Qəbələ şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi




Yüklə 11.77 Kb.
tarix18.04.2016
ölçüsü11.77 Kb.
SATINALMALAR ÜZRƏ XÜSUSİ BİLDİRİŞ

AZƏRBAYCAN RESPUBLİKASI

Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi (MSTKXL)

Kredit No: 7460-AZ

Tenderə Dəvət

Nəzərdə tutulmuş müqavilələr:

  1. Qəbələ şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi

  2. Şamaxı şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi

Azərbaycan Respublikası Hökuməti “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsinin” maliyyələşdirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit vəsaitləri əldə etmişdir. Bu kredit vəsaitlərinin bir hissəsinin Müqavilə No: DB/7460/LV/008/129 – Qəbələ şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi və Müqavilə No: DB/7460/LV/009/130 – Şamaxı şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə müqavilə çərçivəsində hüquqi ödəmələrə ayrılması nəzərdə tutulur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti yuxarıda göstərilən müqavilələrin bağlanması üzrə seçilmək hüququna malik iddiaçıları öz təkliflərini təqdim etməyə dəvət edir:

MST 5-1-1: Qəbələ şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi

MST 5-2-1: Şamaxı şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi

Beynəlxalq Müsabiqəli Tender Dünya Bankının Bir mərhələli Tender Proseduruna müvafiq olaraq həyata keçiriləcəkdir.

Bu təklif hər iki lot üçün hissə və paketlər əsasında yerinə yetirilir. İddiaçılar hər hansı bir müqavilə və ya birgə müqavilələr üçün təklif verə bilər. Onların ixtisas uyğunluğu, belə iddiaçıların III Bölmədə təsvir olunan ixtisas uyğunluğunun müəyyən olunması meyarlarının yerinə yetirilməsi təmin olunmaqla, bir və ya iki müqavilə üçün müəyyən oluna bilər. İddiaçılara bir və ya bir neçə müqavilələrin (hissələr) qalibi üzrə təkliflərində çarpaz güzəştləri təklif etmək üçün icazə verilir. Bütün təkliflər və birgə təkliflər eyni son təqdim etmə tarixinədək təqdim edilməli və Borcalanın aşağı qiymətləndirilmiş təklifi və ya birgə təklifi müəyyən etməsi üçün açılmalı və eyni zamanda qiymətləndirilməlidir.

Maraqlanan iddiaçılar daha ətraflı məlumatı və tender sənədlərini aşağıdakı ünvandan əldə edə bilərlər:

Cənab Madər Quliyev

Beynəlxalq Layihələrin İdarə Olunması şöbəsinin rəisi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti,

Moskva pros. 67,

3-cü mərtəbə, otaq No. 321

Azərbaycan Bakı, AZ1012

Telefon: +99412 530 43 44

Faks: +99412 431 33 55

Email: madar.guliyev@azersu.az

İddiaçılar üçün Təlimatlarda və Müqavilənin Ümumi Şərtlərində olan müddəalar Dünya Bankının İşlərin Satınalınması üzrə Standart Tender Sənədlərində əks olunan müddəalardır.

Tender təklifləri 300.000 (üç yüz min) ABŞ dolları həcmində Tender Zəmanəti ilə birlikdə yuxarıda qeyd olunan ünvana 1 mart 2012-ci il saat 16:00-dan gec olmamaq şərti ilə çatdırılmalıdır. Tender Zəmanətləri hər bir tender paketi üçün ayrı-ayrılıqda təmin edilməlidir.

Maraqlanan iddiaçılar ingilis dilində tender sənədlərinin tam dəstini yazılı formada ərizə təqdim etdikdən və geri qaytarılmayan 160 AZN (yüz altmış Azərbaycan manatı) və ya 200 (iki yüz) ABŞ dolları aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra yuxarıda qeyd olunan ünvandan əldə edə bilərlər. Tələb olunduğu təqdirdə, əlavə geri qaytarılmayan 200 AZN (iki yüz Azərbaycan Manatı) və ya 250 (iki yüz əlli) ABŞ dolları eyni hesaba birbaşa köçürməklə kuryer vasitəsilə iddiaçıya göndərilə bilər.

Benefisiarın adı: “Azərsu” ASC

  INTP:   9900003611

  Benefisiarın Bankı:    “Kapital Bank” 1 saylı Nəsimi filialı

  Yerli valyuta ilə hesab No: 33070019441100216111

  Xarici valyuta ilə hesab No: 33170019441100216111

  Kod:   200112

  SWIFT Code:   AIIBAZ 2X

Təkliflər 1 mart 2012-ci il saat 16:00-da iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə aşağıdakı ünvanda açılacaqdır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Moskva pros. 67, AZ1012

Konfrans zalı, 5-ci mərtəbə



Azərbaycan, Bakı, AZ1012


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə