100 mlrd. manatı illik istehsakın gedişind istehlakolunan maşın və avadanlıqlığın dəyərinin yerinin doldurulmasına görə çıxılması vəziyyəti daha real göstərər .Belə halda illik istehsalın xalis həcmini əldə etmiş oluruq,bu da xalis milli məhsul göstəricisində öz ifadəsini tapır.

Deməli, xalis milli məhsul istehsalın gedişində kapital istehlakına ayrılan məbləğ çıxılmaqla hesablanər və ÜMM-də öz əksini tapır.Bu göstəricinin köməi ilə ev təsər-rüfatları ,firmalar, hökümətxaricilər də daxil oplmaqla bütövlükdə iqtisadiyyatda is-tehsalın ümümi həcmi hesablanılır.Prosesə daha dərindən nüfuz etsək,millli iqtisadiy-yat üçün digər konkret göstəriciləri də aydınlaşırmaq lazım gələr.

Xərclər üzrə ÜMM-in ölçülməsi sutununa ümumi daxili investisiyadan xalis da-xili investisiyanı fərləndirmək lazım gəlir.Bunun üçün umumi daxili investisiyanın kəmiyyətindən amortizasiya ayırmaları qismində kapitalın aşınan hissəsini çıxmaq lazımdır.

8.Daxili milli məhsul

Daxili milli məhsul milli iqtisadiyyatın və milli hesabat sisteminini mühüm gös-təricilərindən biridir.İstər maddi,istərsə də qeyri-maddi istehsal sahələrində milli is-tehsalçıların istehsal fəaliyyətinin son nəticəsini xarakterizə edir,onların son istehlak üçün əmtəə və xidmətlər istehsalı üzrə yaratdığı əlavə dəyərin həcmi ilə ölçülür. Mahiyyətcə daxili milli məhsul əlavə edilmiş dəyərdir.Bu məbləğ bütün milli isteh-salçıların yalnız ölkə daxilində milli kapitallara əlavə edilmiş dəyər hissəsini cəmlə-məklə əldə edilir.Burada xaricilərin qoyduqları kapitalların dəyər hissəsi hesaba alın-mır.

Daxili milli məhsulu hesablamaq üçün ÜMM-dən xaricilərin kapitalları ilə əlavə edilmiş dəyəri çıxmaq lazımdır.Daxili milli məhsulu başqa yolla da hesablamaq olar. Belə halda ümümi məhsulu yaratmaq üçün xaricdən idxal olunan əmtəə və xidmət-dən qiymət fərqini hesablamaq lazımdır.

Daxili milli məhsuldan istifadə edilməsi mallar və xidmətlərin son istehlakını, milli kapitalın ümümi yığımını, yerli dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, milli istehsal mallarının və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir. Əvvəlki dövrlərdə müqayisədə hesabat dövründə DMM-in fiziki həcmi indeksini hesablamaq üçün onu DMM-in əvvəlki dövrdəki kəmiyyətinə bölmək lazımdır. DMM-in fiziki həcmi indeksi uzun müddət üçün hesablanarkən zəncirvari indekslər metodu tətbiq edilə bilər.Daxili milli məhsul inzibati-ərazi xüsüsiyyətlərinə əsasən hesablanır.Bu xüsüsiyyət görə ölkə ərazisində yerləşən milli istehsal müəssisələrinin buraxdığı məhsulların xarici kapitallarla birgə işləyən milli kapitalların məhsul bura-xılışındakı payını ifadə edən ümümi dəyəri müntəzəm hesablanır.

Bəzi ölkələrdən milli iqtisadi göstərici kimi ümümi milli məhsul da hesablanır. Bu göstərici çox hal-larda milli hesablama sisteminin tələblərinə cavab vermir. Ölkə ərazisində yalnız milli sahibkarlar-həm milli dövlətə, həm də milli iş adamlarına məxsus istehsal amilləri ilə yaradılan dəyərin hesablanması lazım gəlir.Bu statistik-lərdən kapitalların cari dəyəri, müxtəlif növ aktivlərin xidmət müddətini, amortizasi-yanın xarakterini düzgün qiymətləndirməyi tələb edir.Lakin belə hesablamalar bir çox ölkələrdə aparılmır.Onu aparan ölkələrin metodikasında da müxtəliflik vardır. Buna görə də nəzəri baxımdan daxili milli məhsulun nisbətən az uyğun gəldiyi ölkə-lərdə ümümi daxili məhsullardan istifadə olunur.

Milli iqtisadiyyatın, milli hesablar sisteminin yuxarıda qeyd etdiyimiz ÜMM və DMM kimi əsas göstəriciləri dünyanın bir çox ölkələrində iqtisadiyyatın daha kon-kret göstəriciləri kimi qəbul edilir.

Ümümi milli məhsulla ümümi daxili məhsulun müqayisəsi diqqəti cəlb edir. Ümümi milli məhsul ümümi daxili məhsuldan ölkənin resuslarinin xaricde istifade olunmasından alınan gəlirlər qədər çox, xarici ölkə vətəndaşlarının bu ölkədən apar-dıqları uyğun gəlirlər qədər azdır. İqtisadçıların hesablamalarına göre Qərbin bazar iqtisadiyyatlı ölkələrində ÜMM ilə ÜDM arasında fərq 1-3 faiz hədindədir.

9.Milli gəlir

Bu və ya digər ölkənin iqtisadiyyatı miqyasında milli kapitallarla yeni yaradılan dəyər xalis milli məhsul adlanır.

Başqa cür desek, ümümi milli məhsuldan sərf edilen istehsal vəsaitlərinin dəyə-rini çıxdıqda xalis milli məhsul əldə etmiş oluruq. Öz natural-əşya formasına görə xa-lis milli məhsul istehsalın genişləndirilməsi, ehtiyatlarının artırılması üçün nəzərdə tutulan, yeni istehsal edilen istehsal vəsaitlərinin və istehlak şeylərinin bütün kütlə-sindən ibarətdir.

Milli iqtisadi göstəriciləri daha real yanaşaq.Gündəlik həyatda iş adamlarını bir məsələ daha çox maraqlandırır: sərəncamlarında olan torpaqdan, iş qüvvəsindən, ka-pitaldan və sahibkarlıq cəsarətindən istifadə etməklə cari ildə nə qədər xalis məhsul yaratma olar? Daha konkret desək, mövcud istehsal resuslarından istifadə etməklə tə-ləb olunan həcmdə xalis məhsul istehsalı neçəyə başa gələr? Burada iqtisadiyatın cari nəticəsini ifadəetməyən bəzi dolayı xərcləri nəzərə almaq lazım gəlir.Həqiqi milli gə-lir göstəricisini hesablamaq üçün xalis milli məhsuldan sahibkarlıq fəaliyyətinə görə tutulan dolayı vergiləri nəzərə almalıyıq.Dövlət sahibkarlıq fəaliyyətinə görə tutduğu dolayı vergilər müqabilində istehsala birbaşa heç nə qoymur. Bu baxımdan ÜMM-in həcmini,istehsalı gedişində əldə edilən əməkhaqqının, renta ödənişlərinin, faizin və mənfəətin ümümi həcm göstəricisini müəyyən etmək üçün XMM-dan sahibkarlıq tu-tulan dolayı vergiləri çıxmaq lazımdır.Yalnız bu yolla alınan göstərici milli gəlir ad-lana bilər

Milli iqtisadi göstəricilərin müəyyən edilməsi qaydasına uyğun olaraq ÜMM-i milli gəlir göstəricisini eyni zamanda bölgünün bütün növlərinə vurmaq yolu ilə gə-lirlər üzrə də hesabamaq mümkündür.
10.Milli bazar

Milli bazar milli iqtisadiyyata əsaslana mürəkkəb strukturlu, bazar subyekləri-nin iqtisadi mənafelərinin reallaşmasına xidmət edən iqtisadi mexanizmə və idarəet-mə quruluşuna malik münasibətlər sistemidir. Milli bazarın təməlini, ilk növbədə öl-kənin özündə, məhsulların və xidmətlərin kütləvi istehsalə təşkil edir, o milli iqtisadi-yyata söykənir. Milli bazar isatehsalçı və istehlakçılardan ibarət olan bazar subyekt-lərinin səmərəli fəaliyyət üçün şərait yaratmaqla yanaşı ölkənin dünya iqtisadi məka-nına çıxması da təmin etməlidir.

Milli bazar yaranması ilk növbədə daxili bazarın yaranması ilə bağlıdır və o,ardıcıl mərhələlərdən keçməklə formalaşır.Birinci mərhəldə,məhəlli bazarları yaranır,ikinci mərhələdə məhəlli bazarın əsasında yerli bazarlar yaranır,üçüncü mərhələdə isə region bazarları formalaşır.Dördüncü mərhələdə region bazarlar ölkənin iqtisadi bazarlarını bir-biri ilə bağlayır və vahid milli bazarın yaranması prosesi əsasən başa çatır.Milli baarın formalaşması prosesində onun subyektləri yaranır və obyektləri genişlənir.

Milli bazar milli iqtisadiyyatın təzahürüdür və bu mənada milli iqtisadiyyat və

milli bazar elə bir ərazi,istehsal vəmübadilə vahidliyidir ki,orada istehsal-tədavülü əlaqələri müəyyən iqtisadi,sosial,siyasi və mənəvi birliyə malik olmalıdır. Buna görə də müstəqil vahid milli bazarın formalaşması aşağıdakı zəruri şərtlər daxilində müm-kün olur:



  1. Real müstqil milli dövlətin olması.

  2. İctimai əmək bölgüsünün förmalaşmış ölkədaxili strukturun olması.

  3. milli iqtisadiyyatın formalaşmış bazar strukturun olması .

  4. Bütün regionların inkişaf etmiş iqtisadiyyatının olması.

  5. İnkişaf etmiş əmtəə-pul münasibətlərinin mövcud olmasə və s.

Müstəqil milli bazarın formalaşdırılmasının özü:

a) müxtəlif mülkiyyət formaları əsasında milli sahibkarlığın inkişafı üçün şərait yaradılması ;

b) milli bazarın özünün daxili strukturunu təşkil edən çoxsaylı bazar növlərinin yaradılması ;

c) bazar infrastrukturlarının təşkil edilməsini ;

ç)milli bazarı tənzimləyən mexanizmlərin fəaliyyəti üçün şəraitin yaradılması və idarəetmə sisteminin qurulmasını tələb edir.

Milli bazarlar əhatə etdiyi ərazi, həcmi, təşkili formaları, strukturu və qarşıya qo-yulmuş məqsədlər baxımından fərqlənir.Onlar müxtəlif modelli və istiqamətli olurlar. Müstəqil milli bazra əsasən milli valyutaya, özünün qiymət sisteminə, daxili qayda-qanunlara, hüquqi bazaya əsaslanmaqla fəaliyyət göstərir və tənzimlənir.

Özünün keçid dövrünü yaşayan ölkələr, o cümlədən, Azərbaycan üçün müstəqil, vahid bazarın formalaşdırılması, vaxt baxımında, keçid dövründə həyata keçirilməli-dir.Onun formalaşması prosesi kortəbii getməməli, bilvasitə dövlətin iştirakı və nəza-rəti altında həyata keşirilməlidir.

Mustəqil milli bazar qapalı ola bilməz və o, dünya bazarının nisbi tərkib hissəsi kimi fəaliyyət göstərir. Lakin milli bazar nə qədər güclü, rəqabət qabiliyyətli olsa be-lə,oxarici müdaxilədən qorunmalıdır.Milli bazarın təhlükəsizləyinin təmin oıuması biləvasitə dövlətin işidir.



11.Milli valyuta

Milli bazarın əsas dayaqlarından bara möhkəm məzənnəyə malik milli valyuta-nın olmasıdır. Valyuta ( italyanca - «valuta»- qiyməti, dəyəri ifadə edən mənasını verir )hər bir müstəqil dövlətin valyutası olur, Məsələn ABŞ-da dollar, İngiltərədə funtsterlinq, Azərbaycanda manat valyutadır. Uzun bir tarixi dövr ərzindı Azərbayca-nın milli valyutası olmayıb. Azərbaycan dövlət müstəqilli qazandıqdan sonra manat milli valyuta statusu almış və fəaliyyət göstərmişdir. Milli pul nişanı milli valyuta he-sab olunur, dövlət tərəfindən dövriyyəyə buraxılır və məcburi kursu müəyyən edir. Ancaq milli pul vahidi beynəlxalq hesablaşma və iqtisadi münasibətlərin iştirakıçısı kimi çıxış etdikdə valyutaya çevrilir. Valyuta rolunu yalnız pul vahidləri deyil, həm-çinin beynəlxalq ödəmə vəsaiti kimi pul əvəzinə qəbul edilən çek, xəzinə banknotları, pay sənədləri, istiqrazlar və s.qiymətli kağızlaroynayır. Dövlətin iqtisadi gücü milli valyutasının gücü ilə ölçülür. Azərbaycan Respublikasının milli valyutası tədavülədə olan, həmçinin tədavüldən, çıxarılan, lakin tədavüldə olan pul nişanları ilə dəyişdirilə bilən Milli Bank biletləri ( banknotları ) şəklində olan manatlar və sikkələrdir.

Milli valyutanın beynəlxalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə dəyişdirilməsi ölkənin valyuta qanunverici ilə tənzim olunur. «Valyuta tənzimi haqqında» azərbaycan respublikası qanununa görə milli valyuta ilə hesablaş-malar heş bir məhdudiyyət qoyulmadan aparılır.Bir ölkənin milli valyutası valyuta bazarında başqa ölkələrin valyutası dəyişdirilir və yaxud alınıb satılır.Rezidentlər Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada və məqsədlərə uyğun olaraq respublikanın daxili valyuta bazaında xarici valyutanı satmaq və almaq hüququna malikdirlər.

Müstəqil milli bazarın mühüm strukturlarından birini onun milli valyuta bazarı təşkil edir və bu bazarda yerli və xarici valyutaların alqı-satqısı əməliyyatları həyata keçirilir.Lakin milli valyutanın beynəlxalq dövriyyəyə çixarilması daha əhəmiyyətli-dir və ölkə üçün daha faydalı nəticələr verir.Buna görə milli valyuta bazarının bey-nəlxalq valyuta bazarı ilə əlaqəsinin yaradılması müstəqil milli iqtisadiyyatlarını for-malaşdırmaqda olan ölkələr üçün çox vacibdir.Bu sahədə Beynəlxalq Valyuta Fondu-nun köməyindən istifadə etmək faydalıdır. Milli valyutanın dünya bazarında alqı-sat-qısıdünya bazraı ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqəsinin genişlənməsinə şərait ya-radır və tədriclə milli valyutanın rəqabət mexanizminə qoşulmasına səbəb olur.Bey-nəlxalq əlaqələrin genişlənməsi ölkələrin milli valyutalarının beynəlxalq dövriyyəyə buracəlb olunmasına imkan yaradır və hər bir müstəqil ölkə bu imkanlardan istifadə edib özünün milli iqtisadiyyatını daha da inkişaf etdirməyə çalışmalıdır.




11.Milli iqtisadiyyatın və milli bazarın formalaşmasında

dövlətin rolu

Tarixən təbii inkişaf yolu keçmiş ölkələrdə milli iqtisadiyyatların formalşması və müstəqil inkişaf prosesi tədriclə olmuş və bu proseslərdə dövlətin iştirakı nəzərə çarpacaq dərəcədə olmamışdır. Ancaq uzun tarixi bir dövr ərzində başqa dövlətlərin tərkibində olub asılı bir vəziyyətdə yaşamış xalqlar suvenerlik əldə etdikdən sonra onlara zəif, dağılmış və milli mənafelərə tam uyğun olmayan bir iqtisadiyyat miras qalır. Bu xalqlar öz suverenliyini qoruyub saxlamaq üçün dövlətin gücündən, siyasə-tindən istifadə etməklə milli iqtisadiyyatlarını formalaşdırmalı olurlar.Dövlətin müs-təqil milli iqtisadiyyatın formalaşdırılması prosesində yaxından iştirakı onun çoxsaylı funksiyalarından biri və ən vacibidir.

Dövlət müstəqil milli iqtisadiyyatınnın formalaşdırılması və inkişaf etdirilməsi sahəsindəki rolunu reallaşdırmaq üçün özünün iqtisadi siyasət tədbirlərini işliyib ha-zırlamalı və ardıcıl olaraq həyata keçirməlidir.

Dövlət müstəqil milli iqtisadiyyatın formalaşdırılması sahəsində öz iqtisadi rolunu o zaman müvəffəqiyyətlə reallaşdıra bilər ki, onun yeni təfəkkürlü milli kadrları olsun, Bu kadrlar aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar.



  • milli mənafeyi özünün dar mənanafeyindən üstün tutsun, xalqın gələcəyi na-minə özünü qurban verməyə hazır olsun;

  • bazar iqtisadiyyatına dair dərin biliklərə, yeksək iqtisadi biliklərə malik olsun;

  • öz ixtisasını bilməklə yanaşı bazar şəraitində işləməyi bacarsın;

  • geniş dünya görüşlü, siyasi cəhətdən hazırlıqlı, dərin biliyi ilə fərqlənsin və dünyada gedən proseslərdən baş çıxara bilsin;

  • idarəetmə. Təşkilatçılıq bacarığı olsun, adamlala işləməyi bacarsın və yorulmadan işləmək qabiliyyətinə malik olsun;

Bu keyfiyyətdə kadrların hazırlanmasına yönəldilmiş dövlətin tədbirlər sistemi olmalı və ardıcıl olaraq reallaşmalıdır.
Nəticə

Nəticə etibarilə hər bir siyasi müstəqillik əldə etmiş dövlətin qarışında duran ən vacib məsələ xarici müdaxilələrə tab gətirə bilən, heç bir təsir altına düşməyən müstəqil milli iqtisadiyyatın və beynəlxalq ticarətdə güclü məzənnəyə malik olan milli valyutaya əsaslana milli bazarın yaradılması və inkişafını sürətlə getməsini tə-min etməkdir. Bunu üçün əldə olan vəsaitləri düzgün qiymətlədirilməsi və lazımlı sa-hələrin inkişafına yönəltməkdir. Belə ki milli iqtisadiyyat və milli bazar muəyyən bir xalqa, millətə məxsus olub onun mənafelərini ifadə edən, hüdüdları dövlət sərhəd-ləri ilə məhdudlaşan, özünün maddi-texniki əsası, münsəbətlər sistemi. Təsərrüfat mexa-nizmi və idarəetmə strukturları olan sosial-iqtisadi orqanizmdir.



Özünü funksiyalarını yerinə yetirərkən dövlət müəyyən qanunlara, qanunveri-cilik aktlarına əsaslanmalıdır, ancaq köhnə sistemin qanunları yeni şəraitdə yaramır və buna görə də keşid dövrü dövləti qanunvericilik funksiyası da yerinə yetirməlidir. Dövlət özünün qanunvericilik funksiyası vasitəsilə cəmiyyətin normal fəaliyyətini təmin edə bilərn qanunlarin özünün və onların reallaşması mexanizmini hazırlayır, Dövlət qanunlar vasitəsilə bazarda oyun qaydalarını, istehsalçı və istehlakçıların hüqüqlarını müəyyən edir.


Ədəbiyyat siyahısı


  1. Kərimli və İrşad Abdullaoğlu “Milli iqtisadiyyatin əsasları”

  2. Alıyev və İsa Hüseynoğlu “Milli iqtisadiyyatın və aqrar sahənin inkişaf problemləri”

  3. Teymur Süleyman oğlu Vəliyev və Şamil Saleh oğlu Qafarov BDU-nun dərs vəsaiti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə