Qurban Qurbanlı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent




Yüklə 411.8 Kb.
səhifə4/6
tarix23.02.2016
ölçüsü411.8 Kb.
1   2   3   4   5   6

Tehranə Salmanova

Naxçıvan Dövlət Universiteti Ingilis dilikafafedrasının baş



müəllimi

İngilis dilinin tədrisi zamanı yeni təlim

strategiyalarının tətbiqində müəllimin rolu
Azərbaycan təhsil sistemi gündən-günə inkişaf edir, təkmilləşir, milli kurikulumlar sahəsində yeni islahatlar həyata keçirilir. Bu islahatlar təhsilimizin inkişafına böyük təkan verir və biz müəllimləri bu prosesdə fəal iştirak etməyə çağırır. Azərbaycan Respublikasının Təhsil Qanunun 9-cu maddəsində deyilir:,,Təhsil sisteminin başlıca vəzifələrindən biri də Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan İnsan tərbiyə etməkdir. ”İnsan tərbiyə etmək”müəllimin ən ümdə vəzifəsidir. Bu vəzifəni yerinə yetirmək üçün müəllim öz peşəkarlıq səviyyəsini daim artırmalı, tədrisin keyfiyyətini yüksəltmək üçün müasir tədris metod və vasitələrindən istifadə etməyi bacarmalıdır. Təcrübəli müəllim hər hansı bir fənnin tədrisində hansı təlim strategiyalarından istifadə etməyi bilməlidir. O bu təlim strategiyalarını tətbiq edərkən öz tədqiqatının obyektini dəqiq müəyyənləşdirməlidir. Tədqiqatçılıq bacarığı müəllimdən tələb olunan ən vacib keyfiyyətlərdən biridir. Tədqiqatçılıq bacarığı olan müəllim bu strategiyaları özü də tərtib edə bilər.

Məzmun standartlarının reallaşdırılması üçün təlim strategiyalarını düzgün seçmək lazımdır. İngilis dilinin tədrisi zamanı müəllim əvvəlcə məzmun standartlarını, sonra isə təlimin məqsədini, dərsin forma və üsullarını,təlim tapşırıqlarını,qiymətləndirmə meyarlarını müəyyənləşdirməli və cari planı reallaş dırmalıdır. Məzmun standartlarını reallaşdıran forma və üsullar öyrəncilərin/öyrənənlərin müstəqillik, liderlilik qabiliyyətlərini artırır, təşəbbüskar ,yaradıcı olmasını formalaşdırır, onlarda müxtəlif fikrə hörmətlə yanaşma, ünsiyyətə girmə bacarıqlarını inkişaf etdirir.

İngilis dilinin tədrisi zamanı müəllim təlimin məqsədini müəyyənləşdirərkən tədris materialının xüsusiyyətlərini, bu dərsin keçilən mövzu üzrə dərs silsiləsində tutduğu yeri, sinfin hazırlıq səviyyəsini nəzərə almalıdır. Düzgün seçilmiş forma və üsullar öyrənənlərin xarici dil təliminə marağını artırır, onları ünsiyyətə girməyə, fikirlərini sərbəst ifadə etməyə sövq edir, onlarda tərəddüd hissini, hazırcavablıqla, cəldlik və çevikliklə əvəz edir və öyrəncilərdə xarici dildə ünsiyyət yaratmağa meyl yaranır. Müəllimin seçdiyi forma və üsullar öyrənənləri yüksək fəallığa cəlb etməlidir. Bunun üçün müəllim öyrəncilərə müstəqil bilik əldəetmə vərdişlərini öyrətməlidir. O öz öyrəncilərinə ,,öyrənməyi öyrətmək,, ideyasını aşılamalıdır. Öyrəncilər ingilis dilini səmərəli öyrənmək üçün ilk növbədə həvəslə çalışmağa vərdiş etməlidir , bunun üçünsə müəllim dərsi rəngarəng , öyrənənlərin maraqlarına uyğun şəkildə təşkil etməlidir. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hətta eyni dərslik eyni yaş səviyəli qruplarda fərqli tərzdə tədris olunmazsa o dərsin effekti yüksək ola bilməz.

İngilis dilinin tədrisi zamanı müəllim müasir kurikulumun tələblərinə uyğun olaraq hansı təlim strategiyalarından istifadə etməyi bilməlidir. Müasir cəmiyyətdə öyrəncilərin tam, hərtərəfli inkişaf etməsində, biliklərə yiyələnməsində təhsil inkaredilməz rola malikdir. Bu işin səmərəli şəkildə həyata keçirilməsində müəllimin rolu əvəzsizdir. Müəllimin sinfə yüksək əhval-ruhiyyə ilə daxil olması, bəzi lazımi jestlərdən yerli-yerində istifadə etməsi, bəzən öz öyrəncilərinə xoş sözlər söyləməsi sinifdə müsbət dil atmosferinin yaranmasına təkan verir.

Təlim prosesində müxtəlif üsulların seçilməsinin üstünlüyü ondadır ki, bu zaman heç kəs passiv qalmır. Bu da ingilis dilinin öyrənilməsində ən vacib şərtdir. “Beyin fırtınası”, BİBÖ , auksion, klaster, rollu oyun, dəyirmi masa, Venn diaqramı, insert, ziqzaq, karusel, akvarium, qərarlar ağacı, layihələrin hazırlanması, söz assosiasiyası və s. metodlar ingilis dilinin tədrisi zamanı müəllim tərəfindən təqdim oluna bilər.

G. Skrimvenerə görə (Learning English) müəllim dilin tədrisini iki istiqamətdə aparmalıdır:

1) Sinif bacarıqları və kompetensiyalar

2) Bacarıq və vərdişlərin qazanılması

Sinif bacarıqları və kompetensiyalar bölməsinə aiddir:

a) sinfin idarə olunması

b) təlim strategiyaları

c) dərsin planlaşdırılması

d) Grammatika və lüğətin öyrədilməsi

Bacarıq və vərdişlərin qazanılması bölməsində isə dinləyib anlama və danışma bacarıqları, oxu və yazı vərdişləri, qiymətləndirmə və dəyərləndirmə prosesi aparılmalıdır.

Müəllim seçdiyi standart və məzmun xəttinə uyğun olaraq qarşıya qoyduğu məqsədə çatmaq üçün mövzuya uyğun metod və üsullar müəyyənləşdirməlidir. Dərsin ilk mərhələsində motivasiya xarakterli ən çox işlənən sinif qızdırıcılarıdır ki, bunlara bəzən buzqıranlar da deyilir. Bu metoddan müəllim sinfi ələ almaq, gərginliyi aradan qaldırmaq və yeni dil atmosferi yaratmaq üçün istifadə etməlidir. Buraya fiziki hərəkətlər, zarafatlar, komplimentlər və s. daxildir. Bu metod vasitəsilə müəllim öz öyrəncilərinin nəyə qadir olduqlarını üzə çıxarır, onların yeni mövzu haqqında nə düşündüklərini, nə dərəcədə məlumatlı olduqlarını, nəyi bilib-bilmədiklərini müəyyənləşdirir. Bu metodun tətbiqi öyrənənlərdə dinləyib-anlama və danışıq vərdişlərinin formalaşmasına təkan verir, yaradır. Beləliklə, öyrəncilər müstəqil tədqiqat aparmaq yollarını öyrənir, axtarışlar aparır, müstəqil düşünmə qabiliyyətlərini inkişaf etdirirlər. Bu onların tənqidi təfəkkürlərinin inkişafına da öz müsbət təsirini göstərir. Burada əsas məqsəd öyrəncilərin mümkün qədər çox fikir söyləməsinə nail olmaqdır. Bu zaman müəllim bəzi fikirləri qeyd edərək təhlil apara bilər, və ya seçilmiş ideyaların müzakirəsini təşkil edə bilər.

Sinfin idarə olunmasına sinfin ələ alınması, öyrəncilərlə iş, sinfə giriş-çıxış, vaxtin düzgün bölüşdürülməsi, müsbət sinif atmosferinin yaranması, şagirdlərin məsuliyyət hissi, onlara nəzarət, sinfin təşkili, mövzu ilə bağlı bəzi cədvəllərin hazırlanması və.s daxildir.

Bir dərs ərzində bir neçə iş formasından da istifadə etmək olar. Müəllim fərdi iş forması seçərkən hər bir öyrənci üçün ayrı sual və ya tapşırıqlar tərtib etməlidir. Cütlərlə, qruplarla iş prosesində öyrəncilərlə ünsiyyət saxlamaq, fikir mübadiləsi aparmaq, digərlərinin biliklərini qiymətləndirmək, başqasının fikrinə hörmətlə yanaşmaq, problemləri birlikdə həll etmək, kollektiv fəaliyyətə psixoloji uyğunlaşmaq, sağlam rəqabət aparmaq kimi bacarıqlara yiyələnirlər.

Dil bacarıqlarını inkişaf etdirmək üçün müəllim dil materiallarını düzgün və dəqiqliklə seçməli, sadədən-mürəkkəbə prinsipinə əməl etməli, şagirdlərin tələblərini, ehtiyaclarını, yaş xüsusiyyətlərini , öyrənmə səviyyələrini nəzərə almalıdır. Müəllimin pedaqoji məharəti onun dərslikdən necə istifadə etməsi zamanı üzə çıxır. Qrammatika və lüğətin təqdimatı öyrəncilərin dinləyib-anlama vərdişlərini inkişaf etdirir. Müəllim qrammatik materialı izah etdikdən sonra əvvəlcədən hazırladığı tapşırıqlar vasitəsilə qrammatik qaydanın elə sinifdəcə mənimsənilməsinə nail ola bilər.

Tədqiqatlar göstərir ki, öyrəncilərlə müsbət davranış onlarda bir-birinə qarşı hörmət hissini artırır və onlarda şəxsiyyətə hörmət , özünəinam hissini inkişaf etdirir. Beləliklə, öyrəncilər sağlam ünsiyyətə başlayır ki, bu prosesdə də onların dinləyib-anlama və danışma vərdişləri inkişaf edir.

Öyrəncilər\öyrənənlər ünsiyyət zamanı dil bacarıglarını tətbiq edir, dili real həyatda işlədir və kommunikativ kompetensiyalar qazanır. Kommunikativ yanaşma metodları öyrəncilərə real həyat imkanlarından, təqdim olunmuş biliklərdən istifadə etməklə dilə yaradıcı yanaşmağı öyrədir və onlarda yaradıcı təfəkkürü inkişaf etdirir. Bu zaman öyrəncilərin dil tələbləri (öyrənmək istədikləri), ehtiyacları (onlara lazım olan bilik), maraqları(nəyi öyrənməyə can atması) nəzərə alınır. Öyrəncilərin dilə tənqidi, yaradıcı şəkildə yanaşmaları onların dili daha tez və fəal bir şəkildə mənimsəmələrinə şərait yaradır. Müəllim hazır kommunikativ modellərdən istifadə etməklə və onları fərqli situasiyalarda işlətməklə planlaşdırılmış biliyi onlara mənimsətməyə çalışmalıdır.

Fəal \interaktiv dərsin ən vacib mərhələsi onun ilkin mərhələsidir. Bu mərhələ dərsin ən mühüm və çətin hissəsidir. Bu mərhələdə qazanılmış uğur dərsin maraqlı sonluqla bitəcəyinə işarədir. Müəllim mövzuya uyğun, cəlbedici, maraq yaradan, müstəqil təfəkkürü stimullaşdıran suallar, materiallar hazırlamalıdır, onun düzgün bələdçiliyi, həvəsləndirici və dəstəkləyici jestləri öyrənciləri fəal olmağa həvəsləndirməlidir. Dərsin ilkin mərhələsində müəllim təqdim olunacaq biliklər haqqında əyani materiallar, şəkillər , bəzi cədvəllər və s. hazırlamalıdır. Mövzu təqdim olunmazdan əvvəl o öyrəncilərin yeni mövzu haqqında biliklərini müəyyən etməlidir. Bunun üçün o ,,Beyin həmləsi,, metodundan istifadə edə bilər. Bu zaman müəllim ,, Şaxələndirmə, Əqli xəritə , Hörümçək toru,və s. kimi üsullardan da istifadə edə bilər. Bu metod vasitəsilə səriştəli müəllim 5-10 dəqiqə ərzində öz öyrəncilərinə lazım olan biliyi üzə çıxarır. Bu üsullar öyrəncilərin mövzu ilə bağlı nə düşündüklərini, nəyi nə dərəcədə bilmələrini üzə çıxarır və həmçinin onlarda dinləyib-anlama, danışma vərdişlərini formalaşdırır.

Dərsin ilkin mərhələsində müəllim öyrəncilərin suallara ətraflı cavab verməsini təmin etməlidir. Səriştəli müəllim öz öyrəncilərinə ,,Müxtəlif fikirlər var-səhv fikir yoxdur,, ideyasını aşılamalıdır. Bu fikir onlarda özünəinam hissini yüksəldəcək və onları daha da fəal olmağa təhrik edəcək. İkinci mərhələ dərsin əsas mərhələsi hesab olunur. Bu mərhələdə müəllimin rəhbərliyi-bələdçiliyi aparıcı şərtdir. Bu zaman müəllim ,,Müzakirə,Ven diaqramı, Qrafik cədvəl və diaqramlar, Birgə öyrənmə, Fiziki çağırışa cavab, Karusel,, kimi üsullardan istifadə edərək öyrənciləri məhsuldar fəaliyyətə cəlb edə bilər.

Növbəti mərhələdə öyrəncilər öyrəndiklərini tətbiq edir və fikir mübadiləsi aparırlar. Bu mərhələdə öyrəncilər öz yaradıcılıq qabiliyyətlərini göstərir, mövzu ilə bağlı esselər, cədvəllər, layihələr hazırlayır, dilin tədrisi zamanı nə əldə etdiklərini, nəyi qazandıqlarını nümayiş etdirirlər. Rollu oyunlar, layihə, modelləşdirmə, videofilmlər, esse yazılar, internet materiallarından istifadə və s. kimi üsullar şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirir.

Tələbəyönümlülük, şəxsiyyətyönümlülük, inkişafyönümlülük, nəticəyönümlülük, və inteqrativlik prinsiplərinə əsaslanan fənn kurikumları yüksək səviyyədə hazırlansa belə, onların reallaşdırılması üçün müəllim ən son informasiya mənbələrindən, tədris və elmi- metodik vəsaitlərdən yararlanmalı, dərs prosesində yalnız mövcud dərsliklərlə kifayətlənməməlidir. İngilis dilinin praktik mənimsənilməsini təmin etmək üçün müəllim tədrisin ilk günlərindən öyrəncilərini ingilis dilində ünsiyyət qurmağa yönəltməlidir.

İngilis dilinin tədrisi prosesində müəllim- öyrənci münasibətləri ən əsas amillərdən biridir. Bu prosesin uğurlu olması üçün müəllim aşağıdakıları nəzərə almalıdir.

-bərabər imkanların yaradılması

-tələbəyönümlülük

-inkişafyönümlülük

-dəstəkləyici mühitin yaradılması

İngilis dilinin tədrisi prosesində müəllim heç də həmişə əsas amil deyil. Bəzən müəllimin dili mükəmməl tədris etməsi ürəkaçan nəticə verməyə bilər. Burada dili öyrənəndən çox şey asılıdır. Öyrənci tədris olunan materialı öyrənməyə həvəsli deyilsə, burada heç bir uğurdan söhbət gedə bilməz. Deməli ingilis dilinin tədrisi zamanı müəllim tələbəyönümlülüyə üstünlük verməlidir. Dərsin məqsədindindən asılı olaraq müəllim bəzən öyrənənlərin buraxdığı səhvləri nəzərə almaya da bilər və bu yolla onlarda sürətli danışığa nail ola bilər.

Təlim strategiyası müəllimə öyrənci nailiyyətlərinin qiymətləndirilməsini məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə, müvafiqlik və etibarlılıq, inkişafyönümlülük, şəfaflıq və qarşılıqlı əməkdaşlıq kimi prinsiplərə uyğun şəkildə aparmağa imkan verir. Amerika alimi B.Bluma görə idraki,emosional və psixomotor taksonomiyalar dilin tədrisi üçün çox əhəmiyyətlidir. İdraki fəaliyyəti əks etdirən standartlar intellektual bacarıq və vərdişləri inkişaf etdirir. B.Blum düşünmə bacarıqlarını sadədən mürəkkəbə doğru təsnif edir. Bu zaman öyrənci problem həlletmə,mühakiməyürütmə,isbatetmə,əlaqələndirmə bacarıq və vərdişlərinə yiyələnir. O idraki fəaliyyətin taksonomiyasını-bilmə, anlama, tətbiqetmə, təhliletmə, sintezetmə, dəyərləndirmə kimi mərhələlərə bölür.

Fəal\interaktiv təlim metodu ingilis dilinin tədrisində istifadə olunan ən qabaqcıl metodlardan biridir. Bu metod öyrəncilərə qazanılmış biliklərin tətbiq olunmasına və öyrəncilərin dərketmə fəaliyyətinin artmasına kömək edir. Bu metod əsasında aparılan dərslərdə müəllim bir bələdçi rolunu oynayır. O bir fasilitator kimi tədris prosesində yardımçı, yönəldici suallar vasitəsilə öz öyrəncilərini fəallaşdırır. Bu prosesdə yeni bilik öyrəncilər tərəfindən aşkar edilir. Bu zaman səriştəli müəllim öyrəncilərin öyrənmək və yaratmaq tələbatlarını təmin edir və onların öz potensial imkanlarından yararlanmasına şərait yaradır.

Fəal\interaktiv təlimin quruluşuna motivasaiya, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirə və təşkili, nəticə ümumiləşdirməsi, yaradıcı tətbiqetmə, qiymətləndirmə və refleksiya daxildir. Bu metodun üstün cəhəti odur ki, dərs prosesində biliklərə yiyələnmək həvəsi artır öyrəncilər biliklərə müstəqil şəkildə yiyələnir, onlarda məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf edir, öyrənciərdə qarşılıqlı əməkdaşlıq, müstəqil tədqiqataparma bacarıqları formalaşır. Bu metodun üstünlüyü ondan ibarətdir ki, belə dərslərdə şagird mövzunun 70\80 faizini elə sinifdəcə mənimsəyir.

Müəllim dərsin məqsədindən asılı olaraq digər metodlardan istifadə edə bilər. Məsələn, bacarıq və vərdişləri formalaşması üçün reproduktiv (təkrarlama və model üzrə iş) çoxlu sayda yeni biliklər,məlumatlar vermək üçün isə ənənəvi izahedici-illustrativ metoddan istifadə etmək olar. Müəllim təlimin məqsədindən, məzmunundan, öyrənənlərin hazırlıq səviyyəsindən asılı olaraq seçim etməlidir. Dil dərslərinin səmərəli təşkili üçün, müəllim ilk növbədə öyrənənlərin idrak fəallığını artırmağa səy göstərməlidir.

Təlim prosesində müəllim öyrənciləri idrak fəaliyyətinə yönəldən təlim strategiyalarından istifadə edərək öz öyrəncilərini yaradıcılığa, yeniliyə, müstəqil tədqiqat aparmağa sövq edən strategiyalar hazırlamalı və tətbiq etməlidir. Təcrübəli müəllim hazır strategiyalarla kifayətlənməməlidir, o özü də təlim strategiyaları hazırlaya bilər. Yeni təlim strategiyaları hazırlayan müəllim təhsil şəraitini, öyrənci kontingentinin özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla bu strategiyaları özü də hazırlaya bilər. Təlim strategiyaları hazırlamaq üçün müəllim aşağıdakıları nəzərə almalıdır: dərsin məqsədini müəyyən etmək, dərsin növü(induktiv, deduktiv), motivasiya, tədqiqat sualı.

Bütün bunları nəzərə alaraq müəllim bu prinsiplərə əməl etməlidir:

-nə öyrədilməli,

-necə öyrətməli,

-hansı şəraitdə,

-nəticələri necə qiymətləndirməli.

Yeni strategiyaların tətbiqi öyrətmə ilə öyrənmə arasında dairəvi bir system formalaşdırır. Belə ki, öyrəncilər informasiya əldə edir, qrammatik qaydaları, lüğəti təkrarlayır, müəllimin bələdçiliyi ilə öyrəndiklərini tətbiq edir, bir-birinə qiymət verir, növbəti bilikləri mənimsəməyə can atırlar. Biz müəllimlər çox vaxt müasir tədris proqramlarının, dərsliklərin ağır olmasından gileylənirik. Bu ona görə belədir ki, bu gün informasiya bolluğudur və texnikanın sürətli inkişafı bütün sahələrdə aparıcı mövqe tutur. Mövcud şərait ingilis dili müəlliminə potensial imkanları nəzərə almaqla, öyrəncilərin dil ehiyaclarını və maraqlarını təyin etdikdən sonra müvafiq təlim strategiyaları seçməyi tələb edir. İdraki, koqnitiv, metakoqnitiv, sosialaffektiv strategiyaların tətbiqi bu işdə bizə kömək edə bilər.
Xülasə
Məqalədə ingilis dilinin tədrisi zamanı istifadə olunan yeni metod və üsullardan , təlim materiallarının xüsusiyyətlərindən, öyrəncilərin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirən təlim strategiyalarından bəhs edilir.Burada həmçinin öyrətmə ilə öyrənmə arasındakı dairəvi sistemin formalaşmasından bəhs edilir.

Açar sözlər: təlim strategiyaları,sinif bacarıqları və kompetensiyalar, bacarıqların qazanılması,tənqidi və yaradıcı təfəkkür,öyrətmə ilə öyrənmə arasında dairəvi system.

Abstract
Teacher’s Role in Applying of New Training Strategies in Teaching English
The article deals with new methods ,prinsiples and means of teaching English,the peculiarities of training materials, new training strategies which encourage the learners to develop critical and creative thinking.It is also dealt with the formation of circulation system between teaching and learning.
Key words:training strategies,training materials ,classroom skills and competences,developing skills,critical and creative thinking ,circulation between teaching and learning.


Cəlilzadə Aidə

Naxçıvan Dövlət Universiteti

İngilis dili” kafedrasınnın müəllimi
Lüğətin inkişafının sərbəst strategiyası

Ədəbiyyatda tez-tez müzakirə olunan startegiyalardan biri də məzmuna əsasən söz mənasını təxmin etməkdir. Əgər müəllimlər tələbələrə məzmuna əsasən söz mənasını tapmağın ipuclarını xatırlamağa kömək etsələr, sərbəst öyrənməyə istiqamətlənmə daha asan və daha səmərəli ola bilər. Bu strategiya xüsusən də ausentik (real, həqiqi) mətnlərin oxunuşu zamanı az işlənən sözlərin axtarışında açar lüğət öyrənmə bacarığı hesab oluna bilər. Məzmuna əsasən məna çıxartmaq uğurla yerinə yetirilməsi mürəkkəb və çox vaxt çətin bir starategiyadır. Məzmundan uğurla məna çıxartmaq üçün gərək tələbələr mətnin hər 20 sözündən 19-nu (95 %-ni) bilsinlər ki, bu da 3000 ümumi sözün öyrənilməsi deməkdir. Hətta bu sözlərin bilinməsinə baxmayaraq, Keli belə hesab edir ki, “əgər məzmun çox məhdud olmazsa, hansı ki, çox nadir hallarda baş verir, məzmunla dəstəklənən və formasına əsasən bilinən sözlə bir əlaqə yoxdursa, tam dəqiq mənanın bilinməsi üçün çox az şans vardır.” (s. 203). O, həmçinin iddia edir ki, məzmundan məna çıxartmaq sözün forma və mənasına birbaşa təsir edə bilmədiyi üçün bu barədə çox az şey öyrənilir.

Fərziyyənin müvəffəqiyyətli olması ehtimalına təsir edən faktorlara məzmunun sözün mənasını güman etməyə münasib ipuclarını təmin etmək üçün kifayət qədər zəngin olması daxildir. Çünki bir çox kontekstlər kifayət qədər zəngin olmur və yeknəsəq məzmunluluq əksər hallarda tələbələrə sözün tam mənasını anlamaq üçün yetərli olmur. Bu faktor isə hər hansı bir sözlə fərqli kontekstlərdə təkrar rastlaşmağa ehtiyac olduğunu labüdləşdirir. Əlbəttə, aydındır ki, mövzu haqqındakı əvvəlcədən olan elmi və mədəni biliklər yeni sözün artıq əldə olan məlumata əsasən mənimsənilməsi üçün bir sxem tərtib etməklə güman etmək və yadda saxlamağa çox kömək edir, lakin, hətta ön biliklərsiz də tələbələr fərziyyə sahəsində bacarıqlara yiyələnə bilərlər. Bunun üçün açar vasitə isə hansı ipuclarını axtarmağın lazım olduğunu öyrənmək və onları harada tapacağını bilməkdir.

“Clarke və Nation” belə ipuclarına əsasən fərziyyə strategiyası təklif edir. İlkin addım tələbənin naməlum sözə diqqətlə baxmasını təmin etmək, sonra onun tam dəqiq mənasına baxmaq və daha sonra sözün tərkibində olduğu ifadənin digər ifadələrlə, cümlələrlə, yaxud paraqrafla necə əlaqədə olduğuna, birləşdiyinə nəzər salmaqdır. “Clarke və Nation” həmçinin təxmin edilən sözün mümkün olan ən yaxşısı olub-olmadığını yoxlamaq sistemini də vacib sayır. Çünki, hər zaman bizim güman etdiyimizdən daha dolğun, daha yaxşı, məzmuna daha uyğun mənalar ola bilər.

Bu sistem üçün ən sadə addım ilkin olaraq axtarılan sözün hansı nitq hissəsi olmasına qərar vermək (məsələn, isim, fel, sifət, zərf və s.) və sonra sözün olduğu ifadə, yaxud cümlənin məzmununu araşdırmaqdır. Məsələn, əgər axtardığımız söz isimdirsə, hansı sifətlə işləndiyini, hansı felə yaxın olduğunu bilməliyik. Əgər yeni söz feldirsə, bilməliyik ki, hansı isimlərlə işlənir, zərflə təyin olunubmu, ya yox; əgər bu söz sifətdirsə, hansı isimə aid olduğunu bilməliyik və s. Növbəti addım bu ifadə, yaxud cümlə ilə digər cümlə, eləcə də paraqraflar arasındakı münasibətə nəzər salmaqdır. Axtarmaq üçün siqnallar “but”, “because”, “if”, “when” bağlayıcıları, yaxud “however”, “as a result” zərfləri ola bilər.

Hətta gözə çarpan bir işarə olmasa belə, səbəb, nəticə, təsir, ziddiyyət, əhatə, vaxt, ekzemplifikasiyanın da daxil olduğu retorik əlaqənin mümkün növlərindən xəbərdar olmaq çox işə yarayar. İpucu olaraq durğu işarələri də kömək edə bilər. Belə ki, iki nöqtə (:) əksər hallarda sadalama yaxud sıralamağa, tire (-) əsaslandırma, yaxud aydınlaşdırmağa işarə edir. “This”, “that” və “such” kimi işarə əvəzlikləri də həmçinin kök təyin olunarsa, yararlı məlumatla təmin edə bilər.

Yekun addımlara belə ipuclarından əldə olunan biliklərlə sözün mənasını təxmin etmək və sonra aşağıdakı üsullarla təxminin düzgün olub-olmadığını yoxlamaqdır: tapılan sözün axtarılan sözlə eyni nitq hissəsi olub-olmadığını yoxla; əgər eynidirsə, axtarılan sözü tapılan sözlə əvəzlə. Əgər cümlənin mənası itmirsə, deməli, tapılan söz naməlum söz üçün ən uyğun variantdır.

Bu strategiyadakı addımlar əsasən son anadək təxirə salınan söz hissələrinə baxmaqdansa, daha çox diqqəti məzmuna yönəldir. Bu prosedurun önəmi isə ondadır ki, strategiyaya yiyələndikdən sonra bir neçə addım buraxıla bilər və digər addımlar isə avtomatik olaraq yerinə yetiriləcək. İkinci önəmi isə budur ki, məzmuna əsasən sözün mənasını güman etmək həmçinin lüğətlə işləməyə aparıb çıxarsa da, bu amil yalnızca yekun nəticəni yoxlamaq üçün keçərli olur. Çünki, tələbələr əksər hallarda əgər sözün mənası haqqında heç bir məlumatları olmazsa, verilən mənalardan ən münasibini seçməkdə çətinlik çəkəcəklər.

Bu strategiya bir çox hallarda sözün məna və formasını anlamaqla nəticələnə bilməsə də, yenə də məzmuna əsasən məna çıxartmaq lüğətin təliminə böyük töhfə verə bilər. Nəyin öyrənilib öyrənilməməsi bir az da mətnin çətinlik dərəcəsindən olduğu qədər tələbənin də bilik səviyyəsindən asılıdır. Həddindən artıq çətinliyi olmayan mətnlərdən istifadə edən daha qabiliyyətli tələbələr bilik səviyyəsi daha aşağı olan tələbələrə nisbətdə bu strategiyadan daha səmərəli istifadə edə bilərlər. Həmçinin yadda saxlamaq lazımdır ki, lüğətin təliminə həmçinin söz birləşmələri, əlaqələr və müvafiq qrammatik nümunələrlə yanaşı məna haqqında öyrənmək də daxildir. Ona görə ki, əgər müntəzəm olaraq təcrübədən keçirilərsə, bu strategiya yüksək bilik səviyyəli tələbələrə, söz və onun mənasına diqqət etdikləri müddətdə, daha dərin biliklər əldə etmək üçün dəstək olacaqdır.

Lakin, məzmuna əsasən mənanın tapılmasına dair davam edən müzakirələrə baxsaq, gərək müəllim və tələbələr bu strategiyanı təcrübədən keçirərək onu tərcümə lüğəti təlimi ilə müqayisə etsinlər. Məzmuna əsasən məna təxmin etmək ilk olaraq çox vaxt aparan, zəhmətli bir üsuldur və daha çox təcrübəli tələbələrlə işləməyə imkan verir.

Hulstjin, Hollander və Greinadusun da qeyd etdikləri kimi, kontekstə əsasən mənanı tapmaq sözün növbəti mərhələlərə keçməyə əsas verəcək qədər mühüm olub-olmadığına qərar verməklə başlayır. Məsələn, bilmək lazımdır ki, bu söz mühüm bir fikrin tərkib hissəsidirmi və yaxud tez-tez təkrarlanır və s. Bu qərarın özü təcrübə tələb edən bir bacarıqdır. Müəllimlər tələbələri onları lüğətlə və digər mənbələrlə təmin etməzdən əvvəl tapılması vacib sözlərə diqqət yetirməyə yönəltməlidirlər.

Nation və Coadynin fikrincə isə tələbələr tapılması mühüm olan sözə qərar verdikdə onlar beş mərhələli proseduru izləyə bilərlər:



  1. Naməlum sözün hansı nitq hissəsi olduğunu müəyyənləşdirmək.

  2. Birbaşa mənaya baxmaq və lazım gəldikdə onu sadələşdirmək.

  3. Daha geniş mənalara baxmaq. Bu, naməlum sözün olduğu cümlə hissələrini və onun digər ifadə və cümlələrlə əlaqəsini aydınlaşdırmağa səbəb olur.

  4. Naməlum sözün mənasını güman etmək.

  5. Təxminin doğru olub-olmadığını yoxlamaq.

Beşinci addımda güman olunan sözün naməlum sözlə eyni nitq hissəsindən olması vacibdir. Daha geniş desək, tələbə gərək naməlum sözün hissələrə ayrılıb-ayrıla bilmədiyini aydınlaşdırsın (məsələn, “unlock” sözü belə olur: “un+lock”) və ayrılan hissələrin naməlum sözün mənasına uyğun gəlib-gəlmədiyini yoxlasın. Nəhayət, təxmin olunan sözün məzmun daxilində məna kəsb edib-etmədiyi yoxlanılmalıdır. Bu işdə tərcümə lüğətinin köməyindən istifadə oluna bilər. Əgər təxmin (tapılan məna) tamamən səhv, yaxud da qismən düz olarsa, tələbə gərək düzgün cavabın məzmuna necə uyğunlaşdırılmasını yenidən gözdən keçirsin. Lui və Nation bu strategiyanın təklikdənsə, qrup halında təcrübədən keçirilməsini təklif edir və Williams lövhədə naməlum sözü yazıb dairəyə almaqla və digər mənaya ipucu verə biləcək sözlərdən bu sözə ox işarələri çəkməklə mənanı aydınlaşdırmağı məsləhət görür.

Ədəbiyyatda tez-tez müzakirə olunan digər müxtəlif strategiyalar arasında mühüm məharət, bacarıq və dərin araşdırma tələb edən, söz formasını və mənasını birləşdirməyə kömək edən və bu birləşməni yaddaşda saxlayan yaddaşa köməkçi, yaxud “mnemonik qurğu” olan Açar söz Metodudur. Bu metodun üç mərhələsi var:



  1. Tələbə ilkin yaxud ikinci dil sözünü seçir, üstünlüyü ikinci dilin hədəf sözü ilə olan fonoloji yaxud orfoqrafik oxşarlığa əsaslanan konkret mahiyyətə verir.

  2. Hədəf söz və açar söz arasındakı güclü əlaqə elə qurulmalıdır ki, hədəf sözü görərkən yaxud eşidərkən dərhal yada açar söz düşsün.

  3. Nəhayət, əyani görünüş açar sözün əlamətlərini və hədəf sözü birləşdirməyə yönləndirilir, bunu daha da yaddaqalan edən isə qeyri-adi və qəribə görüntüdür.(Hulstijn 1997)

Yadda saxlamaq lazımdır ki, tələbə açar söz və naməlum söz arasındakı təsirin təsvirini xatırlamaq istiqamətində diqqəti toplamağı öyrənməlidir. Tələbələr həmçinin təsviri canlandırmaq məqsədilə yapışqan fiqurlar vasitəsilə sadə şəkillər çəkməyə də cəsarətləndirilə bilərlər.

Sərbəst təlimdə yaddaşa köməkçi əlavə təklif isə lüğətə aid qeyd dəftərçələrinin yaradılmasıdır. Norbert Schmitt və Diane Schmittə əsasən dəftərçəni A4 formatlı kağızlardan, yaxud indeks kartlardan ibarət qovluq şəklində təşkil etmək lazımdır. Məsələn, tələbələr onlara yeni və tanış söz arasındakı mövcud əlaqənin birləşdirici şəbəkəsini canlandırmağa kömək edəcək söz cütlüklərini və semantik xəritələri qeyd edə bilsinlər. Lüğət dəftərçələrinə aid digər üsullara



  • hər dəfə müəyyən müddət ərzində yeni sözü gördükcə yaxud eşitdikcə onu qeyd etmək,

  • işlənmə tezliyinə diqqət etmək,

  • nitq hissələrinin sözdüzəldici şəkilçilərini öyrənməklə sözün hansı kökdən düzəldiyini öyrənmək,

  • sözün üslubi aspektlərinə dair qeydlər götürmək yaxud həmin sözün işləndiyi bir cümlə nümunəsi yazmaq daxildir.

Digər müxtəlif üsullar da söz mənasını aydınlaşdırmaq və onu yadda saxlamağa kömək edə bilər. Müəllimlər tələbələri ana dilindəki oxşarlıqlar, qrup təlimi və məşğələləri vasitəsilə öyrənmək, sözü şəxsi təcrübə və əvvəlki biliklərlə əlaqələndirmək, öyrənərkən yeni sözü hündürdən tələffüz etmək, yazılı və şifahi məşğələdən istifadə etmək, mütəmadi repetisiya ilə məşğul olmaq (ilkin biliklər əldə etdikdən dərhal sonra materialı nəzərdən keçirmək və sonra tədricən repetisiyalar arasındakı fasilə müddətini artırmaq) istiqamətində yönləndirə bilərlər.

Əlbəttə ki, tələbələr üçün daim bütün üsullardan istifadə etmək nə mümkündür, nə də ki, arzuolunandır. Amma onlara situasiyadan asılı olaraq daha münasib üsullardan istifadə etmək kömək edə bilər. Məsələn, kontekst ya dəqiq təlim fəaliyyətləri, yaxud da müstəqil şəkildə yerinə yetirilə bilən oxu və ya danışığa aid məşğələlər ola bilər. Əksər hallarda fərdi üstünlüklər hansı üslubdan istifadə edilməli olduğunu müəyyənləşdirir. Biz lüğəti yalnız tək-tək sözlər və söz ailələri çərçivəsində tanımışıq. Halbuki lüğətə dair biliklər nəinki verilmiş sözün təklikdə mənasını bilmək üçün daha çox bilik, həm də bu sözlə işlənə biləcək sözləri də bilməyi tələb edir. Bu nümunələr ifadələr, yüksək tezliklə işlənən və lüğətin təlim və tədrisində çox mühüm olan söz cütlükləri yaxud söz birləşmələrindən ibarətdir. Nattinqerin də qeyd etdiyi kimi: “sözün mənası onun daim əlaqədə olduğu sözlərdən çox asılıdır” (1988, p. 69). Bu əlaqələr tələbənin bu sözləri öz yaddaşına həkk etməsinə və həmçinin sözün semantik sahəsini müəyyənləşdirməsinə kömək edir.

Həmçinin tələbələr üçün qəlibləşmiş ifadə münasibətlərinin hər iki istiqamətdə bərabər təsirdə olmadığını bilmək vacibdir. Ümumilikdə götürsək, “collocations”- sifət-isim yaxud fel-isim şəklində əlaqələnmiş cütlüklərdir, amma bu ideya onlar barədə yalnız cütlük olaraq düşünmək kimi yanlış düşüncəyə yönəldir. Buna səbəb odur ki, bu ifadələr tez-tez 3-5 söz uzunluqda çoxsözlü xətti ardıcıllıqla düzülürlər. Məsələn:

a short-term strategy, to pay attention to something or someone

Digər səbəb isə odur ki, bu tərkibdəki sözlərdən biri qoşalaşdığı bir sözlə kifayətlənməkdənsə, digər söz silsiləsi, söz qrupları ilə də işlənə bilər.

Bu məhdudiyyətlər ilk baxışda öhdəsindən gəlməli olduğumuz əlavə tədris məsələləri yaradırmış kimi görünə bilər, amma əslində onlar təlimə köməkçi faydalı vasitələr kimi lüğət təliminə birləşdirilə bilər. Məhz, Nattinqer də söz birləşmələrinin tələbəni bu sözləri yadda saxlamağa və sözün semantik sahəsini müəyyənləşdirməyə yönləndiyini deyərkən bunu nəzərdə tutur.

Yaddaşda köməkçi qəlib ifadə birləşmələrindən danışarkən tədqiqatçılar qeyd edirlər ki, lüğət ən yaxşı məzmun daxilində öyrənilir və sözlər mətndə təbii şəkildə əlaqələnərək birləşmə şəklində olmayan sözlərdən daha yaxşı mənimsənilir.

Fikrimcə, bilik səviyyəsi yüksək olan tələbələr üçün lüğət təliminin ən mühüm aspekti təlimdə tələbə müstəqilliyini yaratmaqdır ki, tələbələr yeni leksik materialların öhdəsindən gələ və təlim müddətinin sonunadək lüğət ehtiyatlarını genişləndirə bilsinlər. Bu səbəbdən də yönləndirilmiş kəşf, məzmundan məna çıxartma prosesi və izahlı lüğətlərdən istifadə söz mənasının tapılmasında əsas üsullar olmalıdır.



Guided discovery (yönləndirilmiş kəşf) tələbələrin mənanı düzgün tapa bilmələri üçün suallar verməyi yaxud nümunələr göstərməyi tələb edir. Bu üsulla tələbələr təlimə kömək edən semantik incələmə prosesinə qoşulmuş olurlar.

Contextual guesswork (məzmuna əsasən məna tapmaq) sözün mənasına dair fikir yaradacaq məzmundan istifadə etmək, bəzi hallarda latın mənşəli sözlərdə olduğu kimi sözün özünə dair məna təxmin etmək deməkdir. Söz quruluşu haqqındakı biliklər, məsələn, prefikslər, suffikslər də həmçinin mənanı tapmaqda tələbələrə kömək edə bilər. Müəllimlər tələbələrə məzmundan məna çıxartma prosesində xüsusi taktika və praktika ilə kömək edə bilərlər. İzahlı lüğətlərdən istifadə edərkən hətta sonuncu daha da səmərəli sayıla bilər.

Tələbələr gərək orta səviyyədən başlayaraq mümkün qədər tez EFL lüğətlərdən istifadə etsinlər. Kifayət qədər təlim keçirilərsə, izahlı lüğətlər tələbələr üçün onların müəllimdən asılılığını azaldan çox qiymətli bir vasitədir. Mənanı anlamaqla yanaşı tələbələr tələffüzü, sözün qrammatikasını (məsələn, felin formalarını, felin növlərini, sözün cəm halını, dərəcəsini və s.), müxtəlif yazılış qaydalarını (Amerikan yaxud Britan variantı), üslubu, həmçinin sözün istifadəsinə dair nümunələri yoxlaya bilərlər.

Yüksək bilik səviyyəsi (advanced level) olan tələbələr üçün digər strategiya onların lüğət bazası elementlərini məhsuldarlaşdırmaqdır. Bunu etmək üçün biz gərək onların anlama qabiliyyətlərini möhkəmlətmək məqsədilə söz mənası, çoxmənalılıq, sinonimlik, üslub, söz birləşmələri və s. arasındakı əlaqələri tədqiq edək ki, tələbələr sözdən düzgün şəkildə istifadə edə bilsinlər.

Biz onu da hesaba almalıyıq ki, leksik söz əksər hallarda tələbənin onu bilmək zərurəti meydana çıxdıqda, yaxud tələbənin şəxsi məqsədlərini yerinə yetirmək üçün nəyisə ifadə etmək lazım gəldikdə öyrənilir. Ona görə də bu o, deməkdir ki, bir kəsin öz məhsuldar lüğətinə bir sözü daxil etmək qərarına gəlməsi tamamilə fərdidir və hər bir öyrənənin motivasiya və ehtiyaclarından asılıdır.

Məntiqən istehsal motivasiyadan asılı olacaq və bu da tələbələrin ehtiyac və qabiliyyətlərinə əsaslanaraq müəllimlərin təmin etməli olduqları amildir. Tapşırıq əsaslı təlim müəllimlərə ausentik, mənalı, tələbələrin kontekstə uyğun, münasib dildən istifadə etməklə konkret məqsədi inkişaf etdirmələrinə kömək edəcək tapşırıqlardan istifadə etməyə imkan verəcəkdir.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə